Press "Enter" to skip to content

Qadınların həccə getməsi

Haram işləmədən həcc etməyə çalışar. Haram işləmədən həcc edə bilməzsə, vəsiyyət etməsi lazımdır. Belə vəsiyyət edə bilər:

71 yaşlı qadın altı aya 28 kilo atıb CAVANLAŞDI – FOTO

71 yaşlı ABŞ sakini altı aya 28 kiloqram arıqladıqdan sonra artıq çəki ilə mübarizənin sirlərini paylaşıb.

BiG.AZ-ın verdiyi xəbərə görə, bu barədə “Today” yazır.

Belə ki, ABŞ-ın Cənubi Karolina ştatından olan təqaüdçü Meri Karni artıq çəkidən əziyyət çəksə də, hərəkətsiz həyat tərzi sürərək zərərli qidalardan istifadə edib.

Lakin səhhətində də problemlər yarandığı üçün o, 71 yaşında nəhayət həyatını dəyişmək qərarına gəlib və arıqlamağa başlayıb.

Həmin zaman o, məşhur fitnes məşqçisi Otem Kalabreze ilə tanış olub və onun 21 günlük məşq kursuna yazılıb. Kursa güc məşqləri və kardioməşqlərdən əlavə, zərərli vərdişlərdən imtina etmək və düzgün qidalanmaya keçmək daxildir.

Altı aylıq gərgin məşq və sağlam həyat tərzi nəticəsində Karni 28 kilo çəkidən azad olub. Kursun sonunda qadın “planka”da artıq 5 dəqiqəyə yaxın qala bilib.

Hazırda onun 78 yaşı var və sağlam həyat tərzi sayəsində gözəl bədən quruluşunu qoruya bilir. O, yeyilən yeməyin kalorisini nəzarətdə saxlayır, çox hərəkət edir və 6 yaşlı nəvələriylə qaçıb oynamağı sevir.

Karni özünün uğur hekayəsini digər insanlarla bölüşür və onlara hər yaşda arıqlaya biləcəklərini sübut etməyə çalışır. Qadın arıqlamaq istəyən hər kəsə üç məsləhət verib:

1. Motivasiya mənbəyi və irəli getmək üçün öz səbəbinizi tapın.
2. Sizə uyğun olan fərdi məşq planı və qida rasionu seçin.
3. Təslim olmayın!

Qadın hər kəsi aktiv həyat tərzi sürməyə və sağlamlığına diqqət etməyə çağırır.

Maraqlı Baxılıb: 4493 Tarix: 04 sentyabr 2020

Şikayətiniz varsa Whatsapp: 051 7028255

DİGƏR MARAQLI XƏBƏRLƏR

Dərinizi yumşaq və gözəl edən təbii VASİTƏ

Məhsul haqqında BURADAN . Təbii inqredientlərdən və vitaminlərdən ibarət effektiv ağardıcı krem. Serum ilə birlikdə. Biokus Acne Ağardıcı Serum vitaminlər, təbii maddələr ilə zənginləşdirilmişdir. Ən yaxşı ağardıcı müalicə hesab olunur. Bu ağardıcı müalicə formulunun tərkibində olan minerallar, meyv

9 sentyabr 2021

Seyrək saqqaldan bezən bəylər DÍQQƏT! BU ÜSULLA.

Məhsul haqqında. Saqqalınızı yumşaldır, dərini nizamlayır, nəm itkisini tarazlaşdırmaq üçün dərini dəstəkləyir və vitamin və minerallarla zəngindir. Qaşıntı, quru və iltihablanmış dərini rahatladır və sakitləşdirir. Şirin badam ağacının qurudulmuş toxumlarından əldə edilir. Bütün dəri tiplərində xüsusə

8 sentyabr 2021

Artıq çəkidən bezmisiniz? – HƏLL YOLU BURADA

Məhsul haqqında. Ən çox artıq çəkili insanlar həddindən artıq kilolardan qurtulmaq üçün asan yollar axtarışındadır. Kiloqramı atmaq daha çətindir, çünki bunun üçün diyetanızı qorumaq və həyat fəaliyyətini artırmaq lazımdır. Buna görə istehlakçı kütlələri arasında geniş tələbat kütləsinin sürətlə normallaşdırılmasın

Evlərinizin uyğun qiymətə yüksək və keyfiyyətlə təmirini və dizaynı bizə etibar edin!

Mənim ustam sizlərə keyfiyyətli və səliqəli tikinti , təmir və dizayn işləri təklif edir. Bütün işlərimizdə yüksək keyfiyyətli Almaniya, Türkiyə və Ukrayna istehsali olan materiyallardan istifadə olunur. Evinizin tikinti və təmirini tam güvənlə başlanğıcdan sonuna qədər bizə əmanət edə bilərsiniz. Xidmətlərimiz

Ağ saçlardan bezmisiniz?

Məhsul haqqında. Dexe Black Hair Shampoo. Ağ saçları qaraldan şampun. Artıq bəylərimiz də komplekslərindən asanlıqla qurtula bilər. Sizi cavan göstərəcək bu məhsul vasitəsiylə ağ saçlara əlvida deyin. Məhsulu BURADAN SİFARİŞ EDİN. WhatsApp:055 239 54 49

Kökəlmək istəyənlərə TÖVSİYYƏ: Samyun Wan kökəldici

Məhsul haqqında. Sifariş:055 239 54 49. 1 kurs üçün 4 kiloqramdan 8 kiloqrama qədər çəki əldə edəcəksiniz. 100% zəmanətli nəticə. İndoneziyadan 100% orijinal kapsul. İştaha, metabolizmaya və kilo almağa dərhal təsir edir. Əlavə olaraq, bu kapsulaların bir çox faydalı xüsusiyyətləri və istifadə edilməsini

Dexe Hair Shampoo- Saç tökülməyə qarşı və saç bitirən şampun

Məhsul Haqda BURADAN. Dexe – Saç tökülməyə qarşı və saç bitirən şampun. Dexe Hair Shampoo- Saç tökülməyə qarşı və saç bitirən şampunlardan faydalana bilərsiniz. Dexe Hair Shampoo- Saç tökülməyə qarşı və saç bitirən şampunun tərkibindəki bitki ekstraktları sayəsində saç follikullarını möhkəmləndirir

DİQQƏT:Bu üsulla istədiyiniz bədən formasına sahib ola bilərsiniz

Slim N Lift Kişilər Üçün Arıqlama Korseti. Dünyanın ən çox maraq görən arıqlama məhsullarından biri olan Slim N Lift qarın və kürək dəstəkli atleti qapınıza gəlir. Bu xüsusi atlet qarın əzələləriniz bərkiməsini və artıq çəkidən zamanla xilas olmağınızı təmin edir. Məhsul Xüsusiyyətləri:. 1.Bədən formanız

Okeandakı cənnət: Koronavirusun ələ keçirə bilmədiyi ölkə haqqında MARAQLI FAKTLAR

Dekabr ayında koronavirus Çində ilk dəfə göründükdən sonra tədricən demək olar ki, bütün dünyaya yayıldı. Hazırda koronavirusundan təsirlənməyən yalnız bir neçə ölkə var. Artıq bir çox ölkələrdə gündəlik yoluxma və ölüm sayı azalır. Lakin pandemiya dövründə elə ölkələr də oldu ki, orada nə koronavirus

Qadınların həccə getməsi

Sual: Bəziləri, “Şafidə qadınlar başqa qadınlarla həccə gedə bildiyi üçün Hənəfi qadınlar da yanında məhrəm bir kişi olmadan Şafini təqlid edərək həccə gedə bilər” deyirlər. Bir qadın məhrəmsiz həccə gedə bilər?

CAVAB

Bir qadın məhrəmsiz həccə gedə bilməz. Ancaq əbədi məhrəm qohumundan fasiq və mürtəd olmayan ağıllı, yetkin və ya mürahıq (yetkinlik çağına çatmayan lakin yetkinlik yaşında görünən) bir kişi və ya əri ilə birlikdə həccə gedə bilər. Hədisi-şərifdə, “Qadın yanında bir məhrəmi olmadan həccə gedə bilməz” buyuruldu. (Bəzzar)

Hənəfi məzhəbində olan qadınların Şafi məzhəbini təqlid edərək məhrəmsiz həccə getmələri caiz deyildir. Bir Hənəfinin Şafi məzhəbini təqlid etməsi ancaq bir fərzi edərkən və ya haramdan çəkinərkən qarşılaşdığı çətinlikdən qurtulması üçün caiz olur. Caiz olduğu vaxt da təqlid edilən məzhəbin o xüsusdakı bütün şərtlərinə əməl etməsi lazım olur. Həccin hamısını Şafi məzhəbinə görə etmələri lazım olur. Qadının məhrəminin həcc yolunda ölməsi Şafini təqlid etməsi üçün üzr olur.

Kişisiz qadın həccə gedə bilməz. Gedərsə həcci səhih olar isə də haramdır. Kişisi ilə gedəndə də oteldə, təvafda, sayʼda və daş atarkən kişilər arasına qarışması həccin savabını aradan qaldırdığı kimi böyük günaha da girər. Əbədi məhrəm kişisi olmayan qadın qocalanda, görə bilməyəndə və ya sağalmayacaq bir xəstəliyə tutulanda yerinə vəkil göndərər. Daha əvvəl göndərə bilməz.

Sual: Bəziləri, 3 qadının birlikdə həccə gedə biləcəyini söyləyirlər. Dinimizdə belə bir şey varmı?

CAVAB

Dinimizdə belə bir şey yoxdur. “Üç qadın həccə gedər” demək dinimizə ziddir. Qadınlar nə qədər çox olursa olsun Hənəfidə məhrəmsiz həccə gedə bilməz.

Sual: Bir qadın, yeznəsi və ya qaynı ilə uzun yola çıxa bilərmi və həccə gedə bilərmi?

CAVAB

Yeznə və qayın məhrəm qohum olmadığı üçün bunlarla tək qalmaq günah olduğu kimi uzun yola getmək də caiz deyildir. Hədisi-şəriflərdə buyuruldu ki:

“Allaha və axirətə inanan bir qadının atası yaxud oğlu yaxud əri yaxud qardaşı və ya bir məhrəmi olmadan üç günlük və daha çox bir yola getməsi halal olmaz.” [Buxari]

“Qadının əri və ya məhrəmi olmayan müsəlman bir qadının həccə getməsi halal olmaz.” [Tabərani]

Ancaq bir zərurət və ya ehtiyac olanda məsələn, məhrəm şəxs tapa bilməsə, səfərə də çıxmaq lazım olsa, yanında məhrəm kişiləri olan salehə xanımlarla birlikdə getməsi caiz olur. Fasiq qohum yerinə saleh yad tərcih edilir. Saleh şəxs insanın düşməni belə olsa haram işləməkdən qorxduğu üçün malımıza, canımıza, namusumuza zərər verməz. Səfərdə olan bir xanım isə yanında məhrəm qohumu olmasa da ərinin iqamət etdiyi yerə gələ bilər.

Sual: Keçən il bəzi şirkətlər, qadınlar birlikdə olanda çox uzaq yerə də gedə bilər deyərək bizi həccə apardılar. Uyğun oldu?

CAVAB

Xeyr. Peyğəmbər əfəndimiz gedə bilməz buyurur. Səhv etmisiniz, tövbə etməyiniz lazımdır.

Sual: Qadın Almaniyadan Azərbaycana tək gedə bilir, həccə niyə gedə bilməsin?

CAVAB

Bir qadın zərurətsiz 104 kilometrdən uzağa gedə bilməz. Gedən varsa günah işləyir deməkdir. Fəqət aparacaq kimsəsi yoxsa və ya gedəcək vəziyyətdə deyilsə, yəni bir zərurət vəziyyəti varsa, təyyarədə və ya avtobusda saleh kəslər varsa, onlarla səfərə çıxa bilər, fəqət həccə, umrəyə yenə gedə bilməz.

Sual: Dul bir qadının həccə gedə bilməsi üçün bir kişiylə nikahlanması dinimizdə varmı?

CAVAB

Elə bir şey yoxdur. Həccə gedə bilmək üçün biri ilə evlənmək lazım deyildir. Amma mütləq gedəcəm deyirsə, dul xanım boşanma haqqı öz əlində olmaq üzrə nikah edə bilər, müvəqqəti nikah deyil. Normal nikah edə bilər. Gəlincə ərini boşaya bilər. Boşamaq üzrə nikah olmaz. Normal nikah edilir, həcdən gələn kimi istəsə boşanar, istəməsə boşanmaz, özü bilər.

Sual: Dul bir qadın əmisi və ya dayısı ilə nikah edib həccə gedə bilər?

CAVAB

Əmisi, dayısı onun əbədi məhrəm qohumudur, atası kimidir. Birlikdə gedə bilərlər. Əmi ilə dayı ilə evlənilməz. Evlənən kafir olar.

Sual: Anam həccə gedincə, insan sıxlığında haram işləməmək üçün təvaf edə bilməzsə, orada məni vəkil edə bilər?

CAVAB

Vəkil edə bilməz. Haram işləyərək də təvaf etməz. Bir yolunu tapması lazımdır. Tapa bilməzsə mən həcc etmədən ölərsəm yerimə vəkil göndərin, deyə vəsiyyət edər.

Sual: Qoca qadın, qoca və saleh kişi ilə umrəyə də gedə bilər?

CAVAB

Səfərə gedər, umrəyə gedə bilməz.

Sual: Həcdə haram işləmədən həcc edə bilməyən qadın nə edər?

CAVAB

Haram işləmədən həcc etməyə çalışar. Haram işləmədən həcc edə bilməzsə, vəsiyyət etməsi lazımdır. Belə vəsiyyət edə bilər:

“Ölənə qədər həccə gedə bilməsəm, yerimə vəkil göndərin.” [Ukud-üd-dürriyyə]

Sual: Xanımın nisab miqdarı bilərziyi var. Həccə getməsi fərzdir?

CAVAB

Pulu olması kafi deyildir. Həccə aparıb gətirəcək məhrəminin olması da şərtdir.

Sual: Qadınlar ehrama girdikləri paltarı ehramdan çıxana qədər çıxarmamaları lazımdır, məsələn, oteldə ikən başları açıq qala bilərlər?

CAVAB

Sual: Müəyyən halı üzündən ziyarət təvafını edə bilməyən qadın nə edər?

CAVAB

Təmizləndikdən sonra edər.

Sual: Hayzlı və nifaslı qadın təvafı, say’ı təmizlənəndə, ömrünün sonuna qədər ilin hər hansı bir ayında edə bilər?

CAVAB

Bəli. Fəqət gecikdirməməsi lazımdır.

Sual: Həcc səfərində qadınların kişilərin yanında dəstəmaz almaları uyğundur?

CAVAB

Harama əhəmiyyət verməmək çox təhlükəlidir. Başqasının yanında övrət yerini açmadan su ilə istinca (pislikdən təmizlənmə) edə bilməyən kimsə, pislik çox olsa belə, su ilə istincadan imtina edər. Övrət yerini açmaz. Namazı elə qılar. Açarsa haram işlədiyi üçün fasiq olar.

Tənha bir yer tapılanda su ilə istinca edər və namazını iadə edər. Qüsl edəcək kimsə də tənha yer tapa bilməzsə təyəmmüm edər. Çünki bir əmri yerinə yetirmək bir haram işləməsinə səbəb olarsa, haram işləməmək üçün o əmr tərk edilir, yerinə yetirilməz. (Rədd-ül Muxtar)

Sual: Dul bir qadının məhrəmləri yoxdursa həccə məhrəmsiz gedə bilər deyilir. Bir də həcdə təvaf edərkən izdihamdan sıxlıq olur, qadın-kişi bir-birinə toxunsa da zərurət olduğu üçün haram olmaz deyilir. Ayrıca həcdə qadın yad kişilərin yanında qollarını açaraq dəstəmaz ala bilər, nəcasət varsa təmizləyə bilər, həcdə günah olmaz deyirlər. Bunlar doğrudur?

CAVAB

Heç biri doğru deyildir. Çünki haramdan qaçmaq, fərzi etməkdən əvvəl gəlir. Bir hədisi-şərifdə, “Çox az bir günahdan çəkinmək, bütün cin və insanların [nafilə] ibadətləri cəmindən daha yaxşıdır” buyurulur. Hər günah Allahu təalaya üsyan olduğu üçün böyükdür, fəqət bəzisi bəzisinə görə kiçik görünür. Bir kiçik günahı etməmək, bütün cahanın nafilə ibadətlərindən daha savabdır, çünki nafilə ibadət etmək fərz deyildir. Günahlardan çəkinmək isə fərzdir. (Riyad-un-nasıhin) Haramdan çəkinməyin savabı, fərzləri yerinə yetirmək savabından daha çoxdur. Haram işləyərək fərz edilməz. Fərz ilə haram bir araya gəlincə, yəni fərzi işləyərkən haram işləmək məcburiyyəti olanda, haram işləməmək üçün fərz təxir edilir.

Sual: Qadın bir yazar, “Məhrəm kişi qohumu olmadan qadın niyə həccə gedə bilməz ki? Hayzlı ikən nə üçün hərəmi-şərifə girə bilməz və təvaf edə bilməz? Mövlüd əfəndi, üzrlü qadının Kəbəni təvaf edə bilməyəcəyini söyləyir. Tanrı təvaf haqqını tək kişiyə verəcək qədər ədalətsizdir? Deyək ki qadın həcc əsnasında hayzlı oldu, ertəsi il gedincə yenə hayzlı oldu, nə olacaq?” deyir. “Dinin əmrini bildirənlərin hamısının psixoloqa ehtiyacı var” deyir. Buna necə cavab vermək lazımdır?

CAVAB

Əvvəl gündəlik işlərdən örnək verək:

Azərbaycanda səs vermə yaşı 18-dir. Millət vəkili seçilmə yaşı 25-dir. İndi 17 yaşında bir gəncin, “18 yaşındakı gənclər səs verirlər, mən nə üçün səs verə bilmirəm. Bu nə ədalətsizlik” deməyə haqqı varmı? İyirmi yaşındakı bir gəncin də, “25 yaşındakılar millət vəkili namizədi olarkən, mən niyə ola bilmirəm” deməsi görəsən normaldır? Bir vəkilin, “Məni nə üçün həkimlik etmirlər” deməsi, bir həkimin də, “Məni nə üçün vəkil etmirlər. Belə ədalət olmaz” deməsi normaldır? Belə deyənlər psixoloqluq deyildir? Bir çox ölkə pasportu olmayan şəxsi geri göndərir, ölkəsinə qoymur. Pasportsuz bir nəfərin, “Hər kəs gedir, məni niyə qoymurlar? Bu nə ədalətsizlikdir” deməsi əlbəttə səhvdir.

Dinin sahibi də Allahu təaladır. Qaydaları qoyan Odur. Qurani-kərimi göndərən Odur. Qurani-kərimi hədisi-şərifləriylə açıqlayan Onun Peyğəmbəridir.

Ən böyük Peyğəmbəri Muhamməd əleyhissəlam buyurur ki:

“Allahu təalaya və axirət gününə inanan heç bir qadının yanında atası və ya oğlu və ya əri və ya qardaşı və ya bir məhrəmi olmadan üç günlük və daha çox bir səfərə getməsi halal olmaz.”

[Bu hədisi-şərifi böyük hədis alimlərindən İmam Buxari həzrətləri bildirir.]

“Əri və ya məhrəmi olmayan müsəlman bir qadının həccə getməsi halal olmaz.”

[Bu hədisi-şərifi böyük hədis alimlərindən İmam Tabərani həzrətləri bildirir.]

“Qadın yanında bir məhrəmi [nikah düşməyən kişi qohumu] olmadan həccə gedə bilməz.”

[Bu hədisi-şərifi böyük hədis alimlərindən İmam Bəzzar həzrətləri bildirir.]

Qadın yazar bunları bilməyə bilər. Bilmədiyi də meydandadır. Bilmədiyi mövzulardan bəhs etməsi, bilənlərin yanında gülünc vəziyyətə düşməsi ağıllı bir işdirmi? Hayzlı olan qadının namaz qılmaması, oruc tutmaması və təvaf etməməsi Mövlüd əfəndinin düşüncəsi deyildir. Qadının müəyyən üzrlü ikən Hərəmi-şərifə girməməsi də bu və ya o yazarın fikri deyildir. Bunlar Allahın bildirdiyi hökmlərdir. Bunları heç kim dəyişdirə bilməz. Pasportsuz xarici bir ölkəyə gedilə bilmədiyi kimi, təmiz, dəstəmazlı olmayan da Hərəmi-şərifə girə bilməz.

Bu mövzuda Allahın sevgili Peyğəmbəri buyurur ki:

“Hayzlı qadın namaz qıla bilməz.”

[Bu hədisi-şərifi böyük hədis alimlərindən İmam Əbu Davud həzrətləri bildirir.]

“Kəbəni təvaf etmək namaz qılmaq kimidir. Namaz qılarkən dəstəmazlı olmaq lazım olduğu kimi Kəbəni təvaf edərkən də dəstəmazlı olmaq lazımdır.”

[Bu hədisi-şərifi böyük hədis alimlərindən İmam Tirmizi həzrətləri bildirir.]

“Qüslsüz ilə hayzlı və ya nifaslı qadının məscidə, hərəmi-şərifə girməsi halal olmaz.”

[Bu hədisi-şərifi böyük hədis alimlərindən İmam Muhamməd İbni Macə həzrətləri bildirir.]

Qadın təvaf edərkən hayz olarsa ən çox on gün gözləyər. Təmizlənəndə təvaf edər. Ertəsi il gəlməsinə ehtiyac yoxdur. Təlbiyə əsnasında səsini yüksəltməməsi də yenə dinimizin əmridir.

Bilmədən məhrəmsiz gedilərsə

Sual: “Çox yaşlı qadın səfərə gedə bilər” hökmünü səhv anlayıb saleh şəxslərlə həccə getdim. Halbuki Hənəfiyə görə məhrəmsiz getmək caiz deyilmiş. Məhrəmsiz həccə getmə günahından xilas olmak üçün, “Şafi məzhəbinə görə getdim” deyə niyyət etsəm günahdan xilas olaram?

CAVAB

Hənəfi şəxs Şafii məzhəbini təqlid edərək fərz olan həccə də gedə bilməz. Ancaq bilmədən gedilmiş isə, “Şafi məzhəbinə görə getdim” deyə niyyət etsə məhrəmsiz getmə günahından xilas olmuş olar.

Şafidə məhrəmsiz həcc

Sual: Şafii məzhəbində qadınlar məhrəmsiz nafilə həccə və səfərə gedə bilməz?

CAVAB

Bəli, gedə bilməzlər. Yalnız fərz olan həccə qadınlarla birlikdə gedə bilərlər, amma Hənəfilər Şafini təqlid edərək gedə bilməz.

Qadın və həcc

Sual: Bir kişi yanında məhrəmi yoxdursa, zövcəsinin həccə getməsinə mane ola bilər?

CAVAB

Bəli, yanında məhrəmi olmadan gedirsə mane ola bilər, məhrəmi varsa mane ola bilməz. Qadın, ərini dinləməyib məhrəmsiz gedərsə, günah işləmiş olarsa da, həcci tahrimən məkruh olaraq caiz olar. (İbni Abidin)

Qadın yanında əri və ya məhrəmi olmadan səfəri uzaqlıqdakı bir yerdən həccə getməsi tahrimən məkruhdur. Bir qövlə görə də heç caiz deyildir. (Quduri-Mec. Zühdiyə)

Kişi zövcəsinin yanında məhrəmi olsa da umrəyə getməsinə mane ola bilər.

Həccə getmək üçün evlənmək

Sual: Həccə gedib gələcək qədər pulu olub, məhrəmi olmayan qadının həccə aparsın deyə bir kişiylə evlənməsi lazımdır?

CAVAB

Bu barədə İbni Abidin həzrətləri buyurur ki:

Evlənməklə qadının məqsədi hasil olmaz. Evlənəndə kişi zövcəsini həccə aparmaya bilər. Ümumiyyətlə əri qadına tabe olmaz, beləcə qadın zərər görə bilər. Bu baxımdan həccə gedə bilmək üçün bir kişiylə evlənmək lazım deyildir. (Rədd-ül-muxtar)

Comments are closed, but trackbacks and pingbacks are open.