Səbləri tez sakitləşdirməyin yolları
Müğənninin sənət dostu Xalq artisti Flora Kərimovanın sözlərinə görə isə Elmira xanımın nitq ilə bağlı ciddi problemləri yaranıb: «Elmira Rəhimovanın səhhəti yaxşı deyil, danışa bilmir. Özümü güclə saxlayıram, hönkür-hönkür ağlamaq dərəcəsindəyəm. Mən necə gedim onun yanına? Mən danışım, o danışa bilməsin. Ürəyimi parçalayım? Mən neyləyim axı, nə deyim. Onu necə sakitləşdirim? Hansı söz tapıb deyim, bir adam ki mənə cavab verə bilməyəcək? Mən o insana xəstə kimi şəfa diləmək istəmirəm. O insan çox güclüdür və səsi ilə hamının rəğbətini qazanıb. O, bir dəfə də olsun əyilməyib!».
Xalq artisti Elmira Rəhimovanın həm də gözəl ailəsi – Anand adlı bir oğlu və iki nəvəsi var. Onun evində adını daşıyan nəvəsi yaşayır.
Doğum günündən zəhləsi gedən Xalq artisti – Elmira Rəhimova
50-ci illərin sonunda hind mahnılarının məşhur ifaçısı kimi tanınıb, Hindistanın Baş Naziri C. Nehrunun dəvəti ilə iki dəfə Hindistanda olub, hind mahnı və rəqslərini öyrənib və bir müddət Hindistanda yaşayıb. Müğənninin açıq səma altında oxuduğu Qənbər Hüseynlinin «Cücələrim» mahnısı sürəkli alqışlarla qarşılanıb. Ən maraqlısı o idi ki, 30 minlik hind tamaşaçısı mahnını xorla oxuyaraq müğənnidən həmin mahnını təkrar etməsini xahiş etmişdi.
Elmira xanımın repertuarına xalq mahnıları, təsniflər, bəstəkar nəğmələri daxildir. Müxtəlif musiqi ansamblları ilə uğurla çıxış edən Elmira xanımın ifasında dəfələrlə eşitdiyimiz «Ana laylası», «Mən anayam», «Küsüb məndən», «Sənin gülüşlərin», «Odlar yurdu», «Tələbəlik illəri», «Xoşbəxtlik», «Sən yadıma düşəndə» və başqa mahnıları çox fərqli və qeyri-adi bir ahəngdə olub.
Müğənniyə ən populyarlıq gətirən və bu gün də insanların dilindən düşməyən mahnılar isə əsasən «Tələbə”, „Səadət, “Yenə sənsiz bu axşam», «Sən yadıma düşəndə» olmuşdur.
Elmira Rəhimova dünyanın 60-dan çox ölkəsində konsert proqramları ilə çıxış edib. Hətta onun Hindistan prezidentinin oğlu ilə ailə qurub Hindistanda yaşamaq şansı da olub. Bu barədə isə müğənni müsahibələrinin birində deyir: “Hindistanın prezidentinin oğlu mənə evlilik təklif etmişdi, lakin razı olmadım. Elə bilirdim ki, məni sınayırlar. Onlara dedim ki, buraya dərs oxumağa gəlmişəm, ərə getməyə yox”.
Daim səhnədə, göz önündə, şənliklərdə olan müğənni qəribədir ki, heç zaman özünə məxsus günləri təmtəraqla keçirməyib. Eləcə də o, heç zaman doğum gününü qeyd etməyib. Bu barədə ondan soruşanda isə müğənni fikirlərini bu cür ifadə edib:
“Mənim doğum günlərindən zəhləm gedir. Bilirsiniz, ömür boyu yollarda olmuşam, müxtəlif ölkələri gəzmişəm. Kollektivimizdə də çox adam olub. Bir insana da doğum günümü bildirməmişəm və bu günü də qeyd etməmişəm. Ona görə də öz payıma danışıram, bu gündən zəhləm gedir”.
Hal-hazırda 79 yaşı olan müğənni artıq uzun illərdir ki, efirlərdə görünmür. Deyiənlərə görə o, şəkər və parkinson xəstəliyindən əziyyət çəkir. Səhhəti ilə bağlı tez-tez xəstəxanaya yerləşdirilən müğənni haqqında bu yaxınlarda ölüm xəbəri yayılmışdı.
İfaçı 2012-ci ildə ailəsində olan xoşagəlməz hadisələrə görə musiqi sənətindən ayrıldığını açıqlamışdı:
“Böyük bacım keçən ilin dekabr ayında dünyasını dəyişdi. Bu mənə böyük bir zərbə oldu. Kiçik bacım isə yataq xəstəsidir. Demək olar ki, bütün günümü ona həsr edirəm. Mən bacılarım arasında ortancılam, ortancıl olmaq çətindir, bütün yük mənim boynumdadır. Buna görə də efirə çıxmaq, müsahibə vermək əhval-ruhiyyəsində deyiləm”.
Müğənninin sənət dostu Xalq artisti Flora Kərimovanın sözlərinə görə isə Elmira xanımın nitq ilə bağlı ciddi problemləri yaranıb: «Elmira Rəhimovanın səhhəti yaxşı deyil, danışa bilmir. Özümü güclə saxlayıram, hönkür-hönkür ağlamaq dərəcəsindəyəm. Mən necə gedim onun yanına? Mən danışım, o danışa bilməsin. Ürəyimi parçalayım? Mən neyləyim axı, nə deyim. Onu necə sakitləşdirim? Hansı söz tapıb deyim, bir adam ki mənə cavab verə bilməyəcək? Mən o insana xəstə kimi şəfa diləmək istəmirəm. O insan çox güclüdür və səsi ilə hamının rəğbətini qazanıb. O, bir dəfə də olsun əyilməyib!».
Xalq artisti Elmira Rəhimovanın həm də gözəl ailəsi – Anand adlı bir oğlu və iki nəvəsi var. Onun evində adını daşıyan nəvəsi yaşayır.
Mənbə: kulis.az
- Teqlər:
- Xalq artisti Elmira Rəhimova
- , Elmira Rəhimova
- , Elmira Rəhimova yaradıcılığı
- , müğənnilər
- , müğənni
Əsəbləri tez sakitləşdirməyin yolları
Əsəbləri sakitləşdirməyin müxtəlif yolları var. Ən yaxşı yollardan biri – sakit bir şəraitdə tək qalmaqdır ki, heç kim sizi qıcıqlandırmasın. Telefonu və sizi ətraf aləmlə bağlayan bütün cihazları söndürün.
Mənzilinizdə xoş atmosfer yaradın. Əsəblərinizi sakitləşdirən musiqilər dinləyin və otaqda xoş ətir yaradın. Musiqiyə gəldikdə isə, ən yaxşısı radioda sakit musiqi dalğası tapın və yaxud belə janrlı musiqiləri internetdən yükləyin. Xoş ətirə gəldikdə isə ətirli şamlardan istifadə edin.
Uzanın, rahatlanın və heç nə haqqında fikirləşməyin. Sizə sevinc gətirən işlərlə məşğul olun. Əgər ağlınıza heç nə gəlmirsə, onda küçəyə çıxıb bir qədər gəzin. Təmiz hava orqanizminizə yaxşı təsir edəcək. Gəzinti zamanı siz öz fikirlərinizlə təklikdə qala biləcəksiniz.
Sağlam və tam yuxu sizə nəinki fiziki cəhətdən, hətta mənəvi cəhətdən də kömək edəcək.
Tədqiqatçılar müəyyən ediblər ki, insan beyni yuxuda da problemləri “həll” edə bilir.
Yuxudan əvvəl əsəblərimizi necə sakitləşdirək?
Ətirli köpüklə isti vanna qəbul edin. İsti vanna nəinki fiziki, hətta mənəvi rahatlıq gətirir. Özünüzlə 1 qədəh meyvə şirəsi götürün, sakit müsiqi dinləyərək vanna qəbul edin. Gərginlik həmin dəqiqə keçəcək, sakit musiqi rahatlandıracaq və fikirləşməməyə kömək edəcək.
Sağlamlıq Baxılıb: 16088 Tarix: 17 aprel 2015
Digər yazılar
Zeytun yağı haqqında və onun faydası
Müxtəlif xalqlar zeytun yağına ilahi mənşəli ağac yağı kimi yanaşardılar. Qədim yunan rəvayətinə görə müdriklik allahı Afina allahların yarışında ən əhəmiyyətli neməti udaraq insanlara hədiyyə kimi bağışlamışdır. Yunanla
Ağrınız varsa nanə qəbul edin
Qış aylarında nanəli çay içərək həm soyuqdəymənin qarşısını alın, həm də səhhətinizə diqqət yetirin. Faydalı bitki kimi gündəlik məişətdə istifadə etdiyimiz nanə həzmi asanlaşdırmaqla yanaşı, mədədə əmələ gələcək yanıqları
Dəfnə yarpağının insana faydası
Sidikqovucu, ağrıkəsici, mikrob öldürücü xüsusiyyətlərə malik olan dəfnə yarpağından kosmetik vasitə kimi də istifadə edilir. Dəfnə yarpağının suyundan duş qəbul etdikdə ağrılar kəsilir, yorğunluq aradan qalxır. Bu bitkidə
Yemişin faydası
Bu şirin tərəvəz öz faydalı xüsusiyyətlərinə görə qədim vaxtlardan tanınır. Bəzi mənbələrə görə, Hindistanda bu tərəvəzi hətta bizim eramızdan əvvəl yetişdirirdilər. Daha sonra yemiş Asiyaya “gəlib” və yalnız ort
Nar haqqında
Nar istisevən meyvədir, cənub rayonlarında becərilir. Vətəni Azərbaycan, Orta Asiyanın isti rayonları və Gürcüstan hesab olunur. Narın tərkibində 1,13%-ə qədər aşı maddələri olduğundan dəri aşılamaq üçün və boya maddəsi alınmasınd
Kakaonun insana faydası
Kakao əsəb və xərçəng riskini azaldan önəmli vasitə hesab edilir.Kalsiumla zəngin olan kakao sümüklərin bərkiməsi, ürəyin qüvvətlənməsi, həzmin asanlaşması üçün də çox faydalıdı. Bu bitki böyrəklərdə su və duzun həl l olunara
Limonun çox faydalı 5 cəhəti
Limon xərçəngə qarşı istifadə edilən vasitədir. Yeməklərdə, salatlarda, çayda, dəri üçün hazırlanan bir çox maskalarda istifadə edilən bitki tərkibli limonun bir sıra faydaları var. Bu sitrus meyvəsinin 5 əsas faydalı cəhət
Spermanın keyfiyyətini və sürətini artırmağın yolu – Bunları edin
Sperma keyfiyyətini və sürətini artırmaq üçün bunları yeyin. Mütəxəssislər sperma keyfiyyəti və sayı ilə köklük arasında tərs mütənasiblik olduğunu bildirirlər. Belə ki, kök kişilərin sperma sayı daha az olur. Ona görə d
Lələklərdən hazırlanmış yastıqların zərəri
Tədqiqatçılar müəyyən ediblər ki, lələklərdən hazırlanmış yastıqlar insan orqanizminə zərərdir. Məsələn, Avropada sanatoriyalarda, xəstəxanalarda, uşaq baxçaları və qonaq evlərində lələklərdən hazırlanan yastıqlarda istifad
Comments are closed, but trackbacks and pingbacks are open.