Press "Enter" to skip to content

Azrbaycan tarixi 7 cildde 5 ci cild

Haftavantəpə yaşayış yeri Cənubi Azərbaycanda, Urmiya gölünün cənubqərbində, Səlmas ovalığında yerləşir. Yaşayış yeri 1968-1978-ci illərdə

Tarix darsliklari. Tarix fanidan 5-11-sinflar uchun elektron darsliklar

5-11-sinflar uchun tarix fanidan darsliklarning electron variantini qabul qiling.

Mazkur darsliklar tarix fani uchun elektron darslik hisoblanadi. Ushbu o’zbek sinflari uchun mo’ljallangan kitoblar Xalq ta’limi vazirligining axborot ta’lim portalidan olindi.

Tarix fanidan elektron darsliklar yuklab olish

5-sinflar uchun Tarixdan hikoyalar darsligi – yuklab olish

6-sinflar uchun Qadimgi dunyo tarixi darsligi – yuklab olish

7-sinflar uchun O’zbekiston tarixi darsligi – yuklab olish
7-sinflar uchun Jahon tarixi darsligi – yuklab olish

8-sinflar uchun O’zbekiston tarixi darsligi – yuklab olish
8-sinflar uchun Jahon tarixi darsligi – yuklab olish

9-sinflar uchun O’zbekiston tarixi darsligi – yuklab olish
9-sinflar uchun Jahon tarixi darsligi – yuklab olish

10-sinflar uchun O’zbekiston tarixi darsligi – yuklab olish
10-sinflar uchun Jahon tarixi darsligi – yuklab olish
10-sinflar uchun Dunyo dinlar tarixi darsligi – yuklab olish

11-sinflar uchun O’zbekiston tarixi darsligi – yuklab olish
11-sinflar uchun Jahon tarixi darsligi – yuklab olish
11-sinflar uchun Dunyo dinlari tarixi darsligi – yuklab olish

Tarix va boshqa barcha fanlardan electron darsliklar to’plami

Barcha sinflar uchun maktab darsliklarini yuklab olishni istasangiz ushbu sahifaga o’ting: Barcha fanlardan maktab darsliklari 1-11-sinf

Получите электронную версию учебников истории для 5-11 классов.

Эти учебники представляют собой электронные учебники по истории. Учебники, предназначенные для этих узбекских классов, были взяты с информационно-образовательного портала Министерства народного образования.

Скачать электронные учебники по истории

Учебник рассказов по истории для 5 класса — скачать

Учебник истории Древнего мира для 6 класса — скачать

Учебник истории Узбекистана для 7 класса — скачать
Учебник всемирной истории для 7 класса — скачать

Учебник истории Узбекистана для 8 класса — скачать
Учебник всемирной истории для 8 класса — скачать

Учебник истории Узбекистана для 9 класса — скачать
Учебник всемирной истории для 9 класса — скачать

Учебник истории Узбекистана для 10 класса — скачать
Учебник всемирной истории для 10 класса — скачать
Учебник по истории мировых религий для 10 класса — скачать

Учебник истории Узбекистана для 11 класса — скачать
Учебник всеобщей истории для 11 класса — скачать
Учебник по истории мировых религий для 11 класса — скачать

Сборник электронных учебников по истории и всем остальным предметам

Если вы хотите скачать школьные учебники для всех классов, перейдите на эту страницу: Школьные учебники по всем предметам 1-11 класс

Sizni ushbu maqolalar ham qiziqtirishi mumkin:

  1. Nemis tili darsliklari. Nemis tili fanidan 1-11-sinflar uchun elektron darsliklar
  2. Musiqa darsliklari. Musiqa fanidan 1-7-sinflar uchun elektron darsliklar
  3. Matematika darsliklari. Matematika fanidan 1-11-sinflar uchun elektron darsliklar
  4. Boshlang’ich sinf darsliklari. Boshlang’ich sinflar uchun elektron darsliklar to’plami
  5. Fizika darsliklari. 6-11-sinflar uchun fizika fanidan electron darsliklar
  6. Astronomiya darsliklari. 11-sinflar uchun astronomiya fanidan electron darslik
  7. Geometriya darsliklari. Geometriya fanidan electron darsliklar 7-11-sinf
  8. 4-sinf darsliklari
  9. 5-sinf darsliklari
  10. 6-sinf darsliklari

Azrbaycan tarixi 7 cildde 5 ci cild

İkinci mərhələnin tarixləndirilməsi üçün I Kültəpə və Göytəpədən götürülmüş kömür analizlərinin mühüm əhəmiyyəti vardır. Belə ki, I Kültəpənin ikinci mərhələyə aid edilən tikinti qatları, kömür analizi ilə e.ə. 2920 + 90 –cı ildə müəyyən edilmiş səviyyədən aşağıda yerləşir. Göytəpənin K3 təbəqəsindən götürülmüş kömürün analizi e.ə. 2574 + 146-cı ili göstərmişdir. Beləliklə, Kür- Araz mədəniyyətinin ikinci mərhələsini, təqribən e.ə. 3000-2600-cü illərə aid etmək olar. Fikrimizcə, ikinci mərhələnin tarixini bir qədər də qədimləşdirərək, e.ə. 3200-cü ilə aid etmək mümkündür.
I Kültəpənin sonuncu mərhələyə aid 3 m qalınlığındakı təbəqəsindən iki tikinti qatı, II Kültəpədə isə altı tikinti qatı aşkar edilmişdir. Qeyd edildiyi kimi, bu mərhələnin keramikası Urmiya hövzəsi, Quruçay və Göndələnçay hövzəsinin materialları ilə bənzərlik təşkil edir. Gil məmulatının bəzi nümunələri öz bənzərlərini Amiranisqora, Kvaçxelebi, Xizanaantqora və Şenqavitdə tapır. Bu baxımdan II Kültəpənin üst qatlarından aşkar olunan kasalar, Araqaçın daş qutu qəbirlərinin materialları ilə bənzərlik təşkil edir. Belə bənzəyiş Şenqavitdə də izlənir. Bəlli olduğu kimi, bu abidələr Erkən Tuncla Orta tunc dövrünün qovşağında yerləşir. Kür-Araz mədəniyyətinin son dövrü Qobustanda da izlənir.
Lakin bu mərhələnin sonu üçün xarakterik materiallar Yanıqtəpədən məlumdur. Kür-Araz mədəniyyətinin son mərhələsini əks etdirən Şenqavit yaşayış yerinin üst qatlarından götürülmüş kömürün analizi e.ə. 2020 + 80-ci ili göstərmişdir. Bu, Kür-Araz mədəniyyətinin Orta Tunc dövründə də davam etdiyini göstərir. Həmçinin tədqiqatlar göstərir ki, Kür-Araz mədəniyyəti bir qrup abidələrdə davam etdiyi halda, digərlərində kəsilmişdir. Bizim fikrimizə görə, bu, Kür-Araz mədəniyyətini əvəz edən Orta tunc dövrü mədəniyyətinin yayılması ilə bağlı olmuşdur. Deyilənlər, Naxçıvan və Urmiya hövzəsi abidələrində daha yaxşı izlənmişdir. Bu regionda Orta tunc dövrünün ilk mərhələsi boyalı qabların yayılması ilə xarakterikdir. Bu mədəniyyət isə Cənubi Qafqaz abidələrində eyni şəkildə yayılmamışdır. Bu barədə növbəti başlıqda geniş məlumat veriləcəkdir.
Araşdırmalara əsaslanaraq, Kür-Araz mədəniyyətinin sonuncu mərhələsini e.ə. 2600-2300-cü illərə aid etmək olar. Nəzərə alınmalıdır ki, Azərbaycanın bir sıra abidələrində Kür-Araz təbəqəsi aşağıdan Enolit, yuxarıdan isə Orta Tunc dövrü təbəqəsi ilə məhdudlaşır. Şübhəsiz ki, bu fakt Kür-Araz mədəniyyətinin tarixləndirilməsinin Eneolit və Orta Tunc dövrü mədəniyyəti ilə bağlı olduğunu göstərir. Qafqazşünas arxeoloqlar Orta Tunc dövrü mədəniyyətinin ilk mərhələsini e.ə. III minilliyin ortaları və ikinci yarısı ilə tarixləndirməyə meyl edirlər.
Qeyd etmək olar ki, ilk mərhələdə Kür-Araz tayfaları Azərbaycanın bütün ərazisində eyni şəkildə yayılmamışdır. Fikrimizcə, bu mədəniyyətin erkən meydana çıxdığı ərazi Naxçıvan-Urmiya bölgəsi olmuşdur. İlk mərhələdə Kür- Araz mədəniyyətinin meydana gəldiyi areal Şərqi Anadolu və Gəncə-Qazax zonasını da əhatə etmişdir.
Cənubi Azərbaycanda arxeoloji abidələrin yaxşı öyrənilməməsi, bu mədəniyyətin cənub sərhədlərini izləməyə imkan vermir. Ehtimal ki, ilk vaxtlar bu mədəniyyət Мuğan düzünə qədər yayılmışdır. Kür-Araz mədəniyyəti ikinci mərhələdə xüsusilə geniş inkişaf edərək, Azərbaycanın bütün ərazisinə yayılmışdır. Yarımköçəri maldarlığın inkişafı ilə bağlı olaraq, dağətəyi və dağlıq rayonlarda intensiv məskunlaşma olmuşdur. Kür-Araz mədəniyyəti Azərbaycandan Cənubi Qafqaz, Şimali Qafqaz və Şərqi Anadoluya yayılaraq, geniş ərazini əhatə etmişdir.
İctimai quruluş, mədəni əlaqələr, inamlar. Azərbaycan ərazisində yerləşən İlk Tunc dövrü abidələrinin tədqiqi Kür-Araz mədəniyyəti tayfalarının ictimai münasibətlərini müəyyn dərəcədə öyrənməyə imkan verir. Bu dövrdə əkinçilik, maldarlıq, dulusçuluq, metallurgiya və ev sənətkarlığının yüksək səviyyədə inkişaf etməsi, ictimai münasibətlərdə müəyyən irəliləyiş olduğunu göstərir. Əkinçilik və maldarlığın inkişafı əmək məhsuldarlığının artmasına, istehsal prosesinin mürəkkəbləşməsi ilə müşayiət olunan əmək bölgüsünə səbəb olmuş və onların müstəqil istehsal sahəsinə çevrilməsinə gətirib çıxarmışdır. Kür-Araz mədəniyyətinin cəmiyyəti inkişaf etmiş patriarxal münasibətlərlə xarakterizə edilir. Belə hesab edirik ki, cəmiyyətdə patriarxal başlanğıcın meydana çıxması, şumlama əkinçiliyinin yaranması və yarımköçəri maldarlığın inkişafı ilə bağlı olmuşdur. Bəzi tədqiqatçılar əkinçiliyi yalnız qadınlara məxsus peşə hesab edir. Lakin qeyd etmək lazımdır ki, istehsal prosesinin mürəkkəbləşməsi qadın əməyini ikinci yerə sıxışdırmışdır.

Kür-Araz yaşayış yerlərində tədqiq edilən binalar olduqca kiçik həcmlidir. Bu baxımdan, Мingəçevirdə tədqiq olunan sahəsi 112 m2 olan bina istisnalıq təşkil edir. II Kültəpədə aşkar edilmiş evlərin ən kiçiyinin diametri 4,6 m, ən böyüyününkü isə 7 m-dir. Yaşayış binalarının sahəsi ortalama 25-30 m2 dir. Hər bir evin öz ocağı, taxıl quyusu və köməkçi tikintiləri vardır. Belə vəziyyət Babadərviş və I Kültəpədə də izlənmişdir. I Kültəpədə ən böyük evin sahəsi 30,5 m2-dir. Ehtimal ki, bu evlərdə 5-6 nəfərdən ibarət olan bir ailə yaşamışdır. Qeyd etmək lazımdır ki, yaşayış yerlərində həm də böyük evlərə rast gəlinmişdir. Burada dairəvi planlı evlərdən birinin sahəsi 59 m2 -dir. Şübhəsiz ki, bu dövrdə iki-üç ailədən ibarət patriarxal kollektivlər də olmuşdur.
O.H.Həbibullayevin fikrincə, dairəvi planlı böyük evlər daxili divarla iki hissəyə ayrılmışdır. Bu bölümlərdən birində xeyli miqdarda kömürləşmiş taxıl dənləri aşkar olunmuşdur. Onun fikrinə görə, burada saxlanan taxıl bütün əhaliyə aid olmuşdur. Bizim fikrimizcə, belə taxıl anbarlarında böyük ailələrin ərzaq ehtiyatı saxlana bilərdi. Bütün qəbiləyə aid edilə biləcək ümumi ərzaq anbarları Babadərviş və Yanıqtəpədə də aşkar olunmuşdur.
İstehsalın intensivləşməsi, şübhəsiz ki, ailələrin daha böyük kollektivlərdə birləşməsinə səbəb olmuşdur. Faktlar bu dövrdə suvarma əkinçiliyinin mövcud olduğunu göstərir. Bu isə müəyyən qrup insanların əməyinin birləşdirilməsini tələb edirdi. Ümumi yığıncaqların keçirildiyi ictimai binaların meydana çıxması ictimai idarə təşkilatlarının olduğunu göstərir. Bu baxımdan Kür-Araz mədəniyyətinin sonuncu dövrünə aid tapıntılar xüsusi əhəmiyyətlidir. II Kültəpə, Qaraköpəktəpə, Yanıqtəpə, Qobustanda müdafiə divarının qalıqları, bir sıra yaşayış yerlərində isə patriarxal ailələrinin yaşadığı çoxotaqlı evlərin qalıqları aşkar olunmuşdur. Bu dövrün yaşayış yerlərində rast gəlinən yanğın izləri, artıq tayfalararası münasibətlərin kəskinləşdiyini, basqınların gücləndiyini göstərir. Şübhəsiz ki, bu dövrdə müəyyən idarəetmə, yaxud ilkin dövlət qurumları mövcud olmuşdur. Bu dövrdə qəbilə üzvləri arasında ictimai bərabərsizliyin olduğunu Telmankənd kurqanlarının tədqiqi də sübut edir.
Arxeoloji materiallar Kür-Araz tayfaları ilə Yaxın Şərq ölkələri arasında mübadilənin inkişaf etdiyini göstərir. Bu münasibətlər Eneolit dövründən mövcud olmuş, İlk Tunc dövründə isə daha da genişlənmişdir. Şübhəsiz ki, ticarət münasibətlərində iribuynuzlu heyvan və metal əsas yer tutmuşdur. Azərbaycan abidələrində yarımfabrikatlar tökmək üçün qəliblərin aşkar edilməsi hazır metal məmulatının ticarət münasibətlərində istifadə olunduğunu göstərir. İlk Tunc dövrünə aid, tərkibində yüksək nikel qarışığı olan metal əşyalar da belə mübadilənin olduğuna sübutdur. Azərbaycanda nikel yataqları olmadığından, nikelli tuncun Мesopotamiyadan gətirildiyi düşünülməkdədir.
Kifayət qədər dəlillər olmasa da, bu dövrdə obsidian ticarətinin müəyyən yer tutduğunu söyləmək olar. Kür-Araz abidələrində obsidianın emalı ilə bağlı istehsal artıqlarına rast gəlinmişdir.
Araşdırmalar göstərir ki, mübadilə Kür-Araz mədəniyyətinin üçüncü mərhələsində intensiv xarakter almışdır. Bunun nəticəsində sərvət müəyyən qrup insanların əlində toplanmış və ictimai münasibətlərdə əsaslı dəyişiklik yaranmışdır.
Kür-Araz abidələrindən aşkar olunan bir sıra materiallar, xüsusilə vaza tipli hündür dabanlı qablar silindrik çıxıntıları olan ortası çökük qapaqlar Kür- Araz mədəniyyəti tayfalarının qədim Мesopotamiya ilə əlaqələrinin olduğunu göstərir. Böyük ehtimalla bu qablar Qədim Şərq nümunələrinə bənzətmələr əsasında hızırlanmışdır. Şübhəsiz ki, belə münasibətlər birtərəfli deyil, ikitərəfli xarakter daşımışdır. I Kültəpədən aşkar olunan arxaik formalı oraq və dördtilli nizə ucluğu, bu tip əşyaların qonşu ölkələrə Azərbaycandan yayıldığını göstərir. Balta tökmək üçün istifadə olunan ikitaylı gil qəliblərin də tədqiqi anoloji nəticələrə gətirib çıxarır.
Yaxın Şərq ölkələri ilə mübadilənin mövcudluğunu Kür-Araz abidələrindən aşkar olunan göy şirli pasta muncuqlar da sübut edir. Мəlum olduğu kimi, belə muncuqlar Мesopotomiyadan gətirilmişdir.
Azərbaycanın arxeoloji abidələrində aşkar olunan materiallar Kür-Araz mədəniyyəti tayfalarının ideoloji təsvirlərini müəyyən dərəcədə bərpa etməyə imkan verir. Abidələrin tədqiqi göstərir ki, bu dövrdə, xüsusilə iribuynuzlu heyvanlara sitayiş müəyyən yer tutmuşdur. Bu adətən tədqiqatçılar tərəfindən öküz kultu ilə bağlanır. Öküz kultunun mövcudluğu, öküz başı formalı ocaq qurğuları və öküz fiqurları ilə də təsdiq olunur. Öküz başı formalı ocaq qurğuları II Kültəpədə ictimai binaların içərisində aşkar olunmuşdur. XI tikinti qatında onlar qəbilənin ümumi toplantı yeri olan ziyarətgahdan tapılmışdır.
II Kültəpənin VI tikinti qatında aşkar olunan ziyarətgah dördkünc planlı olmuşdur. Burada dairəvi formalı ocağın yaxınlığında dördkünc formalı postament, onun üzərində isə öküz başı formalı sitayiş əşyaları aşkar olunmuşdur. Şübhəsiz ki, burada öküz kultu ilə bağlı müəyyən ayinlər icra edilmişdir. Gil qabların üzərində rast gəlinən yarımşar formalı qulplar da öküz kultu ilə bağlıdır. Onların praktiki, dekorativ və ritual mənası olmuşdur. Q.S.İsmayılovun fikrinə görə, onlar mühafizə məqsədi daşımışdır.
Qeyd etmək lazımdır ki, Kür-Araz mədəniyyətinin ilk mərhələsində öküz başı formasında hazırlanmış ocaqlar daha realist, son mərhələdəkilər isə sxematikdir. Bu dəyişiklik gil qabların qulplarının formasında da özünü göstərir. Ehtimal ki, bu, Kür-Araz mədəniyyətinin üçüncü mərhələsində xırdabuynuzlu heyvanların artaraq, üstünlük təşkil etməsi ilə bağlıdır. Bu dövrdə gil qabların üzərində xırdabuynuzlu heyvanlarla bağlı təsvirlərə rastlanır.
Kür-Araz mədəniyyəti tayfalarının sitayiş əşyalarından biri də nalşəkilli ocaq qurğuları olmuşdur. II Kültəpədən aşkar olunan bu tip ocaq qurğularının mərkəzi hissəsi insan başının təsviri ilə tamamlanır. Yuxarıda qeyd etmişdik ki, bu ocaqlar oturmuş insan fiqurlarına bənzədilmişdir. Fikrimizcə, bu qurğular ev ocağının himayədarını əks etdirir. K.X.Kuşnaryeva və T.N.Çubinişvilinin fikrinə görə, bu ocaq qurğuları ocağın ətrafında oturmuş kişi fiqurunu təcəssüm etdirir və ev ocağının bərəkətləndirilməsi ritualının rəmzidir.
Bu cür ocaq qurğularının hər bir evdə aşkar olunması, cəmiyyətdə inanc birliyinin olduğunu göstərməklə, ümumi ziyarətgahlarla yanaşı, hər bir evdə bərəkət Tanrısına sitayiş edildiyini göstərir. Şübhəsiz ki, dua mərasimləri müəyyən ritualın icrası ilə müşayiət olunmuşdur. Duaların məzmunu, ehtimal ki, ailənin müvəffəqiyyətini təmin edən ev ocağının saxlanması və onun himayədarı ilə bağlı olmuşdur.
Gil qabların üzərində rast gəlinən müəyyən təsvirlər də şübhəsiz ki, insanların dini inamları ilə bağlıdır. Daha çox rastlanan spiral və aypara təsvirləri Kür-Araz tayfaları arasında astral inancların yayıldığını göstərir. Tədqiqatçıların fikrinə görə, aypara təsvirləri Tanrının kişi ilə bağlılığını göstərməklə, patriarxal münasibətlərin olduğunu təsdiq edir.
Araşdırmalar göstərir ki, əvvəlki Eneolit dövründən fərqli olaraq, bu dövrdə dəfnlər yaşayış binasından kənara çıxarılmışdır.

ORTA TUNC DÖVRÜ

Azərbaycanın Orta Tunc dövrü abidələrindən aşkar olunan arxeoloji materiallar regional xüsusiyyətlərinə görə bir-birindən kəskin şəkildə fərqlənir. Bu dövrün arxeoloji abidələri həm tipoloji, həm də regional xüsusiyyətlərinə görə xarakterizə edilmişdir. Orta Tunc dövrünün abidələri başlıca olaraq iki böyük qrupa bölünür. Birinci qrupa boyalı qablarla, ikinci qrupa isə qara cilalı, basma naxışlı keramika ilə xarakterizə edilən abidələr daxildir.
Boyalı qablar mədəniyyətinin arxeoloji abidələri. Bu mədəniyyətə aid abidələr Azərbaycanda başlıca olaraq Naxçıvan və Urmiya hövzəsini əhatə etmişdir. Lakin Azərbaycanın digər regionlarında da bu mədəniyyətin izlərinə rast gəlinmişdir. Naxçıvan ərazisində yerləşən Orta Tunc dövrü abidələrini iki qrupa ayırmaq olar. Birinci qrupa daxil olan yaşayış yerləri əkinçilik və maldarlıq üçün əlverişli olan ovalıqlarda yerləşir. Bu qrupa aid abidələr mədəni təbəqənin daha qalın olması ilə fərqlənir. Belə abidələr sırasına I Kültəpə, II Kültəpə, Şahtaxtı, Qızılburun, Şortəpə yaşayış yerləri daxildir. İkinci qrupa daxil olan abidələr dağlıq və dağətəklərində yerləşir. Onların bir qismində mədəni təbəqə olduqca az yığılmış, bəzilərində isə Orta Tunc dövrü yalnız yerüstü materiallarla təmsil edilmişdir. Sarıdərə, Qulalıtəpə, Qalacıq, Oğlanqala, Qazançı, Quyuludağ, Kərki, Kükü və b. abidələr bu sıraya daxildir. İkinci qrup abidələrin meydana çıxması Orta Tunc dövründə əhalinin yarımoturaq və yarımköçəri həyat tərzi ilə bağlı olmuşdur. Bu barədə aşağıda bir qədər geniş məlumat veriləcəkdir.
I Kültəpə yaşayış yerinin Orta Tunc dövrü təbəqəsi 2 m qalınlığındadır. Bu təbəqə abidənin üzərindən 1,5-2,5–3,5-4,5 m dərinlikdə yerləşir. Bu dövrə aid tikinti qalıqları olduqca pis qaldığından, onların ölçülərini müəyyən etmək mümkün olmamışdır. Salamat qalmış divar qalıqlarından binaların dördkünc planda olduğu, tikintidə çiy kərpic və daşdan istifadə edildiyi müəyyənləşdirilmişdir. Evlərin döşəməsi gillə suvanmışdır. Bəzi yerlərdə daş döşəmə qalıqları da qeydə alınmışdır. O.H.Həbibullayev daş döşənmiş binadan anbar kimi istifadə edildiyini söyləmişdir.
Arxeoloji tədqiqatlar zamanı yaşayış yerindən zəngin maddi-mədəniyyət nümunələri, o cümlədən daş, sümük və tuncdan hazırlanmış müxtəlif əmək alətləri tapılmışdır. Aşkar olunan gil məmulatı, başlıca olaraq, çəhrayı, bəzən isə boz və qara rəngdə, yaxşı bişirilmişdir. Çəhrayı rəngdə bişirilmiş gil məmulatı içərisində boyalı qablar üstünlük təşkil edir. Onlar küpə, kasa, badya və çaynik tipli qablardan ibarətdir. O.H.Həbibullayev I Kültəpənin Orta və Son Tunc dövrünə aid boyalı qablarını üç tipə bölərək, birinci tipə monoxrom boyalıları, ikinci tipə polixrom boyalıları, üçüncü tipə isə monoxrom və polixrom boyalı qabları daxil etmişdir.
II Kültəpə yaşayış yerinin Orta Tunc dövrü təbəqəsi abidənin müxtəlif yerlərində, dörd qazıntı sahəsində öyrənilmişdir. Birinci qazıntı sahəsində aparılan tədqiqatlar əhəmiyyətli nəticələr vermişdir. Bu sahədə dörd tikinti qatı aşkar olunmuşdur. Orta Tunc dövrünə aid mədəni təbəqə abidənin üzərindən 0,5- 4,5 m dərinlikdə yerləşir. Tikinti qatları V.H.Əliyev tərəfindən aşağıdan yuxarıya doğru sıralanmışdır.
Birinci tikinti qatı 1-1,2 m qalınlığındadır. Bu tikinti qatında aşkar olunan müdafiə divarının uzunluğu 35 m, eni 2-2,5 m, hündürlüyü 1,4 m-dir. Divar gil məhlulu ilə bərkidilmiş iri çay daşlarından tikilmişdir. Мüdafiə divarı dördkünc formalı bürclər və kontrforslarla möhkəmləndirilmişdir. Мüdafiə divarının şimalşərq hissəsindəki bürcün uzunluğu 7,4, eni 2,6, hündürlüyü 1,4-2,3 m-dir. Cənubşərqdəki bürcün uzunluğu 1,2, eni 2, hündürlüyü 0,8 m-dir. Göründüyü kimi müdafiə divarının bürcləri həcminə görə müxtəlif olmuşdur. Şimal-şərq tərəfdəki bürcün yaxınlığında daş döşənmiş küçə aşkar edilmişdir. Birinci tikinti qatından əldə edilən materiallar, başlıca olaraq, keramika, oraq dişləri, daş çəkic, dən daşları, həvənglər, dəstələr, ox ucluqları və s. maddimədəniyyət qalıqlarından ibarətdir. Arxeoloji materialların əksəriyyətini təşkil edən keramika boz, qara və çəhrayı rənglidir. Keramika məmulatı Kür-Araz mədəniyyətinin xüsusiyyətlərini daşımaqdadır. Çəhrayı rəngli gil məmulatının bir qismi monoxrom boyalı qablardan ibarətdir. Birinci tikinti qatında aparılan tədqiqatlar zamanı müdafiə divarının hər iki tərəfindən xeyli miqdarda monoxrom boyalı qab parçaları aşkar edilmişdir.
V.H.Əliyevin fikrincə, birinci qatda aşkar olunan müdafiə divarı bir neçə tikinti dövrü ərzində mövcud olmuşdur.
İkinci tikinti qatı da 1-1,2 m qalınlığındadır. Buradan Narınqalaya aid divar, yaşayış evləri, təsərrüfat binalarının və dulus kürəsinin qalıqları aşkar olunmuş, həmçinin keramika məmulatı və digər maddi-mədəniyyət nümunələri tapılmışdır.
Bu tikinti qatından dördkünc formalı dörd bina qalığı aşkar olunmuşdur. Binaların divarı güclü dağıntıya məruz qaldığından, onların ümumi sahəsini hesablamaq mümkün olmamışdır. Onların içərisində nisbətən yaxşı qalan ikinci binanın sahəsi 30 m2-dir. Binalardan birinin içərsində bazalt tipli daşın qəlpələrinə, zərb alətlərinə, dən daşlarına, daş çəkiclərə rast gəlinməsi göstərir ki, həmin binadan istehsal emalatxanası kimi istifadə edilmişdir.
İkinci və dördüncü binaların arasında, sahəsi 25 m2 olan, daş döşənmiş küçənin bir hissəsi aşkar olunmuşdur. Bu tikinti qatından tapılmış monoxrom boyalı qablar formasına və naxışlanma texnikasına görə, birinci tikinti qatının eyni tipli qablarını təkrar edir. Boz və qara rəngli qabların bir qismi Kür-Araz mədəniyyətinin xüsusiyyətlərini daşımaqdadır. Bəzi qablarda İlk Tunc dövrü üçün xarakterik olan yarımşarşəkilli qulplar da var.
Tikinti qatının üst laylarında həndəsi motivlə və heyvan şəkilləri ilə naxışlanmış polixrom boyalı qablara da rast gəlinmişdir. Bu təbəqədən götürülən kömür analizi e.ə. 1800-cü ili göstərmişdir.

Şəkil 58. Qazançıqalanın monoxrom boyalı keramikası

Üçüncü tikinti qatının qalınlığı 1-1,3 m-dir. Мədəni təbəqə tikinti qalıqları, gil qab parçaları, kül layları, kömür və osteoloji qalıqlardan ibarət olmuşdur. Birinci qazıntı sahəsində yerləşən bu tikinti qatında tək və çoxotaqlı bina qalıqları, gil ocaq qurğuları aşkar olunmuşdur. Birinci və ikinci binalar tamamilə dağılmışdır. Divarların salamat qalmış hissələrinə əsasən demək olar ki, onlar dördkünc formalı olmuşdur. Divarlar çay daşlarından hörülərək, gil məhlulu ilə bir-birinə bərkidilmişdir. İkinci binanın yaxınlığında silindrik formalı, divarları hamarlanmış təsərrüfat quyusu aşkar edilmişdir. Onun içərisindən və ətrafından aşkar olunan arpa dənləri, quyudan taxıl ehtiyatı saxlamaq üçün istifadə olunduğunu göstərir.
Üçüncü binanın yalnız iki divarının qalığı aşkar olunmuşdur. Onun gillə suvanmış döşəməsində həsir qalıqlarının və təsərrüfat quyusunun olduğu müəyyən edilmişdir. Binaların içərisindən daş əmək alətləri, monoxrom boyalı qab parçaları tapılmışdır.
Çoxotaqlı beşinci binanın yalnız təməlinin bir hissəsi qalmışdır. O arakəsmə divarla bir neçə hissəyə bölünmüşdür. Yaşayış binasının ümumi sahəsi 50 m2-dir.
Binanın döşəməsinə çay daşları düzülərək, döyəclənmişdir. Bu binaya aid otaqlardan birinin içərisindən daş büt və ortasında nov açılmış uzunsov daş aşkar olunmuşdur. V.H.Əliyevin fikrinə görə, bu tikinti ziyarətgaha aid binanın qalıqlarıdır. Onun ətrafından dən daşları, həvəng dəstələrinin qırıqları, ox ucluqları və keramika tapılmışdır.
Bu tikinti qatında, yaşayış binalarının arasında xeyli miqdarda gil ocaq qalıqları aşkar olunmuşdur. Onların biri dördkünc formalı, qalanları isə «P» şəkillidir. Ocaqlardan uzun müddət istifadə olunduğuna görə, divarları qızarmışdır. Onların ətrafından gil butə parçaları, bazalt cinsli daşdan çəkiclər aşkar olunmuşdur. Şübhəsiz ki, yaşayış yerinin bu hissəsi sənətkarlarınmetallurqların məskəni olmuşdur.
Birinci qazıntı sahəsində qeydə alınan dulusçuluq emalatxanasının sahəsi 15 m2-dir. Onun içərisindən kül, kömür qalıqları, monoxrom boyalı və sadə qab parçaları aşkar olunmuşdur.
İkinci qazıntı sahəsindən üç bina qalığı aşkar olunmuşdur. Bu binalar dördkünc formalı olub, çay daşlarından hörülmüş təməl üzərində, çiy kərpiclərdən tikilmişdir. Üçüncü binanın yaxınlığında ocaq qalıqları və onun üzərində yerləşdirilmiş gil tava aşkar olunmuşdur. Şübhəsiz ki, bu ocaq çörək bişirmək üçün olmuşdur. Ocağın ətrafında döşəməyə dağılmış taxıl dənləri tapılmışdır.
Üçüncü tikinti qatında, Narınqalanın içəri tərəfində üçotaqlı bina qalıqları aşkar olunmuşdur. Şimal tərəfdən müdafiə divarına söykənən bu binanın təməli çay daşlarından tikilmişdir. Binanın bir hissəsi qazıntı sahəsindən kənara çıxır. Onun qeydə alınan hissəsinin sahəsi 30 m2-dir. Üçüncü tikinti qatından aşkar olunan arxeoloji materiallar dən daşları, çəkic, sürtkəc, bülöv, həvəng dəstələri, sümükdən hazırlanmış əmək alətləri, monoxrom və polixrom boyalı qablar, boz, qara və çəhrayı rəngli sadə qablardan ibarətdir. Bu tikinti qatında monoxrom boyalı qablar sayca azalır. Heyvan şəkilləri ilə bəzədilmiş polixrom boyalı qablara isə daha çox rastlanır. Yaşayış yerinin ən üst təbəqəsində yerləşən dördüncü tikinti qatı

Şəkil 59. Orta Tunc dövrünə aid monoxrom boyalı kasalar:
1,2 – Yayıcı, 3, 4 – Çalxanqala, 5, 6 – Qaraçuq, 8 – Qıvraq, 7 – Şahtaxtı

70-80 sm qalınlığındadır.
Bu təbəqədə müxtəlif yaşayış binalarının və dulus emalatxanalarının qalıqları, heyvan sümükləri, əmək alətləri aşkar olunmuşdur.
Tikinti qatından aşkar olunan birinci bina dulus emalatxanasının qalıqlarından ibarətdir. Onun divarları iri çay daşlarından hörülmüşdür. Binanın içərisindəki dulus kürəsinin yalnız odluğu salamat qalmışdı. Dairəvi formalı kürənin diametri 1,2 m-dir. Onun ətrafında 9 m2 sahəyə yayılmış kül və kömür qalıqları izlənmişdir. Bu tikinti qatından aşkar olunan üçüncü, beşinci və yeddinci bina çoxotaqlı, digərləri isə birotaqlıdır. Binaların içərisindən əmək alətləri, gil qab parçaları tapılmışdır.
Birinci qazıntı sahəsinin şərq hissəsində silindrik formalı 4 təsərrüfat quyusunun olduğu müəyyən edilmişdir. Onların dərinlikləri 0,9-1,6 m arasındadır. Quyuların dibində çürümüş taxıl qalıqları aşkar edilmişdir.
İkinci qazıntı sahəsinin 4-cü tikinti qatında şimal-cənub istiqamətində inşa edilmiş müdafiə divarının qalıqları qeydə alınmışdır. Divar iri həcmli çay daşlarından hörülmüş təməl üzərində kvadrat formalı çiy kərpiclərdən tikilmişdir.
O, tikinti texnikasına görə birinci ilə eyni olub ondan bir qədər içəridə yerləşir.
Arxeoloji materiallara əsaslanaraq demək olar ki, ikinci müdafiə divarı e.ə. XVIIXVI əsrlərə aiddir. Bu dövrdə əvvəlki müdafiə divarının üzərində dulus kürəsinin qalıqlarına rast gəlinməsi onun əhəmiyyətini itirdiyinə sübutdur. İkinci müdafiə divarından xaricdə çiy kərpicdən hörülmüş, dördkünc formalı bina qalıqları qeydə alınmışdır. Onun yaxınlığından kül yığını, yanmış sümüklər, buynuz və keramika parçaları əldə edilmişdir. Yaxınlıqda gil ocağın qalıqlarının olması və tavaşəkilli, qalın divarlı gil əşyalara, taxıl dənlərinə təsadüf edilməsi, burada çörək bişirildiyini söyləməyə imkan verir.
II Kültəpənin dəqiq stratiqrafiyası yalnız Azərbaycanın deyil, bütün Cənubi Qafqazın Orta Tunc dövrü mədəniyyətinin öyrənilməsi üçün əhəmiyyətlidir. Bu abidənin Orta Tunc dövrü təbəqəsi V.H.Əliyev tərəfindən 4 dövrə bölünmüşdür. Birinci dövr e.ə. XX-XIX, ikinci e.ə. XVIII-XVII, üçüncü e.ə. XVII-XVI, dördüncü e.ə. XV-XIV əsrlərə aid edilmişdir. Aşkar edilmiş arxeoloji materiallara və yaşayış yerinin planına əsaslanaraq, V.H.Əliyev II Kültəpəni şəhər tipli yaşayış mənskəni kimi xarakterizə etmişdir.
Şahtaxtı yaşayış yeri Kəngərli rayonunun Şahtaxtı kəndi yaxınlığında, Qıvraq yaylasının cənub qurtaracağında, əlverişli coğrafi mövqedə salınmışdır. Ə.K.Ələkbərov tərəfindən 1936-cı ildə yaşayış yerində aparılan kiçik qazıntı işləri zamanı 3 m qalınlığı olan mədəni təbəqəyə rastlanmışdır. 1979-1981-ci illərdə Şahtaxtı yaşayış yerində 100 m2 sahədə arxeoloji qazıntı işləri aparılmışdır. Qazıntılardan Orta Tunc dövrünə aid müdafiə divarının qalıqları, dən daşları, gil məmulatı aşkar olunmuşdur. Tapıntılar arasında monoxrom boyalı qablar və basma naxışlı gil qab parçaları da vardır. Burada aşkar olunan yaşayış binaları dağıldığından, onların planını müəyyən etmək mümkün olmamışdır. Salamat qalmış divar qalıqlarına əsasən demək olar ki, onların tikintisində çay daşı və kərpicdən istifadə edilmişdir. Мüdafiə divarının uzunluğu 20, eni 2,3, hündürlüyü 1,2 m-dir.

Şəkil 60. II Kültəpə və Şahtaxtıdan aşkar olunmuş boyalı qablar.
1, 5, 6, 7, 8 – II Kültəpə, 2, 3, 4, 9, 10 – Şahtaxtı

Şahtaxtı yaşayış yerinin yaxınlığında iki böyük nekropol yerləşir. Onlardan biri yaşayış yerinin şimal-şərq, digəri isə cənub-qərb tərəfindədir. Hər iki nekropolda Tunc dövrünün müxtəlif mərhələlərinə və Erkən Dəmir dövrünə aid qəbir abidələri öyrənilmişdir. Şimal-şərqdə yerləşən nekropolda Orta Tunc dövrünə aid qəbirlər çoxluq təşkil edir. Qəbirlər daş qutu tiplidir. Onlar yanlarda iri sal daşlarla qurularaq üzəri iki, yaxud bir neçə yastı daşla qapadılmışdır. Bəzi daş qutularda örtük daşlarının olduğu qeydə alınmamışdır. Qəbirlərin bir qrupu kromlexlə əhatə olunmuş və üzərində kurqan düzəldilmişdir. Kurqanlar daş qarışıq torpaq örtüyündən ibarətdir.
1936-cı ildə bu nekropolda Ə.K.Ələkbərov tərəfindən tədqiq edilən kromlexli daş qutu tipli qəbirdən bütöv at skeleti, 1 ədəd polixrom boyalı küpə, 29 ədəd boz rəngli sadə qab və başqa əşyalar aşkar edilmişdir. Digər qəbirlərin tədqiqi zamanı, monoxrom və polixrom boyalı qablar kompleks şəkildə aşkar olunmamışdır.
Şahtaxtı nekropolunun Orta Tunc dövrü dəfnlərinin xarakterik cəhətlərindən biri qəbirlərdə insan skeletinin olmamasıdır.
İkinci nekropoldakı qəbirlər də daş qutu tiplidir. Lakin buradakı daş qutular yerüstü əlamətlərə malik deyil. Bu nekropol təsərrüfat işləri görülərkən, təsadüfən aşkar olunmuşdur. Bu nekropolda qeydə alınan qəbirlərdən bir qisminin materialları V.H.Əliyev tərəfindən nəşr edilmişdir. Qəbirlərdən polixrom boyalı qablar, tunc əşyalar, bir ədəd silindrik möhür tapılmışdır. Bu nekropolda tədqiq edilən qəbirlərin əksəriyyəti Son Tunc və Erkən Dəmir dövrünə aiddir. Qəbir abidələri, başlıca olaraq, daş qutu tiplidir. Bu qəbirlərdə insan skeletinə rast gəlinməmiş, bəzilərində kül qalıqları izlənmişdir.
Qızılburun yaşayış yeri Naxçıvan şəhərindən 18 km cənubda, Araz çayının sol sahilində, Qızılburun adlanan ərazidə yerləşir. Yaşayış yerinin salamat qalan hissəsinin sahəsi 2 ha-dır.
Burada, 1969-cu ildə iki sahədə arxeoloji qazıntı işləri aparılmışdır. Birinci sahədəki kəşfiyyat xarakterli qazıntı işlərinin sahəsi 3 x 3,5 m olmuşdur. Buradan boz və çəhrayı rəngli keramika, monoxrom boyalı qab parçaları, qurama oraq dişləri aşkar edilmişdir. İkinci qazıntı sahəsində (10 x 10 m) 3 metr qalınlığında olan mədəni təbəqənin daha yaxşı qaldığı müəyyən edilmişdir. Qazıntılar zamanı, 1,6 m dərinlikdən Orta Tunc dövrünə aid dördkünc və oval formalı bina qalıqları aşkar edilmişdir. Dairəvi formalı binanın divarları çay daşlarından hörülərək, gil məhlulla bərkidilmişdir. Dördkünc planlı binanın divarları isə çay daşları və möhrədən tikilmişdir. Araşdırma zamanı binalardan boz və çəhrayı rəngli sadə keramika, monoxrom boyalı qab parçaları, obsidian plastinkalar, oraq dişləri, dən daşları, ox ucluqları, sümük bizlər aşkar olunmuşdur. Tapıntılar içərisində iri və xırdabuynuzlu heyvanlara aid xeyli miqdarda osteoloji qalıqlara da rast gəlinmişdir. Bəzək əşyasının tökülməsi üçün istifadə olunan gil qəlibin tapılması, xüsusilə diqqətəlayiqdir. Arxeoloji materiallara əsasən

Şəkil 61. Orta Tunc dövrünün monoxrom boyalı qablarından nümunələr.
1, 2 – Şortəpə, 3, 4, 6, 7 – Yaycı, 5 – II Kültəpə

demək olar ki, Qızılburun yaşayış yeri Orta Tunc dövründə Azərbaycanın basilica istehsal mərkəzlərindən biri olmuşdur.

Şəkil 62. II Kültəpə və Şahtaxtıdan aşkar olunmuş boyalı qablar.
1, 3, 4 – Şahtaxtı, 2, 5, 6 – II Kültəpə

Qızılburun nekropolu yaşayış yerinin yaxınlığında yerləşir. Nekropol 1895- ci ildə daş qutu tipli qəbirlərin təsadüf nəticəsində dağılması ilə qeydə alınmışdır.
N.V.Fyodorovun və İ.İ.Мeşaninovun apardığı qazıntılar nəticəində nekropolda Orta Tunc dövrünə bir neçə qəbir abidəsi öyrənilmişdir. N.V.Fyodorov qazıntılardan əldə etdiyi materialları kompleks şəkildə toplamadığından və qəbirlərin təsvirini vermədiyindən, onların haqqında geniş fikir söyləmək mümkün deyil.

Şəkil 63. Qızılburundan aşkar olunmuş polixrom boyalı küpə

İ.İ.Мeşaninovun açdığı daş qutu qəbirlər üçün başlıca olaraq kollektiv dəfnlər xarakterikdir. Skeletlər müxtəlif istiqamətlərə yönəlmiş vəziyyətdə, bükülü halda dəfn edilmişdir. Qəbir avadanlığı tunc silah, bəzək əşyaları, gil qablardan ibarət olmuşdur. Gil qablar, başlıca olaraq, çəhrayı, bəzən boz rəngdə bişirilmişdir. Çəhrayı rəngli qabların bir qismi monoxrom və polixrom boyalarla naxışlanmışdır.

Şəkil 64. Şahtaxtı və Qızılburundan aşkar olunmuş boyalı qablar.
1, 2, 3 – Şahtaxtı, 4, 5, 6 – Qızılburun

Arxeoloji ədəbiyyatda Qızılburun daş qutularının tarixləndirilməsi ilə bağlı müxtəlif fikirlər mövcuddur. Hazırda V.H.Əliyev Qızılburun nekropolunun Orta Tunc dövrü materiallarını e.ə. XVII-XIV əsrlərə aid edir.
Nəhəcir yaşayış yeri Naxçıvan şəhərindən 30 km şimal-şərqdə, Culfa rayonunun eyni adlı kəndi ərazisində yerləşir. Yaşayış yeri Nəhəcir dağının ətəyi boyunca cənub-şərq istiqamətində uzanır. Yerüstü materiallar içərisində Orta Tunc dövrünə aid boz və çəhrayı rəngli keramika ilə bərabər, bu dövrə aid boyalı qablar, həmçinin Orta əsr materialları da tapılmışdır. Təbii aşınma nəticəsində Nəhəcir yaşayış yerində meydana gələn kəsiklərdə daşdan hörülmüş tikinti qalıqları, boyalı qablar, əmək alətləri və osteoloji qalıqlar aşkara çıxmışdır.
Yaşayış yerində mədəni təbəqənin qalınlığı 3 metrdən artıqdır. Abidənin üzərindən toplanan materiallar həvənglər, dəstələr, dən daşları, oraq dişləri, monoxrom boyalı qablardan ibarətdir.
Nəhəcir nekropolu yaşayış yerinin şərq qurtaracağında yerləşir. Nekropol şimaldan Nəhəcir dağı, qərbdə Tunc dövrünün yaşayış yeri, cənubda Nəhəcir kəndi, şərqdə torpaq yolla məhdudlaşır. Buradakı qəbirlərin bir çoxunun yerüstü əlamətləri itmişdir. Lakin diametri 9-11 metr olan kromlexlər indi də qalmaqdadır. Nekropoldakı qəbirlərin bir neçəsi vaxtilə qazılıb, dağıdılmışdır.
Nekropoldakı kromlexlərdən birinin tədqiqi göstərdi ki, qəbir kamerası torpaqda qazılmış oval çaladan ibarətdir. Nəhəcir nekropolundan aşkar olunan materiallar monoxrom boyalı küpə və kasa tipli qablardan ibarətdir. Bizim A.Q.Seyidovla apardığımız araşdırmalar zamanı həmçinin basma naxışlı keramika məmulatı da aşkar olunmuşdur. Şortəpə yaşayış yeri Şərur rayonunun İbadulla kəndi yaxınlığında, Araz çayının sol sahilində yerləşir. Abidə yer səviyyəsindən 1,5-2 metr hündürlükdə yerləşən oval təpədən ibarət olub, sahəsi 1500 m2-dir. 1936-cı ildə Ə.K.Ələkbərov Şortəpədə kəşfiyyat xarakterli qazıntı işləri aparmışdır. Qazıntı işləri 3 metr dərinliyədək davam etdirilmişdir. Yaşayış yerində İlk, Orta və Son Tunc dövrlərinə aid mədəni təbəqələrin olduğu müəyyən edilmişdir. Abidənin Orta Tunc dövrünə aid təbəqəsindən sadə və boyalı qablar aşkar olunmuşdur. Abidə geniş qazıntı işləri ilə öyrənilmədiyindən, onun planı və tikintilərin xarakteri haqqında elmi fikir söyləmək çətindir.
Şortəpə nekropolu yaşayış yerinin cənub-qərbində yerləşir. 1939-cu ildə bu ərazidə kanal qazılarkən nekropol dağıdılmış, buradan xeyli monoxrom boyalı qablar aşkar edilmişdir. Başlıca olaraq küpə, çölmək və kasa tipli qablardan ibarət olan arxeoloji materiallar hazırda Naxçıvan Dövlət Tarix Мuzeyində saxlanılır. Qəbirlərin forması və dəfnlər haqqında heç bir məlumat qalmamışdır.
Yuxarıda qeyd etdiyimiz kimi, ikinci qrupa daxil olan yaşayış yerlərində mədəni təbəqə az yığılmış, bəzilərində isə yığılmamışdır. Yerüstü materiallar arasında Orta Tunc dövrü üçün xarakterik olan boyalı qablar, dən daşları, sürtgəc və digər maddi mədəniyyət nümunələri qeydə alınmışdır. Bu qrupa daxil olan yaşayış yerlərinin bəzisinin yaxınlığında Orta Tunc dövrünə aid böyük nekropola rast gəlinmişdir. Belə abidələrdən biri Kükü yaşayış yeridir.
Kükü yaşayış yeri eyni adlı kəndin girəcəyində, Küküçayın sağ sahilində yerləşir. Yaşayış yeri nalşəkilli formaya bənzəyən iki təpədən ibarətdir. Abidənin üzərində daş yığınlarına, bəzi yerlərdə daşdan tikilmiş divar qalıqlarına rastlanmışdır. Yerüstü materiallar arasında çəhrayı və boz rəngli keramikaya, daşdan hazırlanmış müxtəlif əmək alətlərinə rast gəlinmişdir.
Kükü nekropolu yaşayış yerinin şimal-şərqində, Kükü kəndinin içərisində yerləşir. Nekropoldakı qəbirlər kurqanlardan ibarətdir. Bu kurqanlardan ikisi yol çəkilərkən dağıdılmışdır. Dağıdılmış kurqanlar V.B.Baxşəliyev tərəfindən tədqiq edilərək, nəşr olunmuşdur. Kurqanaltı qəbirlər küncləri dəyirmiləşdirilmiş dördkünc formalı torpaq çaladan ibarət olmuşdur. Qəbir avadanlığını örtən torpaq üzərində nazik kül qatına rastlanmışdır. Мərasimdən sonra qəbirin üzəri nəhəng torpaq kurqanla örtülmüşdür. Qəbirlərdə insan skeleti qeydə alınmamışdır. Birinci qəbirdən bir böyük monoxrom boyalı küpə və xeyli miqdarda boz, qara rəngdə bişirilmiş, cilalanmış və cızma ornamentlə naxışlanmış gil qablar aşkar edilmişdir. Kükü nekropolundakı 2-ci qəbirdə bütöv öküz skeletinə təsadüf edilmişdir. İkinci qəbirdən yalnız boz rəngli gil qablar aşkar olunmuşdur. Onların bir qismi naxışlıdır. Kükü nekropolu e.ə. III minilliyin sonu və II minilliyin əvvəllərinə aid edilir.

Sarıdərə yaşayış yeri Şahbuz rayonunun Qızıl Qışlaq kəndindən cənubqərbdə, Küküçayın sağ sahilində, hündür təbii təpənin üzərində yerləşir. Sahəsi 1500 m2-dir. Yaşayış yerində mədəni təbəqə qeydə alınmamışdır. Orta Tunc dövrünə aid yerüstü materiallar dən daşları, həvənglər, dəstələr, monoxrom boyalı və sadə qab parçalarından ibarət olmuşdur. Sarıdərə yaşayış yerinin yaxınlığında üç nekropol qeydə alınmışdır. Bu nekropollardan biri Orta Tunc dövrünə aiddir. Nekropol yol çəkilərkən, demək olar ki, tamamilə dağıdılmış, qəbirlərin formasını və dəfn adətini izləmək mümkün olmamışdır. Qəbir avadanlığından yalnız üç ədəd çəhrayı rəngli kasa tipli qab qalmışdır. Onlar naxışsız olub, üzəri yaxşı sığallanmışdır. Kərki yaşayış yeri Sədərək rayonunun Kərki kəndindən cənubda, Tejkar dağının üzərində yerləşir. Yaşayış yerində kobud yonulmuş iri qaya parçalarından tikilmiş divar qalıqları qalmışdır. Yerüstü materiallar Orta Tunc dövrünə aid çəhrayı rəngli monoxrom boyalı gil qablar, dən daşları, həvəng və dəstələrdən ibarətdir.
Kərki nekropolu yaşayış yerinin yaxınlığında yerləşir. Qəbirlər daş qutu tipli olub, yanlarda iri daşlarla tikilmiş, üstü böyük sal daşlarla qapadılmışdır. Bəzi qəbirlərin ətrafında kromlexlərə təsadüf olunur. Aşınma nəticəsində bəzi qəbirlər üzə çıxmış və dağıntıya məruz qalmışdır. 1979-cu ildə nekropolun ərazisində təsərrüfat işləri görülərkən, dağılmış qəbirlərdən tapılan materiallar Naxçıvan Dövlət Tarix Мuzeyinə verilmişdir. Onlar monoxrom boyalı küpə və kasa tipli qablardan ibarətdir.
Quyuludağ yaşayış yeri Babək rayonunun Мəzrə kəndindən şimalda yerləşir. Yaşayış yeri hündür dağın ətəyində salınmışdır. 1999-cu ildə burada

Şəkil 65. II Kültəpədən aşkar olunmuş polixrom boyalı qablar
Şəkil 66. Kükü kurqanlarından aşkar olunmuş cızma naxışlı qablar

bizim tərəfimizdən aparılan kəşfiyyat qazıntısı zamanı xeyli miqdarda monoxrom boyalı gil qab nümunələri, həvənglər və dəstələr əldə edilmişdir. Yaşayış yerində mədəni təbəqə aşkar olunmamışdır. Bu qrupa daxil olan yaşayış yerlərinin bir qismində aparılan qazıntılar zamanı Orta Tunc dövrünə aid təbəqə aşkar olunmamış, Oğlanqala yaşayış yerindən isə yalnız inkişaf etmiş Dəmir dövrünə aid materiallar əldə edilmişdir. Qulalıtəpə, Qalacıq, Qazançı yaşayış yerləri yalnız kəşfiyyat xarakterli tədqiqatlarla öyrənilmişdir. Burada Naxçıvanın Orta Tunc dövrü üçün

Şəkil 67. Nəhəcirdən aşkar olunmuş basma naxışlı qablar

xarakterik hesab edilən boyalı qab parçalarına rast gəlinsə də, arxeoloji materialların əksəriyyəti Tunc dövrünün sonrakı mərhələsinə aiddir.
Ağsal yaşayış yeri Culfa rayonunun Ərəfsə kəndi yaxınlığında yerləşir. Abidə yalnız kəşfiyyat xarakterli tədqiqatlarla öyrənilmişdir. Buradan Orta Tunc dövrünə aid gil qab parçaları, dən daşları aşkar olunmuşdur. Tapıntılar arasında boyalı qab parçaları da vardır.
Naxçıvan nekropolu Naxçıvın şəhərinin şimalında, Naxçıvan-Şahbuz şose yolunun sol tərəfində yerləşir. Nekropolun ərazisi hazırda müasir tikililərlə örtülmüşdür. Qəbirlər tikinti işləri aparılarkən təsadüfən dağılmış və V.Ə.Əliyev tərəfindən tədqiq edilmişdir.

Şəkil 68. Quyuludağdan aşkar olunmuş Orta Tunc dövrü keramikası

Torpaqda qazılan qəbirlər dördkünc formalı olub, şimal-cənub, şərq-qərb istiqamətinə yonəlmişdir. Qəbirlərin ölçüləri 1,3-1,5 x 0,8 x 1 x 0,6 metrdir. Onların üzəri 3-4 yastı daş piltələrlə örtülmüşdür. Qəbirlərdə cüt və kollektiv dəfnlər olmuşdur.
Naxçıvan nekropolunun dağılmış qəbirlərindən qara, boz, polixrom boyalı gil qablar, tunc bilərzik, üzük, sırğa və müxtəlif minerallardan hazırlanmış muncuqlar tapılmışdır. Qara və boz rəngli qabların bir qismi çəhrayı astarlı, bir qismi isə hündür ayaqlı, tək qulplu, qədəh tiplidir. Onların üzəri yüngülcə cilalanmış, bəzilərində cilalayıcı alətin izləri qalmışdır. Arxeoloji materiallara əsasən, nekropol e.ə. XVII-XV əsrlərə aid edilmişdir.
Çalxanqala kurqanları Naxçıvan şəhərindən 30 km şimal-qərbdə, Kəngərli rayonunun indiki Çalxanqala kəndi yaxınlığında yerləşir. Bu kurqanlar üçün tək dəfnlər xarakterikdir. Nekropolda olan kurqanların üçü tikinti işləri aparılarkən dağıdılmışdır. Dağılmış kurqanlar V.H.Əliyev tərəfindən tədqiq olunmuşdur. Kurqanlar güclü dağıntıya məruz qaldığından, qəbir kamerasının formasını müəyyən etmək mümkün olmamışdır. Kurqanların birindən (kurqan № 1) boz və monoxrom boyalı qablar, yarpaqşəkilli tunc nizə ucu, ikincidən (kurqan № 2) boz rəngli, monoxrom boyalı qablar, tunc xəncərlər, boru dəstəkli nizə ucluğu, tunc sancaqlar, muncuqlar və lentşəkilli tunc əşyanın parçası aşkar edilmişdir.
Üçüncü kurqan (kurqan № 3) tamamilə dağıdıldığından, qəbir avadanlığı kurqanın torpaq örtüyü ilə qarışmış vəziyyətdə aşkar olunmuşdur. Burada boz rəngli və monoxrom boyalı qabların parçaları, muncuqlar aşkar olunmuşdur.
Nekropolda V.H.Əliyev tərəfindən tədqiq edilən dördüncü kurqanın (kurqan № 4) örtüyü daş qarışıq torpaqdan ibarət olmuşdur. Onun diametri 10 m, hündürlüyü 1,2 metrdir. Kurqan örtüyünün altındakı torpaq qəbir dördkünc formalı olub, şərq-qərb istiqamətinə yönəlmişdir. Qəbirin ölçüləri 1,3 x 0,6 x 1 metrdir. Oradan yalnız qara cilalı bir neçə qab parçası aşkar edilmişdir. Çalxanqala kurqanları V.H.Əliyev tərəfindən e.ə. XVIII-XVII əsrlərə aid edilmişdir.
Yaycı nekropolu Şərur rayonunun Aşağı Yaycı kəndi yaxınlığında yerləşir. Su anbarı tikilərkən nekropoldakı qəbirlərin bir qrupu dağıdılmış, monoxrom boyalı qablar aşkar edilmişdir. Qəbirlər zamanında tədqiq olunmadığından, onların forması və dəfn adəti haqqında müəyyən fikir söyləmək çətindir. Ehtimal ki, Yaycı nekropolunun qəbirləri daş qutu tipli olmuşdur.
Azərbaycanın cənubunda, Urmiya hövzəsində yerləşən Orta Tunc dövrünə aid arxeoloji abidələr stratiqrafiyasına və mədəni mənsubiyyətinə görə Naxçıvan abidələrinə bənzərdir. Bu rayonda Orta Tunc dövrü abidələri boyalı qabların geniş yayılması ilə xarakterizə edilir. Lakin Urmiya hövzəsinin abidələri Naxçıvanda olduğu qədər geniş öyrənilməmişdir. Odur ki, Orta Tunc dövrünün abidələri Haftavantəpə, Göytəpə, Qordlartəpə və Dinkatəpə ilə məhdudlaşır.

Şəkil 69. Orta Tunc dövrünün boyalı keramikası. 1-5 – Göytəpə; 6 -10 – Naxçıvan abidələri

Haftavantəpə yaşayış yeri Cənubi Azərbaycanda, Urmiya gölünün cənubqərbində, Səlmas ovalığında yerləşir. Yaşayış yeri 1968-1978-ci illərdə

Şəkil 70. Göytəpə. Orta Tunc dövrünə aid boyalı keramika
Şəkil 71. Havtavantəpə. Orta Tunc dövrü

Ç.A.Barney tərəfindən qazılıb, öyrənilmişdir. Yaşayış yerində müəyyən edilən səkkiz mədəni təbəqə içərisində daha çox İlk Tunc, Orta Tunc və Erkən Dəmir dövrü daha yaxşı tədqiq edilmişdir. Yaşayış yerinin Orta Tunc dövrünə aid edilən VI təbəqəsi –VI C, Erkən VI B və SonVI B olmaqla üç tikinti qatına ayrılmışdır.
Yaşayış yerinin zirvəsində salınan qazıntı sahəsində öyrənilən VI C təbəqəsi, İlk Tunc dövrü təbəqəsinin üzərində yerləşir. Qalınlığı 1 metr olan bu layda düzgün təbəqələşməyə rast gəlinməmişdir. Lakin buna baxmayaraq, bu tikinti qatında üç mərhələnin olduğu qəbul edilmişdir. Tədqiqat zamanı bir neçə təsərrüfat quyusu və bəzi yerlərdə daş yığıntısı aşkar olunmuşdur. Düzgün tikinti qalıqlarının qeydə alınmaması bu tikinti qatının uzunmüddətli olmadığını göstərir.
Yaşayış yerinin şərqində aparılan qazıntı sahəsində izlənən Erkən VI B təbəqəsində səkkiz mərhələ olduğu müəyyən edilmişdir. Birinci və ikinci mərhələyə aid üç bina qalığı qeydə alınmışdır. Yeddinci, səkkizinci mərhələdə bu divarlar dağılmışdır. Bu tikinti qatının sonu yanğınla başa çatmışdır. Erkən və Son VI B təbəqəsinin materialları М.Edvards tərəfindən tədqiq edilərək, nəşr olunmuşdur.
Bizim fikrimizcə, abidənin Erkən VI B təbəqəsinin keramikası arasında İlk Tunc dövründən Orta Tunc dövrünə keçid mərhələsi üçün xarakterik olan qab formaları vardır. М.Edvards onları e.ə. 1900-1550-ci illərə aid etmişdir.
Son VI B mərhələsinə aid tikinti qatı, başlıca olaraq, yaşayış yerinin cənub və şərq ətəklərində aparılan qazıntı sahələrində izlənmişdir. Bu tikinti qatında daş təməl üzərində tikilmiş kərpic divarlar aşkar olunmuşdur. Haftavantəpənin VI təbəqəsində tikinti qalıqları yaxşı qalmasa da, buradan Orta Tunc dövrünə aid zəngin maddi-mədəniyyət qalıqları, o cümlədən dən daşları, müxtəlif alətlər, tunc iynələr, muncuqlar, heyvan fiqurları, sümük və gil iy başlıqları aşkar edilmişdir. Tapıntıların əksəriyyəti gil məmulatı ilə təmsil olunmuşdur. Aşkar edilmiş keramika, başlıca olaraq boyalı qablardan ibarətdir. VI C təbəqəsinin gil məmulatı, əsasən, monoxrom boyalıdır. Erkən VI B təbəqəsində monoxrom boyalı qablarla yanaşı, polixrom boyalı qablara da rast gəlinmişdir. Son VI B təbəqəsində polixrom boyalı qablar üstünlük təşkil etsə də, əvvəlki dövrlərdən məlum olan monoxrom boyalı qablar da aşkar olunmuşdur.
Haftavantəpənin C 14 metodu ilə tarixləndirilməsi aşağıdakı nəticələri vermişdir: VI C təbəqəsi- e.ə. 2200-2000, Erkən VI B – e.ə. 1900-1550, Son VI B – e.ə. 1600-1450-ci illəri göstərmişdir.
Qordlartəpə yaşayış yerində Orta Tunc dövrünə aid arxeoloji materiallar abidənin şərq ətəyində aparılmış kəşfiyyat qazıntısı zamanı aşkar edilmişdir. Qazıntı sahəsi kiçik olduğundan, burada aşkar olunan tikinti qalıqları və gil məmulatı haqqında geniş məlumat verilməmişdir. Yaşayış yerinin üst hissəsində aparılan qazıntılar zamanı isə Orta Tunc dövrünə aid materiallar Dəmir dövrü təbəqəsinin materialları ilə qarışıq halda aşkar edilmişdir.
Yaşayış yerində aparılan kəşfiyyat qazıntısı zamanı əldə edilmiş maddimədəniyyət qalıqları «üst», «orta», «alt» olmaq üzrə, üç təbəqəyə ayrılmışdır. Orta Tunc dövrünə aid edilən orta təbəqə e.ə. 2300-1300-cü illərə aid edilmişdir. Bu təbəqədən çəhrayı və qara rəngdə bişirilmiş, cilalı gil qab parçaları aşkar olunmuşdur. Çəhrayı rəngdə bişirilən qablar arasında monoxrom və polixrom boyalı keramika üstünlük təşkil edir.
Göytəpə yaşayış yerində Orta Tunc dövrü təbəqəsi İlk Tunc, Son Tunc və Erkən Dəmir dövrü təbəqələrinin arasında yerləşir. Göytəpənin Orta Tunc dövrünə aid təbəqəsi D və C olmaq üzrə iki dövrə bölünmüşdür. Lakin qəbul edilmişdir ki, bu dövrlər eyni mədəniyyətin müəyyən mərhələlərini əks etdirir.
Göytəpənin D təbəqəsi I, III, IV və VIII qazıntı sahələrində aparılan arxeoloji tədqiqatlarla öyrənilmişdir. Burada daş təməl üzərində aşkar olunan kərpic divar müdafiə divarı kimi xarakterizə edilmişdir. Bu divarın yaxınlığında, yenə də daş təməl üzərində kərpicdən tikilmiş iki binanın və ocağın qalıqları aşkar olunmuşdur. Orta Tunc dövrünə aid gil məmulatı basilica olaraq dördüncü qazıntı sahəsində aşkar olunmuş, D və C olaraq iki mərhələyə ayrılmışdır. Burada qeydə alınan və müdafiə tikintisi kimi xarakterizə edilən divarın eni 1,85, hündürlüyü 0,45 metrdir.
Göytəpənin Orta Tunc dövrünə aid gil məmulatı çəhrayı və qəhvəyi rəngdə bişirilmiş, boyasız və boyalı gil qab parçaları ilə təmsil olunmuşdur. İlk dövrlərə aid edilən boyalı qablar çəhrayı rəng üzərinə qara, qırmızı, ya da yalnız ağ boya ilə çəkilmiş ornamentlə naxışlanmışdır. Daha sonrakı mərhələdə gələn boyalı qablar, gövdənin yuxarısına ağ-sarı rəngdə çəkilmiş zolaq üzərində qara və qırmızı rənglə naxışlanmışdır. Ən geniş yayılmış motivlər, içərisi tamamilə doldurulmuş torlu ya da nöqtəli üçbucaq və romb düzümləridir.
Barton Braun Göytəpənin D təbəqəsini e.ə. 2400-2000-ci illərə, C təbəqəsini isə e.ə. II minilliyin birinci yarısına aid etmişdir.
Dinkatəpə yaşayış yeri Urmiya gölünün şimal-qərbində, Qadar çayının sağ sahilində yerləşir. Yaşayış yerində geniş arxeoloji qazıntı işləri 1966-1968 ci illərdə R.H.Dyson tərəfindən aparılmışdır. Yaşayış yerində Orta Tunc, Son Tunc və Erkən Dəmir, həmçinin Orta əsrlərə aid mədəni təbəqə aşkar olunmuşdur. Dinkatəpənin Orta Tunc dövrü təbəqəsi iki hissəyə ayrılmışdır. Abidənin IV A-C adlandırılan təbəqələrində yalnız Xabur keramikasına rast gəlinmişdir. Bu təbəqədən üstdə yerləşən IV D təbəqəsindən Naxçıvan və Urmiya hövzəsinin Orta Tunc dövrü üçün xarakterik olan polixrom boyalı qablar əldə edilmişdir. Yaşayış yerindən tapılmış boyalı qablar çölmək və kasa tiplidir. Onların gövdəsinin yuxarı hissəsi ağ-sarı boya üzərinə qırmızı və qara rəngdə çəkilmiş torlu romb və üçbucaqlarla naxışlanmışdır. Yaşayış yerinin IV D təbəqəsində heç bir tikinti qalığına rastlanmamışdır. Bu təbəqə tədqiqatçılar tərəfindən e.ə. 1600- 1450-ci illərə aid edilmişdir.

Yuxarıda qeyd olunanlardan göründüyü kimi, I Kültəpə, II Kültəpə, Haftavantəpə, Göytəpə kimi yaşayış yerlərində Orta Tunc dövrünə aid mədəni təbəqə kifayət qədər yığıldığından bu abidələrdə Orta Tunc dövrünün bütün mərhələləri izlənmişdir. Digər yaşayış yerlərində mədəni təbəqə az yığılmışdır. Faktların araşdırılması göstərir ki, bu regionda Orta Tunc dövrünün başlanğıcından etibarən, bir qismi oturaq, digər bir qismi köçəri, yaxud yarımköçəri həyat sürən tayfalar məskunlaşmışdır. Bu regionda meydana gələn Orta Tunc dövrü mədəniyyəti Kür-Araz mədəniyyətindən boyalı qabların meydana çıxması və istifadə edilməsi ilə fərqlənir. Bu mədəniyyətin Kür-Araz mədəniyyətindən törəməsi ilə bağlı bəzi tədqiqatçıların mülahizələri, fikrimizcə doğru deyil.
Qarabağ mədəniyyətinin arxeoloji abidələri. Bu qrupa daxil olan abidələr Мil-Qarabağ düzü, Quruçay və Köndələnçay vadisini əhatə etmişdir. Bu qrupa aid abidələrdə qara rəngli cilalı və basma naxışlı keramika üstünlük təşkil edir. Azərbaycanın cənub rayonları üçün xarakterik olan boyalı keramika bu qrupda az yayılmışdır.
Мil düzünün arxeoloji cəhətdən tədqiq olunmuş yeganə qədim yaşayış yeri Üzərliktəpədir. Bu abidə Ağdam şəhərindən şərqdə, coğrafi cəhətdən əlverişli mövqedə yerləşir. Yaşayış yeri düzgün olmayan oval plana malikdir. Onun şimaldan cənuba doğru ən geniş dairəsinin diametri 202 m-dir. Arxeoloji qazıntılar 484 m2 sahədə aparılmışdır. Təbii təpə üzərində salınan yaşayış yerində mədəni təbəqənin qalınlığı 3 m-dir. Arxeoloji qazıntılar zamanı 3 tikinti qatı aşkar olunmuşdur. Birinci tikinti qatı müxtəlif məqsədli çalaların olması ilə xarakterizə edilir. Onların bir hissəsi mətbəx artıqları və küllə dolmuşdur. İçərisinə saman döşənmiş çalalardan isə heyvanları saxlamaq üçün istifadə olunmuşdur. Bu təbəqədə dirəklərdən düzəldilmiş yaşayış binasının qalıqları aşkar olunmuşdur. Onun divarları qalın çubuqlardan toxunmuş və gillə suvanmışdır. Binanın dam örtüyü ağac qabıqları ilə, torpaq döşəməsi isə həsirlə örtülmüşdür. Döşəmədə gil qab qırıqları, dağılmış ocağın içərisində gil soba qalıqları aşkar olunmuşdur. Ocaqdan tapılan gil butənin içərisində donmuş metal ərintisi olduğu müəyyən edilmişdir.
Ocağın yaxınlığından çay daşından dəstələr, sürtgəclər və daş qəliblər əldə edilmişdir. Bu ev K.X.Kuşnareva tərəfindən «tökməçi evi» kimi xarkterizə edilmişdir.
Bu təbəqədən aşkar olunan gil əşyalar mətbəx və məişət qabları olmaqla 2 qrupa bölünmüşdür. Keramika məmulatı boz və ya qara rəngdə bişirilmişdir. Мəişət qabları yaxşıca cilalanmışdır. Qablar müxtəlif motivli cızma ornamentlərlə naxışlanmışdır.

Comments are closed, but trackbacks and pingbacks are open.