Press "Enter" to skip to content

Uşaqlarda böyrək xəstəliklərinin əlamətlərini necə təyin etmək olar

– Körpəni qat-qat geyindirməyin

Uşaqlarda ekzemanı necə müalicə etmək olar?

Uşaqlarda ekzema əsasən yeni doğulandan sonrakı ilk aylarda özünü göstərməyə başlayır. Ailəsində astma, ekzema kimi allergik narahatlığı olan körpələrdə daha çox yaşanır.

Xüsusən də körpələri qat-qat geyindirmək tərləmələrinə səbəb olaraq ekzemaya yol açır.

Körpəlik çağında olan allergik ekzemanın, yəni atopik dermatitin səbəbi tam olaraq bilinmir. Ancaq bəzi qidalar, kimyəvi maddələr, sabunlar, yuyucu tozlar, kosmetik kremlər və yun geyimlər allergiyaya səbəb ola bilər. Ekzema xəstəliyi nadir olsa da genetik amillidir. Ekzema xəstəliyi əsasən uşaq 5 yaşına çatana qədər keçib gedir. Ancaq bəzi körpələrdə ekzemanın yenə təkrarlandığı da görülüb.

Ekzema körpələrdə ilk olaraq yanaqlarda başlayır. Daha sonra bədənin digər bölgələrinə də yayıla bilər. Dəridə qızartı, qabıqlanma və tökülmələr baş verir. Ayaqlar, qollar, bel, alın, yanaq, qulaq arxalarında daha çox yayılır.

Dəridə yaranan bu sızanaqlar da zamanla qanamağa başlayır.

Bu körpələrdə şiddətli qaşınma və yanma görülür. Sızanaqları qaşıyarkən infeksiya riski yarana bilər.

Uşağın qidalanması da ekzemaya yola aça bilər. Deyilənə görə, ana südü ilə qidalanan körpələrdə ekzemaya az rastlanır. İnək südü ilə qidalananlar isə daha çox risk altındadır. Çünki inək südü içən körpələrdə allergik reaksiya daha tez formalaşır.

Müalicə edilməsə…

Müntəzəm dəri baxımı çox vacibdir. Duşdan sonra ekzema olan yerlərə qoxusu olmayan, körpənin dərisinə uyğun kremlər vurun. Qaşınan yerləri ilıq su ilə yuyun. Ekzemanın müalicəsi üçün antibiotik və ultrabənövşəyi şüa müalicəsi uyğundur.

Allergik qidaları nəzərə alaraq xüsusi pəhriz proqramı da təyin edilir. Ekzema müalicə edilməzsə, körpənin dərisində qalınlaşma və çatlar ola bilər.

Uşaqları ekzemadan qorumaq üçün ev şəraitində bunları edə bilərsiz:

– Pambıq geyimlər geydirin

– Geyimlər çox sıxmamalı və geyindirilmədən əvvəl yuyulmalıdır

– Körpəni qat-qat geyindirməyin

– Əl, ayaq və genetik bölgə istisna olmaqla bədənin digər bölgələrini

adi su ilə yuyun. Sabunun tez-tez istifadəsinə ehtiyac yoxdur.

– Tərkibində ətir olan yuyucu tozları istifadə etməyin.

Uşaqlarda böyrək xəstəliklərinin əlamətlərini necə təyin etmək olar?

Böyrək xəstəliklərinin diaqnozu nə qədər tez qoyularsa, bir o qədər də yaxşı olar. Bu əlamətləri böyük adamlar asanlıqla ifadə edirlər, amma azyaşlı uşaqların böyrəklərində patologiya olanda onlar öz fikirlərini izah etməkdə çətinlik çəkirlər. Aşağıdakı əlamətlərlə böyrəklərdə baş verən patologiyaların diaqnozunun vaxtında qoyulmasına və müalicə edilməsinə nail olmaq olar.
Bel ağrıları

Bel hissədə diskomfort hissinin olması, ağrı və böyrək nahiyəsinin üşüməsi böyrək xəstəliklərinin əlamətidir. Ağrı birtərəfli və ikitərəfli ola bilir. Əksər xəstələrdə sidiyəçıxma zamanı da diskomfort hissi baş verə bilir.
Sidikdə dəyişikliyin olması
Böyrək xəstəliklərinin əsas əlamətləerindən biri də sidikdə dəyişikliyin olmasıdır. Dəyişikliklər özünü sidiyin rəngində, miqdarında, iyində bildirir. Sidikdə baş verən dəyişikliklər böyrək xəstəliklərinin əsas əlaməti sayılır. Ən təhlükəli əlamət isə sidikdə qanın olmasıdır.
Şişkinlik
Böyrək zədələndiyi zaman sidiyin hamısını orqanizmdən xaric edib çıxara bilmir. Bu zaman artıq maye toxumalarda yığılır və şişkinlik əmələ gəlir. Böyrək xəstəlikləri zamanı ən çox xəstələrin üz hissəsi şişir.
Dəri problemləri
Böyrək öz funksiyasını normalı yerinə yetirməsikdə dəridə yüngül səpgilər və qaşıma meydana çıxır.Böyrək xəstələrinin dəriləri quru olur.
Oksigen azlığı
Böyrəklərin həyat əhəmiyyətli funksiyalarından biri də eritropoetindir. Böyrək xəstəlikləri zamanı bu funksiya yerinə yetirilmir və eritrositlər əmələ gəlmir və toxumalar oksigenlə yetərincə qidalanmır. Eritrositlərin azalması dəmir defisit anemiyanın inkişaf eləməsinə səbəb olur. Oksigen orqan və toxumalara normal miqdarda çatmadıqda isə xroniki yorğunluq və isti havalarda da üşümə baş verir.

Böyrəklərin sağlamlığını necə qoruyub saxlamaq olar
* toksiki maddələrdən uzaq durmaq
* çoxlu faydalı bitki çayları qəbul eləmək
* fiziki aktivlikdən uzaqlaşmamaq
* balqabaq şirəsi içmək
* siqaret çəkməmək

Comments are closed, but trackbacks and pingbacks are open.