Geylər onlardan qat-qat şərəflidirlər” – Müğənnidən Akif İslamzadəyə cavab
* Tələb olunan sənədlər:
Geylər necə yatırlar
Bu dəfə təqdim etdiyimiz mövzu Azərbaycan Respublikasına gələn əcnəbi vətəndaşların müvəqqəti qeydiyyatı ilə bağlıdır.
Femida.az Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinə istinadən xəbər verir ki, Azərbaycan Respublikasında 15 gündən artıq müvəqqəti olan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər olduğu yer üzrə qeydiyyata alınmalıdır.
Bu barədə ölkəyə daxil olan əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə dövlət sərhədinin buraxılış məntəqələrində Azərbaycan, rus və ingilis dillərində olan müvafiq bildiriş verilir.Bu isə xarici ölkə vətəndaşlarının məlumatlı olmaları üçündür.
Əcnəbi vətəndaşlar Azərbaycan Respublikası ərazisində müvəqqəti qeydiyyata düşmələri üçün nə etməlidir?
– Bunun üçün əcnəbinin və ya vətəndaşlığı olmayan şəxsin qaldığı yerin (mehmanxana, sanatoriya, istirahət evi, pansionat, kempinq, turist bazası, xəstəxana və ya digər belə ictimai yerlər) müdiriyyəti və ya mənzilin, digər yaşayış sahəsinin sahibi (bundan sonra – “qəbul edən tərəf”) əcnəbinin və ya vətəndaşlığı olmayan şəxsin ölkəyə gəldiyi vaxtdan 15 gün ərzində həmin şəxsin olduğu yer üzrə qeydiyyata alınması haqqında ərizə-anketi və onun pasportunun (digər sərhədkeçmə sənədinin) surətini müvafiq icra hakimiyyəti orqanının internet informasiya ehtiyatı, elektron poçt vasitəsi ilə və ya şəxsən müvafiq icra hakimiyyəti orqanına təqdim etməlidir.
Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər də olduğu yer üzrə qeydiyyata alınmaları üçün bu Məcəllənin 21.2-ci maddəsində müəyyən olunmuş qaydada müraciət edə bilərlər.
Ərizə daxil olduqdan sonra müvafiq icra hakimiyyəti orqanı dərhal əcnəbi və ya vətəndaşlığı olmayan şəxs barədə məlumatları Vahid Miqrasiya Məlumat Sisteminə daxil etməklə onları olduğu yer üzrə qeydiyyata alır və bu barədə 1 iş günü ərzində müraciət edən şəxsə məlumat verir.
Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər aşağıdakı müddətlərə qeydiyyata alınırlar:
– viza əsasında gələnlər – vizada göstərilən qalma müddətinə;
– viza tələb olunmayan qaydada gələnlər – 90 gün müddətinə.
– BMT-nin Qaçqınlar üzrə Ali komissarının Azərbaycan Respublikasındakı nümayəndəliyi tərəfindən himayəyə götürülmüş əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin himayə müddətinə olduğu yer üzrə qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən Nümayəndəliyin məlumatları əsasında aparılır.
Müvəqqəti qeydiyyat üçün dövlət rüsümü mövcuddurmu?
Miqrasiya Məcəlləsində qeyd olunur ki,əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin olduğu yer üzrə qeydiyyata alınması üçün dövlət rüsumu ödənilmir.
Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər olduğu yerdən getdikdə, qəbul edən tərəf və ya şəxs özü bu barədə müvafiq icra hakimiyyəti orqanına məlumat verir və bu məlumat əsasında onlar olduğu yer üzrə qeydiyyatdan çıxarılırlar. Qeydiyyat müddəti başa çatdıqda, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər qeydiyyatdan çıxarılmış hesab edilirlər.
Əcnəbi və ya vətəndaşlığı olmayan şəxs olduğu yeri dəyişdikdə, o, bu Məcəllənin 21.2–21.5-ci maddələrində nəzərdə tutulmuş qaydada yeni olduğu yer üzrə qeydiyyata alınmalıdır. Əcnəbi və ya vətəndaşlığı olmayan şəxs qeydiyyata alındığı mənzilin (yaşayış sahəsinin) sahibinə məxsus digər mənzildə (yaşayış sahəsində) müvəqqəti qaldıqda, onun olduğu yer üzrə yenidən qeydiyyata alınması tələb olunmur.
Ölkəyə gələn əcnəbi müvəqqəti qeydiyyatı hansı yollala həyata keçirə bilər?
Dövlət Miqrasiya Xidmətinin rəsmi saytında bununla bağlı vətəndaşlar üçün asan izah bölümü qeyd olunub.Qeydiyyat üçün əcnəbilər 15 gün ərzində elektron qaydada Dövlət Miqrasiya Xidmətinin rəsmi saytının elektron xidmətləri , elektron hökumət portalı və elektron poçt ([email protected] ) vasitəsilə və ya şəxsən regional miqrasiya idarələrinə , yaxud “ASAN xidmət” mərkəzlərinə müraciət edilməlidir.
* Tələb olunan sənədlər:
– ərizə anket;
– əcnəbinin pasportunun (digər sərhədkeçmə sənədinin) surəti (viza səhifəsi və ölkəyə son girişi göstərilmiş səhifələr daxil olmaqla).
* Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin olduğu yer üzrə qeydiyyata alınması üçün dövlət rüsumu ödənilmir.
Rəsmi məlumata görə,iyul ayında Dövlət Miqrasiya Xidmətinə (DMX) müraciət etmiş əcnəbi və vətəndaşlığı olmayan şəxslərdən 3406-na müvəqqəti yaşama, 358-nə daimi yaşama (müddətin uzadılması) ilə bağlı icazə vəsiqələri verilib, 47-nin isə ölkədə müvəqqəti olma müddəti uzadılıb.
Bundan başqa DMX tərəfindən ay ərzində 705 əcnəbiyə ölkədə haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmaları üçün iş icazələri verilib.
Qeyd edək ki, iyulda DMX tərəfindən ümumilikdə müvəqqəti və daimi yaşama, həmçinin iş icazəsinin verilməsi, o cümlədən müvəqqəti olma müddətinin uzadılması ilə bağlı 4516 qərar qəbul olunub.
Avqust ayında əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin olduğu yer üzrə qeydiyyatı ilə bağlı Dövlət Miqrasiya Xidmətinə (DMX) 91 min 626 müraciət qeydə alınıb.
Ay ərzində DMX-yə əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən ölkədə müvəqqəti olma müddətinin uzadılması, müvəqqəti və daimi yaşamaq üçün icazələrin alınması, vətəndaşlığa qəbul, bərpa, vətəndaşlıqdan çıxma, eləcə də vətəndaşlıq mənsubiyyətinin və qaçqın statusunun müəyyənləşdirilməsi, əmək fəaliyyətinin həyata keçirilməsi üçün iş icazələrinin alınması və mövcud iş icazələrinin müddətlərinin uzadılması üçün isə 7 min 327 müraciət daxil olub. Müraciətlərin hər biri ayrı-ayrılıqda Azərbaycan qanunvericiliyinin tələblərinə uyğun araşdırılıb və müvafiq qərarlar qəbul olunub.
DMX avqustda ölkə ərazisində keçirilən tədbirlər və aparılan araşdırmalar nəticəsində əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən respublikamızın miqrasiya sahəsində, o cümlədən inzibati qanunvericiliyin tələblərinin pozulması ilə əlaqədar 2043 qərar qəbul edib.
Qərarlardan 1236-sı İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrinin tələblərinin pozulmasına görə ölkə hüdudlarından kənara inzibati qaydada çıxarılmamaqla inzibati cərimə tətbiq edilməklə bağlı olub. Onlardan 1078-i ölkəni tərk etmə, 158-i ölkə ərazisində yaşamalarını qanuniləşdirmə barədədir.
Ölkə ərazisinə girişinə məhdudiyyət qoyulma ilə bağlı qəbul edilmiş 778 qərardan 146-sı İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrinin tələblərini pozmasına görə respublikanın hüdudlarından kənara inzibati qaydada çıxarılmaqla inzibati cərimə tətbiq olunma, 632-si isə Miqrasiya Məcəlləsinin müvafiq maddələrinin tələblərinin pozulması ilə əlaqədar olub.
16 qərar müvəqqəti və daimi yaşamaq üçün sənədin yeni sənədlə əvəz olunması, 7-si əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə yaşayış sahəsi vermiş Azərbaycan vətəndaşları və ya respublikamızda yaşayan əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər tərəfindən Miqrasiya Məcəlləsi ilə müəyyən edilmiş qaydada onların vaxtında olduğu yer üzrə qeydiyyata alınması və qeydiyyatdan çıxarılması üçün tədbirlərin görülməməsi ilə bağlıdır. Qanunvericiliyin digər müddəalarının tələblərinin pozulması ilə bağlı isə 6 qərar qəbul edilib.
Ölkəmizdə miqrasiya proseslərinə dövlət nəzarətinin gücləndirilməsi, o cümlədən qanunsuz miqrasiyanın qarşısının alınması məqsədilə DMX tərəfindən həyata keçirilən tədbirlər davam etdirilir.
“Geylər onlardan qat-qat şərəflidirlər” – Müğənnidən Akif İslamzadəyə cavab
Xəbər verdiyimiz kimi, bu gün müğənni Akif İslamzadə açıqlamasında qadınlar haqda sərt fikirlər səsləndirib. Sənətçi deyib ki, qadınlarla kişilər heç vaxt bərabərhüquqlu ola bilməz: “Fikir verin, bütün dünya matriarxat (ana xaqanlığı) olub. Ümumiyyətlə, bu cəmiyyət inkişaf edə bilməz. Qadınların elmləri ibtidai sinifdən o tərəfə keçmir. Bəli, ibtidai sinif müəllimləri ola bilərlər. İstisnalar ola bilər. Tarixdə böyük işlər görən qadınlar var. Peyğəmbərimizin meracında da cənnəti, cəhənnəmi göstəriblər. Cəhənnəmdə olanların əksəriyyəti qadınlardır”.
Əməkdar artist Elza Seyidcahan “Yeni Sabah”a açıqlamasında A. İslamzadənin fikirlərinin bir qismi ilə razılaşdığını bildirib:
“Əslində Akif İslamzadənin fikirləri ilə razıyam. Dünya yaranandan Həvva Adəmi yoldan çıxardıb. Kişilər qadınların əlində acizdirlər. Allah da alma məsələsindən sonra Adəmə deyib ki, sənin başın ömür boyu qadınların əlindən bəla çəkəcək. Akif müəllimin sözündə həqiqət var”.
Xanım ifaçı qadınların liderlik xüsusiyyətlərindən də söhbət açıb:
“Elə qadınlar var ki, onlar dünyada lider olmaq üçün seçiliblər. Amma lider o qadın deyil ki, mütləq cəmiyyət arasında olsun. Elə qadınlar var ki, onlar liderdirlər, ev xanımıdırlar, həyat yoldaşlarının qulluğunda dururlar. Dahi həyat yoldaşlarının, dahi övladlarının qulluğunda dururlar. Bəzi analar var ki, onlar cəmiyyət arasına qaçmaqla dahiləri itirirlər. Çox gənclər var ki, narkoman olub çöllərə düşüblər, kişilər əyyaşlığa qurşanırlar. Çünki qadınlar onları qorumurlar, xanımları onları əsəbiləşdirirlər, onlara xidmət etmirlər, onlar evdə liderliklərini etmirlər.
Bu gün bəzi qadınlar bütün günü salonlardadırlar. Orasını-burasını şişirtsinlər, qaşlarını dartırsınlar, saçlartını rənglətdirsinlər. Onların xəbərləri yoxdur ki, qayğılarını övladlarına, ərinə versələr, onda dünyanın ən zəngin qadınları olacaqlar və tarixi qadın olacaqlar.
Akif İslamzadənin sözündə həqiqətlər var, onun sözünü qəribçiliyə salmayaq. Mən onu başa düşürəm. Əlbəttə ki, şeytan gələndə ağzı dişli, buynuzlu gəlmir, şeytan gələndə bəzənir gəlir. Bəzi işlərin də başında şeytanabənzər qadınlar durur. Düzdür, kişilərin də içində şeytan var elə. Son zamanlar bəzi kişilər də pullu qadınlar axtarırlar. Öz istedadlarını görmürlər, Allah onları kişi yaradıb, hər bir insana Allah istedad verib. Əgər zəhmət çəksələr, bəhrəsini mütləq görəcəklər.
Bəzi kişilər isə qadınlaşmış kişilər axtarırlar ki, onlara baxsın, paltar alsın. Onlarla sevgili olurlar. Bu, dünyanın axırı deməkdir. Mən geyləri qınamıram, geylərlə yaşayan kişiləri qınayıram. Utanmırlar, ölmürlər gedib işləmirlər, geylərdən istifadə edirlər. Mənim üçün geylər onlardan qat-qat şərəflidirlər. Akif İslamzadəyə deyin ki, cəhənnəmdə yananlar geylərlə yaşayan kişilər olacaq. Od püskürüləcək onlara, çünki istifadə edirlər. Onların arasında mənim dostum da var, onlara hörmət də edirəm. Amma bu faktdır.
Lut dövründə dünya niyə dağıldı? Səhvlərimiz var, o üzdən. Mən arzu edirəm ki, bütün o yolunu azmış, şeytani dostlar var. Onlar evlənsinlər, onların övladları olsun. Necə ki, Allah onları kişi yaradıb, onlar ailələrinə elə kişilik etsinlər. Yollarını azıblarsa, yenə də yollarına qayıda bilərlər. O demək deyil ki, yollarını azdılarsa, elə orada da qalsınlar. Allah bağışlayandır. Yəni, cəhənnəmdə yanası tək qadınlar deyil, elə kişilərdən də yananlar olacaqlar. Qadınları da o yollara sürükləyən bəzən kişilərdirlər”.
Əsmətxanım
Comments are closed, but trackbacks and pingbacks are open.