Aybaşı olmaq üçün nə etməli
Lakin bu üsullarla hər zaman təcrübə etmək təhlükəlidir. Bəs belə metodlar hansıdır? Aybaşı olmaq üçün nə etməli olduğunuzu öyrənməzdən öncə onu vaxtından əvvəl başlatmağın niyə təhlükəli sayıldığını aydınlaşdıraq.
Həftədə neçə saat idman etmək olar?
Milli.Az publika.az-a istinadən bildirir ki, 2011-ci ildə İngiltərədə aparılan bir araşdırma nəticəsində məlum olub ki, hərəkətsizlik erkən ölümə yol açan 4 səbəbdən biridir. Bu hesabatda idmanın ürək xəstəlikləri, diabet, depressiya və digər xəstəliklərin yaranmasının qarşısını aldığı da qeyd olunub.
Əgər arıqlamağı qarşınıza məqsəd qoymusunuzsa, yediklərinizə də diqqət etməlisiniz. Bu zaman daha çox kalori itirəcək və ideal çəkini qoruya biləcəksiniz. Həmçinin həftə ərzində idmanla nə qədər məşğul olduğunuz da önəmlidir. Mütəxəssislərin fikrincə, həftədə 2-3 saat, ya da hər gün 30 dəqiqə fitneslə məşğul olmaq lazımdır. Əgər ağır məşqlər edirsinizsə, o halda hər gün 10-15 dəqiqə idman kifayət edir. Hər gün idmanla məşğul ola bilmədikdə isə daha çox hərəkətdə olmağa çalışın, ya da 10-15 dəqiqə təmiz havada yeriyin.
Onu da qeyd edək ki, bədəni idmana uşaqlıqdan öyrətmək lazımdır. Bəzən valideynlər hərəkətdə olan uşağın sakit durması üçün ona acıqlanırlar. Halbuki uşaqların bu cür davranışları təbiidir, onların enerjisi daha çox olduğu üçün onu hara və necə xərclədiyini bilmirlər və daim hərəkətdə olurlar. Uşaqların enerjisini sərfəli şəkildə xərcləməsi üçün onları uşaqlıqdan idmana yönləndirmək məqsədəuyğundur. Hətta gün ərzində uşaqlara böyüklərdən daha çox idman etməyə icazə verilir. 5-18 yaş arası uşaqlar gün ərzində 1 saat idman edə bilərlər.
Kiçik yaşlardan idmanla məşğul olmaq uşaqların sümük və əzələ inkişafına əhəmiyyətli dərəcədə müsbət təsir göstərir. Odur ki, dəcəl uşaqları məhdudlaşdırmayın. Əskinə onların təhlükəsizliyini təmin edərək sərbəst hərəkəti üçün əlverişli mühit və şərait yaradın.
Uzun sözün qısası, yaşımızdan asılı olmayaraq, orqanizmimizin sağlamlığını qoruyub saxlamağımız üçün idman etmək hamımızın vəzifəsidir.
Milli.Az
Aybaşı olmaq üçün nə etməli?
Önəmli və əhəmiyyətli günlərdə menstruasiyanın başlaması bir çox qadın üçün arzuolunmazdır. Hətta aybaşı ağrıları səbəbindən mühüm bir tədbirə getməkdən imtina edən və ya tədbiri yarıda qoyub evə tələsən qadınlar da az deyil.
Əslində aybaşı idarə oluna bilər. Məsələn, menstruasiya hesablama təqviminə görə aybaşı sözü gedən tədbirlə üst-üstə düşürsə, həmin vaxtı bir qədər qabağa çəkmək olar.
Lakin bu üsullarla hər zaman təcrübə etmək təhlükəlidir. Bəs belə metodlar hansıdır? Aybaşı olmaq üçün nə etməli olduğunuzu öyrənməzdən öncə onu vaxtından əvvəl başlatmağın niyə təhlükəli sayıldığını aydınlaşdıraq.
Vaxtından əvvəl aybaşı stimulyasiyası niyə təhlükəlidir?
Bunu anlamaq üçün aybaşı mexanizminə baxaq. Qadın orqanizmi ovulyasiya keçirtdiyi əsnada uşaqlıq mayalanmış yumurtahüceyrənin qəbuluna və onun sonrakı inkişafı üçün rahat şəraitin yaradılmasına hazırlaşır. Progesteron və estrogen hormonlarının təsiri altında uşaqlığın daxili qatı – endometrium qalınlaşır. Bu da döl yumurtasının yapışmasını asanlaşdırır.
Mayalanma baş tutduqda, embrion uşaqlığa birləşir və inkişaf edir. Mayalanma olmadıqda yumurtahüceyrə məhv olur. Qalınlaşmış endometriuma artıq gərək qalmadığından orqanizm ondan qurtulmağa çalışır. Əvvəlcə progesteron səviyyəsi kəskin enir, endometriumu uşaqlığa birləşdirən kiçik kapilyarlar nazikləşir və partlayır – aybaşı başlayır.
Endometriumun qalınlaşmış qatı soyularaq, qanla xaricə atılır. Bu dövrdə estrogen səviyyəsi yüksələrək, uşaqlıq yığılmalarını artırır ki, soyulma asan olsun.
Burdan anlaşılır ki, menstruasiyanın baş verməsi üçün 2 istiqamət var:
- Hormonal.Aybaşı olmaq üçün dərman qəbul edib, selikli qişanın qopmasını süni şəkildə stimulyasiya etmək;
- Fiziki. Yəni, endometriumu uşaqlıqla birləşdirən kapilyarların partlaması üçün şərait yaratmaq.
Nə birinci, nə də ikinci üsul təhlükəsiz deyildir. 1-ci üsulda hormonal fona zərbə vurulduğundan nəticələri proqnozlaşdırmaq çətindir. 2-ci üsulda isə selikli qişanın itələnməsinə təkan verməklə böyük damarların zədələnmə riski ortaya çıxır. Bu da kütləvi uşaqlıq qanaxmalarına gətirib çıxara bilər.
Aybaşı olmaq üçün nə etməli – hormonal yol
Hər hansı vacib tədbiriniz olduqda bir neçə ay əvvəldən hormonal tərkibli hamiləlik əleyhinə dərman içməyə başlaya bilərsiniz. Təbii ki, bu dərmanları ginekoloq məsləhət görməlidir.
Preparatlar fərdi qaydada seçilməlidir. Çünki hormonal fona özbaşına müdaxilə ağır fəsadlar törədə bilər. Menstruasiya başlanmasını düşündüyünüz tarixdən 2-3 gün əvvəl preparatın istifadəsi kəsilməlidir.
Aybaşı olmaq üçün nə etməli – fiziki yol
Hamiləlik testi pozitiv göstərdikdə, əgər bu arzuolunmaz haldırsa heç bir dərman içmədən ginekoloqa gedin.
Əgər hamiləlik yoxdursa, amma gecikmə müşahidə edilirsə, o zaman həyəcanlanmayın. Bunun bir çox səbəbləri ola bilər: stress, pəhriz, yorğunluq və s. Belə vəziyyətlərdə bir neçə gün gözlədikdən sonra tədbir görmək olar.
Ancaq nəzərinizə çatıdırırıq ki, aşağıda sadalayacağımız fiziki metodlardan heç biri elmi cəhətdən təsdiq olunmuş effektə malik deyildir:
- Aybaşı olmaq üçün nə etməli – portağal yeyin
Sitrus meyvələri ilə yanaşı tərkibində bol miqdarda C vitamini olan ispanaq, brokkoli, qara qarağat, brussel kələminin progesteron səviyyəsini azaldıb, estrogenləri yüksəltməsi haqqında müəyyən fikirlər vardır. Bu zaman uşaqlıq yığılır, endometrium soyulur – aybaşı başlayır.
- Aybaşı olmaq üçün nə etməli – zəncəfilli çay və ya cəfəri suyu için
Doğranmış zəncəfil kökünü 1 stəkan suda 5-7 dəqiqə qaynadın. Soyuduqdan sonra bal və ya şəkər qatıb için.
Xırda doğranmış 2 xörək qaşığı cəfərinin üzərinə 1 stəkan qaynar sud tökün. Bir qədər saxladıqdan sonra için.
Hər iki çay (içki) yüngül dərəcəli uşaqlıq yığılmalarına səbəb olur. Onların aybaşı olmaq üçün kifayət edəcəyi düşünülür.
İsti su kiçik çanaq orqanlarında qan dövranını yaxşılaşdırır. Bu da uşaqlıq yığılmalarını artıraraq, menstruasiya ilə nəticələnir.
- Aybaşı olmaq üçün nə etməli – istirahət edin
Aybaşı olmaq üçün nə etməli sualının cavabı bəzən o qədər bəsitdir ki: istirahət. Məsələn, stress və gərgin iş rejimi menstruasiya gecikməsinə səbəb ola billər. 2-3 günlük istirahət götürüb, psixoemosional gərginliyinizi azaldaraq, tsiklin bərpasına köməklik göstərə bilərsiniz.
- Aybaşı olmaq üçün nə etməli – bir qədər idmanla məşğul olun
Çanaqda qan dövranını artıran hərəkətlərə üstünlük vermək menstruasiyanın başlanması üçün şərait yaradır.
Əgər aybaşı ifrazatı həddindən çoxdursa, bezdə iri ölçülü qan laxtaları görünürsə, menstruasiyanın intensivliyi azalmırsa, mütləq ginekoloqa müraciət edin.
Qədr gecəsində saat neçəyə kimi oyaq qalmaq lazımdır?-AÇIQLAMA
Bu gün artıq mübarək Ramazan ayının 18-ci günüdür. İlk qədr gecəsi də məhz bu günə təsadüf edir. Qədr gecəsində nələr etmək və saat neçəyə qədər oyaq qalmaq lazımdır?
Sonxeber.az mövzuyla bağlı suallarını ilahiyyatçı alim, din xadimi Əhliman Rüstəmova ünvanlayıb.
O bildirib ki, Qədr gecəsi əhya gecəsidir (“əhya” “həyy”, yəni “diri” sözündən götürülüb və diri olmaq, oyaq qalmaq mənasını verir).
“Allah “Quran”ı həmin gecədə nazil edib. “Qədr” surəsində də deyildiyi kimi, bu gecə min aydan xeyirlidir. Qədr gecəsində ibadət min ay ibadət eləməkdən, cihad etməkdən fəzilətlidir.
Məsələn, bir nəfər iftarını açıb, namazını qılıb, qeybətdən, dedi-qodudan uzaq olsa, harama baxmasa, sübh azanına qədər oyaq qalsa, Allah fəzilət savabını ona verər.
Əlavə Qədr gecəsinin özünə aid xüsusi namazları var ki, qılınması vacib deyil, lakin qılınsa, savabı çoxdur. Dualar, zikrlər var, namaz qıla bilməsə belə, sözlərini təkrarlasa və ya dini söhbətlər etsə, Allah ona savabını verər. Əsl savab da etdiyi əməllərə görə olar.
Sübh azanına qədər oyaq qalmaq kifayətdir. “Qədr” surəsinin sonunda da deyilir ki, o gecə mələklər nazil olarlar və dan yeri sökülənə kimi salamatlıq olar”.
ZAİRA AKİFQIZI
Sosial Baxılıb: 5958 Tarix: 19 aprel 2022
Şikayətiniz varsa Whatsapp: 051 7028255
DİGƏR MARAQLI XƏBƏRLƏR
Hicama haqqında nələri bilirik?
Son zamanlar çox eşitdiyimiz, “hicama”, “hacamat” kimi tanınan küpə terapiya müalicə üsulu barədə nələri bilirik?. -ın verdiyi xəbərə görə, bu barədə həkim-fitoterapevt, apiterapevt, bitkilər üzrə elmi işçi Elnur Eldaroğlu izləyicilərini məlumatlandırıb. Hicama faydaları çox ols
“Özümü həmişə müharibə meydanında televiziya müxbiri kimi xəyal edirdim” – Sülhiyyə Şirinova ilə MÜSAHİBƏ
Tanınmış jurnalist, hazırda özəl banklardan birində mətbuat katibi kimi çalışan Sülhiyyə Şirinova saytının qonağı olub. Onunla səmimi müsahibəni oxuculara təqdim edirik:. – Özünüzü necə təqdim edərdiz?. – İnsanı tanıdan xarakteri, peşəsi, təhsili, məsələlərə baxışları, yanaşmalarıdır. Yaxınlıq məsafəsin
Yaponlar yeməyi duzlandıran elektrik çubuqlar yaratdı
Yapon araşdırmaçılar insan sağlamlığına yardımçı ola biləcək yeni maraqlı kəşfə imza atıblar. Qaynarinfo bu barədə “The Guardian”a istinadla xəbər verir. Yaponiyada bir çox yeməklərdə sodium qəbulunu azaltmaq üçün zəif cərəyanla yeməkdə duz dadını suni şəkildə artıran elektron çubuq yaradıblar
Müəllim işlədi, nazir oldu, həbs edildi – UNUDULAN MƏMURLAR
Vaxtı ilə vəzifədə idilər. Hər kəs onları tanıyır və demək olar qibtə edirdilər. Amma indi…. İndi isə unudulanlar siyahısındadırlar. Onlardan bəziləri xaricdə yaşayır. Hazırda iş-güc sahibi olanlar da var. Amma bir çoxu təqaüdlə dolanır. vaxtilə yüksək dövlət vəzifələrində çalışan və hazırda unudula
DİQQƏT: Kartofda zəhərli maddənin olduğunu necə bilmək olar?
Təhlükəli alkaloid kartofu zəhərləyən maddədir. Bu maddə insan orqanizmi üçün təhlükəlidir. Təəssüf ki, hazırda qida üçün yararlı hesab olunub, satışda olan kartofda da bu maddə var. kartofda toksiki maddənin olmasını necə təyin etməyin yollarını təqdim edib. Belə ki, kənd təsərrüfatı elmləri üzrə namizə
Özündən 17 yaş kiçik həmkarı ilə eşq yaşayan, qızını övladsız qoyan, təmirsiz evdə ömür sürən deputat
Hökümə Qurbanova Bakıda tacir Abbasəli Qurbanov və Məlikət Maqomayevanın ailəsində dünyaya göz açıb. Məlikət xanım tanınmış bəstəkar Müslüm Maqomayevin doğma bacısı idi. Hökümə xanım 1931-ci ildə Bakı Pedaqoji Texnikumunu bitirib. Elə həmin il Azərbaycan Dövlət konservatoriyasına daxil olaraq iki i
Dini qurumlara nə qədər pul ayrılıb?
“Ötən gün Prezident İlham Əliyev Azərbaycanda dini qurumlara maliyyə yardımı göstərmək üçün Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Qafqaz Müsəlmanları İdarəsinə 1,0 (bir) milyon manat, Rus Pravoslav Kilsəsini
Pensiya yaşıyla bağlı deputatdan TƏNQİD: “Bizim ölkədə bütün əziyyət qadının üzərinə düşür”
Son günlər qadınlarla kişilərin pensiya yaşının eyniləşdirilmısi məsələsi gündəmdədir. Bunun nə dərəcədə doğru olması isə sual altındadır. Ümumiyyətlə, ölüm yaşının bu qədər aşağı düşdüyü bir zamanda pensiya üçün yaş həddinin 65 olması düzgündürmü? . Bundan əlavə, bir insan pensiya yaşına yetişmədə
“Dünya Azərbaycanlılarının V Qurultayı Zəfər Qurultayı kimi tarixə düşəcək” – Emil Əkbərov
Dünya Azərbaycanlılarının V Qurultayı Şuşada keçiriləcək. Tədbirdə 65 ölkədən 400 nəfərə yaxın diaspor nümayəndəsinin iştirakı gözlənilir. Qurultayın rəsmi açılış mərasimindən sonra Diasporla İş üzrə Dövlət Komitəsinin fəaliyyətinə dair hesabat verilməsi, “Post-müharibə dövründə Azərbaycan diasporunu
Comments are closed, but trackbacks and pingbacks are open.