SON DƏQİQƏ
hәyata keçirilmәsi sәlahiyyәtini mәnimsәyә bilmәz.
Azәrbaycan respublikasinin konstitusiyasi
amanlıq şәraitindә yaşamaq vә bu mәqsәdlә qarşılıqlı fәaliyyәt göstәrmәk.
Yuxarıda sadalanan ülvi niyyәtlәrlә ümumxalq sәsvermәsi-referendum yolu ilә bu
Konstitusiya qәbul edilir.
ÜMUMİ MÜDDӘALAR
XALQ HAKİMİYYӘTİ
M a d d ә 1 . Hakimiyyәtin mәnbәyi
I. Azәrbaycan Respublikasında dövlәt hakimiyyәtinin yeganә mәnbәyi Azәrbaycan xalqıdır.
II. Azәrbaycan xalqı Azәrbaycan Respublikası әrazisindә vә ondan kәnarda yaşayan,
Azәrbaycan dövlәtinә vә onun qanunlarına tabe sayılan Azәrbaycan Respublikası
vәtәndaşlarından ibarәtdir; bu isә beynәlxalq hüquqla müәyyәnlәşdirilmiş normaları istisna
M a d d ә 2 . Xalqın suverenliyi
I. Sәrbәst vә müstәqil öz müqәddәratını hәll etmәk vә öz idarәetmә formasını müәyyәn
etmәk Azәrbaycan xalqının suveren hüququdur.
II. Azәrbaycan xalqı öz suveren hüququnu bilavasitә ümumxalq sәsvermәsi – referendum
vә ümumi, bәrabәr vә birbaşa seçki hüququ әsasında sәrbәst, gizli vә şәxsi sәsvermә yolu ilә
seçilmiş nümayәndәlәri vasitәsi ilә hәyata keçirir.
M a d d ә 3 . Ümumxalq sәsvermәsi-referendum yolu ilә hәll edilәn mәsәlәlәr
I. Azәrbaycan xalqı öz hüquqları vә mәnafelәri ilә bağlı olan hәr bir mәsәlәni referendumla
II. Aşağıdakı mәsәlәlәr yalnız referendumla hәll oluna bilәr:
1) Azәrbaycan Respublikası Konstitusiyasının qәbul edilmәsi vә ona dәyişikliklәr edilmәsi;
2) Azәrbaycan Respublikasının dövlәt sәrhәdlәrinin dәyişdirilmәsi.
III. Aşağıdakı mәsәlәlәr üzrә referendum keçirilә bilmәz:
1) vergilәr vә dövlәt büdcәsi;
2) amnistiya vә әfv etmә;
3) seçilmәsi, tәyin edilmәsi vә ya tәsdiq edilmәsi müvafiq olaraq qanunvericilik vә (vә ya)
icra hakimiyyәti orqanlarının sәlahiyyәtlәrinә aid edilmiş vәzifәli şәxslәrin seçilmәsi, tәyin
edilmәsi vә ya tәsdiq edilmәsi.
M a d d ә 4 . Xalqı tәmsil etmәk hüququ
Xalqın seçdiyi sәlahiyyәtli nümayәndәlәrindәn başqa heç kәsin xalqı tәmsil etmәk, xalqın
adından danışmaq vә xalqın adından müraciәt etmәk hüququ yoxdur.
M a d d ә 5 . Xalqın vahidliyi
I. Azәrbaycan xalqı vahiddir.
II. Azәrbaycan xalqının vahidliyi Azәrbaycan dövlәtinin tәmәlini tәşkil edir. Azәrbaycan
Respublikası bütün Azәrbaycan Respublikası vәtәndaşlarının ümumi vә bölünmәz vәtәnidir.
M a d d ә 6 . Hakimiyyәtin mәnimsәnilmәsinә yol verilmәmәsi
I. Azәrbaycan xalqının heç bir hissәsi, sosial qrup, tәşkilat vә ya heç bir şәxs hakimiyyәtin
hәyata keçirilmәsi sәlahiyyәtini mәnimsәyә bilmәz.
II. Hakimiyyәtin mәnimsәnilmәsi xalqa qarşı әn ağır cinayәtdir.
DÖVLӘTİN ӘSASLARI
M a d d ә 7 . Azәrbaycan dövlәti
I. Azәrbaycan dövlәti demokratik, hüquqi, dünyәvi, unitar respublikadır.
II. Azәrbaycan Respublikasında dövlәt hakimiyyәti daxili mәsәlәlәrdә yalnız hüquqla xarici
mәsәlәlәrdә isә yalnız Azәrbaycan Respublikasının tәrәfdar çıxdığı beynәlxalq müqavilәlәrdәn
irәli gәlәn müddәalarla mәhdudlaşır.
III. Azәrbaycan Respublikasında dövlәt hakimiyyәti hakimiyyәtlәrin bölünmәsi prinsipi
әsasında tәşkil edilir:
– qanunvericilik hakimiyyәtini Azәrbaycan Respublikasının Milli Mәclisi hәyata keçirir;
– icra hakimiyyәti Azәrbaycan Respublikasının Prezidentinә mәnsubdur;
– mәhkәmә hakimiyyәtini Azәrbaycan Respublikasının mәhkәmәlәri hәyata keçirir.
IV. Bu Konstitusiyanın müddәalarına әsasәn qanunvericilik, icra vә mәhkәmә
hakimiyyәtlәri qarşılıqlı fәaliyyәt göstәrir vә öz sәlahiyyәtlәri çәrçivәsindә müstәqildirlәr.
M a d d ә 8 . Azәrbaycan dövlәtinin başçısı
I. Azәrbaycan dövlәtinin başçısı Azәrbaycan Respublikasının Prezidentidir. O, ölkәnin
daxilindә vә xarici münasibәtlәrdә Azәrbaycan dövlәtini tәmsil edir.
II. Azәrbaycan Respublikasının Prezidenti Azәrbaycan xalqının vahidliyini tәcәssüm etdirir
vә Azәrbaycan dövlәtçiliyinin varisliyini tәmin edir.
III. Azәrbaycan Respublikasının Prezidenti Azәrbaycan dövlәtinin müstәqilliyinin, әrazi
bütövlüyünün vә Azәrbaycan Respublikasının tәrәfdar çıxdığı beynәlxalq müqavilәlәrә riayәt
IV. Azәrbaycan Respublikasının Prezidenti mәhkәmә hakimiyyәtinin müstәqilliyinin
M a d d ә 9 . Silahlı Qüvvәlәr
I. Azәrbaycan Respublikası öz tәhlükәsizliyini vә müdafiәsini tәmin etmәk mәqsәdi ilә
Silahlı Qüvvәlәr vә başqa silahlı birlәşmәlәr yaradır.
II. Azәrbaycan Respublikası başqa dövlәtlәrin müstәqilliyinә qәsd vasitәsi kimi vә
beynәlxalq münaqişәlәrin hәlli üsulu kimi müharibәni rәdd edir.
III. Azәrbaycan Respublikasının Prezidenti Azәrbaycan Respublikası Silahlı Qüvvәlәrinin
Ali baş komandanıdır.
M a d d ә 1 0 . Beynәlxalq münasibәtlәrin prinsiplәri
Azәrbaycan Respublikası başqa dövlәtlәrlә münasibәtlәrini hamılıqla qәbul edilmiş
beynәlxalq hüquq normalarında nәzәrdә tutulan prinsiplәr әsasında qurur.
M a d d ә 1 1 . Әrazi
I. Azәrbaycan Respublikasının әrazisi vahiddir, toxunulmazdır vә bölünmәzdir.
II. Azәrbaycan Respublikasının daxili suları, Xәzәr dәnizinin (gölünün) Azәrbaycan
Respublikasına mәnsub olan bölmәsi, Azәrbaycan Respublikasının üzәrindәki hava mәkanı
Azәrbaycan Respublikası әrazisinin tәrkib hissәsidir.
III. Azәrbaycan Respublikasının әrazisi özgәninkilәşdirilә bilmәz. Azәrbaycan Respublikası
öz әrazisinin heç bir hissәsini heç bir şәkildә kimsәyә vermir; yalnız Azәrbaycan Respublikası
Milli Mәclisinin qәrarı ilә Azәrbaycanın bütün әhalisi arasında referendum keçirmәk yolu ilә
Azәrbaycan xalqının iradәsi әsasında dövlәt sәrhәdlәri dәyişdirilә bilәr.
SON DƏQİQƏ
Hüquqla idarə edilən və hüquqa hörmət edilən dövlətlərdə qanunların ən alisi, necə deyərlər qanunların anası hesab edilən ən başlıca rəsmi sənəd ö dövlətin konstitusiyasıdır. Bildiyimiz kimi, 12 noyabr tarixi hər il Azərbaycanda Konstitusiya günü kimi qeyd edilir. Ona görə də, bu mövzuda söhbət aşmaq, danışmaq Konstitusiya gününün anlamı və önəminə uyğun gəlir.
Bir ölkə haqqında məlumat almaq, o ölkənin daxilinə nəzər salıb bilgi sahibi olmaq təkcə gəzməli görməli yerlərini, ya da insanlarını tanımaqla, adət-ənənələrini və tarixini öyərnməklə ilə məhdudlaşmır. Başqa dövlətlər və başqa insanlar tanımaq istədiyi ölkənin konstitusyasına nəzər salmaqla ölkədəki cəmiyyət və dövlət münasibətlərinin, insan hüquq və azadlıqlarının necə təsbit edildiyini, ölkədəki hüquqi vəziyyətin hansı qanuni əsaslara, təməl dayaqlara dayandığını, dövlətin və hakimiyyət qollarının necə təşkil olunduğunu son dərəcə açıq-aydın görə bilər. Çünki bir ölkənin konstitusiyası həm də bir növü onun pasportudur.
Konstitusiya dövlətin təşkili formasını, hökumət formasını, orqanlarını, bunlar arasındakı əlaqələri və fərdlərin təməl hüquq və azadlıqlarını, yəni dövlətin fəaliyyətlərini nizamlayan, həm dövləti, həm də hər bir fərdi əhatəsinə alan və müəyyən edilən qaydalar toplusunu özündə əks etdirən qanun mətnidir. Qısaca, Konstitusiya dövlətlə vətəndaş arasındakı əlaəqələri hüquq normalarına uyğun nizamlayır.
Azərbaycanın da aralarında olduğu bir çox dövlətin konstitusiyası yazılmış konstitusiyadır. Yazılmış konstitusiya səlahiyyətli orqanlar tərəfindən hazırlanmış və bir konstitusiyada müəyyən edilməli olan qaydaların kodifikasiya edilərək sistemli maddələr şəklində nizamlandığı rəsmi sənəddir. Dünyada məsələn, İngiltərə kimi köklü dövlətin yazılı konstitusiyası bu gün də yoxdur. Orada dövlət qurumlarının fəaliyyəti yüz illər boyu formalaşmış adət-ənənələrə, qanunlara və sənədlərə görə nizamlanır. Bununla yanaşı, İngiltərədə konstitusiya hüququnu əhatə edən və parlament tərəfindən qəbul edilən qanunlar mövcuddur. Dünyada ilk yazılmış konstitusiya 1789-cu ildə ABŞ-da hazırlanmışdır. Bu konstitusiyanın təməl prinsipləri bu gün də öz qüvvəsini saxlayır. ABŞ-dan sonra 1789 fransız inqilabından sonra 1791-ci il Fransa Konstitusiyası yazılmışdır. Fransız Konstitusiyası kimi dünyada bəzi konstitusiyalar tarixi şərtlərin zəruri nəticəsində ortaya çıxmışdır. Məsələn Japoniyanın 1947-ci il Konstitusiyası başqa dövlətlərin təzyiq etməsi nəticəsində qəbul edilmişdir.
Dediyimiz kimi, bu gün bir çox ölkənin konstitusiyası yazılmış konstitusiyadır. Ancaq bir konstitusiyanın yazılmış ali sənəd olması hələ o demək deyil ki, oradakı maddələr reallıqda tam şəkildə işləyir. Çünki dünyada bir çox konstitusiyanın realizəsi müxtəlif faktorlarla bağlıdır. Götürək misal üçün Latın Amerikası ölkələrinin konstitusiyalarını. Onlar ABŞ konstitusiyasını nümunə alaraq onun əsasında öz konstitusiyalarını qəbul etsələr də, bu ölkələrdə konstitusion vəziyyət tez-tez hərbi çevrilişlərlə pozulur. Azərbaycan Respublikasının Konstitusiyası. 1991-ci ildə sovet zəncirlərindən qurtulub müstəqilliyimizi bərpa etdikdən sonra bir neçə il Azərbaycanın milli konstutusiyası demək olar ki, yox idi. Ta ki, xaqlımızın xilaskarı, Ulu Öndər Heydər Əliyev ikinci dəfə 1993-cü ildə ölkə rəhbərliyinə xalqın tələbi ilə gələnə qədər. Ulu Öndər hakimiyyətə gəldikdən sonra çətin vəziyyətdə olan ölkəni işıqlı günlərə aparmağın yollarından birinin də müasir, demokratik və beynəlxalq aləmdə də qəbul görən konstitusiyanın hazırlanması olduğunu düşünmüşdü. Ona görə də, Heydər Əliyevin rəhbərliyi ilə yaradılan komissiya konstitusiyannın hazırlanması işini tamamdı və 12 noyabr 1995-ci ildə ümumxalq səsverməsi yolu ilə bu günki Azərbaycan Respublikasının ilk milli Konstitusiyası qəbul edildi.
Təbii ki, Konstitusiyanın qəbul edilməsi ilə iş bitməmişdi. Əsas məsələ konstitusiyada təsbit edilmiş madddələrin tətbiqi və onlara uyğun olaraq qanunvericilik bazasının təşkil edilməsi, köklü islahatların hüquqa uyğun həyata keçirilməsi idi. Bundan sonra arası kəsilmədən konstitusiyaya uyğun olaraq dövlət orqanlarının təşkili, məhkəmə-hüquq islahatları, ölkədə bir çox sahənin hüquqi nizamlanması işi çox geniş vüsət almağa başladı. Bu bir hüquq inqilabı idi desək yanılmarıq. Konstitusiyada təsbit edilən ən önəmli məsələlərdən biri də əsas insan və vətəndaş hüquq və azadlıqlarıdır. Bu sahədə bir şərq ölkəsi olaraq Azərbaycanda çox yüksək səviyyədə cəsarətli addım olan ən önəmli hadisə Heydər Əliyevin 10 fevral 1998-ci il tarixli ölüm hökmünün ləğv edilməsi humanist fərmanı idi.
1996-1997-ci illərdə Azərbaycan insan hüquq və azadlıqlarının, demokratik təsisatların inkişafının təminatı ilə bağlı bir sıra beynəlxalq konvensiyalara qoşuldu. 1998-ci il fevralın 10-da Azərbaycanda ölüm hökmü ləğv edildi. Azərbaycan MDB məkanında və müsəlman dünyasında bu tarixi qərarı qəbul edən ilk dövlət idi. O vaxt hətta Avropa Şurasının üzvü olan bir çox ölkələr analoji addım atmamışdılar.
14 iyul 1998-ci il tarixdə Azərbaycanda konstitusion müstəvinin ən vacib institutlarından biri – Konstitusiya Məhkəməsi fəaliyyətə başladı. 1998-ci il avqustun 8-də prezident Heydər Əliyev konstitusion hüququn təməl prinsiplərindən olan söz azadlığının təminatı ilə bağlı mühüm bir qərara imza atdı – mətbuat üzərində senzura tamamilə ləğv edildi.
1999-cu il dekabrın 12-də Konstitusiyada təsbit olunmuş keçid müddəalarından daha birinə əməl olundu – ölkədə ilk bələdiyyə seçkiləri keçirildi, yerli özünüidarə institutu fəaliyyətə başladı. 2001-ci ilin yanvarında Avropa Şurasına tamhüquqlu üzv qəbul edilməsi ilə ölkəmiz bir sıra konvensiyalara qoşuldu, dövlətin hüquqi sisteminin demokratik dünya standartlara uyğunlaşdırılması davam etdi. 2002-ci ildə İnsan hüquqları üzrə müvəkkil – Ombudsman təsisatı fəaliyyətə başladı.
İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi Konstitusiyamızda Dövlətin ali məqsədi olaraq müəyyn edilmişdir. Konstitusiyanın qəbul edildiyi tarixdən bu günə qədər olan dövrə nəzər saldıqda digər sahələrdə olduğu kimi bu məqsədə nail olmaq üçün ölkə rəhbərliyinin, o cümlədən, Naxçıvan Muxtar Respublika rəhbərliyinin yorulmaz və gərgin əməyini çox aydın şəkildə qeyd edə bilirik. Xüsusən də, Muxtar Respublikanın sosial-iqtisadi həyat səviyyəsinin gün keçdikcə daha yuxarı səviyyəyə çatdırıldığı təqdirəlayiqdir. Muxtar Respublikaya səfər edən müxtəlif ölkələrin insanlarının, xüsusilə də ziyalılarının öz ölkələrinin mətbuatında, sosial şəbəkələrdə Muxtar Respublikada gördükləri inkişafı, abadlığı və qonaqpərvər rəftarı byük sevinclə qeyd etmələri bizləri qürur hissi keçirməyə sövq edir.
Əlbəttə ki, konstitusiyanın qəbul edildiyi tarixdən ötən 24 il ərzində ictimai-siyasi proseslərin gətirdyi zəruri yeniliklərə ehtiyac yarandığı zaman normal və gərəkli olaraq konstitusiyaya referendum yolu ilə, xalqın səsverməsi ilə bir sıra dəyişikliklər edilməsi qaçınılmazdır. Ona görə də, 2002-ci il avqustun 24-də keçirilən ümumxalq referendumunda Konstitusiyaya 24 maddə üzrə 39 dəyişiklik edildi. Bu yeniliklər Konstitusiyada hakimiyyətin bölüşdürülməsi, insan hüquqlarının təminatı və siyasi proseslərdə demokratikliyin artırılması üçün daha geniş hüquqi baza yaratdı. Konstitusiyanın 130-cu maddəsinə edilən düzəlişə əsasən, hər bir vətəndaşa ölkənin ali məhkəmə instansiyasına- Konstitusiya Məhkəməsinə şikayət etmək hüququ təmin edildi.
2009-cu il martın 18-də və 2016-cı ilin sentyabrın 26-da ümumxalq səsverməsi ilə Əsas Qanunumuzda ehtiyac duyulan əlavə və dəyişikliklər edildi. Azərbaycanın tarixi keçmişini, indiki zamanın reallıqlarını və gələcək inkişaf istiqamətlərini əks etdirməsi, ümumbəşəri və milli dəyərlərə söykənməsi konstitusiyamızı səciyyələndirən əsas cəhətlərdir. Yəni bir sözlə, biz təkcə Konstitusiyamız olan ölkə deyil, həm də Konstitusiyada təsbit edilmiş maddələrə uyğun idarə edilən, yaşayayıb işləyən və insan hüquq və azadlıqlarını qoruyub onlara hörmət edən bir ölkəyik. Üstəlik bütün bunlara dövlətimiz tərəfindən son dərəcə önəm və təminat verilir.
Naxçıvan Muxtar Respublikasının Konstitusiyası. Bildiyimiz kimi, Azərbaycan Respublikasının tərkibində muxtar dövlət statusunda olan Naxçıvan Muxtar Respublikasının da Konstitusiyası mövcuddur. Bu Konstitusiya 1998-ci il aprelin 28-də birinci çağırış Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin 5-ci sessiyasında qəbul edilmiş, Azərbaycan Respublikası Milli Məclisinin 30 iyun və 29 dekabr 1998-ci il tarixli iclaslarında təsdiq edilmiş, 1999-cu il yanvarın 8-dən qüvvəyə minmişdir. Konstitusiya preambuladan, 6 fəsildən (50 maddə) və 4 keçid müddəasından ibarətdir. Bu Konstitusiyada muxtar respublikada fəaliyyət göstərən dövlət orqanlarının əsası hakimiyyətlərin bölünməsi prinsipinə görə öz əksini açıq-aydın şəkildə tapmışdır. Muxtar Respublikamızın Konstitusiyasında Ali vəzifəli şəxs institutu təsis edilmişdir Belə ki, Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin Sədri Ali vəzifəli şəxs statusunda həm qanunvericilik, həm də icra hakimiyyəti səlahiyyətlərini həyata keçirir.
Hörmətli oxucular, bu gün dünyada 7000 minə yaxın etnik qrup və millət var və vur-tut cəmi 200-ə qədər dövlət var, o zaman milli şüuru olan bir insanın həyatında öz dövləti, vətəni, bayrağı, himni və milli konstitusiyası olmaq bu baxımdan nə qədər maddi-mənəvi sərvət dəyərindədir bunu sözlə ifadə etmək kifayət etmir. Ona görə də, hesab edirik ki, ölkəmizin ən ali hüquqi qüvvəyə malik qanunu olan Konstitusiyamızı öyrənməyi, ondan mümkün qədər geniş məlumatlı olmağı və eyni zamanda Konstitusiyamıza hörmət etməyi dövlətimizin digər atributları ilə yanaşı hər birimiz özümüzə mənəvi borc hesab etməliyik.
Valid Mustafayev
Sədərək rayon prokuroru
kiçik ədliyyə müşaviri
Comments are closed, but trackbacks and pingbacks are open.