İş ərizəsinə xalis əmək haqqı tələbimi necə yaza bilərəm
Əmiraslan Yusifov
İş ərizəsinə xalis əmək haqqı tələbimi necə yaza bilərəm?
Sual. Bizim bir isçimizin ezamiyyədə olduğu dövrə istirahət və bayram günləri də təsadüf edib. Maliyyə Nazirliyinin təsdiq etdiyi İşçilərin Ezamiyyə Qaydalarının 9-cu maddəsinə əsasən bu günlər üçün orta əmək haqqı saxlanılmalı və əmək qanunvericiliyi ilə müəyyən edilmiş qaydada əlavə əmək haqqı və ya əlavə istirahət günü (günləri) verilməlidir. Ancaq Əmək Məcəlləsinin 177-ci maddəsində isə qeyd edilir ki orta əmək haqqı hesablanmış bir günlük əmək haqqının orta əmək haqqı saxlanılan iş günlərinin sayına vurulmaqla müəyyən edilir. Zəhmət olmasa bildirərdiz, ezamiyyə dövrünə təsadüf edən qeyri iş günləri necə nəzərə alınır?
Hörmətlə,
Salahov Rüfət
Cavab: Bir günlük orta əmək haqqının hesablanmasının Əmək Məcəlləsinin 177-ci maddəsinin olmasını qeyd etmisiniz. Bu səbəbdən, Ezamiyyə qaydalarının 9-cu maddəsinə nəzər yetirək:
9. Ezamiyyətdə olduğu vaxt, o cümlədən yolda olduğu vaxt üçün ezam olunan işçinin əsas iş yeri (vəzifəsi) və orta əmək haqqı saxlanılır.
Təşkilat rəhbərinin tapşırığı ilə işçinin ezamiyyətə getdiyi və ezamiyyətdən qayıtdığı gün (günlər) istirahət və ya iş günü hesab edilməyən bayram gününə (günlərinə) düşərsə, həmin gün (günlər) üçün işçiyə əmək qanunvericiliyi ilə müəyyən edilmiş qaydada əlavə əmək haqqı və ya əlavə istirahət günü (günləri) verilir.
Ezam olunan işçilərə ezam olunduqları təşkilatların iş vaxtının rejimi və istirahət vaxtı tətbiq edilir.
Bəli, qaydalara görə iş vaxtı, iş rejimi, iş günləri kimi anlayışlar vardır.Həmçinin iş günləri olmayan istirahət günləri vardır ki, həmin günlərdə işə cəlb olunan işçilərə sizin sualda bildirdiyiniz kimi ödənişlər olmalıdır və ya əvəz ödənilməlidir.
9-cu maddədə qeyd edilib ki, ezamiyyətə gedən və gələn gün istirahət və ya bayram gününə düşərsə, onda ya ikiqat orta əmək haqqı, ya da əvəzi verilməlidir.İş vaxtının rejimi ilə bağlı işçi hansı təşkilata gedibdirsə, oranın rejimi ilə işləməlidir .
Misal üçün, Azərbaycanda qeyri-iş günü olmasına baxmayaraq, ezam olunan ölkədə iş günü hesab edildiyində işçi həmin tarixlərdə işləyir və ya əksinə ölkəmizdə iş günü olduqda, həmin ölkədə bayram vəya başqa səbəblərdən qeyri-iş günü ola bilər.
Orta əmək haqqının hesablanıması isə yaxşı olardı ki, Əmək məcəlləmizin tələblərində olan bayram və istirahət günlərini nəzərə alınmaqla hesablanılsın. Yəni qeyri iş günündə işə cəlb olunmuşdursa ikiqat əmək haqqı verilməlidir. Bütün hallarda hansı ölkənin iş rejimini tətbiq etsək, qeyri- iş günləri ən azı ikiqat ödənilməlidir.
“Əmək münasibətləri A-dan Z-yə 2018” kitabı SATIŞDA
Kitab 19 fəsildən, 464 səhifədən ibarətdir. Praktiki vəsaitdir, sadə və anlaşıqlı dildə yazılıb, işçinin işə götürülməsindən başlayaraq işəgötürən tərəfindən aparılmalı olan, dövlət qurumları qarşısında hesabatlılıq da daxil olmaqla, bütün prosedurları əhatə edir, hesablamalar və nümunəvi formalarla zəngindir. İndiyədək 6 dəfə təkmilləşdirilərək nəşr olunub. Sonuncu nəşri 12 fevarl 2018-ci ilə təsadüf edir. Hazırda satışı davam edir.
Kitabın müəllifi Azərbaycan Respublikasının Auditorlar Palatasının Şura üzvü, sərbəst auditor Altay Cəfərovdur.
Kitab insan resursları mütəxəssisləri və mühasiblər üçün nəzərdə tutulub
VERGİLƏR
İşçinin ezamiyyə xərclərinin və ezamiyyə müddətində əməkhaqqının hesablanması ilk baxışda sadə görünsə də, burada sual duğuran bəzi məqamları var. Mövzunu “vegiler.az”a insan resurslarının idarə olunması mütəxəssisi Nihad Əliyev şərh edir.
Maliyyə Nazirliyinin Q-01 saylı 18 yanvar 2012-ci il tarixli qərarı ilə təsdiqlənmiş “İşçilərin ezamiyyə qaydaları”na əsasən, dövlət orqanının, müəssisə, idarə və təşkilatın rəhbərinin sərəncamı (əmri) ilə işçinin daimi iş yerindən müəyyən olunmuş müddətə başqa yerə xidməti tapşırığı yerinə yetirmək üçün getməsi xidməti ezamiyyət sayılır. Daimi işi yolda keçən və gediş-gəliş xarakteri daşıyan, növbə (vaxta) metodu ilə işləyən və çöl şəraitində çalışan (gündəlik iş vaxtı başa çatdıqdan sonra öz daimi yaşayış yerinə qayıtmaq imkanı olmayan) işçilərin xidməti gedişi isə ezamiyyət sayılmır. Qaydalarda qeyd olunan bu iki anlayışla bağlı təcrübədə müəyyən çətinliklər yaranır.
Misal 1: Tutaq ki, Bakıda sürücü vəzifəsində çalışan işçi hər gün Quba rayonundan Bakı şəhərinə kənd təsərrüfatı məhsulları daşıyır. İşçinin Bakı şəhərindən Quba rayonuna gedib-qayıtması ezamiyyət sayılırmı? Yuxarıda qeyd olunan qaydalara əsasən, daimi işi yolda keçən və gediş-gəliş xarakteri daşıyan işçilərin xidməti gedişi ezamiyyət sayılmır. Ona görə də baxdığımız misalda sürücünün Qubaya gediş-gəlişi ezamiyyət deyildir.
Ezamiyyətləri respublikadaxili və respublikaxarici olmaqla iki kateqoriyaya ayırmaq olar:
– respublikdaxili ezamiyyətlər təşkilatın rəhbərləri tərəfindən müəyyən olunur, işəgötürənin əmri və ezamiyyə vəsiqəsi ilə tənzimlənir;
– respublikaxarici ezamiyyətlər isə təşkilatın rəhbərləri tərəfindən müəyyən olunur, işəgötürənin əmri ilə təsdiqlənir. Ölkədən çıxış və ölkəyə giriş qeydləri xarici pasportda aparıldığı üçün xarici pasportdakı qeydlər yetərli hesab olunur.
İşçilərin ezamiyyət müddəti, yolda olduğu müddət hesaba alınmamaqla, təşkilatların rəhbərləri tərəfindən müəyyən edilir. Yol müddəti isə 40 gündən yuxarı ola bilməz (Azərbaycan Respublikasının xarici ölkələrdə və beynəlxalq təşkilatlarda çalışan diplomatik xidmət əməkdaşları, diplomatik xidmət orqanlarının inzibati-texniki xidmətini həyata keçirən şəxslər və digər təşkilatların nümayəndələri istisna olmaqla).
Ezam olunan işçiyə ezamiyyətə getməzdən əvvəl ezamiyyətin müddətinə uyğun olaraq pul avansı verilir. Pul avansı ezamiyyə xərclərinin 1 günlük normasına uyğun ezamiyyət günləri üçün tələb olunan xərclərdən və nəqliyyat xərclərindən ibarətdir.
Ezamiyyə xərclərinin 1 günlük normasına gündəlik xərclər, eləcə də mehmanxana, rabitə, şəhərdaxili nəqliyyat və digər xidmətlərlə bağlı xərclər daxildir. Nəqliyyat xərclərinə ezam olunma yerinə getmək və qayıtmaq, ölkədaxili nəqliyyat (taksi istisna olmaqla, yaşayış məntəqəsindən kənarda yerləşən vağzala, limana (bərəyə), təyyarə meydanına və ölkə ərazisində digər məntəqələrə getmək) xərcləri daxildir və bu xərclər təqdim edilən sənədlər əsasında ödənilir.
İşçi ezamiyyətdən qayıtdıqdan sonra ezamiyyət ilə əlaqədar xərclədiyi vəsaitlərin məbləği haqqında avans hesabatını 3 gün ərzində təqdim etməlidir.
Respublika ərazisi daxilində ezamiyyələrin müddəti ezamiyyət yerində olmanın faktiki müddəti, ezamiyyət yerinə gəlmə və ezamiyyət yerindən getmə haqqında ezamiyyət vəsiqəsindəki qeydlər ilə müəyyən edilir. Əgər işçi müxtəlif yaşayış məntəqələrinə ezam olunmuşsa, hər məntəqədə gəldiyi gün və getdiyi gün ayrıca qeyd edilir.
Nəqliyyat vasitələrinin yola düşdüyü gün ezamiyyətə gedilən gün, nəqliyyat vasitəsinin daimi iş yeri yerləşən yaşayış məntəqəsinə gəldiyi gün isə ezamiyyətdən qayıdılan gün sayılır. Nəqliyyat vasitəsi saat 24-ə kimi (saat 24 də daxil olmaqla) yola düşərsə, ezamiyyətə gedilən gün cari gün, saat 24:00-dan sonra isə sonrakı gün sayılır. Nəqliyyat vasitəsinin yola düşdüyü yer yaşayış məntəqəsindən kənarda yerləşərsə, həmin yerə getməyə sərf olunan vaxt nəzərə alınır. İşçinin daimi iş yerinə qayıtdığı gün də eyni qayda ilə təyin edilir.
Ezamiyyətdə olduğu, o cümlədən yolda olduğu vaxt üçün işçinin əsas iş yeri (vəzifəsi) və orta aylıq əməkhaqqı saxlanılır.
Təcrübədə bəzi maraq doğuran məqamlar da ortaya çıxır. Məsələn, işçi ezamiyyətdən yaşayış yerinə saat 24:00-dan sonra, tutaq ki, gecə saat 02:00-da çatarsa, növbəti gün də işçinin ezamiyyətdə olduğu gün sayılır və həmin gün üçün onun orta əməkhaqqı saxlanılmalıdır.
Əksər hallarda ezamiyyətdə olan işçilər üçün əməkhaqqını yanlış olaraq faktiki işdə olduğu kimi hesablayırlar. Ezamiyyətdə olan işçinin əməkhaqqı orta əməkhaqqı əsasında hesablanıb ödənilməlidir.
Misal 2: İşçi 1 iyun 2022-ci ildən 10 iyun 2022-ci ilədək 10 təqvim günü müddətinə Bakı şəhərindən Naxçıvan şəhərinə ezam olunub. Bu halda işçinin həmin dövr üçün orta əməkhaqqı saxlanılmalıdır. Orta əməkhaqqı isə Əmək Məcəlləsinin 177-ci maddəsinə əsasən müəyyən olunur. Tutaq ki, vəzifə maaşı 800 manat olan işçi aprel ayında 200 manat mükafat alıb. Onda hesablama belə aparılacaq:
(800+1.000): (18 + 21)=1.800 manat
1.800:39=46,15 manat
46,15×8=369,20 manat
– 800+1000 – işçinin əvvəlki 2 təqvim ayında (aprel və may) qazancının cəmi;
– 18+21 – əvvəlki 2 təqvim ayında (may və aprel) iş günlərinin cəmi;
– 46,15 – 1 iş gününə düşən orta əməkhaqqı;
– 8 – ezamiyyət dövründə (iyun ayının 1-dən 10-dək) iş günlərinin sayı;
– 369,20 – ezamiyyə dövrü üçün hesablanmış əməkhaqqı.
Ezamiyyə xərcinin faktiki iş günlərinə uyğun olaraq əməkhaqqı kimi hesablandığı halda işçiyə 320 manat əməkhaqqı düşür: 800:20×8 = 320 manat.
Bu halda işçinin əməkhaqqı 49,20 manat azaldılmış olur: 369,20-320 = 49,20 manat.
İşçiyə az əməkhaqqı ödənildiyinə görə işəgötürənə cərimə kəsilə bilər.
Təşkilat rəhbərinin tapşırığı ilə işçinin ezamiyyətə getdiyi və ezamiyyətdən qayıtdığı gün (günlər) istirahət və ya iş günü hesab edilməyən bayram gününə (günlərinə) düşərsə, həmin gün (günlər) üçün işçiyə əmək qanunvericiliyi ilə müəyyən edilmiş qaydada əlavə əməkhaqqı və ya əlavə istirahət günü (günləri) verilir. Ezam olunan işçilərə ezam olunduqları təşkilatların iş vaxtının rejimi və istirahət vaxtı tətbiq edilir.
Təcrübədə yanlış olaraq ezamiyyət dövrünə düşən istirahət və iş günü hesab edilməyən bayram günlərinə görə ya əlavə əmək haqqı ödənilir, ya da işçiyə onun razılığı ilə əlavə istirahət günü verilir. Əslində, “İşçilərin ezamiyyə qaydaları”na əsasən, bütövlükdə ezamiyyət dövrü deyil, yalnız işçinin ezamiyyətə getdiyi və qayıtdığı gün nəzərə alınmalıdır.
Misal 3: Tutaq ki, işçi 5 mart 2022-ci ildən ezamiyyətə gedir və martın 8-də – Beynəlxalq Qadınlar günündə ezamiyyətdən qayıdır. Bu halda işçiyə yalnız bir gün, yəni 8 mart iş günü hesab olunmayan bayram günü üçün ya əlavə əməkhaqqı hesablanıb ödənilməli, ya da əlavə ödənişli istirahət günü verilməlidir. İşçinin həftəlik 5 günlük iş rejimi ilə çalışdığını nəzərə alsaq, 5 mart və 8 mart 2022-ci il tarixləri arasında 6 və 7 mart qeyri-iş günləridir. Ezamiyyət müddətinin 6 və 7 marta təsadüf etməsinə baxmayaraq, həmin günlər üçün əlavə əməkhaqqı ödənilmir və ya əlavə istirahət günü verilmir.
Diqqət ediləsi məqamlardan biri də qanunvericilikdə yalnız istirahət günlərinin və iş günü hesab edilməyən bayram günlərinin nəzərdə tutulmasıdır. 20 Yanvar Ümumxalq Hüzn Günü və seçki günləri işçinin ezamiyyətə getdiyi və qayıtdığı günlərə təsadüf edərsə, həmin günlər üçün ona əlavə əməkhaqqı ödənilməməli və ya əlavə istirahət günü verilməməlidir.
Mənbə: “Əmək qanunvericiliyinin tətbiqi və əməkhaqqı hesablanması zamanı yaranan aktual məsələlərin tam praktiki izahı” kitabı
Əmək haqqı (I HİSSƏ)
Əmək haqqı, bütün dünyada insanların ən əsas və ən geniş yayılmış gəlir mənbələrindən biri kimi, görülən işə nisbətdə işəgötürən tərəfindən işçiyə kompensasiya edilən puldur.
Trend-i buradan izləyin
Giriş
Əmək haqqı, bütün dünyada insanların ən əsas və ən geniş yayılmış gəlir mənbələrindən biri kimi, görülən işə nisbətdə işəgötürən tərəfindən işçiyə kompensasiya edilən puldur. İnkişaf etmiş və etməkdə olan ölkələrin iqtisadiyyatı üçün əmək haqqı çox böyük əhəmiyyətə malikdir. Belə ki, əmək haqqı özü bir çox iqtisadi və hüquqi münasibətlərin yaranmasında və müəyyən edilməsində açar rolu oynayır. Misal üçün, əmək haqqı malların, məhsulların qiymətləndirilməsində əsas müəyyənedici faktordur. Məqalələrdə əmək haqqına Azərbaycan Respublikası və xarici ölkələrin qanunvericilikləri, o cümlədən BƏT-in konvensiyaları işığında hüquqi və iqtisadi aspektdən yanaşılacaq. Həm də, onu qeyd edək ki, araşdırılan bu mövzu aktuallığı, əhəmiyyətliliyi və geniş olması baxımından üç hissədə yayımlanacaq. Birinci məqalədə, əmək haqqının və onun komponentlərinin anlayışına, habelə xüsusi hallarda əmək haqqının ödənilməsi məsələlərinə toxunulacaq.
Hüquqi aspektdən əmək haqqı.
Əmək haqqına hüquqi aspektdən yanaşarkən ilk öncə əmək haqqının qanunvericilikdə nəzərdə tutulan anlayışına nəzər salaq. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 154.1-ci maddəsində aşağıdakı kimi anlayış verilmişdir: “Əmək haqqı – müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur”.
Anlayışdan görüldüyü kimi əmək haqqına yalnız işin sonunda işçiyə gündəlik və ya aylıq ödənilən məbləğ aid deyil, buraya həm də əlavələr, mükafatlar və digər ödənclər daxil edilir.
Əmək haqqında əlavə – əmək şəraiti ilə əlaqədar əvəzödəmək və ya həvəsləndirmək məqsədi ilə işçinin tarif (vəzifə) maaşına, əmək haqqına müəyyən edilən əlavə ödəncdir.
Mükafat – əməyin kəmiyyət və keyfiyyətinin yüksəldilməsinə işçinin maddi marağının artırılması məqsədi ilə əmək haqqı sistemində nəzərdə tutulan qaydada və formada verilən həvəsləndirici pul vəsaitidir.
Nəzərə alsaq ki, əmək haqqı geniş mövzudur və konkret olaraq tək bir hal ilə şərtlənmir buna görə də, digər anlayışlara da baxmaq lazımdır.
Bu anlayışlardan biri minimum əmək haqqıdır, AR Əmək Məcəlləsinin 155.2-ci maddəsinə əsasən, iqtisadi, sosial şərait nəzərə alınmaqla qanunvericiliklə ixtisassız əməyə və xidmətə görə aylıq əmək haqqının ən aşağı səviyyəsini müəyyən edən sosial normativdir.
Orta əmək haqqı – işçiyə vəzifəsi (peşəsi) üzrə işəgötürən tərəfindən ödənilmiş məvacib və onun tərkibinə daxil olan ödənclərin Əmək Məcəlləsində və digər normativ hüquqi aktlarda nəzərdə tutulan qaydada müəyyən olunan məbləğdir.
Əmək haqqı, bir qayda olaraq, işin icra olunduğu iş yerində verilir.
Əmək haqqı işçinin istəyi ilə onun bankdakı hesabına köçürülə və ya müvafiq ünvana göndərilə bilər.
İşçinin razılığı ilə əmək haqqının 20 faizə qədəri mütənasib dəyərli natura formasında müəssisədə istehsal edilən istehlak malları ilə, lakin spirtli içkilər, tütün məmulatları, narkotik vasitələr və psixotrop maddələr və mülki dövriyyədə olmasına yol verilməyən (mülki dövriyyəsi məhdudlaşdırılmış) digər əşyalar istisna olunmaqla, digər məişətdə işlədilən gündəlik tələbat malları ilə əvəz edilib verilə bilər.
Müəyyən hallar ilə əlaqədar əmək haqqının ödənilməsi müvafiq olaraq hər bir hala uyğun ödənilir. Bu hallardan bəziləri aşağıda qeyd ediləcək:
1. Xüsusi şəraitdə tətbiq edilən əmək haqqı
2. Əvəz etmə ilə əlaqədar tətbiq edilən əmək haqqı
3. İstirahət, səsvermə, iş günü hesab edilməyən bayram günləri və ümumxalq hüzn günü görülən işə görə əmək haqqının ödənilməsi
4. İş vaxtından artıq vaxtda görülən işə görə əmək haqqının ödənilməsi
5. Gecə vaxtı və çoxnövbəli iş rejiminə görə haqqın ödənilməsi
6. Boşdayanma vaxtı əməyin ödənilməsi
1. Xüsusi şəraitdə tətbiq edilən əmək haqqı.
Yəni ki, əmək şəraiti ağır və zərərli olan işlərdə və iqlim şəraitinə görə işləmək üçün əlverişli olmayan iş yerlərində işçilərin əmək haqqının yüksək məbləğdə ödənilməsini təmin edən artımlar (əmsallar) müəyyən edilir. Həmin artımlar Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 22 avqust tarixli 137 nömrəli qərarında sadalanıb.
2. Əvəz etmə ilə əlaqədar tətbiq edilən əmək haqqı
Əmək müqaviləsində nəzərdə tutulmuş əmək funksiyası ilə yanaşı müəyyən edilmiş iş vaxtı ərzində işçi tərəfindən digər müvafiq peşələr (vəzifələr) üzrə əmək funksiyasının tam və ya qismən icra olunduğu hallarda onun əmək haqqına əlavə müəyyən edilib ödənilməlidir. Özünün əmək funksiyasını yerinə yetirməklə yanaşı müəyyən səbəbdən müvəqqəti işə çıxmayan işçini əvəz edən işçiyə, əvəz edilən işçinin tarif (vəzifə) maaşı ilə onun maaşı arasındakı fərq ödənilir. Əvəz edilən işçinin tarif (vəzifə) maaşı əvəz edən işçinin maaşı ilə eyni və ya ondan az olduqda isə əmək haqqına əlavə müəyyən edilib verilir. Bu əlavə işçinin və işgötürənin qarşılıqlı razılığı ilə müəyyən edilir.
3.İstirahət, səsvermə, iş günü hesab edilməyən bayram günləri və ümumxalq hüzn günü görülən işə görə əməkhaqqının ödənilməsi
Yuxarıda sadalanan hallar ilə əlaqədar əmək haqqı aşağıdakı qaydada ödənilir:
• əməyin vaxtamuzd ödənilmə sistemində gündəlik tarif maaşının iki mislindən aşağı olmamaqla;
• əməyin işəmuzd ödənilmə sistemində ikiqat işəmuzd qiymətlərindən aşağı olmamaqla;
• aylıq maaş alan işçilərə iş aylıq iş vaxtı norması çərçivəsində görülmüşsə, maaşdan əlavə gündəlik vəzifə maaşı məbləğindən aşağı olmamaqla, əgər iş aylıq iş vaxtı normasından artıq vaxtda görülmüşsə, maaşdan əlavə gündəlik vəzifə maaşının ikiqat məbləğindən aşağı olmamaqla.
Həmçinin qeyd edək ki, İstirahət, səsvermə, iş günü hesab edilməyən bayram günləri və ümumxalq hüzn günü işləmiş işçinin arzusu ilə ona əməkhaqqı əvəzinə başqa istirahət günü verilə bilər.
4. İş vaxtından artıq vaxtda görülən işə görə əmək haqqının ödənilməsi
İşçilərə iş vaxtından artıq vaxt ərzində görülən işin hər saatı üçün əmək haqqı aşağıdakı kimi ödənilir:
• əməyin vaxtamuzd ödənilmə sistemində saatlıq tarif (vəzifə) maaşının ikiqat məbləğindən aşağı olmamaqla;
• əməyin işəmuzd ödənilmə sistemində işəmuzd əmək haqqı tam ödənilməklə müvafiq dərəcəli (ixtisaslı) vaxtamuzd işçinin saatlıq tarif (vəzifə) maaşından aşağı olmamaqla əlavə haqq məbləğində.
• Əmək müqaviləsində, kollektiv müqavilədə iş vaxtından artıq vaxt ərzində görülən işə görə işçilərə daha yüksək məbləğdə əlavə haqqın ödənilməsi nəzərdə tutula bilər.
• İş vaxtından artıq işlərin əlavə istirahət günü ilə əvəz edilməsinə yol verilmir.
5.Gecə vaxtı və çoxnövbəli iş rejiminə görə haqqın ödənilməsi
Gecə vaxtı yerinə yetirilən iş, habelə çoxnövbəli iş rejiminə görə əmək haqqı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş həddən aşağı olmamaqla işəgötürən tərəfindən yüksək məbləğdə ödənilir. Gecə vaxtı yerinə yetirilən işin hər saatına görə işçiyə onun saatlıq tarif (vəzifə) maaşının 20 faizi, çoxnövbəli iş rejiminin axşam növbəsində işin hər saatına görə işçinin saatlıq tarif (vəzifə) maaşının 20 faizi, gecə növbəsində isə 40 faizi həddində əlavə haqq müəyyən edilir. İş vaxtının ən azı yarısı gecə vaxtına (axşam saat 22-dən, səhər saat 6-ya qədər) düşən iş növbəsi gecə növbəsi hesab edilir. İş növbəsinin başlanma və qurtarma saatlarından asılı olmayaraq, gecə növbəsindən əvvəlki iş növbəsi axşam növbəsi hesab edilir. Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edilmiş əmək şəraiti ağır və zərərli olan iş yerlərində, habelə xüsusi xarakterli işlərdə çalışan işçilərin gündəlik iş vaxtının ən azı yarısı gecə vaxtına düşərsə, onda həmin iş vaxtının gecə vaxtına düşən hissəsi bir saat qısaldılır və həmin saatlar qanunvericiliklə müəyyən edilmiş iş vaxtı normasında tam nəzərə alınmaqla vaxtamuzd əmək haqqı sistemi üzrə ödənilir.
6. Boşdayanma vaxtı əməyin ödənilməsi
Boşdayanmanın başlanması haqqında işçi işəgötürənə və ya iş yeri üzrə rəhbərinə (briqadirə, ustaya, digər vəzifəli şəxslərə) xəbərdarlıq etdikdə, işçinin təqsiri olmadan boşdayanma vaxtı işçi üçün müəyyən edilmiş dərəcənin tarif (vəzifə) maaşının üçdə iki hissəsindən az olmayaraq ödənilir.
İşçinin təqsiri üzündən boşdayanma vaxtı ödənilmir.
İqtisadi aspektdən əmək haqqı.
Əmək haqqı cəmiyyətdə yaranan bir çox iqtisadi münasibətlərdə əsas rol oynayır. Demək olar ki, hər bir iqtisadi hesablamalar həmin dövrdə mövcud olan əmək haqqına münasibətdə hesablanır və proqnozlaşdırılır. İstehsal olunan məhsullardan tutmuş, işsizlik müavinətinə kimi, həmçinin verilən pensiyaların məbləğinin müəyyən edilməsində açar rolu oynayır.
İqtisadi aspektdən nəzərdən keçirilərkən işəgötürənin, işçinin və cəmiyyətin mənafeləri ayrı-ayrılıqda diqqətə alınacaqdır.
İşəgötürən üçün əmək haqqı və onun müəyyən edilməsi, onun biznesinin qurulmasında və inkişaf etdirilməsində həyati əhəmiyyətə malikdir. Hər bir işəgötürən və ya yeni iş quran biznesmen quracağı və ya qurduğu işə işçilər cəlb etməmişdən öncə onun əmək haqqısını müəyyən etməlidir. Əmək haqqının müəyyən edilməsi prosesi artıq işəgötürənin nə dərəcədə peşəkar olduğundan xəbər verəcək. Çünki, vəzifəyə uyğun və ədalətli şəkildə ödənilən əmək haqqı işçilər tərəfindən görüləcək işin vicdanla, mükəmməl şəkildə və daha məsuliyyətli görülməsinə, işəgötürənin artıq xərclərdən azad olmasına gətirib çıxaracaq. Nəticədə hər bir işçi özünü hər ayın sonunda əmək haqqı hesablamalarına yox, özünü gördüyü işin doğru-düzgün yetirilməsinə fokuslandıracaq bu da nəticədə işəgötürənin marağına xidmət edəcək. Almaniyada ilk dəfə səkkiz saatlıq iş gününə keçən, alman mühəndis, iş adamı, Robert Bosch GmbH-un (ümumi halda Bosch) qurucusu Robert Boş əmək haqqı barədə aşağıdakı məşhur fikri vardır:
“Yaxşı maaş ödəyirəm ona görə yox ki,varlıyam.Varlıyam ona görə ki, yaxşı maaş ödəyirəm”.
Cəmiyyət üçün əmək haqqının əhəmiyyəti böyükdür. Əmək haqqı cəmiyyətin özünün formalaşmasında, insanlararası münasibətlərdə özünü büruzə verir. Belə ki, əmək haqqı yüksək olan ölkələrə nəzər yetirsək, həmin ölkələrdə əhalinin yaşam səviyyəsindən tutmuş, mədəniyyətinə qədər necə yüksək dəyərlərə malik olduqlarını görərik. Nümunə ölkə kimi Norveçin adını xüsusi olaraq qeyd edə bilərik ki, bu ölkədə əmək haqqı çox yüksəkdir və buna nisbətdə də, ölkədə bir il ərzində bir cinayət işi olur və yaxud olmur. Yaxud Kanada, burada ümumiyyətlə bir il ərzində polisə əhalinin 1,3 %-i zəng vurur.
Göründüyü kimi əmək haqqının həyatımızda danılmaz əhəmiyyəti vardır. Əmək haqqı mövzusu çox geniş olduğundan yuxarıda ən əsas məqamlara, əmək haqqına hüquqi və iqtisadi aspektdən yanaşıldı. Əmək haqqının ödənilməsinin formaları, qaydaları və əmək haqqından tutulmalar habelə orta aylıq əmək haqqı barədə növbəti məqalələrimizdə yer veriləcək. Həmçinin xarici ölkələrdə minimum, orta əmək haqqlarının həddləri barədə də məlumat veriləcək.
Əmiraslan Yusifov
“BSC” MMC-nin hüquqşünası
Comments are closed, but trackbacks and pingbacks are open.