Press "Enter" to skip to content

Bakı Dövlət Universiteti

XVIII əsrin ortalarında Azərbaycanda bir sıra xanlıqlar, o cümlədən Bakı xanlığı yarandı. Ara müharibələri bütün Azərbaycanda olduğu kimi, Bakıda da iqtisadiyyat və mədəniyyətin inkişafına mane olur, əhalinin vəziyyətini son dərəcə ağırlaşdırırdı. XVIII əsrin 2-ci yarısında Bakıda şəhər həyatı və ticarət nisbətən canlandı. Lakin Ağa Məhəmməd Şah Qacarın Azərbcana hücumları iqtisadiyyatın və ticarət əlaqələrinin yenidən tənəzzülə uğramasına səbəb oldu. 1796-cı ilin yazında Rusiya imperatrisası II Yekaterinanın əmri ilə general V.A.Zubovun komandanlıq etdiyi rus qoşunları Azərbaycana yürüş etdi.

Bakı şəhərinin tarixi

Bakının tarixi – Bakı şəhəri Azərbaycan Respublikasının paytaxtıdır. Müxtəlif dövrlərdə Bakı şəhəri Şirvanşahlar dövlətinin, Bakı xanlığının, Bakı quberniyasının, Azərbaycan Demokratik Respublikasının və Azərbaycan Sovet Sosialist Respublikasının mərkəzi olmuşdur.

Adın etimologiyası

Bakı adının mənşəyi haqqında müxtəlif fikirlər vardır. Fars dilində bu adın ilkin forması kimi Baqavan sözündən istifadə edilmişdir. Bu söz Tanrının şəhəri kimi tərcümə olunur.Fars mənbələrində Bakı adının digər bir etimologiyası kimi Bādkube (بادکوبه ) kimi yazılan Küləklər şəhəridir. Bakı şəhərinin eramızın V əsrində yarandığından Badükübə sözünü bu dövrdən etibarən istifadə olunduğu ehtimal olunur.

Müxtəlif dövrlərdə şəhərin adlandırılması

Bakının tarixi – Bakı şəhərinin tarixini əhatə edən dövr. Bakı şəhəri Azərbaycan Respublikasının paytaxtıdır. Müxtəlif dövrlərdə Bakı şəhəri Şirvanşahlar dövlətinin, Bakı xanlığının, Bakı quberniyasının, Azərbaycan Demokratik Respublikasının və Azərbaycan Sovet Sosialist Respublikasının mərkəzi olmuşdur. Fars dilində bu adın ilkin forması kimi Baqavan sözündən istifadə edilmişdir. Bu söz Tanrının şəhəri kimi tərcümə olunur. Fars mənbələrində Bakı adının digər bir etimologiyası kimi Bādkube (بادکوبه ) kimi yazılan Küləklər şəhəridir. Bakı şəhərinin eramızın V əsrində yarandığından Badükübə sözünü bu dövrdən etibarən istifadə olunduğu ehtimal olunur. Müxtəlif dövrlərdə şəhərin adlanırılması[redaktə | əsas redaktə] Əsr və ya ikl Mənbə Bakının adı V – VIII əsrlər Movses Korenatsis Badkube 930 İstəxr Bakuh 943 – 944 Məsudi Bakuh Bakuya 982 Hudud əl Ələm Bakı 985 Müqəddəsi Bakuh XII əsr Xəqani Bakı XIII əsr Yaqut əl-Həməvi Bakuya XIV əsr Fəzlullah Rəşidəddin Bakı XV əsr Əbdürrəşid Bakuvi Bakuya XVI əsr Həsən bəy Rumlu Baku XVIII əsr Övliya Çələbi Bakı Qədim Tarixi Abşeron yarımadası Sovet Sosialist Respublikasının mərkəzi olmuşdur. Mündəricat 1 Adın etimologiyası 1.1 Müxtəlif dövrlərdə şəhərin adlanırılması 2 Qədim Tarixi 3 Orta əsrlər 4 Bakı xanlığı 5 Bakının tarixi şəkilləri 6 Rusiya imperiyası dövrü 7 Şəhərə rəhbərlik etmiş şəxslər 8 İstinadlar 9 Ədəbiyyat Adın etimologiyası Bakı adının mrazisində tapılmış arxeoloji materiallar buranın qədim yaşayış məskəni olduğunu sübut edir. Pirallahı, Zığ gölü ətrafı, Şüvəlan, Mərdəkan, Binəqədi, Əmircan və s. yerlərdə e.ə. III-I minilliklərə aid arxeoloji abidələr tapılmışdır. Bakının salındığı tarix dəqiq məlum deyildir. Bəzi tədqiqatçılar Bakını Qaytara (Qanqara), Albana, Baruka və s. ilə eyniləşdirirlər. Bakıda tapılmış V-VII əsrlərə aid Sasani dəfinəsi o dövrdə buranın yaşayış məntəqəsi olduğundan xəbər verir. V-VI əsr mənbələrində Bakı “Bağavan” və “Atəş-i Baquan”, ərəb mənbələrində (X əsr) “Bakuyə”, “Bakuh”, “Baku”, rus mənbələrində (XV əsr) “Baka”, Səfəvilər dövrü fars dilli mənbələrdə “Badi kubə” adlandırılır. Tarixən Bakı Şərqin iri şəhərlərindən olub. Şəhər iqtisadiyyatında neft və duz istehsalı əsas yer tutub. Ərəb səyyahı Əbu Düləfin (X əsr) məlumatına görə, Bakıdakı iki neft yatağından ildə təqribən 720 min dirhəm gəlir əldə edilirmiş. Feodal münasibətlərin, ticarətin və sənətkarlığın inkişafı şəhərin çiçəklənməsinə şərait yaradıb. Beynəlxalq ticarətin yolayrıcında yerləşən Bakı Şərq və Qərb ölkələri arasındakı ticarət əlaqələrində mühüm rol oynayıb. Bakıya Xəzər, Slavyan, Bizans, Çin, İraq, Suriya, Genuya, Venesiya, İran, Hindistan tacirləri gəlib. Bakıdan İran, İraq və s. ölkələrə neft ixrac olunub.

IX əsrin 2-ci yarısında Abbasilər xilafətinin zəifləməsi və mərkəzi hakimiyyətdən uzaqlaşmaq meyllərinin qüvvətlənməsi Xilafətə tabe ölkələrdə bir sıra müstəqil dövlətlərin yaranmasına səbəb oldu. Belə dövlətlərdən biri də Şirvanşahlar dövləti idi. Bakı X əsrin axırlarında Şirvanın əsas şəhərlərindən birinə çevrildi. Əhali sənətkarlıq, ticarət, bağçılıq, bostançılıq, üzümçülük, baramaçılıq, əkinçilik, neftçıxarma, balıqçılıq və s. ilə məşğul olurdu. Bakı X əsrdən liman şəhəri kimi məşhur idi. XI əsrin sonu, XIII əsrin əvvəllərində Bakı tərəqqi dövrü keçirirdi. 1191-ci ildə Qızıl Arslan Şamaxını tutduqda şirvanşah I Axsitan müvəqqəti olaraq paytaxtı Bakıya köçürmüşdü. Şirvanşahlar şəhərin möhkəmləndirilməsinə xüsusi diqqət verirdilər. XII əsrdə Bakı ikicərgəli qala divari və xəndəklə əhatə olundu. Qız Qalası da şəhərin müdafiə sisteminə daxil idi. 1232-1235 illərdə Bakını dəniz tərəfdən qorumaq məqsədi ilə buxta daxilində möhkəmləndirilmiş qala tikildi. Şirvanşahlar Xəzər dənizində güclü donanma yaratdılar. XIII əsrin 30-cu illərində monqollar Bakıya hucum edib, uzunmüddətli mühasirədən sonra şəhəri aldılar. Bakıda neftçıxarma və ticarət tənəzzülə uğradı. XIV əsrin ortalarına doğru Bakıda ticarət (xüsusilə dəniz ticarəti) yenidən canlandı. Gilan və Şamaxı ipəyinin beynəlxalq ticarətdə əhəmiyyətinin artmasi ilə əlaqadar Bakının iqtisadi mövqeyi möhkəmləndi. XIV əsrdən Bakıdan Qızıl Orda, Moskva knyazlığı, Avropa ölkələri və s. yerlərə müxtəlif mallar, xüsusən ipək, xalça və s. ixrac edilirdi. Bakıdan Həştarxana, Orta Asiyaya və Xəzərin cənub sahillərinə mal daşınırdı. XIV əsrin 2-ci yarısında Bakının iqtisadi və siyasi rolunun artması ilə əlaqədar olaraq Xəzər dənizi bəzən Bakı dənizi də adlandırılırdı (bu, 1375-ci ildə katalan dilində hazırlanmış atlasda göstərilir). Bakıda indiyədək qalan tarixi-memarlıq abidələri – Buxara karvansarası (XIV əsr), Qız Qalası yaxınlığında Multani (hind) karvansarası (XV-XVI əsrlər) və s. Şərq ölkələri ilə geniş ticarət əlaqələrinin mövcudluğundan xəbər verir. Orta əsrlər[redaktə | əsas redaktə] Şirvanşah I Xəlilüllahın dövründə (1417-1462) Bakıda mühüm tikinti işləri aparıldı. Şirvanşahlar saray kompleksi də bu dövrdə tikilmişdir. Bakıda ticarət, sənətkarlıq inkişaf edir, iqtisadi və mədəni həyat yüksəlirdi. XV əsrin 2-ci yarısında Böyük Moskva knyazlığı ilə ticarət daha da genişləndi və diplomatik əlaqələr yaradıldı. 1501-ci ildə Şah İsmayıl Şirvana hücum edərək Bakını aldı. Səfəvi hökmdarı I Təhmasib 1538-ci ildə Bakının da daxil olduğu Şirvanı Səfəvilər dövlətinə birləşdirdi. Səfəvi-Osmanlı müharibələri zamanı 1578-ci ildə Osmanlı ordusu Bakını tutdu. 1607-ci ildə şəhər yenidən Səfəvilərin hakimiyyəti altına keçdi. Mərkəzi hakimiyyətin qüvvətlənməsi, məhsuldar qüvvələrin inkişafını ləngidən feodal çəkişləmələrinə, dağıdıcı müharibələrə son qoyulması XVII əsrin 40-cı illərində şəhərin yüksəlişinə təkan verdi. Səfəvilər dövründə Bakıda mis pullar buraxılırdı. Bakı və Abşeron əhalisinin xeyli hissəsi xalçaçılıqla məşğul olurdu. XVI-XVIII əsrlərdə sənətkarlıq, xüsusilə xalçaçılıq daha da inkişaf etdi. Bakıda toxuculuq da mühüm yer tuturdu. XVII-XVIII əsrlərə aid tarixi abidələr bu dövrdə Bakıda memarlıq, həkkaklıq və s.-nin inkişaf etdiyini göstərir. Bakının zəngin təbii sərvətləri, habelə mühüm hərbi strateji əhəmiyyəti XVIII əsrin əvvəllərindən etibarən Rusiyanın diqqətini cəlb edirdi. Xəzərin cənub-qərb sahillərinə yiyələnməyə çalışan Rusiya çarı I Pyotr xüsusi hərbi dəniz ekspedisiyası yaradır. 1723-cü il iyunun 26-da I Pyotrun qoşunu Bakını işğal edir. Lakin, Rusiya və İran arasında bağlanan Gəncə məqaviləsinə (1735) görə Bakı yenidən İranın hakimiyyəti altına keçdi. Bakı xanlığı

İçəri şəhərin tarixi qala qapıları. XVIII əsrin ortalarında Azərbaycanda bir sıra xanlıqlar, o cümlədən Bakı xanlığı yarandı. Ara müharibələri bütün Azərbaycanda olduğu kimi, Bakıda da iqtisadiyyat və mədəniyyətin inkişafına mane olur, əhalinin vəziyyətini son dərəcə ağırlaşdırırdı. XVIII əsrin 2-ci yarısında Bakıda şəhər həyatı və ticarət nisbətən canlandı. Lakin Ağa Məhəmməd Şah Qacarın Azərbcana hücumları iqtisadiyyatın və ticarət əlaqələrinin yenidən tənəzzülə uğramasına səbəb oldu. 1796-cı ilin yazında Rusiya imperatrisası II Yekaterinanın əmri ilə general V.A.Zubovun komandanlıq etdiyi rus qoşunları Azərbaycana yürüş etdi. İyunun 13-də Bakı alındı. 1797-ci ilin əvvəlində general P.D.Sisyanov Bakının komendantı təyin olundu. II Yekaterinanın ölümündən sonra oğlu I Pavel V.A.Zubovu geri çağırdı. Çar qoşunları 1797-ci ilin martında Bakını tərk etdi. XIX əsrin əvvəlində I Aleksandr Xəzərsahili vilayətləri, ilk növbədə Bakını tutmaq planı ilə xüsusi maraqlanırdı. Rusiya-İran müharibəsi (1804-1813) bu planın həyata keçirilməsini sürətləndirdi. 1805-ci il avqustun 12-də çar qoşunu Bakını mühasirəyə aldı, lakin müvəffəqiyyət qazanmayaraq geri çəkildi. 1806-cı ilin əvvəlində general P.D.Sisyanovun qoşunları yenidən Bakıya yaxınlaşdı. Şəhəri təslim etmək haqqında Bakı xanı Hüseynqulu xanla danışıqlar zamanı general P.D.Sisyanov öldürüldü. 1806-cı il oktyabrın 6-da Bakı Rusiyaya birləşdirildi. 1807-ci ildə Bakıda 500 ev, 300 000 əhali var idi. 1813-cü ildə bağlanmış Gülüstan sülhü ilə Şimali Azərbaycan, o cümlədən Bakının Rusiyaya birləşdirilməsi təsdiq edildi.

Orta əsrlər

Şirvanşah I Xəlilüllahın dövründə (1417-1462) Bakıda mühüm tikinti işləri aparıldı. Şirvanşahlar saray kompleksi də bu dövrdə tikilmişdir. Bakıda ticarət, sənətkarlıq inkişaf edir, iqtisadi və mədəni həyat yüksəlirdi. XV əsrin 2-ci yarısında Böyük Moskva knyazlığı ilə ticarət daha da genişləndi və diplomatik əlaqələr yaradıldı. 1501-ci ildə Şah İsmayıl Şirvana hücum edərək Bakını aldı.

Səfəvi hökmdarı I Təhmasib 1538-ci ildə Bakının da daxil olduğu Şirvanı Səfəvilər dövlətinə birləşdirdi. Səfəvi-Osmanlı müharibələri zamanı 1578-ci ildə Osmanlı ordusu Bakını tutdu. 1607-ci ildə şəhər yenidən Səfəvilərin hakimiyyəti altına keçdi. Mərkəzi hakimiyyətin qüvvətlənməsi, məhsuldar qüvvələrin inkişafını ləngidən feodal çəkişləmələrinə, dağıdıcı müharibələrə son qoyulması XVII əsrin 40-cı illərində şəhərin yüksəlişinə təkan verdi. Səfəvilər dövründə Bakıda mis pullar buraxılırdı. Bakı və Abşeron əhalisinin xeyli hissəsi xalçaçılıqla məşğul olurdu. XVI-XVIII əsrlərdə sənətkarlıq, xüsusilə xalçaçılıq daha da inkişaf etdi. Bakıda toxuculuq da mühüm yer tuturdu. XVII-XVIII əsrlərə aid tarixi abidələr bu dövrdə Bakıda memarlıq, həkkaklıq və s.-nin inkişaf etdiyini göstərir.

Bakının zəngin təbii sərvətləri, habelə mühüm hərbi strateji əhəmiyyəti XVIII əsrin əvvəllərindən etibarən Rusiyanın diqqətini cəlb edirdi. Xəzərin cənub-qərb sahillərinə yiyələnməyə çalışan Rusiya çarı I Pyotr xüsusi hərbi dəniz ekspedisiyası yaradır. 1723-cü il iyunun 26-da I Pyotrun qoşunu Bakını işğal edir. Lakin, Rusiya və İran arasında bağlanan Gəncə məqaviləsinə (1735) görə Bakı yenidən İranın hakimiyyəti altına keçdi.

Bakı xanlığı

İçəri şəhərin tarixi qala qapıları.

XVIII əsrin ortalarında Azərbaycanda bir sıra xanlıqlar, o cümlədən Bakı xanlığı yarandı. Ara müharibələri bütün Azərbaycanda olduğu kimi, Bakıda da iqtisadiyyat və mədəniyyətin inkişafına mane olur, əhalinin vəziyyətini son dərəcə ağırlaşdırırdı. XVIII əsrin 2-ci yarısında Bakıda şəhər həyatı və ticarət nisbətən canlandı. Lakin Ağa Məhəmməd Şah Qacarın Azərbcana hücumları iqtisadiyyatın və ticarət əlaqələrinin yenidən tənəzzülə uğramasına səbəb oldu. 1796-cı ilin yazında Rusiya imperatrisası II Yekaterinanın əmri ilə general V.A.Zubovun komandanlıq etdiyi rus qoşunları Azərbaycana yürüş etdi.

İyunun 13-də Bakı alındı. 1797-ci ilin əvvəlində general P.D.Sisyanov Bakının komendantı təyin olundu. II Yekaterinanın ölümündən sonra oğlu I Pavel V.A.Zubovu geri çağırdı. Çar qoşunları 1797-ci ilin martında Bakını tərk etdi. XIX əsrin əvvəlində I AleksandrXəzərsahili vilayətləri, ilk növbədə Bakını tutmaq planı ilə xüsusi maraqlanırdı. Rusiya-İran müharibəsi (1804-1813) bu planın həyata keçirilməsini sürətləndirdi. 1805-ci il avqustun 12-də çar qoşunu Bakını mühasirəyə aldı, lakin müvəffəqiyyət qazanmayaraq geri çəkildi.

1806-cı ilin əvvəlində general P.D.Sisyanovun qoşunları yenidən Bakıya yaxınlaşdı. Şəhəri təslim etmək haqqında Bakı xanı Hüseynqulu xanla danışıqlar zamanı general P.D.Sisyanov öldürüldü. 1806-cı il oktyabrın 6-da Bakı Rusiyaya birləşdirildi. 1807-ci ildə Bakıda 500 ev, 300 000 əhali var idi. 1813-cü ildə bağlanmış Gülüstan sülhü ilə Şimali Azərbaycan, o cümlədən Bakının Rusiyaya birləşdirilməsi təsdiq edildi.

Bakı Dövlət Universiteti

Bakı Dövlət Universiteti və ya qısaca BDU — Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyində olan ali təhsil müəssisəsi; Azərbaycanın ilk ali təhsil müəssisəsidir.

Tarixi

Yaranma tarixi

Azərbaycan Demokratik Cümhuriyyətinin Parlamentinin 1 sentyabr 1919-cu il tarixli iclasında Bakıda universitetin təsis edilməsi qərarı qəbul edildi və onun nizamnaməsi təsdiq olundu – Avropa və Asiyanın qovşağında yeni bir ali təhsil ocağı yaradıldı. Universitet ilk tədris ilini 2 fakültə ilə – tarix-filologiya, tibb fakültələri və 1094 tələbə ilə başladı. Universitetin ilk rektoru Kazan Universitetinin professoru, məşhur cərrah V.İ.Razumovski olmuşdur.

Universitetin 1920-1930-cu illərdə aparıcı müəllimləri yazıçı Əbdürrəhim bəy Haqverdiyev, tanınmış şərqşünaslar – professor P.K.Jüze, professor A.O.Makovelski, professor A.O.Mişel və digər alimlər olmuşlar. Həmin dövrlərdə universitet rəhbərliyinin dəvəti ilə Bakıya öz ixtisasları üzrə mühazirələr oxumaq üçün N.Y.Marr, V.V.Bartold, Şərq Elmlər Akademiyasının akademiki Fuad bəy Köprülüzadə universiteti ziyarət etmişlər. Məşhur həmyerlimiz, Nobel mükafatı laureatı Lev Landau 1922-1924-cü illərdə bu universitetdə təhsil almışdır.

Təəssüf ki, 1930-cu ildə Xalq Komissarlar Sovetinin qərarı ilə yenidən qurulma (reorqanizasiya) adı ilə universitet ləğv edildi və onun bazasında Ali Pedaqoji İnstitut yaradıldı. Ancaq 1934-cü ildə Dövlət Universiteti yenidən işə başladı və o, yenə də respublikada elmi-pedaqoji fikrin mərkəzinə çevrildi. İkinci dünya müharibəsi illərində professor-müəllimlərin müharibəyə getmələri ilə bağlı kəskin çatışmazlıqlara baxmayaraq, universitet ölkədə öz öncül mövqeyini qoruyub saxlaya bildi. Universitet alimlərinin 1945-ci ildə Azərbaycan Elmlər Akademiyasının təşkil edilməsində xüsusi xidmətləri olmuşdur. Respublikada fəaliyyət göstərən ali təhsil ocaqlarının əksəriyyəti, o cümlədən Azərbaycan Tibb Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universiteti və digərləri məhz Bakı Dövlət Universitetinin bazasında yaradılmışdır.

1969-cu ildən sonrakı illər universitet həyatında bilik və elmin yüksək zirvələrinə doğru yüksəliş illəri sayıla bilər. Bu universitetimizin dünya şöhrətli məzunu Heydər ƏliyevinAzərbaycana rəhbərliyə gəlməsi ilə bağlıdır. Geniş bir tarixi dövrü əhatə edən həmin illərdə yeni müasir ixtisaslar üzrə fakültələr, kafedralar, 30-a qədər elmi-tədqiqat laboratoriyaları fəaliyyətə başladı. Beləliklə, universitetin gələcək inkişafı üçün möhkəm zəmin yaradıldı.

Azərbaycanda tədris müəssisələrinin flaqmanı olan, zəngin tarixi keçmişə malik universitet hazırda tanınmış elm və təhsil mərkəzidir.

Universitet hər zaman Azərbaycanda mütərəqqi fikrin, milli düşüncənin mərkəzi olmuşdur. Burada Azərbaycanın yüzlərlə tanınmış alimləri, ziyalıları, görkəmli diplomatları təhsil almışlar.

Prezident Heydər Əliyevin 13 iyun 2000-ci il tarixli fərmanı ilə universitetə özünüidarə (muxtariyyət) statusu verilmiş və həmin vaxtdan universitet fəaliyyətini öz nizamnaməsinə əsasən həyata keçirir. Bakı Dövlət Universiteti Prezident İlham Əliyevin “Bakı Dövlət Universitetinin və Azərbaycan Dövlət İqtisad Universitetinin yenidən təşkili haqqında” 2017-ci il 21 iyun tarixli sərəncamı ilə Təhsil Nazirliyinin tabeliyində publik hüquqi şəxs statusu alıb. Bu sərəncamın tətbiqi ilə əlaqədar Bakı Dövlət Universitetinin özünüidarə statusu ləğv edilib.

2017-2018-ci il tədris mövsümündə BDU-nun 17 fakültəsində bakalavriat səviyyəsində 65, magistratura səviyyəsində isə 43 ixtisas və 210 ixtisaslaşma üzrə kadr hazırlığı həyata keçirilir və təhsil alan tələbələrin sayı 22 mindən çoxdur.

Universitetin elmi kitabxanası 2,5 milyondan artıq ədəbiyyatı olan fonda malik olmaqla, onun 12 qiraət zalı, 5 abonement şöbəsi müntəzəm olaraq universitetin 15 mindən çox müəllim və tələbəsinin hər gün istifadəsindədir.

Universitet yüksək ixtisaslı kadrlar hazırlamaqla bərabər, həm təbiət, həm də humanitar elm sahələri olmaqla 123 kafedranı, 200-dən çox elmi əməkdaşı olan 37 elmi-tədqiqat və tədris laboratoriyasını, Tətbiqi Riyaziyyat Elmi-Tədqiqat Institutunu və Fizika Problemləri Elmi-Tədqiqat Institutunu özündə birləşdirən, Azərbaycan dili, ədəbiyyatı və tarixinin klassik məsələlərindən tutmuş genetika, nanotexnologiya, nanomaterialların alınmasınadək çox geniş spektrdə mövzuları əhatə edən, elmi araşdırmalar həyata keçirən böyük elmi mərkəzdir.

Universitetin beynəlxalq əlaqələri gündən-günə genişlənir. Hazırda universitet keçmiş SSRİnin bir çox universitetlərini özündə birləşdirən Avroasiya Universitetlər Assosiasiyasının, Xəzəryanı Ölkələr Universitetləri Assosiasiyasının, Qara Dəniz Universitetləri (QDU) Assosiasiyasının, Avropa Universitetləri Assosiasiyasının üzvüdür. Universitet 2002-2004-ci illərdə QDU Assosiasiyasına çox uğurla rəhbərlik etmişdir. Bundan əlavə, universitet M.V.Lomonosov adına Moskva Dövlət Universiteti, Orta Doğu Teknik Universiteti, Nitsa-Sofiya Antipolis Universiteti, İndiana Universiteti, Kiyev Milli Universiteti, Vyana Universiteti və digər universitetlərlə ikitərəfli müqavilələr əsasında hərtərəfli elmi-texniki, müəllim-tələbə mübadiləsi sahəsində əməkdaşlıq edir.

Bakı Dövlət Universitetində 12 ölkədən 400-dən artıq xarici tələbə, magistrant, aspirant, doktorant, stajor təhsil alır.

Universitetdə bakalavr hazırlığı üçün 4 il, magistr hazırlığı üçün 2 il, elmlər namizədi və elmlər doktoru hazırlığı üçün 3-4 il vaxt norması nəzərdə tutulmuşdur. Təhsil ödənişli və ödənişsiz əsaslardadır. Burada əyani və qiyabi şöbələr fəaliyyət göstərir.

Universitetin tərkibində çap avadanlıqları olan nəşriyyat, 6 muzey, 80 elmi-tədqiqat və tədris laboratoriyası, informasiya və tərcümə mərkəzi, idman – sağlamlıq kompleksi, poliklinika fəaliyyət göstərir. Burada həmçinin yataqxana və tələbə şəhərciyi var.

BDU-nun təsis olunması

Bakı Dövlət Universitetinin 1919-cu ildə gerbi

Bakı Dövlət Universiteti 1919-cu il 1 sentyabrda Azərbaycan Xalq Cümhuriyyətinin parlamenti tərəfindən təsis edilmişdir. Ümummilli lider Heydər Əliyev BDU-nun yaradılması kimi mühüm tarixi hadisəyə olduqca obyektiv qiymət verərək demişdir ki, əsrin əvvəlindən bu günə kimi Azərbaycanelminə çıraq tutan universitetimizin yaradılması xalqımızın tarixində ən əlamətdar hadisələrdən biridir. Tarixi haqsızlıq ucbatından uzun müddət müstəqilliyini və dövlətçiliyini itirməyə məcbur olmuş Azərbaycan xalqı milli təhsil sistemini və mənəvi tərbiyə formalarını yaratmaq imkanlarından da məhrum edilmişdi. Yalnız 1918-ci ildə müstəqillik qazanaraq Azərbaycan Xalq Cümhuriyyətini elan edən xalqımız neçə yüz illərdən sonra milli və ictimai tərəqqidə elmin, təhsilin rolunu qiymətləndirmək imkanı qazandı.

Bolşeviklərin və ermənilərin yaratdığı daxili qarışıqlığa və iqtisadi vəziyyətin ağır olmasına baxmayaraq, Azərbaycan Xalq Cümhuriyyəti milli mədəniyyətin, təhsilin, ədəbiyyatın və incəsənətin inkişafına xüsusi önəm vermiş, bu ümdə məsələlərə xü­susi qayğı ilə yanaşmışdır. Bu qayğı demokratik ziyalılarımızın uzun illərdən bəri apardığı gərgin mübarizənin həyati təzahürü idi. Azərbaycan milli hökuməti yarandığı ilk günlərdən həlli mühüm olan bir sıra iqtisadi və siyasi problemlərlə üzləşsə də, xalqın maariflənməsi üçün çox ciddi addımlar atmış, bütün məktəblərdə təhsilin icbari olması və ana dilində aparılması sahəsində konkret tədbirlər həyata keçirmişdir. Bu tədbirlərin içərisində bütün müsəlman Şərqində ilk Avropa tipli ali məktəb kimi fəaliyyətə başlayan, hazırda Azərbaycan Respublikasının aparıcı ali təhsil müəssisəsi olan Bakı Dövlət Universitetinin yaradılması xüsusi yer tutur. Şərq dünyasına respublika məfkurəsini və demokratik idarə üsulunu gətirən Azərbaycan xalqının və dövlətinin həyata keçirdiyi nəhəng tarixi hadisələrdən biri, şübhəsiz, BDU-nun yaradılması olmuşdur. Dövrün ağır və mürəkkəb beynəlxalq şərtlərinə, xarici təhdidlərə, kəskin maliyyə və kadr çatışmazlığına baxmayaraq, milli hökumət ölkədə təhsil və mədəniyyətin inkişafına xüsusi diqqət yetirir, ciddi tədbirlər həyata keçirirdi. Bunun da səbəbini Cümhuriyyət xadimlərinin, demək olar ki, hamısının bir nəfər kimi bu taleyüklü işdə maraqlı olması ilə izah etmək olar. İyirmi üç aylıq fəaliyyətlərinin on ayı ərzində bu dövlət xadimləri gərgin mübahisə və müzakirələrdən sonra həyatlarının bəlkə də ən böyük arzusunu – müstəqil dövlətin müstəqil ali təhsil ocağını – Bakı Dövlət Universitetini yaratmağa nail olmuşdular. Əlbəttə, o dövrdə universitetin yaradılması ideyasının meydana çıxmasını şərtləndirən bir sıra amillər mövcud idi. Hər şeydən əvvəl, azərbaycanlıların maariflənməsini və təhsilinin inkişafını düşünən qabaqcıl ziyalıların, ictimai xadimlərin başlıca arzularından biri universitet açmaq olmuşdu. Lakin bu ideyanı əvvəlki dövrlərdə gerçəkləşdirmək üçün şərait və imkan mövcud deyildi. Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması isə bu sahədə bir ümid çırağı yandırdı. Dövrün ağır və mürəkkəb beynəlxalq şərtlərinə, xarici təhdidlərə, kəskin maliyyə və kadr çatışmazlığına baxmayaraq, milli hökumət ölkədə təhsil və mədəniyyətin inkişafına xüsusi diqqət yetirir, ciddi tədbirlər həyata keçirirdi.

Bunun da səbəbini Cümhuriyyət xadimlərinin, demək olar ki, hamısının bir nəfər kimi bu taleyüklü işdə maraqlı olması ilə izah etmək olar. Bu vətənpərvər ziyalıların əksəriyyəti Avropanın qabaqcıl universitetlərində təhsil almış şəxsiyyətlər olmuşdur. Məsələn, Əlimərdan bəy Topçubaşov Sankt-Peterburq Universitetini, Fətəli xan Xoyski Moskva Dövlət Universitetini, Nəsib bəy Yusifbəyli Odessa Universitetini, Əhməd bəy Ağayev Parisdə Hüquq Məktəbini və Sorbonna Universitetini, Behbud xan Cavanşir Almaniyanın Frayberq şəhərində Dağ-Mədən Akademiyasını, Mir Hidayət Seyidov Kazan Universitetini, Aslan bəy Səfikürdski Sankt-Peterburq Universitetini, Məmmədrza Vəkilov Xarkov Universitetini bitirmişdilər. Onlar mükəmməl təhsilin bəhrələrini öz gözləri ilə görmüş, həyat təcrübələrində sınaqdan keçirərək, bunu öz vətənlərində həyata keçirmək arzusu ilə yaşamışdılar. Vətən mücahidlərinin əlinə belə bir fürsət yalnız Azərbaycan Xalq Cümhuriyyəti qurulduqdan sonra düşmüşdü. Dövlət quruculuğunun daha möhkəm təməllərlə həyata keçirilməsi və müstəqilliyin qorunub saxlanılması üçün ali təhsilli milli kadrların hazırlanmasının əhəmiyyətini başa düşən Cümhuriyyət xadimləri bu vəziyyətin düzəldilməsindən ötrü addımların atılmasının vacibliyini dərk edərək xalqın sivil dünya elminə və təhsilinə yiyələnməsi üçün universitetin yaradılması qənaətinə gəlmişdilər. İyirmi üç aylıq fəaliyyətlərinin on ayı ərzində bu dövlət xadimləri gərgin mübahisə və müzakirələrdən sonra həyatlarının bəlkə də ən böyük arzusunu – müstəqil dövlətin müstəqil ali təhsil ocağını – Bakı Dövlət Universitetini yaratmağa nail olmuşdular. BDU-nun yaradılması tarixinə nəzər saldıqda, təsis edildiyi günə kimi onun nə qədər çətinliklərlə üzləşdiyini müşahidə etmək olar. Bu tarix bütövlükdə müstəqil Azərbaycanın yaranmasında xalqımız qarşısında dayanan maneələri, həm xalqımıza bu işdə dəstək olan çoxsaylı xeyirxah insanları, həm də ölkəmizi müstəqil, sivil ölkələr sırasında görmək istəməyən qüvvələri özündə əks etdirir. Azərbaycanda universitetin yaradılması asan proses deyildi. Ölkənin maliyyə imkanları xeyli zəifləmişdi, maddi-texniki baza yox idi. Milli kadrların çatışmazlığı tədris prosesinə rusdilli müəllimlərin cəlb olunmasını zəruri edirdi. Bu isə tədrisdə ruslaşdırma siyasətinə gətirib çıxara bilərdi. Lakin bu narahatlıqlar Azərbaycan dövlət xadimlərini niyyətlərindən döndərə bilmədi. Çarizm və Müvəqqəti hökumətin zülmündən ayrılıb istiqlalını elan edən, bolşevik təhlükəsilə üz-üzə dayanan Azərbaycanın dövlət və siyasi xadimləri niyyətlərində israrlı oldular. Çar mütləqiyyətinin hakimiyyəti dövründə Rusiya imperiyasının tərkibində təkcə Azərbaycanda deyil, bütün Cənubi Qafqazda bircə ali məktəb də açılmamışdı. Hələ 1871-ci ildə Rusiya çarı II Aleksandr Tiflisdə olarkən şəhər idarəsi burada bütün xərcləri özləri tərəfindən ödənilməklə universitet açılması xahişi ilə ona müraciət etmiş, lakin bu xahiş yerinə yetirilməmişdi. 1897-ci ilin sentyabr ayında Kiyev və Varşavada politexnikum açıldıqdan sonra, belə bir təhsil müəssisəsinin Zaqafqaziyada da açılması sahəsində danışıqlar başlanmışdı. Bakı Şəhər Duması və neft sənayeçiləri bu məktəbin açılması üçün birdəfəlik 250 min rubl verəcəklərini və hər il onun maliyyələşdirilməsi üçün kredit müəssisələri vasitəsilə borc pul ayrılacağını öhdələrinə götürdüklərini bildirsələr də, bu ideya da həyata keçirilmədi. 1906-cı ildə Zaqafqaziyada ali təhsil ocağının açılmasına dair danışıqlar yenidən gündəmə gəlmişdi. Bu dövrdə hakimiyyət orqanlarının fitnəkarlığı ilə ermənilərin müsəlmanlara qarşı törətdiyi qırğının guya qarşısını almaq məqsədilə çar mütləqiyyəti öz «qayğıkeşliyini» nümayiş etdirmək istədi. Tiflisdə politexnikum açılması və ali məktəbin təşkilinə ianə toplanılması üçün Qafqaz canişinliyi nəzdində xüsusi Baş Komitə yaradıldı. Bu məsələ də xeyli müddət uzadıldı. 7 may 1910-cu ildə Xüsusi Baş Komitənin sədri məktubla Bakı, İrəvan, Yelizavetpol, Poti, Batum, Qroznı və b. şəhər dumalarına müraciət edərək, Tiflisdə Qafqaz Universitetinin aşılması və hər il onun xərclərinin ödənilməsi üçün kömək göstərilməsi barədə xahiş etdi. Lakin Qafqazda ictimaiyyətin köməyi ilə universitet açılması ideyası Dövlət Duması tərəfindən müdafiə olunmadı. Azərbaycan, Gürcüstan və Ermənistandan olan deputatların əksəriyyəti bu məsələnin II Dövlət Dumasında müsbət həllini tələb etsələr də, onların tələbinə məhəl qoyulmadı. Rusiyada 1917-ci il Fevral inqilabından sonra, Müvəqqəti hökumətinmaarif naziri S.F.Oldenburq Tiflis şəhər Dumasına məktub-teleqram göndərərək xahiş edir ki, Cənubi Qafqazda açılması nəzərdə tutulan yeganə ali məktəbin – Tiflis Rus Universitetinin layihə və smetasını qısa zamanda hazırlayıb hökumətin müzakirəsinə təqdim etsinlər. Bu, əslində, çar bürokratiyasının müstəmləkə əsarəti altında olan xalqlara qarşı yeritdiyi siyasətin, xüsusən maarif və mədəniyyət sahəsindəki siyasətin əsaslı şəkildə tənəzzülü demək idi. Tiflisdə «Rus universiteti»ni açmaq üçün yerli Ali qadın kurslarının professorlarından ibarət komissiya yaradılır. Bu komissiyaya görkəmli alim, cərrah və pedaqoq, üç universitetin – Saratov (1909), Tiflis (1918) və Bakı (1919) universitetlərinin yaradılmasında mühüm rol oynamış professor Vasili İvanoviç Razumovski (1857-1935) başçılıq edirdi. Komissiya universitetin layihə və smetasını hazırlayıb Zaqafqaziya Respublikası hökumətinin müzakirəsinə verdi.

Sonrakı hadisələri V.İ.Razumovski belə xatırlayırdı: «İşimiz qurtarana yaxın Qafqaz Zaqafqaziya Respublikası kimi Rusiyadan ayrıldı və gürcülərdən, ermənilərdən və türklərdən ibarət qarışıq hökumət təşkil edildi. Xalq maarif naziri bakılı Fətəli xan Xoyski idi. Biz Tiflisdə rus universitetinin təşkili üçün apardığımız işdən istifadə etməyi həmin hökumətə təklif etdik. Nazir bizi dinlədi, Qafqazda rus universitetinin təsis edilməsinə rəğbətini bildirdi, lakin əlavə edib dedi: «Bəs niyə Tiflisdə? Tiflisdə Politexnikum var, indi də gürcü universiteti. Bəlkə universiteti Bakıda açmaq daha düzgün olardı?» O, bizim məlumat məktublarımızı nəzərdən keçirmək üçün götürdü və bizim məqsədimiz barədə Nazirlər Şurasına məlumat verəcəyini vəd etdi». Təəssüf ki, o dövrdə yaranmış daxili və xarici vəziyyətlə bağlı Zaqafqaziya hökuməti bu məsələyə baxmağa imkan tapmadı. 1918-ci il mayın 26-da Zaqafqaziya Seyminin öz fəaliyyətini dayandırması nəticəsində üç müstəqil respublika – Azərbaycan, Gürcüstan və Ermənistan respublikaları yaradıldı. Tiflisdə fəaliyyət göstərən Ali qadın kursları 1918-ci ilin iyulunda üç fakültədən – təbiət, tarix-filologiya və tibb fakültələrindən ibarət olan Zaqafqaziya Universitetinə çevrildi. Professor V.İ.Razumovski tədrisin rus dilində aparıldığı bu universitetin rektoru vəzifəsinə seçildi. Lakin yarandığı ilk gündən bu universitet respublikalar arasında siyasi ziddiyyətlərlə və böyük maliyyə çətinlikləri ilə rastlaşırdı. Ermənistan hökuməti universitetə bir qəpik də pul vermirdi, Gürcüstan hökuməti isə onu gürcü universiteti üçün rəqib sayırdı. Elə bu səbəblərdən onun Tiflisdə fəaliyyət göstərməsi mümkün olmayacaqdı. Nəticədə, universitetin rəhbərliyi sonrakı illərdə Yekaterindorf, İrəvan və ya Bakıda fəaliyyət göstərə bilməsi üçün danışıqlara başlayır. Belə bir vaxtda Fətəli xan Xoyskinin başçılıq etdiyi Azərbaycan Xalq Cümhuriyyəti hökuməti Bakı şəhərində universitetin açılmasına böyük əhəmiyyət verirdi. Maarif və dini işlər naziri olan Nəsib bəy Yusifbəyli də bu işi reallaşdırmaq üçün bütün bilik və bacarığını sərf edirdi. Azərbaycan hökuməti millətin taleyində ali təhsilin rolunu düzgün qiymətləndirərək, ictimai, siyasi və mədəni tələbatı nəzərə alaraq, universitetin məhz Bakıda açılması üçün əməli fəaliyyətə başlayır. Bu dövrdə Azərbaycanın Həsən bəy Zərdabi, Nəcəf bəy Vəzirov, Cəlil Məmmədquluzadə, Firudin bəy Köçərli, Həbib bəy Mahmudbəyov, Abbas Səhhət, Nəriman Nərimanov, Sultan Məcid Qənizadə, Üzeyir Hacıbəyli kimi mütərəqqi ziyalıları və ictimai xadimləri öz qabaqcıl ideyalarını ali məktəblə bağlayırdılar.Ölkənin intellektual potensialı və iqtisadi gücü də universitetin fəaliyyətə başlamasına imkan verirdi.

Bakı Dövlət Universitetinin ilk binası

V.İ. Razumovski yazırdı: «1919-cu ilin əvvəllərində Azərbaycan Respublikasının xalq maarif naziri Həmid bəy Şahtaxtinski Tiflis şəhərinə gəldi. O, Zaqafqaziya rus universitetini Bakıya köçürmək təklifi ilə gəlmişdi, yaxşı binalar, maddi təminat və s. vəd etdi». Zaqafqaziya rus universitetinin Tiflisdə fəaliyyət göstərə bilməməsi professorlar şurasının arasında köçməklə bağlı mübahisə və danışıqların uzanmasına səbəb olmuşdu. Belə bir vəziyyətdə 1919-cu il martın sonunda rektor V.İ.Razumovski universitet şurasının iclasında Bakıdan alınmış təkliflərin daha real, sanballı olmasını əsas göstərib, məhz bu şəhərə köçmək haqqında təklif irəli sürür. O qeyd edir ki, Azərbaycan hökuməti universitetin açılması üçün hər il 5 milyon, kənd təsərrüfatı institutu üçün isə 500 min rubl vəd edir. Bundan başqa, universitet kitabxanası üçün 300 min rubl, universitetə tam yararlı klinika və avadanlıqla yaxşı təmin edilmiş xəstəxana və s. verməyi də öhdəsinə götürür. Universitet şurasının iclasında ermənilər bunun əleyhinə olsalar da, çoxluq universitetin Bakıya köçürülməsi təklifini müdafiə edir. Köçmək məsələsini birdəfəlik həll etmək üçün tələbələrin də nümayəndəsinin daxil olduğu komissiya yaradılır. Rektor V.İ.Razumovski, tələbə təmsilçiləri, həmçinin professorlar N.A.Dubrovski, L.A.İşkov və İ.S.Sito­viçdən ibarət nümayəndə heyəti Cümhuriyyət hökuməti ilə danışıqlar aparmaq, yerində real vəziyyətlə tanış olmaq üçün Bakıya göndərilir. Bakıda danışıqlar zamanı aydın olur ki, həm ictimai qüvvələr, həm də hökumət universitetin açılmasında çox maraqlıdır və onun normal fəaliyyəti üçün lazım olan hər cür fədakarlığa hazırdır. 1919-cu il mayın əvvəllərində Azərbaycan hökuməti Bakı Dövlət Univeristetinin təsis edilməsi ilə əlaqədar sənədləri və müvafiq tədbirləri hazırlamaq, eləcə də universitetin açılmasını sürətləndirmək üçün Xalq Maarif Nazirliyi nəzdində universitet komissiyasının yaradılması haqqında səkkiz maddədən ibarət olan əsasnamə qəbul edir. Orada Xalq Maarif Nazirliyi nəzdində Bakı şəhərində dövlət universitetinin təşkili üçün professor V.İ.Razumovski (sədr), prof. N.A.Dubrovski, A.M.Levin, İ.Ş.Sitoviç və müəllim L.A.İşkovdan (üzvlər) ibarət olan universitet komissiyasının təsis edilməsi nəzərdə tutulurdu. Bundan başqa, əsasnamədə göstərilirdi ki, komissiyanın işində həlledici səslə Xalq Maarif Komissarlığının, Bakı şəhər özünüidarəsinin və neft sənayeçiləri qurultayı şurasının nümayəndələri də iştirak edə bilərlər və komissiyanın öz tərkibinə digər şəxsləri də məşvərətçi səs hüququ ilə daxil etmək səlahiyyəti var. Komissiya həmçinin iclasların protokolunu tərtib etmək, katib və kargüzar saxlamaq ixtiyarına malik idi. Eyni zamanda, həmin sənəddə komissiyanın əsas vəzifələri göstərilirdi: Dövlət Universiteti haqqında qanun layihəsini, onun nizamnaməsini, ştatını və smetasını hazırlayıb hökumət vasitəsilə parlamentin təsdiqinə vermək. Bundan başqa, universitetin təşkili, qurulması, avadanlıqla təmin edilməsi üçün komissiyaya dərhal hazırlıq işlərinə başlamaq tapşırığı verilmişdi. Bu məqsədlə hökumətin Xalq Maarif Nazirliyinin sərəncamına bir milyon manat vəsait ayırdığı bildirilirdi. Komissiyaya həmçinin bir sıra səlahiyyətlər də verilmişdi: ayrı-ayrı məsələləri həll etmək üçün yardımçı komissiyalar yaratmaq, işi təşkil etmək üçün müxtəlif xüsusi məsələlər üzrə ekspertlər cəlb etmək, müxtəlif xüsusi məqsədlər üçün digər şəhər və dövlətlərə nümayəndələr göndərmək. Komissiyanın bütün qərarları Xalq Maarif Nazirliyi tərəfindən icra və təsdiq olunurdu.1919-cu il iyunun 16-da Nazirlər Şurası universitet komissiyasının ştatını təsdiq edir və aylıq məvaciblərini müəyyənləşdirir. Bu komissiyaya professorlarla yanaşı, Xalq Maarif Nazirliyindən əvvəlcə V.İrzayev, sonra M.A.Şahtaxtinski, Bakı Bələdiyyə İdarəsinin nümayəndəsi Əlicabbar Orucəliyev, Neft Sənayeçiləri Qurultayı Şurasının nümayəndəsi A.N.Saparov, Məlik bəy Sultanov, komissiya katibi İ.A.Babuşkin daxil idilər. Bundan başqa, komissiyaya məşvərətçi səslə Bakının üç müalicə müəssisəsinin baş həkimləri, həmçinin kimyaçı L.Q.Qureviç, zooloq K.N.Derjavin, əczaçılıq magistri İ.K.Qoldberq də cəlb olunmuşdular. 1919-cu il mayın 19-da hökumət Xalq Maarif Nazirliyi yanında universitet komissiyasını təsdiq edir. Komissiyanın vəzifələrinə universitet üçün ayrılmış iki binanın – ticarət məktəbinin və birinci gimnaziyanın tədris ili başlayana qədər uyğunlaşdırılması, auditoriyaların və laboratoriyaların avadanlıqlarla təchiz edilməsi, mebellərin, müxtəlif aparat və cihazların, kitabların və s-nin alınması da daxil idi. Komissiyanın 1919-cu il mayın 21-də keçirilən birinci iclasında xalq maarif naziri Rəşid bəy Qaplanov çıxış edərək, universitetin açılması barədə Azərbaycan hökumətin mövqeyinin qəti olduğunu, arzu edənlərin hamısının orada təhsil ala biləcəklərini vurğulayır. O qeyd edir ki, hökumət universitetin açılması və avadanlıqla təchiz edilməsi üçün lazım olan vəsaiti əsirgəməyəcəkdir. Komissiyanın iclasında İ.Ş.Şitoviç, L.Q.Qureviç, M.Sultanov, Ə.C.Orucəliyev, İ.K.Qoldberq, A.M.Levin, V.İ.Razumovski, N.A.Dubrovski, A.N.Saparov, L.A.İşkov, A.V.Selixanoviç və İ.A. Babuşkindən ibarət üzvlər olmaqla inventar işləri, klinikanın təşkili, kitabxana və mənzil məsələləri üzrə yardımçı komissiyalar təşkil edildi.

Azərbaycan hökumətinin başçısı Nəsib bəy Yusifbəyov may ayının 27-də universitet komissiyasının nümayəndələrini qəbul edir. Nümayəndələr işin gedişi haqqında məlumat verərək, komissiya üzvlərindən bir neçəsini elmi avadanlıqlar almaq üçün Qərbi Avropa ölkələrinə ezamiyyətə göndərməyə icazə verməyi xahiş edirlər. N.Yusifbəyov ən qısa zamanda onların təklif və xahişlərinin yerinə yetiriləcəyini bildirir. Universitet komissiyası az bir vaxtda gərgin əmək sərf edərək, çox səmərəli işlər görür: may ayının 31-də komissiya Bakı Dövlət Universitetinin açılması haqqında bəyannaməni, Bakı şəhərində Dövlət Universitetinin təsis edilməsi haqqında qanun layihəsini və ona əlavə edilən izahlı qeydləri, Universitetin nizamnaməsini, 1919/20-ci tədris ili üçün tərkibində Şərq şöbəsi olmaqla tarix-filologiya fakültəsinin və tibb fakültəsinin ştatlarını və smetasını hazırlayıb Xalq Maarif Nazirliyinə təqdim edir. İyun ayının axırlarında vaxtdan səmərəli istifadə edən universitet komissiyası Maarif Nazirliyinə təqdim etdiyi qanun layihəsi əsasında universitetin təşkili, qurulması və avadanlıqla təchiz edilməsi üçün ona 3,5 milyon manat ayrılmasını xahiş edir. Universitetin açılmasına böyük əhəmiyyət verən hökumət maarif naziri R.Qaplanovun müzakirəyə təqdim etdiyi sənədləri müsbət qarşılayır və o dövrdə ciddi maddi sıxıntı keçirməsinə baxmayaraq, hətta tələb olunan vəsaitin məbləğini artırıb, 5 milyon manata çatdırır. Universitet komissiyasının Maarif Nazirliyi vasitəsilə təqdim etdiyi sənədlər toplusunu və qanun layihəsini iyulun 7-də hökumət geniş və əhatəli şəkildə müzakirə edib, əlavə və müəyyən dəyişikliklərlə qəbul edir.

Hökumətin qəbul etdiyi sənədlər 1919-cu ilin iyul-avqust aylarında,əvvəlcə, parlamentin qanunvericilik, büdcə-maliyyə komissiyalarında və parlamentdə təmsil olunan partiyaların fraksiyalarında qızğın müzakirə edilir. Bu müzakirələr zamanı aydın olur ki, həm ictimaiyyətin, hökumətin, həm də parlamentin içərisində universitetin açılmasının əleyhdarları da var. Universitetin açılmasına qarşı çıxanlar belə hesab edirdilər ki, tədrisin rus dilində aparılması buraya dəvət olunan rus professorlarına tələbələr arasında ruslaşdırma təbliğatı aparmaq imkanı verəcəkdir. Onların fikrincə, bu alimlər tələbələrə elm öyrətməkdən daha çox, missionerlik edərək çarizmin milli siyasətini təbliğ edəcəklər. Bu amili əsas göstərərək, onlar milli kadrlarımızın yetişməsinə qədər gözləməyi məsləhət görür­dülər. Qeyd edək ki, bu diskussiya parlamentin komissiyalarında, plenar iclaslarında, mətbuat səhifələrində, siyasi partiyalarda, hətta hökumətdə də aparılırdı. Tədrisi rus dilində olacaq universitetin açılmasının əleyhdarları tələbə gənclər arasında da fəal təbliğat işi aparırdılar. Bu cəhətdən xüsusilə şovinist «Daşnaksütun» partiyasından olan erməni millətçiləri, mürtəce «Slavyan-rus cəmiyyəti», eləcə də «İttihad», «Əhrar» partiyaları, «Müsəlman sosialist bloku» daha çox fərqlənirdilər. Mətbuatda tədrisi rus dilində aparacaq universitetin açılmasına mənfi münasibət bəsləyən yazılar və gənclər qrupunun qəbul etdiyi qətnamələr çap edilməyə başlayır. Hətta belə təkliflər də səslənir ki, Azərbaycan üçün universitet yaratmaq əvəzinə, müəyyən sayda gənci təhsil almaq üçün Qərbi Avropaya göndərmək daha sərfəlidir. Bu zaman universitetin bir mədəniyyət ocağı kimi bütün bölgə üçün əhəmiyyəti, həm də onun təkcə himayəsi və maddi imkanı olan bir qrupa deyil, maariflənmək, biliklərə yiyələnmək, dünya mədəniyyətinə qovuşmaq arzusunda olanların hamısına xidmət göstərəcəyi ya unudulur, ya da qəsdən yada salınmırdı. Hər bir halda bunun təsadüfi deyil, qəsdən müəyyən qüvvələr tərəfindən yönəldilən bir proses olduğunu bu gün aydın görmək olur və buna heç bir şübhə qalmır. Vəziyyətin belə olduğunu görən universitet komissiyasının sədri V.İ.Razumovski hökumətin və parlamentin nüfuzlu üzvləri, eləcə də ictimaiyyət arasında söz sahibi olan qabaqcıl ziyalılarla görüş keçirib onları əmin edir ki, yeganə məqsədləri gənclərə elm öyrətməkdən ibarət olacaqdır. Universitetin əleyhinə olan əsassız iddialar mütərəqqi və uzaqgörən parlament üzvləri və qabaqcıl ziyalılar tərəfindən qətiyyətlə rədd edildi. Onlar elmin milli deyil, həmişə beynəlmiləl dəyərlərə söykəndiyini, milli ziyalılarımızın böyük əksəriyyətinin Rusiyada təhsil aldıqlarını, lakin onların ruslaşmadıqlarını əsaslandıra bildilər.

İftixarla deyə bilərik ki, Azərbaycan elm və maarifinin ilk milli məbədini yaratmaq yolunda böyük maneələr olmasına baxmayaraq, milli hökumətimiz və ziyalılarımız heç bir çətinlikdən qorxmadan bu işi uğurla başa çatdırdılar. Beləliklə, üç aylıq gərgin müzakirələrdən sonra – 1919-cu il sentyabrın 1-də Azərbaycan parlamenti ictimai fikir tariximizdə, elmin, maarifin inkişafında əvəzedilməz xidmətlər göstərəcək ilk universitetin açılması haqqında qanun qəbul etdi. «Bakı şəhərində dövlət universitetinin təsis edilməsi haqqında» adlanan bu qanunda universitetin dörd fakültədən ibarət olması göstərilirdi: Şərq şöbəsi ilə birlikdə tarix-filologiya, fizika-riyaziyyat, hüquq və tibb fakültələri. Qanunun onuncu maddəsində deyilirdi ki, Bakı şəhərində Dövlət Universiteti 1919-cu il sentyabrın 1-dən açılmış hesab olunur. İctimaiyyətin narahatlığını nəzərə alaraq qanunun II maddəsinin 2-ci bəndində qeyd edilirdi ki, bütün fakültələrdə türk dili məcburi fəndir. Bundan başqa, müsəlman və türk dünyasında qadın təhsilinə münasibətin də Avropa parlamentlərinə uyğun gəldiyini göstərən VIII və IX maddələr xüsusi maraq doğurur. Orada göstərilir: «Zaqafqaziya və qeyri Darülfünunların tələbə və taliblərini . Bakı Darülfünununun eyni kurslarına qəbul etməyə . ixtiyar verilir. Yeni tələbələr, istər erkək, istər kadın ümumi əsaslar üzrə qəbul olunurlar». Sultan Məcid Qənizadənin sədrliyi, Əhməd Cövdət Pepinovun katibliyi ilə keçirilən parlament iclasında 1919/20-ci tədris ilində 100 nəfər tələbənin xarici ali məktəblərə göndərilməsi haqqında da iki maddədən ibarət qərar qəbul edilir. Orada göstərilirdi ki, 1919/20-ci tədris ilində 100 nəfər abituriyent və tələbənin xarici ali məktəblərə göndərilməsi üçün dövlət xəzinəsi vəsaitindən xalq maarif nazirinin sərəncamına yeddi milyon manat, Avropaya gedənlərin hər birinə hər ay dörd yüz frank və yol xərci üçün min frank, Rusiyaya gedənlərin hər biri üçün isə hər ay üç min manat və yol xərci üçün üç min manat təyin edilir. Qərarda vurğulanırdı ki, dövlət təqaüdündən istifadə edən tələbələr təhsillərini bitirdikdən sonra hökumətin göstərdiyi yerlərdə dörd il müddətində qulluq etməyə borcludurlar. Qanuna görə, tələbələr xaricə göndərilərkən aşağıdakı şərtlər də nəzərə alınmalı idi: «1. Tələbənin məişət və güzəranını təmin üçün onların üzərinə nəzarət olunsun. 2. Gedənlərin bir qismi riyaziyyat, ədəbiyyat və digər qismi isə təbiət fakültələrinə girməlidirlər». O dövrün iqtisadi çətinliklərinə baxmayaraq, qanunverici orqan universitetin maddi-texniki bazasının möhkəmləndirilməsinə də xüsusi önəm vermişdir. Bununla bağlı qanunun VI maddəsində göstərilirdi ki, 1919/20-ci tədris ilində universitetin təşkili, sahmana salınması və avadanlıqla təchiz edilməsi üçün dövlət xəzinəsi vəsaitindən birdəfəlik olaraq 5 milyon manat buraxılsın. Qanunun VII maddəsində isə universitetin bütün saxlanma xərcləri üçün 1919/20-ci tədris ilində 10 milyon 857 min 500 manat vəsait ayrılması nəzərdə tutulurdu. Universitetin açılması haqqında tanınmış ziyalıların, qabaqcıl siyasi xadimlərin böyük sevincinə səbəb olan qanun qəbul edilsə də, onun faktiki fəaliyyətə başlaması üçün hələ xeyli əmək sərf etmək lazım gəlirdi. Azərbaycan hökuməti universitet komissiyasının tövsiyəsini, Xalq Maarif Nazirliyinin təqdimatını nəzərə alaraq, 1919-cu il sentyabrın 8-də Bakı Dövlət Universitetinin rektoru və dekanlarının təsdiqi haqqında qərar qəbul edir. Qərarda operativ cərrahiyyə kafedrasının əməkdar professoru V.İ.Razumovskinin rektor, patoloji anatomiya kafedrasının professoru İ.İ.Şirokoqo­rovun, o olmadığı dövrdə isə müvəqqəti olaraq professor A.M.Levinin tibb fakültəsinin, görkəmli tarixçi, publisist, ümumi tarix kafedrasının dosenti N.A.Dubrovskinin tarix-fi­lologiya fakültəsinin dekanı təyin olunduğu göstərilir. Komissiya 1919-cu il sentyabrın 10-da ona verilən səlahiyyətə uyğun olaraq, Rusiyanın bir sıra tanınmış professorlarını, elm adamlarını universitetə işləməyə dəvət edir. Universitet komissiyası axırıncı iclasını 1919-cu il sentyabrın 15-də keçirir. İclasda Müvəqqəti Şura və Universitet İdarə Heyəti yaradılır. Beləliklə, universitetin və kafedraların əsas işçiləri komplektləşdirilmiş olur. Ancaq sentyabrın 20-dən sonra çatışmayan işçiləri cəlb etmək üçün V.İ.Razumovski və N.A.Dub­rovski Rusiyanın cənub universitetlərinin fəaliyyət göstərdiyi şəhərlərə gedirlər. Onlar Rostov-Don, Yekaterinoslav və Xarkov şəhərlərində fəaliyyət göstərən bir sıra alimlərdən Bakıya gəlmələri üçün razılıq ala bilirlər. Belə bir zamanda universitet komissiyasının üzvü, professor V.K.Finkelşteyn avadanlıq, ədəbiyyat və s. almaq üçün Qərbi Avropaya gedir. Bütün bu çətinliklərə baxmayaraq, ilk tədris ilində universitetə ştat üzrə lazım olan 104 nəfər, o cümlədən 43 professor və privat dosent cəlb etmək mümkün olmuşdu.

Qeyd etmək lazımdır ki, universitetin yaradılması Cümhuriyyət xadimlərinin Azərbaycan xalqı qarşısında böyük tarixi xidmətlərindən biri idi. Əbəs deyil ki, Cümhuriyyət dövrünün Məmməd Əmin Rəsulzadə, R.Qaplanov və başqaları kimi bir sıra dövlət və siyasi xadimləri həvəslə universitet auditoriyalarında mühazirələr oxuyurdular. Bu mühazirələr, tələbələrlə qurulan ünsiyyət təkcə elm və təhsilə olan marağı artırmırdı, eyni zamanda, xalqın özünə inamının, milli dövlətçilik, vətənpərvərlik hisslərinin daha da güclənməsinə təsir edirdi. Bakı Dövlət Universitetinin idarə olunması və onun tədris-elmi fəaliyyətinin tənzimlənməsi qaydalarını müəyyən edən nizamnamə üç ayadək müzakirədən sonra 1919-cu il sentyabrın 29-da, parlamentin 79-cu iclasında qəbul edilmişdir. 5 fəsil, 72 maddədən ibarət olan nizamnamədə universitetin təşkilati quruluşu, onun elm və tədris sahələrinin fəaliyyəti, professor-müəllim heyətinin vəzifə və hüquqları müəyyənləşdirilmişdi. Qeyd edək ki, parlament tərəfindən təsdiq edilən bu nizamnamə universitet idarəçiliyinin təşəkkülündə mühüm rol oynamışdır.

Universitet Şurasının 1919-cu il noyabrın 10-da olan ilk iclasında professorların və digər akademik heyətin tərkibi təsdiq edilir. Nəhayət, uğrunda illərlə mübarizə aparılan sevincli gün yetişir. 1919-cu il noyabrın 15-də şənbə günü universitetdə birinci dərs günü elan edilir. Bu xəbər xalqımız, o cümlədən ziyalılar, ictimai-siyasi xadimlər arasında böyük razılıqla qarşılanmışdı. Universitetin ilk rektoru, professor Vasili İvanoviç Razumovski sonralar bu təhsil ocağının fəaliyyətə başlamasının əhəmiyyətindən bəhs edərkən yazırdı: «Azərbaycan öz maarif ocağını yaratdı. Türk xalqının tarixinə yeni parlaq səhifə yazıldı. Avropa ilə Asiyanın qovuşağında yeni məşəl yandı. Bu böyük tarixi hadisənin şahidləri kimi biz özümüzü xöşbəxt hesab edə bilərik»Lakin Azərbaycanda hər şey arzu edildiyi kimi getmədi. 1920-ci il aprelin 28-də Azərbaycan Xalq Cümhuriyyətinin süqutu, bolşeviklərin hakimiyyətə gəlməsi respublikanın, o cümlədən Bakı Dövlət Universitetinin də tarixində mürəkkəb bir dövrün başlanğıcını qoydu.

Belə bir faktı bir daha vurğulamaq lazımdır ki, sovet hakimiyyəti qurulduqdan sonra Azərbaycan Xalq Cümhuriyyətinin yaratdığı bir çox təsisatlar, dövlət rəmzləri və atributlarımız ləğv edilmiş, ilk müstəqil dövlətimizin özü kimi, bunlar da yalnız arxiv sənədlərində və vətənpərvər insanların xatirəsində yaşamalı olmuşdur. Xalq Cümhuriyyətinin yaratdığı möhtəşəm elm abidəsi – Bakı Dövlət Universiteti bu təzyiqlərə davam gətirmiş, uzun illərin sınağından alnıaçıq, şərəflə çıxmışdır. Bu dövr ərzində bir neçə dəfə adı dəyişdirilmiş, əməkdaşları repressiya və təzyiqlərə məruz qalmış, lakin mahiyyəti – vətən övladlarına ziya vermək amalı heç vaxt dəyişməmişdir.

Artıq 1920-ci il may ayının 11-də xalq maarif komissarı Dadaş Bünyadzadənin universitetin rektoru V.İ.Razumovskiyə verdiyi sərəncamda universitetdə təlim və tərbiyə işinin lazımi səviyyədə saxlanılacağı göstərilirdi. Sərəncamda həmçinin Sovet Rusiyası ilə əlaqə yaradılacağı, oradan müəllimlərin dəvət olunacağı da bildirilirdi. Təzyiqlər böyük rus alimi V.İ.Razumovskini Bakını tərk etməyə məcbur etdi. Həmin il universitetə məşhur nevropatoloq, Moskva Universitetinin məzunu, sonralar akademik olmuş professor Sergey Nikolayeviç Davidenkov rektor təyin edildi.

Yerli kadrlara olan ehtiyacı nəzərə alan hökumət 1921-ci ilin may ayında təhslin türk dilində də aparılması barədə qərar qəbul etdi. Lakin bu cür qərarların qəbul edilməsinə baxmayaraq, universitetə, tədricən, təzyiqlər göstərilir, onun daxilində «təmizləmə» işləri aparılırdı. Bu isə bolşeviklər hökumətinə qəlbi milli hisslərlə döyünən ziyalıların lazım olmaması ilə izah edilə bilər. 1922-ci ildə Sovet Sosialist Respublikaları İttifaqı (SSRİ) yaradıldıqdan sonra Azərbaycan təhsili mərkəzə tabe etdirildi, universitetin müstəqillliyinə son qoyuldu. Tədris proqramları və dərsliklər mərkəzdən göndərilirdi. Ölkədə qurulan sovet rejimi Azərbaycan xalqının milli dövlətçilik ənənələrini, milli ruhunu məhv etməyə çalışırdı. Bolşeviklər milli ruhlu alimləri və müəllimləri tədris prosesindən uzaqlaşdırırdı.

1922-ci ildə universitetin adı dəyişdirildi və Azərbaycan Dövlət Universiteti qoyuldu. Artıq universitetlə bağlı qərarlar mərkəzdə qəbul olunurdu və onların icrası məcburi idi. Bütün ölkədə olduğu kimi, universitetdə də təhsil sovet ideologiyasına xidmət edirdi. Amma bütün sərt tədbirlərə və məhdudiyyətlərə baxmayaraq, belə siyasət universitetin oynadığı rolu tam poza bilmədi.

1923-cü ildə Kazan Universitetinin tarix və fəlsəfə kafedrasını bitirmiş görkəmli filosof və məntiqşünas, 1920-ci ildən Bakı Dövlət Universitetinin professoru Aleksandr Dmitriyeviç Qul­yayev BDU-ya rektor təyin edildi. 1923-cü ildə qəbul edilmiş nizamnamədə universitetin Şərq fakültəsi istisna olmaqla, digər fakültələrində bütün məcburi kursların və məşğələlərin rus dilində aparılması haqqında qərar qəbul edildi. Bu dövrdə universiteti dövlətin siyasətini həyata keçirmək üçün mühüm orqana çevirmək yollarında müxtəlif addımlar atılmasa da, Azərbaycanın milli mənafeyi uğrunda mübarizə aparan qüvvələrin səyi nəticəsində bütövlükdə universitet özünün əsl simasını qoruyub saxlaya bilmişdi. Həmin illərdə universitetin elmi və siyasi həyatında ən mühüm hadisələrdən biri onun türkləşdirilməsi probleminin irəli sürülməsi olmuşdur. Bu barədə 3 aprel 1927-ci ildə qəbul edilmiş «AK(b)P MK Rəyasət Heyətinin Azərbaycan Dövlət Universiteti haqqında əməli təklifləri» adlı sənəddə göstəriş verilmişdi.

Universitetdə bu prosesin başlanması birmənalı qarşılanmır, digər millətlərdən olan professor-müəllim heyəti bunu öz mənafeyinə təhlükə kimi qarşılayaraq, türk millətinin intellektual səviyyəsinin aşağı olması iddiası ilə çıxış edir. Lakin universitetdə türkləşdirmə siyasəti ehtiyatla, digər millətlərdən olanları qorxutmadan həyata keçirilirdi. Bundan əsas məqsəd azərbaycanlı tələbələrin, akademik işçilərin və Azərbaycan dilini bilənlərin sayını artırmaq idi. Bu isə, öz növbəsində, Azərbaycan dilində mühazirələrin, məşğələlərin artmasına gətirəcəkdi. Bu dövrdə Azərbaycanın tanınmış ziyalılarından professorlar S.Kazımov, H.Şahtax­tinski, M.İbrahimov, M.R.Əfəndiyev, S.Hüseynov, M.K.Ələkbər­li, T.Şahbazi, Ə.Haqverdiyev, B.Talıblı, F.Rzabəyli, M.Topçuba­şov, A.Hacıyev, A.Talışinski bə başqaları universitetə işə götü­rülmüşdülər. Məhz bu cəsarətli addımlar sayəsində 1927-1930-cu illərdə universitet tələbələri arasında azərbaycanlıların sayı artır, ana dilində müxtəlif elm sahələrinə dair tədqiqat əsərləri, dərsliklər hazırlanırdı. Bu məsələyə güclü təsir göstərən amillərdən biri 1926-cı ildə ilk azərbaycanlı rektorun – Tağı Şahbazinin təyin olunması oldu. Lakin 1929-cu ildə onu kənarlaşdıraraq 1929-cu ildə görkəmli rus alimi Vladimir Sergeyeviç Yelpatyevskini rektor təyin edirlər.

Yeri gəlmişkən, 1994-cü ildə universitetin 75 illik yubileyi qeyd edilərkən ulu öndərimiz Heydər Əliyev bu tarixi əhəmiyyətli hadisələrə olduqca dəqiq qiymət vermişdir: «Bakı Dövlət Universitetinin bütün digər xidmətləri ilə yanaşı, Azərbaycan xalqının ana dilinin inkişafındakı xidmətlərini xüsusi qeyd etməliyik. Universitet yaranarkən müəllimlərin əksəriyyəti azərbaycanlı olmamışdır. Ancaq sonrakı mərhələlərdə universitet Azərbaycanda xalqımızın ana dilinin inkişaf etməsi üçün, təbliğ olunması üçün böyük işlər görmüşdür. Biz indi müstəqil dövlət kimi, azad xalq kimi öz ana dilimizlə, Azərbaycan dili ilə fəxr edirik. Ancaq əgər keçmişə nəzər salsaq, bu gün zəngin, yüksək mədəni səviyyədə olan, çox geniş söz ehtiyatına malik olan ədəbi, mədəni dilimiz həmişə belə olmamışdır. Onu yaradanlar olub, elmi əsasını quranlar olub, inkişaf etdirənlər olub. Bu, müstəqil Azərbaycanın, Azərbaycan xalqının ən böyük sərvətidir. Hər bir xalq öz dili ilə yaranır. Ancaq xalqın dilini yaşatmaq, inkişaf etdirmək və dünya mədəniyyət səviyyəsinə çatdırmaq xalqın qabaqcıl adamlarının, elm, bilik xadimlərinin fəaliyyəti nəticəsində mümkün olur. Bu baxımdan Bakı Dövlət Universitetinin fəaliyyətini xüsusi qeyd etmək lazımdır. Azərbaycanda milli azadlıq hərəkatının yaranması, inkişaf etməsi, tariximizin səhifələrinin təxribatdan, təhriflərdən qorunması, əsrlərdən-əsrlərə xalqımızın böyük mədəniyyətə malik olması, böyük mənəviyyat sahibi olması – bunlar hamısı XX əsrdə alimlərimizin, ali təhsil ocaqlarında çalışanların fəaliyyəti nəticəsində olmuşdur. Bu sahədə Bakı Dövlət Universitetinin xidmətləri çox böyükdür».

BDU 1930-cu illərdə

1929-cu ildə universitetin on illiyinin ümumrespublika səviyyəsində qeyd edilməsi qərara alındı və bu tədbir 1930-cu ilin yanvar ayında təntənəli surətdə həyata keçirildi. Bundan bir qədər sonra isə universitetin həyatında mürəkkəb və qaranlıq hadisələr başladı. 1930-cu ilin iyun ayında Azərbaycan SSR Xalq Komissarları Sovetinin qərarı ilə Azərbaycan Dövlət Univer­sitetinin fəaliyyəti dayandırıldı, onun ayrı-ayrı fakültələrinin bazası əsasında yeni müstəqil institutlar yaradıldı. Respublikada yeni institutların açılması ölkənin həyatında ali təhsilin inkişafında irəliyə doğru atılmış bir addım olsa da, əslində, bunun arxasında daha dərin problemlər dayanırdı. Bu tədbirləri universiteti bağlamadan da həyata keçirmək olardı. İmperiya qüvvələri bu addımı Azərbaycanın düşünən beyinlərindən, milli ruhlu ziyalılarından qorxduqları üçün atmışdılar. Başlıca səbəb buraya qısa bir zamanda intellektual səviyyəsi çox yüksək olan milli ziyalıların toplaşması, Azərbaycanın gələcəyini fikirləşən aydın düşüncəli insanların yığışması idi. Lakin təhsilin və elmin bayraq­darı olan universiteti də imperiya həmişəlik bağlaya bilmədi. Fədakar ziyalılarımızın gərgin əməyi nəticəsində 1934-cü ilin may ayında Azərbaycan SSR Xalq Komissarları Sovetinin qərarı ilə Dövlət Universiteti yenidən işə başladı və o, yenə də respublikada elmi-pedaqoji fikrin mərkəzinə, ziyalılığın məbədgahına çevrildi.

Bununla belə, 30-cu illərin amansız repressiyaları universitetin milli ruhlu kollektivindən də yan keçmədi. Bu illər universitet həyatı üçün dəhşətli, qorxulu və səksəkəli illər oldu. Universitet tarixinin ən çətin illərindən olan 1937-ci ildə universitetin rektoru görkəmli ictimai-siyasi xadim, Azərbaycan təhsil sistemində xüsusi yeri olan Əziz Məmmədkərim oğlu Əliyev olmuşdur. İlk təhsil ocağımızın keçdiyi keşməkeşli yola nəzər salarkən görürük ki, Azərbaycanın bugününü, onun dünya şöhrətli elmini, iqtisadiyyatını, mədəniyyətini, alimlər ordusunu, bütövlükdə müasir Azərbaycan cəmiyyətini bu elm məbədinin fəaliyyətindən ayrılıqda təsəvvür etmək mümkün deyil. Etiraf etmək lazımdır ki, universitetin yaranmasında və ilk illərində əcnəbi alimlərin, xüsusən rus alimlərinin müstəsna xidmətləri olmuşdur. Sonralar istedadlı Azərbaycan ziyalılarının BDU-nu milliləşdirmək, milli zəmində inkişaf etdirmək uğrunda mübarizə aparmaları azadlıq ideyalarının, milli özünüdərkin təşəkkül tapmasına çalışmaları sovet çərçivəsində düşünən sərt rejim tərəfdarlarını təşvişə salmış və repressiyalara yol açmışdı. Bakı Dövlət Universitetindəki bir çox milli kadrlar, qabaqcıl ziyalılar da imperiya siyasətinin qurbanı olmuşlar. Lakin SSRİ tərkibində olduğumuz sonrakı illərdə də Azərbaycan alimlərinə, ziyalılarına təzyiqlər sən­giməmişdir. Təqiblər, hədə-qorxular ziyalılarımızın fəaliyyətini məhdudlaşdırır, onların müstəqilliyini əllərindən alırdı. Bu səbəbdən də 37-ci il repressiyalarının ağırlıq mərkəzi BDU-nun müəllim və məzunlarının üzərinə düşmüşdü. Bu dövrdə yüzlərlə professor, müəllim, işçi və tələbəyə «xalq düşməni», türkçü, turançı, pantürkçü, panislamçı damğaları vuruldu. O illərdə amansız Stalin repressiyalarının qurbanı olmuş, Sibirin həbs düşərgələrinə sürgün olunmuş və ya güllələnmiş Ə.Nazim, A.Bukşpan, Ə.Qubaydullin, V.Xuluflu, B.Çobanzadə, T.Şahbazi, H.Şahtaxtinski, M.Ələkbərli kimi unudulmaz ziyalılarımızın xatirəsi bu gün dərin hörmət və ehtiramla yad edilir.

Azərbaycan mədəniyyəti, elmi, ziyalılığı tarixinə qanlı hərflərlə yazılan 1937-ci il həmin keyfiyyətləri özündə təcəs­süm etdirən Bakı Dövlət Universitetinə ağır zərbələr vurdu. Bir faktı qeyd etmək kifayətdir ki, yalnız 1937-ci ildə 2 dekan, 2 dekan müavini, 4 kafedra müdiri, kitabxananın direktoru, elmi katib, xüsusi hissənin müdiri, partiya və komsomol təşkilatlarının rəhbərləri, 8 professor, həmçinin Universitetin rektoru olmuş xalqımızın 4 görkəmli ziyalısı (Tağı Şahbazi, Maqsud Məm­mədov, Məmmədkazım Ələkbərli, Balabəy Həsənbəyov) ən ağır cəzaya – güllələnməyə məhkum edildi. Bu insanların hər birinin Azərbaycan ziyalılığının formalaşmasında və təşəkkülündə müstəsna xidmətləri var idi. 1937-ci ildə əsən sərt küləklər xalqımızın bir çox gərəkli övladları kimi, Universitetin 100 nəfərədək ziyalısını da məhvə məhkum etmişdi. Onların ümumiləşdirilmiş taleyi kimi, rektorların faciəli sonluqla başa çatan həyatlarını bir qədər geniş təqdim etmək istərdim.

Repressiya illərində günahsız yerə həyatına son qoyulan ziyalılardan biri yazıçı, publisist, ictimai xadim, 1892-ci ildə Bakı şəhərində anadan olmuş Tağı Abbas oğlu Şahbazi idi. Tağı Şahbazi 1926-cı ildə Leninin adını daşıyan Azərbaycan Dövlət Universitetinə təyin edilən ilk azərbaycanlı rektor olmuş və bu vəzifədə 1929-cu ilə qədər işləmişdir. O, gənc yaşlarından məsul işlərdə çalışmış, Azərbaycanda sovet rejimi qurulduqdan sonra da bir sıra mühüm vəzifələrdə işləmişdir. Belə ki, rektor təyin edilənə qədər Bakı Səhiyyə şöbəsinin müdiri, Azərbaycan SSR Xalq Maarif Komissarlığında nazir müavini, «Maarif və mədəniyyət» jurnalının baş redaktoru, Azərbaycanı öyrənən və təbliğ edən Cəmiyyətin təşkilatçılarından biri, Azərbaycan SSR Mərkəzi İcraiyyə Komitəsi Rəyasət heyətinin üzvü və katibi olmuşdur. T.Şahbazi 1937-ci il noyabrın 2-də Azərbaycan SSR XDİK Dövlət Təhlükəsizlik İdarəsi tərəfindən həbs edilmişdir. O, guya əksinqilabi millətçi mövqedə durmuş və əksinqilabi millətçi təşkilatın tərkibinə daxil olmuş, Sovet hökuməti əleyhinə silahlı üsyana hazırlıq haqqında və əksinqilabi təşkilatın AK(b)P-in rəhbərlərinə qarşı terror tətbiq etmək haqqındakı niyyətlərindən xəbərdar olmuşdur. 1938-ci il yanvarın 2-də SSRİ Ali Məhkəməsinin Hərbi Kollegiyası qapalı şəraitdə, müdafiəçisiz, ittihamçısız və şahidlərsiz keçən məhkəmə iclasında T.Şahbazini əmlakı müsadirə olunmaqla ən ağır cəzaya – güllələnməyə məhkum etdi.

1929-1930-cu illərdə BDU-nun rektoru olmuş Maqsud Məmməd oğlu Məmmədov 1897-ci ildə İrəvan şəhərində anadan olmuş, oradakı kişi gimnaziyasını bitirdikdən sonra bir müddət İrəvan xüsusi məktəbində müəllim işləmişdir. O, 1918-ci ildə Gəncə şəhərində qaçqınların işi üzrə komitədə kiçik nəzarətçi işləmiş, 1918-1919-cu illərdə Gəncə şəhərindəki Yunker hərbi məktəbində, 1919-1920-ci illərdə isə BDU-da oxumuşdur. 1920-ci ildən sonra Məm­mədov rəhbər vəzifələrdə işləmiş, 1920-1923-cü illərdə Azərbaycanın ərzaq naziri, sonra isə Naxçıvanda Fövqəladə Xalq Maliyyə Komissarlığında çalışmışdır. 1930-cu ildə M.Məmmədov BDU-nun rektorluğundan Azərbaycan SSR Xalq Maarif Komissarı vəzifəsinə irəli çəkilmiş və burada bir il işləmiş, 1931-1933-cü illərdə Az.K(b) P MK-nın katibi, 1933-1934-cü illərdə Partiya Tarixi İnstitutunun direktoru olmuşdur. O, 1934-1936-cı illərdə Moskvada Qırmızı Professorlar İnstitutunda təhsil almışdır. Azərbaycan Dövlət Nəşriyyatının direktoru olarkən 1937-ci ilin sentyabrında Azərbaycan SSR XDİK DTİ-si tərəfindən həbs olunmuş və 1938-ci il sentyabrın 5-də SSRİ Ali Məhkəməsi Hərbi Kollegiasının qərarı ilə Az.SSR CM 64, 69, 70 və 73-cü maddələri ilə təqsirli bilinərək əmlakı müsadirə olunmuş və güllələnmişdir.

1905-ci ildə qədim Azərbaycan torpağı olan Dərbənddə anadan olmuş Məmmədkazım Ələkbər oğlu Ələkbərli 1934-cü ildə BDU bərpa edilərkən onun rektoru vəzifəsinə təyin edildi. O, bu vəzifədə 1935-ci ilin yanvarına qədər işlədi. M.Ələkbərli 1921-1924-cü illərdə Xalq Təhsil Şöbəsində müəllim işlədikdən sonra Ali Pedaqoji İnstituta daxil olmuş və oranı 1927-ci ildə bitirmişdi. Ali təhsili başa vurduqdan sonra bu 22 yaşlı gənc Gəncə Xalq Təhsil Şöbəsinə müdir təyin edilmiş, 1931-ci ilə qədər bu vəzifədə çalışmaqla yanaşı, həm də qəzet redaktoru olmuşdu. M.Ələkbərli 1931-1934-cü illərdə Moskvada Qırmızı Professorlar İnstitutunda təhsil almış, buradakı təhsilini bitirər-bitirməz BDU-ya rektor təyin olunmuş, Fəlsəfə kafedrasının müdiri seçilmişdi. Rektorluqdan azad olunduqdan sonra o, 1937-ci ilə qədər «Vışka» qəzetinin redaktoru, az bir müddətdə isə Azərbaycan Partiya Nəşriyyatının direktoru işləmişdir. 1934-cü ildən Azərbaycan Yazıçılar İttifaqının sədri idi. Bu görkəmli ictimai-siyasi xadim öz ağlı, bacarığı, istedadı ilə həyatın ən ağır keşməkeşlərindən keçə bilsə də, repressiyadan yaxasını qurtara bilmədi. O, 1937-ci ilin avqustunda «Əksinqilabi burjua millətçi təşkilatın fəal üzvü, Sovet hökumətinə qarşı silahlı üsyan haqqında xəbəri olan, RK(b)P və sovet hökumət rəhbərlərinə qarşı terror mövqeyində dayanan şəxs» kimi həbs edildi. 1937-ci il oktyabrın 12-də SSRİ Ali Məhkəməsi Hərbi Kollegiyasının müdafiəçisiz, ittihamçısız və şahidlərsiz keçən qapalı məhkəmə iclasında Məmmədkazım Ələkbər oğlu Ələkbərli əmlakı müsadirə olunmaqla ən ağır cəzaya – güllələnməyə məhkum edildi.

Repressiyaya məruz qalanlardan biri də həbs olunarkən BDU-nun rektoru vəzifəsini daşıyan Balabəy Cabbar oğlu Həsənbəyov olmuşdur. 1899-cu ildə Gəncə şəhərində anadan olmuş B.Həsənbəyov Moskvada Qırmızı Professorlar İnstitutunu qurtardıqdan sonra respublikanın elmi həyatında yaxından iştirak etmişdir. Professor B.Həsənbəyov qısa müddətdə respublikanın görkəmli iqtisadçı (sovet hakimiyyəti illərində bu elm sahəsi siyasi iqtisad adlanırdı) alimlərindən birinə çevrilmişdir. O, alim, yaxşı maarif təşkilatçısı kimi Azərbaycanın hüdudlarından kənarda da tanınan, qəbul edilən şəxslərdən olmuşdur. B.Həsənbəyov rektor olmaqla yanaşı, həmçinin BDU-da siyasi iqtisad kafedrasına başçılıq etmişdir. 1937-ci ildə yanvarın 28-də Azərbaycan SSR XDİK Dövlət Təhlükəsizlik İdarəsi tərəfindən professor, BDU-nun rektoru B.Həsənbəyov «əksinqilabi trotskiçi təşkilatın üzvü olub RK(b)P-yə və Sovet hökumətinə qarşı mübarizə vasitəsi kimi hökumət əleyhinə silahlı üsyan hazırlanmasında iştirak etmiş, mədəni cəbhədə ziyankarlıq işi aparmış, terrorun tərəfində durmuşdur» kimi heç bir əsası olmayan ittihamlarla həbs olunmuşdur. 1937-ci il oktyabrın 11-də B.Hə­sənbəyovun işi ilə bağlı SSRİ Ali Məhkəməsi Hərbi Kollegiyasının saat 1745-də işə başlayan və cəmi 15 dəqiqə davam edən iclası keçirildi. İttihamçısız və şahidlərsiz keçən bağlı məhkəmə iclasında B.Həsənbəyov əmlakı müsadirə olunmaqla ən ağır cəzaya – güllələnməyə məhkum edildi.

Ümumiyyətlə, milli vətənpərvərlik mövqeyində durması universitet üçün o dövrdə müxtəlif problemlər yaratmışdır. Hətta Sovet hakimiyyəti illərində universitetin adı da dəfələrlə müxtəlif dəyişikliklərə məruz qalmışdır: 1922-ci ildə Bakı Dövlət Universitetinin adı dəyişdirilərək Azərbaycan Dövlət Universiteti adlandırılır. Belə qərar verilməsinin səbəbi BDU-nun təkcə Azərbaycan üçün deyil, qonşu respublikalar üçün də mədəniyyət ocağı olması ilə izah edilirdi. Bu fakt isə özlüyündə BDU-nun ali təhsilin yayıcısı kimi fəaliyyət dairəsinin yalnız müasir dövrümüzdə deyil, yarandığı gündən etibarən hər zaman Azərbaycanın hüdudlarından çox-çox kənara çıxmasını bir daha sübut edir. 1924-cü ildə universitetin əsl yaradıcılarını xalqın şüurundan silmək üçün növbəti tədbir həyata keçirilir: universitetə bolşeviklərin rəhbəri V.İ.Leninin adı verilir. 1939-cu ildə Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin 16 aprel tarixli fərmanı ilə Azərbaycan Dövlət Universitetinə vaxtilə Azərbaycan Kommunist Partiyasına rəhbərlik etmiş S.M.Kirovun adı verilir. 1991-ci ildə isə Bakı Dövlət Universitetinə bu ali təhsil ocağının yaradılmasında fəal iştirak etmiş M.Ə.Rəsulzadənin adı verilmişdir. Nəhayət, 2001-ci ildən universitet ilk təsis edildiyi kimi, Bakı Dövlət Universiteti adı ilə təsdiqlənmişdir.

BDU II dünya müharibəsində və sonrakı illərdə

II Dünya müharibəsi universitetin də həyatına mənfi təsir etdi, tədris prosesi ağır vəziyyətə düşdü. 1941-ci il iyunun 22-də – müharibənin başlandığı ilk gündə universitetin rektoru Cəbrayıl Ağəli oğlu Ələsgərovun cəbhəyə getməsi bütün müəllim-tələbə kollektivi üçün bir çağırış oldu. Bir neçə gün ərzində universitetin 159 müəllimi, 23 aspirantı, 1141 tələbəsi səfərbərliyə alındı, silaha sarılaraq ön cəbhəyə getdi. 1940-41-ci dərs ilində universitetin bütün məzunları və 200 tələbə cəbhəyə yollandı. Onlar həm döyüşən hissələrdə, həm də Avropa ölkələrində partizan və müqavimət hərəkatında fəal iştirak etdilər. Döyüşən ordu sıralarına çağırılmayanlar isə arxa cəbhədə öz əməkləri ilə fərqləndilər.

Bakı Dövlət Universitetinin 1944-cü ildə yaradılmış coğrafiya fakültəsi

Müharibənin ən ağır dövründə – 1941-1944-cü illərdə universitetə dos. Şamil Rəhim oğlu Əliyev rektorluq etmişdir. Amansız müharibə universitetin fəaliyyətinə ağır zərbə vursa da, onun kollektivi bu ağır sınaqdan şərəflə çıxdı. Elə həmin çətin illərdə universitet alimləri beynəlxalq əhəmiyyəti olan bir sıra kəşflərə imza atdılar. Bunlara ən parlaq misal akademik Yusif Məmmədəliyevin donmayan sürtkü yağlarını kəşf etməsini göstərmək olar ki, müharibə illərində hərbi aviasiya sənayesində Sovet təyyarələri üçün bu tapıntı həlledici rol oynadı. Müharibədən sonrakı dövr universitet həyatının canlanması ilə müşayiət olunurdu. Lakin ağır müharibənin yaratdığı çoxlu problemlər də mövcud idi. Dərs vermək üçün yüksəkixtisaslı müəllimlər, dərslik, dərs vəsaitləri, auditoriya və laboratoriyalar, avadanlıqlar çatışmırdı. Bu dövrdə universitet kollektivinin qarşısında duran mühüm vəzifələrdən biri müharibənin törətdiyi ağır fəsadları aradan qaldırdmaq, universiteti inkişaf etdirmək idi. Universitet kollektivi böyük ruh yüksəkliyi ilə həmin vəzifələrin yerinə yetirilməsi istiqamətində ciddi səylər göstərdi. Universitetdə tədris və elmi həyat canlandı, təşəbbüskarlıq artdı. Müharibənin sona çatmasından sonrakı ilk illərdə universitetdə bir neçə yeni fakültə və ixtisas açıldı, kafedra və laboratoriyalar təşkil edildi, bir sıra əsaslı dəyişikliklər aparıldı.

Ötən əsrin 50-ci illərinin ortalarında sovet cəmiyyətində baş verən nisbi yumşalma universitet həyatına da müsbət təsir etdi. Lakin bu vəziyyət çox uzun sürmədi. Yenidən milli ruhun sıxışdırılması prosesi başladı. Mərkəzin nəzarəti sərtləşdirildi, təhsildə yersiz siyasiləşdirmə və ideologiyalaşdırma daha da gücləndirildi. Bütün bunlara baxmayaraq, universitet öz inkişafından qalmadı, burada yeni fakültələr yaradıldı, laboratoriyalar açıldı. Beləliklə, artıq universitet ölkədə ən güclü elmi mərkəzə çevrildi.

Ümumiyyətlə, 40-50-ci illər universitetin həyatında xüsusi yüksəliş illəri kimi qiymətləndirilə bilər. Xalqımızın 4 böyük ziyalısının həmin illərdə universitetə rəhbərlik etməsi dediklərimizin bir sübutudur. 1944-1950-ci illərdə akademik Abdulla İsmayıl oğlu Qarayev, 1950-1954-cü illərdə prof. Cəfər Xəndan Zeynal oğlu Hacıyev, 1954-1958-ci illərdə akademik Yusif Heydər oğlu Məmmədəliyev, 1958-1965-ci illərdə akademik Şəfayət Fərhad oğlu Mehdiyev kimi böyük təhsil və elm təşkilatçılarının rəhbərliyi universitetə yeni inkişaf stimulları gətirdi.

Qeyd etmək lazımdır ki, ümumiyyətlə, universitet yarandığı ilk günlərdən yalnız tədrislə deyil, həm də tədqiqat işləri ilə məşğul olmuşdur. İlk dövrlərdə elmi institutlar olmadığı üçün kafedra və laboratoriyalarda aparılan elmi-tədqiqat işlərinə 1920-ci ildə yaradılmış Elm cəmiyyəti, sonra isə Elm komitəsi rəhbərlik etmişdir. Elmi-tədqiqat işlərinin genişlənməsi elmin müxtəlif istiqamətlərində kəşflər etməyə, dərsliklər hazırlamağa imkan verirdi. Beləliklə, artıq 20-ci illərin ortalarında Azərbaycan dilində «Türk-tatar ləhcələrinin öyrənilməsinə giriş», «Dilçilik kursu», «Fars ədəbiyyatı tarixi kursu», «Eksperimental psixologiya kursu», dördcildlik «Şərqşünaslıq xəbərləri» çap edilmişdi. Bunlar universitetin elmi sahədəki ilk uğurlarının göstəriciləridir. 1921-ci ildən bugünə kimi universitetin dövri mətbuat orqanı olan «Elmi Xəbərlər» müntəzəm olaraq çap edilir. Bu gün həmin jurnal universitet alimlərinin elmi araşdırmalarını əks etdirən mötəbər mətbuat orqanlarından biridir. Universitetin elmi araşdırmalarının nəticəsi olaraq, 50-ci illərin ortalarından yüksək elmi səviyyədə hazırlanmış dərsliklər və dərs vəsaitləri də sürətlə artmağa başlamışdır. Bu həm də universitetdə elmi potensialın güclənməsinin, yüksəkixtisaslı kadrlar hazırlanmasının məntiqi göstəricisidir.

Universitetin inkişafında intibah mərhələsi (1969-1985)

Universitetin inkişafında yeni keyfiyyət mərhələsi, heç şübhəsiz, Azərbaycan xalqının ümummilli lideri, BDU-nun tarix fakültəsinin məzunu Heydər Əliyevin adı və fəaliyyəti ilə bağlıdır.

Xalqımızın siyasi qüdrətinin təcəssümçüsü, Azərbaycan ziyalılarının ağsaqqalı və himayəçisi, milli təhsil quruculuğumuzun nəhəng memarı Heydər Əliyev mənəvi böyüklüyümüzün simvolu, elmimizin, təhsilimizin, mədəniyyətimizin möhtəşəm məbədi olan Bakı Dövlət Universitetinə xüsusi həssaslıqla yanaşır, Azərbaycanın keçmişini, onun mədəniyyətini, elm və iqtisadiyyatını, bütövlükdə müasir Azərbaycan cəmiyyətini bu elm məbədgahından ayrı təsəvvür etmirdi. Heydər Əliyev bilirdi ki, Azərbaycanın intibahı və inkişafı bu təhsil ocağının köməyi ilə baş verə bilər. Tarix özü sübut etdi ki, böyük öndər nə qədər haqlı imiş. Cəmiyyətin tərəqqisinin, elm, mədəniyyət, mənəviyyat inkişafının ən qüdrətli vasitəsi rolunu oynayan təhsilə qayğının artırılması, bu işə dövlət siyasətinin prioritet prinsipi kimi yanaşılması Heydər Əliyevin rəhbər və vətəndaş qayəsini ifadə edən önəmli cəhət idi. Bu amil Azərbaycanda 70-ci illərdən başlayaraq, Heydər Əliyev epoxasının mənəvi yüksəliş tarixinin inkaredilməz reallığıdır. Bunu danmaq, təkzib etmək mümkün deyil, çünki tarix baş vermiş hadisələrin və faktların yalana bürünməsinə heç vaxt imkan vermir. Bu tarixi gerçəkliyi necə danmaq olar ki, Bakı Dövlət Universitetinin 50 illik yubileyində sovet rejiminin tətbiq etdiyi bütün qadağaları aşan və o dövr üçün inqilaba bərabər bir hadisə baş verdi. 1969-cu il noyabrın 1-də universitetin yaradılmasının 50 illiyi münasibəti ilə yubiley tədbiri keçirilirdi. Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi Heydər Əliyevin tədbirdə iştirak etməsi və ana dilində nitq söyləməsi təkcə universitet kollektivinə deyil, bütün Azərbaycan cəmiyyətinə milli ruhun qaytarılması istiqamətində bir dönüş anı oldu. Bu nitq o vaxta qədərki bütün sovet sisteminin ağır repressiyalarından və təqiblərindən əziyyət çəkən universitet kollektivinin ürəyində ümid çırağı yandırdı, onları ruhlandırdı. Universitetin həyatında yeni bir keyfiyyət mərhələsinin başlanğıcını qoydu. Heydər Əliyevdeyirdi: «Azərbaycan universitetinin yaranması qabaqcıl qüvvələrin qələbəsi idi, doğma xalqı maarifləndirmək uğrunda, dünya mədəniyyəti və elm xəzinəsinin qapılarını onun üzünə açmaq uğrunda Azərbaycanın ən yaxşı oğullarının bir çox illər ərzində apardıqları mübarizənin yekunları idi». Bu fikirlər Heydər Əliyevin Azərbaycan maarifçilərinə, ziyalılarına və Cümhuriyyət dövrü xadimlərinə verdiyi böyük qiymət idi. Əslində, bu sözləri ilə Heydər Əliyev milli tarixə xüsusi diqqət yetirilməsinə səsləyirdi. Heydər Əliyevin nitqini ana dilində söyləməsi böyük tarixi əhəmiyyət daşıyırdı. O vaxtadək çoxları respublika rəhbərinin ana dilində nitq söyləyəcəyini güman etmirdi. Sovet sistemi şəraitində milli dildə nitqlərə mərkəzdə o qədər də rəğbətlə yanaşmırdılar. Respublika rəhbərləri, adətən, rus dilində danışırdılar. Heydər Əliyev isə mövcud qadağaları cəsarətlə qıraraq, nitqi ilə təkcə ana dilinə olan bağlılığını, sevgi və hörməti nümayiş etdirmədi, eyni zamanda bütün Azərbaycan cəmiyyətinə bu yolda bir nümunə göstərdi. Bu tədbirdə iştirakı və ana dilində nitqi ilə Heydər Əliyev milli ruhu universitet divarları arasına qaytardı. Heydər Əliyev deyirdi: «Bu gün, təntənəli yubiley günündə biz öz biliyini, öz istedadını Azərbaycan universitetinin yaranmasına və inkişafına sərf edənlərin xatirəsini hörmətlə yad edirik». Bu sözlər Heydər Əliyevin milli tariximizə, mədəniyyətimizə və elmimizə olan dərin hörmətini və sıx bağlılığını göstərirdi. Elm və təhsili layiqincə inkişaf etdirməsinin, elm və mədəniyyət sahəsində yüksəkixtisaslı kadrlar hazırlanması işində nailiyyətlər qazanmasının nəticəsi olaraq, SSRİ Ali SovetiRəyasət Heyəti 1969-cu ildə Azərbaycan Dövlət Universitetini yaranmasının 50 illiyi münasibəti ilə Qırmızı Əmək Bayrağı ordeni ilə təltif etmişdi. Sonralar da Heydər Əliyev Bakı Dövlət Universiteti ilə bağlı hər hansı qərarın qəbul olunmasından, onun yubileylərinin keçirilməsindən tutmuş, burada çalışanların təltif edilməsi, mükafatlandırılmasına qədər hər bir məsələyə həssas yanaşırdı. Bu da onun BDU-ya olan sevgisinin göstəricilərindən biri idi. Azərbaycanın müstəqil dövlət quruculuğuna aparan yolu, əslində, 1969-cu ildən – məhz onun hakimiyyətə gəlişindən sonra başlamışdır. Bu mənada, azərbaycançılığın ən parlaq səhifələri də elə həmin illərdən etibarən yazılmışdır. Heydər Əliyev o dövrdə mövcud olan ideologiyanın qəlibləri çərçivəsində Azərbaycanda milli ruhun tamamən sıxışdırılmasına nəinki yol verməmiş, əksinə, onu yüksəltmək yolunda bütün imkanlardan maksimum dərəcədə istifadə etməyi bacarmışdı.

XX əsrin son onilliklərində Azərbaycan elmi və təhsili də Heydər Əliyev şəxsiyyətinin, zəkasının və bacarığının işığında inkişaf etmiş və bugünkü səviyyəsinə gəlib çıxmışdır. Bu gün biz bir daha fəxrlə söyləyirik ki, Heydər Əliyev kimi nadir şəxsiyyət Bakı Dövlət Universitetinin məzunu olmuş, həyatının bütün dövrlərində bizim təhsil ocağımızla möhkəm bağlanmış, heç zaman BDU-dan öz qayğıkeş əlini çəkməmişdir. Bu onun ziyalılara olan sevgisindən, doğmalığından irəli gələn bir cəhət idi. Ona görə də hər zaman Azərbaycanın inkişafını və intibahını burada axtarır və əlindən gələni edirdi ki, Bakı Dövlət Universitetində yeni nəsil yetişdirmək üçün şərait olsun. Heydər Əliyev epoxasının mənəvi yüksəliş tarixinin mərkəzində məhz Bakı Dövlət Universitetinin dayanması reallıqdır. O deyirdi: «Bakı Dövlət Universiteti Azərbaycan xalqının milli sərvətidir». Və bu sərvəti göz bəbəyi kimi qorumaq üçün tələbkar rəhbər qətiyyəti göstərirdi. Eyni zamanda, hər bir ziyalıya, elm adamına, təhsil işçisinə öz əzizi kimi baxırdı. Azərbaycanın hər bir savadlı, təhsilli insanı onun sevimlisi idi.

Bütün dövrlərdə Bakı Dövlət Universitetinə Heydər Əliyevin xüsusi bir sevgisinin şahidiyik. O, BDU-ya olan məhəbbətini, ehtiramını, sevgisini bu sözlərlə bildirirdi: «Mən fəxr edirəm ki, Bakı Dövlət Universitetinin məzunuyam». Bakı Dövlət Universitetinin yaradılması haqsızlıq ucbatından uzun müddət müstəqilliyini və dövlətçiliyini itirməyə məcbur olmuş xalqımıza hava və su kimi lazım idi. Ona görə gərək idi ki, bu məbədgah milli ruhu qoruyub saxlaya bilsin, Azərbaycan xalqında özünüdərk meyllərini oyatsın, xalqın öz milli təhsil sistemini və mənəvi tərbiyə formalarını yaratmasına yardımçı olsun.

Doğrudan da, tarixi proseslər göstərdi ki, Bakı Dövlət Universiteti təkcə milli və ictimai tərəqqimiz üçün gərəkli olmadı, həm də o, mənəvi qida rolunu oynadı. Dünyanın ən məşhur siyasi xadimlərindən biri olan möhtərəm Heydər Əliyev də Bakı Dövlət Universitetindən mənəvi qida almışdı. Azərbaycan xalqının milli, siyasi mənəviyyat tarixinin 34 ilə qədər dövrü dünya şöhrətli siyasətçi, səriştəli rəhbər, əvəzsiz şəxsiyyət Heydər Əliyevin işıqlı adı və səmərəli fəaliyyəti ilə daha da zənginləşmişdir. Həmin dövrdə Bakı Dövlət Universiteti diqqətdən kənarda qala bilməzdi. Bütün şüurlu həyatını doğma xalqının, ana vətəninin tərəqqisinə həsr etmiş Heydər Əliyev bu universitetin ən xırda problemlərinə də biganə qalmamışdı. Özünün tarixi missiyasını xalq qarşısında mətanətlə yerinə yetirən bir təhsil müəssisəsinin hansı böyük işlər görəcəyini Heydər Əliyev qədər dərk edən ikinci bir şəxs təsəvvür etmək çətindir. 60-cı illərin sonlarından etibarən, bütün Azərbaycan elm, təhsil və mədəniyyəti kimi, universitet də çiçəklənmə dövrünə qədəm qoydu, universitetin maddi-texniki təchizatı möhkəmləndirildi, tələbə qəbulu planı tədricən artırıldı, BDU xarici ölkələr üçün mütəxəssis hazırlayan əsas mərkəzlərdən birinə çevrildi. Bu illərdə univeristetdə elm və təhsil sahəsində ciddi uğrular əldə edildi. 70-80-ci illərdə universitetin hərtərəfli fəaliyyətinin genişlənməsi və təkmilləşməsi üçün böyük imkanlar yaranır. Bu, ilk növbədə, respublika rəhbərliyinin SSRİ tərkibində maksimum müstəqilliyə yönəldilmiş səyləri və siyasəti nəticəsində mümkün olurdu. Məhz həmin illərdə universitetin maddi-texniki bazası gücləndirilir, tədris işinin yaxşılaşdırılması və elmin inkişafı üçün əlverişli şərait yaradılır, informatika-hesablama mərkəzi açılır, yeni tədris binaları, laboratoriyalar, kitabxana, yataqxana və s. istifadəyə verilir, 1961-ci ildə fəaliyyəti dayandırılmış universitet nəşriyyatı 80-ci illərdə yenidən fəaliyyətini bərpa edir. Bu dövrdə universitet kitabxanasının inkişafına böyük önəm verilir. Fondunun fəaliyyət dairəsinin genişliyinə və zənginliyinə görə respublika kitabxanalarının metodik mərkəzi hesab edilən bu kitabxanaya 1974-cü ildə «Elmi Kitabxana» statusu verilmişdir. 70-ci illər univeristetin inkişafı, maddi-texniki bazasının möhkəmləndirilməsi, beynəlxalq əlaqələrinin genişləndiyi illər idi. Bu illərdə universitetə tələbə qəbulu planı artırıldı, yeni-yeni laboratoriya və kafedralar yaradıldı. 1977-78-ci tədris ilində universitetin ikinci tədris binası istifadəyə verildi. Məhz Heydər Əliyevin qayğısı sayəsində 70-ci illərdə universitet Asiya, Afrika və Latın Amerikasının inkişaf etməkdə olan ölkələri üçün mütəxəssislər hazırlayan güclü bir mərkəzə çevrildi. Azərbaycan universitetində təhsil alan həmin gənclər öz ölkələrinə döndükdən sonra müxtəlif vəzifələrdə çalışdılar, hətta sonralar bəziləri siyasi xadim, dövlət xadimi, ölkə rəhbəri oldu. Müsbət haldır ki, ABŞ-dan və Avropanın bir sıra ölkələrindən gələn tələbə və tədqiqatçılar da Azərbaycan elmi, təhsili, mədəniyyəti və tarixi ilə tanış olur, hətta universitet laboratoriyalarında və kafedralarında çalışırdılar. 1980-ci ildə universitetin yaradılmasının 60 illik yubileyi keçirildi və həmin tədbirlərdə Heydər Əliyev də iştirak etdi. Bu iştirakdan sonra da universitet həyatında bir sıra yeniliklər oldu – yeni laboratoriyalar və kafedralar açıldı, bir sıra əməkdaşa fəxri adlar verildi. 1965-70-ci illərdə universitetin rektoru, professor Mehdi Sadıq oğlu Əliyev, 1970-87-ci illərdə isə akademik Faiq Məmməd oğlu Bağırzadə olmuşdur.

Universitet müstəqilliyin ilk illərində və yeni inkişaf dövründə

Müstəqilliyin ilk illərində Azərbaycanın, o cümlədən universitetin həyatında qarışıqlıq, mürəkkəbliklərlə dolu anları bir fakt da sübut edir ki, 1989-1993-cü illərdə BDU-da 5 dəfə rektor dəyişdirildi: 1987-1989-cu illərdə AEA-nın müxbir üzvü, prof. Yəhya Cəfər oğlu Məmmədov; 1989-1990-cı illərdə akademik Cəmil Bahadur oğlu Quliyev; 1990-1992-ci illərdə akademik Mirabbas Göycə oğlu Qasımov; 1992-1993-cü illərdə prof. Firudin Yusif oğlu Səməndərov.

1993-cü ilin iyun ayında xalqımızın təkidli tələbi ilə Heydər Əliyevin yenidən müstəqil respublikamızın rəhbərliyinə gəlməsi ölkədə əfval-ruhiyyəni müsbət istiqamətdə dəyişdirdi, Bakı Dövlət Universiteti, tədricən, öz mövqeyini bərpa etməyə başladı. Azərbaycanda siyasi hakimiyyətə qayıdarkən, Heydər Əliyev ölkəni fəlakət və xaosdan, parçalanıb məhv olmaqdan, vətəndaş müharibəsindən xilas edərkən belə Bakı Dövlət Universitetini yaddan çıxarmadı və onun dövlətin yaradılıb möhkəmlənməsində rolunu çox yüksək qiymətləndirdi. O, şəxsən bir neçə dəfə universitetə gələrək, bu təhsil ocağına yenidən həyat verdi. Heydər Əliyevin Azərbaycan rəhbərliyinə qayıdışı sanki bütün elm adamlarına, o cümlədən Bakı Dövlət Universitetinin kollektivinə gələcəyə inam hissi aşıladı. Universitetin kollektivi Azərbaycanı bəlalardan və düşdüyü xaotik vəziyyətdən çıxarmaq üçün qərarlı olan Heydər Əliyevə əsl dayaq oldu və ziyalı sözünü dedi. Qeyd edək ki,1993-1996-cı illərdə BDU-nun rektoru Murtuz Nəcəf oğlu Ələsgərov, 1996-1998-ci illərdə Misir Cümayıl oğlu Mərdanov universitetinin rektoru olmuşdur.

1994-cü ildə Bakı Dövlət Universitetinin yaradılmasının 75 illiyi tamam oldu. Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin sərəncamı ilə yubiley komissiyası yaradıldı. Yubiley komissiyasının iclasına Heydər Əliyevin şəxsən sədrlik etməsi Azərbaycan rəhbərinin universitetin cəmiyyətin həyatında roluna və yerinə verdiyi böyük qiymət və diqqətlə bağlı idi. Bu həm də ümummilli liderin Azərbaycanda elm, təhsil və mədəniyyətə yüksək qayğısının nümunəsi idi. Təntənəli yubiley mərasimində iştirak edən Heydər Əliyev geniş nitq söylədi. Bu nitq məzmunca geniş, mahiyyətcə dərin, hədəflərinə görə strateji əhəmiyyət daşıyırdı. Heydər Əliyev deyirdi: «Bakı Dövlət Universiteti Azərbaycan xaqlının, Azərbaycan Respublikasının milli sərvətidir, milli iftixarıdır. ».

1999-cu ildə Bakı Dövlət Universitetinin yaradılmasının 80 illiyi tamam oldu. Bu münasibətlə 1999-cu il dekabrın 28-də universitet kollektivinə göndərdiyi təbrik məktubunda Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev yazırdı: «Diqqətəlayiqdir ki, Bakı Dövlət Universiteti öz fəaliyyətinin bütün dövrlərində elm və təhsil məbədi olmaqla yanaşı, həm də Azərbaycan dilinin inkişafında, milli şüurun, vətənpərvərlik ruhunun inkişafında xidmətlər göstərmiş bir mərkəz rolunu oynamışdır. Bakı Dövlət Universitetinin əsasını qoyanların, onun inkişafına təkan vermiş insanların əməyini daim yüksək qiymətləndirərək, onların xatirəsini böyük minnətdarlıq və ehtiram hissi ilə yad edirəm».

Böyük tarixi əhəmiyyət daşıyan bu fikirlər həm univeristeti quranların xatirəsinə ehtiramın nümunəsi, həm də Azərbaycan xalqının milli və mənəvi inkişafında Bakı Dövlət Universitetinin oynadığı rola verilən dəqiq qiymət idi.Universitet kollektivi fəxr edir ki, xalqına, onun mədəniyyətinə son dərəcə bağlı olan, şəxsiyyəti ilə insanlığın işıqlı zəka və qüdrət rəmzinə çevrilən, müasir Azərbaycan dövlətçiliyinin xilaskarı və memarı olan ümummilli lider Heydər Əlirza oğlu Əliyev elmin və təhsilin inkişafına göstərdiyi qayğıya, universitetin adını və şöhrətini yüksəklərə qaldırdığına, Azərbaycan xalqı və dövləti qarşısında misilsiz xidmətlərinə görə universitetinin Böyük Elmi şurasının qərarı ilə BDU-nun məzunu və fəxri doktoru adına layiq görülmüşdür. Bakı Dövlət Universitetinin zəngin və məzmunlu tarixinin ən şərəfli səhifələri Heydər Əliyevin iştirakı və qayğısı sayəsində yazılmışdır. Universitet təhsildə də, elmin inkişafında da, maddi bazanın möhkəmləndirilməsi sahəsində də ən böyük nailiyyətlərini məhz Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrlərdə qazanmışdır. BDU çox böyük alimlər, ictimai xadimlər, yaradıcı ziyalılar yetişdirmişdir. Lakin tam məsuliyyətlə, demək olar ki, Bakı Dövlət Universitetinin ən böyük məzunu xalqına, onun mədəniyyətinə və mənəviyyatına son dərəcə bağlı olan, şəxsiyyəti ilə xalqımızın simvoluna çevrilən, Azərbaycan dövlətinin xilaskarı və qurucusu, dünya azərbaycanlılarının lideri Heydər Əliyevdir. Heydər Əliyev BDU-nun həm bütün Azərbaycan xalqının, həm də universitetimizin şöhrətini yüksəklərə qaldıran, millətinə xidmət göstərən ən məşhur məzunudur. Heydər Əliyev BDU-nun məzunu olması ilə fəxr etdiyini dəfələrlə vurğulamış, onu Azərbaycan xalqının milli sərvəti adlandırmışdır. Bu, ulu öndərimizin universitetin müdriklik çağına verdiyi ən sərrast qiymətdir.

BDU İqtisadi potensialın intellekt kapitalına çevrilməsi illərində

Bakı Dövlət Universitetinin yeni korpusu

BDU son zamanlar Azərbaycanda təhsil islahatlarının həyata keçirilməsində çox önəmli rol oynayır. Cəmi 44 əməkdaşla fəaliyyətə başlayan universitetin 17 fakültə, 127 kafedra, 2 Elmi-Tədqiqat İnstitutu, 3 Elmi-Tədqiqat Mərkəzi, 1 Elmi-Tədqiqat Hissəsi və 24 Elmi Tədqiqat Laboratoriyalarında 3041 nəfər əməkdaş çalışır. Bolonya təhsil sisteminə qoşulmuş universitetdə kompüter texnologiyasının tətbiqi sahəsində böyük işlər görülmüş, ayrıca İnformasiya Texnologiyaları Mərkəzi, bütün fakültələrdə isə hər birində onlarla kompüter olmaqla, 20 elmi-tədqiqat sinfi yaradılmış və müəllimlərlə təmin edilmişdir. Hər bir fakültənin kompüter sinfində lokal şəbəkə yaradılmış və həmin kompüterlərin BDU-nun ümumuniversitet lokal şəbəkəsi vasitəsi ilə internetə çıxışı təmin edilmişdir. Böyük iftixar hissi ilə qeyd etmək lazımdır ki, son illər ərzində BDU-nun maddi-texniki bazasının möhkəmləndirilməsi, universitet şəhərciyinin və tədris korpuslarının abadlaşdırılması, tədrisin texniki vasitələrlə təchiz edilməsi, elmin son nailiyyətlərinin təcrübəyə tətbiqi, yeni cihazların alınması sahəsində böyük işlər görülmüşdür. BDU-da elmin və təhsilin kitabxana-informasiya xidməti ilə təminatında zəngin kitab fonduna malik Elmi Kitabxana mühüm rol oynayır. Kitabxana işinin kompüterləşdirilməsi elmi-tədqiqat laboratoriyasının köməyi ilə respublikamızda ilk dəfə olaraq kitabxananın kompüterləşdirilməsi işinə başlanmış, elektron kataloq yaradılmış, kitab, jurnal və qəzet fondunun böyük hissəsi elektron kataloqa salınmışdır. Universitetin müasir çap maşınları və texnologiyalarla təchiz edilmiş nəşriyyatı fəaliyyət göstərir. “Bakı universiteti” nəşriyyatı dərslik, dərs vəsaitləri, proqram və metodik göstərişlərin, hətta irihəcmli monoqrafiyaların çap edilməsi sahəsində ciddi uğurlar qazanmağa başlamışdır. Bakı Dövlət Universitetinin bir çox tələbələri və əməkdaşları Ermənistanın hərbi təcavüzünə qarşı döyüşlərin ön cərgələrində getmiş, Qarabağ uğrunda ağır döyüşlərdə iştirak etmiş, bəziləri canlarını vətən yolunda qurban vermiş, bir çoxları isə fiziki sağlamlıqlarını itirmişlər. Universitetin həyətində Vətən uğrunda şəhid olan oğulların xatirəsinə abidə ucaldılmışdır. Şəhidlərinin qəhrəmanlığı tələbə gənclərimizə örnəkdir. Universitetdə tələbə gənclərin vətənpərvərlik və milli dövlətçilik ruhunda tərbiyə edilməsi sahəsində ciddi iş aparılır. Gənclər təşkilatı, həmkarlar komitəsinin fəaliyyəti bu baxımdan diqqətəlayiqdir.

Bakı Dövlət Universitetinin inkişafının yeni mərhələsi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin adı ilə bilavasitə bağlıdır. Universitetin sonuncu tədris korpusu 1988-ci ildə istifadəyə verilmişdi. Həmin tarixdən keçən dövr ərzində açılan yeni fakültələr, kafedralar, laboratoriyalar, elmi-tədqiqat institutları və digər qurumlar, habelə tələbələrin sayının kəskin artması tədris prosesində xeyli problemlər yaratmışdı. Ona görə də yeni tədris korpusunun tikintisi barədə qərar qəbul edilmiş və onun inşasına 1991-ci ildə başlanmışdı. 1994-cü ilədək binanın yalnız bir mərtəbəsi tikilmişdi. Azərbaycan xalqının Azərbaycan Respublikasının Prezidenti vəzifəsinə seçdiyi İlham Əliyev Bakı Dövlət Universitetinin yeni korpusunun inşası prosesi ilə yaxından maraqlanıb, yaranmış vəziyyəti dərindən öyrənərək, qəti qərarlar qəbul edib, yeni tədris korpusunun tikintisinə xüsusi qayğı göstərib. İlham Əliyevin bilavasitə göstərişi ilə tikinti işləri üçün vəsait ayrılıb və inşa işləri başa çatdırlıb. Yeni tədris korpusu 2008-ci il sentyabrın 15-də istifadəyə verilib. Açılış mərasimində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin iştirak etməsi və geniş nitq söyləməsi universitet kollektivinin həyatında əlamətdar hadisəyə çevrildi. Prezident İlham Əliyev nitqində universitetin ölkəmizin elm və təhsilində oynadığı rola xüsusi diqqət çəkdi, professor-müəllim heyətinin əməyini yüksək qiymətləndirdi, dövlətin universitetə göstərdiyi xüsusi qayğını vurğuladı, qarşıda duran vəzifələrdən danışdı, böyük strateji niyyətləri, xüsusən təhsilin keyfiyyətinin daha da yaxşılaşdırılmasını, xarici ölkələrlə əlaqələrin genişləndirilməsini, yeni təcrübənin öyrənilməsi və tətbiq edilməsini, qabaqcıl universitetlərə azərbaycanlı gənclərin təhsil almaq üçün göndərilməsini qarşıya məqsəd qoydu. Prezident İlham Əliyevin nitqi universitet kollektivi tərəfindən yüksək ruh yüksəkliyi ilə qarşılandı, daha yaxşı işləməyə və təhsil almağa stimul verdi. Azərbaycan hərtərəfli inkişafını elm və təhsildə, güclü insan kapitalının formalaşdırmasında görən dövlət başçısı İlham Əliyev BDU-nun cəmiyyətdəki yeri və rolunu, ictimai əhəmiyyətini daim yüksək dəyərləndirir, onun davamlı yüksəlişi, tərəqqisi naminə bütün zəruri tədbirləri həyata keçirir. 24 aprel 2009-cu ildə imzaladığı sərəncamla universitetin 90 illik yubileyinin respublika miqyasında geniş şəkildə qeyd olunması, 30 oktyabr 2009-cu il tarixi sərəncamları ilə Bakı Dövlət Universitetinin ümumilikdə 107 nəfər professor-müəlliminə müxtəlif fəxri adlar, mükafatlar, fərdi təqaüdlər verməsi və yubiley tədbirinə qatılması müsəlman Şərqində ilk Avropa tipli ali təhsil ocağı olan BDU-nun milli kadr hazırlığındakı müstəsna yeri və roluna verilən yüksək qiymətdir.

2013-cü il sentyabrın 18-I Prezident İlham Əliyev və Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın Bakı Dövlət Universitetinin Qubadakı Tədris-təcrübə və istirahət mərkəzinin açılış mərasiminə qatılması universitet tarixinin ən şərəfli səhifələrindəndir. Bakı Dövlət Universiteti Azərbaycan ali məktəblərinin flaqmanı, dövlətçiliyin barometridir. Bu gün ölkədə aparılan təhsil islahatlarının önündə gedən Universitet kollektivi Avropaya surətlə inteqrasiya edən ölkəmizin gələcəyini təmin edən yüksək ixtisaslı kadrların hazırlanması üçün əlindən gələn hər şeyi edir.

Universitet kollektivi Prezident İlham Əliyev tərəfindən göstərilən diqqət və qayğıya cavab olaraq, təhsildə və elmdə yüksək yaradıcılıq uğurlarını zənginləşdirmək, dünya təhsilinə və elminə inteqrasiyanı sürətləndirmək üçün gərgin səylərini davam etdirir.

Adının tarixi

  • 1919 -1920 – Bakı Dövlət Universiteti
  • 1920 -1991 – Kirov adına Azərbaycan Dövlət Universiteti
  • 1991-2000 – M.Ə.Rəsulzadə adına Bakı Dövlət Universiteti
  • 2000 – indiyədək – Bakı Dövlət Universiteti

Tələbə təqaüdləri

Burada 22 ziyalının adına təqaüd verilir. Universitetdə Heydər Əliyev, Əziz Əliyev, Zərifə Əliyeva, Ziya Bünyadov, Mirzə Kazımbəy, Aida İmanquliyeva, Abdulla Qarayev, Şəfayət Mehdiyev, Səttar Süleymanov, Musa Əliyev, Mirəli Qaşqay, Məhəmməd Əmin Rəsulzadə, Nizami Gəncəvi, Mir Cəlal Paşayev, Abbas Zamanov, Arif Babayev, Yəhya Məmmədov, Həsən Əliyev, Zeynəlabdin Tağıyev, Məmməd Xələfov, Murtuz Ələsgərov, Heydər Hüseynov adına adlı təqaüdlər var.

Reytinq

2010-cu ilin dekabrında Akademik Göstəricilərə görə Universitetlərin Reytinqində (“University Ranking by Academic Performance” – URAP) dünyanın ən yaxşı 2000 universitetinin siyahısında, Azərbaycandan yalnız Bakı Dövlət Universiteti siyahıya düşüb və cədvəldə 1951-ci pillədə qərarlaşmışdır.

URAP 2018-2019-cu tədris ili üçün ali məktəblərin dünya üzrə reytinqlərində 2500 üniversitetin yer aldığı siyahıya Azərbaycandan cəmi bir ali məktəb – Bakı Dövlət Universiteti düşüb. Siyahıda BDU ən sonlarda, 2452-ci sırada qərarlaşıb və B kateqoriyasında yer alıb

Rəhbərlik

Dmitri Medvedyevə Bakı Dövlət Universitetinin fəxri doktoru adının verilməsi mərasimi, 3 sentyabr 2010

Rektor

Prorektorlar

  • Tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektor: Prof.Əliyeva İradə Nurəddin qızı
  • Elm və innovasiyalar üzrə prorektor: Prof.Kazımzadə Aydın Həsən oğlu
  • Sosial məsələlər, tələbələrlə iş və ictimaiyyətlə əlaqələr üzrə prorektor: Prof.Hacıyev Sani Tofiq oğlu
  • İnzibati-təsərrüfat işləri üzrə prorektor: T.e.n.Ramazanlı Nəbi Əhməd oğlu
  • Ümumi işlər üzrə prorektor: Dos.Mehrabov Vüqar Abdulla oğlu

Şöbələr

  • Tədris Elektron Mərkəzi
  • Tədris Hissəsi
  • Magistratura və Doktorantura şöbəsi
  • Mətbuat və informasiya şöbəsi
  • Kadrlar Şöbəsi
  • Ümumi şöbə

Rektorun müşaviri

  • Sultanov Məzahir Əlif oğlu
  • prof.Əliyev İsmayıl Əhmədəli oğlu

Elmi şura

BDU üzrə 02 dekabr 2013-cü il tarixli R-131 nömrəli əmrlə Elmi şuranın üzvləri aşağıda göstərilən tərkibdə təsdiq edilmişdir:

  1. Akad. Abel Məhərrəmov
  2. Prof. İradə Nürəddin qızı Əliyeva (sədr müavini) – Tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektor
  3. Prof. Vagif Museyib oğlu Salmanov (elmi katib) – Yarımkeçiricilər fizikası kafedrasının müdiri
  4. Prof.Aydın Həsən oğlu Kazımzadə – Elm və innovasiyalar üzrə prorektor
  5. Prof.Sani Tofiq oğlu Hacıyev – Sosial məsələlər, tələbələrlə iş və ictimaiyyətlə əlaqələr üzrə prorektor
  6. T.e.n.Nəbi Əhməd oğlu Ramazanlı – İqtisadi və təsərrüfat işləri üzrə prorektor
  7. Dos.Vüqar Abdulla oğlu Mehrabov – Ümumi işlər üzrə prorektor
  8. Akademik Fikrət Əhmədəli oğlu Əliyev- Tətbiqi riyaziyyat ETİ-nin direktoru
  9. Akademik Vasim Məmmədəli oğlu Məmmədəliyev – İlahiyyat fakültəsinin dekanı
  10. AMEA-nın müxbir üzvü, prof. Məsumə Fazil qızı Məlikova – Dövlət və hüquq nəzəriyyəsi tarixi kafedrasının müdiri
  11. AMEA-nın müxbir üzvü, prof.Tofiq İsmayıl oğlu Hacıyev – Türkologiya kafedrasının müdiri
  12. AMEA-nın müxbir üzvü, prof.Vasif Məmmədağa oğlu Babazadə – Tədris Metodiki Şuranın sədri
  13. AMEA-nın müxbir üzvü, prof.Rəfiqə Əlirza qızı Əliyeva – Ekoloji kimya və ətraf mühitin mühafizəsi ETL-in müdiri
  14. AMEA-nın müxbir üzvü, prof.Məhəmməd Fərman oğlu Mehdiyev – Tətbiqi riyaziyyat və kibernetika fakültəsinin dekanı
  15. Prof.Amil Məmmədəli oğlu Məhərrəmov – İqtisadiyyat və idarəetmə kafedrasının müdiri
  16. Prof.Ağalar Nəriman oğlu Abbasbəyli – Beynəlxalq münasibətlər kafedrasının müdiri
  17. Prof.Musa Rza oğlu Bayramov – Neft kimyası və kimya texnologiyası kafedrasının müdiri
  18. Prof.Məmməd İsa oğlu Çıraqov – Kristalloqrafiya, mineralogiya və geokimya kafedrasının müdiri
  19. Prof.Vüsət Əmir oğlu Əfəndiyev – Azərbaycan coğrafiyası və tədrisi metodikası kafedrasının müdiri
  20. Prof.Namik Abduləvvəl oğlu Əhmədov – Pizika Problemləri ETİ-nin baş elmi işçisi
  21. Prof.Əmir İbrahim oğlu Əliyev – Hüquq fakültəsinin dekanı
  22. Prof.İsmayıl Əhmədəli oğlu Əliyev – Həyat fəaliyyətinin təhlükəsizliyi kafedrasının müdiri
  23. Prof.Kamilə Ramiz qızı Əliyeva – Sosial və pedaqoji psixologiya kafedrasınəın müdiri
  24. Prof.Hikmət Əbdül oğlu Əlizadə – Sosial elmlər və psixologiya fakültəsinin dekanı
  25. Prof.Abdulsəyid Əbdülhəmid oğlu Əzizov – Kimya fakültəsinin dekanı
  26. Prof.Şövqi Yusif Ziya oğlu Göyçaylı – Coğrafi ekologiya kafedrasının müdiri
  27. Prof.Aqil Cəfər oğlu Hacıyev – Rus ədəbiyyatı tarixi kafedrasının müdiri
  28. Prof.Sevinc Rafiq qızı Hacıyeva – Ekoloji kimya kafedrasının müdiri
  29. Prof.Zeynal Mədət oğlu Həsənalıyev – Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsinin dekanı
  30. Prof.Ralfrid Əhəd oğlu Həsənov – Biofizika və molekulyar biologiya kafedrasının müdiri
  31. Prof.Tapdıq Güləhməd oğlu Həsənov – İqtisadi və sosial coğrafiya kafedrasının müdiri
  32. Prof.Qasım Zülfəli oğlu Hüseynov – Gənc istedadlar liseyinin direktoru
  33. Prof.Teymur Məmməd oğlu İlyaslı – Ümumi və qeyri-üzvi kimya kafedrasının müdiri
  34. Prof.Fərda Əli oğlu İmanov – Coğrafiya fakültəsinin dekanı
  35. Prof.Anar Camal oğlu İsgəndərov – Mənbəşünaslıq, tarixşünaslıq və metodika kafedrasının müdiri
  36. Prof.Nizaməddin Şirin oğlu İsgəndərov – Mexanika-riyaziyyat fakültəsinin dekanı
  37. Prof.Mehdi Davud oğlu Kazımov – İran filologiyası kafedrasının müdiri
  38. Prof.Qalina Yuryevna Mehdiyeva – Hesablama riyaziyyatı kafedrasının müdiri
  39. Prof.Cahangir Əbduləli oğlu Məmmədli – Jurnalistikanın nəzəriyyəsi və təcrübəsi kafedrasının müdiri
  40. Prof.Rüstəm Fəxrəddin oğlu Məmmədov – Beynəlxalq ümumi hüquq kafedrasının müdiri
  41. Prof.Kamil Bayraməli oğlu Mənsimov – Riyazi kibernetika kafedrasının müdiri
  42. Prof.Eldar Əli oğlu Məsimov – Maddə quruluşu kafedrasının müdiri
  43. Prof.Əsməd İmamməmməd qızı Muxtarova – Türk xalqları tarixi kafedrasının müdiri
  44. Prof.Həmzağa Davud oğlu Orucov – Tətbiqi riyaziyyat kafedrasının müdiri
  45. Prof.Nərgiz Arif qızı Paşayeva – Klassik Azərbaycan ədəbiyyatı kafedrasının müdiri
  46. Prof.Vaqif Əli-Muxtar oğlu Qasımov – Cəbr və həndəsə kafedrasının müdiri
  47. Prof.Ləzifə Nağı qızı Qasımova – Pedaqogika kafedrasının müdiri
  48. Prof.Xudaverdi Qənbər oğlu Qənbərov – Mikrobiologiya kafedrasının müdiri
  49. Prof.Akif Ələkbər oğlu Quliyev – Biologiya fakültəsinin dekanı
  50. Prof.Məlahət Müsrət qızı Qurbanova – Tədris Elektron Mərkəzinin direktoru
  51. Prof.Məhəmmədəli Əhməd oğlu Ramaznov – Fizika fakültəsinin dekanı
  52. Prof.İzzət Əşrəf oğlu Rüstəmov – Sosiologiya kafedrasının müdiri
  53. Prof.Rüfət Əşrəf oğlu Rüstəmov – Türk filologiyası kafedrasının müdiri
  54. Prof.Firudin Yusif oğlu Səməndərov – Cinayət hüququ və kriminologiya kafedrasının müdiri
  55. Prof.Nazim Telman oğlu Şəmilov – Ekologiya və torpaqşünaslıq fakültəsinin dekanı
  56. Prof.Şamil Qiyas oğlu Vəliyev – Jurnalistika fakültəsinin dekanı
  57. Prof.Tofiq Talış oğlu Vəliyev – Slavyan ölkələri tarixi kafedrasının müdiri
  58. Prof.Abuzər Alı oğlu Xələfov – Kitabxanaşünaslıq kafedrasının müdiri
  59. Prof.Məhəmməd Haqverdi oğlu Yaqubov – İdarəetmə nəzəriyyəsinin riyazi üsulları kafedrasının müdiri
  60. Prof.Qara Teyfur oğlu Mustafayev – Onurğalılar zoologiyası kafedrasının müdiri
  61. Prof.Rəbiyyət Nurulla qızı Aslanova – Fəlsəfə tarixi və mədəniyyətşünaslıq kafedrasının müdiri
  62. Prof.Əli Mustafa oğlu Əhmədov – Funksiyalar nəzəriyyəsi və funksional analiz kafedrasının müdiri
  63. Prof.Əkbər Salman oğlu Bayramov – Psixologiya kafedrasının professoru
  64. F.r.e.d.Yusif Soltan oğlu Qasımov – Tətbiqi riyaziyyat ETİ-nin şöbə müdiri
  65. Dos. Əyyub Teymur oğlu Əzizov – Kimyanın tədrisi metodikası kafedrasının müdiri
  66. Dos.Abbas Qurban oğlu Abbasov – İngilis dili (təbiət fakültələri) kafedrasının müdiri
  67. Dos.Akif Əli oğlu Atakişiyev – Bədən tərbiyəsi və idman kafedrasının müdiri
  68. Dos.İzzət Məmməd qızı Əfəndiyeva – Elmi Tədqiqat Hissəsinin rəisi
  69. Dos.Elxan Zəkəriyyə oğlu Əzizov – Şərqşünaslıq fakültəsinin dekanı
  70. Dos.İbad Hüseyn oğlu İbadov – Tədris hissəsinin müdiri
  71. Dos.Afət Oktay qızı Məmmədova – Magistratura və doktorantura şöbəsinin müdiri
  72. Dos.Çimnaz Hadi qızı Mirzəzadə – Dillər kafedrasının müdiri
  73. Dos.Ədibə Mir Cəlal qızı Paşayeva – Rus dili (humanitar fakültələr) kafedrasının müdiri
  74. Dos.Azad İsa oğlu Qurbanov – Kitabxanaçılıq-informasiya fakültəsinin dekanı
  75. Dos.Azad Əhməd oğlu Rzayev – Tarix fakültəsinin dekanı
  76. Dos.Fikrət Abuzər oğlu Şiriyev – Həmkarlar İttifaqı Komitəsinin sədri
  77. Dos.Məhərrəm Tahir oğlu Vəliyev – Filologiya fakültəsinin dekanı
  78. Dos.Adil İmran oğlu Xasayev – Geologiya fakültəsinin dekanı
  79. H.ü.f.d.Daşqın Məcid oğlu Qənbərov – Tələbə Həmkarlar İttifaqı komitəsinin sədri
  80. S.e.f.d.Pərvanə Yəhya qızı İbrahimova – Mətbuat və informasiya şöbəsinin müdiri
  81. T.e.n.Əzbər Şamı oğlu Sadayev – İnformasiya Texnologiyaları Mərkəzinin müdiri
  82. Firuzə Hüsü qızı Babayeva – Baş mühasib
  83. Gülheyran Həsən qızı Rəhimova – Xarici tələbələrlə iş üzrə dekan
  84. Kəmalə İsmayıl qızı Əliyeva – Ümumi şöbənin müdiri
  85. Sara Hökmulla qızı İbrahimova – Elmi Kitabxananın direktoru
  86. Məmmədbağır Qasım oğlu Məmmədov – Tələb Gənclər Təşkilatının sədri
  87. Səadət Əli qızı Namazova – Kadrlar şöbəsinin müdiri
  88. Tofiq Müseyib oğlu Sadıqov – Baş hüquqşünas
  89. İslam Məhərrəm oğlu Şirinov – Bakı Universiteti Nəşriyyatının direktoru

Dekanlar

  1. Mexanika-riyaziyyat fakültəsinin dekanı

Professor İsgəndərov Nizaməddin Şirin oğlu

  1. Tətbiqi Riyaziyyat və kibernetika fakültəsinin dekanı

Professor Mehdiyev Məhəmməd Fərman oğlu

  1. Fizika fakültəsinin dekanı

Professor Ramazanov Məhəmmədəli Əhməd oğlu

  1. Kimya fakültəsinin dekanı

Professor Əzizov Abdulsəyid Əbdülhəmid oğlu

  1. Biologiya fakültəsinin dekanı

Professor Quliyev Akif Ələkbər oğlu

  1. Ekologiya və torpaqşünaslıq fakültəsinin dekanı

Professor Şəmilov Nazim Telman oğlu

  1. Coğrafiya fakültəsinin dekanı

Professor İmanov Fərda Əli oğlu

  1. Geologiya fakültəsinin dekanı

Dosent Xasayev Adil İmran oğlu

  1. Filologiya fakültəsinin dekanı

Dosent Vəliyev Məhərrəm Tahir oğlu

  1. Tarix fakültəsinin dekanı

Dosent Rzayev Azad Əhmədağa oğlu

  1. Hüquq fakültəsinin dekanı

Professor Əliyev Əmir İbrahim oğlu

  1. Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsinin dekanı

Professor Həsənalıyev Zeynal Mədət oğlu

  1. Jurnalistika fakültəsinin dekanı

Professor Vəliyev Şamil Qiyas oğlu

  1. Şərqşünaslıq fakültəsinin dekanı

Dosent Əzizov Elxan Zəkəriyə oğlu

  1. Sosial elmlər və psixologiya fakültəsinin dekanı

Professor Əlizadə Hikmət Əbdül Oğlu

  1. Kitabxanaçılıq-informasiya fakültəsinin dekanı

Dosent Qurbanov Azad İsa oğlu

  1. İlahiyyat fakültəsinin dekanı

Akademik Məmmədəliyev Vasim Məmmədəli oğlu

Həmkərlar İttifaqı Komitəsi

2012-ci ildə keçirilmiş ilk təşkilat seçkilərində və XIII hesabat-seçki konfransında Bakı Dövlət Universiteti Həmkarlar İttifaqı Komitəsinin Rəyasət heyətinin üzvləri aşağıda göstərilən tərkibdə seçilmişdir:

  1. Şiriyev Fikrət Abuzər oğlu- Həmkarlar İttifaqı Komitəsinin sədri,dosent, məclis üzvü
  2. Qasımov Alış Məmiş oğlu- Hüquq fakültəsi, kafedra müdiri, professor, HİK-də sədr müavini, məclis üzvü
  3. Atakişiyev Akif Əli oğlu- Bədən tərbiyəsi və idman kafedrasının müdiri, dosent, HİK-də sədr müavini, məclis üzvü
  4. Babayev Məcnun Şıxbaba oğlu- Biologiya fakültəsi, professor, HİK-də sədr müavini, məclis üzvü
  5. Mustafayev Qara Teyfur oğlu- Biologiya fakültəsi, kafedra müdiri, professor, məclis üzvü
  6. Məmmədova Şəkər Idayət qızı- Coğrafiya fakültəsi, dekan müavini, dosent, məclis üzvü
  7. Qurbanov Elşad Məcnun oğlu- Biologiya fakültəsi, kafedra müdiri, professor, məclis üzvü
  8. Şirinov Azər Mehdi oğlu-Sosial elmlər və psixologiya fakültəsi, dosent, məclis üzvü
  9. Xələfov Abuzər Alı oğlu- Kitabxanaçılıq-informasiya fakültəsi, kafedra müdiri, professor, məclis üzvü
  10. Nəsirov Elşad Haqverdi oğlu-Hüquq fakültəsi, baş müəllim, məclis üzvü
  11. Hüseynov Şamxal Qarakişi oğlu-Təsərrüfat hissəsi, məclis üzvü
  12. Mehdiyev Məhəmməd Fərman oğlu-Tətbiqi-riyaziyyat fakültəsi, dekan, AMEA-nın müxbir üzvü, professor, məclis üzvü
  13. Yaqubov Məmməd Haqverdi oğlu-Mexanika riyaziyyat fakültəsi, kafedra müdiri, professor, məclis üzvü
  14. Paşayev Aləddin İzzət oğlu Bədən tərbiyəsi və idman kafedrasının HT-in sədri, dosent
  15. Sadıqov Fuad Mikayıl oğlu-Kimya fakültəsinin HT-in sədri, professor
  16. Orucov Akif Sovda oğlu- Ekologiya və Torpaqşünaslıq fa­kül­təsinin HT-in sədri, baş müəllim
  17. Dadaşov Əmrah Neymət oğlu Tarix fakültəsi, dekan müavini, HT-in sədri, professor
  18. Cəfərova Roza Əli qızı Elmi kitabxananın HT-in sədri
  19. Məmmədov Kərəm Cahangir oğlu Beynəlxalq münasibətlər və İqtisa­diyyat fakültəsinin HT-in sədri, dosent
  20. Həsənəliyev Ələkbər Əliş oğlu Coğrafiya fakültəsinin HT-in sədri, dosent
  21. Qurbanov Məsud Nizami oğlu Təsərrüfat hissəsinin HT-in sədri
  22. İsmayılova Nigar Nurəddin qızı Kitabxanaçılıq və informasiya fakültəsinin HT-in sədri, dosent
  23. Qasımov Ərəstun Bəlqiyə oğlu Hüquq fakültəsinin HT-in sədri, dosent
  24. Cavadova Hörmət Qəmbəralı qızı Sosial elmlər və psixologiya fakültəsinin HT-in sədri, dosent
  25. Süleymanov Nizami Söhbət oğlu Tətbiqi riyaziyyat və kibernetika fakültəsinin HT-in sədri, dosent
  26. Ağakişiyev Əliheydər Yunis oğlu Filologiya fakültəsinin HT-in sədri, dosent
  27. Rəhimov Kərim Qənbər oğlu Geologiya fakültəsinin HT-in sədri, dosent
  28. Məhəmmədov Əlinağı Zəkəray oğlu Fizika fakültəsinin HT-nin sədri, dosent
  29. Mahmudov Zaman Mahmud oğlu Biologiya fakültəsinin HT-nin sədri, dosent
  30. Məmmədova Yeganə Vahid qızı Tətbiqi riyaziyyat İnstitutunun HT-in sədri
  31. Fəttayev Habil Dövlət oğlu Mexanika-riyaziyyat fakültəsinin HT-in sədri, dosent
  32. Şirinov Faiq Bəşir oğlu Kompyuter mərkəzinin HT-in sədri
  33. Rüstəmov İmamyar Əliyar oğlu Nəşriyyatın HT-in sədri
  34. Babayev Zaur Kamal oğlu Jurnalistika fakültəsinin HT-in sədri, dosent
  35. Qaraşova Yeganə Musa qızı İlahiyyat fakültəsinin HT-in sədri, dosent
  36. Əkbərova Təranə Əkrəm qızı Şərqşünaslıq fakültəsinin HT-in sədri, dosent
  37. Məmmədov Mübariz Zabid oğlu Fizika Problemləri Institutunun HT-nin sədri
  38. Məmmədova Günay Məmməd qızı Gənc İstedadlar Liseyinin HT-in sədri

2012-ci ildə keçirilmiş hesabat-seçki konfransında seçilmiş BDU Həmkarlar İttifaqı Komitəsinin Təftiş Komissiyasının üzvləri aşağıda göstərilən tərkibdə seçilmişdir:

  1. Mirzəyev Əmirxan Nizam oğlu İnzibati idarəetmə struktur-larının HT-in sədri
  2. Məhəmmədov Əlinağı Zəkaray oğlu Fizika fakültəsinin HT-nin sədri, dosent
  3. Ağakişiyev Əliheydər Yunis oğlu Filologiya fakültəsinin HT-in sədri, dosent
  4. Məmmədov Kərəm Cahangir oğlu Beynəlxalq münasibətlər və İqtisadiyyat fakültəsinin
  5. HT-in sədri, dosent Rüstəmov İmamyar Əliyar oğlu Nəşriyyatın HT-in sədri

Fakültə və institutlar

Universitet ilk tədris ilini 2 fakültə ilə – tarix-filologiya, tibb fakültələri və 1094 tələbə ilə başlamışdır. Hazırda isə Bakı Dövlət Universitetinin 17 fakültəsində bakalavriat səviyyəsində 65, magistratura səviyyəsində isə 43 ixtisas və 210 ixtisaslaşma üzrə kadr hazırlığı həyata keçirilir.

Fakültələr

  1. Mexanika-riyaziyyat fakültəsi
  2. Tətbiqi riyaziyyat və kibernetika fakültəsi
  3. Fizika fakültəsi
  4. Kimya fakültəsi
  5. Biologiya fakültəsi
  6. Ekologiya və torpaqşünaslıq fakültəsi
  7. Coğrafiya fakültəsi
  8. Geologiya fakültəsi
  9. Filologiya fakültəsi
  10. Tarix fakültəsi
  11. Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsi
  12. Hüquq fakültəsi
  13. Jurnalistika fakültəsi
  14. Kitabxanaşünaslıq-informasiya fakültəsi
  15. Şərqşünaslıq fakültəsi
  16. İlahiyyat fakültəsi
  17. Sosial elmlər və psixologiya fakültəsi

İnstitutlar

  1. Tətbiqi riyaziyyat Elmi-Tədqiqat İnstitutu
  2. Fizika problemləri Elmi-Tədqiqat İnstitutu
  3. Konfutsi İnstitutu (BDU)
  4. Yunus Əmrə İnstitutu Bakı Türk Mədəniyyət Mərkəzi

Rektorları

  • Vasili Razumovski (ilk rektor – 1919-1920)
  • Sergey Nikolayeviç Davidenkov (1920-1923)
  • Aleksandr Dmitriyeviç Qulyayev (1923-1926)
  • Tağı Şahbazi Simurğ (1926-1929)
  • Vladimir Yelpatyevski (1929)
  • Maqsud Məmmədov (1929-1930)
  • Məmmədkazım Ələkbərli (1934-1935)
  • Bala bəy Həsənbəyov (1935-1937)
  • Əziz Əliyev (1937)
  • Cəbrayıl Ələsgərov (1937-1941)
  • Şamil Əliyev (akademik) (1941-1944)
  • Abdulla Qarayev (1944-1950)
  • Cəfər Hacıyev (1950-1954)
  • Yusif Məmmədəliyev (1954-1958)
  • Şəfaət Mehdiyev (1958-1965)
  • Mehdi Əliyev (1965-1970)
  • Faiq Bağırzadə (1970-1987)
  • Yəhya Məmmədov (1987-1989)
  • Cəmil Quliyev (akademik) (1989-1990)
  • Mirabbas Qasımov (1990-1992)
  • Firudin Səməndərov (1992-1993)
  • Murtuz Ələsgərov (1993-1996)
  • Misir Mərdanov (1996-1998)
  • Abel Məhərrəmov (1999-2018)
  • Firudin Qurbanov (2018-h.h.) (s.i.e.)

Mərkəzlər

  • Nano Araşdırmalar Mərkəzi
  • İnformasiya Texnologiyaları Mərkəzi
  • Beynəlxalq Elmi Araşdırma Mərkəzi
  • Koreya mərkəzi
  • Rus mərkəzi
  • Abay mərkəzi
  • Karyera mərkəzi
  • Quba Tədris-təcrübə və istirahət mərkəzi
  • Altıağac Tədris-təcrübə və istirahət mərkəzi

Laboratoriyalar

Bakı Dövlət Universitetinin humanitar və təbiət fakültələri üzrə tədris və elmi-tədqiqat laboratoriyaları səmərəli elmi-tədqiqatların aparılmasına imkan yaradır. Laboratoriyalar müasir avadanlıq və cihazlarla təmin edilib, professor-müəllim, tələbələr, magistr və doktorantlar üçün bütün şərait yaradılıb.

Humanitar fakültələr üzrə

  • Dədə Qorqud laboratoriyası
  • Azərbaycan dilinin tətbiqi məsələləri laboratoriyası
  • Azərbaycan mühacirət ədəbiyyatı və bədii tərcümə laboratoriyası
  • Azərbaycanşünaslıq elmi tədqiqat mərkəzi
  • Arxeoloji və etnoqrafik tədqiqatlar bölməsi
  • Dünya azərbaycanlıları bölməsi
  • Bakı Dövlət Universitetinin hüquq klinikası
  • Kriminalistika laboratoriyası
  • Tədris tele-radio studiyası
  • Qəzet laboratoriyası

Sosial elmlər və Psixologiya fakültəsi

  • Sosioloji tədqiqatlar laboratoriyası
  • Eksperimental psixologiya elmi-tədqiqat laboratoriyası
  • İslamşünaslıq mərkəzi
  • «İnkişaf» respublika elmi-praktik mərkəzi

Təbiət fakültələri üzrə

  • Aerohidromexanika laboratoriyası
  • Hesablama laboratoriyası
  • Möhkəmlik və plastiklik laboratoriyası
  • Nanomaterialların kimyəvi fizikası tədris laboratoriyası
  • Alkenilfenollar və karbonilli birləşmələr kimyası
  • Ekoloji kimya və ətraf mühitin mühafizəsi
  • Qeyri-üzvi materialşünaslıq
  • Neft kimyası və təbiətdə onun çevrilməsi
  • Metalkompleks elmi-tədqiqat laboratoriyası
  • “Zərif üzvi sintez” elmi-tədqiqat mərkəzi
  • Nüvə maqnit rezonansı laboratoriyası
  • Biotexnologiya laboratoriyası
  • Biostimulyatorlar laboratoriyası
  • Coğrafi informatika mərkəzi
  • Pаleоbiоgeокimyа elmi-tədqiqаt lаbоrаtоriyаsı
  • Qızıl səpinti yаtаqlаrının prоqnоzu, ахtаrışı və qiymətləndirilməsi
  • Yer ehtiyаtlаrının аerокоsmik tədqiqi elmi-tədqiqаt lаbоrаtоriyаsı
  • Yer qаbığının geоfiziкi tədqiqаtlаrı elmi-tədqiqаt lаbоrаtоriyаsı

Muzeylər

  • Heydər Əliyev muzeyi
  • Universitetin tarixi muzeyi
  • Faydalı qazıntılar muzeyi
  • Təkamül təlimi muzeyi
  • Arxeologiya muzeyi
  • Velosiped idman muzeyi

Kitabxana

Bakı Dövlət Universitetinin Elmi Kitabxanası respublikanın zəngin ali məktəb kitabxanalarından biridır. Bakı Dövlət Universiteti 1919-cu ildə yaradılmış və həmin ildə onun strukturunda önəmli yeri olan kitabxana təşkil olunmuşdur. Tələbələrin və professor-müəllim heyətinin mədəni və mənəvi mərkəzi olan Elmi kitabxana həm respublika ali məktəb kitabxanaları ilə, həm də 21 ölkənin 49 universiteti və beynəlxalq nəşriyyatı ilə informasiya mübadiləsi aparır.

  • Elektron kitabxana
  • Elektron kataloq
  • Kitabxananın tarixi
  • Şöbə və fondlar haqqında
  • Nadir kitablar fondu
  • Beynəlxalq mübadilə

Universitetin kitabxansını yaratmaq üçün xüsusi komissiya təşkil edilmişdi. Komissiyanın 1919-cu ilin iyul ayında Bakı şəhər bələdiyyə idarəsinə müraciətinə əsasən indiki Musa Nağıyev adına xəstəxananın nəzdindəki, daha sonra Sabunçu xəstəxanası nəzdindəki kitabxana universitetə verilmişdi. Bundan əlavə, həmin dövrdə satışdan 120 min manatlıq kitab da alınmışdı. Universitet kitabxanasını genişləndirmək üçün komissiya tərəfindən eyni zamanda əhaliyə və ilk növbədə maarifpərvər ziyalılara müraciət olunmuşdu. Kitabxanada xüsusi türk şöbəsi yaradılmış, onu komplektləşdirmək üçün İstanbuldan 212 adda kitab gətirilmişdi.

Artıq 1920-ci ilin əvvəllərində kitabxananın fondunda 6 mindən çox kitab, 130 adda qəzet və jurnal var idi. Kitabxana fondlarının zənginləşdirilməsi sonrakı illərdə də davam etdirildi. Kitabxananın Şərq şöbəsinin təşkili üçün Azərbaycan SSR Xalq Komissarları Soveti 1922-ci ildə 7 min manat qızıl pul ayırımşdı. Bu vəsait hesabına 1924-cü ildə İstanbuldan 2000-dən artıq kitab alınmışdı. 1922-ci ildə BDU-nun Petroqrada ezam olunmuş, professorları buradan pulsuz olaraq 200 puddan artıq qiymətli elmi ədəbiyyat, o cümlədən Rusiya Elmlər Akademiyasının bütün nəşrlərin alıb gətirmişdilər. Hazırda burada 2,5 milyondan artıq çap vahidi vardır (2009). Kitabxananın 14 şöbəsi, 5 abonemet, 14 oxu zalı (985 yerlik) və 42 kafedra kitabxanası fəaliyyət göstərir. Elmi kitabxananın mükəmməl kataloq-kartoteka sistemi, kataloqların elektron variantı yaradılmışdır; internet saytı var. 1971-ci ildən respublikanın ali və orta ixtisas məktəbləri kitabxanalarının işini yaxşılaşdıran və tənzimləyən elmi-metodik mərkəzdir. Kitabxana “Universitet alimlərinin əsərləri“, “Universitetin görkəmli alimləri” seriyasından və s. mövzularda elmi-biblioqrafik göstəricilər hazırlayıb nəşr etmişdir.

Jurnallar

  1. Bakı Universitetinin Xəbərləri, humanitar elmlər seriyası
  2. Bakı Universitetinin Xəbərləri, sosial-siyasi elmlər seriyası
  3. Bakı Universitetinin Xəbərləri, təbiət elmləri seriyası
  4. Bakı Universitetinin Xəbərləri, fizika-riyaziyyat elmləri seriyası
  5. Applied and computational mathematics (“Tətbiqi və hesablama riyaziyyatı” ingilis dilində)
  6. “Turkic World Mathematics Society journal of Pure and Applied Mathematics” jurnalı (“Nəzəri və tətbiqi riyaziyyat” jurnalı)
  7. Xəzəryanı ölkələri Univer­sitetlərin Assosiyasiyasının «Təbii­ Resurslar» jurnalı
  8. Tarix və onun problemləri (nəzəri, elmi, metodik jurnal, azərbaycan, rus və ingilis dillərində nəşr olunur)
  9. Psixologiya (elmi-praktik jurnal)
  10. Beynəlxalq hüqüq və inteqrasiya problemləri (elmi-analitik və praktiki jurnal)
  11. Dil və ədəbiyyat (nəzəri, elmi, metodik jurnal)
  12. Folklorşünaslıq məsələləri («Dil və ədəbiyyat» jurnalına əlavə kimi nəşr olunur)
  13. Pedaqoji aləm (elmi-populyar jurnal-Azər­bay­can, rus və ingilis dillərində nəşr olunur )
  14. Kitabxanaşünaslıq və biblioq­rafiya (elmi-nəzəri, metodik və təcrübi jurnal)
  15. Kitabxanaşünaslıq və informasiya (elmi nəzəri və praktiki jurnal)
  16. Kitabxanaşünaslıq və nəşriyyat işi (elmi-nəzəri və təcrübi jurnal)
  17. «Kitabxana.az» (elmi, metodiki və praktiki jurnal)
  18. Bakı Dövlət Universiteti İlahiyyat fakültəsinin Elmi Məcmuəsi
  19. Sportman
  20. Journal of Low Dimensional Systems

Beynəlxalq əlaqələr

  1. Xarici ölkə universitetləri ilə ikitərəfli əməkdaşlıq;
  2. Beynəlxalq təhsil proqramlarında BDU-nun iştirakı;
  3. Beynəlxalq elm-təhsil qurumları ilə əməkdaşlıq
  4. Universitetlərin Beynəlxalq Assosiasiyalarında BDU-nun iştirakı;
  5. Xarici ölkələrin Azərbaycandakı səfirlik və nümayəndəlikləri ilə əməkdaşlıq;
  6. Nüfuzlu beynəlxalq qurumlarla əməkdaşlıq;
  7. Azərbaycan dili və ədəbiyyatının xarici ölkələrdə təbliği və yayılması;
  8. BDU-nun professor-müəllim heyətinin xarici elmi tədris ocaqlarında fəaliyyəti, tələbə magistrant və aspirantların xarici ölkə universitetlərində təhsil alması;
  9. Əcnəbi vətəndaşların BDU-da təhsili;

Bununla əlaqədar BDU-da rektorluq tərəfindən beynəlxalq əlaqələr xəttində çalışan əməkdaşlar qarşısında universitetimizin xarici əlaqələrinin fəlsəfəsini və ideologiyasını müəyyən edən bir neçə vəzifə qoyulmuşdur, o cümlədən:

  1. Universitetimizin nüfuzunun avroatlantik elm və təhsil məkanında artırılması;
  2. Müxtəlif nüfuzlu universitet assosiasiyalarına qəbul olunmaq və orada həlledici mövqe tutmaq;
  3. Avropa elm və təhsil məkanında gedən inteqrasiya proseslərini müşayiət etmək və onlara məqsədyönlü qatılmaq;
  4. Avropa Birliyinin və dünyanın aparıcı dövlətlərinin elm və təhsil sahəsində ayrılmış qrantlarının əldə etmək və müxtəlif beynəlxalq proqramların iştirakçısı olmaq;
  5. Xarici ölkə universitetləri ilə ikitərəfli əməkdaşlıq;

Universitetimizdə təhsil alan əcnəbi tələbələrin sayını artırmaq və diplomlarımızın tanınması istiqamətində həlledici addımlar atmaq.

Tədricən, bu proqramları həyata keçirərək, Bakı Dövlət Universiteti beynəlxalq əlaqələri inkişaf etdirir. Hazırda Bakı Dövlət Universiteti dünyanın 50-dən artıq aparıcı universiteti ilə ikitərəfli əməkdaşlıq edir:

  • Rusiyanın Moskva Dövlət Universiteti
  • Moskva Dövlət Beynəlxalq Əlaqələr İnstitutu
  • Sankt-Peterburq Dövlət Universiteti
  • Rusiya Dövlət Humanitar Universiteti
  • Həştərxan Dövlət Universiteti, Universiteti
  • Türkiyənin Ankara Universiteti
  • Gazi Universiteti
  • Fırat Universiteti
  • Süleyman Dəmirəl Universiteti
  • Gebze Yüksək Universiteti
  • İstanbul Aydın Universiteti
  • Yıldız Texnik Universiteti
  • Bilkənd Universiteti
  • Rumıniyanın Avidos Universiteti
  • Buxarest Universiteti
  • Almaniyanın Azad Berlin Universiteti
  • Bon Universiteti
  • ABŞ-ın Minnesota Dulut Universiteti
  • İndiana Universiteti
  • Cekson Dövlət Universiteti
  • Fransanın Sarbona Universiteti III
  • İnalko Universiteti
  • Qrenobol Universiteti
  • Varşava Universiteti
  • Tbilisi Dövlət Universiteti
  • Belarusiya Dövlət Universiteti
  • Afina Milli Kapodistrian Universiteti
  • Dotentsk Dövlət Universiteti
  • Koreyanın Sanlin Universitet
  • Pay-Çay Universiteti
  • Albaniyanın Epoka Universiteti və digər universitetlərlə əməkdaşlıq müqavilələri əsasında namizədlik və doktorluq dissertasiyalarına birgə rəhbərlik, tədris təcrübəsinin, birgə elmi konfrans və simpoziumların təşkili, tələbə və müəllim mübadiləsi, elmi informasiya mübadiləsi, elmi kitabxanalar arasında əməkdaşlıq həyata keçirilir. Moskva Dövlət Universitetinin coğrafiya və biologiya fakültələrinin tələbələri müntəzəm olaraq 2 həftədən bir ay müddətinə qədər Azərbaycan Hirkan Milli Parkının və Qızıl-Ağac qoruğunun ərazisində tədris təcrübəsini keçirlər.

2008-ci ildə Bakı Dövlət Universiteti ilə adları aşağıda qeyd olunan xarici ölkə ali məktəbləri arasında əməkdaşlıq müqavilələri imzalanmışdır.

  1. Qahirə Universiteti (Misir)
  2. Gunma Universiteti (Yaponiya)
  3. Vinicki Dövlət Texniki Universiteti (Ukrayna)
  4. Sarbonna III Universiteti (Fransa)
  5. Montpellier Universiteti (Fransa)
  6. Pay-Çay Universitet (Koreya)
  7. Varşava Universiteti (Polşa)
  8. İstanbul Aydın Universiteti (Türkiyə Respublikası)
  9. Yıldız Texniki Universiteti (Türkiyə Respublikası)

Bu müqavilələr çərçivəsində aşağıdakı istiqamətlər üzrə işlər aparılmışdır:

Yaponiya Fondunun dəstəyi ilə yapon dilini tədris etmək üçün Yaponiyadan Bakı Dövlət Universitetinə mütəxəssislər dəvət olunmuşdur. Bununla yanaşı, Yaponiyanın səfiri ilə tələbələrin görüşü keçirilmiş, yapon dili və ədəbiyyatına dair yeni kitablar Universitetimizə təqdim olunmuşdur.

Yaponiyanın GUNMA Universitetindən BDU-ya mütəxəssislər təşrif buyurmuş, Universitet ilə yaxından tanış olmuş və gələcək layihələr üzrə müzakirələr aparmışlar.

BDU-ya Yaponiyada təhsil almaq üçün təqaüd proqramları təklif olunmuş və Universitetin üç tələbəsi imtahan verib göstərilən proqram üzrə oxumağa göndərilmişdir. Kafedra müəllimi və laborantı Yaponiyada müvafiq olaraq yarım illik və bir aylıq staj proqramı keçmişlər. Hal hazırda Universitet tələbələri üçün Yapon dili kursunun açılması üçün işlər görülür. Kursun yerli və yapon müəllimlərin iştirakı ilə həftədə 2 dəfə aparılması nəzərdə tutulur.

2008-ci ilin sentyabr ayında Bakı Dövlət Universiteti və Florensiya Universitetləri arasında razılaşma imzalandı. Bu razılaşma hər iki universitetə təhsil və mədəniyyət sahəsində elmi tədqiqat işləri aparmağa imkan verir.

İlkin olaraq hər iki universitetin Psixologiya sahəsi üzrə əməkdaşlığı nəzərdə tutulur. Əməkdaşlıqda Bakı Dövlət Universitetini rektor, akademik Abel Məhərrəmov, Florensiya Universitetini isə professor Auqusto Marinelli təmsil edib.

2009 –cu ilin yeni tədris ilindən Hüquq fakültəsinin nəzdində Beynəlxalq insan hüququ üzrə magistr kursunun açılması gözlənilir. Proqramda nəzərdə tutulan bütün dərslər ingilis dilində tədris olunacaq. Dərslər Amerika Birləşmiş Ştatları və Avropa Universitetlərini bitirmiş Azərbaycan Müəllimləri tərəfindən aparılacaq. Kursun Tədris planı Kıprıs Universitetinin professoru Leonard Hammer və Ali Təhsilə Dəstək Proqramının müəllimləri tərəfindən hazırlanmışdır. Açıq Cəmiyyət İnstitutun Ali Təhsilə Dəstək Proqramı yerli, regional və qlobal səviyyədə akademik şəbəkələrin yaradılmasına yardım göstərmək, Mərkəzi və Şərqi Avropada, həmçinin Avrasiyada ali təhsil müəssisələrində həyata keçirilən islahatlara yardım etmək məqsədi ilə yaradılmışdır. Regionlarda seçilmiş universitetlərin kafedralarında, fakültələrində Yenilik və islahatların həyata keçirilməsinə yardım göstərir.

Həmin kafedralarda dərs deyən gənc və perspektivli müəllimlərin saxlanılması və peşəkarlıq səviyyəsinin yüksəldilməsini təmin edir.

Açıq Cəmiyyət İnstitutunun Ali Təhsilə Dəstək Proqramı Bakı Dövlət Universiteti ilə artıq 4 ildir ki əməkdaşlıq edir. Universitetin Beynəlxalq Münasibətlər, Beynəlxalq Hüquq, Sosial İş və İqtisadi Kibernetika kafedraları ilə əməkdaşlıq edir. Adları çəkilmiş kafedralarda xarici ölkələrin aparıcı universitetlərində təhsil almış və beynəlxalq standartlara uyğun dərs təşkil və tədris edən müəllimlər bu proqram çərçivəsində çalışırlar. Bu müəllimlər hər il müsabiqə vasitəsi ilə seçilir və dərslə təmin olunurlar.

Eyni zamanda, adları çəkilmiş istiqamətlər üzrə müxtəlif xarici universitetlərdən dörd nəfər professor davamlı şəkildə tədris proqramının təşkili və tədrisi üzrə təlimlər təşkil edirlər.

2008-ci ilin oktyabr ayında rus mədəniyyətinin və tarixinin daha da dərindən öyrənilməsi, rus dili və ədəbiyyatının tədris planının təkmilləşdirmək məqsədilə, Bakı Dövlət Universitetində “Russkiy Mir” fondunun maliyyə dəstəyi ilə BDU-nun “Russkiy Mir” mərkəzi yaradılmışdır. Mərkəz rus dili və ədəbiyyatı, Rusiya tarixi, mədəniyyəti sahəsində müasir kitablar, internet resursları və texniki avadanlıqlar ilə təchiz edilmişdir. Russkiy Mir mərkəzinin açılışında BDU-nun sabiq rektoru akademik Abel Məhərrəmov, Rusiya Federasiyasının fövqəladə və səlahiyyətli səfiri Vasili İstratov, Russkiy Mir fondunun rəhbəri, Rusiya Federasiyasının “Politika” fondunun prezidenti Vyaçeslav Nikonov iştirak etmişlər.

Koreyanın Pay-Çay Universiteti ilə imzalanmış müqavilədə Bakı Dövlət Universitetinin şərqşünaslıq fakültəsində Koreya dilinin tədrisinin inkişafı, NANO-tenxnologiyalar üzrə əməkdaşlığın qurulması və gələcəkdə tələbə mübadiləsinin təşkil olunması kimi məsələlər qeyd olunmuşdur. Bu müqavilə əsasında Koreyanın KADO şirkətinin maliyyə dəstəyi ilə rəqəmsal imkanların istifadə olunması məqsədilə Bakı Dövlət Universitetində Azərbaycan-Koreya İnformasiya Mərkəzi yaradılmışdır.

Bakı Dövlət Universitetinin həyata keçirdiyi beynəlxalq əməkdaşlıq layihələri

  1. “Azərbaycan – Koreya informasiya təminatı mərkəzi ”-nin yaradılması Rəqəmsal İmkanların Yayılması üzrə Koreya agentliyi, (KADO)
  2. Yapon dili və Ədəbiyyatının inkişafına dəstək proqramı, Yapon Fondu
  3. Açıq Cəmiyyət İnstitutunun Ali Təhsilə Dəstək proqramı, Sorus Fondu
  4. “Ekoloji monitorinq üzrə elmi tədris laboratoriyalarının yaradılması” layihəsi ABŞ-ın Mülki Tədqiqat və İnkişaf Fondu (CRDF)
  5. “Tədris planlarının və tədrisin keyfiyyətinin qiymətləndirilməsi üzrə mərkəzin yaradılması” layihəsi, Avropa komissiyasının “Tempus” proqramı
  6. “Polimer matrisdə formalaşdırılmış alkogenik yarımkeçirici nanohissəciklərdə ion mübadiləsi və diffuziya prosessləri” layihəsi−Ukrayna Elm və Texnologiyalar Mərkəzi
  7. “Ftoroplastın zərərsizləşdirilməsi beynəlxalq terrorizmlə mübarizə vasitəsi kimi” layihəsi, Ukrayna Elm və Texnologiya Mərkəzi
  8. “Yeni növ foton tipli cihazların yaradılması üçün kolloid-maye kristal kompozitlərin optiki xassələrinin tədqiqi” layihəsi, Ukrayna Elm və Texnologiya Mərkəzi
  9. “Təhsil sektorunun inkişafı” layihəsi, Dünya bankı
  10. “Kiçik Qafqazın qızıl yataqları ,onların geoloji-genetik modellərinin tərtibi proqnozlaşdırılma meyarı kimi” layihəsi, CRDF
  11. “Kiçik Qafqazın vulkana-plutonik komplekslərindəki mis filizi yataqları: onların genezisi və axtarış amilləri” layihəsi, İNTAS fondu , 6-cı çərçivə proqramı
  12. “Dünya Bankı vasitəsilə Riyaziyyat üzrə Milli Kurrikulumun hazırlanması” layihəsi, Dünya bankı
  13. Funksional fəzalar və onların xüsusi törəməli diferensial tənliklərə tətbiqləri” layihəsi, İNTAS fondu

Bu layihələr çərçivəsində BDU-da yeni laboratoriyalar açılmış müasir avadanlıqlar alınmış və universitetin müəllim və tələbələri müxtəlif təlim kurslarında iştirak etmişlər. 2008-ci il ərzində müxtəlif ölkə rəhbəri, parlament sədrləri, nazirlər, xarici dövlət və qeyri dövlət təşkilatlarının sədrləri BDU-da olmuşlar. Belə ki 2008-ci ilin yanvar ayında Koreyanın Təhsil naziri və Baş nazirin müavini Kim Şinil ölkəmizə etdiyi səfər çərçivəsində BDU ziyarət etmişdir. BDU-nun professor-müəllim heyətinin xarici elmi təhsil ocaqlarında fəaliyyət göstərir, tələbə, magistrant və aspirantlar xarici ölkə universitetlərində təhsil alırlar. Hesabat ilində universitetin professor müəllim heyətinin nümayəndələri dünyanın onlarla ölkəsində ən nüfuzlu universitetlərdə mühazirələr oxumuş və seminarlar aparmışlar. 2008-ci ildə BDU-nun 6 əməkdaşı xarici ölkə universitetlərində çalışmışdır. Bu əməkdaşlar müqavilə əsasında Türkiyə Respublikasının müxtəlif şəhərlərində yerləşən universitetlərdə seminarlar aparmış və mühazirələr oxumuşlar.

  1. Eynullayev Arif Vahab oğlu – Kimya fakültəsinin dosenti, “Qeyri-üzvi materialşünaslıq” elmi-tədqiqat laboratoriyasının aparıcı elmi işçisi, Türkiyə Respublikasının Van şəhərində Yüzüncü İl Universitetində çalışır.
  2. Pənahov Əkbər Zeynalabdin oğlu Fizika fakültəsinin “Optika və molekulyar fizika” kafedrasının dosenti, Türkiyə Respublikasının Van Yüzüncü İl Universitetində çalışır.
  3. Əhmədov Ramazan Sirac oğlu Şərqşünaslıq fakültəsi “Türk filologiyası” kafedrasının dosenti, Türkiyə Respublikasının Kafkas Universitetində çalışır.
  4. Yaqubov Qabil Yavər oğlu Tətbiqi riyaziyyat və kibernetika fakültəsinin “Optimallaşdırma və idarəetmə” kafedrasının dosenti, Türkiyə Respublikasının Osmanqazi Universitetində çalışır.
  5. Əliyeva Tamilla Sadatxan qızı Filologiya fakültəsinin Dünya ədəbiyyatı kafedrasının dosenti, Türkiyə Respublikasının Osmanqazi Universitetində işləyir.
  6. Ağayeva Çərkəz Arif qızı Tətbiqi riyaziyyat və kibernetika fakültəsinin “Ehtimal nəzəriyyəsi və riyazi statistika” kafedrasının baş müəllimi, Türkiyə Respublikasının Yaşar Universitetində işləyir.

Son bir il ərzində BDU-nun 30 tələbə və magistrantı dünyanın müxtəlif ölkələrinin tədris ocaqlarında təhsillərini davam etdirmiş və staj keçmişlər. Bu əsasən aşağıdakı xətlərlə həyata keçirilmişdir:

  1. Xarici ölkə universitetlərinin ayırdığı qrantlar hesabına
  2. Universitetimizin beynəlxalq təhsil proqramlarında iştirakı ilə əlaqədar.
  3. Xarici ölkə universitetləri ilə ikitərəfli əməkdaşlıq çərçivəsində
  4. Müxtəlif elm və təhsil fondları tərəfindən keçirilən müsabiqələr nəticəsində.
  5. Xaricdə Təhsil üzrə Dövlət Proqramı əsasında

Xarici əlaqələri

Qafqaz Universitetlər Birliyinin üzvüdür.

Əcnəbi vətəndaşların BDU-da təhsili

2008 2009-cu tədris ilində BDU-da 12 ölkədən (Türkiyə, Çin, İran, Almaniya, Misir, Qazaxıstan, İsrail, Belarusiya, Gürcüstan, Rusiya Federasiyası Ukrayna və s.) 1249 nəfər əcnəbi vətəndaş təhsil alır, onlardan:

  • 922 nəfər bakalavr pilləsi üzrə (əyani və qiyabi, 892 müqavilə 30 dövlət hesabına);
  • 60 nəfər magistrant (əyani və qiyabi, 58 müqavilə 2 dövlət hesabına)
  • 259 nəfər aspirant (əyani və qiyabi, 253 müqavilə ilə, 6 –dövlət hesabına);
  • 3 nəfər doktorant (əyani və qiyabi, 3 müqavilə)
  • 5 nəfər dissertant (əyani və qiyabi, 4 müqavilə, 1 dövlət hesabına).

Məlumdur ki, istənilən universitetin nüfuzunun artmasında bu universitetdə təhsil alan əcnəbi vətəndaşların sayı mühüm əhəmiyyət kəsb edir. Bununla bağlı BDU-nun sabiq rektoru akad. A.M. Məhərrəmov və Beynəlxalq əlaqələr üzrə prorektor prof. N.A. Paşayeva xarici dövlətlərin təhsil qurumlarının yüksək rütbəli məmurları ilə danışıqlar aparmışlar, xarici ölkələrdə keçirilən elm və təhsil üzrə sərgilərdə iştirakımız təmin olunmuşdur, İnternet vasitəsilə Universitetimizin tarixi, tədris prosesinin məzmunu, Universitetdə təhsilin keyfiyyəti və digər məlumatlar yayımlanmışdır. Aparılan işlərin nəticəsində 2007 2008-ci tədris ilində əcnəbi tələbələrin sayı və təmsil etdikləri ölkələr artmışdır. Beləliklə, Bakı Dövlət Universiteti Avropa elm və təhsil məkanında tanınır və nüfuzlu Universitet kimi qəbul edilir. Bu məkanda elə bir proqram, yaxud inteqrasiya prosesi yoxdur ki, onlarda Universitetimiz hər hansı bir dərəcədə iştirak etməsin. Bakı Dövlət Universiteti qloballaşan dünyada elm və təhsil sahəsində müşahidə edilən prosesləri izləyir, onlarda iştirak etmək üçün mənəvi haqqa və hüquqi imkanlara malikdir, eyni zamanda Universitetimizin bu sahədə müəyyən edilmiş strategiyası mövcuddur.

Məşhur məzunlar

  • Əbülfəz Elçibəy
  • Heydər Əliyev
  • Lev Landau
  • Yusif Məmmədəliyev
  • Həsən Əliyev
  • Aida İmanquliyeva
  • Mir Cəlal Paşayev
  • Zahid Xəlilov
  • Qüdrət Paşayev
  • Bəxtiyar Vahabzadə
  • Əli Ömərov
  • Azad Mirzəcanzadə
  • Əli Rasizadə
  • Nəsir İmanquliyev
  • Məcid Rəsulov
  • Tofiq Köçərli
  • Məmməd Cəfər Cəfərov
  • Fərəməz Maqsudov
  • Abdulla Qarayev
  • Ziya Bünyadov
  • Həsən Abdullayev
  • Xudu Məmmədov
  • Əlisöhbət Sumbatzadə
  • Əşrəf Hüseynov
  • Musa Əliyev
  • Rəhim Sultanov
  • Soltan Mehdiyev
  • Əli Quliyev
  • Bəkir Çobanzadə
  • Vahid Qəhrəmanov
  • Heydər Hüseynov
  • Murtuza Nağıyev
  • Məmməd Arif Dadaşzadə
  • Şəfayət Mehdiyev
  • Ələsgər Məmmədov
  • Həmid Araslı
  • İqrar Əliyev
  • Mirəli Qaşqay
  • Ədhəm Şıxəlibəyli
  • Məmmədağa Şirəliyev
  • Cəfər Xəndan Hacıyev
  • Mehbalı Qasımov
  • Firudin Köçərli
  • Fuad Qasımzadə
  • Feyzulla Qasımzadə
  • Qasım Gül
  • Şahmar Əhmədov
  • Məmməd Xələfov
  • İbrahim İbrahimov
  • Əziz Seyidov
  • Mai Trong Nhuan – Xanoy Dövlət Universitetinin rektor
  • Elmir Vəliyev
  • İnam Kərimov
  • Sahil Babayev
  • Elmar Vəliyev
  • Xanlar Vəliyev

Comments are closed, but trackbacks and pingbacks are open.