Press "Enter" to skip to content

Azərbaycan Respublikasının Nəqliyyat Sektorunun İnkişafı Strategiyası

Rusiya Ukraynanı yenidən raket atəşinə tuta bilər

Sahibkarlıq

Azərbaycanın rəqəmsal iqtisadiyyat Strategiyası qısa zamanda hazır olacaq – MÜSAHİBƏ

09 sentyabr 2022 10:42 (UTC +04:00)

Xəbər Lenti

ABŞ müdafiə naziri İsrailə gedib

9 mart 2023

Timor-Leste Prezidenti Qlobal Bakı Forumunda Ukrayna ilə Suriya və Yəmənə yardım arasındakı fərqi etik saymayıb

9 mart 2023

Prezident Səudiyyə Ərəbistanı Kral Faysal İslam Araşdırmalar Mərkəzinin sədrini qəbul edib – YENİLƏNİB

9 mart 2023

Ermənistanda intihar edən hərbçi Seyran Ohanyanın qohumu imiş – YENİLƏNİB-1

9 mart 2023

ƏƏSMN-in satışa çıxardığı mənzillərdən bir qismi satılıb

9 mart 2023

Lavrov: Ukrayna ilə əsir mübadiləsi Ər-Riyadın köməyi ilə həyata keçirilib

9 mart 2023

Beynəlxalq Enerji Agentliyi: Aİ gələcəkdə ucuz qaz ala bilməyəcək

9 mart 2023

Prezident İlham Əliyev İsrailin sabiq Baş nazirini qəbul edib

9 mart 2023

Rusiya və Səudiyyə Ərəbistanı “OPEC+” çərçivəsində fəaliyyətləri əlaqələndirəcəklər

9 mart 2023

Qusarda qeysəriyyə əməliyyatı keçirən qadın xəstəxanada ölüb

9 mart 2023

Lavrov BMT Baş katibini tənqid edib

9 mart 2023

Azərbaycan XİN: Mina qurbanlarının sayı 284 nəfərə çatıb

9 mart 2023

Türkiyə “Taxıl sazişi”nin uzadılması üçün Rusiya, Ukrayna və BMT ilə danışıqlar aparır

9 mart 2023

ADU-da “Pakistan-Azərbaycan” kitabının təqdimatı olub

9 mart 2023

Azərbaycan-NATO hərbi əməkdaşlığının perspektivləri müzakirə olunub

9 mart 2023

Lavrov: Rusiya Ukraynanın ciddi dialoqa başlamaq istəyini görmür

9 mart 2023

Rusiya Ukraynanı yenidən raket atəşinə tuta bilər

9 mart 2023

Aİ-nin xüsusi nümayəndəsi Azərbaycanla Ermənistanı dialoqa çağırıb

9 mart 2023

Prezident İlham Əliyev BMT-nin İİV üzrə Birgə Proqramının icraçı direktorunu qəbul edib

9 mart 2023

Latviyanın sabiq Prezidenti: Bakı Qlobal Forumunun tərkibinin daha da genişlənəcəyini gözləyirəm

9 mart 2023

Taksi sürücüsünü qətlə yetirib, maşını qaçıran şəxsin məhkəməsi başlayır

9 mart 2023

Qəbələdə “Heydər Əliyev – əbədiyaşar şəxsiyyət” mövzusunda tədbir keçirilib

9 mart 2023

Latviya Prezidenti: Azərbaycanla iqtisadi əməkdaşlığı gücləndirmək üçün güclü potensial var

9 mart 2023

Polşa Ukraynaya “MiQ-29” təyyarələrini verəcəyini təsdiqləyib

9 mart 2023

Azad edilmiş rayonlarda ötən il 2157 fərdi sahibkarlıq subyekti yaradılıb

9 mart 2023

Egils Levits: Ukrayna həm Aİ-nin, həm də NATO-nun üzvü ola bilər

9 mart 2023

Türkiyədə zəlzələdə dağılan binalara görə həbs olunanların sayı 269-a çatıb

9 mart 2023

Latviya Prezidenti: Azərbaycan Aİ-nin vacib və etibarlı tərəfdaşıdır

9 mart 2023

İsveçrənin sabiq Prezidenti: BMT artıq supergüc deyil

9 mart 2023

Gənc İT mütəxəssisləri Nar şəbəkəsində təcrübə keçir

9 mart 2023

Martın 12-si 50 mindən çox şagird buraxılış imtahanı verəcək

9 mart 2023

Aİ ölkələri Ukraynaya mərmi tədarükünü sürətləndirmək barədə razılaşıb

9 mart 2023

Zakir Həsənov NATO Quru Qoşunları Komandanlığının qərargah rəisi ilə görüşüb – FOTO

9 mart 2023

Sumqayıtda minik maşını avtobusa çırpılıb – FOTO

9 mart 2023

Binəqədidə narkotik dövriyyəsi ilə məşğul olan 98 nəfər saxlanılıb

9 mart 2023

Polşa Ukraynaya 10 ədəd “Leopard 2” tankı göndərib

9 mart 2023

İrandakı səfirliyimizdə törədilən terrorda şəhid olan Orxan Əsgərovun 40 mərasimi keçirilib – FOTO – YENİLƏNİB

9 mart 2023

Azərbaycan taekvondoçuları açıq Niderland çempionatında mübarizə aparacaq

9 mart 2023

Tərtərdə azad edilmiş ərazidə 34 yaşlı şəxs minaya düşüb – YENİLƏNİB

9 mart 2023

İsrailli aktyor və müğənni vəfat edib

9 mart 2023

Norveçin keçmiş Baş naziri: BMT-ni zəiflədən Təhlükəsizlik Şurasıdır

9 mart 2023

Kreml: Rusiyanın Gürcüstandakı iğtişaşlarla əlaqəsi yoxdur

9 mart 2023

Peskov: Putinlə Quterreş arasında təmas planlaşdırılmır

9 mart 2023

Britaniyanın Avropa və Şimali Amerika üzrə dövlət naziri Türkiyədə səfərdədir

9 mart 2023

Almaniya 3 Rusiya vətəndaşını beynəlxalq axtarışa verib

9 mart 2023

DİQQƏT!

Hörmətli istifadəçi, ödənişli xəbərləri əldə etmək üçün qeydiyyatdan keçin

DİQQƏT!

Hörmətli istifadəçi, ödənişli videoları əldə etmək üçün qeydiyyatdan keçin.

DİQQƏT!

Hörmətli istifadəçi, ödənişli fotoları əldə etmək üçün qeydiyyatdan keçin.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2004 – 2021 Bütün müəllif hüquqları qorunur.

Azərbaycan Respublikasının Nəqliyyat Sektorunun İnkişafı Strategiyası

1 Azərbaycan Respublikasının Nəqliyyat Sektorunun İnkişafı Strategiyası Nəqliyyat sisteminin inkişafı Azərbaycan Respublikası üçün böyük əhəmiyyət kəsb edir. Ölkə iqtisadiyyatının infrastruktur sahələri olan enerji, rabitə, təhsil,səhiyyə ilə yanaşı, nəqliyyat cəmiyyətin həyat fəaliyyətinin ilkin tələbatını təmin etməklə sosial, iqtisadi, xarici siyasət və digər dövlət prioritetlərinə nail olmaq üçün mühüm rol oynayır cı illərin əvvəllərində Azərbaycan Respublikası bazar iqtisadiyyatına doğru addımlar ataraq seçim etmişdir. O zamandan bəri islahatlar nəqliyyat sektorunun tənzimedici mühitində nəzərə çarpan dərəcədə dəyişikliklərə səbəb olmuş nəqliyyat xidmətlərinə olan tələbə böyük təsir göstərmişdir cü ildən sonrakı dövr ərzində nəqliyyat sahəsində strukturların və idarəetmə institutlarının əsaslı yeniləşdirilməsi aparılmışdır. Təşkilati və tənzimləyici fəaliyyətlərin bölgüsünə keçidlə yanaşı inzibati idarəetmədən bazar iqtisadiyyatı şəraitində dövlət tənzimlənməsi sisteminə keçirilmiş, nəqliyyat fəaliyyətinin müəyyən dərəcədə hüquqi əsası yaradılmışdır. Bunun ən bariz nümunəsi nəqlyyat-yol kompleksinin tərkib hissələri olan dəmir yolu, su, avtomobil, mülki hava nəqliyyatı sub sektorları avtomobil yolları sahələrində vahid dövlət siyasətini formalaşdıran və həyata keçirən, sahələrarası münasibətləri tənzimləyən mərkəzi icra hakimiyyəti orqanının Azərbaycan Respublikası Nəqliyyat Nazirliyinin yaradılmasıdır. Bu dövr ərzində sərnişin və yük daşımalarına olan tələbat yüksək dərəcədə artmış beləliklə, nəqliyyat sektorunda islahatların aparılmasının sürətli inkişafına təkan vermişdir. Azərbaycan Respublikası müstəqillik qazandıqdan sonra nəqliyyat sistemi inkişafının yeni mərhələsinə qədəm qoymuşdur. Əsaslı struktur islahatları tamamlanmışdır. Ölkə İqtisadiyyatı sürətli inkişafın növbəti mərhələsinə keçmiş,bazar iqtisadiyyatı şəraitində nəqliyyatın işinin hüquqi bazasının yaradılmasına,tələbə yönəlik,bazar iqtisadiyyatının tələblərini əks etdirən güclü fəaliyyətlərə üz tutmağa səbəb olmuşdur. Nəqliyyatda sektor islahatlarının tamalanması vahid nəqliyyat siyasətinin formalaşması üçün stimul yaratmışdır. Vahid nəqliyyat siyasətinin hədəflərindən biri sub sektroların inteqrasiyasından və nəqliyyat xidməti bazarında həm birləşmiş həm də multi-modelli nəqliyyat sistemlərində bacarıqların artırılmasından ibarətdir. Nəqliyyatın artan fərdi çevikliyi, vətəndaşların nəqliyyatla hərəkət etmələri sahəsində hüquqlarının həyata keçirilməsini təmin etməklə yanaşı, həm də Azərbaycan Respublikasının müdafiə potensialının yüksəldilməsi üçün vacibdir. Nəqliyyat sektorunun əsas rolu artmaqda olan tələbin təmin edilməsindən eyni zamanda, Azərbaycan Respublikası tərəfindən hazırlanmaqda olan sosial-iqtisadi inkişaf islahatları ilə uyğunluq prinsipləri ilə yanaşı addımlamasıdır. Dəyişən şərtlər nəqliyyat sisteminin inkişafı üçün əsas istiqamətlərin müəyyən olunmasını və nəqliyyatın inkişafı sahəsində dövlət tərəfindən müəyyən olunan vəzifələrin müəyyənləşdirilməsini zəruri edir Azərbaycan Respublikasının Nəqliyyat Strategiyası nəqliyyat sisteminin inkişaf istiqamətlərini, dövlətin nəqliyyat sahəsində fəaliyyətinin əsas vəzifələrini, forma və məzmununu müəyyən edir; Nəqliyyat kompleksi üçün vahid prioritetlər sistemini təyin edir və spesifik xüsusiyyətləri nəzərə

2 alınmaqla ayrı-ayrı nəqliyyat növlərində bu prioritetlərin həyata keçirilmə istiqamətlərini müəyyənləşdirir Dövlət nəqliyyat siyasəti sahəsində qərarların qəbul edilməsi, nəqliyyatda və iqtisadiyyatın nəqliyyatla sıx əlaqədar olan sahələrində məqsədli proqramların hazırlanması, nəqliyyatdan asılı sosial, müdafiə və digər problemlərin həll edilməsində əsas istinad kimi qəbul edilir. Dövlət səlahiyyət orqanlarının, özəl müəssisələrin və nəqliyyatdan istifadə edənlərin rolları da strategiyada nəzərə alınmışdır.azərbaycan Respublikasının Nəqliyyat Strategiyası Azərbaycan Respublikası Konstitusiyasının tələblərinə, Azərbaycan Respublikasının Nəqliyyat haqqında Qanununa, Azərbaycan Respublikasının Nəqliyyat Siyasətinə,Mülki Məcəlləyə,Azərbaycan Respublikası iqtisadiyyatının və sosial-iqtisadi inkişafının vəziyyəti barədə proqnozlara, təcili, orta və daha uzaq dövrlərdə həyata keçirilməsi nəzərdə tutulan layihələrə əsaslanır. İctimai asaiş,müdafiə,milli iqtisadiyyatın artımı və nəqliyyatdan asılı olan digər sahələrdə bütün stratejik məsələlər dövlət maraqlarına xidmət edilməklə müəyyən olunmuş vasitələrlə yollarla həllini tapır. Geniş hədəfli proqramın inkişafı üçün bazis təşkil edir. Nəqliyyat sektorunda islahatların əsas prioritetlərini və hökumətin rolunu müəyyən edir. Bütün nəqliyyat növləri üçün dəyişməz prioritetlər sistemini təşkil edir və tamamlanma istiqamətlərini müəyyən edir. Həmçinin fərdi nəqliyyat növlərinə qarşı müxtəlif yanaşmalara baş vurur. Islahatların həyata keçməsi,hədəf proqramlarının inkişafı və qərarların sonrakı mərhələdə daha yaxından işlənib hazırlanması üçün bazisdir. Müntəzəm şəkildə nəzarət olunmalı,lazım gəldikdə isə, ölkənin sürətli inkişaf və artımı nəzərə alınmaqla,müddəalara uyğun şəkildə düzəlişlər olunmalıdır. 1. NƏQLIYYAT SISTEMININ INKIŞAFININ MƏQSƏD VƏ HƏDƏFLƏRI 1.1 Nəqliyyat sisteminin inkişaf etdirilməsinin əsas məqsədi: nəqliyyat xidmətləri ilə respublika əhalisinin çevikliyinin artan tələblərini qarşılamaqla həyat tərzinə olan müsbət təsirin maksimum səviyyəyə çatdırılması iqtisadi artıma xidmət etmək üçün etibarlı,sağlam,əlverişli nəqliyyat siyasətinin həyata keçirilməsi 1.2 Nəqliyyat sisteminin inkişafının məqsədləri, sürətli iqtisadi artım mərhələsinə keçidlə üst üstə düşən birbaşa ictimai və iqtisadi prioritetlərin həyata keçirilməsi ilə əlaqədardır. Vahid iqtisadi məkanın inkişafı, mal dövriyyəsinin sürətləndirilməsi və iqtisadiyyatda nəqliyyat xərclərinin azaldılması – mal dövriyyəsi sistemində inzibati əngəllərin və ayrı-ayrı regionların nəqliyyat sisteminin inkişafında qeyri-bərabərliyin ləğv olunması ilə yanaşı, ölkədə vahid dayanıqlı nəqliyyat şəbəkəsinin yaradılmasını tələb edir. Nəqliyyat diskriminasiyasının ləğv edilməsi,dayanıqlı ictimai inkişaf və regionlar arası inkişafı gücləvdirərək milli əmək bazarının yaradılması məqsədi ilə vətəndaşların bütün təbəqələrinin, o cümlədən ucqar ərazilərdə yaşayan vətəndaşların nəqliyyatla təmin olunması, nəqliyyat xidmətlərinin keyfiyyətinin artırılması, nəqliyyatın əhaliyə və ətraf mühitə neqativ təsirinin azaldılması, nəqliyyat kompleksi üçün ixtisaslı kadrların hazırlanması nəqliyyat sisteminin inkişafının əsas məqsədlərindəndir. Azərbaycan Respublikasının dünya iqtisadiyyatına inteqrasiyası və xarici ticarətin genişləndirilməsi nəqliyyat infrastrukturunun ona uyğun yenidənqurulmasını, Azərbaycanın tranzit ölkəsi kimi mövcud imkanlarından tam istifadə edilməsini, ölkə yükdaşıyıcılarının rəqabətqabiliyyətliliyinin artırılmasını və nəqliyyat xidmətləri ixracının inkişafını tələb edir.

3 Geosiyasi şəraitin dəyişməsi və Azərbaycan Respublikasının dünya miqyasında müvafiq mövqe tutması, nəqliyyat növlərində yeni təhlukəsizlik standartların incələnməsini və təqdim edilməsini zəruri edir. Getdikcə köhnəlməkdə olan nəqliyyat infrastrukrunun qaşısının alınması, sektorda struktur islahatların aparılması və infrastrukturun inkişafı və təchizatı maliyyələşdirmək üçün yeni yollara baş vurmaq qaçınılmazdır. 2. NƏQLIYYAT SISTEMININ IDARƏOLUNMASINDA, INKIŞAFINDA VƏ FƏALIYYƏTININ TƏNZIMLƏNMƏSINDƏ DÖVLƏTIN ROLU Nəqliyyat-yol kompleksinin tərkib hissələri olan dəmir yolu, su, avtomobil, mülki hava nəqliyyatı, nəqliyyat sub sektorlarında vahid dövlət siyasətini formalaşdıran və həyata keçirən, sahələrarası münasibətləri tənzimləyən mərkəzi icra hakimiyyəti orqanı Nəqliyyat Nazirliyidir. Nəqliyyat sahəsində inkişaf,tənzimləmə və idarəetmə funksiyalarını Nəqliyyat Nazirliyi və sahələr üzrə öz səlahiyyətləri çərçivəsində müvafiq dövlət orqanları həyata keçirirlər. 2.1 Nəqliyyatın fəaliyyətinin dövlət tənzimlənməsinə ehtiyac var.dövlətin siyasətinə ə uyğun olaraq nəqliyyat, bütövlükdə ölkənin digər iqtisadi sektorları ilə yanaşı (enerji,müdafi,nüvə) ictimai ehtiyacların ödənilməsi və ölkənin iqtisadi tələblərinə xidmət etmək baxımından mühim bir sahədir. 2.2 Nəqliyyat sisteminə daxil olan müxtəlif nəqliyyat növləri bir-birindən fərqlənsələr də, dövlət nəqliyyata makro səviyyədə vahid idarəetmə obyekti kimi baxır.nəqliyyatdan müxtəlif növləri arasında rəqabəti deyil, nəqliyyat xidmətlərindən istifadə edənlərə tamamlayıcı,qarşılıqlı,müxtəlif yönlü xidmətləri təmin edən vahid kompleksə çevirməyi tələb edir.dövlət tənzimləmə işlərində əməkdaşılıq edərək müxtəlif nəqliyyat növlərini inkişafına dəstək göstərir. 2.3 Nəqliyyatda dövlət tənzimlənməsinə qarşı birgə yanaşmadan aşağıdakılar qəsd olunur: nəqliyyatın fəaliyyətinin hüquqi əsaslarının vahid prinsiplər əsasında inkişafını; dövlət qaynaqlarının nəqliyyatın ayrı-ayrı növlərinin arasında paylanaraq onun inkişafına dair hədəf proqramların işlənib-hazırlanması nəqliyyat sahəsində vergiqoyma, maliyyələşdirmə, investisiya,texniki və qiymət nəzarəti fəaliyyətlərinin həyata keçirilməsini tənzimləyən siyasət; nəqliyyat sahəsinə ayrılmış büdcə vəsaitlərinin və digər vəsaitlərin nəqliyyatın müxtəlif növləri arasında balanslaşdırılmış formada bölüşdürülməsini; qarşılıqlı və çox yönlü nəqliyyat növləri üzrə lazım görülən hallarda yüngülləşdirmə ; nəqliyyat sisteminin inkişafı üçün sahibkar maraqlarının və tələblərinin birləşdirilməsi üçün əməkdaşlıq: nəqliyyat növləri arasında rəqabətin tənzimlənməsinin yüngülləşdirilməsi; nəqliyyatda vahid informasiya məkanının yaradılmasını; nəqliyyat sisteminin inkişafı üçün dövlətin və ayrı-ayrı fərdlərin səylərinin birləşdirilməsini, onların maraqlarının qorunmasını və razılaşdırılmasını; Nəqliyyat Nazirliyi yuxarıda qeyd olunan nəqliyyat sektorunun inkişafına dair vahid yanaşmanın həyata keçirilməsindən cavabdehlik daşıyan dövlət orqanıdır. 2.4 Dövlət nəqliyyatın fəaliyyətinə minimum zəruri həddə qədər müdaxilə etmək prinsipindən çıxış edir. Nəqliyyat sisteminin fəaliyyətinin iqtisadi əsası müstəqil operatorların

4 rəqabətindən ibarətdir. Rəqabətli nəqliyyat xidmətləri bazarında dövlət operator kimi öz iştirakına tədricən son qoymalıdır.nəqliyyat infrastrukturunun inkişafı büdcə vəsaitlərindən və digər vəsaitlərdən istifadə etməklə bərabər, şəxsi investorların cəlb edilməsini genişləndirməyi nəzərdə tutur. Onun istismarına özəl investorları cəlb etməklə, infrastrukturun kommersiyalaşdırılması və idarə edilməsini gözdən qaçırmamaq zəruridir. Həmçinin dövlət siyasətinə müvafiq olaraq bir sıra nəqliyyat infrastrukturunun tədricən özəlləşdirilməsi də mühim xarakter daşıyır. 2.5 Nəqliyyatın idarə edilməsində dövlətin məsuliyyət daşıdığı sahələr aşağıdakılardır: Struktur islahatların inkişafı və tamamlanmasıl nəqliyyat fəaliyyətinin hüquqi əsaslarının təkmilləşdirilməsi; nəqliyyat proseslərinin təhlükəsizlik standartlarının işlənilməsi və yerinə yetirilməsinə nəzarət, nəqliyyatın ətraf mühitə təsiri; nəqliyyatda təhlükəsizliyin təmin edilməsi; müdafiə və səfərbərlik xarakterli məsələlərin həlli; artmaqda olan iqtisadiyyatın tələblərinin yerinə yetirilməsi ölkənin bölgələrinin və əhalinin bütün təbəqələrinin minimal nəqliyyat xidmətləri ilə təmin edilməsi; nəqliyyatın mövcud baza infrastrukturunun işlək vəziyyətdə saxlanılması; 2.6 Dövlətin müvafiq dəyişikliklərə yardım etdiyi və stimullaşdırdığı sahələr aşağıdakılardır: nəqliyyat xidmətləri bazarında rəqabətin inkişafı; nəqliyyatda innovasiya texnologiyaların tətbiqi üçün şəraitin yaradılması; nəqliyyat infrastrukturunda çatışmazlıqların aradan qaldırılması məqsədilə investisiya layihələrinin həyata keçirilməsi; beynəlxalq nəqliyyat xidmətləri bazarında yerli nəqliyyat operatorları üçün əlverişli şəraitin yaradılması və nəqliyyat xidmətlərinin ixracının inkişafı; aztəminatlı təbəqələr və fiziki cəhətdən çatışmazlığı olan əhali üçün nəqliyyat xidmətlərindən istifadə imkanlarının artırılması. 2.7 Nəqliyyat səlahiyyət orqanları arasında haq və qabiliyyətlərin müxtəlifliyi çərçivəsində aşağıdakı tədbirlər həyata keçirilmişdir: nəqliyyatın növündən asılı olaraq tənzimləyici qayda qanunların, məcəllə və digər əsas qanunların qəbulu təhlükəsizlik və ətra mühitin müdafiəsi ilə əlaqədar vahid tələblərin qoyulması əsas nəqliyyat infrastrukturunun inkişafı ilə əlqədar əsas qərarların qəbul edilməsi nəqliyyat sahəsində beynəlxalq əməkdaşlığın yaradılması ilə,tranzit potensialının inkişafı nəqliyyat qanunvericiliyinin icra edilməsi üçün güc tətbiqi və nəzarət 2.8 Azərbaycan Respublikası Qanunvericiliyi regionlarda mövcud olan fərqli ictimai,ətraf mühitlə əlaqədar standartlara üz tutur. Buraya nəqliyyat xidmətləri,təhlükəsizlik standartları, nəqliyyat infrastrukturunun tutumu və ətraf mühitə olan təsiri aiddir 2.9 Nəqliyyatda tənzimləmə və idarəetmə funksiyalarını həyata keçirən dövlət nəqliyyat müəssisələrinin müvafiq səlahiyyətləri nəqliyyat üzrə vahid mərkəzi icra hakimiyyəti orqanına verilir.nəqliyyat xidmətləri bazarının inkişaf etdirilməsi, inhisarçı fəaliyyətin aradan qaldırılması, sağlam rəqabət mühitinin yaradılması, nəqliyyat xidmətlərinin keyfiyyətinin artırılması məqsədilə nəqliyyatda tənzimləmə və idarəetmə funksiyaları mərkəzi icra hakimiyyəti orqanı olan Nəqliyyat Nazirliyi tərəfindən həyata keçirilir Vergi sisteminin nəqliyyat sektoru ilə əlaqədar vəzifələri bunlardır:

5 nəqliyyat xidmətlərinin beynəlxalq bazarının spesifik xüsusiyyətlərini nəzərə almalı və Azərbaycan Respublikasının nəqliyyat təşkilatlarının bu bazarda işləməsi üçün minimum bərabər rəqabət şəraitinin yaradılmasını təmin etməlidir; müxtəlif nəqliyyat fəaliyyəti növlərinin rentabelliyi arasında mövcud mühim fərqləri nəzərə almalı və bəzi operatorlara başqaları qarşısında izaholunmaz rəqabət üstünlükləri yaratmamalıdır; iqtisadi cəhətdən daha səmərəli, təhlükəsiz və ekoloji tələblərə cavab verən nəqliyyat texnikasının və texnologiyaların tətbiqini stimullaşdırmalıdır Vergi sistemində aşağıdakı yeni prinsiplər tətbiq olunmalıdır: nəqliyyat sisteminin inkişafında müəyyən məsələlərin həllinə yönəldilən məqsədli vergilərin tutulması prinsipinə keçid «xidmətlərdən istifadə edən ödəyir» prinsipinə uyğun olaraq, vergi rüsumları və nəqliyyat fəaliyyəti nəticəsində dəyən ziyan da daxil edilməklə müəyyən edilən nəqliyyat xidmətinin dəyərinin bütöv iqtisadi məsrəflərə bərabərləşdirilməsi Nəqliyyat sektorunda maliyyə dəstəyi və subsidiyalar minimum zəruri xarakter daşımaqla, aşağıdakılara yönəldilməlidir: nəqliyyat sahəsində dövlət nəzarət funksiyalarının yerinə yetirilməsinin təmin edilməsinə; dövlət mülkiyyətində olan nəqliyyat sisteminin obyektlərinin işlək vəziyyətinin təmin edilməsinə; nəqliyyat infrastrukturunda çatışmazlıqların aradan qaldırılması ilə bağlı mühüm layihələrin, xarici və komersial kreditləri də daxil olmaqla birgə büdcə tərəfindən maliyyələşdirilərək stimullaşdırılmasına nail olmaq dövlət orqanları tərəfindən verilmiş sosial mandatların maliyyələşdirilməsi də daxil olmaqla, normativ aktlarda təsbit olunmuş dövlət öhdəliklərinin təminatlı maliyyələşdirilməsinə; nəqliyyat fəaliyyətinin ayrı-ayrı növlərinə məqsədyönlü kreditlərin verilməsinə. nəqliyyat sektorunun inkişafının büdcədən maliyyələşdirilməsi isə müvafiq Dövlət Proqramları əsasında həyata keçirilir Nəqliyyata dair büdcə dəstəyinin yenidən yönləndirilməsi aşağıdakı istiqamətlərdə həyata keçirilir: struktur islahatları aparıldıqca və subsidləşdirilmiş fəaliyyət növlərinin iqtisadi səmərəliliyi artdıqca birbaşa subsidləşməyə yönəldilmiş büdcə vəsaitlərinin həcminin azaldılması; ayrı-ayrı fəaliyyət növlərinin subsidləşdirilməsi zamanı – nəqliyyat operatorlarına dəyən ziyanın ödənilməsindən nəqliyyat xidmətləri istehlakçılarının xərclərinin əvəzinin ünvanlı ödənilməsinə keçilməsi; şəxsi kapitalın iştirakı ilə təşəbbüslü və ya qismən büdcədən maliyyələşdirilən investisiya layihələrinin payının artırılması; xərc mənbələrinə görə büdcənin planlaşdırılmasında və yerinə yetirilməsində məqsədli proqram prinsipinin həyata keçirilməsi; kommersiya cəhətdən öz xərcini çıxaran layihələrin geniş miqyaslı maliyyələşdirilməsindən imtina edilməsi; öz aralarında potensial rəqabət aparan investisiya layihələrinin büdcədən maliyyələşdirilməsinin istisna edilməsi; nəqliyyat kompleksinin inkişafının strateji istiqamətlərini əks etdirən ortamüddətli büdcə planlaşdırılmasının genişləndirilməsi; 2.14 Nəqliyyatda struktur islahatları bazar münasibətlərinin inkişafına, nəqliyyatın kommersiya fəaliyyətində dövlətin iştirakının azaldılmasına, potensial rəqabətçi və təbii-inhisarçı fəaliyyət növlərinin bir-birindən ayrılmasına və nəticədə inhisarçı sektorun ixtisarına yönəldilmişdir. Bu

6 məqsədlə dəmir yolu və hava nəqliyyatında tənzimləmə funksiyalarının həyata keçirilməsi üzrə qurumların yaradılmasını nəzərdə tutur. Məqsəd: Nəqliyyat-yol şəbəkəsində islahatlar tənzimləmə və kommersiya funksiyaların müəyyən edilməsi, bazar münasibətlərinin inkişaf etdirilməsinə dəstək vermək inhisarçı fəaliyyətinin qarşısının alınması və məhdudlaşdırılması sağlam rəqabət mühitinin yaradılması İslahatların davamı olaraq dəmir yolu, su, hava nəqliyyatında və liman təsərrüfatında maliyyə vəziyyətinin sağlamlaşdırılması və şəffaflığın təmin edilməsi, nəqliyyat xərclərinin azaldılması, səmərəliliyin və nəqliyyat xidmətlərinin keyfiyyətinin artırılması, dayanıqlı fəaliyyətin təmin olunması məqsədilə Azərbaycan Dövlət Dəmir Yolunun, Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyinin, Azərbaycan Hava Yolları Dövlət Konserninin və Bakı Beynəlxalq Dəniz Ticarət Limanının kommersiallaşdırılması ilə səhmdar cəmiyyətlərin yaradılması nəzərdə tutulur..eyni zamanda nəqliyyat-yol kompleksinə daxil olan, birbaşa istismar fəaliyyətinə təsiri olmayan müəssisələrin özəlləşdirilməsi davam etdirilməlidir. Şəhər sərnişin nəqliyyatında islahatlar davamlı fəaliyyət göstərən iqtisadi cəhətdən səmərəli və əhalinin əksər təbəqələrini qane edən şəhər və şəhərətrafı nəqliyyat sisteminin yaradılmasına yönəldilməlidir. Şəhər sərnişin nəqliyyatında islahatların iqtisadi tərkibi operatorların iqtisadi səmərəliliyinin artırılmasından, müxtəlif mülkiyyət formalı operatorlar üçün eyni şəraitin yaradılmasından və rəqabətin inkişaf etdirilməsindən ibarətdir. İslahatlar aşağıdakı prinsiplər əsasında həyata keçirilir: bələdiyyəyerli cavabdehlik və haqları( yerli özünü idarəetmə orqanı respublika qanunları ilə müəyyən edilmiş səlahiyyətlərə malik olmaqla nəqliyyat xidmətinin təşkil edilməsinə görə tam məsuliyyət daşıyır;eyni zamanda müvafiq infrastruktur və marşrut şəbəkəsinə sahibdir. şəhərlərin nəqliyyatla təminolunma səviyyəsinin vahid sosial standartlar əsasında tədricən bərabərləşdirilməsi; təşəbbuskar planların təklif olunması ilə islahatların dövlət tərəfindən dəstəklənməsi nəqliyyat səlahiyyət orqanları tərəfindən müəyyən edilmiş tənzimləyici qaydalar əsasında rəqabət modelinin sərbəst seçilməsi zamanı rəqabətliliyin inkişafı şəhər sərnişin nəqliyyatı sisteminin sub sektorunda idarə etmə və əməliyyatların yerinə yetirilməsi funksiyalarının ayrılması; şəxsi avtomobillərin istifadəsini məhdudlaşdıran maliyyə mexanizmlərini tətbiq etməklə, ictimai nəqliyyata dəstək verilməsi. Nəqliyyat kompleksinin irimiqyaslı infrastruktur obyektlərində (dəniz limanları,hava limanları) əmlak münasibətləri üzrə islahatların aparılması – nəqliyyat – yol kompleksi infrastrukturunda dövlət idarəetmə və təsərrüfat fəaliyyəti funksiyalarının ayrılmasına, yönəldilmişdir. İnfrastrukturun kommersiya istismarı funksiyaları dövlət, yaxud infrastrukturdan istifadə edənlərin nəzarəti altında fəaliyyət göstərən şəxsi-dövlət strukturlarına və ya şəxsi şirkətlərə verilir Nəqliyyatda struktur islahatları operatorların statistik müşahidə sisteminin təkmilləşdirilməsi və birləşdirilməsi, yeni müasir məlumatın əldə edilməsi istiqamətlərdə aparılmalıdır 3. NƏQLIYYAT SISTEMININ DAYANIQLI INKIŞAFI

7 3.1 Nəqliyyat infrastrukturunun inkişafı ölkədə canlanmaya qarşı olan artan tələb və iqtisadi inkişaf ilə paralel icra edilir. 3.2 Nəqliyyat infrastrukturu aşağıdakı prinsiplər əsasında müasirləşdirilməlidir: yeni tikintilərdən daha çox mövcud istehsal sahələrinin çatışmazlıqlarının aradan qaldırılmasına, təkmilləşdirilməsinə və inkişafına üstünlük verilməsi; prioritet layihələrə maksimum ehtiyatların cəlb olunması və onların hər vasitə ilə həyata keçirilməsinin sürətləndirilməsi, o cümlədən bu məqsəd üçün xarici kapitalın cəlb edilməsi; özəl sektorun iştirakının stimullaşdırılması; çoxtəyinatlı obyektlərin qurulması hesabına iqtisadi resurslara qənaət edilməsi; müxtəlif nəqliyyat növləri infrastrukturlarının inkişafının qarşılıqlı əlaqələndirilməsi; infrastrukturları olan iri obyektlərin ixtisaslaşdırılması, onlar arasında rəqabətə yol verilməməsi və ya rəqabətin məhdudlaşdırılması; dayaq şəbəkələrin gələcək inkişafı üçün nəqliyyatın torpaq sahələri ehtiyatı ilə kifayət qədər təmin edilməsi. 3.3 Dayaq nəqliyyat şəbəkəsinin mühüm hissələrindən biri olan sərhəd keçidləri sisteminin inkişafının əsas istiqamətləri aşağıdakılardır: müxtəlif növ nəqliyyat kommunikasiyalarında sərhəd keçidlərinin yerləşdirilməsinin və onların sayının optimal qaydada müəyyənləşdirilməsi; daha çox yüklənmiş sərhəd-keçid məntəqələrinin təkmilləşdirilməsi və buraxılış qabiliyyətinin artırılması müqabilində azfəaliyyətli sərhəd-keçid məntəqələrinin ləğv edilməsi; yüklərin, sərnişinlərin və nəqliyyat vasitələrinin Azərbaycan Respublikasının dövlət sərhədlərini keçməsi zamanı zəruri qaydaların maksimum sürətlə yerinə yetirilməsini təmin edən vahid nəqliyyatgömrük texnologiyalarının işlənilib hazırlanması; 3.4 Dövlət əmlakı olan stratejik infrastruktur özəl operatorlar üçün açıq olmalıdır. 3.5 Ayrı-ayrı nəqliyyat növləri infrastrukturunun inkişafının prioritet istiqamətləri aşağıdakılardır: Dəmir yolu nəqliyyatı köhnəlmiş nəqliyyat sektorlarının nəqliyyat həcminin artırılması məqsədi ilə yenidən inşası,mövcud infrastuktur və dəmir yol vasitələrinin müasirləşdirilməsi. Dəniz nəqliyyatı xarici ticarətin perspektivli inkişaf ssenarilərinə uyğun olaraq liman kompleksinin genişləndirilməsi, maye və konteynerlə daşınan yüklərin ixracını təmin etmək üçün daşıma güclərinin artırılması. Avtomobil nəqliyyatı ölkə ərazisindən keçən nəqliyyat dəhlizlərində avtomobil yollarının yenidənqurulması, rayonlararası yolların müasirləşdirilməsi, yol hərəkətinin təşkili və tənzimlənməsi sisteminin təkmilləşdirilməsi; avtomobil nəqliyyatı vasitələrinin texniki və ekoloji tələblər baxımından beynəlxalq standartlara uyğun yeniləşdirilməsi, avtomobil və şəhər sərnişin nəqliyyatında standartlaşdırma və sertifikatlaşdırma sistemlərinin yaradılması və tətbiq edilməsi Hava nəqliyyatı beynəlxalq hava limanlarının sayının optimallaşdırılması, istinad hava limanlarının vahid sisteminə keçilməsi, hava hərəkətinin idarə edilməsi sisteminin müasir və beynəlxalq tələblərə uyğun texniki modernləşdirilməsi, Bakı şəhərində və respublikanın digər iri şəhərlərində nəqliyyat infrastrukturlarının yeniləşdirilməsi respublika səviyyəsində yolların yenidən qurulması və genişləndirilməsi, yeni yolların,körpülərin, yol

8 ötürücülərin, yeraltı keçidlərin, çoxmərtəbəli və yeraltı avtomobil dayanacaqlarının tikilməsi, kiçik tutumlu sərnişin avtobuslarının iri tutumlu avtobuslarla əvəz edilməsi. 3.6 Nəqliyyat yol infrastrukturunun maliyyələşdirilməsi aşağıdakı prinsiplərə əsaslanır: Nəqliyyat sisteminin təhlükəsiz və ekologiya cəhətdən davamlı fəaliyyətini təmin edən dövlət mülkiyyətində olan obyektlərin istismarının və saxlanılmasının dövlət büdcəsindən maliyyələşdirilməsi. Nəqliyyatın dayaq şəbəkəsinin əsasən müvafiq büdcə maliyyəsi hesabına onun zəmanətli qorunmasının təmin edilməsi. Banklarla əməkdaşlıq edərək alınan kreditlər vasitəsi ilə və özəl sektorun iştirakını həvəsləndirmək yolu ilə yeni infrastruktur obyektlərinin yaradılması və müasirləşdirilməsi 3.7 Nəqliyyat infrastrukturuna özəl sektorun investisiyasını cəlb etmək üçün lazımi tədbirlərin alınması vacibdir. Bu tədbirlərə: nəqliyyat infrastrukturu obyektlərinə və sistemlərinə vergiqoymalar zamanı vergi (xüsusilə də ƏDV) imtiyazlarının tətbiq edilməsi; bank faizi dərəcələrinin bir hissəsinin dövlət büdcəsi hesabına subsidləşdirilməsinin, həmçinin borclar üzrə dövlət zəmanəti hesabına infrastruktur investisiya layihələrinin həyata keçirilməsi üçün kredit vəsaitlərindən istifadənin mümkünlüyünün artırılması; yerli və xarici investorların kapitallarını daha əhəmiyyətli investisiya layihələrinin maliyyələşdirilməsinə cəlb edilməsi üçün dövlət zəmanətinin verilməsi ; xarici investorların iştirakı ilə böyük kapitalqoyuluşlu layihələrin maliyyələşdirilməsi üçün konsorsium və digər investor birliklərinin təşkilinə köməklik göstərilməsi; müvafiq istismar xərclərinin ödənilməsi üçün infrastrukturlardan pullu istifadə hallarının genişləndirilməsi. 3.8 Nəqliyyat infrastukturunun maliyyələşdirilməsi üçün Özəl və Dövlət sektorunun əməkdaşlığının inkişaf etdirilməsi. Nəqliyyat infrastrukturunun maliyyələşdirilməsi üçün qeyri-dövlət vəsaitlərinin cəlb edilməsinin perspektiv istiqaməti özəl sahə ilə dövlətin əməkdaşlığıdır.konsessiyalar (hüquq, imtiyaz) üçün dövlət və investor arasında risk, məsuliyyət və hüquqların qanunvericiliklə bölünməsini təmin edən özəl sektor dövlət əməkdaşlığının digər formaları üçün normativ-hüquqi bazanın işlənilib hazırlanması, habelə nəqliyyatda özəl sektor-dövlət əməkdaşlığının tətbiqinin əsas sahələrinin müəyyənləşdirilməsi dövlətin prioritet vəzifəsidir. 3.9 Nəqliyyat sahəsində kadr hazırlığı prosesinin inkişafı Respublikanın ali məktəb və akademiyalarında təhsil sisteminin müasir dövrün tələblərinə uyğun təşkil edilməsi, nəqliyyat-yol kompleksində çalışan rəhbər işçilər və mütəxəssislər üçün ixtisasartırma kurslarının təşkili, intermodal və multimodal daşımaların loqistik idarəolunması məqsədi ilə yeni kadrların hazırlanması zəruridir Nəqliyyat sistemində dayanıqlı inkişafa zəmanət verilməsi. Nəqliyyatın dayanıqlı inkişafının baza prinsiplərinə əsasən nəqliyyat ehtiyaclarının ödənilməsi məsələlərinin həlli vətəndaşların sağlamlığı və ətraf mühitin qorunması prioritetləri ilə ziddiyyət təşkil etmir və gələcək nəsillərin maraqlarına toxunmur. Bu prinsiplərin həyata keçirilməsi aşağıdakıları nəzərdə tutur:

9 nəqliyyat sisteminin inkişafı və nəqliyyat fəaliyyətinin tənzimlənməsi sahəsində qərarlar iqtisadi səmərəlilik baxımından necə qiymətləndirilirsə, eləcə də ekologiya və təhlükəsizlik baxımından qiymətləndirilir, yəni bütün qeyd edilən prioritetlər eyni dərəcədə qiymətlidir; hakimiyyət orqanları və vətəndaşlar nəqliyyat sahəsində ekoloji baxımdan ən yaxşı qərarların seçilməsi üçün məsuliyyət daşımalıdırlar. Nəqliyyat, ilk növbədə avtomobil nəqliyyatı sahəsində idarəçilik qərarları qəbul edilən zaman, ekoloji nəticələrin tam nəzərə alınması zəruridir; «çirkləndirən ödəyir» prinsipinin həyata keçirilməsi çərçivəsində nəqliyyat xidmətinin istehlakçısı resursların istehlakından tutmuş nəqliyyat vasitələrinin təkrar istehsalına kimi, onun təqdim edilməsi ilə əlaqədar bütün neqativ ekoloji nəticələrin haqqını ödəməlidir; növlərarası rəqabətin tənzimlənməsində ekoloji baxımdan «daha təmiz» nəqliyyat növlərinə keçirilməsi nizamlanmalıdır. vergi goyma siyasəti istiqamətini əməliyyatların vergilənməsindən istehlakın vergilənməsinə yönəldir. 4 NƏQLIYYAT XIDMƏTLƏRI BAZARININ INKIŞAFI 4.1 Bazar iqtisadiyyati şəraitində nəqliyyat xidmətləri bazarinin fəaliyyətinin və inkişafinin əsasini müstəqil qeyri-dövlət operatorlarinin rəqabəti təşkil edir. Səhmdar cəmiyyətlərdə dövlətin iştirakı (söhbət real iştirakdan, qapalı və ya nəzarətedici səviyyədə səhmlər paketindən gedir) müəyyən keçid mərhələsində yalnız nəqliyyat xidmətləri milli bazarının bütün seqmentlərinin davamlılığını müəyyən edən şirkətlərlə münasibətdə özünü doğrulda bilər.əgər dövlət şirkətdə səhmlərin az hissəsi ilə təmsil olunursa, onda müvafiq səhmlər zərfi bazarda realizə olunmalıdır. Nəqliyyat xidmətləri bazarında özəl operatorlar ilə rəqabət aparan dövlət müəssisələri özəlləşdirilməlidir. 4.2 Nəqliyyat xidmətləri bazarının əsas inkişaf istiqamətləri aşağıdakılardır: nəqliyyat fəaliyyətinin potensial rəqabətçi və inhisarçı sahələrinin ayrılması; təsərrüfatçılıq edən bir subyekt tərəfindən daşıyıcının və eyni zamanda inhisarçı infrastruktur obyektinin operatorunun funksiyalarının həyata keçirilməsinə yol verilməməsi; təbii inhisarçı sektorun ixtisarı; nəqliyyat operatorlarının rəqabəti üçün özünü doğrultmayan iqtisadi və inzibati əngəllərin aradan qaldırılması; lisenziyalaşdırma mexanizmləri əsasında nəqliyyat fəaliyyətinə icazə sisteminin təkmilləşdirilməsi və nəqliyyat vasitələrinin və xidmətlərin qoyulmuş tələblərə uyğunluğunun təsdiq edilməsi (nəqliyyat sisteminə daxil olan xüsusi təyinatlı obyektlərin və nəqliyyat vasitələrinin sertifikatlaşdırılması); qiymət tənzimlənməsindən sərbəst qiymətlər bazarına mərhələli keçid; bazarın ayrı-ayrı seqmentlərində nəqliyyat sahəsində biznes fəaliyyətinin stimullaşdırılması; muzdla yerinə yetirilən daşımalar sektorunun hüquqi bölünməsi və onların ədalətsiz rəqabətdən qorunmasıl 4.3 Antiinhisar tənzimləmənin təkmilləşdirilməsi aşağıdakıları nəzərə alır: Bazar konsentrasiyasına nəzarət etmək üçün on-line informasiya rabitə texnologiyasının yaradılması.nəqliyyat xidmətləri bazarının nəqliyyat vasitələrinin qeyri-bazar kommersiya istismarı sektorundan və qeyri-kommersiya məqsədləri üçün istifadə sektorundan ayrılması, rəqabətçi və inhisarçı fəaliyyət növlərinin ayrılması ilə bazarın təşkili üzrə tədbirlərin görülməsi və bazara real nəzarət sisteminin tətbiq edilməsi; təbii inhisarçı fəaliyyət sahələrinin birbaşa tənzimləmələrini tədricən bazar tənzimlənməsi metodları ilə əvəzləndirməklə ixtisar edilməsi; qanunvericiliyin, o cümlədən antiinhisar və xüsusi (sahələr üzrə) qanunvericiliyin təkmilləşdirilməsi, bazarların fəaliyyəti və onlara giriş qaydalarının, habelə təbii inhisar subyektləri tərəfindən göstərilən

10 xidmətlər üçün nümunəvi müqavilələrin işlənib hazırlanması,təbii inhisarçılarla əaqədar standart xidmət müqavilə qaydalarının tənzimlənməsi və onların qanunvericiliklə möhkəmləndirilməsi; 4.4 Tarif və qiymət tənzimlənməsi imkan daxilində təbii inhisar sahələrində aparılmalıdır. Bu halda, nəqliyyat xidmətlərindən istifadə edənlərin və operatorların maraqları tarazlaşdırılmalıdır. Tariflərin tənzimlənməsi zamanı aşağıdakı əsas şərtlər qoyula bilər: inflyasiyanın artmasına imkan verməmək üçün tariflərin ümumi səviyyəsinə nəzarət; potensial istehlakçıların əlverişli xidmətlərlə təmin olunması məqsədilə tariflərin maksimum səviyyədə nizamlanması dempinqə imkan verməmək üçün tariflərin aşağıdan məhdudlaşdırılması; bazarda qiymət şəffaflığının təmin edilməsi («elan edilmiş tarif» prinsipini tətbiq etməklə); tariflərin məqsədəuyğun sabitliyinin təmin edilməsi (müəyyən müddət ərzində tarifin dəyişməsinə imkan verməməklə). 4.5 Ayrı-ayrı nəqliyyat xidmətləri üzrə tarif tənzimlənməsinin təkmilləşdirilməsinin əsas istiqamətləri aşağıdakılardır: Dəmir yolu nəqliyyatı- dövlət dəmir yolu səhmdar cəmiyyətinin yaradılmasını, həm də daşıma xidmətlərinin və infrastruktur xidmətlərinin bir-birindən ayrılmasını nəzərə almaqla, tarif və preyskurantların tənzimlənməsi metodlarının kompleks şəkildə yenidən işlənib hazırlanması zəruridir. Dəmiryol Sərnişin Nəqliyyatı-dəmir yolu nəqliyyatında daxili çarpaz subsidiyalar kəsildikcə, dəmir yolunun sərnişin daşımalarında ən bahalı xidmət dərəcələrindən başlayaraq tədricən azad tariflərə keçmək lazımdır. Dəmiryol Yük Daşıma Nəqliyyatı-Dəniz limanlarında ticarət yüklərinin yükaşırma tarifləri (stavka) nəzərə almaqla,tranzit potensialını artırmaq məqsədilə dəmir yolu ilə yük daşımalarında tariflərin kompleks tənzimləmə metodlarının işlənib hazırlanması vacibdir. Xarici ticarət yüklərinin daşınması üçün tariflərin yenidən tənzimlənməsi, respublikada bu fəaliyyət növü ilə ixtisaslaşan multimodal operatorlar yaradıldıqdan sonra mümkün olacaqdır. Dəniz Nəqliyyatı-Dəniz limanında yükaşırma tariflərinin və liman yığımları dərəcələrinin tənzimlənməsi Azərbaycan Respublikasının daşıyıcılarının dəstəklənməsinə, gəmi sahibləri və yük sahibləri üçün limanın cəlbediciliyinin yüksəldilməsinə yönəldilməlidir. 4.6 Nəqliyyat biznesinin gücləndirilməsi əsasən bazarın o hissəsində özünü doğruldur ki, orada çoxsaylı xırda və qeyri-effektiv operatorların fəaliyyəti nəqliyyat xidməti standartlarını, təhlükəsizliyin səviyyəsini aşağı salır, əsas fondların normal yeniləşməsinə əngəllər törədir.dövlət operatorlara qarşı keyfiyyət tələblərini sərtləşdirmək yolu ilə biznesin güçləndirilməsinə şərait yaradır.biznesin gücləndirməsi mövcud qanunvericilik çərçivəsində bütün mexanizmlərdən istifadə edilməsi, alyansların yaradılması yolu ilə korporativ əsasda həyata keçirilə bilər. 4.7 Nəqliyyat xidmətləri bazarı subyektlərinin yaxud bu xidmətlərdən istifadə edənlərin dövlət tərəfindən dəstəklənməsinə o halda yol verilir ki, bazar mexanizmləri bazarı kifayət qədər xidmətlərlə və ya sosial cəhətdən əlverişli tariflərlə təmin edə bilmir.operatorlara dövlət dəstəyi onlarla bağlanılan müqavilələr əsasında, istifadəçilərə dövlət dəstəyi isə təqdim edilən ünvanlı dotasiyalar şəklində həyata keçirilir.dövlətin bu və ya digər fəaliyyət növünün icrasına operatorları buraxmaq üçün müsabiqə prinsiplərini tətbiq etmək səlahiyyəti vardır.

11 5 AZƏRBAYCAN QLOBAL NƏQLIYYAT XIDMƏTLƏRI BAZARINDA 5.1 Azərbaycan Respublikasının milli strategiyasının vacib tərkib hissəsini təşkil edən malların ixracı kimi nəqliyyat xidmətlərinin ixracının inkişafı da respublika üçün strateji əhəmiyyətə malikdir. Nəqliyyat xidmətlərinin ixracı aşağıdakı istiqamətlərdə inkişaf etdirilməlidir: yerli ixrac yüklərinin dünya bazarlarına göndərilməsində Azərbaycan Respublikasının nəqliyyat müəssisələrinin rolunun artırılması; idxal yüklərinin gətirilməsində və üçüncü ölkələrin yüklərinin daşınmasında Azərbaycan Respublikasının nəqliyyat müəssisələrinin payının artırılması; Azərbaycan Respublikasının nəqliyyat sisteminin tranzit potensialından inkişaf etdirilməsi. 5.2 Beynəlxalq nəqliyyat xidmətləri bazarında işləyən yerli nəqliyyat təşkilatlarına dövlət dəstəyi aşağıdakı əsas istiqamətlərdə həyata keçirilir: Azərbaycan Respublikasının yükdaşıyıcılarına işlədikləri bazar şəraitinə uyğun biznes aparmaq məqsədilə, hər şeydən öncə, operatorlardan vergi tutumlarının dərəcəsini nəzərə almaqla, iqtisadi şəraitin yaradılması; sərhəd və gömrük proseduralarının yerinə yetirildiyi zaman yerli beynəlxalq yükdaşıyıcılara başqa ölkələrin yükdaşıyıcıları üçün olan rejimdən heç də aşağı olmayan əlverişli rejimin yaradılması; Azərbaycan Respublikasının daşıyıcıları xaricdə diskriminasiya hallarına məruz qaldıqda, təcili cavab tədbirlərinin görülməsi mexanizmlərinin işlənib hazırlanması; ikitərəfli icazə sistemlərinin fəaliyyət göstərdiyi bazarın beynəlxalq daşımalar bölməsində milli tənzimlənmə imkanlarından istifadənin gücləndirilməsi; beynəlxalq nəqliyyat xidmətləri bazarına daxil olmaq üçün müvafiq icazə sistemi tətbiq edən beynəlxalq təşkilatlarda fəaliyyətin gücləndirilməsi; yerli malgöndərənlərin «CİF» şərtləri ilə müqavilə bağlamalarını həvəsləndirmək, yaxud ixrac yüklərinin yerli nəqliyyat müəssisələri vasitəsilə daşınmasını nəzərdə tutan başqa tədbirlərin işlənib hazırlanması və həyata keçirilməsi. 5.3 Azərbaycan Respublikasının tranzit potensialından istifadə edilməsi nəinki nəqliyyat sisteminin inkişafının əsas prioritetlərindən eyni zamanda iqtisadi artım strategiyasının ayrılmaz bir hissəsidir. Azərbaycan Respublikasının nəqliyyat potensialından istifadənin səviyyəsinin artırılması üçün aşağıdakılar zəruridir: Azərbaycan Respublikasının beynəlxalq miqyaslı tranzit layihələrinə fəal dövlət yardımı, respublika üçün sərfəli beynəlxalq alyansların yaradılması, alternativ beynəlxalq layihələrə qarşı əks təsir göstərməklə milli maraqların qorunması; Tranzitin inkişafını nəzərə almaqla, nəqliyyat infrastrukturunun müasirləşdirilməsinin planlaşdırılması; tranzit daşımaların inkişafına yönəldilmiş investisiya layihələrinin dəstəklənməsi; nəqliyyat-gömrük texnologiyalarının, informasiya sistemlərinin, tranzit yüklərin çatdırılması və onların sərhəddə yoxlanılmasını tezləşdirən tranzit daşımalarının bütün infrastrukturunun gələcək inkişafı; Azərbaycan Respublikasının hava məkanından keçən tranzit hava dəhlizlərində texniki müasirləşdirmə və iqtisadi rejimlərin təkmilləşdirilməsi; Azərbaycan Respublikasının iştrakı ilə əsas Beynəlxalq Tranzit Dəhlizlərinin əlavə edilməsi tranzit dəhlizlərinin yaradılması və inkişafı layihələrinin işlənib hazırlanması.

12 6 AZƏRBAYCAN RESPUBLIKASININ ƏRAZISINDƏN KEÇƏN BEYNƏLXALQ NƏQLIYYAT DƏHLIZLƏRININ INKIŞAFI 6.1 Azərbaycan Respublikasının ərazisindən keçən beynəlxalq nəqliyyat dəhlizləri nəqliyyat sisteminin inkişafının əsas prioritetlərindən olmaqla yanaşı, ölkənin iqtisadi qüdrətinin artırılmasına yönəldilmiş müstəqil sahəyə çevrilməlidir. Azərbaycan Respublikasının ərazisindən keçən beynəlxalq nəqliyyat dəhlizlərinin formalaşmasında və inkişafında əsas vəzifələr aşağıdakılardan ibarətdir: yüklərin və sərnişinlərin ölkə ərazisində maneəsiz hərəkətinin təmin edilməsi üçün Avropa-Asiya nəqliyyat sistemlərinin inteqrasiyası məqsədilə nəqliyyat infrastrukturunun razılaşdırılmış şəkildə inkişaf etdirilməsi; nəqliyyat proseslərinin optimallaşdırılması; daxili daşımalarda milli nəqliyyat şəbəkəsinin yüklənmə dərəcəsinin artırılması və mövcud ehtiyatlardan daha səmərəli istifadə edilməsi hesabına yük və sərnişin daşımaları tariflərinin aşağı salınması üçün şəraitin yaradılması; intermodal nəqliyyat xəttində ayrı-ayrı nəqliyyat növləri arasında qarşılıqlı əlaqənin səmərələşdirilməsi; beynəlxalq nəqliyyat dəhlizləri üzrə investisiya layihələrinə investorların cəlb edilməsi üçün münbit şəraitin yaradılması; beynəlxalq turizmin inkişafına yardım edilməsi. 6.2 Qanunvericilik və hüquqi təminatı bazasının yaradılması ilə: ölkə üçün strateji əhəmiyyət daşıyan nəqliyyat dəhlizləri infrastrukturunun inkişafı layihələrinə tətbiq edilən vergi yükünün azaldılması; beynəlxalq nəqliyyat dəhlizləri infrastrukturunun inkişafı və yenidənqurulmasında beynəlxalq qurumların maliyyə dəstəyindən istifadə edilməsi; şəxsi investorların iştirakı ilə nəqliyyat infrastrukturu obyektlərinə müasir konsessiya formalarının tətbiqi; azad iqtisadi zonaların yaradılması və inkişafı; nəqliyyatı logistik idarəetmə mərkəzinin yaradılması; tranzit daşımaları sahəsində, ərazisində nəqliyyat dəhlizləri yerləşən ölkələrlə beynəlxalq əməkdaşlığın inkişaf etdirilməsi; respublikanın ərazisindən keçən nəqliyyat dəhlizlərinə birləşən yerli əhəmiyyətli yolların və yol infrastrukturlarının yenidənqurulması və inkişaf etdirilməsi. 7 YENİ TEXNOLOGİYALARIN İSTİFADƏ OLUNMASI 7.1 İqtisadi cəhətdən effektli, təhlükəsiz və ekoloji tələblərə uyğun nəqliyyat texnologiyalarının tətbiqi məsələlərinə kompleks şəkildə baxılır. Dövlət optimal daşıma sxemlərinin tətbiqinə və malların bölünməsinə, bir nəqliyyat iş vahidinə düşən yanacaq-enerji ehtiyatları istehlakının azaldılmasına, həmçinin nəqliyyat ehtiyaclarının düşünülmüş şəkildə məhdudlaşdırılmasına stimul verən iqtisadi şəraitləri yaradır. Yüklərin hərəkəti sahəsində nəqliyyat texnologiyalarının təkmilləşdirilməsinin əsas istiqamətlərini nəqliyyat logistikası prinsipləri əsasında istehsal və nəqliyyat proseslərinin inteqrasiyası təşkil edir. Dövlət, nəqliyyat prosesinin kompleks şəkildə məlumatlandırılmasına yardım etməklə, nəqliyyat xidmətləri bazarında multimodal nəqliyyat operatorların, nəqliyyat infrastrukturunda multimodal logistika mərkəzlərinin yaradılmasını dəstəkləməklə bu prosesi stimullaşdırır.

13 7.2 Multimodal daşımaların inkişafı hər şeydən əvvəl yük hərəkəti sisteminin konteynerləşdirilməsinə əsaslanır ki, o da, aşağıdakıları nəzərdə tutur: mövcud konteyner terminallarının gücünü artırmaq və əlavə terminalların yaradılması tranzitin, beynəlxalq dənizçiliyin və xarici ticarətin əsas konteyner axınlarını cəlb etmək üçün limanlarda azad iqtisadi zonaların yaradılması; Azərbaycan Respublikası ərazisindən keçən əsas nəqliyyat dəhlizləri ilə tranzit konteyner daşımalarını təmin etmək üçün respublikada xüsusi konteyner operatorlarının yaradılması; nəqliyyat-gömrük texnologiyalarının təkmilləşdirilməsi və sərhəddə yoxlanılan konteynerlərin sayının mühim şəkildə azaldılması nəzarət mexanizminin sadələşdirilməsi. 7.3 Gələcəkdə sərbəst olaraq inkişaf edəcək nəqliyyat vasitələri və avadanlıqlarının sabit daxili bazarının formalaşmasına yardım göstərmək dövlətin vəzifəsidir.belə bir bazarın yaradılması və nəqliyyat vasitələri parkının müasirləşdirilməsini həvəsləndirmək məqsədilə dövlət büdcəsi vəsaitləri hesabına investisiya layihələrinin həyata keçirilməsi, amortizasiya siyasətinin təkmilləşdirilməsi, lizinq fəaliyyətinin inkişafı kimi tədbirlər həyata keçirilməlidir. 7.4 Azərbaycan Respublikasında istehsal edilən yaxud idxal edilən nəqliyyat vasitələrinə və avadanlıqlarına dair normativ tələblərin formalaşdırılması və nəzarət sisteminin müasir yanaşmalar əsasında (texniki tənzimlənməklə) müasirləşməsi zəruridir. Nəqliyyatda texniki tənzimlənmə obyektlərinin təhlükəsizliyini təmin edən tələbləri özündə əks etdirən texniki qaydaların işlənib hazırlanması tələb olunur. Bu məqsədlə mövcud dövlət standartlarından istifadə oluna bilər. İstehsal olunan və istismar edilən nəqliyyat vasitələrinin və avadanlıqların qoyulmuş tələblərə uyğun olmasına vahid təşkilati-metodik prinsiplər əsasında nəzarət sisteminin qaydaya salınması və belə nəzarətin effektliyinin artırılması zəruridir.azərbaycan Respublikasının ərazisində onun qoşulduğu beynəlxalq texniki tələblərin həyata keçirilməsinin vahid qaydası müəyyən edilməlidir.azərbaycan Respublikası artıq bu tələblərə qoşulmuşdur. ( BMT nin Nizamnamələri- Avropa Komisiyası və.s) Texniki reqlamentlərin təsir sahəsinə düşməyən nəqliyyat-yol kompleksi obyektlərinin texniki və ekoloji təhlükəsizlik göstəricilərinə tələb qoyan milli standartlar kompleksinin işlənib hazırlanması və hərəkətə gətirilməsi zəruridir. 7.5 İdxal olunan və ölkə daxilində istehsal edilən nəqliyyat vasitələrinin, avadanlıqların və komplekslərin nisbətini müəyyən edən real prioritetlər sisteminin işlənib hazırlanması, həmçinin iqtisadi tənzimlənmənin müvafiq tədbirlərinin həyata keçirilməsi zəruridir.bu prioritetlər əsasında Azərbaycan Respublikasında istehsal olunmayan və istehsalı nəzərdə tutulmayan nəqliyyat texnikasının alınmasına tətbiq edilən gömrük rüsumları azaldılmalıdır. 8 NƏQLIYYATDA TƏHLÜKƏSIZLIYIN VƏ EKOLOJI TƏLƏBLƏRIN TƏMIN EDILMƏSI Nəqliyyatda təhlükəsizliyin və ekoloji tələblərin təmin edilməsi dövlət idarəetmə funksiyalarına daxil olmaqla aşağıdakılardan ibarətdir: nəqliyyat müəssisələri və daşıyıcılar tərəfindən sərnişinlərin həyatının, səhhətinin və əmlakının təhlükəsizliyinin, nəqliyyat vasitələrinin hərəkətinin təhlükəsizliyinin, həmçinin ətraf mühitin mühafizəsinin təmin edilməsinin həyata keçirilməsi;

14 nəqliyyat vasitələrinin, yolların, habelə nəqliyyatın işini təmin edən müvafiq texniki vasitələrin (işlər, xidmətlər) insanların həyatının, səhhətinin və əmlakının təhlükəsizliyinə dair məcburi tələblərə uyğunlaşdırılması; nəqliyyatın fəaliyyəti prosesində ətraf mühitin və əhalinin təhlükəsizliyinə zəmanət verən, atmosfer havasının, torpağın, suyun, bitki və heyvanlar aləminin çirklənmədən qorunmasının, təbii ehtiyatların səmərəli istifadəsinin təmin edilməsi; nəqliyyat müəssisələri (daşıyıcılar) tərəfindən ətraf mühitin, havanın, su hövzəsinin, torpaqların mühafizəsi və təbii ehtiyatların səmərəli istifadəsi üzrə lazımi tədbirlərin görülməsinə nəzarətin həyata keçirilməsi. 9 NƏTICƏ Azərbaycan Respublikasının Nəqliyyat Sektoru İnkişaf Strategiyasının qəbul olunması nəqliyyat sub sektrolarında təşkilati və operasional fəaliyyətlərin şəffaf formada ayrılması, nəqliyyat səlahiyyət orqanları və müəssisələr arasında əməkdaşlıq,vəzifələr bölgüsünü,nəqliyyat sahəsində imkanlardan ən effektiv formada istifadəsini, Azərbaycan Respublikasının sosial-iqtisadi inkişafı maraqlarına müvafiq olaraq tətbiq edilməsi məqsədə uyğundur. Strategiyanın həyata keçirilməsi aşağıdakılarla şərtləndirilir: nəqliyyat qanunvericiliyinin təkmilləşdirilməsi üçün vahid siyasətin yaradılmasına; nəqliyyat subsektorlarında islahatlarının sürətləndirilməsinə; nəqliyyat biznesinin, nəqliyyat xidmətləri ixracının inkişafı üçün münbit rəqabət şəraitin yaranmasına; müxtəlif nəqliyyat növlərinin balanslaşdırılmış inkişafına, ehtiyatların onlar arasında optimal bölünməsinə,sektorlarda sektro lobbiliyi nin qarşısının alınmasına; nəqliyyat sisteminin inkişafında reginal tranzit siyasətinin həyata keçirilməsində ayrı-ayrı regionların xüsusiyyətlərinin maksimum nəzərə alınmasına; nəqliyyat strategiya müddəalarının milli ictimai və iqtisadi inkişaf proqramlarına əsasən həyata keçirilməsinin əhəmiyyəti; lazım gəldiyi təqdirdə nəqliyyat strategiyasında incələmə və düzəlişlərin gözdən keçirilməsi

Comments are closed, but trackbacks and pingbacks are open.