Arıqlamağın yolları və əsl sirləri
Kilolu olmaq, kilolu olmaq kimi, sağlamlığa mənfi təsir göstərə bilər. Kilolu olmayan bir insanın immun sistemi ilə bağlı problemləri ola bilər, əzələ kütləsini qorumaq üçün mübarizə aparır və osteoporoz problemi riski daha yüksəkdir.
Necə çox tez arıqlamaq olar
Suretli ariqladan qidalar: Bəzi qidalardan istifadə edərək arıqlama prosesini tezləşdirmək olar ! Nəzərinizə arıqlamaqda yardımcı olan 10 ərzağı çatdırıram .
1. Təzə xiyar : baxmayaraq ki, tərkibində çox az nutrient var ( yalnız A və C ), Sizi növbəti yeməyə qədər tox tutacaq.
2. Qreypfrut : bu meyvə özü-özlüyündə çox dadlıdı, meyvə salatlarına da çox yaraşır. Tədqiqatlar göstərir ki, qanda insulinin miqdarını azaltdığına görə arığlamağa kömək edir.
3. Mərci : özündə çoxlu lif, maqniy və fol turşusu saxlayır, onun hesabına çox qidalandırıcı və doyumludur. Yağlı və kalorili naharı gözəl əvəz edir, kkal miqdarı d çox azdır.
4. Yulaf : yulafın da tərkibi liflərlə zəngindir, toxluq hissini uzadır. Səhər yeməyinə yulaf sıyığı hazırlayın, nahara gədər tox qalacaqsız.
5. Alma : qəlyanaltəlar üçün azkalorili gözəl alternativdir. Həm çiy həm sobada bişirib yeyin.
6. Yumurta : baxmayaraq ki, yumurtanı heç də az kalorili qida saymaq olmaz. Yalnız tərkibi zülal və vitaminlərlə zəngindir. Bişmiş halda səhər yeməyində və idmandan sonra qəlyanaltılarda istifadə edin.
7. Badam : bütün qoz-findıqlarda kkalmiqdarı və yağların miqdarı çoxdur. Badam ən az yağ saxlayan qoz növüdür. Qəlyanaltılarda qəbul edin ki, rejimi pozmayasınız.
8. Qara şokolad : baxmayaraq ki, bu məhsulda çoxlu kkal və yağlar var, digər şirniyyatlara görə onu çox yemək çətindir, həm çoxlu antioksidantlarla zəngindir.
9. Tərəvəzli şorbalar : müxtəlif pəhrizlər zamanı çoxlu maye qəbul eləmək şərtdir, belə şorblar da, bu şərtə çox uyğundur. Tərkibində tərəvəzlər olduğuna görə vitaminlər və liflər boldur, nəticədə tox tutur.
10. Kofe : səhər bir fincan kofe gözəl gəlir. Yalnız əlavə olunan süd bütün effekti korlayır. Bir fincandan artıq isə insulinin ifrazına təsir elədiyi üçün əks təsir edə bilər.
Asan pehriz
Asan pehriz: Pəhrizlərin sayı inanılmaz çoxdur. Asan əziyyətsiz pəhrizlər sırasında hər yemək öncəsi su içməkdir. Mədə dolu olduğu üçün porsiyanın ölçüsü azalır.Bəziləri müəyyən zamandan sonra yeməməyə üstünlük verir. Amma bu da, dietologiya baxımından düz deyil. Asan gələn pəhrizlər sırasında aralıq dənizi pəhrizi, çin pəhrizi, şimal pəhrizi, Dayyan Kressin metobolik pəhrizi və s. var. Amma mənim zənnimcə ən asan saxlanıla bilən, mextəlif qidalarla zəngin, balanslaşdırılmış düzgün qidalanma rejimidir. Bu zaman həm tox qalır, həm də müxtəlif ərzaqlardan istifadə edə bilmək gözəl alternativdir.
Ariqlamagin yollari
Ariqlamagin yollari: Arığlamaq çətindir, sağlmlığa zərər yetirməyərək arığlamaq isə ondan da çətindir !
1. İlk əvvəl arığlamağa qərar verin. Bunun üçün özünüzə düzgün motivasiya seçin. Arzunuz məqsədinizə dönüşsün deyə özünüzə tarix seçin.
2.Proffesional dəstək alın. Qidalanma mütəxəssisi ilə birgə zərərli vərdişləri aşkar edin və fərdi qidalanma proqrammını alın.
3. Səbirli olun. Hədəfi seçərkən ehtiyatlı davranın. Unutmayın ki, ayda 3-6 kq-dan artıq çəki itirmək faydadan çox sağlamlığınıza zərər verəcək.
4. Yuxunuza diqqət edin. Gündəlik yuxu rejimi 7-8 saat olmalıdır. Daha az ya daha çox yuxu artıq çəkiyə səbəb ola bilər.
5. Səhər yeməyini unutmayın. Hər gün düzgün səhər yeməyi Sizi artıq çəkidən azad edəcək.
6. Ac qalmayın. Aclıq hissinin nəticəsi arıqlama deyil, bunu unutmayın.
7. Tez-tez və az-az yeyin. Belə qidalalnma rejimi Sizi artıq yeməkdən qoruyub, insulin ifrazını kontrol altında saqlamağa yardım edir.
8. Yemək payını atlamayın. Hər buraxılmış yemək payı digər saatda daha artıq yeməyə yol verəcək.
9.Süfrəyə çox ac oturmayın, axşam yeməyini çox gecəyə salmayın,yemək yeyərkən tələsməyin, yeyərkən diqqətinizi dağıtmayın.
10. Qida müxtıliflıyinə diqqət edin. Zülal ağırlıqlı pəhrizlər, ayırma pəhrizi, tərəvəzvə meyvə pəhrizlər kimi qidalanmaqdan uzaq durun, belə qeyri-kafi və balanslaşdırılmamış bəslənmə maddələr mübadiləsini pozur.
Daha ətraflı məsləhətlər mənim saytımda və instagramm səhifəmdə tapa bilərsiniz.
Darcinla ariqlama
Darcinla ariqlama: Darçının arığlamağda olan rolu nisbətən yaxın zamanlarda tapılıb. İndi arığlamaq istəyənlər bu ədvanı həm çaylarda, həm də ki, onun əsasında içkilər hazırlamaqla istifadə edə bilər.
Tədqiqatlar göstərir ki, darçının istifadəsi qanda qlükozanın və xolesterinin miqdarının azalmasına səbəb olur, insulin ifrazını stabilləşdirir. Həmçinin darçın içtahı azaldır və yeni piy hüceyrələrinin əmələgəlməsini əngəlliyir, köhnələrin parçalanmasına təsir edir. Bütün bu xüsusiyyətlər darçını arığlamaq üçün effektif edir. Bu xüsusiyyətlərdən istifadə edərək bir çox dietoloqlar darçını qidalanma proqrammlarına daxil edir.
Kokelmeyin yollari
Kokelmeyin yollari: Bütün günü qamburger, dönər, pizza yeyib hamısını qazlı içəcəklərlə içirsiz? Və bunlara baxmayaraq arıqsız? Bu problemlə necə mübarizə aparmaq olar, aşağıdadır.
Bir çox insanlar bunu “yaxşı metobolizm” ilə əlaqələndirirlər. Amma heç bir metobolizm hər gün 7-9 min kkal sərf edə bilməz. Bəli, düz oxudunuz, 7-9 min kkal,bi çox kökəlmək istəyən insan bu qədər yeyir!
Bir çox insan qidaları mənimsəmədiyinə görə kökəlmir. Nəticəsi : bütün gün davam edən aclıq hissi, gün ərzində davam edən yorğunluq hissi, dəri ilə olan problemlər, allergiya, tez qocalma, hormonal problemlər, çox zaman sonsuzluq, soyuqdəymə və qripplə tez-tez xəstələnmə. Bu problemlər siyahısını çox davam etmək olar, bunlar çox fərdidir. Bəs nə edək?
Qidalanma probleminin həlli ilə başlayaq. Bunun üçün bu problemin səbəbi tapılmalıdır, zərərli mikroorqanizmləri aşkar edib, yox etmək və faydalılarla əvəz etmək. Həzm prosesini qıcıqlandıran və ləngidən qidalardan uzaq durmaq. Psixoloji və emosional problemləri həll etmək. Düzgün qida rejiminə və yuxu rejiminə əməl etmək
Ariqlama caylari. Ariqlamaq ucun caylar
Ariqlama caylari. Ariqlamaq ucun caylar: Son zamanlar arığlamaq üçün çaylar çox populyar olub. Belə çaylar ot tərkibli olur və tərkibi dəyişkən ola bilər. Belə çayları həm aptekdə hazır, həm də ki, evdə özünüz hzırlaya bilərsiniz.
Əslində, bu çaylar piy toxumalarına heç bir təsir etmir və təsirini sidikqovucu ya ishal ilə göstərir. Ona görə elə çaylar yalnız əlavə köməkedici bir vasitə kimi istifadə edə bilərsizniz. Həzm prosesini yaxşılaşdırmaqla orqanizmdən toksinləri çıxarır. Amma çay seçərkən çox diqqətli olun, belə ki, güclü effekti ilə ya orqnizmdə susuzluğa, ya da bağırsaq florasının pozulmasına gətirib çıxara bilər. Həmçinin A/T varsa sidikqovucu çaylarla diqqət edin.
Effektləri 2-3 həftədən sonra görünür, amma qısamüddətli olduğunu unutmayın, çayları qidalanma rejimi ilə birgə istifadə edin.
Qrecka dieti. Qarabasaq pehrizi
Qrecka dieti. Qarabasaq pehrizi: Qrecka dieti. Qarabasaq pehrizi monopəhrizlərin arasında ən popular olanıdır. Çünki, qarabaşaq pəhrizi baha deyil, istifadədə asantdır, az müddətdə istədiyiniz məqsədlərə çatdırır. Öncə bu pəhrizin üstünlüklərinə baxaq :
1. Qarabaçaq bahalı deyil, gec xarab olur, asan tapılır
2. Qarabaşağı xarab etmək çox çətindir, soyusa da öz dadını və faydasını itirmir.
3. Qarabaşaq pəhrizi bütün monopəhrizlər arasında ən tərkibi zəngin olanıdır. Onun tərkibində çoxlu vitaminlər, liflər var.
4. Qarabaşaqda karbohidratların miqdarı daha azdır, ona görə toxluq hissi uzun müddət saxlanılər.
5. Tərkibində çoxlu liflər orqanizmi gözəl təmizləyir.
İndi isə mənfi cəhətlərini sadalayaq :
1. Bütün monodietlər kimi bu pəhriz növü də insanda böyük güc və qüvvə tələb edir. Belə ki, qarabaşağı sevsəz də, bir neçə gün sonra bezəcəyiniz qaçılmazdır.
2. Bütün monopəhrizlər kimi bu pəhriz də orqanizm üçün böyük strüssdir. Tərkibi nə qədər zəngin olsa da, orqanizmin fəaliyyəti üçün kasaddır. Maksimal müddət 7-10 gündür.
3. Əgər pəhrizi başlayandan sonra özünüzü pis hiss etdinizsə, onu dayandırın.
4. Əgər müalicə olunursuzsa, hamiləsiniz ya süd verirsinizsə pəhrizə oturmayın.
5. Bir çox insanlara bu pəhriz düşsə də, unutmayın ki, bəzən qarabaşaq kökəlməyə yol açır. Əgər insuliniz yuxarıdısa daha diqqətli olun.
Mən bir qidalanma mütəxəssisi olaraq bütün mono ya digər pəhrizlərə qarşıyam. Arıqlamaq üçün balanslaşdırılmış fərdi qidalanma proqrammlarına üstünlük verin. Onda onun effekti də uzunmüddətli olacaq !
Ariqlama dermanlari
Ariqlama dermanlari: Artıq çəki ilə mübarizədə hər şeyə əl atmağa razılaşan xanımlar da var. Burda da elə gözəl vədlər var – idmansız, pəhrizsiz, əziyyətsiz və çox tez arıqlamaq fürsəti var. Sadəcə iç tabletlərdən və artıq çəkidən azad ol. Amma xanımlar unudurlar ki, nəzarətsiz, həkim məsləhəti olmadan, meayinəsiz bu tip preparatların qəbulu təhlükəlidir. Siz saqlam bədəni arıq bədənə dəyişməyə razısınız?
Bəzi preparatlardan yazmaq istəyirəm : Orlistat tərkibli dərmanlar (ksenikal, orsoten və s) orqanizmdə lipazanın ifrazını saxlayır. Yağın sorulmasını əngəlliyir. Nəzrətsiz istifadəsi üd yollarında, mədə-bağırsaq traktına problemlər yarda bilər. Sibutramin tərkibli prepratlar (reduksen,qoldrayn və s) sinir sisteminə təsir edib, aclıq və toxluq mərkəzlərinə təsir edir. Ancaq ifrat piylənmə və bulimiylrda təyin olunur. Nəzarətsiz istifadə isə sinir sistemi xəstəliklərinə, nevroz, psixoemosional problemlərə, həmçinin ürək ritminə, arterial təzyiqə, bağırsaq və böyrəklərdə problemlərə yol açır. Bəzən arıqlamaq istıyi qadınları furosemid içməyə vadar edir. bu isə sidikqovucu preparat olduğu üçün, ödümlərin müalicəsində istifadə olunur. Saqlam insanlarda isə onun qəbulu su itkisinə görə qısamüddətli çəki itkisinə gətiribb çıxartmaqla bərabər, orqanizmə ziyan vurur. Digər badlar, güya təbii preparatlar, tay, brazil və s kimi tabletlər və digər tez zamanda arıqlamağı vəd edən dərmanlardan uzaq olun.
Unutmayın ki, heç bir sağlıqsız çəki itkisi sizin saqlamlığınızdan dəyərli deyil. Sağlam arıqlayın, düzgün qidalanın, həkim nəzarəti olmadan dərman qəbul etməyin !
Dietalar ariqlamaq ucun
Dietalar ariqlamaq ucun: Bütün qadınların arzusu olan tez bir zamanda böyük miqdarda çəki itirməkdir. Həqiqətən də, belə pəhrizlər mövcuddurmu ya hamısı yalandır ? Əlbəttə ki, var, və internetdə baxsaq külli miqdardadı. Araşdırma aparanda isə bütün pəhrizlərdə bir ortaq əlamətlər vardır. Məsələn, pəhrizlərin çoxu monopəhrizlərə, yəni ki, 1-2 ərzaqlardan istifadə etməklə qurulan pəhrizlərə aiddir. Bu da ki, orqanizmin bir çox maddələrdən məhrum edir, ehtiyacını ödəmir, effekti də qısamüddətli olur. Daha da populyar pəhrizlərə zülal, kreml, dükan, minimum karbohidrat saxlayan pəhrizlər, orqanizmin karbohidrat,bəzən də yağ ehtiyacını ödəmir. O da ki, saç tökülməsi, ürək problemləri, pis əhval-ruhiyyə, böyrək xəstəliklərinə və s. yol aça bilir. Ona görə saqlamlığınıza diqqətlə yanaşın, düzgün arıqlyın, xəstəliklərinizi və tələbatınızı nəzərə alan fərdi proqrammlara üstünlük verin.
1 hefteye 5 kq ariqlamaq
1 hefteye 5 kq ariqlamaq: İnternetdə bu sualı axtarışa verəndə pəhrizlərin sayından adamın gözləri qamaşır. Hər zövgə uyğun pəhrizlər çıxır. Onlara həm monopəhrizlər, kefir pəhrizi, zülal tərkibli, yapon və s. pəhrizləri aiddir. Elə pəhrizlər zamanı ilk günlərdə çəki itkisi olsa da, plato effektinin – orqanizm tərəfindən “təhlükə” hiss edib yığım, itirilənlərin kompensasiyası rejimini qoşub çəki itkisinin dayandırılması, ehtimalı da yüksəkdir. Və nəticələriniz fiaskoya uğrayır. Əgər bu baş vermirsə də, bu cür pəhrizlərdə itirdiyiniz o 5 kq nədən ibarətdir ? Heç düşünmüsünüzmü? Qısa müddətdə itirdiyiniz hər kq su, qida tullantıları ( həzm olunmamış qida, bağırsaqda qalmış nəcis, toksinlər və s) və əzələ kütləsidir, yalnız kiçik bir hissəsi piydən ibarət olur. Yəni ki, pəhriz bitən kimi də o kq həmən geri qayıdır. Həm bu cür itki dəri sallanmalarına, sellülitə, lirt dəriyə səbəb olur.
Unutmayın ki, əziyyətinizi və əsas da sağlamlığınızı qorumaqdan ötrü saqlam arıqlamaq şərtdir. Belə ki, saqlam şəkildə arıqladıqda həm itirdiyiniz kiloqrammlar geri qayıtmır, həm də ki, çəki piydən gedir. Həftəyə yalnız 0.5-1.5 kq arıqlamaq məsləhət olunur. Bu da sizi həm gözəl vücuda, həm gözəl dəriyə sahib olacaqsız
Qatıqla ariqlamaq / Qatıq pehrizi
Qatıqla ariqlamaq / Qatıq pehrizi: Yalnız bir məhsulla arıqlama pəhrizləri monopəhrizlərə aiddir. Monopəhrizlər isə orqanizmi bir çox ehtiyacı olan maddələrdən məhrum edir. Qatıqla olan pəhriz də, həmçinin monopəhrizlərə aiddir. Uzun müddət bu pəhrizdə oturmaq çəkinin sudan, əzələdən itirilməsinə səbəb verir. Bir gün əzrində qatıqla qidlanmaq yüngüllük günü kimi həqiqətən də çox faydalıdır. Orqanizmi artıq şlaklardan təmizləyir, yalnız 3 gündən artıq elə pəhriz sağlamlığınıza ziyan vuracaq. Saqlam arıqlamaqa üstünlük verin.
Su ilə ariqlamaq : Su pehrizi
Su ilə ariqlamaq : Su pehrizi: İnsan təqribən 65 % sudan ibarətdir. Susuz insan üç gündən artıq yaşaya bilməz. Orqanizmdə su çatmamazlığı dehidrotasiya adlanır. Əlbəttə ki, idman ya fiziki iş zamanı suya olan ehtiyac artır.
Arıqlamada suyun rolu da böyükdür. Su unikal əlamətlərə malikdir . Yetəri qədər su içmək maddələr mübadiləsini tezləşdirir. Deməli ki, arıqlamağa səbəb olur.
İndi isə arıqlamaq üçün suyu necə içməliyik araşdıraq. İlk əvvəl günə oyanan kimi bir stəkan ilıq su ilə başlamaq gərək. Daha sonra isə, hər yemək 20 dəq öncə və yeməkdən 40 dəq sonra su için. Su normanızı saat 18.00 kimi için ki, ödemləriniz olmasın. Bəs su ehtiyacı necə hesablanır? Öncə ideal çəkinizi bilirsiz, daha sonra hər ideal çəkinizin 1 kq-a 30-35 ml qədər su içirsiz. Yəni ki, əgər ideal çəkiniz 60 kq-sa gündə 1.8-2.1 litr maye qəbul etməlisiniz. Bura sudan əlavə şorba, şirə və digər içəcəklər aiddir. Amma əgər su ilə arıqlamaq istiyirsinizsə, bütün içəcəkləri təmiz qazsız su ilə əvəz edin.
Əgər su içmək Sizə çətindirsə, özünüzü yavaş-yavaş öyrəşdirin.
Arıqlamağın yolları və əsl sirləri
Əksəriyyət insanlar gözəl görünüş üçün arıqlamaq istəyirlər. Amma arıqlamaq təkcə gözəllik üçün deyil, həmdə sağlamlıq üçün lazımdır. Artıq çəkinin və piylənmənin insan sağlığına zərərləri haqda yəqinki çoxumuz məlumatlıyıq. Bu gün arıqlamaq yalniz qadınlarin deyil, həmçinin artıq çəkidən əziyyət çəkən kişilərindən problemidir. Amma bu reallığıda demeliyik ki, qadınlar kişilərə nisbətən daha tez kökəlir.
Çoxumuz arıqlamağın yolları haqqında demək olarki bilmirik. Bəzi insanlar ac qalmamaq və ya idmanla məşğul olaraq arəqlamağı düşünür. Təbii ki, bu belə deyil. Əgər arıqlamağə qərar vermişiksə, bunu mütləq sağlam yolla etməliyik. Birdən birə arıqlamaq həm fiziki görünüşümüzə həm də sağlamlığımıza ziyan vuran bilər. Birdən birə çəki atmaq dəri sallanması və selülitə səbəb ola bilər.
Sağlam şəkildə arıqlamaq üçün mütləq düzgün pəhriz və idman lazımdır. İlk olaraqda təbii ki, özünə inanmaqla başlamaq lazimdi. Sağlam ariqlamağin yollari nələrdir?
Nəcə arıqlamaq olar?
- Əgər aclıq hiss etsəniz su için. Su sizi kökəlməkdən xilas edəcək əsl köməkçidir. Su deyiləndə təbii ki meyvə şirələri və ya enerji içkiləri nəzərdə tutulmur. Gün ərzində təqribən 2litr təmiz adi su için.
- Çalışın yuxu rejiminizi qaydaya salın və kifayət qədər yatın.
- Mütləq yaxşı səhər yemeyi yeyin. Bu sizi gün ərzində tox və enerjili tutacaq və günorta çox acmayacaqsınız.
- Axşamlar gec saatda xüsusəndə yuxuya yaxən heçnə yeməyin. Mədə dolu vəziyyətdə yatmayın.Bu piylənmə üçün gözəl fürsət ola bilər. Bunun evəzinə gözəl musiqi dinləyin. Alimlərin araşdırması göstərirki musiqi dinlərkən və sevdiyimiz yemeyi yeyərkən beynimiz eyni dərəcədə qidalanır və eyni bölgəyə siqnal gedir.
- Tez – tez amma az – az yeyin. Ayaqüstə heçvaxt yemək yemeyin.
- Gün ərzində 3 stəkan yaşıl çay için.Yaşil çay bədəndəki kalorilərin yandirilmasinda çox ehemiyyətlidi.
- Sağlam qidalar yeyin. Qidalanmamizda çöldən hazir yeməkləri yiğişdirin. Tenbəllik etməyin mətbəxə keçib özünüzə sağlam yeməklər hazirlayin.
Sağlam arıqlamaq üçün digər tövsiyyələr.
- Və təbii ki idmanla məşğul olun. Gün ərzində ən azi 10 dəqiqə. Əgər idmana getməyə vaxtiniz və ya hevesiniz yoxdusa bunu evdə televizor izlərkəndə edə bilərsiz.
- Yeməyi tez-tez yeməyin. Çalışın asta – asta fasilə edərək yeyin. Çünki doymaq hissi beyinə 20 dəqiqəyə çatır.
- Qizardilmiş yeməklərdən uzaq durun. Yeməklərinizi qizartmadan və qaynatmadan yeyin. Bunun evəzinə buğlama və sobada bişirmə üsullarından istifadə edin.
- Xəmir yeməkləri (tort, peçenye, keks) və yağlı yeməklərə diqqət edin. Enerjisi yüksək krem, mayonez, çips, sous, qurudulmuş yağli qidalara yaxın getməyin. Bunun əvəzinə meyvə tərəvəzlə qidalanın.
- Çörəyi azaldin əvəzində isə lifli bitkiləri artirin. Paxlali bitkilər(quru lobya, noxud, mərcimək) kəpəkli taxillilar(qara çörək, yarma plovu, makaron) və yulaf ehtiva etdikləri liflər sayesinde mədə də həcm yaradır və uzun müddət tox saxlayir.
- Yağsiz süd məhsullarıni qidalanmadan artirin.
- Ən əsas heçvaxt ümidsiz olmayın. Bacaracağiniza inanın, təbii ki bir neçə ilə və ya aya aldiğiniz çəkini birden bite ata bilmessiz. Bunun üçün vaxt lazim olacaq. Özünüzü yarişda hiss edin və qazanacağiniza əmin olun. Səbrli olun. Tez ariqlamaq üçün sağlamliğiniza ziyan vuracaq derman vəya uzun müddət ac qalmaqdan çəkinin.
- Dietoloq qəbulunda olun və özünüz üçün sağlam “şəxsi” pəhriz hazirlatdirin.
Necə Təhlükəsiz Arıqlamaq olar
Kilolu olmaq, kilolu olmaq kimi, sağlamlığa mənfi təsir göstərə bilər. Kilolu olmayan bir insanın immun sistemi ilə bağlı problemləri ola bilər, əzələ kütləsini qorumaq üçün mübarizə aparır və osteoporoz problemi riski daha yüksəkdir.
Əlbəttə ki, bir çox az çəkili insanların – kilolu insanlar kimi – hələ də sağlamlıqları yaxşıdır. İnsanlar bəzən estetik səbəblərdən və ya xüsusi fiziki və ya zehni məqsədlərə çatmaq üçün kilo almağa çalışırlar. Kilo verməyə doğru yanaşma kiloların sağlam bir şəkildə əlavə olunmasını təmin edə bilər.
İnsanlar müxtəlif səbəblərdən kilo almağa çalışırlar
Ciddi ağır atletlər, güclərini artırmaq və əzələlərinə ölçü əlavə etmək üçün çəki qazanma dövrlərində dövr edə bilərlər. Bunlar adətən qarşıya qoyulan məqsədlərlə qısa dövrlərdir. İdmançılar, idman növlərində performanslarını artırmaq üçün kütlə əlavə etməyə çalışacaqlar.
Kilo almağı sadəcə əzələ yükləmək cəhdi kimi qəbul etmək yanlış olar. Hamilə qadınlar bəzən sağlamlıqları üçün kilo almağa təşviq edilirlər. Yemək pozğunluqlarından sağalan insanların da arıqlamaq üçün çalışmaları lazım olacaq.
Arıqlamaq çox yeməkdən daha çox şeydir
Məqsədiniz kilo almaqdırsa, kalori qəbulunu artırmalısınız. Bu məqsədə çatmaq, bir insanın daha çox yemək yeyə biləcəyini və daha yüksək kalorili maddələr axtardığını təxmin edə bilər. Beləliklə, kilo almağın sirri daha çox yeməkdirmi?
Kilo almağa məsuliyyətli bir yanaşma, yediklərinizə diqqət etməyi və sağlam miqdarda qida qəbul etməyi tələb edir. Kilo verərkən əzələ yığmaq istəyirsinizsə, qidalanmanız xüsusilə vacibdir.
Həddindən artıq çəkili insanlar hələ də Sağlam olmayan Qida riskləri ilə üzləşirlər
Kilolu və ya kilolu olmağınızdan asılı olmayaraq, lazımsız yeməklər və desertlərlə həddindən artıq yüklənməməyə diqqət yetirməlisiniz! İşlənmiş, çox kalorili yeməklərdə qida çatışmazlığı sizi ürək xəstəliyi və diabet kimi problemlərə qarşı həssas edə bilər. Zəif qidalanma immunitet sisteminizə, diş sağlamlığınıza və enerji səviyyənizə də mənfi təsir göstərə bilər.
Sağlam, Yüksək Kalorili Diyetə Sahib Olmaq
Arıqlamaq istəyirsinizsə, ancaq pis qidalanma ilə əlaqədar sağlamlıq problemlərindən qaçınmaq üçün hansı qidalardan istifadə etməlisiniz? Yediyiniz yeməklərin qida ilə zəngin olduğundan əmin olun. Bu, yağsız protein mənbələri ilə birlikdə müxtəlif meyvə, tərəvəz və süd məhsullarından zövq almaq deməkdir. Sağlam bir pəhrizə daxil edilə bilən yüksək kalorili, yağlı məhsullar tapa bilərsiniz. Bütün süd, tam yağlı qatıq, pendirlər və müxtəlif qoz-fındıq kalori və qida təmin edə bilər.
Əlavə kalorilərdə gizlənməyin yollarını tapın
Arıqlamaqla maraqlanan insanlara kalori kəsmək üçün hər şans axtarmaları tövsiyə olunur. Kilo almağa çalışarkən yeməklərinizə və qəlyanaltılarınıza kalori əlavə etmək üçün kiçik imkanlar axtarmalısınız. Yeməklərə souslar, soslar və pendir əlavələri daxil etmək, gün ərzində daha çox istehlak etməyinizə kömək edə bilər. Qəhvənizə krem qoymaq qədər kiçik bir addım belə doymanıza kömək edə bilər!
Arıqlamaq üçün Smoothies və Shakes istifadə edin
Yeməklər arasında bir smoothie yerləşdirmək və ya silkələmək tipik bir gündə daha çox kalori istehlak etmək üçün sürətli və təravətli bir yol ola bilər. Meyvə və tərəvəzləri süd əsaslı məhsullarla qarışdıran reseptlər tapa bilərsiniz, beləliklə bu kalorili gücləndiricilərlə qida maddələrindən zövq ala bilərsiniz. Fitnes mağazalarında tez -tez insanların kütlə qazanmasına kömək etmək üçün hazırlanan sarsıntı tozları satılır.
Yeməkdən əvvəl sudan çəkinin
Nəmli qalmaq sağlam qalmaq istəyən hər kəs üçün vacibdir. Kilo almağa çalışarkən, xüsusən də əzələ qurmağa çalışırsınızsa, mütləq çoxlu su içməlisiniz. Bununla, yeməkdən dərhal əvvəl su içməkdən çəkinmək istəyə bilərsiniz. İçməli su qarnınızı doldura bilər və yeməkdən əvvəl daha az tox hiss edə bilərsiniz.
Kilo qazanmaq və məşq etmək
Kilo və məşq çox vaxt bir -biri ilə sıx bağlıdır. Axı, daha çox yeyirsinizsə, əzələ kütləsi əlavə edəcəyinizi gözləmək çətin deyil, ancaq ağırlıq qaldırmaqdan çəkinin! Ağır çəkiləri qaldırmaq və daha çox kalori istehlak etmək, vücudunuzu əzələlərinizin ölçüsünə əlavə etməyə təşviq edə bilər. Bu hədəfi daha da dəstəkləmək üçün nəmli qalın və düzgün istirahət etdiyinizə əmin olun.
Məqsədiniz kilo verməkdirsə, qaçmaq, velosiped sürmək və ya digər aerobik məşqlər etməkdə tərəddüd edə bilərsiniz. Ürək -damar məşqlərinin məhdudlaşdırılması kalori saxlamağa kömək edəcək, ancaq unutmayın ki, bu məşqlər ürək sağlamlığınız üçün vacibdir.
Kilo verməyə kömək edəcək əlavələr sınamalısınız?
Kilo alma dövründə əlavələr istifadə edərək, xüsusilə əlavələri çəki təhsili ilə birləşdirsəniz, müsbət nəticələr görə bilərsiniz. Bununla birlikdə, əlavələr qısamüddətli hədəflərə kömək edə bilsə də, daha çox çəki saxlamaq üçün onlardan asılı hiss etmək istəməyəcəksiniz. Unutmayın ki, əlavələr sağlam bir pəhriz əvəz etməməlidir – yenə də qida baxımından zəngin qidalar istehlak etməyə çalışmalısınız.
Əlavə çəkinizi qorumaq
Daha çox kalori əlavə etməkdə israrlı olmaq, zaman keçdikcə arıqlamağa və məqsədlərinizə çatmağa kömək edə bilər. İdeal çəki aralığına çatdıqdan sonra yemək vərdişlərinizlə daha az məhdudlaşa bilərsiniz. Diyetinizlə daha çox azadlıq əldə edə bilsəniz də, əlavə kilonuzu saxlamaq istəyirsinizsə, xüsusən də daha yüksək metabolizminiz varsa, daha çox kalori yeməyə sadiq qalmalısınız. Kilo vermək üçün qida ilə zəngin bir pəhriz hazırlamaq, əlavə kilolarınızı qorumağı asanlaşdıra və daha təhlükəsiz edə bilər.
Comments are closed, but trackbacks and pingbacks are open.