Necə kökəlmək olar- ƏN SADƏ ÜSUL
30 qr biyan kökləri tavada qızardılır, xırdalanaraq toz halına salınır, bal əlavə olunaraq qarışdırılır. Alınan qarışıqdan qarğıdalı dənəsi boyda kürəciklər düzəldilir və gündə 2 dəfə 5 ədəd kürəcik qəbul olunur.
Namazda riyaya necə qalib gəlmək olar?
İxlas namazın ən mühüm şəraitlərindən biridir və onun əksi riyadır ki, bu da böyük bir bəladır.
İxlas – yəni, niyyətini Allahdan qeyri stimullarından pak etmək, xalis etməkdir, riya isə insanların diqqətini cəlb etmək üçün onların yanında ibadət əməlini təzahür etdirib, abid kimi məşhur olmaqdır.
Namazın zahiri düzgün olduğu kimi, onun niyyəti də xalis və Allah üçün olmalıdır. Xalis niyyət elə bil ruhdur ki, əməldə yoğrularaq, onu diri saxlayır. Niyyət əməlin cəhətini göstərir. Belə ki, hər bir yolun bir məqsədi vardır.
İmam Sadiq (ə) buyurur: “Hər bir riya şirkdir. Hər kəs camaata görə əməl etsə, onun mükafatını da camaat verəcəkdir və hər kəs Allaha görə əməl etsə, mükafatını da Allah verəcəkdir”.
Riya bir xəstəlikdir. Əgər insanın əməlində və ibadətində ixlas olmasa, onun qiyməti olmaz və nə qədər riya ilə dolu ibadətə vaxt və güc sərf etsə, faydası olmaz və elə ona görədir ki, Peyğəmbər (s) buyurur: “Əməlin qiyməti qəsd və niyyətə görədir”.
Buna aid bir rəvayət nəql olunur:
“Bir nəfər 30-illik namazını qəza etmişdir və onun səbəbi bu idi ki, həmin şəxs həmişə camaat namazı qılırdı və həmişə də birinci cərgədə dururdu və bir gün o namaza gecikir və birinci cərgədə dayana bilmir və buna görə başqalarının yanında çox xəcalət çəkir və bu nəticəyə gəlib çatır ki, birinci cərgədə qıldığı namazların hamısı nəfsini rahat etmək üçün olubdur. Belə ki, başqaları həmişə onu birinci cərgədə görəndə o, çox xoşhal olurdu, ona görə də camaat namazında qıldığı namazların hamısını qəza etmişdir”.
Bəs riyanı necə tanıyaq?
Biz hamımız namaz qılırıq, bəs riya ilə namaz qılmaq necədir? Bəlkə elə biz də bu cür namaz qılırıq?
İmam Sadiq (ə) buyurur: “Riyakar insanın üç xüsusiyyəti vardır:
1) İnsanların içində əməllərini sevinclə həyata keçirər.
2) Tənha olanda tənbəlliklə və yorğun halda həyata keçirər.
3) Bütün işlərində insanların onu tərifləməsini isətəyər”
.
Beləliklə, bu hədisdə İmam (ə) riyakar insanın xüsusiyyətlərini sadalayaraq, onu bizə tanıtmışdır.
Bu haqda bir rəvayət nəql edirlər:
“Bir kişi olur və o, ibadət zamanı riya etməməyə çalışır, ancaq nə qədər səy edirsə, yenə də bacarmır. Bir gün bir çarə fikirləşir və öz-özünə deyir: “Şəhərin kənarında tərk olunmuş bir məscid var ki, heç kim ona diqqət etmir və ora get-gəl etmir. Yaxşı olar ki, gecələr oraya gedəm və heç kim məni görmədən Allah üçün xalis ibadət edəm”.
Gecənin yarısı qaranlıqda o, həmin məscidə gedir. Həmin gecə yağış yağırdı və get-gedə şiddətlənirdi. O, həmin məsciddə ibadət etməyə başlayır və namazın ortasında qəflətən bir səs eşidir və öz-özünə deyir: “Yəqin ki, bir nəfər məscidə daxil olubdur”.
O, çox sevinir ki, həmin şəxs sabah gedib, insanlara onun haqqında danışacaqdır ki, gör nə qədər Allah sevən bir insandır ki, gecə yarısı bu tərk olunmuş məscidə gələrək, orada ibadət edir. Ona görə də namazının kəmiyyət və keyfiyyətini artırır və səhərə qədər ibadətlə məşğul olur. Hava işıqlaşan zaman gözucu ətrafına baxır və görür ki, məscidə daxil olan insan deyil, bir qara it imiş, şiddətli yağış yağdığı üçün bayırda qala bilməyib, məscidə girmişdir.
O, iti görən zaman çox narahat olur və çox peşman olur və öz-özünə xəcalət çəkir ki, itə görə səhərə qədər namaz qılmışdır. Özünə xitab edərək, deyir: “Ey nəfs, mən uzaq bir məscidə gəldim ki, Allaha şərik qoşmayım. İndi gördüm ki, qara iti ibadətdə Uca Yaradana şərik etmişəm. Vay mənə ki, bu nigaranedici haldayam”.
Xalis əməli riyadan ayırandan sonra onunla mübarizə etmək üçün qərar qəbul etməli və qətiyyətlə ibadətimizi xalis etməyə çalışmalıyıq.
Ona görə də əməldən, ibadətdən əvvəl qəlb və niyyətimizi Allahdan qeyrilərdən pak etməliyik və daima niyyətimizin Allah olduğuğunu xatırlamalıyıq və ehtiyat etməliyik ki, ondan başqasına qəlbimizdə yer verməyək və əgər bunu etməyə müvəffəq olsaq, qəlbimizdə ancaq Allah olacaqdır.
Beləliklə nəticədə deyə bilərik ki, riya qəlb hüzuruna mane olan amillərdən biridir. İxlas qəlb hüzuruna gətirib çıxarar, çünki əməl və niyyət nə qədər xalis olsa, qəlb hüzurunu əldə etmək də bir o qədər asan olar. Niyyətimizi riyadan və Allahdan qeyrilərdən pak edək və o yeganə Varlığa ibadət edək. Amin!
Milli.Az
Necə kökəlmək olar- ƏN SADƏ ÜSUL
Normal bədən çəkisinin hesablanması üçün onlarla formullar var. Müasir təbabət aşağıdakı tənlikdən istifadə edir:
Bədən çəkisinin indeksi = çəki/boy2 (kq/m2)
Əgər çəki indeksi 19-dan aşağıdırsa, bu, bədən çəkisinin normadan geri qalmasını göstərir. İndeksin orta göstəricisi 19-25 arasındadır. Lakin bu indeks nə konstitusional, nə də individual göstəriciləri əks etdirmədiyindən ənənəvi təbabət məsələyə bir qədər başqa istiqamətdən yanaşır. Hesab olunur ki, hər bir temperamentin özünəməxsus çəkisi olur. Məsələn, fleqmatiklər, adətən bir qədər kök olur, onların bədənində piy toxuması üstünlük təşkil edir. Amma melanxolikləri nə qədər yedizdirsən də onlar arıqlıqdan əziyyət çəkir. Sanqviniklərin bədənində əzələ toxuması üstünlük təşkil etdiyinə görə onların bədən çəkisi normal, xoleriklərdə isə piy çox az olduğundan onlar arıq olur.
Arıqlama və bədən çəkisinin azalması yalnız o zaman patoloji hal hesab oluna bilər ki, orqanizmin xəstəliklərə qarşı müqavimətinin zəifləməsinə, bədənin enerji ehtiyyatının tükənməsinə, nevroz və yuxusuzluğa, iştahın pozulması və hətta depressiyaya səbəb olsun. Üzülmə vaxtından əvvəl qocalma, saçların və dişlərin tökülməsi, sümüklərin kövrəkləşməsi və cinsi fəaliyyətin zəifləməsi ilə də müşayiət oluna bilər.
Təbabət hədsiz arıqlığın ilkin səbəbləri kimi aşağıdakıları göstərir:
Qeyri-rasional qidalanma. Soyuq, çiy, yüngül və azkalorili qidaların qəbulu, vaxtlı-vaxtında yeməmək və ya az miqdarda maye qəbulu buna misaldır.
Hədsiz hərəkətlilik, fiziki və zehni yüklənmə, yorulma.
Qeyri-düzgün həyat tərzi. Çox qısa yuxu, emosional stress və kədər.
Bağırsaq xəstəlikləri və ya həzm pozulmaları.
Qurd invaziyaları
Stimulyasiyaedici preparatların, xüsusilə də amfetaminlərin qəbulu
Səbəbi aşkar olunduqdan sonra arıqlığın korreksiyası və kökəlmə üçün xalq təbabəti bəzi məsləhətlər verir.
İlk növbədə qida rasionuna fikir vermək lazımdır. Qidaya mütləq mal, qoyun, qaz əti, müxtəlif sıyıqlar, qoz, fındıq, yağlar əlavə edin. Süd məhsullarına, xüsusilə də yağlı, duzsuz pendirə üstünlük verin, nişastalı və şəkərli məhsulları çox yeyin. Ilk vaxtlarda qatı ət bulyonları və xaş yemək də yaxşı nəticə verir.
Xörəkləri bişirən zaman cirə, zəncəfil, darçın, zirə kimi ədviyyatlardan çox istifadə etməyin və soyuq qidaları rasionunuzdan tamamilə çıxarın.
Hər gün təzə inək və ya keçi südü için
Kərə yağından çox istifadə edin
Təzə bişmiş ağ çörək yeyin
Səhərlər düyü və buğda sıyıqları yeyin
Kişmiş, küncüt və ərik qurusundan çox istifadə edin
Resept
2-3 ədəd quru və ya təzə əncir və 3-5 ədəd badam bir stəkan süddə isladılır və 40 gün ərzində hər səhər qəbul edilir.
10 ədəd badam və bir xörək qaşığı kişmiş xırdalanır və bir stəkan südlə qarışdırılır. Gündə iki dəfə, səhər və axşam isti şəkildə qəbul edilir.
3 xörək qaşığı xama bir yumurtanın sarısı ilə stəkanda çalınır və üzərinə stəkan dolana qədər pivə əlavə olunur. Hər səhər acqarına içilir.
Hərəsindən 100 qr yerkökü, çuğundur, qara turp, bal və 40 faizli spirt qarışdırılır və soyuducuya qoyulur. Gündə 3 dəfə 2 xörək qaşığından yeməkdən 30 dəqiqə əvəl daxilə qəbul edilir.
Əlavə
Yarımqiymətli daşlardan istifadə edin. Sarı sapfir, sarı topaz və ya sitrin, həmçinin zümrüd və xrizolit taxmaq kökəlməyə meyillik yaradır.
Günortalar yatın. Çünki günorta yuxusu maddələr mübadiləsini ləngidir. Çalışın yumşaq yataqdan istifadə edəsiniz.
Fitoterapiya
Kökəlmək və orqanizmi tonuslandırmaq üçün biyan, gülxətmi, xəndəkotu, jenşen kimi bitkilər istifadə olunur.
30 qr biyan kökləri tavada qızardılır, xırdalanaraq toz halına salınır, bal əlavə olunaraq qarışdırılır. Alınan qarışıqdan qarğıdalı dənəsi boyda kürəciklər düzəldilir və gündə 2 dəfə 5 ədəd kürəcik qəbul olunur.
Paxıllıq hissinə necə qalib gəlmək olar?
Salam bir suallm var.Hər insanın özüneməxsus xususiyyetleri var bu xasiyyetleri bize Allah verib yoxsa özümüz idare edirik ?meselen paxıllıq hissi men istemirem kiminse paxıllığını çekim ama ele olirki görürem paxıllıq hissi qelbimde oyanır biruze vermirem mehv elemek istiyrem o hissi ama yenede baş qaldırır.
Həsəd (paxıllıq) qəlb xəstəliklərindən biridir. Göy üzündə və yerdə Allaha asi olmağa səbəb olan ilk əməl həsəd olmuşdur. Belə ki, İblisin Adəmə səcdə etməsinə həsəd aparmağı mane olmuşdu. Adəmin iki oğlundan birinin – Qabilin, digərini – Habili öldürməsinə səbəb yenə də həsəd aparmağı olmuşdur. Alimlər həsədə belə tərif vermişlər: Həsəd – bir şəxsin başqa birində olan nemətin yox olmasını və ya ona keçməsini arzu etməsidir. Əgər insan başqa birində olan nemətin yox olmasını deyil, sadəcə özündə də belə bir nemətin olmasını arzu edirsə, bu, həsəd deyil qibtə adlanır və qibtə etmək günah sayılmır. Həsəd elə bir qəlbi xəstəlikdir ki, bu xəstəlikdən yalnız az insanlar xilas ola bilirlər. Ərəblərdə belə bir hikmətli söz var: “Həsəddən heç kəs yaxa qurtara bilməz. Ağıllı insan bu hissi gizlədə bilir. Ağılsız isə biruzə verir”. Bir nəfər əl-Həsən əl-Bəsridən soruşur: “Mömin insan paxıllıq edə bilərmi?” əl-Həsən əl-Bəsri cavabında deyir: “Yusuf peyğəmbərin qardaşlarının ona etdiklərini nə tez unutdun?! Kiməsə qarşı paxıllıq hiss etdikdə onu gizlət. Nə qədər ki, paxıllıq etdiyin adama əlinlə və ya dilinlə əziyyət verməmisən, bil ki bu hiss sənə zərər verməz”. İnsan bacardığı qədər həsəd etməkdən çəkinməlidir. Çünki həsəd etmək Uca Allahın başqasına verdiyi nemətlə razılaşmamaq deməkdir. Bu isə Uca Allahın qədərinə etiraz etmək sayılır. Həsəd etmək başqasına deyil, insanın özünə zərər verir. Peyğəmbər (ona Allahın salavatı və salamı olsun!) həsəd etməkdən çəkindirərək demişdir: “Həsəd etməkdən çəkinin! Həqiqətən həsəd etmək savabları od odunu yandırdığı kimi yandırıb yox edir” (Əbu Davud, 4903). Həsəddən xilas olmağın bir neçə yolu var:
1) Həsəd etməyin və həsəd edənin şərindən Allaha sığınmaq. Uca Allaha bu qəlb xəstəliyindən sağalmaq üçün dua etmək.
2) Həsəd etmək həsəd olunanadan çox həsəd edənin özünə zərər verdiyini düşünmək. Belə ki, həsəd edən daim özü sıxıntı və üzüntü içində olur. Hər dəfə həsəd etdiyi adamı gördükdə gərginlik keçirir.
3) Həsəd etdiyi adam üçün dua etmək. Onu hər yerdə xeyirlə yad etmək. Bu, insana ağır gəlsə də, həsədi müalicə etmək üçün ən yaxşı yoldur. Uca Allah buyurur: “Yaxşılıqla pislik eyni ola bilməz. Sən pisliyi yaxşılıqla dəf et! O zaman səninlə ədavət aparan kimsə sanki yaxın bir dost olar. Bu isə ancaq səbir edənlərə verilir və ancaq böyük qismət sahiblərinə nəsib olur. Əgər sənə şeytandan bir vəsvəsə gəlsə, Allaha sığın. Çünki O, Eşidəndir, Biləndir” (Fussilət, 34-36).
4) Həsəd etməyin Uca Allahın qəzəbinə səbəb olduğunu düşünmək. Paxıl adam Allahın başqasına nemət verməsinə nifrət edir və bunun qarşısının alınmasını arzulayır, beləliklə də, Allaha asilik etmiş olur. Peyğəmbər – sallallahu aleyhi və səlləm – demişdir: “Zənn etməkdən çəkinin! Həqiqətən, zənn ən yalan sözdür. Bir-birinizi güdməyin, casusluq etməyin, bir-birinizə həsəd aparmayın, bir-birinizə nifrət etməyin, bir-birinizə arxa çevirməyin! Ey Allahın qulları, qardaş olun!” (Səhih əl-Buxari).
Həsəd barədə həmçinin bu linkləri oxuyun:
Comments are closed, but trackbacks and pingbacks are open.