Icraçının mənzilində açıq hərracın necə keçirilməsi 4
Maddə 43. Hərracın baş tutmamış elan edilməsi
Sosial Xidmət Mərkəzində “Açıq qapı” günü keçirilib
Sosial Xidmətlər Agentliyinin Abşeronda fəaliyyət göstərən 18 yaşadək əlilliyi müəyyən edilmiş şəxslər üçün İxtisaslaşmış Sosial Xidmət Mərkəzində “Açıq qapı” günü keçirilib.
Agentliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, 1 İyun- Uşaqların Beynəlxalq Müdafiəsi Günü ərəfəsində təşkil edilən tədbirdə mərkəzin sosial-reabilitasiya xidmətini həyata keçirən ixtisaslı mütəxəssisləri ilə yanaşı, Norveçin “JOY” Uşaq İnkişaf Mərkəzinin mütəxəssisləri də iştirak ediblər.
Görüş çərçivəsində beynəlxalq təcrübəyə əsaslanan metodikalarla uşaqların sosial-inkişafının qiymətləndirilməsi aparılıb, valideynlərə sosial-məsləhət yardımı xidməti göstərilib.
“Açıq qapı” günündə iştirak edən valideynlər üçün “Uşaq inkişafında valideynin rolu, evdə uşağımızın inkişafına necə dəstək ola bilərik?” mövzusunda maarifləndirici təlim aparılıb.
Uşaqlara icma əsaslı sosial reabilitasiya xidməti göstərilən mərkəzdə 130 azyaşlı dövlət qayğısı ilə əhatə olunub.
İcra haqqında Azərbaycan Respubli̇kasinin qanunu
Bu qanun azərbaycan respublikası məhkəmələrinin, beynəlxalq arbitrajların və münsiflər məhkəmələrinin, xarici dövlətlərin məhkəmələrinin və arbitrajlarının mülki və iqtisadi mübahisələrə dair işlər üzrə qərarlarının, cinayət işləri üzrə hökmlərinin və qərarlarının əmlakın alınmasına dair hissəsinin, habelə məhkəmə əmrlərinin, inzibati xətalar haqqında işlər üzrə məhkəmə qərarlarının, inzibati xətalara dair işlərə baxmaq səlahiyyəti olan orqanların (vəzifəli şəxslərin) qərarlarının, alimentlərin ödənilməsi barədə notariat qaydasında təsdiq edilmiş sazişlərin, notariat orqanlarının icra qeydlərinin, məişət zorakılığı ilə bağlı işlərə baxmaq səlahiyyəti olan orqanlar tərəfindən verilən qısamüddətli mühafizə orderlərinin və azərbaycan respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş hallarda digər orqanların (bundan sonra – məhkəmə və digər orqanların) qərarlarının məcburi icrası qaydalarını və şərtlərini müəyyən edir.
Maddə 61. Hərracların hazırlanması və keçirilməsi
61.1. Borclunun əmlakının satılması üzrə hərraclar, bu Qanunun 53.2-ci maddəsində göstərilən ixtisaslaşdırılmış müəssisələr tərəfindən müvafiq müqavilə əsasında təşkil edilir və keçirilir.
61.2. İxtisaslaşdırılmış müəssisələr hərracı icra məmurunun sifarişi əsasında keçirirlər. Həmin sifarişdə hərraca qoyulan əmlakın ilkin qiyməti göstərilir.
61.3. Sifarişə aşağıdakılar əlavə edilir:
61.3.1. icra sənədinin surəti;
61.3.2. əmlak üzərinə həbs qoyulması haqqında icra məmuru tərəfindən tərtib edilmiş aktın surəti;
61.3.3. daşınmaz əmlak satıldıqda, həmin əmlaka dair sənədlər;
61.3.4. ayrıca tikili satıldıqda, həmin tikilinin yerləşdiyi torpaq sahəsindən istifadə hüququnu və ya həmin torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən sənədlərin surəti.
61.4. Uzunmüddətli icarə hüququ hərraca çıxarıldıqda, bu Qanunun 61.3.1 – 61.3.4-cü maddələrində göstərilən sənədlərə icra məmuru tərəfindən aşağıdakılar da əlavə edilir:
61.4.1. icarə müqaviləsinin surəti;
61.4.2. icarə müqaviləsinin qeydiyyatını təsdiq edən sənədin surəti;
61.4.3. tələbin uzunmüddətli icarə hüququna yönəldilməsinə icarəyə verənin razılığını təsdiq edən sənədin surəti və ya icarəçi icarə hüququnu hərrac nəticəsində əldə etdikdə, uzunmüddətli icarə hüququnun icarəçiyə keçməsini təsdiq edən sənədin surəti.
61.5. Tikintisi başa çatmamış obyekt üzərində hüquq satıldıqda, bu Qanunun 61.3.1 – 61.3.4-cü maddələrində göstərilən sənədlərə icra məmuru tərəfindən aşağıdakılarda əlavə edilir:
61.5.1. torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənədin surəti;
61.5.2. tikintiyə icazənin surəti. [86]
61.6. Vergi ödəyicisinin siyahıya alınmış əmlakının qanunvericiliklə müəyyən edilmiş qaydada ixtisaslaşdırılmış açıq hərraclarda satılması zamanı icra məmurunun sifarişinə əlavə edilən sənədlər Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilir. [87]
Maddə 62. Hərracın keçirilməsi müddətləri və qaydası
62.1. İcra məmurundan müvafiq sifarişin alındığı gündən ən geci iki ay müddətində ixtisaslaşdırılmış müəssisələr tərəfindən hərrac keçirilməlidir.
62.2. Hərracın keçirilməsi qaydası Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilir.
İpoteka haqqında Azərbaycan Respublikasının Qanunu
Qanun mülki hüquqi müqavilələrdən irəli gələn öhdəliklərin icrasının təmin edilməsi ilə bağlı ipotekanın yaranması əsaslarını, onun dövlət qeydiyyatı, təmin olunmuş borcun və digər mülki hüquqi öhdəliyin ipoteka hesabına ödənilməsi qaydalarını, tərəflərin hüquq və vəzifələrini müəyyən edir, habelə bu sahədə digər münasibətləri tənzimləyir.
Maddə 40. İpoteka predmetinin satılması
Tutmanın yönəldilməsi haqqmda bildiriş bu Qanunun 36.1-ci maddəsində nəzərdə tutulmuş şəxslərə verildikdən azı 30 təqvim günü keçdikdən sonra ipoteka predmeti bu Qanunla müəyyən edilmiş qaydada satıla bilər.
Maddə 41. İpoteka predmetinin satış üsulları
41.1. İpoteka saxlayanın və ipoteka qoyanın qarşılıqlı razılığma əsasən tutma yönəldilən
ipoteka predmeti açıq bazarda və ya hərracda satıla bilər.
- Məhkəmənin qərarı və ya notariusun icra qeydi əsasında tutma yönəldilməsi proseduru məhkəmə icraçısı tərəfindən həyata keçirilir və ipoteka predmeti hərracda satılır. Məhkəmə icraçısı hərracın keçirilməsini əmtəə birjalarının nəzdində yaradılmış ixtisaslaşdırılmış təşkilata (bundan sonra—hərracın təşkilatçısı) sifariş verir.
- Hərracın təşkilatçısma sifariş «Məhkəmə qərarlarının icrası haqqmda» Azərbaycan Respublikası Qanununa müvafıq qaydada tərtib olunur və hərraca çıxarılan ipoteka predmetinin ilkin satış qiymətini əks etdirir. Sifariş notariusun icra qeydi əsasında tərtib olunduqda müstəqil qiymətləndiricinin xidmətlərindən istifadə olunması ilə bağlı xərclər ipoteka saxlayan tərəfmdən ödənilir.
- Tərəflərin notariat qaydasmda təsdiqlənmiş razılaşması əsasında məhkəməyə müraciət edilmədən tutma yönəldilən ipoteka predmeti satılarkən satış üsulu və satışı həyata keçirməli olan şəxs tərəflərin razılığı ilə müəyyən olunur. Razılığa əsasən ipoteka predfneti hərracda satıldıqda ipoteka saxlayan və ya ipoteka qoyan hərracm təşkilatçısına sifarişi verə bilərlər.
41.5. Hərrac açıq auksion formasında keçirilir.
Maddə 42. Hərracm keçirilmə qaydası
42.1. Hərracm təşkilatçısı hərracm keçirilməsinə dair kütləvi informasiya vasitələrində
elan dərc etdirir, ipoteka saxlayana və ipoteka qoyana verilməsini təsdiq etmə üsulu ilə
bildiriş göndərir. Birinci elan və bildiriş hərracm keçirilməsinə ən geci 30 təqvim günü
qalmış verilir. Hərracın keçirilməsinə 15 təqvim günü qalmış ikinci elan verilir.
Elanda və bildirişdə hərracın vaxtı, yeri, forması, onun predmeti və keçirilmə qaydası, ilkin satış qiyməti, hərracda iştirak üçün behin məbləği, onun ödənilməsi müddəti və qaydası, hərracda iştirak hüququnu əldə etmək üçün sənədlərin siyahısı, habelə alış qiymətinin ödənilməsi müddəti və qaydası haqqmda məlumat olmalıdır. Hərracm iştirakçısı hərracın predmetinin ilkin satış qiymətinin 5 faizi miqdarında beh ödəməlidir.
42.2. Hərrac baş tutmadıqda, habelə keçirilməsindən imtina edildikdə, hərracın
təşkilatçısı behləri 7 təqvim günü müddətində geri qaytarmalıdır.
Hərracı udan, lakin bu Qanunla müəyyən olunmuş müddətdə alış qiymətini ödəməyən şəxsin behi qaytarılmır. Həmin beh bu Qanunun 47-ci maddəsində nəzərdə tutulmuş qaydada istifadə edilir.
Hərracda iştirak edən, lakin onu udmayan şəxslərin də behi 7 təqvim günü müddətində geri qaytarılır. Hərracı udmuş şəxslə müqavilə bağlandıqda onun verdiyi behin məbləği alış qiymətinə daxil edilir.
- Hərracm təşkilatçı, və onun əməkdaşları istisna olmaqla, hərracda istənilən şəxs, o cümlədən ipoteka saxlayan və ipoteka qoyan alıcı qismində iştirak edə bilər.
- Hərracda iştirak edən ipoteka saxlayan beh ödəmir. Hərracı udduğu halda ipoteka saxlayan tələbinin məbləği həcmində alış qiymətini ödəməkdən azad olunur.
- Ən yüksək qiymət təklif etmiş şəxs hərracı udmuş sayılır.
- Hərracı udmuş şəxs və hərracın təşkilatçısı auksionun keçirildiyi gün hərracın nəticələri haqqmda müqavilə qüvvəsinə malik olan protokol imzalayırlar. Protokolun imzalanmasından imtina edilməsi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 415-ci maddəsində nəzərdə tutulmuş nəticələrə səbəb olur.
- Hərracı udmuş şəxs hərrac qurtardıqdan sonra ən geci 7 təqvim günü ərzində iştirak üçün verdiyi behi çıxmaqla alış qiymətini ödəməlidir.
Alış .qiymətinin ödənilməməsi bu Qanunla müəyyən edilmiş nəticələrə səbəb olur.
42.8. Hərracın nəticələri haqqında protokol ipotekanın dövlət qeydiyyatı orqanma
ipotekaya xitam verilməsi və yeni mülkiyyətçi haqqmda qeydlərin müvafiq reyestrə daxil
edilməsi üçün əsas hesab olunur.
Maddə 43. Hərracın baş tutmamış elan edilməsi
43.1: Hərracın təşkilatçısı aşağıdak ıhallardan biri baş verdikdə,hərracın baş tutmadığı barədə hərracm keçirilməsinə dair elanm verildiyi kütləvi informasiya vasitəsində məlumat dərc etdirir:
- hərraca iki nəfərdən az alıcı gəldikdə;
- hərracm iştirakçısı olmadıqda;
- hərracı udmuş iştirakçı hərracın nəticələri barədə protokol imzalamaqdan imtina etdikdə;
- hərracı udmuş iştirakçı bu Qanunla müəyyən olunmuş müddətdə alış qiymətini tamamilə ödəmədikdə, bu şərtlə ki, ipoteka saxlayanın razılığı ilə həmin müddət uzadılmasm.
43.2.’ Bu Qanunun 43.1.1—43.1.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hərracın baş tutmaması barədə elan hərracm keçirilməsinin təyin olunduğu və ya müvafıq olaraq alış qiymətinin ödənilməsi üçün nəzərdə tutulmuş gündən 3 təqvim günü gec olmayaraq dərc etdirilir. ,
- Hərracm baş tutmaması barədə elanm dərc edildiyi gündən sonra 10 təqvim günü müddətində ipoteka saxlayan ipoteka qoyanla müqavilə əsasmda ipoteka predmetini ilkin satış qiymətilə ala bilər.
- İpoteka predmetinin ipoteka saxlayan tərəfındən alınması barədə bu Qanunun 43.3-cü maddəsində nəzərdə tutulmuş müqavilə baş tutmadıqda, birinci hərracm keçirildiyi gündən bir 45 təqvim günündən gec olmayaraq, təkrar hərrac keçirilir.
- Təkrar hərrac bu Qanunun 42-ci maddəsində nəzərdə tutulmuş qaydada keçirilir. Hərrac təşkilatçısı ipoteka predmetini ilkin satış qiymətilə, bu Qanunun 43.1.2-ci maddəsində nəzərdə tutulmuş səbəbə görə ilkin satış qiymətindən 15 faiz aşağı qiymətlə hərraca çıxarır.
- Təkrar hərracda bir iştirakçı olduqda hərrac baş tutmuş hesab olunur və bu halda həmin şəxs hərracm qalibi olur.
- Bu Qanunun 43.1.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hərrac digər səbəblərə görə baş tutmamış elan edildikdə, ipoteka saxlayan ipoteka predmetini təkrar hərracdakı ilkin satış qiymətindən 25 faiz az olmayan qiymətlə ala bilər.
- İpoteka saxlayan təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etməzsə, ipotekaya xitam verilir.
- İpoteka saxlayan xarakterinə və təyinatına görə ona məxsus ola bilməyən ipoteka predmetini özündə saxlamışsa, o, qanunvericiliklə müəyyən edilmiş qaydada bir il ərzində həmin əşyanı özgəninkiləşdirməlidir.
Maddə 44. Hərracın etibarsız sayılması
Bu Qanunla müəyyən edilmiş qaydaları pozmaqla keçirilən hərrac Azərbaycan Respublikasınm Mülki Məcəlləsinin 416-cı maddəsində nəzərdə tutulmuş nəticələrə səbəb olur.
Maddə 45. İpoteka predmetinin müqavilə üzrə açıq bazarda satılması
- Birgə ipoteka saxlayanlarm tələbi ipoteka müqaviləsində müəyyən edilmiş qaydada, müəyyən olunmadıqda isə onların tələblərinə mütənasib olaraq bölüşdürülür.
- Bu Qanunun 47.2-ci maddəsində nəzərdə tutulmuş ödənişlər həyata keçirildikdən sonra ipoteka predmetinin satışından əldə olunan vəsaitin qalan hissəsi ipoteka qoyana qaytarılır.
- İpoteka predmetinin satışından götürülən məbləğ ipoteka saxlayanın tələbinin ödənilməsi üçün yetərli deyildirsə, o, çatışmayan məbləği, əgər ipoteka müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, borclunun başqa əmlakından almaq hüququna malikdir. Bu halda ipoteka saxlayanın ipotekaya əsaslanan üstünlük hüququ yoxdur.
LPO ASC “Standard İnsurance” Sığorta Şirkətinin Əsas vəsaitlərinin açıq (və ya qapalı) hərracda satışı üzrə sifarişin verilməsi, hərracın təşkili, keçirilməsi və rəsmiləşdirilməsinin prosedur
QAYDALARI
(yeni redaksiyada)
1 Ümumi müddəalar
1.1. Bu Qaydalar Azərbaycan Respublikasının Mülki Məcəlləsinin və digər normativ hüquqi aktların tələblərinə əsasən hazırlanmışdır və hazırda iflas proseduru çərçivəsində ləğvetmədə olan “Standard Insurance” Sığorta Şirkətinin (bundan sonra- LPO Şirkət) əsas vəsaitlərinin açıq hərracda satışı üzrə sifarişin verilməsi, hərracın təşkili, keçirilməsi və rəsmiləşdirilməsinin prosedur qaydalarının hüquqi əsaslarını müəyyən edir.
1.2. Bu Qaydalar LPO Şirkətə məxsus əsas vəsaitlərin ləğv prosessi qaydasında satışının obyektiv, şəffaf və səmərəli şəkildə həyata keçirilməsi məqsədini daşıyır.
1.3. Əsas vəsaitlərinin satışı həyata keçirilən Ləğv Prosessində olan “Standard Insurance” Sığorta Şirkətinin Ləğvetmə Komissiyası mülki qanunvericiliklə müəyyən edilmiş qaydada hərracın sifarişçisi (bundan sonra – sifarişçi) qismində çıxış edir.
1.4. Hərracın təşkilatçısı (bundan sonra – təşkilatçı) Azərbaycan Respublikası Mülki Məcəlləsinin 414.2-ci maddəsinin müddəalarına müvafiq olaraq LPO Şirkət ilə müqavilə əsasında hərəkət edən və hərracın keçirilməsi zamanı öz adından çıxış edən ixtisaslaşdırılmış hərrac təşkilatıdır.
1.5. Hərracın formasını Azərbaycan Respublikası Mülki Məcəlləsinin 414.5-ci maddəsinə müvafiq olaraq LPO Şirkətin Ləğvetmə Komissiyası tərəfindən bu qaydalara uyğun müəyyənləşdirilir. Qanunvericilikdə ayrı qayda nəzərdə tutulmamışdırsa, Şirkətin əsas vəsaitlərinin satışı üzrə hərraclar bir qayda olaraq açıq auksion formasında, qanunverciliklə müəyyən edilən hallarda isə qapalı hərrac formasında həyata keçirilir.
1.6. Hərrac predmeti olan əsas vəsaitlərin ilkin satış qiyməti qanunvericiliklə ayrı qayda müəyyən edilmədikdə “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq olaraq sərbəst (bazar) qiymətlər əsasında müəyyən edilir.
2 Hərracın təşkili və keçirilmə qaydası
2.1. Təşkilatçı, Sifarişçidən hərrac sifarişi aldıqdan sonra hərracın keçiriləcəyi tarixə ən geci 5 iş günü qalmış kütləvi informasiya vasitələrində, hərracın təşkilatçısının rəsmi internet saytında, eləcə də geniş izləyici auditoriyasına malik sosial şəbəkələrdə və digər internet resurslarında hərraca çıxarılacaq əmlak barəsində elan dərc etdirir.
2.2. Elanda aşağıdakı məlumatlar əks olunmalıdır:
2.2.1. hər bir lot üzrə ayrılıqda satışa çıxarılan əmlakın siyahısı, təsviri, yerləşdiyi ünvan və digər xarakterik xüsusiyyətlər;
2.2.2. siyahı üzrə əmlakın ayrılıqda ilkin satış qiyməti və müvafiq hallarda Azərbaycan Respublikasının müvafiq qanunvericilik aktlarında nəzərdə tutulmuş əsas vəsaitlər üzrə yararlılıq vəziyyəti, istehlak və s. göstəriciləri barədə mütəxəssis rəyindən çıxarış;
2.2.3. hərracda iştirakın rəsmiləşdirilməsi, hərracda iştirak etmək üçün müraciətin vaxtı və digər sənədlərin qəbulu günü, son müddəti və yeri;
2.2.4. behin məbləği və köçürüləcəyi bank hesabı; əmlakın satışından əldə olunan vəsaitin köçürüləcəyi bank hesabları;
2.2.5. hərracın keçirilmə forması, keçirilmə qaydası, tarixi, vaxtı və yeri, hərracın təşkilatçısının əlaqə vasitələri;
2.2.6. Təşkilatçının adı, ünvanı və sair rekvizitləri.
2.3. Məlumatın dərc edildiyi gündən etibarən bu qaydalara uyğun olaraq hərracda iştirak etmək hüququnu əldə etmiş şəxslərə satışa çıxarılan əmlakla tanış olmaq imkanı yaradılır. Hərraca çıxarılan əmlakla tanış olduqdan sonra hərracın keçirilməsinə azı 1 (bir) iş günü qalmış hərraca buraxılmış şəxslər təşkilatçıya hərracda iştirakları barədə öz qərarlarını yazılı bildirə bilər.
2.4. Hərracda iştirak etmək üçün müraciət etmiş və müvafiq qaydada sənədləri tərtib edib, elanda göstərilən müddətdə təqdim etmiş, habelə elanda göstərilən bank hesabına behin köçürülməsi barədə sənəd təqdim etmiş şəxslər hərracda iştirak edə bilərlər. Hərracda iştirak etmək üçün müraciətlər bir qayda olaraq hərracın keçiriləcəyi tarixə azı 1 (bir) iş günü qalmış başa çatır. Hərracın keçiriləcəyi tarixə azı 1 (bir) iş günü qalmış hərracda iştirak etmək üçün müraciət etmiş şəxslərin istənilən formada müraciəti onların təşkilatçıya hərracda iştirak barədə öz qərarlarını bu qaydaların 2.3-cü bəndində göstərilmiş formada yazılı surətdə bildirmələrinə bərabər tutulur.
2.5. Hərracda iştirak etmək üçün şəxs və ya onun səlahiyyətli nümayəndəsi tərəfindən imzalanmış (hüquqi şəxs tərəfindən əlavə olaraq möhürlə təsdiq edilmiş) ərizə sifariş verən tərəfindən müəyyən olunmuş nümunəyə müvafiq olaraq təşkilatçıya verilir və ərizəyə aşağıdakı sənədlər əlavə edilir:
2.5.1. elanda göstərilmiş bank hesabına behin köçürüldüyünü təsdiq edən sənəd (beh məbləği kassa mədaxil qəbzi əsasında nəğd qaydada ödənilə bilər);
2.5.2. fiziki şəxslər tərəfindən şəxsiyyəti təsdiq edən sənədin surəti;
2.5.3. hüquqi şəxslər və (və ya) fərdi sahibkarlar tərəfindən vergi ödəyicisinin uçota alınması haqqında şəhadətnamənin surəti.
2.6. Təşkilatçı tərəfindən aşağıdakı hallar müəyyən edildikdə, şəxslər hərracda iştirak etmək üçün buraxılmırlar:
2.6.1. hüquqi şəxs yenidən təşkil, ləğv və ya iflas prosesində olduqda;
2.6.2. şəxs özü haqqında dəqiq olmayan məlumat verdikdə;
2.6.3. sənədlər müraciətin qəbulu müddəti qurtardıqdan sonra təqdim edildikdə;
2.6.4. ərizə buna səlahiyyəti olmayan şəxs tərəfindən imza edilməklə təqdim olunduqda.
2.7. Elanda göstərilən siyahıya uyğun bütün sənədlər təqdim edilmədikdə, yaxud təqdim olunmuş sənədlər müvafiq qaydada tərtib olunmadıqda, sənədlərin qəbulundan imtina hərracın təşkilatçısı tərəfindən əsasları göstərilməklə edilir. Ərizəni və sənədləri qəbul edilməyən şəxslərin sənədləri imtinanın əsasları yazılı surətdə bildirilməklə növbəti iş günü ərzində ərizəçiyə qaytarılır.
2.8. Hərracda iştirak etmək üçün şəxslər ərizəni və ona əlavə olunmuş sənədləri hərracın təşkilatçısına təqdim edirlər.
2.9. Hərracın təşkilatçısı hər bir ərizəni və ona əlavə olunmuş sənədləri verilmə tarixi və vaxtını göstərməklə xüsusi jurnalda ardıcıllıqla qeyd edir.
2.10. Hərracın təşkilatçısı təqdim olunan sənədlərin siyahısının bir nüsxəsində ərizənin verilmə tarixini və vaxtını, habelə qeydiyyat jurnalındakı nömrəsini göstərməklə ərizəçiyə qaytarır.
2.11. Hərrac iştirakçılarına onların hərracda iştirak nömrəsini əks etdirən bilet verilir.
2.12. Şəxs hərracda iştirak etmək üçün ərizələrin qəbulu başa çatanadək öz ərizəsini geri götürə bilər. Bunun üçün şəxs hərracın təşkilatçısına yazılı müraciət etməlidir.
2.13. Sənədlərin qəbulu jurnalında hərracda iştirak etmək üçün ərizələrin geri götürülməsi barədə müvafiq qeyd aparılmalıdır.
2.14. Hərracın şərtlərinə uyğun olaraq hərracda iştirak etmək üçün ərizələrini geri götürmüş şəxslərin ödədiyi beh 2 (iki) iş günü ərzində geri qaytarılır.
2.15. Müraciətlər (ərizələr) qəbul edildikdən sonra müvafiq şəxslər hərracın iştirakçısı statusunu əldə edir. Təşkilatçı təqdim olunmuş ərizələrin və onlara əlavə olunmuş sənədlərin müvafiq qaydada saxlanılması üçün zəruri tədbirlər görür.
2.16.1. hərracın təşkil olunmasını və keçirilməsini təmin edir;
2.16.2. hərracın baş tutub-tutmadığını təsdiq edir;
2.16.3. hərracın gedişində mübahisəli vəziyyət yarandıqda, mübahisənin səbəbləri aradan qaldırılanadək hərracı dayandırır. Mübahisənin səbəblərini aradan qaldırmaq mümkün olmadıqda, hərracı baş tutmamış elan edir;
2.16.4. hərracın yekunu barədə protokol tərtib edir, imzalayır möhürü ilə təsdiq edir və onu sifarişçiyə təqdim edir (göndərir).
2.17. Hərrac aşağıdakı qaydada keçirilir:
2.17.1. Hərracda ən azı 2 nəfər (iştirakçı) iştirak etməlidir. Hərracda iştirak edəcək şəxslərin sayı 2 nəfərdən az olduqda hərrac baş tutmamış hesab olunur;
2.17.2. Satışa çıxarılan əmlakın ilkin satış qiyməti elan olunur. İlkin satış qiyməti elan olunarkən iştirakçılardan hər hansı birinin biletini qaldırmaması hərracın baş tutmaması və yenidən keçirilməsi üçün əsas hesab olunur. İlkin satış qiyməti və ya əlavələr edilməklə artırılan satış qiyməti elan olunduqda, hərracda iştirak edən şəxslər öz biletlərini qaldırmaqla elan olunmuş qiymətə əmlakı almağa razı olduqlarını bildirirlər;
2.17.3. hərracı aparan şəxs hər yeni elan olunmuş qiyməti üç dəfə təkrar edir. Elan olunmuş satış qiymətinə əmlakı almağa razı olan hərracda iştirakçılarının sayı iki və daha çox olduqda həmin qiymət iştirakçılar tərəfindən əlavə etmə yolu ilə artırılır. Artırılma (hərrac addımı) elan edilmiş qiymətin ən azı 1%-i qədər olmalı və müvafiq iştirakçı tərəfindən səsləndirilməlidir. Elan olunmuş satış qiymətinə əmlakı almağa yalnız bir iştirakçı razılıq verdiyi halda həmin şəxs hərracın qalibi hesab olunur. Bu halda hərracı aparan şəxs əmlakın satıldığını, satış qiymətini və qalib gəlmiş şəxsin biletinin nömrəsini bildirir;
2.17.4. ilkin satış qiyməti və ya əmlakın növbəti hərracda aşağı salınmış qiyməti 3 dəfə elan olunduqdan sonra iştirakçıların heç biri biletini qaldırmazsa, hərrac baş tutmamış hesab olunur;
2.17.5. birinci hərrac baş tutmadıqda və ya siyahı üzrə ayrılıqda əmlakın satışı baş tutmadıqda, hər növbəti hərraca azı 5 iş günü qalmış kütləvi informasiya vasitələrində, hərracın təşkilatçısının rəsmi internet saytında, geniş izləyici auditoriyasına malik sosial şəbəkələrdə hərracla bağlı bu qaydaların 2.2-ci bəndində qeyd olunan elan verilir. İkinci hərracda ilkin satış qiymətinin 5 faizinədək, üçüncü hərracda ilkin satış qiymətinin 10 faizinədək, dördüncü hərracda ilkin satış qiymətinin 15 faizinədək, beşinci hərracda ilkin satış qiymətinin 20 faizinədək, altıncı hərracda isə ilkin satış qiymətinin 25 faizinədək aşağı salınır;
2.17.6. bu zaman sonrakı hərraclar arasındakı müddət 10 iş günündən az olmamalıdır;
2.17.7. hərrac başa çatdıqdan sonra hərracın təşkilatçısı hərracın yekunları üzrə 3 (üç) nüsxədə protokol tərtib edir və qanunvericiliyə uyğun olaraq Sifarişçi və Alıcı arasında alqı-satqı müqaviləsi imzalanır;
2.17.8. protokol qalib gəlmiş şəxs və ya onun nümayəndəsi tərəfindən 3 nüsxədə imzalanır. Protokolda sifarişçi və qalib gəlmiş şəxs barədə qısa məlumatlar, satılan əmlakın adı, siyahısı və satış qiyməti, satış qiymətinin ödəniləcəyi bank hesabları, hərracda qalib gəlmiş şəxsin verdiyi beh məbləğinin imzalanmış protokol üzrə öhdəliklərin icrası hesabına daxil edilməsi, habelə tərəflərin digər hüquq və vəzifələri əks olunur. Protokolun bir nüsxəsi qalib gəlmiş şəxsə verilir. Hərracın qalibi və hərracın təşkilatçısı hərrac başa çatdığı gün protokolu imzalamalıdır. İmzalanmış protokol 2 (iki) iş günündən gec olmayaraq sifarişçiyə (satıcıya) təqdim olunmalıdır;
2.17.9. qalib gəlmiş şəxs qanunvericiliyə uyğun tərtib edilmiş protokolu imzalamaqdan imtina etdikdə, verdiyi beh geri qaytarılmır;
2.17.10. hərrac baş tutmadıqda beh geri qaytarılmalıdır. Hərracda iştirak edən, lakin onun qalibi olmayan şəxslərin behi 5 (beş) iş günü müddətində geri qaytarılır;
2.17.11. hərrac baş tutmadığı hallarda hərracın təşkilatçısı tərəfindən bu barədə protokol tərtib edilir;
2.17.12. Hərracın yekunları haqqında məlumat hərracın keçirildiyi gündən 7 (yeddi) təqvim günü müddətində elanın verildiyi kütləvi informasiya vasitələrində dərc edilir;
2.17.13. Hərracın qalibi ilə sifarişçi arasında müqavilə imzalandığı andan ən geci beş iş günü müddətində hərracın qalibi ödəməli olduğu pul vəsaitini satıcının müəyyən etdiyi bank hesabına köçürür;
2.17.14. Əmlakın (və ya müəyyən lotun) qiymətinin tam ödənildiyini təsdiq edən ödəniş sənədi (sənədləri) təqdim edildikdən sonra əmlaka (lota) mülkiyyət hüququ hərracın qalibinə keçir;
2.17.15. Əmlakın satışı üzrə keçirilmiş hərraclar baş tutmadıqda hərracın təşkilatçısı tərəfindən hərracın yekunları haqqında kütləvi informasiya vasitələrində bu qaydaların 2.17.12-ci bəndində göstərilmiş məlumat dərc edildikdən və bu qaydaların 2.17.11-ci bəndində göstərilmiş protokol tərtib edildikdən sonra ən geci 10 iş günü ərzində sifariş hərracın təşkilatçısı tərəfindən hərracın sifarişçisinə geri qaytarılmalı, hərrac sifarişi geri qaytarıldıqdan sonra həmin əmlak bir qayda olaraq 30 gündən gec olmayaraq bazar şərtləri və konyunkturası nəzərə alınmaqla yenidən qiymətləndirilərək, bu qiymət əsasında açıq hərracdan satılması ilə bağlı hərrac təşkilatçısına yeni hərrac sifarişi verilməlidir. Növbəti hərrac sifarişi üzrə hərraclar bu qaydaların 2.17-cu bəndində göstərilmiş qaydada həyata keçirilir.
2.18. Əsas vəsaitlərinin satışı üzrə hərraclarda “Sifarişçi”nin əməkdaşları, eləcə də “Sifarişçi”yə aidiyyatı olan şəxslərin, inzibatçıların, mühüm iştirak payına malik olan səhmdarların, hərracın təşkilatçısının və sifarişçisinin vəzifəli şəxslərinin və onların yaxın qohumlarının (bacı, qardaş, ər-arvad, ata, ana, övladlar, övladlığa götürənlər və ya götürülənlər, nənə, baba) birbaşa və ya dolayısı ilə iştirak etməsinə yol verilmir.
2.19. Sifarişçi tərəfindən müəyyən edilən behin məbləği daşınmaz əmlak üzrə əsas vəsaitin ilkin satış qiymətinin 1 (bir) faizi, daşınar əmlaklar üzrə 5(beş) faizi həcmində müəyyənləşdirilir.
3. Hərrac üzrə ximət haqqı ( hərrac xidmətləri)
3.1. Hərrac üzrə xidmət haqqı (hərrac xərcləri) hərrac predmetinin satış qiymətinə uyğun olaraq aşağıdakı qaydada müəyyən edilir:
– Satış dəyəri 500 manatadək olan əmlaklar üzrə 25 manat;
– Satış dəyəri 500 manatdan 1 000 manatadək olan əmlaklar üzrə ilk 500 manat üçün 25 manat və hər sonrakı 100 manat üçün 5 manat;
– Satış dəyəri 1 000 manatdan 500 000 manatadək olan əmlaklar üzrə ilk 1 000 manat üçün 50 manat və hər əlavə 1 000 manat üçün 20 manat;
– Satış dəyəri 500 000 manatdan 1 000 000 manatadək olan əmlaklar üzrə ilk 500 000 manat üçün 10 000 manat və əlavə olaraq hər 100 000 manat üçün 1 000 manat.
Dəyəri 1 000 000 manatdan yuxarı olan əmlaklar üzrə xidmət haqqı (hərrac xərcləri) 15 000 manatdan az olmamaqla qarşılıqlı razılıq əsasında müəyyən edilir.
4.Hərracın nəticələri üzrə mübahisələrin həlli qaydaları
4.1. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 416.2-ci maddəsinin müddəalarına müvafiq olaraq hərracın etibarsız sayılması hərracın qalibi ilə bağlanmış müqavilənin etibarsızlığına səbəb olur.
4.2. Hərracın nəticələri ilə razılaşmayan hərrac iştirakçıları qanunvericilikdə nəzərdə tutulmuş qaydada hərracın nəticələrini mübahisələndirmək hüququna malikdirlər.
Azərbaycan Respublikası Vergi Məcəlləsindən cıxarış
Maddə 90. Vergi ödəyicisinin əmlakı hesabına verginin tutulması qaydası
90.1. Vergi ödəyicisinin əmlakı siyahıya alındıqdan sonra 30 gün müddətində vergi öhdəliyi yerinə yetirilmədikdə, vergi orqanı vergilər, faizlər və maliyyə sanksiyaları üzrə dövlət büdcəsinə yaranmış borclarının ödənilməsinin təmin olunması məqsədi ilə siyahıya alınmış əmlakın zəruri və kifayət olan həcmdə ixtisaslaşdırılmış açıq hərracda satılması haqqında qərar qəbul olunması üçünməhkəməyə müraciət edə bilər. [404]
Siyahıya alınmış əmlakın yararlıq müddəti bu maddədə göstərilən müddət başa çatanadək bitirsə, vergi orqanı dərhal məhkəməyə müraciət edə bilər. [405]
90.2. Məhkəmə bu Məcəllənin 90.1-ci maddəsində göstərilən vergi orqanının müraciətinə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində müəyyən edilmiş qaydada baxır.
90.3. Vergi ödəyicisinin siyahıya alınmış əmlakının əmtəə birjalarının nəzdində yaradılmış ixtisaslaşdırılmış təşkilat (bundan sonra – hərracın təşkilatçısı) tərəfindən ixtisaslaşdırılmış açıq hərraclarda (bundan sonra – hərrac) satılması haqqında məhkəmənin qərarı qanuni qüvvəyə mindikdən sonra qətnamə ilə təmin edilmiş borca faizin hesablanması dayandırılır və bu Məcəllənin 90.4-cü maddəsinin müddəaları nəzərə alınmaqla vergi borcunun dövlət büdcəsinə ödənilməsi icra məmuru tərəfindən təmin edilir. [406]
Vergi ödəyicisinin siyahıya alınmış əmlakı icra məmurunun sifarişinə əsasən elektron hərrac vasitəsi ilə də satıla bilər. Elektron hərracın təşkili və keçirilməsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunur. [407]
Müvafiq icra hakimiyyəti orqanı vergi ödəyicisinin siyahıya alınmış əmlakının satışından əldə olunan vəsait barədə, habelə siyahıya alınmış əmlakın hərracda (o cümlədən elektron hərracda) və ya ticarət şəbəkələrində (o cümlədən satışını elektron şəkildə həyata keçirən ticarət şəbəkələrində) satılması üçün icra məmurları tərəfindən edilmiş sifarişlər barədə rüblük məlumatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş formada hər rüb başa çatdıqdan sonra növbəti ayın 20-dən gec olmayaraq müvafiq icra hakimiyyəti orqanına elektron şəkildə təqdim edir. [408]
Əmlakın hərracda satılması məqsədi ilə vergi ödəyicisinin siyahıya alınmış əmlakı, qanunvericiliyə müvafiq olaraq tənzimlənən qiymətlərin tətbiq olunduğu hallar istisna edilməklə, “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq qiymətləndirici tərəfindən qiymətləndirilir.
Məhkəmə qərarlarına əsasən verilən icra vərəqələri daxil olduqdan 10 (on) gün müddətində qiymətləndirici icra məmuru tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada dəvət olunur. Qiymətləndiricinin xidməti məhkəmənin qərarı ilə əmlakı satılan vergi ödəyicisi tərəfindən ödənilir. [409]
Həmin əmlak aşağıdakı qaydada satılır: [410]
90.3.1. Əmlakın hərracda satışı – məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında əmlakın, ona dair heç bir şərt qoyulmadan satışıdır. Bu zaman ən yüksək qiymət təklif etmiş alıcı həmin əmlak üzərində mülkiyyət hüququnu əldə edir.
90.3.2. Hərracın təşkilatçısı kimi ixtisaslaşdırılmış təşkilat çıxış edir. İxtisaslaşdırılmış təşkilat hərracı icra məmurunun sifarişi əsasında həyata kecirir.
90.3.3. İcra məmurunun sifarişinə aşağıdakı sənədlər əlavə edilməlidir:
90.3.3.1. vergi ödəyicisinin əmlakının hərracda satışı barədə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə uyğun olaraq məhkəmənin qanuni qüvvəyə minmiş qərarının surəti; [411]
90.3.3.2. icraata başlanılması barədə məhkəmə qərarına əsasən verilən icra sənədinin surəti; [412]
90.3.3.2-1. əmlakın fotoşəkli, yerləşdiyi ünvan barədə məlumat; [413]
90.3.3.3. əmlakın ilkin satış qiyməti barədə məlumat;
90.3.3.4. əmlakın satışından əldə olunan vəsaitin köçürüləcəyi bank hesabının nömrəsi;
90.3.3.5. əmlak üzərinə həbs qoyulması haqqında icra məmuru tərəfindən tərtib edilmiş aktın surəti;
90.3.3.6. daşınmaz əmlak satıldıqda, həmin əmlaka dair qanunvericiliyə müvafiq olaraq zəruri olan sənədlərin surəti; [414]
90.3.3.7. ayrıca tikili satıldıqda, həmin tikilinin yerləşdiyi torpaq sahəsindən istifadə hüququnu və ya həmin torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən sənədlərin surəti;
90.3.3.8. uzunmüddətli icarə hüququ satıldıqda, müqavilənin surəti və qanunvericiliklə nəzərdə tutulmuş hallarda belə müqavilənin dövlət qeydiyyatını təsdiq edən sənədin surəti;
90.3.3.9. tikintisi başa çatmamış obyekt üzərində hüquq satıldıqda əlavə olaraq torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənədin və tikintiyə icazənin surətləri. [415]
Məhkəmənin qərarı qüvvəyə mindiyi gün siyahıya alınmış əmlakın yararlılıq müddəti 60 gündən tez başa çatdıqda və ya qida məhsulu olduqda icra məmuru hərracın təşkilatçısına sənədləri 3 gün müddətində təqdim etməlidir.
90.3.4. Hərracın təşkilatçısı bu məcəllənin 90.3.3-cü maddəsində göstərilən sənədləri aldıqdan sonra hərracın keçiriləcəyi tarixə ən azı 20 gün, yararlılıq müddəti başa çatmaqda, habelə yararsız hala düşmək təhlükəsi olan ərzaq və qeyri-ərzaq məhsulu olan əmlak satıldıqda isə ən azı 5 gün qalmış kütləvi informasiya vasitələrində, o cümlədən internet saytlarında və sosial şəbəkələrdə hərraca çıxarılacaq əmlak barəsində elan dərc etdirir. [416]
90.3.5. Elanda aşağıdakı məlumatlar əks olunmalıdır:
90.3.5.1. hər bir lot üzrə ayrı-ayrılıqda satışa çıxarılan əmlakın siyahısı, fotoşəkli, yerləşdiyi ünvan; [417]
90.3.5.2. siyahı üzrə əmlakın ayrı-ayrılıqda ilkin satış qiyməti;
90.3.5.3. hərracda iştirak etmək üçün sifariş və digər sənədlərin qəbulu günü, son müddəti və yeri;
90.3.5.4. əmlakın sahibi barədə məlumat;
90.3.5.5. ilkin satış qiymətinin daşınmaz əmlakın 5 faizi, daşınan əmlakın 10 faizi həcmində hesablanan behin məbləği və həmin məbləğin köçürüləcəyi bank hesabı;
90.3.5.6. əmlakın satışından əldə olunan vəsaitin köçürüləcəyi bank hesabları və bu hesablara köçürüləcək vəsaitin miqdarı;
90.3.5.7. hərracın keçirilmə tarixi, vaxtı və yeri, əlaqə telefonunun nömrəsi;
90.3.5.8. hərracın təşkilatçısının adı, ünvanı, əlaqə telefonu və sair rekvizitləri.
90.3.6. Məlumatın dərc edildiyi andan qanunvericiliyə uyğun olaraq hərracda iştirak etmək hüququnu əldə etmiş şəxslərə satışa çıxarılan əmlakla tanış olmaq imkanı yaradılır.
Satışa çıxarılan əmlakla tanış olduqdan sonra hərracın keçirilməsinə 5 gün qalmış hərraca buraxılmış şəxslər hərracın təşkilatçısına hərracda iştirak edib-etməyəcəkləri barədə öz qərarlarını yazılı surətdə bildirməlidirlər.
90.3.7. Hərracda iştirak etmək üçün müraciət etmiş və müvafiq qaydada sənədləri tərtib edib, elanda göstərilən müddətdə təqdim etmiş, habelə elanda göstərilən bank hesabına behin köçürülməsi barədə bildiriş təqdim etmiş şəxslər hərracda iştirak edə bilərlər.
90.3.8. Hərracda iştirak etmək üçün şəxs və ya onun səlahiyyətli nümayəndəsi tərəfindən imzalanmış (hüquqi şəxs tərəfindən əlavə olaraq möhürlə təsdiq edilmiş) ərizə sifariş verən tərəfindən müəyyən olunmuş nümunəyə müvafiq olaraq hərracın təşkilatçısına verilir və ərizəyə aşağıdakı sənədlər əlavə edilir: [418]
90.3.8.1. elanda göstərilmiş bank hesabına behin köçürüldüyünü təsdiq edən sənəd;
90.3.8.2. fiziki şəxslər tərəfindən şəxsiyyəti təsdiq edən sənədin surəti; [419]
90.3.8.3. hüquqi şəxslər və (və ya) fərdi sahibkarlar tərəfindən vergi ödəyicisinin uçota alınması haqqında şəhadətnamənin surəti.
90.3.9. Hərracın təşkilatçısı tərəfindən aşağıdakı hallar müəyyən edildikdə, şəxslər hərracda iştirak etmək üçün buraxılmırlar:
90.3.9.1. hüquqi şəxs yenidən təşkil olunma, ləğv olunma yaxud müflis vəziyyətində olduqda;
90.3.9.2. şəxs özü haqqında dəqiq olmayan məlumat verdikdə;
90.3.9.3. sənədlər sifarişlərin qəbulu müddəti qurtardıqdan sonra təqdim edildikdə;
90.3.9.4. ərizə müvafiq səlahiyyəti olmayan şəxs tərəfindən təqdim edildikdə;
90.3.9.5. məlumatda göstərilən siyahıya uyğun bütün sənədlər təqdim edilmədikdə, yaxud təqdim olunmuş sənədlər müvafiq qaydada tərtib olunmadıqda.
90.3.10. Sənədlərin qəbulundan imtina hərracın təşkilatçısı tərəfindən əsasları göstərilməklə edilir. Ərizəni və sənədləri qəbul edilməyən şəxslərin sənədləri, imtinanın əsasları yazılı surətdə bildirilməklə, növbəti iş günü ərzində qaytarılır.
90.3.11. Hərracda iştirak etmək üçün şəxslər ərizəni və ona əlavə olunmuş sənədləri, habelə təqdim olunan sənədlərin 2 nüsxədən ibarət siyahısını hərracın təşkilatçısına təqdim edirlər.
Hərracın təşkilatçısı hər bir ərizəni və ona əlavə olunmuş sənədləri verilmə tarixi və vaxtını göstərməklə xüsusi jurnalda ardıcıllıqla qeyd edir.
Hərracın təşkilatçısı təqdim olunan sənədlərin siyahısının bir nüsxəsində ərizənin verilmə tarixini və vaxtını, habelə qeydiyyat jurnalındakı nömrəsini göstərməklə ərizəçiyə qaytarır. [420]
90.3.12. Hərrac iştirakçılarına onların hərracda iştirak etmək nömrəsini əks etdirən bilet verilir.
90.3.13. Şəxs hərracda iştirak etmək üçün ərizələrin qəbulu başa çatanadək öz ərizəsini geri götürə bilər. Bunun üçün şəxs hərracın təşkilatçısına yazılı müraciət etməlidir.
Sənədlərin qəbulu jurnalında hərracda iştirak etmək üçün ərizələrin geri götürülməsi barədə müvafiq qeyd aparılmalıdır.
Hərracın şərtlərinə uyğun olaraq hərracda iştirak etmək üçün ərizələrini geri götürmüş şəxslərin ödədiyi beh geri qaytarılır.
90.3.14. Hərracda iştirak etmək üçün müraciət edən şəxslərin hərraca buraxılıb-buraxılmaması barədə hərracın təşkilatçısının qərarı protokolla rəsmiləşdirilir. Bu protokolda müraciətləri (ərizələri) qəbul edilən və rədd edilən şəxslərin adları qeyd edilir. Müraciətlərinin (ərizələrinin) rədd edilməsinin əsasları şəxslərə yazılı surətdə bildirilir.
Müraciətlərin (ərizələrin) qəbuluna dair protokol imzalandıqdan sonra müvafiq şəxslər hərracın iştirakçısı statusunu əldə edir.
90.3.15. Hərracın təşkilatçısı təqdim olunmuş ərizələrin və onlara əlavə olunmuş sənədlərin müvafiq qaydada saxlanılması üçün zəruri tədbirlər görür.
90.3.19. Hərracın təşkilatçısı: [424]
90.3.19.1. hərracın təşkil olunmasını və keçirilməsini təmin edir;
90.3.19.2. satışın baş tutub-tutmadığını təsdiq edir;
90.3.19.3. hərracın gedişində mübahisəli vəziyyət yarandıqda mübahisənin səbəbləri aradan qaldırılanadək hərracı dayandırır. Mübahisənin səbəblərini aradan qaldırmaq mümkün olmadıqda hərracı baş tutmamış elan edir;
90.3.19.4. hərracın yekunu barədə protokol tərtib edir və onu təsdiq etmək üçün sifariş verənə təqdim edir.
90.3.20. Hərrac aşağıdakı qaydada keçirilir:
90.3.20.1. satışa çıxarılan əmlakın ilkin satış qiyməti elan olunur. İlkin satış qiyməti və ya əlavələr edilməklə artırılan satış qiyməti elan olunduqda, hərrəcda iştirak edən şəxslər öz biletlərini qaldırmaqla elan olunmuş qiymətə əmlakı almağa razı olduqlarını bildirirlər;
90.3.20.2. hərracı aparan hər yeni elan olunmuş qiyməti üç dəfə təkrar edir. Elan olunmuş satış qiymətinə əmlakı almağa razı olan hərracda iştirakçılarının sayı iki və daha çox olduqda həmin qiymət iştirakçılar tərəfindən əlavəetmə yolu ilə artırılır. Elan olunmuş satış qiymətinə əmlakı almağa yalnız bir iştirakçı razılıq verdiyi halda həmin şəxs hərracın qalibi hesab olunur. Bu vaxt hərracı aparan ºəxs əmlakın satıldığını, satış qiymətini və qalib gəlmiş şəxsin biletinin nömrəsini bildirir;
90.3.20.3. ilkin qiymət və ya əmlakın növbəti hərracda aşağı salınmış qiyməti 3 dəfə elan olunduqdan sonra iştirakçıların heç biri biletini qaldırmazsa, hərrac baş tutmamış hesab olunur;
90.3.20.4. birinci hərrac baş tutmadıqda və ya siyahı üzrə ayrı-ayrılıqda əmlakın satışı baş tutmadıqda, hər növbəti hərraca 10 gün qalmış kütləvi informasiya vasitələrində, o cümlədən internet saytlarında və sosial şəbəkələrdə hərracla bağlı 90.3.5-ci maddədə qeyd olunan elan verilir. İkinci hərracda qiymət birinci hərracda satılmayan əmlakın və ya onun ayrılıqda siyahı üzrə satılmayan hissəsinin ilkin satış qiymətinin 20 faizi, üçüncü hərracda isə 40 faizinədək aşağı salına bilər; [425]
90.3.20.5. bu zaman sonrakı hərraclar arasındakı müddət 10 gündən, yararlılıq müddəti başa çatan (yaxud, bu müddət ərzində qurtaran) əmlakın növbəti hərracları arasındakı müddət isə 3 gündən çox olmamalıdır; [426]
90.3.20.6. yararlılıq müddəti başa çatmış yeyinti məhsullarının hərraca yenidən qida məhsulları qismində çıxarılması qadağandır. Bu əmlak qanunvericiliyə uyğun olaraq heyvanların yemləndirilməsi üçün istifadəyə yararlı olduqda 5 gün müddətində qanunvericiliklə müəyyən edilmiş qaydada yenidən qiymətləndirilərək hərracda satılmalıdır;
90.3.20.7. hərrac başa çatdıqdan sonra hərracın təşkilatçısı hərracın yekunları üzrə iki nüsxədə protokol tərtib edir və qanunvericiliyə uyğun olaraq sifarişçi və alıcı arasında alqı-satqı müqaviləsi imzalanır; [427]
90.3.20.8. protokol qalib gəlmiş şəxs və ya onun nümayəndəsi, tərəfindən 2 nüsxədə imzalanır. Protokolda sifarişçi və qalib gəlmiş şəxs barədə qısa məlumatlar, satılan əmlakın siyahısı və satış qiyməti, satış qiymətinin ödəniləcəyi bank hesabları, hərracda qalib gəlmiş şəxsin verdiyi beh məbləğinin imzalanmış protokol üzrə öhdəliklərin icrası hesabına daxil edilməsi, habelə tərəflərin digər hüquq və vəzifələri əks olunur. Protokolun bir nüsxəsi qalib gəlmiş şəxsə verilir. Hərracın qalibi və hərracın təşkilatçısı hərrac başa çatdığı gün protokolu imzalamalıdır. İmzalanmış protokol üç gündən gec olmayaraq satıcıya təqdim olunmalıdır. Alqı-satqı müqaviləsində satılmış obyektin adı (siyahısı), onun alınma qiyməti, sifarişçi və qalib gəlmiş şəxs barədə və qanunvericiliyə müvafiq olaraq digər məlumatlar göstərilir. Müqavilə protokol imzalandığı gündən 5 gün müddətində imzalanmalıdır; [428]
90.3.20.9. qalib gəlmiş şəxs qanunvericiliyə uyğun tərtib edilmiş protokolu imzalamaqdan imtina etdikdə, verdiyi beh geri qaytarılmır. Həmin protokolu imzalamaqdan imtina edən sifarişçi qalib gəlmiş şəxsə behi ikiqat məbləğdə geri qaytarmalı, habelə hərracda iştirak etmək nəticəsində dəyən zərərin əvəzini ödəməlidir. Ziyanın məbləği sifarişçinin və qalib gəlmiş şəxsin razılığı əsasında müəyyən edilir. Tərəflər razılığa gəlmədikdə zərərin məbləği onların birinin ərizəsi əsasında məhkəmə qaydasında müəyyən edilir;
90.3.20.10. hərrac baş tutmadıqda beh geri qaytarılmalıdır. Hərracda iştirak edən, lakin onu udmayan şəxslərin behi 5 bank günü müddətində geri qaytarılır;
90.3.20.11. hərrac baş tutmadığı hallarda hərracın təşkilatçısı tərəfindən protokol tərtib edilir. [429]
Azərbaycan Respublikasının Mülki Məcəlləsi (çıxarış)
Maddə 414. Müqavilənin hərracda bağlanması
414.1. Əgər müqavilənin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, o, hərrac keçirilməsi yolu ilə bağlana bilər. Müqavilə hərracı udan şəxslə bağlanır.
414.2. Hərracın təşkilatçısı kimi əmlakın mülkiyyətçisi və ya əmlak hüququnun sahibi və ya ixtisaslaşdırılmış təşkilat çıxış edə bilər. İxtisaslaşdırılmış təşkilat əmlakın mülkiyyətçisi
Icraçının mənzilində açıq hərracın necə keçirilməsi 4
Salam, hərraca çıxarılan əmlaklar barədə necə məlumat ala bilərəm?
Hərraca çıxarılan əmlaklar haqqında ətraflı məlumatı Əmlak Məsələləri Dövlət Komitəsinin rəsmi mətbu orqanı olan “Mülkiyyət” qəzetindən, Əmlak Məsələləri Dövlət Komitəsinin www.emdk.gov.az , Hərracların Təşkili üzrə Auksion Mərkəzinin www.auksion.gov.az rəsmi internet saytından əldə edə bilərsiniz. privatization.az saytına daxil olmaqla hərraca çıxarılan dövlət əmlaklarının mövcud vəziyyətini əks etdirən fotolar və mətn məlumatları ilə tanış ola bilərsiniz.
Salam, hərraclarda necə iştirak edə bilərəm?
Hərraclarda qanunvericiliyə müvafiq olaraq alıcı hesab edilən, sifariş və digər zəruri sənədləri hərracın keçiriləcəyi tarixə ən geci üç bank günü qalanadək təqdim etmiş və hərraca çıxarılan əmlakın ilkin satış qiymətinin 10 faizi həcmində beh keçirmiş hüquqi və fiziki şəxslər iştirak edə bilərlər.
Salam, hərraca çıxarılan nəqliyyat vasitələrinə hərracdan əvvəl necə baxa bilərəm?
privatization.az saytına daxil olmaqla nəqliyyat vasitələrinin mövcud vəziyyətini əks etdirən fotolar və mətn məlumatları ilə tanış ola bilərsiniz. Eyni zamanda, balanssaxlayıcı müəssisələrə müraciət etməklə nəqliyyat vasitəsinə baxa bilərsiniz.
Salam, hərraca çıxarılan əmlaklara necə sifariş verə bilərəm?
Elektron Hökumət Portalına daxil olmaqla Əmlak Məsələləri Dövlət Komitəsinin vətəndaşlara göstərdiyi elektron xidmətlərdən uyğun olanını seçirsiniz. Portala giriş üçün elektron imza vasitələrindən istifadə etməklə sifariş verə, beh ödəyə bilərsiniz. Eyni zamanda müəyyən olunmuş bank hesabına tələb olunan məbləği köçürüb ödənişlə bağlı qəbzi Hərracların Təşkili üzrə Auksion Mərkəzinə təqdim edib sifariş blankını doldurmaqla hərracda iştirak etmək üçün sifariş verə bilərsiniz.
Salam, hərracda iştirak edib qalib olmadığım halda odəmiş olduğum beh geri qaytarılırmı?
Hərracda iştirak edib qalib olmadığınız yaxud sifariş verdikdən sonra hərracda iştirak etməkdən imtina edib sifarişi ləğv etmək istədiyiniz halda Əmlak Məsələləri Dövlət Komitəsinə notariusda təsdiq olunmuş formada ərizə ilə müraciət edirsiniz və həmin ərizədə bank hesabınızı göstərirsiniz. Eyni zamanda, şəxsiyyətinizi təsdiq edən sənədin surətini və ödənilən behin məbləğini əks etdirən qəbzin surətini ərizəyə əlavə edirsiniz. Ödəmiş olduğunuz həmin məbləğ 10 bank günü ərzində hesabınıza geri köçürülür.
Salam, müsabiqə və hərraclara çıxan bələdiyyə torpaqları barədə məlumatları haradan almaq olar?
Müsabiqə və hərraclara çıxan bələdiyyə torpaqları haqda məlumatları Əmlak Məsələləri Dövlət Komitəsinin rəsmi mətbu orqanı olan “Mülkiyyət” qəzetindən və Komitənin www.emdk.gov.az və Hərracların Təşkili üzrə Auksion Mərkəzinin www.auksion.gov.az rəsmi internet saytından əldə etmək olar.
Salam. bələdiyyə mülkiyyətində olan torpaqların satışı hansı üsulla keçirilir?
Bələdiyyə mülkiyyətində olan torpaqların satışı Azərbaycan Respublikası Prezidentinin 23 oktyabr 2013-cü il tarixli 972 nömrəli Fərmanı ilə təsdiq olunmuş “Dövlət və bələdiyyə mülkiyyətində olan torpaqların mülkiyyətə və ya icarəyə verilməsi ilə bağlı torpaq müsabiqələrinin və hərraclarının keçirilməsi Qaydaları”na əsasən müsabiqə və hərrac yolu ilə satılır və ya icarəyə verilir.
Salam, bələdiyyə torpaqlarının mülkiyyətə (icarəyə) verilməsi məqsədilə torpaq hərracları və ya müsabiqələrinin keçirilməsi zamanı bərabər təkliflər irəli sürüldükdə hansı şəxslərə üstünlük verilir?
Bu torpağın əvvəlki istifadəçilərinə və ya icarəçilərinə
AR ərazi bütövlüyü uğrunda aparılan döyüşlərdə əlil olmuş şəxslərə və həlak olanların ailələrinə
20 təqvim ili və daha çox xidmət etmiş hərbi qulluqçulara
Sərhədyanı və dağlıq ərazilərdə yaşayan, daimi yaşamaq üçün həmin ərazilərə köçən, təsərrüfatla məşğul olmaq istəyən gənclərə
Müvafiq ərazilərdə müvəqqəti məskunlaşmış məcburi köçkünlərə
Müvafiq bələdiyyənin ərazisində yaşayan və eyni zamanda ən azı 5 il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan AR vətəndaşlarına
Salam, torpaq sahələri mülkiyyətə və ya icarəyə hərrac və ya müsabiqə yolu ilə verildikdə hansı şəxslər hərracın qalibi hesab olunur ?
Hərraca çıxarılan torpaq sahəsinə dair mülkiyyət və ya icarə hüquqlarına daha çox alqı-satqı qiyməti və ya icarə haqqı verən fiziki və ya hüquqi şəxs müsabiqə və hərracın qalibi hesab olunur.
Salam, bələdiyyə mülkiyyətində olan torpaqların mülkiyyətə və icarəyə verilməsi ilə bağlı keçirilən hərrac və müsabiqədə qalib olan şəxslə neçə gün müddətində müqavilə bağlanır?
Azərbaycan Respublikası Prezidentinin 23 oktyabr 2013-cü il tarixli 972 nömrəli Fərmanı ilə təsdiq olunmuş “Dövlət və bələdiyyə mülkiyyətində olan torpaqların mülkiyyətə və ya icarəyə verilməsi ilə bağlı torpaq müsabiqələrinin və hərraclarının keçirilməsi Qaydaları”na əsaslanaraq bələdiyyə mülkiyyətinə olan torpaqlar müsabiqə və ya hərrac vasitəsilə mülkiyyətə və icarəyə verildikdə müsabiqə və hərracın qalibinə müvafiq şəhadətnamə verilir və bu şəhadətnamə əsasında hərrac və ya müsabiqədə qalib gəlmiş hüquqi və ya fiziki şəxslə bələdiyyə arasında 20 gündən gec olmayaraq mülki və torpaq qanunvericiliyinə uyğun olaraq müvafiq müqavilə bağlanır.
Salam, bələdiyyə mülkiyyətində olan torpaqların icarə haqqının ilkin qiyməti nəyə əsasən müəyyənləşdirilir?
Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 99-cu maddəsinin 4-cü hissəsinə əsasən bələdiyyə mülkiyyətində olan torpaqların icarə haqqının ilkin qiyməti onların təyinatından, sahəsindən, coğrafi yerləşməsindən və keyfiyyətindən asılı olaraq, müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş normativlər əsasında müəyyənləşdirilir. Həmin sənədlərdə torpağın normatv qiyməti, torpaq vergisi, habelə tələb və təklif nəzərə alınmalıdır.
Salam, hansı hallarda ərizəçidən ərizə və sənədlər qəbul edilmir?
Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 23 oktyabr tarixli 972 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət və bələdiyyə mülkiyyətində olan torpaqların mülkiyyət və ya icarəyə verilməsi ilə bağlı torpaq müsabiqələrinin və hərraclarının keçirilməsi Qaydaları”nın 10-cu bəndinə əsasən aşağıdakı hallarda ərizəçidən ərizə və sənədlər qəbul edilmir:
1. ərizələr bildirişdə göstərilən müddət keçdikdən sonra verildikdə ;
2. ərizəni ərizəçinin adından çıxış etməyə vəkil edilməmiş şəxs verdikdə.
Salam,mənə məxsus olan qarajı özəlləşdirmək üçün hansı sənədlər lazımdır?
Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 4 may tarixli 516 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Hərracların Təşkili üzrə Auksion Mərkəzi haqqında Əsasnamə”yə görə Mərkəz özəlləşdirmə prosesində dövlət müəssisə və obyektlərin, habelə dövlət müəssisələrinin bazasında yaradılan səhmdar cəmiyyətlərinin səhmlərinin, dövlət mülkiyyətinə keçməklə müsadirə olunmuş əmlakın, dövlət və bələdiyyə mülkiyyətində olan torpaqların müsabiqə və hərraclarda satışını həyata keçirir. Qeyd etdiyiniz məsələ ilə əlaqədar Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinə müraciət etməyinizi tövsiyə edirik.
Torpaq sahəm var sərəncamla ev tikmek istəyirəm icazə vermirlər nə edim?
Ev tikintisinə icazənin verilməsi Hərracların Təşkili üzrə Auksion Mərkəzinin fəaliyyət istiqamətlərinə aid deyil.
Hərracda satılan maldan vergi tutulur?
Hərracda satılan əmlaklardan heç bir vergi tutulmur
Salam, auksionda tarixi abidə satişa çıxarıla bilər?
“Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanunun 6.2.3-cü maddəsinə, “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” Azərbaycan Respublikası Qanunun 17-ci maddəsinə və “Müsadirə edilmiş, sahibsiz qalmış, vərəsəlik hüququ əsasında dövlət mülkiyyətinə keçən əmlakın və dəfinələrin uçotu, qiymətləndirilməsi, saxlanılması, istifadəsi və satışı barədə” Əsasnamənin 3.1.1-ci bəndinə əsasən dünya və ölkə əhəmiyyətli tarixi abidələr istisna olmaqla yalnız yerli əhəmiyyətli tarixi abidələr hərraca çıxarıla bilər.
Mənim Abşeron rayonunun Goradil kəndində evim var. Dövlət reyestrindən cıxarış almaq ücün hansı sənədləri toplamalıyam?
Qeyd edilən məsələ ilə əlaqədar Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə müraciət etməyinizi tövsiyə edirik.
Mənzil istismar idarəsinin balansındakı istifadəsiz obyekti hərrac vasitəsi ilə özəlləşdirmək olarmı?
Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 10 avqust tarixli, 383 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında Dövlət əmlakının özəlləşdirilməsinin II Dövlət Proqramı”na əsasən istifadəsiz qeyri-yaşayış sahələri hərrac vasitəsi ilə özəlləşdirilə bilər. Ətraflı məlumat almaq üçün Əmlak Məsələləri Dövlət Komitəsinə müraciət etməyinizi tövsiyyə edirik.
Elektron imzanı necə almaq olar?
Elektron imza xidmətlərinin əldə edilməsi barədə http://www.e-imza.az internet saytından ətraflı məlumat ala bilərsiniz.
Rayonda yaşayıram. Mənzilimi necə sənədləşdirə bilərəm?
Qeyd etdiyiniz məsələ ilə əlaqədar Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin yaşadığınız rayon üzrə ərazi idarəsinə müraciət etməyiniz tövsiyyə olunur.
İstifadəsiz daşınmaz qeyri-yaşayış dövlət əmlakını necə özəlləşdirə bilərəm? Özəlləsdirdikdən sonra yaşayış sahəsi kimi istifadə edə bilərəmmi? Kimə və hara müraciət edim?
Qeyd etdiyiniz məsələ ilə əlaqədar aidiyyətı üzrə Əmlak Məsələləri Dövlət Komitəsinin www.emdk.gov.az rəsmi internet saytına müraciət etməyinizi tövsiyə edirik.
Məndə yaşı 800 il olan əntiq qılınc var. Onu sizin mərkəzdə hərrac vasitəsilə sata bilərəmmi?
Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 24 iyun tarixli 116 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Hərracların Təşkili üzrə Auksion Mərkəzi haqqında Əsasnamə”yə görə Hərracların Təşkili üzrə Auksion Mərkəzi özəlləşdirmə prosesində dövlət müəssisə və obyektlərin, habelə dövlət müəssisələrinin bazasında yaradılan səhmdar cəmiyyətlərinin səhmlərinin, dövlət mülkiyyətinə keçməklə müsadirə olunmuş əmlakın, müəyyən olunmuş hallarda borclara görə üzərinə həbs qoyulmuş dövlət əmlakının hərraclarda satışını həyata keçirir.
Dövlət müəssisələrinin bazasında yaradılan səhmdar cəmiyyətlərinin səhmlərinin hərraclarda satışı necə həyata keçirilir?
Dövlət müəssisələrinin bazasında yaradılan səhmdar cəmiyyətlərinin səhmlərinin satışı aşağıdakı üsullarla həyata keçirilir: – özəlləşdirilən səhmdar cəmiyyətlərinin səhmlərinin əmək kollektivi üzvlərinə və onlara bərabər tutulan şəxslərə güzəştli satışı; – səhmdar cəmiyyətlərinin səhmlərinin hərraclar vasitəsilə satışı; – dövlət əmlakının ixtisaslaşdırılmış pul hərraclarında satışı.
Dövlət əmlakının hərraclar vasitəsilə satışının həyata keçirməsi ilə Dövlət Əmlakının Tenderlə satışı arasındakı fərq nədir?
“Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununa əsasən (16 may 2000-ci il №878-IQ) hərraclar vasitəsilə dövlət əmlakının hərraclar vasitəsilə satışı həmin əmlakın hər hansı bir şərt tələb olunmadan özəlləşdirmədə alıcı kimi tanınan fiziki və hüquqi şəxslərə satışıdır. Bu zaman əmlak üzərində mülkiyyət hüququ hərracın gedişində maksimum qiymət təklif etmiş alıcıya verilir. “Dövlət satınalmalar haqqında” Azərbaycan Respublikası Qanununa əsasən (27 dekabr 2001-ci il №245-IIQ) tender satınalma müqaviləsinin yerinə yetirilməsi üzrə iddiaçıların yazılı təqdim etdikləri təkliflərdən ən səmərəlisinin seçilməsi məqsədilə keçirilən müsabiqədir. Tenderin qalibi işlərin (xidmətlərin) yerinə yetirilməsində tenderin şərtlərinə əsasən ən aşağı qiymət təklif edən hüquqi şəxsdir. Tender açıq və ya qapalı keçirilir: Açıq tender — Azərbaycan Respublikasında və beynəlxalq miqyasda yayılan kütləvi informasiya vasitəsilə elan edilən tender predmeti üzrə potensial iddiaçıların əksəriyyətinin iştirak imkanı təmin edilən tenderdir; Qapalı tender – tender keçirənin qabaqcadan müəyyənləşdirdiyi məhdud sayda potensial iddiaçılar arasında keçirilən tenderdir.
Salam , mən özəl olaraq auksion keçirib şəxsi malımı mülkümü sata bilərəmmi?
Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 4 may tarixli 516 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Hərracların Təşkili üzrə Auksion Mərkəzi haqqında Əsasnamə”yə görə Mərkəz özəlləşdirmə prosesində dövlət müəssisə və obyektlərin, habelə dövlət müəssisələrinin bazasında yaradılan səhmdar cəmiyyətlərinin səhmlərinin, dövlət mülkiyyətinə keçməklə müsadirə olunmuş əmlakın, dövlət və bələdiyyə mülkiyyətində olan torpaqların müsabiqə və hərraclarda satışını həyata keçirir.
Əmlakın satışı birinci hərracda baş tutmayıbsa növbəti hərrac neçə gün və ya aydan sonra keçirilməlidir? Növbəti hərracın keçirilməsi üçün icra orqanının təkrar sifarişiniə ehtiyac varmı?
Azərbaycan Respublikası Prezidentinin 2000-ci il tarixli 23 dekabr tarixli, 432 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət Əmlakının hərraclar vasitəsilə satışı Qaydaları”na əsasən hərrac baş tutmadığı hallarda onun yekunu haqqında protokol tərtib olunur və protokolda müəssisənin (obyektin), səhmin, habelə torpaq sahələrinin satıcıya geri qaytarılması qeyd edilir. Satıcıya geri qaytarılmış müəssisələrin təkrar hərraca çıxarılması növbəti aya keçirilir. Əmlak Məsələləri Dövlət Komitəsinin sədri həmin müəssisənin (obyektin), səhmin, habelə torpaq sahələrinin təkrar hərraca çıxarılması barədə sərəncam imzalayır. Bu barədə Komitənin mətbu orqanı olan “Mülkiyyət” qəzetində məlumat dərc olunur. Həmçinin Mərkəzin www.auksion.gov.az internet saytında məlumat yerləşdirilir.
Salam, bazar və birjanın fərqi nədir?
Bazar – ümumi mənada mal və ya xidmətlərin alınıb-satıldığı, insanların zəruri ehtiyaclarının və istəklərinin qarşılanması prosesinin baş verməsi üçün alıcı və satıcının bir araya gəldiyi yerdir. Bu proses mübadilə adlanır. Birja – ticari mal və sənədlərin, müəyyən standartlar və qaydalar daxilində alınıb satıldığı mütəşəkkil bir sistemdir. Çox illik fəaliyyət müddətinə malik olan birjalar bazar iqtisadiyyatının əsas ünsürlərindən birini təşkil edir. İnkişaf etmiş bazar iqtisadiyyatı şəraitində əksəriyyət ticarət əməliyyatları birjalar vasitəsilə həyata keçirilir. Birja bazarı, bazar birjanı tamamlamaqla biri digərindən kənarda qalmır. Birjaların əsas vəzifəsi iqtisadiyyatı yalnız xammal, kapital və ya xarici valyutalar ilə təmin etmək deyil, həm də əmtəə, kapital, valyuta, iş qüvvəsi bazarlarının işini qaydaya salmaq, onların normal iş fəaliyyətini təşkil etməkdir. Birjada edilən əməliyyatlarda sərmayəçilər ilə bazar arasında əlaqə quran və məlumat alış-verişini təmin edən vasitəsçi təşkilatlar olur. Bu təşkilatlar bazarda ticarəti edilən hər cür sərmayə vasitəsinin alış-verişində vasitəçilik, tərəflər arasında müqavilələrin təşkil edilməsi, sərmayə məsləhətçiliyi kimi xidmətləri təmin edərlər.
ƏMLAK MƏSƏLƏLƏRİ DÖVLƏT XİDMƏTİ
HƏRRACLARIN TƏŞKİLİ MƏRKƏZİ PUBLİK HÜQUQİ ŞƏXSİ
Comments are closed, but trackbacks and pingbacks are open.