Zünüzü necə motivə edə bilərsiniz? Üsulları
6 – Motivasiyanız şübhələriniz səbəbindən dağılır. Çox adam həyatda irəliləyiş əldə etsə də, özünəinamsızlıqdan motivasiyasını saxlaya bilmir. Bəzən onlara elə gəlir ki, nəyisə düz etmirlər, yaxud düz yolda deyillər. Bilin ki, inam hər bir insanın ən zəruri göstəricisidir. O olmasa həyatınızda uğur olmaz. Özünəinamı artırmaq üçün yollardan biri verdiyin sözü tutmaqdır. Başqalarına verdiyiniz sözü tutduqda özünüzə vermiş olduğunuz sözü də tutacaqsız və bununla sizə özünəinam yaranacaqdır.
Mövsüm dəyişikliyinin gətirdiyi xəstəliklər: bronxit, astma, qrip. – Özümüzü necə qoruya bilərik?
Havaların soyuması ilə xəstəliklərin də sayı artır. Belə ki, mövsüm dəyişikliyi zamanı insan orqanizmində immunitet zəifliyi yaranır. Bunun nəticəsində bronxit, astma, qrip və soyuqdəymə kimi müxtəlif xəstəliklərə yoluxuruq.
Day.az Azvision.az-a istinadən xəbər verir ki, həkimlər payızda xəstəliklərə yoluxma ehtimalını azaltmaq üçün yayın sonlarından orqanizmə ciddi qulluq etməyi məsləhət görürlər. Bununla yanaşı, immuniteti gücləndirmək üçün A və C vitaminləri ilə zəngin olan meyvə- tərəvəz, süd-qatıqla qidalanmaq məsləhətdir. Ümumiyyətlə, payızda qidalanmaya xüsusi diqqət göstərmək lazımdır.
Payız fəslində insanlar daha çox qrip infeksiyasına yoluxurlar. Soyuqdəymə zamanı bədənin müəyyən hissəsi ağrıyırsa, qripə yoluxduqda bütün bədən əzginləşir. Qrip yuxarı tənəffüs yollarının selikli qişalarının zədələnməsi ilə xarakterizə olunan kəskin virus infeksiyasıdır. Əsas simptomları titrəmə, qızdırma, boğaz ağrısı, əzələ ağrıları, kəskin baş ağrısı, öskürmə, zəiflik və ümumən narahatlıqdır. Hərarət yüksək olduqda xəstə mütləq yataq rejiminə əməl edilməlidir. Hərarət düşdükdən 1-2 gün sonra əvvəl yarıyataq, daha isə adi rejimə keçmək olar.
Şirə, çay, kompot, mineral suların qəbul edilməsi hərarət zamanı çox vacibdir ki, bu zaman insan çoxlu maye itirir və orqanizmdə susuzlaşma inkişaf edə bilər. Xəstə gün ərzində 2 litrdən az olmayaraq maye qəbul etməlidir. Buraya soyuqdəymə əleyhinə təsiri güclü olan zoğal, moruq, qarağat və s. kimi mürəbbələrlə çay, limonlu su və ya çay, təbii meyvə şirələri daxildir.
Qeyd edək ki, çayla qəbul etdiyimiz mürəbbələr bişirilən zaman istinin təsirindən tərkibindəki lazımi vitaminləri itirdiyi üçün orqanizmi vitaminlə təmin etmək üçün deyil, hərarəti aşağı salan vasitə kimi qəbul olunur. Mümkün qədər çox qatıq yemək də əlverişlidir.
Qrip zamanı (xüsusən hərarət yüksək olduqda) ətdən və ağır zülallı qidalardan, süddən, şirniyyat məhsullarından, qozdan imtina etmək lazımdır. Hərarət normaya düşdükdə ilk növbədə xəstəyə təzə toyuq bulyonu vermək lazımdır. Bu müalicə xəstəliyi törədən viruslara təsir etməsə də, xəstənin vəziyyətini xeyli yüngünləşdirir.
Qrip və soyuqdəymənin simptomları müxtəlif olduğuna görə xəstələr bir neçə dərman preparatlarından istifadə etməyə məcbur olurlar – hərarət salan prepartlar, öskürək, boğaz ağrısı, zökəm əleyhinə dərmanlar və digərləri.
Mütəxəssislərin fikrincə, soğan və sarımsaq antibiotik tərkibinə malik olduğu üçün payızda yayılan soyuqdəymə xəstəliklərinin tez sağalmasına yardım edir. Bütün bunlarla yanaşı, vaxtında həkimə müraciət etmək lazımdır. Qrip çoxları üçün adi xəstəlik hesab olunsa da, vaxtında qarşısı alınmasa orqanizmdə fəsadlar yaradaraq meningit, astma, bronxit, qaymorit kimi xəstəliklərə yol aça bilər. Bu xəstəliklər isə əksər hallarda müalicə edildikdə, belə orqanizmdən tam sovrulmur.
Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.
Özünüzü necə motivə edə bilərsiniz? – Üsulları
Motivasiya insanı hərəkətə gətirən daxili emosional haldır. Özümüzü necə motivə edə bilərik? Bunun üçün nəyi etməli və nəyi etməməliyik?
1 – Hər nə olsa da, özünüzdən neqativ emosiyaları rədd edin! Düşünün ki, bütün düşüncələr maddidir və formalaşa bilir. Əgər mütəmadi və davamlı pis şeylər haqqında düşünsəniz, sizin başınıza gələcəkdir.
“Uğur son, uğursuzluq ölümcül deyil, davam etmək cəsarəti – bax, bunun anlamı vardır”. (Uinston Çörçil).
2 – Özünüzə söz verin ki, bazar günü olsa belə, siz yuxudan erkən qalxacaqsız. Ən yaxşı motivasiya sübhdən başlayır.
Yoxlayın, siz yuxudan tez dursanız, kifayət qədər vaxtınız olacaq. Hətta harasa tələsməsəniz belə, heç bir işiniz olmasa da, tez durun. Bu vaxtı özünüzə, öz inkişafınıza sərf edin, bir neçə səhifə faydalı kitab oxuyun.
3 – Qələbəyə motivasiya – Həmişə qələbəyə hərəkət et. Hər bir insanın müəyyən durumda qələbə çalıb, məğlub olmaq seçimi var. Yuxudan duran kimi, tələsməyin, yerinizdəcə düşünün, “Bu gün mən dünəndən daha yaxşı olacağam. Bu gün əla gün olacaq. Bu gün məni kiçik qələbələr gözləyir”. İnanın ki, gün boyunca pozitiv, enerjili və özünəinamlı olacaqsız. Bu durumunuzda isə heç kəs sizə mane ola bilməyəcək.
“Bəxti gətirən adam o kəsdir ki, başqalarının etmək istədiklərini etmişdir”. (Jül Renar)
4 – Pozitivlik və xoş əhval-ruhiyyə motivasiyası – Çalışın ki, istənilən halda yaxşını və pozitiv anları görə biləsiz. Bilin ki, insanlar müsbət, pozitiv, optimis adamlara meyil edirlər. Kimsə deyə bilər ki, bəs əgər bir adamın başına pis hadisə gəlibsə, onda nə etməlidir? Sadəcə bunu anlamaq lazımdır ki, başınıza gələn hər bir şey sizin üçün təcrübədir. Əgər bu cür hadisələr olmasaydı, siz zəif, gücsüz və uğursuz olardız. Bunlar sizi daha güclü və məqsədyönlü edir.
5 – Yardım motivasiyası – Ehtiyacı olan digər insanlara yardım etməkdən imtina etməyin. Xeyirli iş görəndə siz yalnız yaxşı iş görmürsüz, həm də xoş hislər qazanırsız. Başqalarının həyatını yaxşılaşdırdıqda, öz həyatınız da yaxşılaşır.
6 – Motivasiyanız şübhələriniz səbəbindən dağılır. Çox adam həyatda irəliləyiş əldə etsə də, özünəinamsızlıqdan motivasiyasını saxlaya bilmir. Bəzən onlara elə gəlir ki, nəyisə düz etmirlər, yaxud düz yolda deyillər. Bilin ki, inam hər bir insanın ən zəruri göstəricisidir. O olmasa həyatınızda uğur olmaz. Özünəinamı artırmaq üçün yollardan biri verdiyin sözü tutmaqdır. Başqalarına verdiyiniz sözü tutduqda özünüzə vermiş olduğunuz sözü də tutacaqsız və bununla sizə özünəinam yaranacaqdır.
7 – Arzunuza doğru hərəkətdə özünüzə proqres hiss etmək şansı verin.
“Alışıb-yanan ürək üçün mümkün olmayan heç bir şey yoxdur”. (Con Heivud)
Bilin ki, bizim orqanizm ağıllı bir mexanizmdir ki, bizim enerji və gücümüzü qoruyub saxlayır. Əgər sizin fəaliyyətinizdə proqres yoxdursa, gələcəkdə də olmayacaqsa, bu sizdə zəifləyəcəkdir. Nəticədə motivasiya öləcək və tənbəlliyə gətirib çıxaracaqdır. Yaxşısı budur ki, təbiət qanunları ilə oynamayaq, bu bizə baha başa gələr. Onlarla əməkdaşlıq edək.
8 – Proqresinizi müqayisə edin. Biz həmişə öz motivasiyamıza sübut etməliyik ki, işlərimiz uğurlu gedir. Hər keçən gün bu artmaqdadır. Bilin ki, siz proqresi müqayisə etməlisiniz, prosesi deyil. Məsələn, siz faydalı kitabdan 30 səhifə oxumusunuz. Bu, prosesdir. Ancaq mən o kitabdan 30 sual versəm və siz cavablasanız, mənimsəmiş olduğunuza görə proqres olacaqdır.
9 – Özünüzlə yarışın. Özünüzü başqalarıyla müqayisə etmək sizi demotivə edə bilər. Hətta irəli getsəniz belə, bunu etməyin. Bilin ki, hər kəsin öz həyatı, işi və münasibəti var. Başqasıyla yarışdıqda bu, çox gülünc görünür. Sanki futbolçu velosipedçiylə yarışmaq istəyir. Hər gün bir miqdar çox üstün gəlməli olduğunuz yeganə kəs özünüzsüz.
Hər gün cəsarətinizi toplayıb deyin: “Mən bacarıram, öhdəsindən gəlirəm, mən nail olacağam və bu, yalnız mənə lazımdır!”
Həyatımız öz əlimizdədir, onun bədbəxt, yaxud xoşbəxt olması da bizdən asılıdır.
Fərid Abdullah
Özümüzü necə məğlub edə bilərik
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, dostumuz İradə İbrahiovanın təşkilatçılığı ilə yaratdığımız “Özünü qoru, çevrəni xilas et” adlı Media Hərəkatı hazırki dönəmin ən vacib məsələlərindəndir.
Modern.az xəbər verir ki, bunu Hərəkatın üzvü, jurnalist Samir Güləliyev deyib.
O bildirib ki, İ.İbrahimovanın bu çağırışına hər bir Azərbaycan vətəndaşı qoşulmalı, ümumilikdə Azərbaycanı COVİD-19 bəlasından xilas etməliyik:
“Bununla bağlı məhz media nümayəndələrindən ibarət hərəkat yaratmaqda məqsəd var. Təəssüf hissi ilə qeyd edim ki, bu gün Azərbaycan vətəndaşlarının bəziləri dünyanı iflic edən bu təhlükəli virusun varlığına inanmaq istəmir. Azərbaycan dövləti ilk vaxtlardan bu xəsəliyin yayılmasının qarşısını almaq üçün bütün qabaqlayıcı tədbirlər gördü. Nəticədə Çin, İran, ABŞ, İtaliya, Rusiya kimi hegemon dövlətlərdə koronavirus xəstəliyindən kütləvi qırğınlar olsa da, Azərbaycanda bu xəstəlikdən itkilərimiz minimum oldu. Bu gün də gec deyil. Amma bəzi vətəndaşlarımızın səhlənkarlığı, bu virusun varlığına inanmaması çox təhlükəlidir. Artıq Azərbaycanda əvvəlki vaxtlarla müqayisədə COVİD-19 virusuna yoluxma halı 2 dəfədən çox artıb. Artıq 10-a yaxın dövlət xəstəxanası xəstə qəbulunu dayandıraraq koronaviruslu xəstələrin qəbuluna başlayıb. Ölkədə 10 modul tipli COVİD-19 xəstəxanası, bir neçə klinika inşa edilərək istifadəyə verildi. Bu gün 133 vətəndaşımız COVİD-19 xəstəliyinin qurbanı olub, 5000-ə yaxın şəxs isə aktiv koronavirus xəstəsidir. Bu Azərbaycan xalqı üçün həyəcan siqnalıdır. Əgər əvvəllər biz koronavirus xəstələrini tanımırdıqsa, artıq bu gün əksəriyyətimizin tanıdığı aktiv koronavirus xəstəsi var. Şəxsən mənim tanıdığım 5 nəfər hazırda koronavirus xəstəliyindən müalicə alır, 2 nəfər isə dünyasını dəyişib. Artıq bu fakta inanmamaq özünü göz görə-görə təhlükəyə atmaqdır.
Dövlət bizim təhlükəsizliyimiz üçün hər cür tədbir görür, insanları qorumağa çalışır. Bunun üçün Azərbaycan dövləti iqtisadiyyatının inkişafını deyil, Azərbaycan vətəndaşının həyatını düşündü. Biz niyə özümüzü düşünməyək? Azərbaycan dövləti vətəndaşın həyatını qoruyur, amma bəzi vətəndaşlar özünün və yaxınlarının həyatını qorumaq istəmir, bu xəstəliyin yayılma səviyyəsini dərk etmir”.
Hərəkat üzvü qeyd edib ki, təşkilatlanmada məqsəd media qurumlarını bu işə cəlb etmək, əhali arasında marifləndirməni artırmaq və insanlarımızın həyatını bu yolla xilas etməkdir: “Bu gün Azərbaycan xalqını informasiya ilə təmin etmək biz jurnalistlərin, media təmsilçilərinin üzərindədir. İstər televiziya kanalları, istərsə də elektron KİV bu marifləndirməyə xüsusi diqqət yetirməlidir. Çalışmalıyıq ki, hər birimiz ayrılıqda ətrafımızdakıları təlimatlandıraq, onlara çağırış edək. Bu dövlət, bu xalq bizimdir. Hər bir Azərbaycan vətəndaşı bizim birimizin qohumu, yaxınıdır. Gəlin əvvəl özümüzü, sonra yaxınlarımızı qoruyaq. Özümüzü qorumaqla yaxınlarımızı və bütün Azərbaycanı qorumuş olacağıq. Artıq biz birləşməli, birgə mübarizə aparmalı, inanmayanları inandırmalı və bu bəladan birlikdə xilas olmalıyıq”.
Comments are closed, but trackbacks and pingbacks are open.