Qaçmaqla arıqlamaq olar
Axşam: 2 yumurta, 1-2 dilim pendirlə suda bişmiş bir neçə kök, kofe
Kofe arıqladır?
Düzgün miqdarda içilən kofe sağlamlıq baxımından inanılmaz faydalar təmin edərkən, arıqlamağa təsir edib-etməməsi ən çox maraqlanılanlar arasındadır. İşləyən insanların gün ərzində özünü təravətli hiss etmələri üçün vazkeçilməz olan kofe sortları ləzzət həvəskarlarının sevimlisidir(kofe ilə bağlı maraqlı xəbərlər və məlumatlar əldə etmək üçün coffee.azı izləyin).Bəs,kofe arıqladır?
Kofe arıqladır?
Qara kofe (türk kofesi və ya filtrlənmiş kofe, expresso) maddələr mübadiləsini sürətləndirir, yağ və şəkərin yanmasını təmin edir, kökəlmək əvəzinə arıqlamağa kömək edir. Ancaq kofe arıqladir deyə kofeni daim içmək düzgün deyil. Xülasə; Maddələr mübadiləsini sürətləndirdiyi üçün türk kofesi arığlada bilər, ancaq tək kofe ilə arıqlamaq mümkün deyil.Kofe yalnız arıqlamağa kömək edə bilər.
Səhərlər içilən kofe arıqladır?
Kofeni şəkərsiz içsəniz, aşağı kalorili olduğu üçün arıqlamağınıza kömək edə bilər. Ancaq şəkərli kofeyə üstünlük verənlər bir az diqqətli olmalıdırlar. Arıqlamaq istəyərkən əksini əldə edə bilərsiniz. Buna görə də türk kofesinin arığladıcı təsirindən faydalanmaq istəyənlər səhərlər acqarına və şəkərsiz içə bilərlər. Əlbəttə ki, əvvəlcədən həkiminizlə məsləhətləşmək yaxşı bir fikirdir.
Kofe ilə arıqlamaq – bəzi qaydalar
- Kofe təbii və keyfiyyətli olmalıdır.
- Kofeni mis qabda dəmləyib, keramik fincanda için. Plastik stəkanda içmək olmaz.
- Kofeyə 1 çimdik qara istiot, vanil, darçın əlavə edə bilərsiniz. Şəkər, süd və ya şəkərəvəzləyicilər qatmayın.
- Gündəlik rasiondan yağlı xörəkləri, şirniyyatı, ağ çörəyi, “fast fud” kimi ziyanlı məhsulları çıxarın.
- Dietanın effektivliyini artırmaq üçün arıqlamaq idmanları edin, kosmetik prosedurlara yazılın.
- İdealda kofeni gün ərzində 12.00-17.00 arası içmək məqsədəuyğundur. İstənilən menyuda 1 dəfəyə yalnız 1 fincan kofe içmək olar
Kofe ilə arıqlamaq – müsbət cəhətləri
- Kofe bədəndəki artıq yağları yandırır;
- Maddələr mübadiləsini sürətləndirir;
- Qanda qlikogenin səviyyəsini azaltmaqla, iştahı kəsir;
- Sidikqovucu təsiri hesabına orqanizmdən artıq mayeni kənarlaşdırır;
- İnsulini aktivləşdirməklə qlükoza səviyyəsini azaldır.
Yaşıl kofe ilə arıqlayanlar
Yaşıl kofe qovrulmamış təbii kofedir. Zənginlik baxımından adi satışda olan kofedən dəfələrlə zəngindir. Yaşıl kofeni satışdan əldə etmək çox çətindir. Ancaq internet üzərindən axtarıb tapmaq olar və yaxud sifarişlə əldə etmək mümkündür. Yaşıl kofenin qiyməti adi kofedən bahadır. Bu onun qıtlığı ilə bağlıdır.
Yaşıl kofe hal-hazırda piy qatının əridilməsi, arıqlamaq üçün geniş istifadə edilir. Yaşıl kofe istifadə zamanı piy qatının əriməsindən sonra adətən dəridə qırışlar qalmır, bu onunla bağlıdır ki, arıqlama müntəzəm yavaş-yavaş olduğundan bu hal baş vermir. Arıqlamaq üçün yaşıl kofe həm çox təhlükəsiz, həm də ucuz başa gəlir.
Model kimi bədən quruluşuna sahib olmaq üçün bir çox qadınlar birdən-birə arıqlayır. Hazırda bu çox asandır, çünki arıqladıcı vasitələr bazarı çox güclü bir vasitə təklif edir.
Yaşıl kofe arıqladır?
Yaşıl kofenin geniş spektrli terapevtik üstünlükləri var. Onun 6 aktiv komponenti qida və dərmanların pis keyfiyyəti haqqında danışdığımız bir vaxtda tam yerinə düşür. Onu hər səhər yeməyindən sonra bir fincan qəbul etsəniz, sağlamlığa zərər vurmadan həftədə 2-3 kq arıqlaya bilərsiniz. Lakin, məsləhət görülən dozanı aşmaq olmaz, çünki bu sağlamlığa sərt şəkildə ziyan gətirə bilər.Qısa müddət ərzində həddən artıq çəkidən azad olan istehlakçılar sorğu zamanı təsdiq ediblər ki, onlar tövsiyə edilən dozaya əməl etməyiblər və onu 3-dən 5 dəfəyə qədər artırıblar! Nəticədə, onlar kəskin şəkildə incəliblər, yəni həftədə 4-5 kq-a kimi.
Darçınlı kofe arıqladır?
Darçınlı kofenin köməyi ilə qısa müddətdə artıq çəkinizdən xilas ola bilərsiniz. Sağlam bir pəhriz və məşq proqramını müşayiət edəcək bir fincan darçınlı kofe ilə həm iştahınızı basdıra, həm də lazımsız kalori qəbulunun qarşısını ala bilərsiniz, həm də maddələr mübadiləsi sürətinizi artıraraq yağ yandırılmasını sürətləndirə bilərsiniz.
Yağ yandırmasını artırmaq və arıqlamaq üçün istehlak edəcəyiniz bu kofeyə şəkər və dadlandırıcı əlavə etməməyi şiddətlə tövsiyə edirik.Kofe ile arıqlamaq isteyenler bunun əvəzinə bir xurma və ya hər hansı bir quru meyvə istehlak edə bilərsiniz. Ancaq bunu çox tez-tez etməməlisiniz.
Türk kofesi ilə arıqlamaq mümkündür?
Pəhriz zamanı türk kofesi nə vaxt içilməlidir sualının cavabı səhər yeməyindən əvvəl və ya qəlyanaltı kimi müəyyən edilir. Çünki türk kofesi pəhrizi günə kofe ilə başlamağı tələb edir.
Türk kofesi necə arıqladır?
Mədə problemi olanların kofe ile arıqlamaq üçün pəhriz saxlamazdan əvvəl həkimə müraciət etmələri tövsiyə edilər. Səhər yeməyindən əvvəl kofe ilə toxluq hissi təmin edilir. Bir neçə saatdan sonra səhər yeməyi iki yeməklə günü keçirməyə kömək edir. Tərkibində yağ olmayan kofe lif və zülal zənginliyi ilə yeməklərdə öz yerini tapır. Tərkibində kalsium və dəmirin də olduğu kofe ile arıqlamaq ucun, xüsusilə şəkərsiz istehlak edildikdə pəhriz dövrlərində daha az kalori ilə toxluq hissi verir. Təkcə türk kofe ilə arıqlamaq mümkün olmasa da, kofe ilə edilən pəhrizi gücləndirən qəlyanaltı kimi seçim edilə bilər.
Kofe ilə arıqlamaq pəhrizi(Türk kofesi)
Türk kofe ile arıqlamaq tərkibindəki bol kofeinlə maddələr mübadiləsini sürətləndirdiyi üçün kömək edir. Maddələr mübadiləsi yavaş olduğu üçün arıqlaya bilmədiklərindən şikayət edənlər, digər kofelərlə müqayisədə kofenin maddələr mübadiləsini sürətləndirən təsiri və heç bir qatqısı olmadığı üçün həm sağlam, həm də təsirli olduğu üçün türk kofesinə üstünlük verirlər. Ancaq arıqlama sürəti bədən quruluşuna görə dəyişəcəyi üçün fərqli çəkidə olan insanlarda fərqli nəticələr verə bilər. Faydalı pəhriz siyahısı və yekun nəticə üçün həkiminizlə məsləhətləşməniz sağlamlığınız üçün daha faydalı olacaq.Bir sözlə kofe ile arıqlamaq istəyənlər üçün türk kofesi ideal seçimdir
1 Həftəlik Türk kofesi Pəhriz Siyahısı
Səhər: 1 stəkan şəkərsiz türk kofesi, 2 dilim tam buğda çörəyi ilə hazırlanmış pendirli sendviç
Nahar: 2 qaynadılmış yumurta və 1 dilim tam buğda çörəyi
Şam yeməyi: Çoxlu yaşıl salat və 3 ədəd qızardılmış quzu pirzolası
Səhər: 1 stəkan şəkərsiz türk kofesi, 2 dilim tam buğda çörəyi ilə hazırlanmış pendirli sendviç
Nahar: 3 qril köftesi və yaşıl salat
Axşam: Limitsiz tərəvəz yeməyi və yağsız ayran
Səhər: 1 stəkan şəkərsiz türk kofesi, 2 dilim tam buğda çörəyi ilə hazırlanmış pendirli sendviç
Nahar: 2 qaynadılmış yumurta və 1 dilim tam buğda çörəyi
Axşam: Limitsiz tərəvəz yeməyi və yağsız ayran
Səhər: 1 stəkan şəkərsiz türk kofesi, 2 dilim tam buğda çörəyi ilə hazırlanmış pendirli sendviç
Nahar: Bol limon və 1 qaynadılmış yumurta ilə salat
Axşam: Çox şişirtmədən meyvə
Səhər: 1 stəkan şəkərsiz türk kofesi, 2 dilim tam buğda çörəyi ilə hazırlanmış pendirli sendviç
Nahar: Qızardılmış balıq
Axşam: Limitsiz tərəvəz yeməyi və yağsız ayran
Səhər: 1 stəkan şəkərsiz türk kofesi, 2 dilim tam buğda çörəyi ilə hazırlanmış pendirli sendviç
Nahar: Qızardılmış toyuq
Axşam: Limitsiz tərəvəz yeməyi və yağsız ayran
Səhər: 1 stəkan şəkərsiz türk kofesi, 2 dilim tam buğda çörəyi ilə hazırlanmış pendirli sendviç
Nahar: Limitsiz tərəvəz yeməyi və yağsız ayran
Şam yeməyi: Qızardılmış toyuq
Kofe ve limon ilə arıqlamaq
Düzgün qidalanma və idman olmadan içkinin işləməyəcəyi üçün dərhal bir sifariş verməyə dəyər. Kofein və limon suyunun birləşməsi fiziki dözümlülüyü artıra bilər (bu, daha səmərəli məşq etməyinizə kömək edəcək) və maddələr mübadiləsini biraz sürətləndirə bilər. Çoxsaylı tədqiqatlar göstərir ki, pəhriz, idman və kofeni limonla birləşdirən insanlar daha sürətli kilo verirlər, ancaq üçüncüsü ilk ikisi olmadan işləməyəcəkdir.
Kofe ilə arıqlamaq üçün xüsusi resept
Darçın -1 ədəd çubuq darçın
Kofe -1 çay qaşığı
Kofe ilə arıqlamaq üçün istifadə edəcəyiniz südü mütləq gecədən hazırlamağı unutmayın. Belə ki, gecədən südü və çubuq darçını kiçik bir qazana atıb vam odda qaynadın. Bunu etmənizin məqsədi, darçının südə tamamilə keçməsini təmin etməkdir.
Süd bir burum qaynadıqdan sonra odun üstündən götürün. Səhərədək darçının südün içində qalması şərtdir.Kofe ile arıqlamaq üçün ən ideal vaxt axşamüstü saat 16-17:00 arasıdır. Çünki bu saatlarda insanlarda enerji düşdüyündən axşam yeməyində həddindən artıq miqdarda yemək istəyi yaranır. Bu zaman, həmin istəyi aradan qaldırmaq üçün və kofe ile arıqlamaq məqsədiylə bu saatlarda kofe qrişımını qəbul edin.
Kofeni isə gecədən hazırladığınız darçınlı südü yenidən isidib, içinə bir çay qaşığı kofe əlavə edərək, qarışdıraraq için. Lakin kofe ile arıqlamaq resepti üçün bir neçə nüansa da diqqət etməniz vacibdir:
Kofe ile arıqlamaq ucun kofenin yanında mütləq 2 böyük stəkan su içməlisiniz ki, yandırılan yağlar tər və ya sidik yoluyla çölə atılsın.
Əgər kofe ile arıqlamaq isteyizsizse bu kofeni əsla ikisi və ya üçü bir yerdə kofelərdən hazırlamayın. Onlar əsil, təbii kofe deyil, kimyəvi qarışıqlardır. əvəzində qablaşdırlmış bankalarda satılan Qold, klassik və ya filtrli kofedən istifadə edə bilərsiniz. Kofenin bədəndə təsir göstərə bilməsi üçün ən az 1 həftə nizamlı istifadə etməlisiniz.nəticə əldə etmək istəyirsinizsə qarışımı 2 gün içib buraxmaq olmaz.
Çubuq darçın istifadə baxımından çox rahatdır, lakin əgər evdə belə çubuqlarınız yoxdursa, bunu bir çay qaşığı toz darçınla da əvəzləyib, südü qaynada bilərsiniz.
Arıqlamaq üçün kofe dietaları
Artıq çəkidən azad olmağın müxtəlif yolları vardır. Kofe ilə ariqlamaq da bu üsullardan biridir.
Kofe xoşlayanlar bu dieta sayəsində sevdikləri içkinin dadından zövq alaraq arıqlayacaqlar.
Kofe ilə arıqlamaq (3 günlük dieta)
Bu menyu sürətli arığladan pəhrizlər sırasına daxildir. Ağır pəhriz olduğundan səbr və iradə tələb edir. 3 günə 3-4 kilo çəki itirilir.
Səhər, nahar, axşam vaxtı yalnız 40 qr şokoladla 1 fincan kofe içirsiniz. Naharla axşam yeməyi arasında acsanız, eyni qaydada şokolad və kofe qəbul edirsiniz.
Kofe ilə arıqlamaq (7 günə 7 kiloqram)
2-ci gün istisna olmaqla digər günlərdə səhər yeməyi yalnız 1 fincan kofedən ibarət olmalıdır.
1-ci gün
Nahar: 2 ədəd soyutma yumurta, pomidor və kələm salatı, kofe
Axşam: az miqdarda kələm salatı, sobada hazırlanmış 150-200 qr balıq, kofe
2-ci gün
Səhər: kofe, bir neçə ədəd dietik suxari və ya 1 dilim çovdar çörəyi
Nahar: 200 qr balıq soyutma, kofe
Axşam: 150-200 qr yağsız ət soyutması, 1 stəkan kefir və ya qatıq
3-cü gün
Nahar: az miqdarda zeytun və ya digər bitki yağı qatılmış bir neçə soyutma tərəvəzdən salat, suda qaynadılmış 1 ədəd yumurta, kofe
Axşam: 2 ədəd iri ölçülü alma
4-cü gün
Nahar: kartof qatmadan digər tərəvəzlərdən salat, kofe, alma
Axşam: 200 qr yağsız mal əti, kələm salatı, 1-2 ədəd soyutma yumurta, kofe
5-ci gün
Nahar: zeytun yağı əlavə edilmiş, limon sıxılmış kök salatı, kofe
Axşam: sobada yağsız bişirilmiş 150-200 qr ət, azacıq kələm salatı, kofe
6-cı gün
Nahar: kök, kələm və 200 qr döş ətindən hazırlanmış salat, kofe
Axşam: 2 yumurta, 1-2 dilim pendirlə suda bişmiş bir neçə kök, kofe
7-ci gün
Nahar: 200 qr soyutma ət, 2 ədəd kiçik ölçülü alma, kofe
Axşam: digər 6 günün axşam yeməyindən biri
Kofe ilə arıqlamaq (2 həftəyə 10 kiloqram)
Səhər oyandıqda: bir qədər azyağlı süd əlavə olunmuş kofe
Naharda: 250 qr ət soyutması, bir neçə ədəd xlebçı, kofe
Axşam vaxtı: 100-150 qr toyuq soyutması, 2-3 xlebçı, kofe
İstifadə edilmiş mənbələr: 1. / 2. / 3. / 4.
Qaçmaqla arıqlamaq olar?
Arıqlamaq üçün sadəcə pəhriz saxladıqda, nəticə bir qədər gec əldə olunur. Həmçinin dieta sayəsində piylər əridikdən sonra əzələ kütləsinin və dərinin boşalması əhvalınızı poza bilər. Belə hallara yol verməmək üçün idmanla məşğul olmaq məsləhətdir.
Bəs qaçmaqla arıqlamaq olar?
Əlbəttə olar. Sadəcə bədəni qaçışa tədricən alışdırmaq lazımdır. Birdən-birə onu yükləməyin. Adaptasiya (uyğunlaşma) dövrü insanın fiziki vəziyyətindən asılı olduğundan, fərdi xarakter daşıyır. Mütəxəssislər optimal şəkildə 15-20 dəqiqə qaçmaqla idmana başlamağı tövsiyə edirlər. Səhər, günorta və axşam saatlarında qaçışın effekti fərqlidir. Belə ki:
- Səhər vaxtı qaçdıqda sinir, ürək-damar sistemi möhkəmlənir, piy deposu əriyir;
- Günorta qaçarkən əzələlər möhkəmlənir;
- Axşam qaçmaqla artıq piylər əriyir, sərf olunan kalori arıqlama prosesini asanlaşdırır.
Hansı saatlarda qaçmaqla arıqlamaq olar?
Səhər oyandıqda ac qarnına, axşam isə yeməkdən 2 saat sonra və ya 1 saat əvvəl qaçın. Əzələlərin yüklənməsi 3 zaman fasiləsində daha yaxşıdır: 6:30-7:30 , 11:00-12:00, 16:00-18:00. Bu saatlarda qaçmaqla daha müsbət nəticələr görəcəksiniz.
Sürətli qaçmaqla arıqlamaq olar?
10-20 dəqiqə ərzində sürətli qaçış yağları yandırmağa demək olar ki, kömək etmir. Məsələ burasındadır ki, sürətlə qaçarkən orqanizm enerjini qlikogendən alır. Bu proses ləng olduğundan adətən 40-50 dəqiqəyə qədər davam edir. Hüceyrələr kifayət qədər qlikogen sintez etmədikdə orqanizm yağ hüceyrələrini parçalamağa başlayır.
Ona görə də sürətli qaçmaqla arıqlamaq istəyirsinizsə, minimum 50 dəqiqə vaxt sərf etməlisiniz. Lakin 1 saatdan artıq qaçsanız, orqanizm asan dağılan əzələ zülalını parçalamağa başlaya bilər. Əzələ kütləsini itirmək istəmirsinizsə, bu variant Sizə uyğun deyil.
Belə olan halda arıqlamaq üçün nə etmək lazımdır? Cavab çox sadədir. İntervalla qaçın.
İntervallı qaçmaqla arıqlamaq olar?
Bunun üçün maksimum güc sərf edərək qaçmaqla dincəlməyi növbələmək gərəkdir. Məsələn: 100 metr – gəzinti, 100 metr –sürətli qaçış, 100 metr – yavaş yerimı. Bu tempdə 30-40 dəqiqə sərf edirsiniz. Rejimə riayət olunduqda orqanizm 6 saat ərzində aktiv şəkildə yağ yandırmağa davam edir.
Hansı tempdə qaçmaqla arıqlamaq olar?
Ən yaxşısı qısa məsafəyə sürətli qaçmaqla, uzun məsafəyə tez-tez gəzməyi növbələməkdir. Belə halda orqanizm eyni tipli idmana alışmır, daha çox kalori yandırır.
Əslində qaçış insana yüksək əhval-ruhiyyə, sərbəstlik hissi bəxş etməlidir. Qaçdıqdan sonra azacıq istirahət edib, iplə tullanmaq da olar.
Hansı geyimdə qaçmaqla arıqlamaq olar?
Paltarınız təbii materialdan, yüngül, rahat olmalı, bədəninizi sıxmamalıdır. Həmçinin keyfiyyətli idman krossovkası almağı da unutmayın. Qadınlar qaçarkən arıqlamaq üçün kəmər taxa bilər. Onun sayəsində bədən intensiv şəkildə tərləyir, orqanizmdən şlaklardan azad olur, sellülit azalır.
Kimlərə qaçmaqla arıqlamaq olmaz?
Ürək-damar problemi, tənəffüs çatışmazlığı, bronxial astma, aritmiya, II-III dərəcə piylənmə, hipertoniyadan (yüksək təzyiq) əziyyət çəkən insanlar sürətlə qaçmaq əvəzinə, tez-tez yeriməyə üstünlük verməlidir. Bu qrupa daxil olan şəxslər idmanla arıqlamaq yollarını yalnız həkim məsləhəti ilə seçə bilər.
Xülasə
Qaçmaqla arıqlamaq mümkündür, hətta faydalıdır. Burada ən mühüm şərt müntəzəm qaçmaqdır. Qaydalara əməl etsəniz, bir neçə həftədən sonra çəkiniz azalacaq, həyat enerjiniz çoxalacaq, gümrah və sevincli olacaqsınız. Qaçış zamanı xoşbəxtlik hormonu sayılan serotoninin ifrazı artdığından gün boyu yüksək əhval-ruhiyyə müşahidə edilir.
Comments are closed, but trackbacks and pingbacks are open.