Press "Enter" to skip to content

Sosial mənzillərin SATIŞINA BAŞLANILDI – VİDEO

Əlavə məlumat əldə etmək üçün 142-Çağrı Mərkəzinə müraciət etmək mümkündür.

Nazirlikdən mənzilləri bron edənlərə müraciət

Nazirlikdən BUTA.TV -a verilən məlumata görə, yanvarın 23-də saat 10:00-dan ms.sosial.gov.az portalı üzərindən onlayn satışı başlanan mənzillərdən artıq böyük hissəsi bron edilib.

Nazirlik mənzilləri bron etmiş şəxslərin nəzərinə çatdırır ki:

– bron etdikləri vaxtdan 10 gün ərzində Nazirliyin tabeliyindəki Sosial Xidmətlər Agentliyi tərəfindən onların hər biri ilə fərdi qaydada əlaqə saxlanılacaq və mənzilin alqı-satqı vaxtı və yeri barədə onlara məlumat veriləcək;

– portalda seçdiyi mənzili bron etmiş şəxs tərəfindən həmin mənzilin dəyəri tam ödənilərək notarial qaydada alqı-satqı müqaviləsi imzalanacaq;

– alqı-satqı prosesi bitdikdən sonra mənzil həmin vətəndaşın mülkiyyətinə veriləcək;

– bir mənzili 3 şəxs bron edə bilər, əgər ilk bron etmiş şəxs həmin mənzili almaqdan imtina etdikdə və ya onunla alqı-satqı prosesi baş tutmadıqda, mənzili almaq hüququ onu bron etmiş digər şəxsə keçəcək.

Xatırladaq ki, satışa çıxarılan mənzillər Bakının Ramana, Ümid, Kürdəxanı qəsəbələrində, Abşeron və Samux rayonlarındakı yeni yaşayış binalarında yerləşir. Hər biri çıxarışlı və tam təmirli olan mənzillər istifadə olunmayıb və onları banklara müraciət etməklə ipoteka krediti ilə də almaq olar.

Hər kəs satılan mənzillərdən istədiyi sayda mənzil ala bilər. Mənzillərin portal üzərindən satışı bu il iyulun 1-dək davam edəcək.

Sosial mənzillərin SATIŞINA BAŞLANILDI – VİDEO

Bu gün saat 10:00-dan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Bakının Ramana, Ümid, Kürdəxanı qəsəbələrində, Abşeron və Samux rayonlarındakı yeni yaşayış binalarında olan mənzillərin ms.sosial.gov.az portalı üzərindən onlayn satışına başlanıb.

Bu barədə Milli.Az-a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən xəbər verilib.

Bildirilib ki, bu portal artıq bir müddət əvvəl vətəndaşların istifadəsinə verilib və qeyd olunan mənzillərdən almaq istəyən şəxslərə portala daxil olaraq mənzillərlə tanış olmaq və mənzil seçmək imkanı yaradılıb.

Həmçinin bir neçə gün əvvəl yayımlanmış videotəlimatda (//www.youtube.com/watch?v=FdY-CV9RwIw ) portaldan istifadə etməklə mənzilin onlayn qaydada alınması və satışı qaydası barədə ətraflı məlumat verilir.

Portalda almaq istədiyi mənzili seçən hər kəs onu portaldakı “Bron et” düyməsini sıxaraq bron etməklə ala bilər. (Mənzilləri bron etmək istəyən şəxs bunun üçün ASAN Loginin autentifikasiya vasitələrindən (identifikasiya nömrəsi, SİMA rəqəmsal imza, ASAN imza, SİMA Token (elektron imza), BSXM Elektron imza) birinə malik olmalıdır).

Mənzili ilk bron etmiş şəxs həmin mənzili almaq hüququ qazanır, ondan əlavə 2 şəxsin də həmin mənzili bron etmək imkanı var. Mənzili ilk bron etmiş şəxs həmin mənzili almaqdan imtina etdiyi halda, mənzili almaq hüququ onu bron etmiş digər şəxsə keçir.

Mənzili bron etmiş şəxslə Nazirlik arasında 10 gün müddətində dəyəri tam ödənilməklə mənzilə dair notariat qaydasında təsdiq edilmiş alqı-satqı müqaviləsi bağlanacaq.

Mənzillər tam təmirlidir, istifadə olunmayıb və çıxarışlıdır, onları banklara müraciət etməklə ipoteka krediti ilə də almaq olar. Bir hüquqi və ya fiziki şəxs satılan mənzillərdən istədiyi sayda mənzil ala bilər. Mənzillərin qiyməti müstəqil qiymətləndirici tərəfindən qanunvericiliyə uyğun olaraq müəyyən edilib.

Mənzillərin portal üzərindən satışı 01.07.2023-cü il tarixinədək davam edəcək. Satışdan əldə olunan vəsait ölkəmizin digər bölgələrində şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərin mənzil və fərdi evlə təminatına yönəldiləcək.

Əlavə məlumat əldə etmək üçün 142-Çağrı Mərkəzinə müraciət etmək mümkündür.

Milli.Az

Comments are closed, but trackbacks and pingbacks are open.