Press "Enter" to skip to content

Ziya Bünyadovun əsərlərində Azərbaycan xalqının və orta əsrlər müsəlman aləminin tarixi tədqiq edilib

File: /home/ah0ejbmyowku/public_html/application/views/page/index.php
Line: 479
Function: view

Azərbaycan tarixi (Ziya Bünyadov və Yusif Yusifov)

Daha ətraflı məlumat üçün məqalənin müzakirə səhifəsinə baxa və məqaləyə uyğun formada mənbələr əlavə edib Vikipediyanı zənginləşdirə bilərsiniz.

Bu məqaləni vikiləşdirmək lazımdır.
Lütfən, məqaləni ümumvikipediya və redaktə qaydalarına uyğun şəkildə tərtib edin.

Azərbaycan tarixi (ən qədim zamanlardan XX əsrədək) — Ziya Bünyadov və Yusif Yusifovun redaktəsilə Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən tövsiyə edilmiş ali məktəblər üçün dərslik.

İstinadlar [ redaktə | mənbəni redaktə et ]

Xarici keçidlər [ redaktə | mənbəni redaktə et ]

  • Azərbaycan tarixi. I cild.Dərslik. Bakı, “Apostroff” nəşriyyatı, 2014, 720 səh. ISBN 978-9952-404-48-7

€ 4. 95

Modal title

Close Save changes

Harry Potter Books

A PHP Error was encountered

Message: Undefined variable: products

File: /home/ah0ejbmyowku/public_html/application/views/user/popup_harry_book.php
Line: 24
Function: _error_handler

File: /home/ah0ejbmyowku/public_html/application/views/page/index.php
Line: 479
Function: view

File: /home/ah0ejbmyowku/public_html/application/controllers/Main.php
Line: 107
Function: view

File: /home/ah0ejbmyowku/public_html/index.php
Line: 315
Function: require_once

A PHP Error was encountered

Message: Invalid argument supplied for foreach()

File: /home/ah0ejbmyowku/public_html/application/views/user/popup_harry_book.php
Line: 24
Function: _error_handler

File: /home/ah0ejbmyowku/public_html/application/views/page/index.php
Line: 479
Function: view

File: /home/ah0ejbmyowku/public_html/application/controllers/Main.php
Line: 107
Function: view

File: /home/ah0ejbmyowku/public_html/index.php
Line: 315
Function: require_once

Ziya Bünyadovun əsərlərində Azərbaycan xalqının və orta əsrlər müsəlman aləminin tarixi tədqiq edilib

Fevralın 21-i dünyaşöhrətli şərqşünas alim və ictimai xadim, Sovet İttifaqı Qəhrəmanı, Əməkdar elm xadimi, Dövlət mükafatı laureatı, akademik Ziya Bünyadovun anım günüdür. Şərqşünaslıq elminin ən görkəmli nümayəndələrindən biri olan akademik Ziya Bünyadovun həyat və fəaliyyəti parlaq bir ömrün güzgüsü olaraq zəngin yaradıcılıq və qəhrəmanlıq yolunu əks etdirir. O öz fundamental tədqiqatları ilə Azərbaycan şərqşünaslıq və tarix elmlərinin inkişafına mühüm töhfələr verib.

AZƏRTAC görkəmli akademikin anım günündə onun həyat və fəaliyyətinin bəzi məqamlarına nəzər salır.

Ziya Bünyadov 1923-cü il dekabrın 21-də Azərbaycanın Astara şəhərində hərbi tərcüməçi ailəsində anadan olub. On altı yaşında Göyçay şəhərində orta məktəbi bitirib və Bakı Hərbi Piyadalar Məktəbinə qəbul olmaq üçün yaşını iki il artırıb. Hərbi məktəbi bitirdikdən sonra (1941) leytenant Ziya Bünyadov İkinci Dünya müharibəsi cəbhələrində vuruşub, Ukrayna, Moldova, Qafqaz, Belarus, Polşa və Berlin uğrunda döyüşlərdə fəal iştirak edib. Hərbi tapşırığı yerinə yetirərkən göstərdiyi şücaətə, qəhrəmanlıq və igidliyə görə 1945-ci il fevralın 27-də Ziya Bünyadova Sovet İttifaqı Qəhrəmanı adı verilib. O, 1946-cı ildə sovet ordusu sıralarından tərxis olunduqdan sonra N.Nərimanov adına Moskva Şərqşünaslıq İnstitutuna, 1950-ci ildə isə həmin institutun aspiranturasına qəbul olub. Görkəmli sovet ərəbşünası, professor Yevgeni Belyayev onun müəllimi olub. Z.Bünyadov 1954-cü ildə Y.Belyayevin rəhbərlik etdiyi kafedrada ilk tədqiqat işi olan “Afrikada İtaliya imperializmi” mövzusunda namizədlik dissertasiyası müdafiə edib. Həmin il Bakıya qayıdıb və Azərbaycan Elmlər Akademiyasının Tarix İnstitutunda böyük elmi işçi vəzifəsinə təyin edilib.

Z.Bünyadov 1958-1959-cu illərdə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) Şərqşünaslıq fakültəsinin müəllimi olub. 1964-1981-ci illərdə Yaxın və Orta Şərq Xalqları İnstitutunun (Şərqşünaslıq İnstitutu o vaxt belə adlanıb) Şərqin orta əsrlər tarixi şöbəsinə rəhbərlik edib, 1981-1986-cı illərdə Azərbaycan Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunun direktoru vəzifəsində işləyib. Alimin elmi yaradıcılığı iki istiqamətdə inkişaf edib: Yaxın və Orta Şərq ölkələrinin feodalizm dövrü tarixinin tədqiqi, Yaxın və Orta Şərq xalqlarının tarixinə, elm və mədəniyyətinə dair orta əsr müəlliflərinin əsərlərinin araşdırılması, izahlı tərcüməsi və nəşri. Ziya Bünyadovun şərqşünaslıq elminin müxtəlif sahələrinə aid çoxsaylı əsərlərində (450-dən çox elmi monoqrafiya, məqalə, məruzə, şərhli tərcümə) nəinki Azərbaycan xalqının, eləcə də bütün orta əsrlər müsəlman aləminin ictimai-siyasi və mədəni-iqtisadi tarixi tədqiq edilir.

Azərbaycanda yeni ərəbşünas tarixçilər nəslinin formalaşmasında onun fəaliyyəti təqdirəlayiqdir. Ziya Bünyadovun “Azərbaycan Atabəyləri dövləti. 1136-1225-ci illər” əsəri elmi ictimaiyyətin böyük qiymətini almaqla yanaşı, həm də 1980-ci ildə Azərbaycanın Dövlət mükafatına layiq görülüb. 1965-ci ildə çap olunmuş “Azərbaycan VII-IX əsrlərdə” kitabı ona Azərbaycanın orta əsrlər tarixi üzrə ciddi tədqiqatçı və mütəxəssis şöhrəti qazandırıb. O, akademik Vasim Məmmədəliyevlə birgə müqəddəs “Qurani-Kərim”i Azərbaycan dilinə tərcümə edib.

Akademik Ziya Bünyadov 1988-ci ilin mayından 1990-cı ilədək Şərqşünaslıq İnstitutunun direktoru olub. O,1988-ci ilin oktyabrında türk xalqları tarixinin öyrənilməsində xidmətlərinə görə Türk Tarix Qurumunun fəxri üzvü, 1990-cı ilin iyununda isə Azərbaycan Elmlər Akademiyasının vitse-prezidenti seçilib. 1992-ci ilin oktyabrından ömrünün sonuna qədər (1997) Şərqşünaslıq İnstitutuna yenidən rəhbərlik edib.

Görkəmli alim şərqşünas kadrların hazırlanmasında da böyük xidmətlər göstərib. Akademik 27 namizədlik işinin rəhbəri və məsləhətçisi, 12 doktorluq dissertasiyasının opponenti olub.

1997-ci il fevralın 21-də akademik Ziya Musa oğlu Bünyadovun həyatına faciəli şəkildə son qoyulub. O, öz evinin astanasında vəhşicəsinə qətlə yetirilib.1998-ci ildə Z.Bünyadov vəfatından sonra Azərbaycanın “İstiqlal” ordeninə layiq görülüb. Bakının böyük prospektlərindən birinə alimin adı verilib, AMEA-nın Şərqşünaslıq İnstitutu mərhum akademikin adını daşıyır.

Comments are closed, but trackbacks and pingbacks are open.