Hüquqi yardım
Əfvetmə barədə müraciət, işin hallarına uyğun olaraq, hökm qanuni qüvvəyə mindikdən sonra, cəza müddətinin ən azı 1\3 hissəsini və ya yarısını çəkdikdən sonra, məhkum olunmuş şəxs cəzanı çəkdikdən sonra məhkumluğun götürülməsi barədə edilə bilər. Həmçinin, humanizm prinsipini özündə əks etdirən müddəalardan biri də ömürlük azadlıqdan məhrum etmə növündə cəzaya məhkum olunmuş şəxslərin belə cəzanın 10 il müddətini çəkdikdən sonra əfvetmə barədə müraciət edə bilməsidir.
Metodiki Tövsiyə
Biz Hər zaman sizinləyik! Sualınız var? Dərsi qurmaqda çətinlik çəkirsiniz? İmkan tapıb kurslara gedə bilməmisiniz? İmtahana hazırlaşmaq üçün metodiki vəsaitlərə ehiyacınız var? Narahat olmağa dəyməz! Sullarınızla müraciət edə, bloqumuzdan yararlanaraq, çətinliklərinizi qismən aradan qaldıra bilərsiniz.
- Əsas Səhifə
- Bloqdan Istifadə Qaydası
- Əlaqə
DİQQƏT! DİQQƏT! Hörmətli İstifadəçilər!MÜƏLLİF HÜQUQLARI QORUNUR!Bloq yazarının İCAZƏSİ olmadan, bloqdakı materiallar elektron və ya kağız üzərində ÇOXALDILA BİLMƏZ! Həmçinin bloqdakı materiallardan KOMMERSİYA məqsədi ilə istifadə edilə BİLMƏZ!Materialların şəkillərinin çəkilərək paylaşılması QADAĞANDIR!
11 Mart 2016 Cuma
Ərizə necə yazılır?
Paylaşıldı 08:43 by Leyla Bayramova
Təcrübə göstərir ki, şagirdlər ərizəni müxtəlif formalarda yazırlar. Əslində isə ərizə müxtəlif məzmuna malik olsa da, formaca eyni cürdür. Bunu nəzərə alaraq, müəllim şagirdlərə ərizənin ilk növbədə formasını öyrətməlidir.
Şagirdlər bilməlidirlər ki, sadə ərizədə fikir bir neçə cümlə ilə ifadə edilir. Ərizənin mürəkkəb formasında isə rəsmi sənədlərin adı çəkilir, onlara münasibət göstərilir və münasibətin icrası üçün rəhbərlikdən bu barədə sərəncam verilməsi xahiş olunur.
Təcrübədə işçi işə götürülən zaman çox vaxt ərizə ilə müraciət edir.
Ərizənin iki mənası vardır. Müraciət etmək, “ərz” mənasında işlənir. Müəyyən formaya malik olub, rəsmi şakildə yazılmış müraciətdir. Məzmununa görə ərizənin iki növünə təsadüf olunur:
-Şikayət xarakterli ərizələr.
-Xahiş etmək məqsədi ilə yazılan ərizələr.
Ərizəyə verilən tələblər aşağıdakılardır:
- Ərizənin başlığı, yəni kimə və kimdən yazılması dəqiq olmalıdır.
- Ərizənin məzmunu qısa, faktlar isə konkret olmalıdır.
- Ərizəni ərizəçi öz xətti ilə yazmalıdır.
- Ərizənin sonunda gün, ay, il və ərizəçinin şəxsi imzası qoyulmalıdır.
Təcrübə göstərir ki, şagirdlər ərizəni müxtəlif formalarda yazırlar. Əslində isə ərizə müxtəlif məzmuna malik olsa da, formaca eyni cürdür. Bunu nəzərə alaraq, müəllim şagirdlərə ərizənin ilk növbədə formasını öyrətməlidir.
Ərizənin yazılış forması belədir:
- Vərəqin əvvəlində, abzasdan böyük hərflə təşkilatın və kimə müraciət edilirsə, onun adı, atasının adı və soyadı qeyd olunur.
- Sətrin 1/2 hissəsi həcmində sağ tərəfdə kimdən sualını verməklə ərizəçinin adı, soyadı və atasının adı göstərilir.
- Vərəqin ortasında böyük hərflə “Ərizə” sözü yazılır.
- Təzə sətirdən qısa, aydın və məzmunlu şəkildə ərizəçinin fikri şərh olunur.
- Ərizənin sonunda imza qoyulur və onun yazılma tarixi göstərilir.
Şagirdlər bilməlidirlər ki, sadə ərizədə fikir bir neçə cümlə ilə ifadə edilir. Ərizənin mürəkkəb formasında isə rəsmi sənədlərin adı çəkilir, onlara münasibət göstərilir və münasibətin icrası üçün rəhbərlikdən bu barədə sərəncam verilməsi xahiş olunur.
Ərizənin sadə formasına aid nümunə;
Saatli r. -n 2 saylı məktəbin direktoru Ə. Z. Abdullayev cənablarına
həmin məktəbin VII «b» sinif şagirdi Sabir Əli oğlu Nəcəfovdan
Məktəblər arasında keçirilən idman yarışında iştirak etmək üçün mənə iki gün icazə verməyinizi xahiş edirəm.
İmza (S. Ə. Nəcəfov)
20 aprel 2000-ci il.
Ərizənin mürəkkəb formasına aid nümunə:
Bakı, Yasamal rayon 158 saylı məktəbin direktoru Ə.V. Qasımova cənablarına.
Tərbiyəvi işlər üzrə direktor müavini S. D. Əzizovadan
Məktəbdə özfəaliyyət dərnəyini yoxlayarkən bir sıra nöqsanlar aşkar edildi:
Özfəaliyyət dərnəyində bəzi musiqi alətləri (tar və piano) çatmır.
Dərnəyin rəhbəri Z. Q. Ələkbərov cənabları öz işinə lazımi səviyyədə rəhbərlik etmir.
1 rübdə yalnız bir dəfə məşq keçirilmişdir.
Dərnəyin rəqs qrupu fəaliyyət göstərmir. Yuxarıda sadalanan nöqsanlara görə məktəbimiz 18 dekabr 2000-ci ildə keçiriləcək respublika məktəblilərin özfəaliyyətinə baxış gecəsində iştirak edə bilməyəcəkdir. Xahiş edirəm dərnəyin işini gücləndirmək üçün lazımi tədbirlər görəsiniz.
İmza (S. D. Əzizova)
14 may 2000-ci il
Hazır nümunə:
Ağdaş rayon təhsil şöbəsinə
Ağdaş şəhər P. Babayev adına
7 №-li tam orta
məktəbin Tarix müəllimi
Bayramova Leyla Bəhman qızı
tərəfindən
“Ən yaxşı müəllim” müsabiqəsinin qaydaları və müsabiqədə iştirak üçün müəyyən olunmuş şərtlərlə ətraflı tanış olmuşam. Həmin şərtlərə görə, müsabiqədə iştirak etməyə özümü hazırlıqlı hesab edirəm. Bununla əlaqədar ərizəmin qeydiyyata alınmasına razılıq verməyinizi xahiş edirəm.
Fəaliyyətimlə əlaqədar müvafiq göstəriciləri əhatə edən məlumatı və həmin göstəriciləri təsdiq edən sənədlərin kserosurətlərini ərizəyə əlavə edirəm.
İmza: L.Bayramova
29.10.2014
Paylaşıldı Hüquqi və rəsmi işgüzar sənədlər
5 yorum:
Gününüz yaxşı olan dostlar, mənim adım Mika Qəhrəmanova, Bakı, Azərbaycan, mən peşə üzrə həkiməm, 47 yaşım var. Həqiqi həyat ifadələrimi xahişlə oxuyun, bu məlumatın bu məqaləni oxuyan bir kəsə, pozulmuş evliliyi bərpa etməsini və itirilmiş sevgi münasibətlərini 2 gün ərzində bərpa etməsinə kömək edəcəyinə dair müsbət bir niyyətim var. İllərdir Grønseth ilə əlaqədə olduqdan sonra mənimlə aramızı kəsdi, onu məni sevmək üçün geri qaytarmaq üçün hər şeyi etdim, amma etdiyim hər şey boşa çıxdı, ona olan sevgimə görə onu çox istədim, mən əlimdə olan hər şeyi soruşdum, söz verdim amma rədd etdi. Problemimi işdəki həmkarıma izah etdim və o, daha yaxşı yazmağımda kömək edə biləcək bir sevgi sehrbazına müraciət etməyimi təklif etdi, amma eşq yazım hissəsinin mövcud olduğunu və ya işlədiyini düşünməyən bir insanam, seçimim yoxdu amma sınamaq üçün spellcaster kanalına e-poçt göndərdim və o, hər şeyin üç gündən əvvəl yaxşı olacağını, keçmişimin üç gündən əvvəl mənə qayıdacağını söylədi, Sevgi sehr hissəsini havaya atdı və təəccüblü bir şəkildə ikinci gün gecə saat 3.00 idi. Keçmiş eşq ortağım məni mobil telefonuma çağırdı, o qədər təəccübləndim ki, Telefon danışığına cavab verdim və dediyi hamısı baş verən hər şeyə görə peşman olduğunu, onun yanına qayıtmasını istəməsini, məni çox sevdiyini söylədi . Mən çox xoşbəxt idim və xoşbəxtliklə birlikdə yaşamağa başladıq. bu şəkildə hər hansı bir yardıma ehtiyac duyduğunuzda doctorigbinovia93@gmail.com və ya whatsapp-a +2348144480786 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz və ya viber-də +2348144480786 nömrəli ünvana müraciət edə bilərsiz və bu da sizdən alınacaq . Yanıtla Sil
Salam, doktor Amiso adlı böyük bir insanın köməyi ilə hsnabdımı necə geri qaytardığım barədə bir az danışmaq üçün buradayam bütün dostlarıma mövsüm təbriki. Mənim adım Nana Tahir, Sumqayıtdan, Azərbaycan. On il evləndikdən sonra həyat yoldaşımla nəhayət ki, məni tərk edib başqa bir qadınla birlikdə olmaq üçün Texas şəhərinə köçənə qədər bir mübahisə və ya digər vəziyyətdə qaldıq. Həyatımın bitdiyini və uşaqlarımın atalarını bir daha görməyəcəyini düşündüm. Mən yalnız uşaqlar üçün güclü olmağa çalışırdım, ancaq ürəyimə vuran ağrıları idarə edə bilmədim, ürəyim kədər və ağrılarla dolu idi, çünki ərimə həqiqətən aşiq idim. Hər gün və gecə onun haqqında düşünürəm və həmişə onun yanıma gəlməsini arzulayıram, həqiqətən kədərləndim və köməyimə ehtiyacım var idi, ona görə də onlayn kömək axtardım və Dr.Amiso-nun əşyaların geri qaytarılmasına kömək edə biləcəyini təklif edən bir veb saytına rast gəldim. tez. Ona görə də sınayacağımı hiss etdim. Mən onunla əlaqə qurdum və o, nə edəcəyimi söylədi və mən də etdim və o zaman mənim üçün bir sevgi yazısı etdi. 48 saatdan sonra həyat yoldaşım həqiqətən mənə zəng etdi və məni və uşaqları çox darıxdığını, bu qədər heyrətamiz olduğunu bildirdi! Beləliklə, eyni gündə çoxlu sevgi və sevinclə geri döndü və səhvinə görə və mənə və uşaqlara verdiyi acıya görə üzr istədi. O gündən bəri evliliyimiz əvvəlkindən daha güclü idi, hamısı Dr.Amiso sayəsində. o qədər güclüdür və hekayəmi internetdə bölüşmək qərarına gəldim ki, Dr.Amiso həqiqi və güclü çubuq kəsicisi, problemlər zamanı uşaqlarına kömək etmək üçün uzun yaşamaq üçün dua edəcəyəm, əgər buradasınızsa və sizin Ex ehtiyacınız varsa geri və ya əriniz başqa bir qadına köçdü, dünyada və ya Xərçəng məsələsində tanımaq istədiniz, seçdiyiniz sevgilinizlə evlənmək və ya Boşanma halları, Sağlamlıq və ya Ailə problemləriniz, İş təklifləri və Uğurlar, ümumiyyətlə heç nə etmə imtina et, daha ağlama, indi bu güclü sehrlə əlaqə qur. Budur onun şəxsi e-poçt ünvanı: herbalisthome01@gmail.com Yanıtla Sil
Hüquqi yardım
Əfvetmə nədir? Əfvetmə ilə bağlı kimlər müraciət edə bilər? Əfvetmə nə vaxt verilə bilər? Əfv Məsələləri Komissiyasının üzvləri kimlərdir?
Bildiyiniz kimi, 2023-cü il Ulu öndər, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 100 illik yubileyidir və Cənab Prezident İlham Əliyev tərəfindən bu il “Heydər Əliyev ili” elan edilib. Bu ilin m ay ayında Cənab Prezident tərəfindən Əfv sərəncamının imzalanması gözlənilir.
Əfvetmə nədir?
Əfvetmə məhkəmədən kənar qaydada Azərbaycan Respublikası Prezidenti tərəfindən həyata keçirilən və yekun olaraq sərəncamla rəsmiləşdirilən fəaliyyətdir, hansı ki, bu fəaliyyət nəticəsində məhkumlar cəzanın qalan hissəsini çəkməkdən azad edilə, onlara təyin olunmuş cəzanın müddəti azaldıla və yaxud cəzasının çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edilə bilər.
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 22-ci bəndinə əsasən, əfvetmə Azərbaycan Respublikası Prezidentinin müstəsna səlahiyyəti olmaqla fərdi qaydada müəyyən edilən şəxslər barədə tətbiq olunur. Əfvetmə, bir qayda olaraq, “Əfvetmə haqqında Əsasnamə”nin müddəalarına uyğun olaraq həyata keçirilir.
Əfvetmə kimlərə tətbiq edilə bilər?
Əfvetmə Azərbaycan Respublikası məhkəmələri tərəfindən məhkum edilmiş şəxslərə və ya başqa dövlətlərin məhkəmələri tərəfindən məhkum olunmuş və cəzalarını Azərbaycan Respublikasında çəkən Azərbaycan Respublikası vətəndaşlarına, əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə tətbiq edilə bilər.
Əfvetmə ilə bağlı kimlər müraciət edə bilər?
Əfvetmə barədə müraciət məhkum olunmuş şəxs, onun müdafiəçisi, nümayəndəsi və ya qanuni nümayəndəsi tərəfindən verilə bilər, həmçinin, Azərbaycan Respublikası Milli Məclisinin deputatı, insan hüquqları üzrə müvəkkili, cəzanı icra edən orqan, beynəlxalq və ya qeyri-hökumət təşkilatı da öz vəsatəti ilə məsələ qaldıra bilər.
Cinayət törədərkən 14 yaşından 18 yaşınadək olmuş və Azərbaycan Respublikasının məhkəmələri tərəfindən məhkum olunmuş şəxslərin əfv olunması barədə yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyalar da vəsatət verə bilər.
Əfvetmə nə vaxt verilə bilər?
Əfvetmə barədə müraciət, işin hallarına uyğun olaraq, hökm qanuni qüvvəyə mindikdən sonra, cəza müddətinin ən azı 1\3 hissəsini və ya yarısını çəkdikdən sonra, məhkum olunmuş şəxs cəzanı çəkdikdən sonra məhkumluğun götürülməsi barədə edilə bilər. Həmçinin, humanizm prinsipini özündə əks etdirən müddəalardan biri də ömürlük azadlıqdan məhrum etmə növündə cəzaya məhkum olunmuş şəxslərin belə cəzanın 10 il müddətini çəkdikdən sonra əfvetmə barədə müraciət edə bilməsidir.
Əfvetmə barədə müraciətdə hansı məlumatlar göstərilməlidir?
Əfvetmə barədə müraciətdə aşağıdakı məlumatlar göstərilməlidir:
- məhkum olunmuş şəxsin soyadı, adı, atasının adı;
- məhkum olunmuş şəxsin doğulduğu il, ay, gün və yer;
- məhkum olunmuş şəxs barədə hökmü çıxarmış məhkəmənin adı, hökmün çıxarıldığı tarix, hökmün nəticəvi hissəsinin qısa məzmunu (isə yuxarı instansiya məhkəmələrində baxılmışsa, həmçinin məhkəmələrdə işə baxılmasının nəticəsi barədə məlumat);
- məhkum olunmuş şəxs barədə cəzanın növü, həddi, cəzanın çəkilməmiş müddəti və cəza çəkdiyi yer (məhkum olunmuş şəxs azadlıqdan məhrum olunmamışdırsa, həmçinin onun yaşadığı yer);
- məhkum olunmuş şəxsin şəxsiyyəti, o cümlədən səhhəti və ailə vəziyyəti, habelə iş üçün əhəmiyyətli olan hallara dair digər zəruri məlumatlar;
- törədilmiş cinayətlərə bağlı şəxsin peşmançılıq çəkməsi, vurulmuş maddi zərərin ödənilməsi və əfvetmənin mümkünlüyünü göstərən digər hallar.
Əfvetmə barədə müraciət hara göndərilir və hansı mərhələlərdən keçir?
Azərbaycan Respublikasının Prezidentinə ünvanlanmış əfvetmə barədə müraciət və ya vəsatət Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Hüquq Mühafizə Orqanları ilə Iş və Hərbi Məsələlər Şöbəsinin Əfv Məsələləri sektorunda qeydiyyatdan keçirilir və Əsasnamədə nəzərdə tutulmuş tələblərə riayət olunması yoxlanılır.
Əfvetmə barədə müraciət həmin orqan tərəfindən yoxlanıldıqdan sonra Əfv Məsələləri Komissiyasına göndərir.
Əfvetmə barədə məsələ üzrə Əfv Məsələləri Komissiyası toplanmış sənədləri öyrəndikdən sonra məhkum olunmuş şəxsin əfv edilməyə tövsiyə olunması və ya olunmaması barədə qərarlardan birini qəbul edir.
Əfvetmə barədə məsələlər Əfv Məsələləri Komissiyasının iclasında baxıldıqdan sonra Komissiyada baxılmış sənədlər qəti qərar qəbul edilməsi üçün Azərbaycan Respublikası Prezidentinə təqdim olunur.
Əfvetmə haqqında qərar Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə rəsmiləşdirilir
Məhkum olunmuş şəxs əfv edilmədikdə, təkrar müraciətə bir qayda olaraq, bir 1 keçdikdən sonra baxıla bilər. Göstərilən müddət qurtaranadək Azərbaycan Respublikasının Prezidentinə ünvanlanmış əfvetmə barədə təkrar müraciətlər baxılmış əvvəlki müraciətin sənədlərinə əlavə olunur.
Əfv Məsələləri Komissiyasının üzvləri kimlərdir?
Komissiyanın tərkibi Azərbaycan Respublikası Prezidentinin 8 sentyabr 2020-ci il tarixli sərəncamı ilə 18 nəfərdən ibarət tərkibdə təsdiq olunmuşdur:
1) Sədri Azərbaycan Respublikası Prezident Administrasiyasının rəhbəri – Samir Nuriyev,
2) Katibi Əfv Məsələləri Sektorunun müdiri – Kəmalə İsmayılova.
3)i Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Hüquq Mühafizə Orqanları ilə İş şöbəsinin müdiri – Fuad Ələsgərov
4) Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Qanunvericilik və Hüquq Siyasəti şöbəsinin müdiri, Azərbaycan Respublikası Birinci Vitse-Prezidentinin köməkçisi – Gündüz Kərimov
5) Azərbaycan Respublikasının Ədliyyə naziri – Fikrət Məmmədov
6) Azərbaycan Respublikasının Daxili İşlər naziri – Vilayət Eyvazov
7)Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi – Əli Nağıyev
8)Şeyxülislam, Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadə
9) Azərbaycan Respublikası Milli Məclisinin deputatı, Səhiyyə Komitəsinin sədri – Əhliman Əmiraslanov
10) Azərbaycan Respublikası Milli Məclisinin deputatı, İnsan Hüquqları Komitəsinin sədri – Zahid Oruc
11) Azərbaycan Respublikası Milli Məclisinin deputatı, Mədəniyyət Komitəsi sədrinin müavini – Fazil Mustafa
12) deputat – Azad Quliyev
13) deputat – Sədaqət Vəliyeva
14) Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədrinin müavini – Aynur Sofiyeva
15)Azərbaycan Yazıçılar Birliyinin katibi, Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin üzvü – Rəşad Məcidov
16) “Konstitusiya” Araşdırmalar Fondunun rəhbəri – Əliməmməd Nuriyev
17) “Xan Şuşinski” Fondunun rəhbəri – Bəyimxanım Verdiyeva
18) Akademik Zərifə Əliyeva adına liseyin direktoru – Mehriban Vəliyeva.
Şərhlər
Sevinc Ağayeva 2023-01-26 22:06:35
Salam .Qardaşim Agayev Rafael Elman oglu 06.06.2021 ci ildən həbs olunub 7 il iş veriblər .Valideynlərimiz yaşli, xəstə baxima qaygiya möhtacdirlar,anamiz agir ürək əməliyyati keçirib .Təkbaşına bu yükü çəkə bilmirəm.Xahiş edirəm qardaşima köməklik göstərəsiniz.Qardaşimin bir qolu işləmir əlildir.
Salam. Ərizəni özünüz də yaza bilərsiniz məqallədə yazılma qaydası və ünvanlanan yer göstərilmişdir. Vəkil Qulam İsmayılzadə
Mehemmed 2023-01-31 16:50:15
Salam icbari iş olduqda verilmiş cəzanın 3 də 1 çəkilib eyni qaydada müraciət etsək əfv olunmaya düşürmü?
Salam. Məqalədəki məluamatla tanış olun zəhmət olmasa orda ətraflı cavab tapacaqsınız. Vəkil Qulam İsmayılzadə
Tural 2023-02-02 12:13:36
Salam Qəbələ Rayonda yasayiram qardasim Abdullayev Ceyhun Fazil oglu 14 il hebs olunub cezasinin 8 ilini cekib zehmet olmasa komeklik gosdererdiz hec bir esas olmadan 14 il is kesilib muselman oldugu ucun bir insana bu qeder is kesilmesi ne qeder duzgundur axi
Salam. Ərizə ilə komisiyaya müraciət edə bilərsiniz. Vəkil Qulam İsmayılzadə
Elsevər Seyfullayev 2023-02-03 17:27:06
Salam mən Masallı rayon sakini şəhid Araz Seyfullayevin atası Elsevər sizə müraciət edirəmkiMasallı rayon sakini Əliyev Davud İsmayıl oğlunun əfv olunmasına köməklik göstərəsiniz.Davud 2018 ci ildə özüdə istəmədən bir hadisəyə görəömrünün gənc dövründə həbsxanaya düşmüş və artıq həbs müddətinin yarısı keçmişdirvə qarşı tərəf onu bağışlamışdır.Şəhid balamın yaxın dostu olan Davudun səhhətində olan problemlərə görə çox narahatı.Davud hətta Qarabağ döyüşlərində dəfələrlə ərizə yazıb könüllü döyüşmək istədiyinidə bildirmişdir və O söz verirki azadlıqda olan kimi vətənə layiqli övlad olacaqdır.Sizdən (Azərbaycan bayrağı ordenli )XTQşəhidin atası kimi xahiş edirəm Davud Əliyevin əfv edilmısində köməklik edəsiniz.təşəkkür edirəm
Salam. Bu məqallə informativ xarakterlidir məlumatlarla tanış olub müraciətinizi komisiyyaya ünvanlaya bilərsiniz. Vəkil Qulam İsmayılzadə
MƏMƏDOVA MEHRİBAN 2023-02-05 19:47:36
Salam həyat yoldaşım MƏMƏDOV SƏBUHİ ELMURAT OĞLU 8 İL 6 AY CƏZA VERİLİB 6 AY CƏZASI QALIB AVTO QƏZA İLƏ TUTULUB 2 ÖVLADI VAR ÖZÜDƏ HALHAZIRDA XƏSDƏDİR XAİŞ EDİRƏM ƏF EDƏSİZ
Salam. Əfv edilməsi üçün gərək Əfvetmə Komisiyasına müraciət edəsiniz. Vəkil Qulam İsmayılzadə
SİTARƏ 2023-02-10 16:26:56
salam zehmet olmasa eff komissiyasina yazmaq ucun bashliq nece yazilir. komeklik gostererdiz erizenin bashliqini nece yazim ve hara unvanlayimş qardashim ucun eff muraciet etmek isteyiremş mektub el xetti ile yazilmalidir ya cap shekilinde
Salam. Məqallədə bu barədə məlumat verilmişdir. Vəkil Qulam İsmayılzadə
Zülfiyyə 2023-02-11 11:37:34
Bu müraciətimlə Sizə bildirmək istəyirəmki, oğlum Rüstəmov Hüseyn Sahib oğlu 2015-ci ildə Cinayət məcəlləsinin 120.1 ci maddəsi ilə 10 il 6 ay müddətinə azadlıqdan məhrum olunubdur.Artıq cəzasının 7- il 6 ayını çəkib. O, Sumqayıt Dövlət Üniversitetinin 4-cü kurs tarix fakultəsinin tələbəsi idi. Hal-hazırda Şəki şəhər Petensiar müəssisəsində cəza çəkir.Bu müddət ərzində təmkinli və nizam intizamlı olması ilə fəqlənib, etdiyi əməldən çox peşmançılıq hissi keçirir. Atası Rüstəmov Sahib Hüseyn oğlu heç bir yerdə işləmir, yaşı çatmadığı üçün təqaütçü deyil, oğlunun dərdindən insulin və şəkər xəstəliyindən əziyyət çəkir,açıq ürək əməliyyatı keçirib.Xəstəliyinə görə Mingəçevir şəhər Xəstəxanasında qeydiyyatdadır.Qardaşı Rüstəmov Rafiq Sahib oğlu Vətən müharibəsi iştirakçısıdır.Şuşa, Qubadlı ,Fizulinin alınması uğrunda 4 medalla təltif olunub.Müharibə vetaranıdır. Möhtərəm cənab Prezidentimiz İlahm Əliyev 2020-ci ilin Ulu Öndər Heydər Əliyevin 100 illiyi ilə bağlı böyük ƏFV sərəncamı imzalayacağı gözlənilir. Sizdən dərdli bir ana kimi acizanə sürətdə xahiş edirəmki, oğlum Hüseyn artıq həbs müddətinin çox hissəsini çəkdiyini nəzərə alaraq yerdə qalan cəza müddətinin ƏFV olunmasını və ya cəza müddətinin qalan hissəsindən azaldılmasına köməklik göstərəsiniz. Qeyd edimki, Cəza cəkmiş tərəfə dəyən mənəvi və maddi ziyan tərəfimizdən ödənilmişdir. Zərərçəkmiş hec bir tələbi olmaması haqqında natarial qaydada ərizəsi alınmışdır. Öncədən Sizə ailəmiz adından öz dərin hörmət və təşəkkürümüzü bildirirk
Salam. Məqallə məlumat xarakterlidir, məlumatlardan yararlanıb müraciət edə bilərsiniz. Vəkil Qulam İsmayılzadə
isaq məmişov 2023-02-17 20:48:45
Mən Laçın rayon zabux kənd sakini Məmişov İsmayıl İsaq oğlunun atası Sizə müraciət edirəm ki, Laçın rayon zabux kənd sakini Məmişov İsmayıl İsaq oğlunun ƏFV olunmasına köməklik göstərəsiniz. İsmayıl 2022-ci ildə özüdə istəmədən bir hadisəyə görə ömrünün gənc dövründə həbsxanaya düşmüş və artıq həbs müddətinin 3-də 1-hissəsini keçmişdir Bu müddət ərzində təmkinli və nizam intizamlı olması ilə fəqlənib, etdiyi əməldən çox peşmançılıq hissi keçirir. Qarşı zərərçəkmiş onu bağışlamışdır. Hal-hazırda Bakı şəhər Nizami rayon böyükşor qəsəbəsində yerləçən AR, ƏN-nin Petensiar Xidmətin 6 saylı cəzaçəkmə müəssisəsində cəza çəkir. Özüm birinci dərəcəli şəkər xəstəliyindən əziyyət çəkirəm bu xəstəliyə görədə sağ ayağım aputasiya olunaraq kəsilmiçdir. Həyat yoldaşım da xəstəlikdən əziyyət şəkir ailəmizin yeganə gəlir gətirəni oğlum İsmayılıydı iki azyaçlı övladını və birinci məhkumluğunu nəzərə alaraq Azərbaycan Respublikasının Konstitusiyasının 109-cu maddəsinin 22-ci bəndinin Sizə verdiyi müstəqil hüququnuzdan istifadə edərək verəcəyiniz növbəti ƏFV sərəncamınızda oğlumuda bağıçlayasınız. Möhtərəm cənab Prezidentimiz İlahm Əliyev 20203-ci ilin Ulu Öndər Heydər Əliyevin 100 illiyi ilə bağlı böyük ƏFV sərəncamı imzalayacağı gözlənilir. Sizdən dərdli bir ata kimi acizanə sürətdə xahiş edirəmki, oğlum Məmişov İsmayıl İsaq oğlunun artıq həbs müddətinin 3-də 1- hissəsini çəkdiyini nəzərə alaraq yerdə qalan cəza müddətinin ƏFV olunmasını və ya cəza müddətinin qalan hissəsindən azaldılmasına köməklik göstərəsiniz. Qeyd edimki, Cəza cəkmiş tərəfə dəyən mənəvi və maddi ziyan tərəfimizdən ödənilmişdir. Zərərçəkmiş hec bir tələbi olmaması haqqında natarial qaydada ərizəsi alınmışdır. Öncədən Sizə ailəmiz adından öz dərin hörmət və təşəkkürümüzü bildirirk Sizə bir ata kimi söz verirəm ki, azadlıqda olan kimi vətənə layiqli övlad olacaqdır.Sizdən xahiş edirəm Məmişov İsmayıl İsaq oğlunun əfv edilmısində köməklik edəsiniz. təşəkkür edirəm Hörmətlə, Sizə böyük umid və Hörmətlə Məmişov İsaq İsa oğlu Tel: 070 645-44-41
Salam. Məqallədə istədiyiniz məlumat var, hüquqi yardım yalnız ödəniş müqabilində edilir. Vəkil Qulam İsmayılzadə
Nuranə Qarayev 2023-02-19 16:26:43
Azərbaycan Respublikasının Prezidenti İlham Heydər oğlu Əliyev Cənablarına AR,vətəndaşı, işləməyən, himayəsində iki azyaşlı usağı olan Goranboy rayon Xanqərvənd kəndində qeydiyyatda olmaqla, Bakı şəhəri Binəqədi rayon Mikayıl Ələkbərov küçəsi döngə 1, ünvanında yaşayan 08.05.1991-ci ildə anadan olmuş Qarayeva Nuranə Elçin qızı tərəfindən Ərizə Çox hörmətli Möhtərəm Cənab prezident, Siz təməli Ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş humanizim Siyasətinin layiqçi davamçısı olaraq dəfələrlə tərəfinizdən verdiyiniz ƏFV və ominist Sərəncamları ilə yüz minlərlə məhkumu azadlığa və öz qohumlarına qovuşduraraq onların gələcəkdə yenidən cinayət törətməməyinə dair adımlarınızla onlara hədsiz sevinc bəxş etmisiniz. Məndə etdiyim cinayət əməlinə görə Azərbaycan məhkəməsi tərəfindən AR CM-nın 221.2.1-ci maddəsi ilətəqsirli bilinərək 1 il 6 ay müddətinə azadlığımın məhdudlaçdırılması cəzası almışam. Cəzamın çəkilən 6 ayında ayağımda xüsusi texniki vasitə bağlanmışdır və hal hazırdada bu müşahidə elektron qandalı ayağımda daşıyıram mənim himayəmdə iki azyaşlı uşağım var atam Dəmirov Elçin Münsüf oğlu isə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda Goranboy rayon Gülüstan döyüşləri zamanı şəhid olmuşdur. Mən törətdiyim bu cinayət əməlinə görə həm utanıram həmidəki çoxpeşmanam bu ərizəm ilə Sizdən Xahiş edirəm ki, növbəti humanist adımınızda verəcəyiniz əfv Sərəncamı zamanı mənidə bağışlayaraq atamın ruhunu və məni sevindirəsiniz. Məni əfv etdiyiniz tədqirdə Azərbaycan Respublikasının Vətəndaşı adına layiq olacağıma və qanunlarını uca tutacağıma Sizin etimadınızı doğruldacağıma söz verirəm Sizə böyük hörmət və ümidlə AR. Vətəndaşı Qarayeva Nuranə Elçin qızı imza: Tel: 070 541 00 34 Tarix:19.02.2023-cü il
Məmmədova Elnarə 2023-03-04 20:29:40
Salam əhf ucun ərzələri internet uzərində yazmaq olar və bilməy isdiyərədimki məninm həyat yoldasim ogurluqdan tutulmuşdu məhkəmə olundu elektiron qolbaq taxıldi 1 il kecdi ancaq gecə evə gec gəldiyi ucun qanunu pozmuş sayildigi ucun həbsə atildi 8 ay 17 gun cəza verildi fevralin 16 si tutulub bu arada ogurlanan məbləg geri ödənilib şikayətcidə yox idi mənim əmim 1 ci qarabag döyuşlərində şəhit oldu onunda əmisi 2 ci qarabag döyuşlərində şəhid oldu bilmək isdərdim belə halda bu il əhf düşür həyat yoldaşıma?
İnternet vasitəsi ilə əfvə dair müraciət etmək olmur. Əfvetmə barədə müraciət, işin hallarına uyğun olaraq, hökm qanuni qüvvəyə mindikdən sonra, cəza müddətinin ən azı 1\3 hissəsini və ya yarısını çəkdikdən sonra, məhkum olunmuş şəxs cəzanı çəkdikdən sonra məhkumluğun götürülməsi barədə edilə bilər. Həmçinin, humanizm prinsipini özündə əks etdirən müddəalardan biri də ömürlük azadlıqdan məhrum etmə növündə cəzaya məhkum olunmuş şəxslərin belə cəzanın 10 il müddətini çəkdikdən sonra əfvetmə barədə müraciət edə bilməsidir. Məqalləni diqqətlə oxuyun bu məlumat orda əks olunubdur. Vəkil Qulam İsmayılzadə
Sever 2023-03-08 08:53:28
Salam.Menim Atam Rzayev Habil Sahibu oqlu Masalli rayonundandi.Atama6il iş verilib ve 1il 9 ayini cekib atam effve dusermi ne olar mene komeklik edin xahis edirem sizden .Anam tek yasiyir xestedi hec bir yerden komekliyi yoxdu ne olarcatamin cixnasina komek edin
Salam. Sİzə əfvetmə barədə ərizə yazılmasında köməklik edə bilərəm, lakin xidmət ödənişlidir. Vəkil Qulam İsmayılzadə
zaur 2023-03-11 17:07:46
Salam. Cəza müddətinin 1/3 hissəsini çəkməyibsə əfv üçün müraciət edə bilməz? 11 il cəza alıb, 9 il çəkilməmiş hissəsi qalıbsa..
Xeyr, qanuna əsasən 1\3 hissəsini çəkmiş şəxslər müraciət edə bilər. Vəkil Qulam İsmayılzadə
Babajeva Elmira Məmməd gizi 2023-04-06 00:49:35
2usag atası olan oğlum,2021ci il mart ayının 10da 234.4.3.kulli miqdarda narkotikin satışı maddsijlə cinayət işi açılıb.Mən və yoldaşım pensiya ilə yaşadığımız üçün, nankör ovladin üzündən əzijjət çəkirik.Ona 9il6ajis verilib və himayəsində 2usagi var.Həjat yoldaşım 3grup əlildir.Hormətli vəkil mənə hansı köməklik edə bilərsiniz heç olmasa tənzimləmələr dən istifadə edə bilək.Hər hansı məsləhət üçün Sizə təşəkkür edirəm.Sag olun.
Səidə Bədəlova 2023-04-14 09:11:49
Salam mən Bədəlova Səidə Ramiz qizi yoldasim 1983.10.31 tevrlludlu Bədəlov Rufet yadigar oglu ucun muraciet edirem o 234.2 maddəsiylə 3 il 6 ay azadliqdan məhrum edilib cəzasinin yarisini cəkib onun əhv ə dusməsiylə bagli nə edə bilərəm xais edirem koməklik gosteresiz .Himayəsində 2 azyasli ovladi və yasli anasi var onlara baxmaqda cətinlik cəkirəm
tamara İsa qızı Şahmuradova 2023-04-15 19:33:19
Salam mən Sumqayıt şəhər sakini Şahmuradov Elmannın anası sizə müraciət edirəmki Sumqayıt şəhər sakini Şahmuradov Elman Fərrux oğlunun əfv olunmasına köməklik göstərəsiniz.Elman 2021 ci ildə özüdə istəmədən bir hadisəyə görə ömrünün gənc dövründə həbsxanaya düşmüş və artıq 2 ildir ki, həbsdədir və qarşı tərəf onu bağışlamışdır. Hal-hazırda Bakı şəhər 6 saylı Petensiar müəssisəsində cəza çəkir.Bu müddət ərzində təmkinli və nizam intizamlı olması ilə fəqlənib, etdiyi əməldən çox peşmançılıq hissi keçirir. Elman hətta Qarabağ döyüşlərində dəfələrlə ərizə yazıb könüllü döyüşmək istədiyinidə bildirmişdir və O söz verir ki azadlıqda olan kimi vətənə layiqli övlad olacaqdır. Möhtərəm cənab Prezidentimiz İlahm Əliyev 2020-ci ilin Ulu Öndər Heydər Əliyevin 100 illiyi ilə bağlı böyük ƏFV sərəncamı imzalayacağı gözlənilir. Sizdən dərdli bir ana kimi acizanə sürətdə xahiş edirəmki, oğlum Elmanın artıq həbs müddətinin 2 ilini çəkdiyini nəzərə alaraq yerdə qalan cəza müddətinin ƏFV olunmasını və ya cəza müddətinin qalan hissəsindən azaldılmasına köməklik göstərəsiniz. Qeyd edim ki, Cəza cəkmiş tərəfə dəyən mənəvi və maddi ziyan tərəfimizdən ödənilmişdir. Zərərçəkmiş hec bir tələbi olmaması haqqında natarial qaydada ərizəsi alınmışdır. Öncədən Sizə ailəmiz adından öz dərin hörmət və təşəkkürümüzü bildiririk Sizdən xahiş edirəm Elman Şahmuradovun əfv edilmısində köməklik edəsiniz.təşəkkür edirəm.
Mirisov intiqam 2023-04-27 01:21:20
Salam mənim atam Mirisov intiqam Vaqif oğlu Yardımli rayonu Astanlı kəndi xahiş köməklik edin atam da əfv yazın 9 il verilib 3 ili tamam olacaq əfv düşür ?
İstismarçı partnyor sizi necə əldə saxlayır? Nə etməli?
Dostların sənin istismarçını niyə sevdiyini başa düşə bilmirlər.
Biz adətən partnyorumuzu düz-əməlli tanımadan eşqə düşürük. Bu, ona görə baş verir ki, biz təhtəlşüur qüvvələrinin təsiri altındayıq və adətən buna “kimya” deyirlər. Amma sənə hörmət və şəfqətlə davranmayan birini sevdiyinə görə, özünü günahlandırma, çünki münasibət zamanla zorakı olmağa başlayır, bu zamanda isə biz bağlanırıq və bağlılığımızı, sevgimizi qorumaq istəyirik.
Milli.Az bilge.az-a istinadən bildirir ki, başlanğıcda biz zorakılıq əlamətlərini gözdən qaçırmış ola bilərik – istismarçılar başdan çıxarmaqda mahirdirlər və partnyorlarını ələ keçirənə qədər özlərinin əsl rəngini göstərmədən gözləyə bilirlər. Bundan sonra isə sevgi möhkəmlənir və asanlıqla ölmür. İstismarçını tərk etmək çətindir. Özümüzün güvəndə olmadığını bilə-bilə istismarçını sevmək mümkün, hətta ehtimal daxilindədir. Tədqiqatlar göstərir ki, zorakılığın qurbanları partnyorlarını birdəfəlik tərk etməzdən əvvəl ortalama olaraq yeddi cür hadisə yaşayırlar.
Zorakı münasibətdə olmaq alçaldıcı ola bilər. Başa düşməyənlər bizim nəyə görə zorbanı sevdiyimizi və niyə onun yanında qaldığımızı soruşurlar. Bizim buna qaneedici cavabımız yoxdur. Amma keçərli səbəblər də var. Bizim motivasiyalarımız sayıqlığımız və nəzarətimiz xaricindədir, çünki biz sağ qalmaq üçün bağlı qalırıq. Bu instinktlər bizim hiss və düşüncələrimizi nəzarətdə saxlayır.
Sağ qalmaqçün təkzib etmək
Əgər biz ailəmizdə hörmət görməmişiksə və özümüzə hörmətimiz aşağıdırsa, zorakılıq faktını təkzib etməyə meyilli oluruq. Valideynimiz tərəfindən cəzalandırıldığımız, alçaldıldığımız və nəzarətə məruz qaldığımızdan bundan daha yaxşı rəftar görməyi gözləmirik. Təkzib bizim nəyin baş verdiyini başa düşmədiyimiz mənasına gəlmir. Amma biz istismarı və ya istismarın təsirini kiçildir, ya da rasionallaşdırırıq. Hətta biz bunun əslində zorakılıq olduğunu dərk etməyə də bilərik. Tədqiqatlar göstərir ki, biz bağlı qalmaq və növlərin sağ qalması naminə törəmək üçün təkzib edirik. Normalda məhəbbəti sarsıdacaq faktları və duyğuları ona görə kiçildir və dəyişdiririk ki, sevməyə davam edək, beləliklə ya istismarı görməzdən gəlirik, ya da buna görə, sadəcə özümüzü günahlandırırıq. Partnyorumuzu sakitləşdirməklə və məhəbbətə bağlamaqla biz ağrımızı səngidirik. Məhəbbətə yenidən qayğıkeşlik gəlir və biz özümüzü yenidən güvəndə hiss edirik.
İdeallaşdırma və Kompulsiyanın Təkrarı
Əgər biz uşaqlıqda aldığımız travma üzərində işləməmişiksə, aşiq olanda, görüşə çıxdığımız partnyoru ideallaşdırmağa meyilli oluruq. Böyük ehtimalla eləsini axtarırıq ki, bizə haqq-hesabımızı bitirmədiyimiz valideynimizi xatırlatsın, hansı valideynin olmasının fərqi yoxdur. Hər iki valideynimizin də aspektləri olan birisi bizi cəlb edə bilər. Freydin təbirində bu, kompulsiyanın təkrarı kimi tanınır və bizə qada-balanın proqnozu olacaq əlamətləri görməzdən gəlməyimizə kömək edir.
Zorakılığın dövr etməsi
Zorakılıq epizodundan sonra əksərən balayı periodu gəlir. Zorba bağlılıq axtara və romantik davrana, üzrxanlıq edə və ya peşmanmış kimi görünə bilər. Hər bir halda biz indi əmin-amanlıq olduğuna görə rahatıq. Bunun bir daha baş verməyəcəyinə dair vədlərə inanırıq, çünki bunu istəyirik və bağlı qalmağa hazır oluruq. Emosional bağlılığa xələl gəlməsi, zorakılıqdan daha betərdir. Biz yenidən bağlanmaq üçün həsrət çəkirik Adətən istismarçı bizi sevdiyini deyir. Biz buna inanmaq istəyirik və münasibətimizin ümidlər vəd etdiyinə və sevgiyə əsaslandığına yenidən əmin olmaq istəyirik. Bizim təkzibimiz güvənin illuziyasını yaradır. Bu, alkoqolik münasibətlərdə içki periodlarından sonra gələn tövbəkar vədlərdə baş verən təkzib dövriyyəsinə bənzəyir.
Özünəsayğımızın az olması səbəbindən biz istismarçının alçaltmalarına, günahlandırmalarına və tənqidlərinə inanırıq, bu da bizim özümüzə hörmətimizi və bacarıqlamırımıza olan inamımızı daha da sarsıdır. Zorba bunu hakimiyyət və nəzarət naminə bilərəkdən edir. Münasibətimizin yaxşı olması üçün bizim dəyişməli olduğumuzu fikiləşməyimizdən ötrü beynimiz yuyulur. Biz asanlıqla manipulyasiya olunan birinə çevrilik, özümüzü günahlandırırıq və istismarçının tələblərini qarşılamaq üçün daha da çox çalışırıq. Biz seksual təşəbbüsləri, şəfqət qırıntılarını və ya sadəcə zorakılığın yoxluluğunu məhəbbətin əlamətləri kimi görə və münasibətimizin yaxşılaşacağına ümid edə bilərik. Beləcə özümüzə inamımız azaldıqca, sevgimiz və zorbanı ideallaşdırmağımız toxunulmaz qalır. Biz hətta bundan daha yaxşısını tapacağımıza şübhə edə bilərik.
Bizlərdən çoxumuzun özümüzə olmadığı halda, istismarçıya empatiyası var. Biz öz ehtiyaclarımızdan xəbərsiz ola və onları istəməkdən xəcalət çəkə bilərik. Əgər istismarçı qurban rolunu oynayırsa, günahı şişirdirsə, peşmançılıq nümayiş etdirirsə, bizi günahlandırırsa və ya travmatik keçmişdən danışırsa (onlarda həmişə belə bir şey olur), bu, bizi manipulyasiya üçün əlverişli vəziyyətə sala bilir. Empatiyamız bəraət qazandırmaqla, rasionallaşdırmaqla və məruz qaldığımız ağrını kiçiltməklə, təkzib etmək meyillərimizi qidalandırır. Əksər qurbanlar istismarçını müdafiə etməkçün zorakılığı dostlarından və qohumlarından gizlədirlər, bunu həm empatiyadan, həm də xəcalət çəkdiklərindən edirlər. Məxfilik səhvdir və istismarçıya daha çox güc verir.
Şübhəsiz ki, istismarçının və münasibətin zövq aldığımız və ya darıxdığımız pozitiv tərəfləri də olur, xüsusilə sevginin əvvəlində və yaxşı vaxtlarda. Əgər münasibətdə qalırıqsa, bunu xatırlayır və yenidən baş verməsini arzulayırıq. Öz qəzəbinə nəzarət edə bilsəydi, yardıma razılıq versəydi, cəmi bir şeyi dəyişdirsəydi, hər şeyin necə də yaxşı ola biləcəyinin xəyalını qururuq. Bu, bizim təkzibimizdir.
Adətən istismarçılar nələrləsə təmin edirlər, yaxşı sosial həyat vəd edir, ya da xüsusi talantları olur. Narsistlər hədsiz dərəcədə maraqlı və xarizmatik insanlar ola bilərlər. Bir çox partnyorlar zorakığa baxmayaraq, narsistin kampaniyasından və həyat tərzindən həzz aldıqlarını iddia edirlər. Uc xüsusiyyətləri olan insanlar sənin həyatına həyacan qata bilərlər. öz məqsədləri naminə. Sən onların bunu müəyyən vaxta qədər edəcəklərini dərk etməyə bilərsən.
Fasiləli mükafatlandırma və cəzalandırma
Biz nadir, gözlənilməz müsbət və mənfi fasiləli mükafatlandırma və ya cəzalandırma görəndə, pozitivin həsrətini çəkməyə başlayırıq. Beləcə, biz tələyə düşməyə vərdişkar oluruq. Partnyorlar emosional baxımdan əlçatmaz ola, yaxud əlçatmaz bağlılıq tərzinə sahib ola bilərlər. Onlar fasilələrlə yaxınlıq istəyə bilərlər. Möhtəşəm, məhrəm bir gecədən sonra onlar üz döndərə, qapalı ola, yaxud da zorakı ola bilərlər. Adam bizə qapananda, biz təşvişə düşürük və məhrəmlik axtarmağa başlayırıq. Beləcə, öz ağrımızı və həsrətimizi səhvən sevgi adlandırırıq.
Xüsusilə şəxsiyyət nizamsızlığı (personality disorder) olan insanlar bunu bilərəkdən edə bilərlər. Bizə manipulyasiya etmək və nəzarətdə saxlamaq üçün onlar rədd etmə və yanında saxlama oyunları oynayırlar. Sonra onlar təsadüfən ehtiyaclarımızı yerinə yetirirlər. Biz müsbət cavab almağı istəmək aludəçisinə çevrilə bilərik. Zaman keçdikcə aralaşma dövrləri daha uzun çəkir, amma biz, birləşməyə ümid etmək və gözləmək üçün tikan üzərində oturmaqla, onun yanında qalmaq təlimi keçmişik. Buna “travma bağlılığı” deyirlər, səbəbi də odur ki, zorakılığın təkrarlanan dövriyyəsində fasilələrlə mükafatlandırma və cəzalandırma elə emosional bağlar yaradır ki, dəyişikliyə müqavimət artır. Məhz bu, istismarçı münasibəti tərk etməyin niyə bu qədər çətin olduğunu və istismarçı ilə niyə qarşılıqlı asılılıqda olduğumuzu izah edir. Şəfqət və məhrəmiyyət hissləri daha da kəskin hiss olunur (mübahisədən sonrakı sərt və könülaçan seks kimi), çünki biz həsrət çəkmişik və indi sevildiyimizə görə rahatlanmışıq. Bu, zorakılığın dövr etməsinə rəvac verir.
Əgər sən tərk etməklə təhdid etsən, istismarçı bir anda çiçək aça bilər, amma bu nəzarəti ələ almaq üçün müvəqqəti gedişdir. Tərk etdikdən sonra ayrı qalmağa hazırlıqlı ol. Sən hələ də keçmiş istismarçını sevə və onunçün darıxa bilərsən.
Biz özümüzü tamamilə istismarçının nəzarəti altında hiss edəndə, fiziki zədələnmədən qaça bilməyəndə, bizdə əsirlərə aid olunan “Stokholm sindromu” yarana bilər. İstənilən qayğıkeş davranış, hətta zorakılığın yoxluğu mehribanlıq və qayğı əlaməti kimi hiss oluna bilər. İstismarçı daha az təhdidkar kimi görünə bilər və biz də onun həmdəmimiz olduğu və yenidən birlikdə olduğumuz xəyallarına qapıla bilərik.
Biz səhv etməyə meyilliyik. İstismarçını qorumaq istəyirik, çünki özümüzdən daha çox ona bağlıyıq. Kənardakılara danışmaqda, münasibəti tərk etməkdə və ya polis çağırmaqda günah hiss edirik. Məsələn, məsləhətçilər və müəyyən proqramlar “beyin yumaq və bizi ayırmaq istəyən” qüvvələr kimi görünə bilərlər. Bu toksik bağlılığı yenidən gücləndirir və bizi köməkdən təcrid edir. istismarçının istədiyi də elə budur!
Müəyyən addımlar ata bilərsən
Əgər sən münasibətdə tələyə düşdüyünü və ya eksindən xilas ola bilmədiyini hiss edirsənsə:
• Dəstək və peşəkar köməyinə müraciət et.
• Məlumatlan və təkzib etməyinə meydan oxu.
• Zorakılıq haqda xəbər ver və özünü istismar və emosional zorakılıqdan xilas etmək üçün addımlar at.
• Münasibətin haqda yaz və bunun üçün kədərlən.
• Özünü daha çox sevməyə çalış. Öz ehtiyaclarını özün qarşıla.
• Zorakılığa ağılla qarşı çıx və sərhədlər qoymağı öyrən.
• Özünəsayğını artırmaq üçün addımlar at.
Milli.Az
Comments are closed, but trackbacks and pingbacks are open.