Press "Enter" to skip to content

Arıqlamaq üçün idman hərəkətləri

Arxası üstə uzanın, ayaqlarınızı dizdən bükün. Bədəninizin yuxarı hissəsini elə qaldırın ki, onurğanın orta və aşağı hissəsi döşəmədə olsun. Əlləriniz gicgahda olmalıdır. Qarın əzələləri hesabına bükülməlisiniz.

Sağlam Arıqlayın

Rastlaşdığınız pəhrizi etmədən öncə, məsləhətləşin….Dr.Dietoloq

  • Əsas səhifə
  • DİETOLOQLA MƏSLƏHƏT OTAĞI
  • dietoloqla əlaqə
  • Haqqında

Bloq Arxivləri

Qarın əritməyin yolları

Qarın piylərini əritmək ən çətin pəhriz və məşqləri tələb edən bir əməliyyatlar tələb edir. Buna görə mütləq hər gün nizamlı olaraq idman etməyi laqeyd yanaşmamalısınız. Bu halda yaxşı bir idman müəllimindən kömək almakda lazımlı tabe, eğerki belə bir şansınız yoxsa doğru hərəkət şəkillərini öyrənərək bellirli vaxt aralıqlarında tətbiq edərək qarın yağlarını əritməyə müvəffəqiyyətli ola bilərsiniz.

Qarın piylərini əritmək üçün təbii möhkəmlətmə; – 1 Yemək qaşığı limon suyu – 1 Yemək qaşığı susam yağı – 1 Yemək qaşığı bibəriyə yağı – 1 Yemək qaşığı evkalipt yağı Bu 4 məhsulu bir qabın içərisinə qoyub qarışdırın daha sonra qarın kısmınıza yumru bir şəkildə hərəkət etdirərək masaj edin.

Göbək eritmek yolları; – Günə az yeməklə başlayın – Davamlı məşq edin – İp atlayabilirsiniz – Kobud duz istifadə edərək duş alın duş alın .Qarın bölgəsinə krem ilə masaj tətbiq edin . Diyet etməyi laqeyd yanaşmayın – Davamlı beyninizi işlədin .Soya südü ilə göbək əridə bilər Düz bir qarnım olsun deyirsinizsə diqqət yetirməniz lazım olan ən əhəmiyyətli xüsusi “qidalanma” mövzusudur. Yağlardan xilas olmağı istəyirsinizsə ilk başda qan şəkərinin səviyyəsini nəzarət etməniz lazımlıdır. Kalori miqdarını təyin etməniz lazımdır gündə cəmi neçə kalori tüketiyosunuz nə qədər zülal, karbohidrat və yağ istehlak etdiyinizin təyin etməli buna görə qida qəbul etməlisiniz.

Bunu paylaş:

  • Twitter-də paylaşmaq üçün tıklayın (Yeni pəncərədə açılır)
  • Facebook-da paylaşmaq üçün tıkla (Yeni pəncərədə açılır)
  • instagram səhifəsində paylaşmaq üçün tıklayın (Yeni pəncərədə açılır)

Arıqlamaq üçün idman hərəkətləri

Artıq çəkidən əziyyət çəkən insanlar arıqlamaq üçün müxtəlif vasitələrə əl atırlar. Onlara çörək yemədən arıqlamaq, su ilə arıqlamaq, pəhriz yeməkləri, arıqlamaq üçün dərmanlar və müxtəlif aparat prosedurlarını misal göstərmək olar.

Texnologiyanın bu qədər inkişaf etdiyi bir dövrdə insanlarda tənbəllik gün-gündən artır. Azhərəkətlilik bilavasitə kökəlməyə səbəb olduğundan arıqlamaq üçün idman hərəkətləri etmək lazımdır. Sizə ən effektiv hərəkətləri təqdim edirik.

Çöməlmə hərəkətləri

Yarımçıq oturma, yəni çöməlmə baldır, sağrı və bud əzələlərini işlədir. Çömələrkən pəncə döşəmədən ayrılmamalı, diz isə ayaq barmaqları səviyyəsindən irəliyə getməməlidir.

Hərəkəti çətinləşdirmək üçün hər çöməlmədən sonra 1 dəfə hoppanmaq olar. 1 gündən bir 3 dövr təkrarlayın. Hər dövr 25 hərəkətdən ibarətdir. Beləliklə, ümumilikdə 75 dəfə çöməlmiş olacaqsınız.

Arıqlamaq üçün idman hərəkətləri – plank

Bədən quruluşunu formalaşdıran ən yaxşı idman hərəkətləri sırasındadır. Qarın, bel, sağrı, bud və baldır əzələlərini möhkəmləndirir, piy qatını əridir. Bunun üçün dirsəklər bükülmüş vəziyyətdə üzü aşağı uzanın. Nəfəs alıb verdikdən sonra dirsəklərə və ayaq barmaqlarınıza istinad edərək bədəninizi qaldırın.

Hərəkət əsnasında qarın və sağrı əzələləri maksimum dartılmalıdır. Belinizi, yəni onurğanızı isə düz saxlamalı, əyməməlisiniz. Plankı 2-3 dəqiqə olmaqla hər gün edə bilərsiniz.

Arıqlamaq üçün idman hərəkətləri – iplə hoppanmaq

Sürətlə arıqlamağın yollarından biri iplə atlamaqdır. 1-2 dəqiqədən başlayıb, vaxtı tədricən 10 dəqiqəyə qədər uzatmaq lazımdır. Hoppanarkən əl, ayaq, onurğa, qarın əzələləri işləyir, artıq çəki azalır.

Arıqlamaq üçün idman hərəkətləri – bükülmə (qıvrılma)

Arxası üstə uzanın, ayaqlarınızı dizdən bükün. Bədəninizin yuxarı hissəsini elə qaldırın ki, onurğanın orta və aşağı hissəsi döşəmədə olsun. Əlləriniz gicgahda olmalıdır. Qarın əzələləri hesabına bükülməlisiniz.

Büküldükdə dərin nəfəs alın, yerə uzandıqda nəfəsinizi verin. Həftədə 3 gün, hər gün 3 dövr təkrarlayın. Hər dövr 30 hərəkətdir.

Arıqlamaq üçün idman hərəkətləri – pliye

Ayaqları yanlara geniş açmaqla çöməlmə hərəkətidir. Budun daxili əzələlərini və sağrını işlədir. Dizlərinizi aralayıb çöməlirsiniz.

Arıqlamaq üçün idman hərəkətləri – çanaq hissəni qaldırmaqla

Bu hərəkət sağrıya cazibəli forma verir. Arxası üstə uzanın. Ayaqlarınızı sağrıya yaxın olacaq şəkildə dizdən bükün. Əllər yanlara uzanmış, ovuclar döşəməyə birləşmiş olsun. Pəncə və dizlər sağrı genişliyində (enində) olsun.

Çanağınızı elə qaldırın ki, gövdə hissəniz sağrı ilə düz xətt əmələ gətirsin. Bütün ağırlığınızı pəncələrə verin. Bu vəziyyətdə sağrı əzələlərini sıxıb 2-5 saniyə gözləyin.

Sonra çanaq hissənizi endirib, düz uzanın. 1-2 dəfə dərindən nəfəs alıb-verin və idmanı yenidən təkrarlayın. Ani hərəkətlər etməyin. Hər biri 15 hərəkət olmaqla 2-3 dövr edin.

Jimlə idman hərəkətləri

Qolları incəlmək üçün ən optimal üsuldur. Onu icra edərkən bir çox əzələ qrupları çalışır. Yeni başlayan şəxslər bu idman növünü divara dirənib edə bilər.

Üzü aşağı vəziyyətdə bədəninizi qaldırıb endirərək, dirsəklərinizi büküb açın. Tam jim edə bilmədikdə, ayaqları dizdən bükmək də olar.

İdman hərəkətləri – yan körpü

Böyrü üstə uzanın. Qarın və kürək əzələlərini gərərək, çanaq hissənizi döşəmədən elə qaldırın ki, bədəniniz ayaqlarla bir xətdə olsun.

Dirsəyə istinad edərək, onu 90° (düz bucaq altında) bükməlisiniz. Bu vəziyyətdə 15-60 saniyə (bacardığınız qədər) qalın. Sonra digər böyrü üstə bu hərəkəti təkrarlayın.

Tərsinə jimlə idman hərəkəti

Qol və döş əzələlərini işlədən, qolaltı piy qatını əridən hərəkətdir. Bunu yerinə yetirmək üçün Sizə 2 skamya lazım gələcək. Onları bir-birinə paralel şəkildə elə qoyun ki, boyunuza uyğun gəlsin.

Kürəyinizi skamyalardan birinə çevirib, ovuclarınızı skamyanın kənarlarına çiyin genişliyində qoyun. Skamyanın kənarlarından tutun. Ayaqlarınızı digər skamyanın kənarına qoyub, dirsəkləri 90° bükməklə jim edin.

Xülasə

Sadaladığımız hərəkətlərlə ev şəraitində arıqlamaq mümkündür. Yetər ki, Siz onları düzgün qaydada, müntəzəm şəkildə və ən əsası səbrlə edəsiniz.

İnanılmaz dərəcədə arıqladı

Kökəldiyi üçün hədsiz dərəcədə tənqid olunan məşhur müğənni Kristina Aqilera hər kəsi heyrətləndirib.

İfaçı “American Music Awards” mükafatlandırma mərasimindəki görünüşü ilə bütün diqqəti üzərinə cəmləməyi bacarıb.

1 il ərzində Arıqlayıb gözəl bədən quruluşuna sahib olan Kristina fotokameralara cazibədar pozlar verib. Qırmızı xalıda yeriyən ulduz geyimi ilə də gözəlliyini vurğulamağı bacarıb. Müğənninin bu dərəcədə arıqlaması gündəmi zəbt edib.

Xəbərlər Baxılıb: 2175 Tarix: 17 dekabr 2013
f Paylaş

Digər yazılar

Nikol Kidmandan yay ab-havalı fotosessiya

Nikol Kidman “Vanity Fair” jurnalının yeni sayı üçün fotosessiya etdirib

Ledi Qaqanı balığa bənzətdilər

Müğənni Ledi Qaqa yeni albomu “Artpop”un tanıtımını davam etdirir. Sənətçi bu günlərdə Los-Ancelesdən Tokioya uçub. O hər iki şəhərin hava limanında fanatları ilə görüşüb. Ledi Qaqa ənənəsinə sadiq qalaraq fərql

Dünyanın 6 seksual qadını reklam çəkilişində

“Versace” brendi yeni reklam çəkilişi üçün milyonlar xərcləyib. Moda evi qeyri-adi şəkillər təqdim edən 6 məşhur simanı bir araya toplayıb. Madonna, Demi Mur, Ledi Qaqa, Kristina Aqilera, Helli Berri, Cons Cenyuar

Aygün Kazımovanın əməliyyatdan sonra ilk fotoları

Əməliyyatdan sonra simasını tam göstərməyən müğənni şəkillərini sosial şəbəkədə paylaşıb

Nigar bal ayından döndü

Məşhur vizajist Nigar İbrahimova və həyat yoldaşı Ruslan Sanıyev Bakıya qayıdıblar. Toydan sonra yaranmış qalmaqaldan uzaq olan və Maldiv adasına bal ayı keçirən cütlük səyahətdən razı qalıb

Mehriban Əliyeva və Leyla Əliyeva sərgidə

Heydər Əliyev Fondunun təşəbbüsü ilə baş tutan sərgi “Azərbaycan – tolerantlıq məkanı” adlanıb. Tədbirdə nümayiş etdirilən fotolar dünya şöhrətli iranlı fotoqraf Rza Deqatinin Azərbaycana səfəri zamanı çəkilib

Nərgiz Paşayeva`nın gözəllik düsturu

Zərif zövqü ilə seçilən Moskva Dövlət Universitetinin Bakı filialının rektoru, filologiya elmləri doktoru, professor Nərgiz Paşayevanın yeni fotoları “Nargis” jurnalında yayımlanıb. “Nargis” jurnalınd

Röya Ayxan “Bugün TV”-də

Müğənni Röya Ayxan “Bugün TV”-də Ceren Bektaşın qonağı olub. Aparıcı C.Bektaş Röyanın fərqli səsinə heyran olduğunu deyib. Aparıcı “Azərbaycanın Rihannası” deyə təqdim etdiyi sənətçinin ünvanına təriflə

Qadın karyerası

“Qadın karyerası” bir ideya kimi mahiyyəti etibarilə qadına ənənəvi “mətbəx, məişət qayğıları” sxemi üzrə baxmağa ziddir. Cəmiyyətdə baş verən yenidənqurma işlərinə və feminist hərəkatlara baxmayaraq

Comments are closed, but trackbacks and pingbacks are open.