Press "Enter" to skip to content

Tütünün uşaq və yeniyetmə orqanizminə təsiri

10:45 Göygöldə sel adamları belə apardı – VİDEO

Yeniyetmə uşağımın siqaret çəkməsini necə dayandırım

15:12 Ağstafada küçədə meyit TAPILDI

15:04 Ağardılmış, par-par parıldayan düyülər – Bazarda nə baş verir?

14:57 Ana əlil oğlunu öldürüb intihara cəhd etdi

14:49 Telefonun dinamikini necə təmizləmək olar?

14:45 Bakıda taksi xaosu: Sərnişin də narazıdır, sürücü də – ARAŞDIRMA

14:42 Valideynlər körpəni zibil qutusuna atdılar

14:34 Bakıda “Bolt” və “Uber”lərin törətdiyi qəzalar – VİDEO

14:31 Piylənmənin qarşısını necə almaq olar?

14:24 Avropa Liqasının finalını kim qazanacaq? – “Sevilya” – “Roma” oyununa PROQNOZ

14:17 Bakıda polisə tabe olmayan “avtoş” həbs olundu – VİDEO

14:15 Qəbələdə mikroavtobus QƏZASI: 15 nəfər yaralandı – YENİLƏNİB

14:10 “Ay bədbəxtlər, axı sizi yandıran nədir?” – Manaf Ağayev

14:03 Restoranda YANĞIN: 3 nəfər öldü

13:56 Hande Erçel sevgilisi ilə “Cannes”ə getdi

13:49 Məhkəmə sədri zabiti öldürdü

13:41 Yataq otağını necə daha rahat etmək olar?

13:34 Ağdaşda qadın özünü öldürmək üçün sirkə içdi

13:27 İki dəqiqə soyuq havada qalmaq ARIQLADIR

13:20 Qusarda otlaq sahədə kişi meyiti tapıldı

13:12 Mətanət Əsədovanı kim zəhərləyib? – Xalq artistləri.

13:07 Sabah leysan yağacaq, dolu düşəcək – HAVA PROQNOZU

13:05 Alış-verişdə müstəqilsən! Samsung smartfonu ayda 34 manata?!

13:03 Sərnişin göydə olan təyyarənin qapısını açdı, 9 nəfər.

12:56 8 yaşlı uşaq araqdan zəhərləndi

12:49 Məşhur müğənni uzun illər sonra anası ilə görüşdü

12:42 Bakıda FACİƏ: kişi özünü binadan atdı

12:37 Qaxda ocaq qalayan ana özünü və azyaşlı qızını yandırdı

12:35 İki məşhur avtomobil markası “TikTok” ilə PROBLEM YAŞAYIR

12:27 PSJ Xavi Alonsonu, o da “Real”ı istəyir

12:20 Unudulmaz Maykl Cey Foksun 12 şedevri

12:13 Məktəbli qıza seksual zorakılıq edən yaşlı kişi tutuldu

12:09 Sezai Yılmaz ATU-nun “Qonaq professoru” adını alıb

12:06 Uşaqlarda piylənmənin yaranma səbəbi nədir? – CAVAB

11:59 “Huawei” şirkəti “iPhone”un bu funksiyasını tənqid etdi

11:52 Bakı sakini rayonda külli miqdarda narkotiklə tutuldu

11:45 “Erotik romanları sevirəm” – Baş nazir

11:38 İnyesta “Barselona” ya qayıtmaq istəyir

11:31 50 yaşdan yuxarı xanımlar üçün kombin təklifləri

11:26 “İstəSən” tarifində yenilik!

11:24 Masallıda maşından 7 kiloya yaxın narkotik tapıldı

11:17 “Laz kızı”nın filmdəki macəraları gerçək oldu

11:09 “Apasport”dan 10 uduş – 26,21 ƏMSAL

11:06 “Ağlamaq, bağırmaq istəyirsən” – Vüsalə Əlizadə

11:01 Taekvondo üzrə dünya çempionatına həsr olunmuş konsert keçiriləcək

10:59 Xaçmazda velosipedçini maşın vurub öldürdü

10:52 Məşhur aktrisadan şok açıqlama – Hollivud qadınlara amansızdır

10:45 Göygöldə sel adamları belə apardı – VİDEO

10:38 Bu il dünyada satılan hər 5 avtomobildən biri ELEKTRİKLİ OLACAQ

10:35 Qaxda polis qəza törətdi, ölən var

10:31 Dünənki yol qəzalarında 3 nəfər ölüb

10:28 Xəstəxanadan 46 minlik OĞURLUQ: saxlanılanlar var – VİDEO

10:26 Bu tarixdən şagirdlərin elektron yerdəyişməsi DAYANDIRILACAQ

10:24 DİQQƏT! Bu insanlara spirtli içki qəbul etmək olmaz

10:20 Azərbaycanda nə qədər insana əlliklik təyin edilib?- RƏSMİ AÇIQLAMA

10:17 “Barselona”nın sabiq futbolçusu həbs edildi

10:10 Bakıda bu klinikalarda nöqsanlar aşkarlandı

10:03 Masazırda maşın azyaşlını vurub qaçdı

10:01 Satışda saxta düyülər var? – AQTA-dan AÇIQLAMA

09:58 “Veysəloğlu” Zəngilanın Ağalı kəndinə suvarma avtomobili ianə etdi – VİDEO

09:56 Saf qızıldan hazırlanan dini kitab OĞURLANDI

Tütünün uşaq və yeniyetmə orqanizminə təsiri

Siqaret çəkilməsi uşaq və yeniyetmə orqanizminə olduqca mənfi təsir göstərir.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin həkim-metodisti Gülnar Qasımzadə bu barədə məlumat verərək deyib: “Siqaretlə tanışlıq erkən yaşlardan başlayır və daha çox sosial, psixoloji və genetik amillərlə bağlıdır. Ailədə siqaret çəkən valideyn görən uşaq onu həyatın ayrılmaz bir hissəsi kimi qəbul edir. Təəssüflər olsun ki, uşaqlar 5 yaşa çatanda artıq siqaretin nə olduğunu anlayırlar. Onların bilmədikləri bir şey varsa, o da siqaretin necə çəkilməsidir. Əlverişli şərait yarananda onlar siqareti onu necə çəkməyi də sınaqdan keçirirlər. Valideyn uşağın yaşadığı evdə, onun qarşısında siqaret çəkirsə, verdiyi məsləhət və tövsiyənin də heç bir əhəmiyyəti olmayacaq. Yəni məsləhət verməkdən, çəkindirməkdənsə şəxsi nümunə olmaq daha yaxşı və təsirlidir. Məsələn, uşağı məktəbə aparan valideyn yolda və yaxud övladının dərsdən çıxmasını gözləyərkən siqaret çəkirsə, məktəbyaşlı uşaqların onun bu hərəkətini izləməsinin özü də tütünçəkməyə təşviq, onların beyninə impuls ötürülməsi deməkdir. Ona görə də həmişə həkim-pediatrlara tövsiyə edirik ki, uşaqlardan əvvəl valideynləri məlumatlandırmaq lazımdır. Bəzən valideynlər övladının yanında siqaret çəkmədiyini, çöldə-bayırda çəkdiyini və onun bu hərəkətini uşağın görmədiyini deyirlər. Lakin əslində məsələ uşağın siqaret çəkildiyini görüb-görməməsində deyil, onun sağlamlığındadır”.

Həkim-metodist daha sonra bildirib: “Sağlam qidalanma sağlam orqanizm deməkdir. Bu, hüceyrələrə, genetikaya, DNT quruluşuna təsir edir. Gen nəsildən-nəslə ötürülən şeydir. Əgər gen strukturu zərərli təsirlərə məruz qalan hüceyrələr əsasında qurulursa, onda demək olar ki, siqaret çəkmək və yaxud başqa bir zərərli vərdiş genetik olaraq ötürülür. Lakin biz bunu gözlə görmürük. Uşaq və ya yeniyetmə bir gün siqaretlə tanış olanda onun siqaretdən asılı hala düşməsi tezləşir, çünki onun genində bu var. Doğrudur, bu asılılığın genetik olaraq ötürülməsi tam təsdiq olunmasa da, onun genetik olaraq davam etməsi mümkündür. Ümumiyyətlə, uşaqlar elə varlıqdır ki, böyüklərdə nə görürsə, onu təkrarlamağa çalışır. Valideynin siqaret çəkdiyini görən uşaq ona daha tez meyil göstərir.

Siqaretin tərkibində 4 mindən çox kimyəvi maddə var və karbon monooksid, paladium, amonyak və s. ayrı-ayrılıqda orqanizmə zərərdir. Təsəvvür edin ki, həmin zərərli maddələr hamısı eyni anda yanır və həmin tüstü ilə insan nəfəs alır. Bunun necə ziyanlı olduğunu ifadə etməyin özü çətindir. Siqaret ağız boşluğuna daxil olur, qətran maddəsi diş və diş ətinə yapışır, mina qatını zədələyir, ağızda pis qoxu və mikrobların yaranmasına səbəb olur. Siqaret tüstüsü ilə nəfəs alanda isə burundakı sinirlər zədələnir, qoxubilmə zəifləməyə başlayır. Tüstü ağciyərlərə daxil olanda bronxit, emfizema, xroniki obstruktiv ağciyər xəstəlikləri kimi problemlər yaradır və həmin hava alviollara daxil olur. Alviollar ağciyərlərlə qan arasında qaz mübadiləsində iştirak edən hissəciklərdir. Alviollardan qana oksigen getmək əvəzinə karbon monooksid daxil olur və nəticədə qan zəhərlənir. Nəzərə alsaq ki, uşaqların beyin və daxili orqanları inkişaf dövründən keçir, oksigen çatışmazlığı, nəfəs darlığı kimi problemlər yaradır. İstər aktiv, istərsə də passiv siqaret çəkməyə məruz qalan uşaqların xəstəxanada şikayətləri daha çox ağciyərlər və onlarda yaranan infeksiya ilə əlaqədar olur. Tütün infeksion və qeyri-infeksion xəstəliklərin yaranmasında iştirak edir, şəkərli diabet, ürək-damar və digər xəstəliklərin yaranmasına aparıb çıxarır”.

Həkim-metodist siqaretin orqanizmə zərərli təsiri haqqında söhbətini belə yekunlaşdırıb: “Tütündən imtina edilməsinin yaşı və zamanı yoxdur. Hər kəs tütündən istənilən yaşda imtina edə bilər”.

Milli.Az

Comments are closed, but trackbacks and pingbacks are open.