Namaz qılmağı öyrənirəm (Şəkilli izah)
FATİHƏ SURƏSİ: “Əl-Hamdu lillə̂hi Rabbil-âləmîn. Ər-Rahmə̂nir-Rahîm. Mə̂liki yəvmid-dîn. İyyə̂kə nəabüdu və iyyə̂kə nəstəîn. İhdinəs-sırâtal-müstəqîm. Sirâtalləzînə ən amtə aleyhim ğayril-məğdûbi aleyhim vələd-dâ̂llîn.
Namaz qılmamağın zərəri
Sual: Namaz qılmaq böyük bir ibadət olduğu üçün, tərk edilməsi də çox böyük günah deyilmi?
CAVAB
Əlbəttə, çox böyük günahdır. Hədisi-şəriflərdə buyurulur:
«Qəsdən [bəhanəsiz] namaz qılmayanın digər əməllərini Allahu-təala qəbul etməz. Tövbə edənə qədər də Allahın himayəsindən uzaq olar» . [İsfəhani]
«Beş vaxt namazı tərk edən Allahu-təalanın hifz və əmniyyətindən məhrum qalar». [İbni Macə]
«Namaz qılmayanın müsəlmanlığı, dəstəmaz almayanın namazı yoxdur». [Bəzzar]
«İman ilə küfr arasındakı fərq namazı qılıb qılmamaqdır». [Tirmizi]
«Namaz imanın başı və Cəhənnəmdən qurtarıcıdır». [Miftahul-Cənnət]
Namaz qılmayan
Sual: Namaz qılmamağın zərəri nədir?
CAVAB
Bir çox zərəri vardır. Seyid Əbdülhəkim həzrətləri buyurur:
Namaz qılmayan hər şeydən əvvəl bütün möminlərə zülm etmiş olur; çünki hər namazda «Əssəlamu əleynə və əla ibadillahissalihin» deməklə bütün möminlərə dua edilir. Namaz qılmayan hər gün beş vaxt namazda sünnələrlə birlikdə 21 dəfə təkrarlanan bu duadan müsəlmanları məhrum qoyur. Qiyamətdə bütün möminlər bu haqlarını namaz qılmayanlardan alacaq.
Namazda zəiflik göstərən, qiymətini bilməyib yüngül tutan bir çox cəzaya uğrayar:
Ömründən xeyir və mənfəət görməz. Müxtəlif xəstəlik, alçaqlıq, təhqir və zillətlər içərisində həyat sürər. Salehlərdən hörmət görmədiyi kimi, müxtəlif məhrumiyyət və çətinliklərə məruz qalar. Səhhətindən xeyir və mənfəət görməz. Ümumiyyətlə, pis yerlərdə işləyənlər namaz qılmayan və ya namazda zəiflik göstərənlərdir. Əziyyətli, yorucu və ağır işlərdə işləyənlərin də əksəriyyəti onlardır. Namazı doğru qılan həm salehlərin yanında, həm də yoldaş və qohumlarının arasında hörmət və etibar sahibidir.
Namaz qılanda yaradılışındakı gözəllikdən başqa, bir gözəllik və camal vardır ki, namaz qılmayan nə qədər gözəlləşməyə, bəzənməyə çalışsa da, hər gün yuyunub yeni paltarlar geysə də, bu gözəllik və camala qovuşa bilməz. Gözəl ətir vurub özündə hasil olan iyrənc qoxunu hiss edənlərdən gizləyə bilməz.
Namaz qılanın üzü gözəl olar, uzun müddət yuyunmayıb günlərlə paltar dəyişdirməsə də, bədəni və paltarları pis iy verməz. Namaz qılmayan tez-tez yuyunub paltar dəyişdirsə də, o zərifliyə sahib ola bilməz. Gündə dəfələrlə sədəqə versə, yetimləri sevindirsə, yedirib geydirsə, günlərlə Quran oxusa, hər il həccə getsə, buna bənzər ibadət və yaxşılıq etsə də, savab ala bilməz. Allahu-təala o vaxtları namaza məxsus etdiyindən həmin vaxtları namazda keçirmək lazımdır. Bu vaxtları Allahu-təalanın təyin etdiyi şəkildən çıxardığı, yəni pozduğu üçün namaz qılmayanın hər işindən xeyir və bərəkət qalxar, duası da məqbul olmaz.
Namaz qılan “Ya Rəbbi” dediyi vaxt, Allahu-təala “Ləbbeyk-söylə edilsin” buyurar. Namaz qılmayana “Ləbbeyk, eşitdim” deməz. Ancaq namazı doğru qılan xeyir və bərəkətə, rəhmətə vəsilə olar. Namazda həzrəti Adəmdən etibarən bütün möminlərin və bütün məxluqatın haqları vardır. Namaz tərk edilincə Haqqın rəhməti örtülü qalar. Rəhmətin kəsilməsinə səbəb olduğundan bütün məxluqat namazı tərk edənə nifrət edər. Müsəlmanların dualarının bərəkətindən məhrum qalar. Ölsə, məzarının yanından keçən bir müsəlmanın oxuduğu “Fatihə”dən lazım olduğu qədər faydalana bilməz. Allahu-təala belələrini üluhiyyət məqamında xüsusi xidmət sayılan namaza götürmədiyindən bu əhəmiyyətli xidmətdən qovulmuş olar. Bu xidmət üçün veriləcək olan faydalardan məhrum qalar.
Namaz qılmayanın görünüşü pozular və yatağa düşər. Üstünü, başını, yatağını, yorğanını və digər şeylərini bulaşdıraraq bərbad edər. Elə olar ki, ən yaxınları olan uşaqları, xanımı, ata və anası da ölümündən nifrət edər. Heç kimdən hörmət görə bilməz.. O adam böyük bir padşah da olsa, yenə ölərkən nifrət edilən bir şəkildə ölər.
Namaz qılmayan öləndə gözlərində qorxu əlamətləri, təlaş və hüzn əsərləri, gözünü göyə dikmə işarələri görünər. Gözlərinin rəngi dəyişər. Yuxarı, aşağı gedib gələr ki, baxmaq mümkün olmaz. Burun deşikləri quruyar. Quş tükündən tikilən döşəkdə, bəzəkli otaq və ya sarayda, min bir ehtişam və dəbdəbə içində olsa da, yenə zəlil olar.
Namaz qılmayanın imanı zəifləyər. Bu şəxsin namaza hörməti olmadığından mələklər, ölülər və digər varlıqlar da ona hörmət göstərməz.
Namaz qılmayan ölərkən saçı, saqqalı qarışar. Namaz qılanın isə ölümündə də həyatdakı durumu pozulmaz, canlı kimi qalar. Onun ölümünü görən ölümündən xəbərdar deyilsə, yatdığını zənn edər.
Namaz qılmayan nə qədər çox yemək yesə də, yenə aclıq dərdi çəkər. Getdikcə şiddətlənər, dözülməz bir hal alar. Nə qədər çox və yaxşı yeməklər yedirilsə, bu acı və ağrı sakitləşdirilə bilməz. Bu iztiraba təskinlik vermək mümkün olmaz. Həmişə aclıqla acı çəkər. Aclıq bir nisbət halında yüksəlib artar. Nəhayət, qıvrıla-qıvrıla can verər, çünki namazı tərk etmək böyük günahdır. Cəzası da o nisbətdə böyük olar.
Namaz qılan gülər üzlü, parlaq və nurani üzlü olar. Üzündə və gözlərində sevinc və nəşə əlamətləri və görünər. Öz qüsurlarını və Haqq təalanın lütf və ehsanını görər və alnından tər tökülüb burun deşikləri sulanar. Qulaqlarının altı və burun deşikləri yüngül bir şəkildə tərləyər. Gözəl qoxar. Rəngində lətif bir gözəllik olar. Ətrafa gözəl qoxular yayılar. Ən ləzzətli və ən nəfis yemək yemiş kimi, tox və doymuş halda vəfat edər.
İbadətlər imandan parça deyil. Yəni inandığı halda bir ibadəti etməyən və ya bir haramı işləyən kafir olmaz. Ancaq namazda sözbirliyi olmamışdır. Hənbəlidə bir namazı üzrsüz tərk edən kafir olduğundan öldürülər. Yuyunmaz, kəfənə sarınmaz, namazı qılınmaz və müsəlmanların qəbiristanlığına qoyulmaz. Ayağına ip bağlanar, murdar bir it kimi bir çuxur qazılıb içinə atılar. Qəbir nişanı da qoyulmaz. Şəfii və Malikidə böyük günah işlədiyi üçün cəza olaraq öldürülər. Hənəfidə namaza başlayana qədər döyülüb həbsə atılar. Namaz qılmamaq imansız ölməyə, namaz qılmaq isə iki dünya səadətinə səbəb olar.
Namaz və dindarlıq
Sual: Namaz qılmadan xeyir və gözəl işlər görüb dindar olmaq mümkün deyilmi?
CAVAB
Sərmayə olmadan qazanc əldə etmək necə mümkün deyilsə, namaz qılmadan da dindar olmaq mümkün deyil. Namaz qılmayanın xeyir və gözəl işlərinə savab verilməz. Peyğəmbər əfəndimiz «Namaz qılmayanın ibadətlərinə savab verilməz» buyurur. «Əbu Nuaym»
Namaz dinin dirəyidir. Namaz qılan dinini doğrultmuş olar. Namaz qılmayanın dini yıxılar. Namazları müstəhəb vaxtlarında, şərtlərinə və ədəblərinə uyğun olaraq və mümkünsə, camaatla qılmaq lazımdır. Muhammed Məsum həzrətləri «Bunlardan biri edilməzsə, yas tutulsa, yeridir» buyurur. Bir hədisi-şərif tərcüməsi belədir:
«Bir mömin namaz qılmağa başlayanda Cənnət qapıları açılar. Rəbbiylə arasındakı pərdələr qalxar. Bu hal namaz bitənə qədər davam edər». [Təbərani]
Namazın əhəmiyyəti
Sual: Bir yoldaş «Namaz qılmaqla Cənnətə girmək olmaz» deyərkən, başqa bir yoldaş da «Namaz qılmadan Cənnətə heç girilməz» dedi. Hansı doğrudur?
CAVAB
İki sözdə də düzgünlük və səhv var. Cənnətə girmək üçün namaz qılmaq kafi deyil. Namaz qılan əhli-sünnə etiqadında deyilsə, mütləq Cəhənnəmə girəcək, imanını qurtara bildisə, sonunda Cənnətə girəcək; lakin etiqadı doğru olmayanın imanla ölməsi çox çətindir. Etiqadının pozuqluğu küfrə səbəb olmuşsa, onda Cəhənnəmdə əbədi qalar.
Namaz qılmayan da imanını qurtara bilsə, günahlarının cəzasını çəkdikdən sonra Cənnətə girə bilər; amma namaz qılmayanın imanla ölməsi çox çətindir. İmam Rəbbani həzrətləri buyurur:
Qiyamətdə əvvəl namazdan soruşulacaq. Namaz doğrudursa, digərlərinin hesabı Allahu-təalanın köməyilə asan keçəcək. «2/67»
Vəzifə, əlbəttə müqəddəsdir
Sual: Bəzi adamlar «Mən namaz qılmıram, amma kasıblara kömək edirəm, heyvanlara acıyıram. Bunlar da ibadətdir. Yalnız namaz qılmaqla olmaz. Vəzifə müqəddəsdir. Əvvəl iş, sonra namaz» deyirlər. Namaz qılmayanın gördüyü yaxşı işlər qəbul olarmı?
CAVAB
«Sadəcə namazla olmaz» demək namazı xəfifə almaq olar. Namaz sanki iman kimidir. Necə ki, imanı olmayanın heç bir ibadətinə, yaxşılığına savab verilmirsə, namaz qılmayanın da heç bir ibadətinə savab verilməz.
«Namaz qılmayanın ibadətləri qəbul olmaz». [Əbu Nuaym]
«Vəzifə müqəddəsdir. Əvvəl iş, sonra namaz» deyərək namaz qıldırmamaq düz deyil. Namaz qılmaqla işə götürənin haqqı keçmiş olmaz. Yəni işə götürənin namaza mane olma haqqı yoxdur.
Vəzifə nə deməkdir? Vəzifə amir tərəfindən əmr ediləni etmək, qadağan ediləni etməmək deməkdir. Bir neçə amirin verdiyi əmr bir-birinə bənzəmirsə, daha üstün olan amirin əmri edilər. Məmurluqda və əsgərlikdə də birinci vəzifə böyük amirin əmrini etməkdir. Ən böyük amir kimdir? Vəzifə, əlbəttə, müqəddəsdir. Çünki hədisi-şərifdə «İnsanların ən yaxşısı insanlara faydalı olandır» buyurulmuşdur. «Qudai»
İnsanlara nə edilirsə, faydalı olacağını da ən böyük amir olan Allahu-təala bildirmişdir. Birinci vəzifə ən böyük amirin əmrini etmək olduğuna görə, ən böyük amir nə deyir? «İmandan sonra ən böyük vəzifə namaz qılmaqdır» buyurur. Namaz qılmayanın ibadətləri, yaxşı işləri qəbul olmadığı kimi, qazancı da bərəkətsiz olar.
Namaz qılmaq işi axsatmaz. Hətta namaz qılan işini daha canla-başla görməyə çalışar. Namaz qılan qul haqqından, haramdan qorxar, vəzifəsinə laqeyd yanaşmaz. «Namaz qılmağa vaxtım yoxdur» demək və ya başqa bəhanə uydurmaq beynamaz bəhanəsidir, namazın əhəmiyyətini bilməməkdir. Hədisi-şərifdə «Hər kim namazını qəsdən, bəhanəsiz qılmazsa, Allahu-təala onun digər ibadətlərini faydasız edər» buyurulmudur. «İmam Qəzali»
Allahu-təala namaz qılmayanın yaxşılıqlarına savab verməz. «Səfəri-axirət»
Namaz dinin dirəyidir
Sual: İşlərimin çoxluğu səbəbiylə namazı vaxtında qıla bilmirəm. Bir yoldaş dində asanlıq vardır, namazların hamısını birləşdirib qılmağımı söylədi. “Gecə evə gedincə hamısını qıl” dedi. İşlərimi axsatmadan namazımı necə qıla bilərəm?
CAVAB
Namazlarınızı axsatmadan işlərinizi görməlisiniz. Müsəlman üçün ən əhəmiyyətli ibadət namazdır. İş axsaya bilər, amma namaz əsla axsamaz. Namazı axsadanın işində xeyir olmaz.
İşlərin arasında namazı da həll etmək düşüncəsi saleh müsəlmana yaraşmaz. Onun məqsədi namazdır, onun ən zövqlü anı namazdadır. Namazı məqsəd bilənin digər işləri asanlaşar.
Dünya və axirət səadətimiz üçün, işlərimizin xeyirini görmək üçün namazı önə alıb namaz qılmadan işə başlamamalıyıq. Namaza mane olan işdə xeyir olmaz.
İşlərin çoxluğu səbəbiylə namaz cəm edilməz. Hər hansı bir səbəblə namazın qəzaya qalmaq təhlükəsi varsa, qəzaya buraxmamaq üçün cəm edilər. Sonra gündüz qılmayıb, gecə cəm edilməz. Zöhrlə əsr, şamla işa zərurət olanda Hənbəli məzhəbi təqlid edilib, birləşdirilərək qılınar. Namaz hər işdən əhəmiyyətlidir. Ayaq üstə qılmaq mümkün olmazsa, oturaraq qılınar, oturaraq da qıla bilməyən uzanıb qılar. Su olmazsa və ya suyu istifadə etməkdə qorxu varsa, təyəmmüm edilər. Bütün bunlar namazın əhəmiyyətini göstərir. Peyğəmbər əfəndimiz «Namaz dinin dirəyidir» buyurur. «Təbərani, Beyhəki»
Dirəksiz bina olmadığı kimi, namazsız da müsəlmanlıq olmaz.
Evlənməklə əfv olunarmı?
Sual: Əgər namazı evlənəndə qılsam, qılmadıqlarımın günahı əfv olarmı?
CAVAB
Namaz həcc kimi ömürdə bir dəfə edilmir ki, evlənəndə, əsgərlikdən sonra qılacağınızı deyəsiniz. Gündəlik yemək kimidir. Məsələn, “Mən bir neçə gün yeməyim” və ya “Evləndikdən sonra yeyərəm” desəniz, olarmı?
Namaz qılmayanın halı
Sual: Namaz vaxtı çıxarkən namaz qılmadığı üçün kədərlənməyənin imanı gedərmi?
CAVAB
Bəli, imanı gedər, amma kədərlənməmək nə deməkdir? Namaz qılmayan, içki içən və açıq gəzən “Mən də namaz qılsam, yaxşı olar; içki içməsəm, yaxşı olar; açıq gəzməsəm, yaxşı olar” deyərək günahlarına davam edirsə, kafir deyil. Bunları edir, bu vaxt oruc da tutursa, yenə kafir deyilməz. Biz də bəzi günahları işləyirik, qeybət edirik. Hədisi-şərifdə “Qeybət zinadan pisdir” buyurulur. Sui-zənn edirik və.s. Amma etdiyimizə günah deyirik. Namaz qılmayan da belə deyirsə, kafir olmaz. “Namaz qılmasam da, açıq gəzsəm də, içki içsəm də, qəlbim təmizdir; içməyənləri, namaz qılanları görürük, mənim onlardan nəyim pisdir” deyirsə, təhlükədədir. “Mən örtünsəm, namaz qılsam, onlardan yaxşı olaram” deyə düşünürsə və etdiyinin səhv olduğunu bilirsə, küfr olmaz.
Fərzi etməməyin günahı
Sual: Bir insan içki içib qumar oynasa, daha çox günah qazanar, yoxsa namaz qılmasa?
CAVAB
Namaz qılmasa və ya oruc tutmasa, yəni bir fərzi etməsə, daha çox günah qazanar. Çünki fərzləri etməməyin günahı haram işləmək günahından daha çoxdur. Haramdan çəkinməyin savabı fərzi etməyin savabından qat-qat çoxdur.
İbadətləri qəzaya buraxmaq
Sual: «İnsan yaşlananda gənclikdə olduğu kimi, asan ibadət edə bilməz, dəstəmazlı dayana bilməz, ağrı və sızlamaqdan namazlarını doğru-düzgün qıla bilməz. Ramazan orucunu tuta bilməz, harada qaldı ki, bunları qəza etsin. Buna görə, orucları və namazları qəzaya buraxmamaq lazımdır» deyilir. İnsan heç yaşlanmasa və həmişə gənc qalsa, orucunu və namazını qəzaya buraxması caiz olarmı?
CAVAB
Əsla caiz olmaz. Namaz qılmağın yaşlanmaqla heç bir əlaqəsi yoxdur. Həmişə gənc qalsa da, təqaüdə çıxınca rahatlıqla qəzalarını ödəsə belə, gecikdirdiyi üçün haram işləmiş olar. Bir də bir ibadəti vaxtında etməklə qəzasını ödəmək arasında savab baxımından dağlar qədər fərq vardır. Bir hədisi-şərif tərcüməsi:
«Ramazanda bir gün oruc tutmayan onun yerinə bütün il oruc tutsa, ramazandakı o bir günkü savaba qovuşa bilməz». [Tirmizi]
Namaz da oruc kimi vaxtlı ibadətdir. Vaxtında qılmaq lazımdır. Bir vaxt namazı qəzaya buraxmaq çox böyük günahdır. Qəza edilsə belə, günahı bağışlanmaz. Ayrıca, tövbə etmək lazımdır.
Təqaüdə çıxanda qəzalarını ödəyə bilən yalnız əzabdan xilas olar; amma namazdan və orucdan hasil olacaq böyük savaba qovuşa bilməz. Qurban kəsməyib qəzasını edən, yəni dəyərini sonra verən kəs də yalnız əzabdan xilas olar, qurban kəsmək savabına qovuşa bilməz.
Namazı qəzaya buraxmaq böyük günah olduğu kimi, qəzasını gecikdirmək də böyük günahdır. Bu böyük günah qəza edəcək qədər zaman keçincə bir misli artır. Qəza etməyi gecikdirincə də tövbə etmək fərz olar. «Əbədi səadət»
Namaz qılmayan
Sual: “Namaz qılmayanın islamdan nəsibi yoxdur” sözü namaz qılmayana kafir demək olur ki, bu da əhli-sünnə etiqadına zidd deyilmi?
CAVAB
Bu söz hədisi-şərifdir, müxtəlif hədis kitablarında vardır. Bunun kimi, namaz qılmamağın küfr olduğunu bildirən hədisi-şəriflər çoxdur. Bir neçəsi belədir:
“Namazı qəsdən tərk edən kafirdir”. [Təbərani]
“Namaz qılmayanın dini yoxdur”. [İbni Nəsr]
“Namaz qılmayanın müsəlmanlığı yoxdur”. [Bəzzar]
“Bizimlə kafirlik arasındakı fərq namazdır. Namazı tərk edən kafir olar”. [Nəsai]
“İman namaz deməkdir. Namazı etinayla, vaxtına və digər şərtlərinə riayət edərək qılan mömindir”. [İbni Nəccar]
“Əbədi səadət” əsərində “Namaz qılmayanın islamdan nəsibi yoxdur” hədisi-şərifiylə digər hədisi-şəriflər açıqlanaraq deyilir:
Əhli-sünnə alimləri sözbirliyi ilə “İbadətlər imandan parça deyil” buyurdular. Təkcə namazda sözbirliyi olmadı. Fiqh imamlarından imam Əhməd ibni Hənbəl, İshaq ibni Rahəveyh, Abdullah ibni Mübarək, İbrahim Nəhai, Hakim bin Uteybə, Əyyub Sahtiyani, Davud Tai, Əbu Bəkr ibni Şeybə, Zübeyr bin Hərb və daha bir çox böyük alimlər “Bir namazı bilə-bilə, qəsdən qılmayan kafirdir” dedi. ( Namazın əhəmiyyəti qismi)
“Əl-fiqhi ələl məzahibil-ərbəa” kitabında deyilir:
Hənbəlilər ilə Abdullah bin Mübarək, İshaq bin Rahəveyh və Şəfiinin bəzi əshabı dedilər: Namazı bəhanəsiz olaraq, qəsdən tərk edən kafirdir. Bu söz həzrəti Əlidən də nəql edilmişdir. Onlar dəlil olaraq “Tövbə” surəsinin “Əgər müşriklər tövbə edib namaz qılar və zəkat versələr, sərbəst buraxın!” tərcüməsindəki 5-ci ayəti-kəriməsini bildirmişlər. Rəsulullah əfəndimiz bu ayəti-kəriməni açıqlayaraq buyurur:
“Müşriklər “La ilahə illəllah” deyənə və namaz qılıb zəkat verənə qədər onlarla döyüşməklə əmr olundum”. [Buxari]
Digər üç məzhəbin mənsubları isə “Namaz qılmağı, zəkat verməyi vəzifə bilməyib, fərz olduğuna inanmayıb, bunları yerinə yetirmədiyi üçün kədərlənməyib günaha girdiyini bilməzsə, kafir olar” demişlər. Yəni Hənəfi, Maliki və Şəfiidə namaz qılmayan kafir olmur; ancaq əhəmiyyət verməzsə, kafir olur.
Copyright © 2008 – Dinimiz İslam. Her Hakkı Saklıdır.
Sitemizdeki bilgiler, bütün insanların istifadesi için hazırlanmıştır. Orijinaline sadık kalmak şartıyla, izin almaya gerek kalmadan, herkes istediği gibi alıp istifade edebilir.
Namaz qılmağı öyrənirəm (Şəkilli izah)
Dəstəmaz alınıb, ayaq üstə qibləyə tərəf dönülür. Ayaqların arası dörd barmaq açıqlıqda olur. Qadınlar bədənin şəkli bəlli olmayacaq şəkildə təpədən dırnağa qədər örtünür. Yalnız əllər və üz açıq qalır. Namazda qadınlar üçün ən yaxşı örtülü olmağın ən asan şəkli əllərini də örtəcək geniş bir baş örtüsü və ayaqlarını da örtəcək geniş və uzun bir ətəkdir. Niyyət edilir. Məsələn, “Allah rizası üçün bu günkü sübh namazının fərzini qılmağa niyyət etdim” deyilir.
2 — “ Allahu əkbər ” deyərək iftitah təkbiri alınır. Kişilər təkbir alarkən, əllərin içi qibləyə qarşı və barmaq araları normal açıqlıqda olur. Baş barmaqlar qulaq yumşağına dəydirilərək əllər yuxarıya qaldırılır. Qadınlar təkbir alarkən, əllərin içi qibləyə qarşı, barmaq araları normal açıqlıqda və barmaq ucları çiyinlərin səviyyəsinə gələcək şəkildə əllərini yuxarıya qaldırarlar.
3- QİYAM Kişilər “Sağ əlin ovucu sol əlin üzərində və sağ əlin baş və kiçik barmaqları sol əlin biləyini tutaraq əllərini göbək altında bağlayarlar.” Qadınlar “Sağ əl sol əlin üzərində olacaq şəkildə əllərini sinə üstünə qoyarlar. Kişilərdə olduğu kimi sağ əlin barmaqları ilə sol əlin biləyini tutmazlar. – OXUNACAQLAR: Gözləri, səcdə ediləcək yerdən ayırmadan: a) “Sübhanəkə” oxunur. b) Əuzu Bəsmələ- dən sonra “Fatihə” oxunur. c) Fatihədən sonra bəsmələ oxunmadan
bir zammı surə (məsələn; Kəvsər surəsi ) oxunur.
4- RÜKU. “ Allahu Əkbər ” deyərək rükuya əyilir. Kişilər rükuda barmaqları acıq olaraq əlləri ilə dizlərini tutub belini dümdüz tutarlar. Dizlərini və dirsəklərini tam açıq tutarlar. Qadınlar rükuda tam düz durmazlar, barmaqlarını açmayaraq dizləri üzərinə qoyarlar və dizlərini bir az bükülü tutarlar. OXUNACAQLAR:“ Subhanə Rabbiəl-Azım ” 3 dəfə
Sonra “ Səmi-Allahu limən hamidəh ” deyərək qalxarkən, şalvar çəkilməz və gözlər səcdə yerindən ayrılmaz. Tam dik durunca “ Rabbəna ləkəl hamd ” deyilir. Daha sonra “ Allahu Əkbər ” deyərək əvvəlcə dizlərimizi, sonra əllərimizi və ondan sonra burnumuzu və alnımızı yerə qoyaraq səcdəyə gedirik,
5- SƏCDƏ . Əl və ayaq barmaqlarımızı qibləyə tərəf çeviririk, Başımızı əllərimizin arasına qoyuruq, Dirsəklərimiz yerə toxunmur, qarnımız dizlərimizlə birləşmir. (Qadınlar səcdədə dirsəklərini yerə qoyur və qarınları ilə dizlərini sıx saxlayırlar. OXUNACAQLAR: “ Subhanə Rabbiyəl-Əalə ” – 3 dəfə.
Sonra “Allahu Əkbər” deyərək dikəlirik. “ Allahü-əkbər ” deyərək sol ayaq yerə yayılır, sağ ayağın barmaqları qiblə istiqamətində bükülür və budlarının üzərində oturulur. Ovuclar dizin üzərinə qoyulur və barmaqlar sərbəst buraxılır. Qadınlar təşəhhüddə budunun üzərinə oturur. Yəni sağ və sol ayaqlar sağ tərəfdə olub, sol budunun üzərinə oturur. Budları üzərində artıq durmadan “ Allahü-əkbər ” deyərək, təkrar səcdəyə gedilir. Səcdədə yenə ən az üç dəfə “ Sübhanə Rabbiyəl-əalə ” dedikdən sonra “Allahü-əkbər” deyərək ayağa qalxılır. Ayağa qalxarkən əllərlə yerdən qüvvət alınmaz və ayaqlar oynadılmaz. Səcdədən qalxarkən öncə alın, sonra burun, sonra da sol əl və sağ əl, sonra sol diz və sağ diz yerdən qaldırılmalıdır. Beləliklə birinci rəkatı başa vurmuş oluruq.
İKİNCİ RƏKAT
Ayaq üstə ikən bəsmələdən sonra “ Fatihə ” və bundan sonra bir zammı-surə (məsələn; ixlas surəsi ) oxunub, “ Allahü-əkbər ” deyərək rüküyə əyilir. İkinci rükət də birinci rükətdə tərif edildiyi şəkildə tamamlanır. Yalnız ikinci səcdədən sonra “ Allahü-əkbər ” deyincə ayağa qalxmayıb ombalar üzərinə oturulur və: a) “ Əttəhıyyatü ”, “ Allahümmə salli ”, “ Allahümmə bərik ” və “Rabbəna ətinə” dualarını oxuduqdan sonra,
Öncə sağa “Əssəlamü aləyküm və rahmətullah”, sonra sola “Əssəlamü aləyküm və rahmətullah” deyə salam verilir . b)Salam verdikdən sonra “ Allahümmə əntəssəlam və minkəssəlam təbəraktə yə
zəl-cələli vəl-ikram” deyilir
[ ə̂ â î ü̂ û – uzatma hərfləri ]
SUBHANƏKƏ DUASI: “Sübhânə kəllâhümmə və bi hamdik. Və təbə̂ra kəsmük. Və təâlə̂ cəddük və lə̂ ilə̂hə ğayruk”
ƏUZÜ BƏSMƏLƏ Əûzü billə̂hi minəş-şeytânir-racîm. Bismillə̂hir-Rahmə̂nir-Rahîm.
FATİHƏ SURƏSİ: “Əl-Hamdu lillə̂hi Rabbil-âləmîn. Ər-Rahmə̂nir-Rahîm. Mə̂liki yəvmid-dîn. İyyə̂kə nəabüdu və iyyə̂kə nəstəîn. İhdinəs-sırâtal-müstəqîm. Sirâtalləzînə ən amtə aleyhim ğayril-məğdûbi aleyhim vələd-dâ̂llîn.
KƏVSƏR SURƏSİ: İnnə̂ əataynə̂ kəl-kəvsər. Fəsalli lirabbikə vənhar. İnnə şə̂niəkə hüvəl-əbtər”
İXLAS SURƏSİ: Qul hü vəllâhü əhad. Allahüssaməd. Ləm yəlid və ləm yü̂ləd. Və ləm yəkün ləhü̂ küfüvən əhad.
ƏTTƏHIYYATÜ DUASI: Əttəhıyyə̂tü lillə̂hi vəssaləvə̂tü vəttayyibə̂t. Əs-sələ̂mü aleykə əyyühən-Nəbiyyü və rahmətullâhi və bərakə̂tüh. Əs-sələ̂mü aleynə̂ və alə̂ ibə̂dillə̂his-Salihîn. Əşhədü ən lə̂ ilə̂hə illəllâh və əşhədü ənnə Muhammədən abduhü̂ və Rasûlüh.
ALLAHÜMMƏ SALLİ Allahummə salli alə̂ Muhammədin və alə̂ ə̂li Muhamməd. Kəmə̂ salleytə alə̂ İbrahîmə və alə̂ ə̂li İbrahîm. İnnəkə hamîdun məcîd.
ALLAHÜMMƏ BARİK Allahummə bərik alə̂ Muhammədin və alə̂ ə̂li Muhamməd. Kəmə̂ bəraktə̂ alə̂ İbrahîmə və alə̂ ə̂li İbrahîm. İnnəkə hamîdun məcîd.
RABBƏNA ƏTİNƏ DUASI: Rabbənə̂ ə̂tinə̂ fid-dünyə̂ hasənətən və fil-ə̂xirati hasənətən və qınə̂ azəbən-nə̂r.
Mənim döşlərim qaçmaqdan necə arıqlamır
Kulis.az Bircənin “Cəhənnəmdən keçmiş mələk” avtobioqrafik romanından növbəti hissəni təqdim edir.
Yenə məni birtəhər sürüyüb çarpayıya uzatdılar. Yenə burnumun qanı şora verdi. Elə bil bütün bədənim başdan-başa qandan ibarət idi, nə qədər qan itirsəm də, yenə qanım azalmırdı, qurtarmırdı. Yenə ayaqlarımı başımdan yuxarı qaldırıb məni çarmıxa çəkdilər.
Gecə palatadakı anaların körpələrini bir-bir gətirib özlərinə verdilər. Mənimkini gətirmədilər. Ağlayıb özümü həlak elədim, həkimə yalvardım:
– Nolar, mənim də balamı özümə verin.
Həkim qəti boyun qaçırdı:
– Sənin vəziyyətin hələ yaxşı deyil, sənə uşaq vermək olmaz.
– Bilmirsən nolub? Təzyiqin yüksəkdi. Uşağın iriydi deyə için cırıq-cırıq olub. O qədər torpaq, duz yemisən, böyrəklərin pis gündədi. Bəsdi, yoxsa yenə sayım.
Xəcalətimdən az qaldım başımı yaralı paçamın arasında gizlədəm. Yaxşı ki, siqaret kötüyü yediyimi demədi, yoxsa lap biabır olardım.
O gecə canım analıq duyğusuyla limhalim doldu, dolub-dolub döşlərimdən axmağa başladı. Döşlərim necə eydirirdisə ağrısından kürəklərim yarılırdı. Elə bilirdim məmələrim indicə partlayacaq, südüm axıb döşəmədə göllənəcək. Fikrim-zikrim qalmışdı o köməksiz, yiyəsiz körpəmin yanında, onu tək qoyduğumu düşündükcə canım cəhənnəmə dönürdü. Yanımdakı qadınlar dopdolu döşlərini iri köynəklərinin yaxasından çıxarıb uşaqlarının ağzına basdıqca mənim bütün hüceyrələrim gizildəyirdi, qarnımda yumrulanmış, hələ öz yatağına yayılmamış uşaqlığım az qalırdı parçalanıb içimə dağılsın.
Sübhəcən gözlərim tavana zilləndi. İçimdə dadını-tamını bilmədiyim qarmaqarışıq duyğular qaynaşdı. Bayırda at oynadan sazağın ulartısı qulaqlarımda uğuldadıqca elə bildim gecənin gözü açılmamış qiyamət qopacaq, bir də mənim üzümə dan yeri işarmayacaq. Elə bildim kosmosdan gəlmiş o möcüzə varlığı bir daha görmək mənə qismət olmayacaq.
Doğduğu döşünün arasında səhərəcən yeyib-içən, deyib-gülən, deyinib-gileylənən kefi-kök gəlinlərin, ömründə əlinə bir kitab almamış bu bəxtəvər əyalət qızlarının səsi-küyü daha məni narahat eləmirdi. Hətta dikdabanlı gəlinin taqqıltıları da mənim həyat ritmlərimin partiturasında özünə yer tapmışdı. Bura o qadınlardan ötrü bir kurort, sanatoriya idi, qaynanaların, baldızların əlindən qaçıb dincəlməyə gəlmişdilər. Xəstəxana həyatı gəlinlərdən birinin ürəyinə necə yatmışdısa oturub-durub:
– Evə gedən kimi ikincinin bünövrəsini qoyacam, – deyirdi, deyib qəşş eləyənəcən gülürdü.
Yeyib-içib doyandan sonra analar başlayırdılar bir-birilərinin saçını kəsməyə, qaşını almağa. Palataları gəzib dırnaq boyası axtarırdılar, tapan kimi əyri-üyrü dırnaqlarını həvəslə boyayırdılar. Mən də çəkildiyim çarmıxdan məzlum-məzlum bunlara tamaşa eləyirdim. O an bircə arzum vardı: körpəmi tezliklə mənə versinlər, südlə dolub daşan döşlərimdən onu əmizdirim.
Səhər çox çətinliklə ayağa qalxdım. Sinəmdən bir cüt iri daş asılmışdı. Döşlərim o qədər ağırlaşmışdı ki, elə bilirdim əllərimi altına dayaq verməsəm, sinəmdən qopub yerə düşəcək. Günortadan sonra qızdırmam 41 dərəcəyə qalxdı. Yanımdakı gəlinlər dedilər:
– Hamısı süddəndi. Uşaq əmsə, döşün boşalacaq, qızdırman da düşəcək.
Uzun danışıqdan sonra uşağımı mənə gətirdilər. Tibb bacısı onu qucağıma qoyanda həyəcandan titrəyirdim, uçunurdum. Uşaq da elə ağlayırdı, elə ağlayırdı, elə biləsən ətindən ət kəsirdilər. Bilmirdim körpəni necə tutum, şişib daşa dönmüş döşümün giləsini onun balaca ağzına necə yerləşdirim. Uşaq durmadan çığırdıqca həyəcanım artırdı, elə bilirdim ağlamaqdan bağrı yarılacaq. Bir neçə uğursuz cəhddən sonra tibb bacısının yardımıyla körpəmi əmizdirməyə başladım.
Acından aləmə səs salmış zavallı döşümün giləsini ağzına təpib necə sordusa elə bildim ürəyimin qanı, beynimin qatığı axıb gəlib süd qarışıq körpənin ağzına doldu. O, hər həmlədə döşümü sortuqlayıb südümü sümürdükcə tüklərim tikan-tikan dururdu, ağrıdan az qalırdı ciyərlərim cırılsın. Təşnə körpənin aqressiv həmlələrinə güclə duruş gətirirdim, az qalırdım dartıb döşümü bu acgözün dodağından qoparam.
Çox keçməmiş körpə sorub döşümün birini boşaltdı. Doyan kimi ağzını döşümdən aralayıb yumulu gözlərini bir az da möhkəm yumdu. Daşa dönmüş o biri döşüm yenə qaldı əlimdə. Bu vaxt uşaq həkimi həyəcanla özünü palataya yetirib körpəni əlimdən qapdı:
– Sən qızdırmalı südü uşağa niyə verirsən?! Kim icazə verib sənə?!
Qorxa-qorxa gözlərimi döydüm:
– Həkim, axı körpə acdı, həm də döşlərim o qədər dolub ki, ağrıdan ölürəm.
– Qızdırmalı olmağın bir yana, üstəlik də köhnə yığıntını əmizdirirsən uşağa? Hansı ağılla eləyirsən bunu sən?! Ac niyə olur körpə, bir xəstəxana əmcəkli arvad var burda!
Mən suçlu-suçlu susduqca həkim daha da qeyzlənirdi:
– İndi yadına düşdü uşaq? Bəs fikirləşmədin ki, altı gündü uşağım nəylə qidalanır?
Sonra körpəni hikkəylə dartıb əlimdən aldı, götürüb getdi.
Palatadakı gəlinlər məsələyə şərh verməkdə yubanmadılar:
– Yəqin uşaq həkiminə hörmət eləməmisiz, ona görə sənlə belə acıqlı danışır.
Mən çiyinlərimi çəkdim: hardan biləydim buna nəsə veriblər, ya yox? Amma qızlar düz deyirdilər, xəstəxanada kimin kimə görüm-baxım eləyib-eləmədiyi dərhal hiss olunurdu. Eləməyənlə acıqlı, köntöy davranırdılar, eləyənin üzünə gülürdülər. Çoxu da diliylə istəyirdi. Məsələn, huşumu itirəndə özünü yetirib məni yıxılmağa qoymayan tibb işçisi sonra məni yanlayıb dedi:
– Mən tutmasaydım yıxılıb beynini dağıdacaqdın. Hörmətimi elə dəəə.
Mən utandığımdan pörtüb:
– İndi pulum yoxdu, – dedim, – yanıma gələn olanda alıb verərəm.
Qadın əl çəkmədi:
– Mənim növbəm bir azdan qurtarır, çıxıb gedəcəm evimə-eşiyimə. Yanındakı gəlinlərin birindən beş manat al, adamın gələndə qaytararsan.
Dostum, inan, o vaxtlar mən nəinki kimdənsə pul istəməyə, kiməsə pul verməyə də dünyanın ən ağır, əzablı, xəcalətli işi kimi baxırdım. Qorxurdum birinə pul, ya bəxşiş vermək istəsəm, məni söyər, alçaldar, camaat içində rüsvay eləyər. Amma o qanunlar mənim xəyallarımın planetində işləyirdi, burda belə deyildi. Üstəlik də, mənim yanıma gələn-gedən çox olurdu deyə elə bilirdilər milyonçu qızıyam, növbəyə düzülüb bir ucdan istəyirdilər. İndi bu qadın da gördü məndən borc istəyən olmaz, baxdı əli hər yerdən üzülür, Eminin mənə xarıcdən alıb gətirdiyi saç sancağımı dartıb başımdan qopardı, doqquz aydan bəri uzanmış saçlarımı əlimdə qoydu.
Dolu döşüm ovcumda qalmışdı, qızdırmam da gah qalxır, gah düşürdü. Vəziyyəti belə görəndə həkimim işçilərinə tapşırdı:
– Bunun döşünü sağın boşaldın ki, həm qızdırması düşsün, həm də döşünə təzə süd gəlsin.
Bütün xəstəxananı ayağa qaldırdılar, süd sağan banka tapılmadı ki tapılmadı. Dedilər eybi yox, əllə sağarıq. Məni oturtdular, iki tibb bacısı gəldi. Biri əlində ləyənçə tutdu, o biri şişib bərkimiş döşümü əllərinin arasına alıb inək əmcəyi kimi necə sıxdısa bağırtım xəstəxanaya yaxın evlərə də gedib çıxdı. Gözlərimin qabağında kül rəngli halqalar oynaşdı, ağrıdan yer-göy başıma fırlandı. Tibb bacısını necə itələdimsə az qalmışdı qapı başını dağıtsın:
– Vəhşisən, görmürsən onsuz da yarımcanam?! Heç olmasa xəbərdarlıq elə, bir az yavaş sıx!
– Yox bir, üzündən öpəcəm ey sənin! Bir qəpiksiz zir-zibilini boşaldıram, hələ bir nazına bax bunun, – deyib yanındakını da qabağına qatıb qapını zərblə üzümə çırpdı.
Doğuş ağrısı bunun yanında yalanmış. Döşüm yenə oldu irinli çiban, ağrıdan uşaq kimi ağlayırdım. Zalım qızı dolu döşümü necə əzmişdisə ağrısından dinclik tapa bilmirdim. Qanan-qanmayan hamı dedi ki, döşün boşalmayınca sənə rahatlıq olmayacaq. Qaraçıya oxşayan bir sanitar əlləri ağ xalatının cibində yaxınıma gəlib qulağıma pıçıldadı:
– Məndə süd sağan maşın var, qəttəzədi. Üç manat ver, gətirim sağ döşünü boşaldım.
Ayrı əlac yoxuydu, yanımdakı qadınların birindən üç manat alıb verdim o qaraçıya. Qaça-qaça gedib xırda bel badkeşinə bənzər bir əyriburun şüşə gətirdi mənə. Yanımda Tovuz adlı çox mehriban, gözlərindən bic-bic gülən bir gəlin vardı. Bəzi işlərdə hərdən köməyimə çatırdı, əvəzində yanıma gətirilən şirin şeylərin hamısını basıb yeyirdi. Tovuz döşümü yağladı, giləsini ustufca o bankaya oxşar alətin içinə saldı. Banka döşümü sorduqca kürəklərimin arasından qaynayıb gəlib sinəmə yığılan süd yavaş-yavaş axıb şüşəyə dolurdu. Uzun əziyyətdən sonra Tovuz döşümü bir az boşalda bildi. Ondan sonra qızdırmam da azaldı. Arvadların səs-küyü içində, çovğunun vıyıltısı altında məni şirin yuxu apardı.
Zahı qadınlar uşaqlarının göbəyi düşdükcə bir-bir çıxıb evlərinə gedirdilər, mənisə həkimlər hələ buraxmağa tələsmirdilər. Bacılarım, qardaşlarım hər gün yanıma gəlirdilər. Qaynanam palataya girən kimi “Səni nə vaxt evə buraxacaqlar?” deyib dad döyürdü. Əlbəttə, bilirdim o məni niyə belə əzizləyir, təsəvvür eləyirdim mən burda yatandan bəri evin nizamı, rahatlığı necə pozulub.
Artıq uşağa da alışmışdım, əmizdirə bilirdim. İlk günlər döşümü elə hikkəylə sormuşdu ki, gilələrinin ikisi də çatlayıb yara bağlamışdı, əmdikcə körpənin ağzının qıraqları süd qarışıq qan olurdu. Mənim də ki ağrıdan nəfəsim kəsilirdi, uşağı hər əmizdirəndə yaram bir az da dərinləşirdi, döşümün gilələri az qalırdı üzülüb yerə düşsün. Yanıma gətirilən qazan-qazan yeməkdən ağzıma bir loxma aparammırdım. Palatalardan, döşəklərdən qalxan qan iyi beynimə işləyirdi. Yeməkləri xəstəxana işçilərinə payladığımı biləndə qaynanamın mənə bərk acığı tutdu:
– Niyə yeməyini bunlara paylayırsan, evdə yemək bişirən var?
O gündən yanıma gətirilən qazanların hamısını qaynanam evə daşıdı. Bir səhər eynimə soyutma kartofla soyutma yumurta düşdü, elə bildim bu ikisini əzib qarışdırıb verən olsa qarın dolusu yeyərəm. Üzümə üz bağlayıb ürəyimdən keçəni qaynanamın qulağına pıçıldadım.
– Ondan asan yemək var, – dedi, – gözüm üstə, sabah gətirrəm.
Suda bişmiş kartofla yumurta gecə uzunu gözümün qabağından getmədi, səhərin açılmağını səbirsizliklə gözlədim. Səhər qaynanamın mənə gətirdiyi balaca torbanı əllərim əsə-əsə tələsik yırtdım: torbadan üç dənə palçıqlı çiy kartof, beş dənə də çiy yumurta çıxdı. Elə bildim başıma daş düşdü:
– Mən bunları neyləyim burda? Heç olmasa qaynadıb gətirəydiz.
– Yanında elektrik sobası var, su var, qazan var. At içinə, qaynasın, ye.
Üstümə soyuq su ələndi. Palata yoldaşlarım mənə baxıb gülürdülər. Pərtliyimdən bilmirdim nə cür davranım. Ora-bura baxıb bir qəzet parçası tapdım, kartofları da, yumurtaları da büküb zibil yeşiyinə atdım. Dikdabanları mənə qənim kəsilmiş gəlin dilini saxlamadı:
– Sən nə hörmətli gəlinsən! Qaynanan yanına gətirilənləri daşıyıb evində yeyir, sənə də çiy kartof, çiy yumurta qonaqlığı verir.
Suyum süzülə-süzülə qayıdıb çarpayıma uzandım. Yanımdakıların anaları hər gün zahı qızlarına dəyməyə gəlirdilər, övladlarının ürəyi nə istəyirdisə tapıb gətirirdilər. Düzü, heç qaynanamı qınamırdım, onda günah görmürdüm. Belə gündə qızın keşiyini ana çəkər. Mənim də candan yanan anam olsaydı, dərdimi-sirrimi ona deyərdim, daha qaynanamın palçıqlı kartofunun umuduna qalmazdım. Nənəmin bir sözü o gün qulaqlarımdan getmədi: “Analı qızın özü böyüyər, anasız qızın sözü böyüyər”.
Qardaşlarım mənə dünyanın ən ləziz naz-nemətini gətirirdilər. İndi durub onlara necə deyəydim ki, mən gətirdiklərinizi yeyə bilmirəm, ürəyim soyutma kartof istəyir. Yox, deyə bilməzdim, desəm gərək xəcalətimdən yerə girəydim. İriliyindən-xırdalığından asılı olmayaraq elə söz var onu – nə ataya, nə qardaşa, nə bacıya – anaya, yalnız anaya deyə bilirsən. Təbiət özü qoyub bu qanunu. Di gəl, mənim həyatımda təbiətin bir çox başqa hökmləri kimi bu hökmü də işləmədi. Bu üzdən gün oldu ki, iki varlı evin arasında Allahın soyutma kartofuna, soyutma yumurtasına da tamarzı qaldım. Az əvvəl dediyim kimi.
- Bir yas mərasiminin 7-ci günü – Kamal Abdulladan yeni hekayə
- Bayrağı 4 saat tək əlimdə saxlamağım Heydər Əliyevin diqqətini çəkdi
- Məşhur aktrisa ruhi xəstəlikdən əziyyət çəkir
Comments are closed, but trackbacks and pingbacks are open.