Çıxılmayan ƏDV-nin necə uçota alınması
İstifadəçilər toplanmış vəsait ilə kommunal, mobil, internet, TV, cərimə və sığorta ödənişlərini həyata keçirə, həmçinin ölkədaxili bank kartlarına köçürmələr edə bilərlər.
Vətəndaşlar ƏDV-ni necə geri ala bilər? – Qaydalar açıqlandı – VİDEO
Pərakəndə ticarət və ya iaşə obyektlərindən alınmış mallara görə ödənilən ƏDV-nin bir hissəsinin geri qaytarılması haqqında İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin baş idarə rəisi Elçin Məmmədov açıqlama verib.
BAKU.WS müsahibəni təqdim edir:
– ƏDV-nin müəyyən hissəsinin qaytarılma mexanizmi müəyyən edilib?
– Bu sahədə görülən işlər çərçivəsində texniki və hüquqi məsələlərin həlli tamamlanmaq üzrədir.
Artıq müvafiq dövlət qurumları ilə razılaşdırılmaqla ƏDV-nin müəyyən hissəsinin qaytarılması ilə bağlı prosesə cəlb ediləcək müvəkkil bank müəyyən edilib – bu, “Kapital Bank”dır.
Həmçinin alınmış mallara görə ödənilmiş ƏDV-nin qaytarılması üçün istehlakçıların müraciətlərinin qeydiyyata alındığı informasiya sistemi olan xüsusi portalın (www.edvgerial.az) hazırlanması ilə bağlı işlər başa çatdırılıb və ƏDV-nin müəyyən hissəsinin qaytarılma mexanizmi müəyyən edilib.
Qaydalara əsasən, ƏDV-nin müəyyən hissəsinin qaytarılması zamanı 3 məqama diqqət yetirilməlidir. İlk növbədə, istehlakçı, yəni alış-veriş edən və ya xidmətdən yararlanan tərəf fiziki şəxs olmalıdır. İkincisi, satıcı və ya xidmət göstərən tərəf mütləq ƏDV ödəyicisi olmalıdır.
Digər məqam isə satıcının yeni nəsil kassa aparatlarından istifadə etməsidir. ƏDV-in bir hissəsinin qaytarılması yalnız yeni nəsil kassa aparatlarının tətbiq edildiyi obyektlərdə mümkündür.
– ƏDV-nin bir hissəsini geri almaq üçün vətəndaş nə etməlidir?
– ƏDV-nin bir hissəsini geri almaq üçün vətəndaşlar şəxsiyyət vəsiqəsinin fərdi identifikasiya nömrəsi (FİN), doğum tarixi və mobil telefon nömrəsi vasitəsilə www.edvgerial.az portalında qeydiyyatdan keçməlidirlər. Bu zaman portalda həmin şəxs üçün elektron kabinet və burada virtual “pul qabı” yaradılır.
İstehlakçı alınmış malların dəyərini nağd və ya nağdsız qaydada ödəyə bilər. Nağd ödəmələr zamanı satıcı istehlakçıya onlayn nəzarət-kassa aparatının çekini təqdim etməlidir.
Malların dəyəri nağdsız qaydada ödənildikdə və POS-terminal nəzarət-kassa aparatı ilə inteqrasiya olunmadıqda, istehlakçıya POS-terminaldan çıxarış da verilməlidir.
İstehlakçı nəzarət-kassa aparatının çekini aldığı tarixdən 90 gün ərzində www.edvgerial.az portalına müraciət etməli və çek barədə məlumatları, yəni NKA çekinin 12 simvollu fiskal İD-sini elektron kabineti vasitəsilə sistemə daxil etməlidir.
Həmçinin BirBank tətbiqinə malik olan və onu müvafiq qaydada yükləyən bütün istifadəçilər bu tətbiq vasitəsilə də çekin üzərində olan QR kodu (çekin sonunda yerləşdirilən sürətli məlumat kodu) oxudaraq ƏDV-ni daha rahatlıqla geri qaytara bilərlər.
BirBank tətbiqi portalda qeydiyyata alınmış telefon nömrəsinə yüklənməlidir. Bu zaman ƏDV-nin geri qaytarılması ilə bağlı sorğu elektron kabinetdə avtomatik əks olunacaq.
– Geri ödənilən vəsaitlər nə zaman qaytarılacaq?
– İstehlakçının sistemə daxil etdiyi nəzarət-kassa aparatı çeki barədə məlumatlar Dövlət Vergi Xidmətinin məlumat bazasındakı məlumatlarla uyğunluğu yoxlanılır.
Nəzarət-kassa aparatı çekinin təsdiqləndiyi dərhal istehlakçının elektron kabinetində əks olunur.
Çekin çap edildiyi tarixdən 30 gün sonra ƏDV məbləğinin nağdsız ödənişlər üzrə 15%-i, nağd ödənişlər üzrə 10%-i müvəkkil bank tərəfindən alıcının elektron kabinet açılarkən yaradılan virtual “pul qabı”na yerləşdirilir.
İstifadəçilər toplanmış vəsait ilə kommunal, mobil, internet, TV, cərimə və sığorta ödənişlərini həyata keçirə, həmçinin ölkədaxili bank kartlarına köçürmələr edə bilərlər.
Layihənin maliyyə partnyoru olaraq “Kapital Bank” ƏDV-nin geri qaytarılması ilə bağlı əməliyyatlar üzrə komissiya tətbiq etmir.
Geri qaytarılan vəsait tam şəkildə virtual “pul qabı”na mədaxil olunur (vəsait bank kartlarına köçürülərək nağdlaşdırıldığı zaman müvafiq bankın tarif cədvəlinə uyğun istisnalar tətbiq edilə bilər).
Qeyd edək ki, bu qaydalar supermarket və digər pərakəndə ticarət obyektləri, restoran və kafelərdən alınmış mallara, göstərilmiş xidmətlərə görə ödənilən ƏDV-nin bir hissəsinin qaytarılması üçün tətbiq edilir. Yanacaqdoldurma məntəqələrindən neft və qaz məhsullarının alışı zamanı ödənilən ƏDV geri qaytarılmır.
Çıxılmayan ƏDV-nin necə uçota alınması
Xəbər verildiyi kimi, Azərbaycanda ticarət və ictimai iaşə sektorunda ödənişoər üxrə ƏDV-nin qaytarılması prosesinə başlanıb.
FED.az ölkə üzrə əhəmiyyətini nəzərə alaraq ƏDV-nin qaytarılması ilə bağlı ortaya çıxan əsas suallar və onların cavablarını təqdim edir:
Satıcı kimdir?
Azərbaycan Respublikası ərazisində pərakəndə ticarət və ya ictimai iaşə fəaliyyəti göstərən ƏDV ödəyicisidir.
İstehlakçı kimdir ?
Satıcıdan malı alan fiziki şəxsdir.
Portalda qeydiyyatın aparılması necə baş verir?
Şəxsiyyətinizi təsdiq edən sənədin ‘FİN’ kodunu və mobil nömrənizi, doğum tarixinizi, həmçinin nömrənizə göndərilmiş olan birdəfəlik şifrəni daxil etdikdən sonra şifrə təyin etməklə elektron kabinetinizi yarada bilərsiniz. Portaldan yalnız 16 yaşı tamam olmuş şəxslər qeydiyyatdan keçə bilər
Giriş etmək üçün hansı məlumatları daxil etməliyəm ?
Portala giriş etmək üçün şəxsiyyətinizi təsdiq edən sənədin ‘FİN’ kodunu və ya qeydiyyatdan keçərkən istifadə etdiyiniz mobil nömrəni, həmçinin qeydiyyat zamanı yaratdığınız şifrəni daxil etməlisiniz.
Giriş şifrəsini unutmuşam, şifrəni necə bərpa edə bilərəm ?
“Şifrənin bərpası” imkanı vasitəsilə şəxsiyyətinizi təsdiq edən sənədin ‘FİN’ kodunu və qeydiyyatdan keçərkən istifadə etdiyiniz mobil nömrəni daxil edib, mobil nömrənizə göndəriləcək olan birdəfəlik şifrəni daxil etməklə yeni şifrə təyin edə bilərsiniz.
ƏDV məbləğini geri qaytarmaq üçün nə etməliyəm?
Portala giriş etdikdən sonra çekin fiskal ID-sini qeyd edib, axtarış etməlisiniz.
QR kod vasitəsilə ƏDV geri qaytarmaq mümkündür?
Bəli, BirBank mobil tətbiqi vasitəsilə çekin üzərində əks olunan ‘QR kodu’ oxutmaqla, açılan pəncərədə ƏDV-nin geri qaytarılmasını təsdiq etmək kifayətdir. Bu zaman ƏDV-nin qaytarılması ilə bağlı sorğu BirBank mobil nömrəsi ilə “edvgerial.az” portalında bu nömrə ilə qeydiyyatı mövcud olan şəxsin elektron kabinetinə ötürüləcəkdir.
BirBank mobil tətbiqi haradan yükləyə bilərəm?
BirBank mobil tətbiqini android əməliyyat sistemli mobil cihazlardan “Play Store”, iOS əməliyyat sistemli mobil cihazlardan isə “Apple Store”-dan yükləyə bilərsiniz.
Kapital Bank müştərisi deyiləm, mən BirBank mobil tətbiqindən istifadə edə bilərəm?
Bəli, “Kapital Bank müştərisi deyilsiniz?” bölməsinə daxil olmaqla, mobil nömrə ilə qeydiyyatdan keçə bilərsiniz.
Fiskal ID nədir?
Malın sürətli məlumat kodu olaraq xüsusi qurğular vasitəsilə oxuna bilən QR kod və ya çek üzərində nəzarət mexanizmi qurğusu tərəfindən formalaşdırılan 12-lik say sistemi üzrə simvollardan ibarət unikal identifikator, yeni çek formalarının üzərində çap olunması zəruri olan məlumatlardır.
Çek sistemə daxil edildikdən sonra nə baş verir?
Nəzarət-kassa aparatı çeki barədə məlumatların Dövlət Vergi Xidmətinin məlumat bazasındakı məlumatlarla uyğunluğu yoxlanılaraq istehlakçı məlumatlandırılır və çekin təsdiqlənməsi dərhal elektron kabinetində əks olunur.
Malların dəyəri hansı şəkildə ödənilə bilər?
Ödənişin aparılma formasında məhdudiyyət nəzərdə tutulmur, ödəniş alıcının istəyinə uyğun olaraq nağd və ya nağdsız formada ola bilər.
Geri qaytarılmalı olan ƏDV məbləği necə hesablanır?
Pərakəndə ticarət və ya ictimai iaşə fəaliyyəti göstərən şəxslərdən alınmış mallara (neft və qaz məhsulları istisna olmaqla) görə ödənilmiş ƏDV-nin qaytarılmalı olan hissəsi nağdsız ödənişlər üzrə 15%, nağd ödənişlər üzrə isə 10% həcmində müəyyən edilmişdir.
ƏDV-yə cəlb olunan hansı mallara görə ödənilmiş ƏDV qaytarılmır?
Neft və qaz məhsullarına görə ödənilən ƏDV qaytarılmır.
Çek üzrə “gözləmə” statusu nədir?
Çekin yaranma tarixindən 30 təqvim günü keçmədiyi halda, çekin fiskal ID-si portalda daxil edilərkən ƏDV-nin qaytarılmasına dair sorğu “gözləmə” status ilə “Tarixçə” bölməsində saxlanılır.
Çek üzrə “qaytarılan” statusu nədir?
Çekin yaranma tarixindən 30 təqvim günü artıq keçibsə, çekin fiskal ID-si portalda daxil edilərkən ƏDV məbləği dərhal istehlakçının virtual hesabına köçürülür , “qaytarılan” statusu ilə “Tarixçə” bölməsində saxlanılır.
Çek üzrə “ləğv olunan” statusu nədir?
Çekin yaranma tarixindən 30 təqvim günü keçdikdən sonra çekin statusu vahid məlumat bazası ilə avtomatik olmaqla təkrar yoxlanlır. Çek qüvvədə olmadıqda, “ləğv olunan” statusu ilə “Tarixçə” bölməsində saxlanılır.
Çeki neçə gün ərzində portala daxil edə bilərəm?
Çek yarandığı tarixindən sonrakı gündən başlayaraq 90 gün ərzində ƏDV məbləğinin geri qaytarılması məqsədilə portala əlavə edilməlidir.
“Çek tapılmadı” xətası hansı hallarda əks olunur?
Çekin fiskal ID məlumatları yanlış olduğu təqdirdə və ya çekin məlumatları vahid məlumat bazasına hələ yüklənmədiyi halda, müvafiq xəta mətni əks olunur. Qeyd: Nəzarət-kassa aparatlarının istismarı qaydasına əsasən internet şəbəkəsinin olmadığı şəraitdə 7 gün ərzində NKA vasitəsilə aparılan əməliyyatlar barədə məlumatlar nəzarət mexanizmi qurğusunda saxlanılır, başqa sözlə, çekin tapılmaması səbəblərindən biri bu məqam olar bilər.
“Bu çek üzrə alınan mallara görə ƏDV ödənilməyib” xətası hansı hallarda əks olunur?
“Vergi Məcəlləsi”nə əsasən alınan mallar ƏDV məbləği hesablanmayan və ya ƏDV-dən azad olan məhsullar olduqda müvafiq xəta mətni əks olunur.
“Bu çek üzrə qaytarılmalı ƏDV 0.01 AZN-dən azdır və ya malların dəyəri bonus və kupon ilə ödənilib və ya ödənişin növü avansdır” xətası hansı hallarda əks olunur?
Çek üzrə qaytarılmalı ƏDV məbləği 0.01 AZN-dən aşağı olduqda və ya malların dəyəri bonus, hədiyyə kartları, hədiyyə kuponları və s. ilə ödənildikdə və ya ödənişin tipi avans olduqda müvafiq xəta mətni əks olunur.
“Satıcı ƏDV ödəyicisi deyil” xətası hansı hallarda əks olunur?
“Vergi Məcəlləsi”nə əsasən ƏDV ödəyicisi olmayan satıcılar tərəfindən satılan mallar və göstərilən xidmətlərə ƏDV hesablanmadığı üçün ƏDV-nin qaytarılması nəzərdə tutulmur.
Çek məlumatlarını portala daxil etdim, lakin nəticə barədə məlumat əks olunmur. Bu halda nə etməliyəm?
Çekin fiskal ID-nin düzgün daxil olunmasını və ya həqiqiliyini “e-kassa.gov.az” internet səhifəsi üzərindən “Çeki yoxla” bölməsi vasitəsilə yoxlaya bilərsiniz. Çekin tapılmaması səbəblərindən biri də nəzarət qurğusunun internetə çıxışı olmadıqda yığılmış məlumatları 7 gün ərzində özündə saxlamasıdır. Bu halda çekin yaranma tarixindən 7 gün sonra ƏDV geri qaytarmaq məqsədilə çekin fiskal ID-sini təkrar portala daxil etməyiniz xahiş olunur.
Çek məlumatlarını portala daxil etdim, lakin portalda çek üzrə müraciətin (və ya artıq ƏDV məbləğinin) artıq qeyd olunduğu bildirilir. Bu halda nə etməliyəm?
Bu hal ilə bağlı “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə” müraciət etməyiniz xahiş olunur.
Portala daxil edilmiş çekin yaranma tarixindən 30 gün keçsə də, ƏDV məbləğinin qaytarılması elektron kabinetimdə əks olunmamışdır. Bu halda nə etməliyəm?
Qeyd olunan hal üzrə müvəkkil bank (KapitalBank ASC) ilə (012 196) əlaqə saxlaya bilərsiniz.
Geri qaytarılmış ƏDV məbləğini necə istifadə edə bilərəm?
Elektron kabinetdə toplanmış ƏDV məbləğini ölkədaxili bankların emissiya etdiyi ödəniş kartlarına köçürə və ya müxtəlif ödənişlər (mobil, kommunal, internet, TV və s.) etməklə istifadə edə bilərsiniz.
Çek sistemə daxil edildikdə təsdiqlənməmə baş verə bilərmi və bu hal hansı səbəbdən yarana bilər?
Belə hal baş verə bilər, səbəbləri isə müxtəlif ola bilər. Məsələn, nəzarət qurğusunun müvəqqəti olaraq internetə çıxışı olmadığından məlumat sistemə ötürülməmiş ola bilər, çekin məlumatları daxil olunarkən alıcı tərəfindən səhvə yol verilə bilər, çekin məlumatları alıcının özü və ya digər şəxs tərəfindən sistemə artıq daxil edilmiş ola bilər, sistemdə texniki nasazlıqlar mövcud ola bilər və s.
Nəzarət mexanizmi qurğusu nədir və nə üçün nəzərdə tutulub?
Malların təqdim edilməsi və xidmətlərin göstərilməsi zamanı aparılan hesablaşmalar barədə məlumatların Dövlət Vergi Xidmətinin informasiya sistemləri bazasına ötürülməsini, həmçinin e-kassa və istifadəçinin autentifikasiyasını təmin edən qurğudur.
Nəzarət qurğusunun internetə çıxışı olmadıqda yığılmış məlumatın hansı müddətdən sonra sistemə daxil edilməsi mümkün olmur ki, bu da öz növbəsində sistemdə çekin müəyyən olunmamasına səbəb olur?
Nəzarət qurğusu 7 gün ərzində məlumatı özündə saxlaya bilər.
Nəzarət-kassa aparatı çeki ilə yanaşı POS-terminaldan çıxarış hansı hallarda verilməlidir?
Malların dəyəri nağdsız qaydada nəzarət-kassa aparatı ilə inteqrasiya olunmayan POS-terminal vasitəsilə ödənildikdə çeklə yanaşı çıxarış verilir.
Alıcı malı qaytardıqda ƏDV məbləğinin qaytarılması necə olacaq?
Alıcı aldığı malı digər mala dəyişdirdikdə ƏDV məbləğinin qaytarılması necə olacaq?
Çek üzrə ƏDV hələ qaytarılmadıqda çek üzrə ödənilmiş tam məbləğ, ƏDV qaytarıldıqda halda isə qaytarılmış ƏDV məbləğini çıxmaqla formalaşan məbləğ qaytarılır.
Alıcı aldığı malı digər mala dəyişdirdikdə ƏDV məbləğinin qaytarılması necə olacaq?
Mal daha ucuz qiymətli mala dəyişdikdə, qaytarılmalı məbləğdən ilkin alınmış mal ilə dəyişdirilmiş mal arasında qiymət fərqinə mütənasib olaraq geri qaytarılmış ƏDV məbləğini çıxmaqla vəsait qaytarılmalıdır. Mal daha yüksək qiymətli mal ilə dəyişdirildikdə, ilkin alınmış mal ilə dəyişdirilmiş mal arasında olan qiymət fərqi üzrə ƏDV məbləği geri qaytarılır.
ƏDV-nin qaytarılması hansı tarixdən vurulan çeklərlə mümkündür?
ƏDV-nin qaytarılması 21 mart 2020-ci il tarixdən etibarən vurulan çeklərlə mümkündür. Belə ki, “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində pərakəndə ticarət və ya ictimai iaşə fəaliyyəti göstərən şəxslərdən alınmış mallara (neft və qaz məhsulları istisna olmaqla) görə ödənilmiş ƏDV-nin qaytarılması Qaydası” prezident İlham Əliyevin 21 mart 2020-ci il tarixli fərmanı ilə təsiqlənib və həmin gündən qüvvəyə minib.
Vergiödəyicisinin vergi uçotuna alınması və çıxarılması ödənişsiz həyata keçirilir
Vergiödəyicisinin uçota alınması haqqında şəhadətnamənin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir.
Milli.Az Dövlət Vergi Xidmətinə istinadla xəbər verir ki, vergiödəyicisinin olduğu yer və ya yaşadığı yer dəyişdikdə, vergi orqanına bu cür dəyişiklik baş verdiyi gündən 40 gün müddətində ərizə verməlidir.
Vergiödəyicisi vergi uçotunda olduğu və ya yaşadığı yerin dəyişdiyi barədə ərizə ilə müraciət etdiyi gündən sonra 15 gün müddətində həmin vergi orqanı vergiödəyicisinin yenidən uçota alınmasını həyata keçirməlidir. Eyni zamanda, vergiödəyicisi vergi orqanında uçota alınmaq üçün verdiyi ərizə formasında olan məlumatlarda hər hansı dəyişiklik baş verdikdə, dəyişiklik baş verən gündən 40 gün müddətində vergi orqanına məlumat verməlidir.
Qeyd olunub ki, vergiödəyicisinin bir təsərrüfat subyekti (obyekti) olduqda və həmin təsərrüfat subyekti (obyekti) vergiödəyicisinin olduğu yerdən kənarda olduqda, vergiödəyicisi həmin təsərrüfat subyektinin (obyektinin) olduğu ünvan üzrə yenidən uçota alınır. Vergiödəyicisinin iki və daha çox təsərrüfat subyekti (obyekti) olduqda isə həmin vergiödəyicisi iqtisadi maraqlar mərkəzinin yerləşdiyi ünvan üzrə yenidən uçota alınır. Uçota alınma, yenidən uçota alınma, uçotdan çıxarılma ödənişsiz həyata keçirilir.
Milli.Az
Comments are closed, but trackbacks and pingbacks are open.