Rlərini aldadan qadınlardan inanılmaz etiraflar
Böyük şirkətdə şləyirəm. Gökhan da mənim işçilərimdən biridir. Yaşca məndən çox kiçikdir. Mən də yaşıma görə gözəl bir qadınam. Tez-tez birlikdə şəhər kənarına gedirik. Mən evliyəm və 2 uşağım var. Onun mənə qarşı marağı olduğunu hiss etmişdim , amma bundan əmin deyildim. Bir gün iş üçün İzmirə getdik. Əslində tək deyil, qrupla getmişdik. İşlərimizi bitirib restoranların birinə getdik. İçkinin təsirindən öpüşməyə başladıq. Çox gözəl öpüşürdü. Sonra münasibətlərimiz yarandı və hələ də davam etməkdədir. Əvvəllər iş yerində birlikdə qəhvə içməyimiz çox diqqət çəksə də, indi daha diqqətliyik. Ərimlə də tanışdırlar. Düşünürəm ki, onun yaşına görə ərim onunla bir əlaqəm ola biləcəyini ağlına belə gətirmir.
Yağmur, 36 yaş– Memar
“Ərim mənimlə maraqlanmır, nə edim?”
Hər bir kişi ailəsinin onun üzərində olan haqlarını yerinə yetirməlidir və bununla bağlı Allahdan qorxmalıdır. Çünki Qiyamət günü hər kəs öz ailəsi haqqında məsuliyyət daşıdığına görə sorğu-sual olunacaq. Uca Allah buyurur: “. Onlarla xoş rəftar edin. Əgər onlar xoşunuza gəlmirsə, ola bilsin ki, xoşlamadığınız bir şeydə Allah sizə çoxlu xeyir nəsib etmiş olsun”. (ən-Nisə, 19).
Allah Rəsulu (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) demişdir: “Hər biriniz çobansınız və öz rəiyyəti altında olanlara görə məsuliyyət daşıyırsınız. Kişi öz ailəsinin (ailə fərdlərinin) çobanıdır (himayəçisidir) və himayəsi altında olanlardan məsuldur. Qadın öz ərinin evində himayəçidir və ailəsinə görə məsuldur. Qulluqçu öz ağasının mal dövlətinə baxımından himayəçidir və buna görə məsuliyyət daşıyır. Hər biriniz çobansınız və himayəsi altında olanlara görə məsulsunuz”. (əl-Buxari, 2554; Muslim, 1829). Qadının kişi üzərində olan haqlarından; kişi onunla xoş davranmalı, öz yediyindən onu yedirtməli, paltar və digər zəruri ehtiyaclarını ödəməli, vaxtaşırı yaxınlıq etməli, onun namusunu qorumalı və s. Həmçinin, kişi Allahın dinini öyrənib özü əməl etməli və ailəsinə də bunu öyrətməlidir. Uca Allah buyurur: “Ey iman gətirənlər! Özünüzü və ailənizi yanacağı insanlar və daşlar olan oddan qoruyun!” (ət-Təhrim, 6). Kişi ailə başçısı olduğu üçün bu ayə ilk növbədə ona aiddir. Əgər kişi öz qadınının yuxarıda sadaladığımız bu haqlardan birini və ya bir neçəsini yerinə yetirmirsə, böyük günah qazanır. Bu halda qadın nə etməlidir?
1. İlk növbədə qadın Uca Allaha çoxlu dua etməlidir ki, Allah ərini islah etsin. Çünki qəlblər Uca Allahın əlindədir. Duaların qəbul olunmasına səbəb olan əməllər (namaz qılmaq, sədəqə vermək, valideynlərə yaxşılıq etmək, Quran oxumaq və s. əməllər) etməlidir. Həmçinin, duaların qəbul olan vaxtlarında (gecənin son üçdə biri, namazda səcdə halında, yağış yağanda və s. vaxtlarda) daha çox dua etməlidir. Daha ətraflı: Dualarım qəbul olmur, nə edim?
2. Kişiyə həm qadın özü nəsihət etməli, həm də kişiyə sözü keçən adam vasitəsilə nəsihət olunmalıdır. Əbu Dərda (həyat yoldaşı) Ummu Dərdaya (Allah onlardan razı olsun) belə deyir: “Mən qəzəbləndikdə, məni razı sal, sən qəzəbləndikdə isə mən səni razı salım. Əgər biz bu cür olmasaq, necə də tez ayrıla bilərik!” (“Ravdatul-Uqaləə” əsəri, səh, 72). Ailə haqlarını yerinə yetirməmək dünyada müsibət və bəlalara, Axirətdə isə Cəhənnəm əzabına səbəb ola bilər. Çünki bu Uca Allaha və Peyğəmbərə (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) asi olmaqdır. Uca Allah bu haqda buyurur: “. Qoy onun əmrinə qarşı çıxanlar başlarına bir bəla gəlməsindən, yaxud özlərinə ağrılı-acılı bir əzab üz verməsindən qorxsunlar”. (ən-Nur, 63). Əgər ər böyük günahlara yol verirsə, zina edir və içki içirsə, ona dünya və Axirətdə əzaba düçar olacağını nəsihət etmək lazımdır. Daha ətraflı:
Həmçinin, kişi qadının haqqına girdiyinə görə qul haqqı kimi böyük günahla yüklənmiş olur. Qul haqqını isə Uca Allah heç kimə, hətta şəhidlərə bağışlamır. Qul haqqı yalnız həmin adam öz haqqını halal etdikdən sonra bağışlana bilər. Daha ətraflı: Qul haqqı barədə
3. Qadının dini öyrənib ona əməl etməsi və əxlaqlı olması; Bu onun dualarının qəbul olmasına səbəbdir və ola bilsin ki, kişi onun əxlaqını gördükdə utansın, həya etsin, çəkinsin. Uca Allah buyurur: “İnsanları Rəbbinin yoluna hikmətlə, gözəl öyüd-nəsihətlə dəvət et və onlarla ən gözəl tərzdə mübahisə et”. (ən-Nəhl, 125).
4. Ər üçün bəzənmək, gülərüzlü olmaq, acıdil olmamaq; Səbəblərdən biri də ola bilər ki, qadın əri üçün kifayət qədər bəzənmir, gülərüzlü olmur və s. Bu da ərin qadınla pis davranmasına səbəb olur və başqa qadınlara meyl etməsinə gətirirb çıxarır.
5. Ərə itaət etməyi Cənnəti qazanmaq üçün vasitə kimi görmək; Peyğəmbər (salləllahu aleyhi və səlləm) buyurmuşdur: “Qadın beş vaxt namazını qılarsa, Ramazan orucunu tutarsa, özünü haramdan qoruyarsa və ərinə itaət edərsə, Qiyamət günü ona: “Cənnətin hansı qapısından istəyirsənsə, ora daxil ol”- deyilər. “. (İmam Əhməd, 1661).
6. Səbirli olmaq və nemətcə özündən aşağı olanlara baxmaq; Hər bir halda istənilən bir müsibət bu dünyanın sınağıdır. Allahın sınaqlarına isə səibrli olmaq və dua etmək lazımdır. Uca Allah buyurur: “Səbir etmək və namaz qılmaqla Allahdan kömək diləyin!” (əl-Bəqərə, 45). Daha ətraflı:
7. Əgər cadu əlamətləri varsa və kiminsə sizə cadu etdiyini ehtimal edirsinizsə, o zaman evdə Quran səsləndirin, ibadətlərinizdə davamlı olun və cadudan qorunmaq üçün şəriətdə buyurulmuş vasitələrdən istifadə edin. Daha ətraflı: Cadudan necə qorunmaq olar?
8. Ərlə arvad arasında münaqişə böyüdükdə, hər iki tərəfdən ağsaqqallar yığışaraq onlara nəsihət edir və vəziyyəti düzətməyə çalışırlar. Əgər bu da fayda verməsə, qadın boşanma haqda düşünə bilər. Amma bunu ətraflı götür-qoy etməli və böyüklərlə məsləhətləşməlidir, çünki boşanmadan sonra nə edəcəyini düşünməlidir. Nəzərə almaq lazımdır ki, indiki dövrdə bir çox qadınlar ailə qurmaqda çətinlik çəkirlər. Ona görə boşanan qadın hətta ata evində olsa belə bir müddətdən sonra çətinlik çəkməyə və məzəmmət olunmağa başlayır.
Milli.Az
Ərlərini aldadan qadınlardan inanılmaz etiraflar
“KadınMag”-a ərlərini aldadan qadınların etdikləri etiraflar hər kəsi təəccübləndirib. Bu qadınların bəziləri yenicə ailə qurmuş, bəziləri isə illərlə ailəli olan xanımlardır.
Bəs bu qadınlar həyat yoldaşlarını niyə və necə aldadırlar?
Mehtap, 38 yaş – evdar qadın
Həyat yoldaşım məndən yaşca böyükdür. Əvvəllər onu sevdiyimi zənn edirdim. Mən onu tanıyanda o, öz kafesində işləyən kassirin qızı ilə sevgili idi. O, qız yaşca məndən kiçik idi. Mən də o zaman həmin kafedə işləyirdim. O qızla olan münasibəini gizlədirdi. Daha sonra bizim münasibətlərimiz başladı. Düşünürəm ki, bir qadın qısqanclığı səbəbindən onu özümə bağlamaq üçün çox cəhd etdim və biz evləndik. Sonra bir gün keçmiş sevgilimlə rastlaşdım. Həm çox yaraşıqlı, həm də cavan idi. Ərim isə yaşlanmışdı. Artıq intim həyatımız demək olar ki, yox idi.
Yeliz, 35 yaş – Müştəri Təmsilçisi
Bir keçmiş dostum Səməd bacıma facebookdan mesaj yazmışdı. Mənim facebookum yox idi. O, nömrəsini də yazmışdı. Mən sadəcə maraq üçün ona zəng etdim. Günortalar getdiyimiz bir park varidi. O, park iş yerimə yaxın idi. Orada görüşməyə qərar verdik. Onu illər əvvəl görmüşdüm. O, da evlənmişdi və bir oğlu da vardı. Sonra səhərlər maşını ilə məni işə aparmağa başladı. Hətta o qədər irəli getdi ki, bir gün uşağını da yanıma gətirdi. Uşaq balaca idi, təzəcə dil açmışdı. O, həyat yoldaşını sevmirdi. Mən isə onu sevirdim. O zamanlar onunla birlikdə olmamışdıq. Mən bakirə idim. Onu sevir və onunla birlikdə olmaq istəyirdim. Sonra bir gün onun yoldaşı ailəsinin yanına istirahətə getdi. Səməd məni evinə dəvət etdi və biz birlikdə olduq. Mən sonradan buna çox peşman oldum. O dayanmadan mənə zəng edirdi. Bir müddət sonra isə zənglər kəsildi. Bəzən buna görə vicdan əzabı çəkirəm, amma ərimə etiraf etməyim mümkün deyil.
Sevgi, 45 yaş – Televizya işçisi
Böyük şirkətdə şləyirəm. Gökhan da mənim işçilərimdən biridir. Yaşca məndən çox kiçikdir. Mən də yaşıma görə gözəl bir qadınam. Tez-tez birlikdə şəhər kənarına gedirik. Mən evliyəm və 2 uşağım var. Onun mənə qarşı marağı olduğunu hiss etmişdim , amma bundan əmin deyildim. Bir gün iş üçün İzmirə getdik. Əslində tək deyil, qrupla getmişdik. İşlərimizi bitirib restoranların birinə getdik. İçkinin təsirindən öpüşməyə başladıq. Çox gözəl öpüşürdü. Sonra münasibətlərimiz yarandı və hələ də davam etməkdədir. Əvvəllər iş yerində birlikdə qəhvə içməyimiz çox diqqət çəksə də, indi daha diqqətliyik. Ərimlə də tanışdırlar. Düşünürəm ki, onun yaşına görə ərim onunla bir əlaqəm ola biləcəyini ağlına belə gətirmir.
Yağmur, 36 yaş– Memar
Əli ilə təsadüfən internetdə tanış olduq. O da, mən də evli idik. Sonra görüşdük. Hər şey anidən oldu və biz aşiq olduq. Bir-birimizdən imtina edə bilmirik. Ara-sıra qısqanclıq problemlərimiz olur. İkimizin də uşaqlarımız var. Uşaqlar bir qədər böyüsün , ayrılıb birlikdə yaşamaq istəyirik. Kimsə başa düşməsə də, bir-birimizi çox sevirik.
Sevim, 58 yaş – Evdar xanımı
İllər öncə çox sevib və ciddi mübarizə apararaq evlənmişik. Yoldaşımın dostu Kamal bizə tez-tez gəlirdi. Hətta davamlı olaraq onlara içki süfrəsi açırdım. Çox yaxın dost idilər. Həyat yoldaşımla aramızda problemlər başlamışdı. Kamal çox yaraşıqlı idi. Bəzən onu düşünürdüm. Ancaq onun mənə baxa biləcəyini düşünə bilmirdim. Bəzən zarafatlaşırdıq. Hətta onlara qoşulub rakı da içirdim. Daha sonra Kamalın baxışlarında dəyişiklik olduğunu hiss etdim. Bu xoşuma gəlməyə başlamışdı. Mən də ona baxmağa başladım. Bir gün ərim evdə olmayanda o, bizə gəldi. Heç danışmadan sevişməyə başladıq. Mən yoldaşımdan ayrıldım. Kamal mənə ev tutdu. Bu münasibət illərıə davam etdi. Mənə ev də aldı. Artıq çox yaşlanmışdı. Bu şəkildə münasibətlərimiz bitdi. Yəni nə az, nə çox 20 il birlikdə olduq. Heç peşman deyiləm.
Ayşen, 40 yaş– İdarə rəhbəri
Mənim həyat yoldaşımı aldatma səbəbim tamamilə intim həyatımızla bağlıdır. Bəlkə də bu bir xəstəlikdir, bilmirəm. Daima qısa müddətli sevgi münasibətlərim olur. Heç vaxt uzun müddətli bir sevgi münasibətim olmayıb. Əgər münasibət davam etməyə başlayırsa, mən onu bitirirəm.
Sənəm, 28 yaş – Əmlakçı
Ərimi ilk dəfə aldanda peşman olmuşdum. Sonra buna alışdım. Ərim intim həyatda çox düzgün insandır, mən isə rəngarəng qadınam. Bundan savayı onun bir qüsuru yoxdur, əslində çox yaxşı adamdı. Rahatlığı onun yanında, seksi başqa bir insanda tapıram.
Filiz, 41 yaş – Mühasib
Ərim çox ciddi və sıxıcı bir insandır. Maddi durumu çox yaxşıdır. Vaxtaşırı internetdən tanışlar tapıram. Tapmaq çox çətin deyil. Düşünürəm ki, erkən yaşda ailə quran hər kəs bu vəziyyətdədir. Eyni ilə mənim kimi.
Ünzilə, 39 yaş – Jurnalist
19 yaşında ailə qurmuşam. O zaman heç ailəmə qulaq asmadım. Aramızda ciddi problemlər yarandı. Hərdən fikirləşirəm ki, mən bu adamla necə evlənmişəm. Əkiz övladlarımız var və bu da əlimi, qolumu bağlayır. Həyat yoldaşının çox yaxşı adam olması yetərli deyil. Mən də bəzən xoşbəxtliyi kənarda axtarıram. Qısa müddətli münasibətlərim olur.
Comments are closed, but trackbacks and pingbacks are open.