Press "Enter" to skip to content

Icraçı borc yığım şirkəti gəlirdən necə çıxa bilər

Yeri gəlmişkən, ölkədən getmək hüququ bir sıra digər hallarda da məhdudlaşdırılır. Həmin hallar və onların hansı hallarda ləğv olunacağını diqqətə çatdırırıq:

Borcu qaytarmırsa, necə məcbur etməli?

İndiki zamanda borc verməyə də qorxursan. Yaxşılıq edib borc verirsən, sonra da düşmən olub dalınca düşürsən. Hər nə etsən də, borcunu ala bilmirsən. Amma mütəxəssislər bəzi yolları bilməklə borcu geri almağın mümkün olduğunu deyirlər.

Borc müqaviləsi necə bağlanmalı?

Hüquqşünas Aynur Musayevanın Milli.Az-a dediyi sözlərinə görə, borc müqaviləsi həm şifahi, həm də yazılı olur: “Şifahi müqavilə hər bir tərəf müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi icra etdiyi andan bağlanmış hesab olunur. Amma bütün borc müqavilələri yazılı şəkildə bağlansa, daha gözəl olar. Ona görə ki, yazılı müqavilədə hər iki tərəf və öhdəlikləri qeyd olunur. Şəxslərin adı, soyadı hər şey yazılır. Tərəflərin hüquqları, borcun tam məbləği, borcun qaytarılması şərtləri verilir”.

A.Musayeva bildirib ki, müqavilə azadlığı prinsipinə əsasən, hər bir şəxs müqavilə bağlayarkən orada öz istədiyi şərtləri qeyd edə bilər: “Məsələn, şəxsin müqavilədə borcun qaytarılacağı son tarixi yazmaq hüququ var. Yazılı müqavilə kağızda olur, hər iki tərəf şərtlərini qeyd edir və müqaviləni imzalayır. Borc müqaviləsi notarial qaydada da təstiq oluna bilər. Yəni müqaviləni imzalayan tərəflər notariusa gedir, müqaviləni orada imzalayır. Notarius onların imzalarını təsdiqləyir”.

Qanunvericilik bir sıra hallarda müqavilənin notarial qaydada təsdiqini zəruri hesab edir. Bir sıra hallarda isə tərəflər istəyirsə, müqaviləni notarial qaydada təsdiq edə bilər. Yaxşı olar ki, borc verən özünü sığortalamaq üçün müqavilənin məhz notarial qaydada təsdiqini tələb etsin.

Borcu bir kağız belə almadan vermisənsə.

Hüquqşünas diqqətə çatdırır ki, borc müqaviləsi şifahi olduqda, yəni ki, borcu öz aralarında danışıb verdikdə bunu sübüt etmək çətinləşir: “Mülki Məcəllədə borcla bağlı şifahi əqdlərdə şahidin iştirakının məcburi olduğu yazılmır. Lakin heç bir kağız almadan borc verdikdə heç olmasa, yanında şahid də olmalıdır ki, sonra bunu sübut etmək olsun. Şahid yoxdursa, kiməsə borc verdiyini sübut etmək çox çətindir”, – deyə müsahibim bildirib ki, borc müqaviləsi notarial qaydada təsdiq olunduqda sabah kimin kimə nə qədər borclu olduğunu dəqiqləşdirmək asandır. Notariusda təsdiq olunmayan yazılı müqavilə belə, problem yarada bilər. Borcu olan şəxs deyə bilər ki, müqavilədəki imza mənim deyil, mən imzalamamışam və s.

Əgər borc müqavilə imzalamadan bank hesabına köçürmə yolu ilə verilibsə, onda bank şahid olmadan, müqavilə bağlanmadan kiminsə hesabına köçürülən pulun midarına dair çıxarış verməlidir. Digər hallarda sübut etmək çox çətin olacaq.

Borcu verməyə pulu yoxdursa?

Musayeva bildirib ki, istər şifahi, istərsə də yazılı müqavilə bağlayan borc verənin hüquqları pozulubsa, məhkəməyə müraciət edə bilər: “Məhkəmə həmin şəxsin müdafiəsinə təminat verir. Mülki Prosessual Məcəllədə qeyd olunub ki, hər bir şəxs öz hüquqlarının müdafiəsi və pozulmuş hüquqlarının bərpa olunması üçün məhkəməyə müraciət edə bilər. Borc verən məhkəməyə müraciət edir, iddia yazır. Borc alan könüllü qaydada borcu qaytarmadıqda pul ondan müxtəlif yollarla məcburi qaydada tutulub alınır.

Pulu yoxdursa, əmlakı və s. hərraca satışa çıxarılır. Bununla bağlı məhkəmə müvafiq dövlət orqanlarına, o cümlədən adında əmlakın olub-olmamasına dair daşınmaz əmlakın dövlət reyestr xidmətinə sorğular göndərə bilər. Maşının olub-olmaması da Yol Polis İdarəsindən öyrənilir. Bank hesabları araşdırılır.

Daşınmaz əmlak olduqda məhkəmə qərarı ilə icra mərhələsində üzərinə həbs qoyulur və hərracda satılır. Pulu isə iddiaçıya verilməlidir. Əmlak satışa çıxarılmadan əvvəl icraçıya təklif olunur. İddiaçı, yəni borc verən təklifi qəbul etsə, əmlak satılmır, özünə qalır.

Borc alanın heç nəyi yoxdursa, məhkəmə qərarına əsasən, cinayət məsuliyyətinə cəlb oluna bilər.

Pulu mənimsədiyi üçün fəxr edir

Sosioloq Əhməd Qəşəmoğlunun Milli.Az-a dediyi sözlərə görə, insanlar bir-birinə etibar etdiyi cəmiyyətdə borc verib borc alırlar: “Borc vermək həm də sosial köməkdir. Bir insan dar vaxtında kimdənsə borc ala bilər. Bütün banklar da bu prinsip əsasında mövcuddur. İnsanlar bankdan borc alır, sonra da qaytarır. Amma İslam aləmində borcun üstünə faiz qoyub vermək haram sayılır”.

Ə.Qəşəmoğlu bildirib ki, insanların güzaranı yaxşı olsa, borc almazlar: “Cəmiyyətdə borcu olanlar çoxdursa, bu, sosial problemlərin çoxluğunu, əhalinin rifah halının pis olduğunu göstərir. Təəssüf ki, bizim cəmiyyətdə bir-birinə və banka borcu olanlar çoxdur. Bu iqtisadi vəziyyətin yaxşı olmadığının göstəricisidir”.

O qeyd edib ki, borc vermək kömək kimi müsbət qiymətləndirilir: “İnsan sonra pulu qaytarmaq niyyəti ilə qarşı tərəfdən borc alıb böyük bir işini düzəldə bilər. Amma borc alan borc verəni aldadır, borc üstündə qan düşürsə, təbii ki, fəlakətdir”, – deyə Qəşəmoğlu əlavə edib ki, borcu qaytarmaq istəməyən adamlar azdır: “Pulu olmadığı üçün bunu edə bilməyənlər var. Ona görə də vicdan əzabı çəkirlər. Çıxılmaz vəziyyətdə qalıb buna görə özünü öldürənlər də olur”.

Düzdür, fırıldaqçılar da var. Borc götürür və heç qaytarmağı da düşünmürlər. Onlar pulu götürüb qaytarmadıqları üçün fəxr edirlər.

Aynurə Məmmədova

Milli.Az

Icraçı borc yığım şirkəti gəlirdən necə çıxa bilər

İcra haqqında Azərbaycan Respublikasının Qanununun 84-cü maddəsində borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasından bəhs olunur:

Məhkəmə qərarları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə icra məmuru tərəfindən dərhal borclunun özünə, tələbkara və müvafiq icra hakimiyyəti orqanına məlumat verilir.

Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına səbəb olmuş əsaslar aradan qalxdıqdan sonra icra məmuru həmin məhdudlaşdırmanın götürülməsi barədə icra qurumunun rəhbəri tərəfindən təsdiq olunan qərar qəbul edir. Həmin qərar dərhal borcluya, tələbkara, məhkəməyə və müvafiq icra hakimiyyəti orqanına göndərilir.

Yeri gəlmişkən, ölkədən getmək hüququ bir sıra digər hallarda da məhdudlaşdırılır. Həmin hallar və onların hansı hallarda ləğv olunacağını diqqətə çatdırırıq:

– Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə uyğun olaraq tutulduqda və ya barəsində hər hansı qətimkan tədbiri seçildikdə, azad edilənədək, qətimkan tədbirinin müddəti bitənədək və ya qətimkan tədbiri ləğv edilənədək;

– Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə uyğun olaraq barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edildikdə – tibbi xarakterli məcburi tədbirlərin tətbiqi ləğv edilənədək;

– Üzərinə Azərbaycan Respublikasının Cinayət Məcəlləsində nəzərdə tutulan vəzifələr qoyulmaqla şərti məhkum edildikdə və ya cəzadan şərti olaraq vaxtından əvvəl azad edildikdə, müvafiq olaraq sınaq müddəti və ya cəzanın çəkilməmiş hissəsi başa çatanadək və ya şərti məhkumetmə, yaxud üzərinə qoyulmuş vəzifələr vaxtından əvvəl tamamilə ləğv edilənədək;

– Hamilə qadınlar və azyaşlı uşaqları olan şəxslər barəsində cəzanın çəkilməsi təxirə salındıqda – məhkəmə məhkum edilmiş şəxsi cəzanın çəkilməmiş hissəsindən azad edənədək və ya məhkum edilmiş şəxs əsas cəzasının qalan hissəsini çəkib qurtaranadək;

– Müddətli həqiqi hərbi xidmətə çağırıldıqda, müddətli həqiqi hərbi xidmət keçənədək və ya qanuna uyğun olaraq ondan azad edilənədək;

– Vergi ödəyicisi vergi öhdəliyini Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, hesablanmış vergilər üzrə borcları və faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını dövlət büdcəsinə ödəməməsinə görə vətəndaşın ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəmənin qanuni qüvvəyə minmiş qərarı olduqda, məhdudlaşdırmanın götürülməsi barədə qərar qəbul edilənədək;

– Beynəlxalq tibbi sanitariya qaydalarına və ya Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun olaraq profilaktik peyvəndlər tələb olunan ölkələrə gediş-gəliş zamanı – profilaktik peyvəndlər edilənədək.

Amin Nəzərli

VERGİLƏR

Vergi Məcəlləsinin 10-cu fəslinə uyğun olaraq, gəlirdən çıxılmayan xərclərdən başqa gəlirin əldə edilməsi ilə bağlı olan bütün xərclər gəlirdən çıxılır. “BSC konsalting” şirkətinin maliyyə direktoru Arzu Xəlilova gəlirdən çıxılmasına məhdudiyyət qoyulmuş xərclər haqqında şərh verib.

Qanunda qeyri-kommersiya fəaliyyəti ilə bağlı olan xərclərin gəlirdən çıxılmasına yol verilmir. Əyləncə və yemək xərcləri, habelə işçilərin mənzil və digər sosial xarakterli xərcləri gəlirdən çıxılan xərclərə aid edilə bilməz.

Yalnız müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş normalar daxilində müalicə-profilaktik yeməklərə, zərərli işdə işləyən işcilərə verilən süd və ona bərabər tutulan digər məhsullara sərf olunan xərclərin və dəniz nəqliyyatında üzücü heyətə verilən yemək xərclərinin gəlirdən cıxılmasına yol verilir.

Bundan əlavə, vergi ödəyicisinin sahibkarlıq fəaliyyəti əyləncə və ya sosial xarakterli olduqda, müvafiq olaraq bu fəaliyyət çərçivəsində çəkilən əyləncə və sosial xərclər gəlirdən çıxılır.

Əməkhaqqı kartlarının alınmasına çəkilən xərcdən başqa, fiziki şəxsin fərdi istehlakla və ya əmək haqqının alınması ilə bağlı olan xərcləri gəlirdən çıxılmır.

Ezamiyyə xərclərinə gəldikdə isə müvafiq icra hakimiyyəti orqanının müəyyənləşdirdiyi norma daxilində olan ezamiyyə xərci gəlirdən çıxılır, normadan artıq olan hisssəsi isə müvafiq sənədlərlə təsdiq olunmaqla müəssisənin sərəncamında qalan mənfəət hesabına silinir.

Diqqətinizə bir daha çatdırmaq istərdim ki, nəzarət-kassa aparatının çeki və ya qəbzlər malların, xidmətlərin alınması ilə bağlı çəkilən xərcləri təsdiq edən sənəd hesab olunmur.
Yalnız banklar və xüsusi notariuslar tərəfindən verilən qəbzlər xərclərə aid edilə bilər.

Xaricdən alınmış borclar üzrə, habelə qarşılıqlı surətdə asılı olan şəxslərin bir-birinə ödədikləri faizlərin xərcə aid edilən məbləği Azərbaycan Respublikası Mərkəzi Bankının dərc etdiyi banklararası kreditlər üzrə faizlərin orta səviyyəsinin 125 faizindən artıq olmamalıdır.

Ümüdsiz borcların gəlirdən çıxılan xərcə aid edilməsi ancaq iki şərtlə mümkündür:

1) Əgər bu məbləğ əvvəllər sahibkarlıq fəaliyyətindən əldə edilən ümumi gəlirə daxil edilibsə;
2) Bu ümidsiz borc məbləği artq dəyəri olmayan borc kimi təsdiq olunubsa.

Əsas vəsaitlərin alınmasına və qurulmasına çəkilən xərclərin və bu Məcəllənin 143-cü maddəsinə uyğun olaraq kapital xarakterli digər xərclərin gəlirdən çıxılmasına yol verilmir.

Həmçinin də hər il üçün gəlirdən çıxılmalı olan təmir xərclərinin məbləği əsas vəsaitlərin hər bir kateqoriyasının əvvəlki ilin sonuna qalıq dəyərinə müvafiq olaraq faiz dərəcələri ilə məhdudlaşdırılır.

Məhdudlaşdırmadan artıq olan məbləğ cari vergi ilinin sonuna əsas vəsaitlərin qalıq dəyərini artırır.

Azərbaycan Respublikasının və ya digər dövlətlərin ərazilərində ödənilmiş mənfəət vergisinin və ya gəlirdən hesablanan hər hansı digər verginin və Vergi Məcəlləsi və digər qanunlarla müəyyən edilmiş qaydada hesablanmış faizlər, maliyyə sanksiyaları və inzibati cərimələrin gəlirdən çıxılmasına yol verilmir.

Hazırladı:
Fəxriyyə İKRAMQIZI

Comments are closed, but trackbacks and pingbacks are open.