Press "Enter" to skip to content

Yaddaş və diqqəti yaxşılaşdırmaq üçün beyni necə qidalandırmaq olar

– Valideynlər bu məsələdə nə qədər diqqətlidirlər? Heç bir şikayəti olmadığı halda sadəcə müayinə üçün qızlarını ginekoloq müayinəsinə gətirirlərmi?

Həddindən artıq aktiv 2 yaşlı uşağı necə saxlamaq olar

“Birdən bizi ginekoluqun qəbulunda görən olar. O zaman qızımın haqqında nə düşünərlər? Həm onsuz da qızımın cinsi həyatı yoxdur, deməli, hər hansı bir ginekoloji xəstəliyi də ola bilməz. Nə vaxt ailə qurar, o zaman da həkimə gedər. ”.

Bəli, ayıbdır, gərək yoxdur düşüncəsi ilə neçə-neçə valideyn qız uşaqlarını ginekoloq müayinəsinə aparmağı lüzumsuz hesab edir. Amma gəl gör ki, gələcəkdə qadınlarda yarana biləcək bir sıra ginekoloji patalogiyaların təməli də məhz uşaqlıqdan qoyulur. Anadangəlmə, sonradan qazanılma patalogiyalar, gigiyena qaydalarına düzgün əməl etməmək, cinsi yetişkənlik dövrünün problemli keçməsi və sair və ilaxır. Olan isə bu günün azyaşlısına, sabahın anasına olur.

Gələcəkdə problemlərlə üzləşməmək üçün qız uşaqlarının cinsi müayinəsi hansı yaşlardan başlanmalı və hansı aralıqlarla aparılmalıdır?
Modern.az-ın bu və digər suallarını “Avrasiya” hospitalın ginekoloqu Naza Qurbanova cavablandırdı

Evli qadınlar kimi 6 aydan bir müayinə olunmalıdırlar!

– Qız uşaqlarının ilkin müayinəsi doğulan kimi doğum otağında neonatoloq tərəfindən aparılır. Neonatoloq digər orqanları dəyərləndirildiyi kimi, xarici cinsiyyət üzvünü də dəyərləndirilməlidir. Düzgün inkişaf edib-etmədiyi, anal dəliyi, qızlıq pərdəsi, sidik kanalı da ilkin dəyərləndirilməlidir. Sonrakı aylarda və illərdə isə ta yetkinlik dövrünə qədər pediatr baxmalıdır. Ginekoloqun uşağa ilkin baxışı isə 6-7 yaşlarında olmalıdır. Dünyada uşaq ginekologiyası deyə bir anlayış var, amma təəssüf ki, bu sahə bizdə inkişaf etməyib, ona görə də ümumi ginekoloqun müayinəsinə aparmaq olar. Daha sonra 10-13 yaşlarında da uşaq ən azı bir dəfə ginekoloq müayinəsindən keçməlidir. Çünki bu, cinsi yetişkənlik dövrüdür. Adətən 14 yaşda bir çox qızlarda cinsi yetişkənlik artıq başa çatmış olur. 14-18 yaşlar arasında qız uşaqları ildə bir dəfə ginekoloq baxışından keçməlidirlər. 18 yaşdan sonra isə gənc qızlar ailəli olmasalar belə, evli qadınlar kimi 6 aydan bir müayinədən keçməlidirlər. Bu hal sağlam qızlar üçündür. Şikayəti olanlar isə, nə yaş, nə də ay, il gözləmədən həkimə getməlidirlər. Əgər qarnın aşağı nahiyələrində, xarici cinsiyyət üzvlərində hər hansı bir ağrı varsa, sidik ifrazı zamanı ağrı olursa, yanma olursa, uşaqlıq yolundan gələn hər hansı axıntı varsa, qoxu varsa, qanlı ifrazat olarsa, bunların hamısı göstərişdir ki, yaşından asılı olmayaraq, uşağa ginekoloji baxış olsun.

Sağlamlığı yox, “qız uşağı” olub-olmadığı önəmlidirsə.

– Valideynlər bu məsələdə nə qədər diqqətlidirlər? Heç bir şikayəti olmadığı halda sadəcə müayinə üçün qızlarını ginekoloq müayinəsinə gətirirlərmi?

– Təəssüf ki, gətirmirlər. Əksər valideynlər Azərbaycan mentaliteti deyilən yanlış düşüncələrə qapılaraq həkimə aparmırlar. Ailə qurduqdan sonra ginekoloji problemlərin ortaya çıxması əksər hallarda uşaq vaxtı “ayıbdır” deyə ginekoloqa aparmamağın nəticəsidir. Patologiyalar vaxtında aşkarlanmadığı, vaxtında qarşısı alınmadığı üçün ciddi fəsadlara gətirib çıxarır. 17 yaşına çatmış qızların hər 4-ündən 1-də gineokoloji patologiyalar aşkarlanır. Bu ginekoloji xəstəliklərin aşkarlandığı qızların isə hər 10-dan 9-u həkimə aparılmamış olur. Çox nadir hallarda görürük ki, valideyn uşağını profilaktik məqsədlə həkimə gətirib. Belə hallarla ildə 1-2 dəfə ancaq rastlaşırıq. Amma adətən toydan qabaq bəzi valideynlər narahatlıq keçirərək qızlıq zərini müayinə etmək məqsədilə qız uşaqlarını həkimə gətirirlər. Bunu da böyük ajiotajla edirlər ki, heç kəs bilməsin, ətraf görməsin. Qızlarının cinsi sağlamlıqlarından daha çox, onun “qız uşağı” olub-olmamasını öyrənmək üçün həkimə gedirlər. Daha düşünmürlər ki, gigiyena qaydalarına düzgün riayət edilməsə və ya anadangəlmə qızlarında patologiyalar ola bilər.

– Hansı patalogiyalar?

– Düzgün qulluq olmadıqda xarici cinsiyyət dodaqlarının bitişməsi də olur. Mən son 1 ayda 3 belə xəstə ilə qarşılaşdım. Ailə qurublar, amma cinsi həyat yaşaya bilmirlər. Müayinə zamanı məlum oldu ki, xarici cinsiyyət orqanları bitişib. Bunu analar körpə vaxtdan təyin etsəydi, həmin gənc xanımlar da ailə qurduqdan sonra belə psixoloji travma almazdılar. Bitişmə nədən yaranır? Çox az hallarda anadangəlmə olur. Amma adətən gigiyenaya düzgün qulluq etmədikdə, sidik-cinsiyyət sistemində hər hansı infeksion xəstəlik olduqda, sidik xaric olduqdan sonra təmiz yuyunub qurulanmadıqda xarici cinsiyyət orqanlarının bitişməsi baş verə bilir. Analar qızlarının “qızlığını” zədələməkdən qorxduqları üçün həm özləri xarici cinsiyyət üzvlərinə əl vurmaqdan çəkinirlər, həm də uşağa düzgün gigiyena qaydasını öyrətmirlər. Valideynlər qızlarını həkimə təkcə müayinə üçün deyil, həm də ona görə gətirməlidirlər ki, həkim onların qızı ilə danışsın. Çünki bir çox valideynlərdə bu mövzuda məlumat azlığı var. Yetkinlik yaşına çatana kimi pediatr, yetkinlik yaşında isə ginekoloq və psixoloqun konsultasiyası olmalıdır. Bizdə ginekoloq, psixoloq dedikdə valideynlərin reaksiyası çox kəskin olur. Halbuki bu yaşda qızlar düzgün məlumatlanmağa çox ehtiyac duyurlar.

Cinsi yetişkənliyin 3 əlaməti

– Vaxtında aparılan müayinə bizə nə qazandırır?

– Vaxtında müayinə bir çox xəstəliklərin öncədən müəyyənləşməsində və qarşısının alınmasında önəmli rol oynayır. Vaxtında müayinələr gələcəkdə reproduktiv sistemdə daha az xəstəliklərin yaranmasına səbəb olur. Azyaşlılarda da yumurtalığın şişləri, kistaları ola bilər. Uşaqlar çox aktiv olduqlarından yumurtalıq böyük şişlərin təsiri ilə burula bilər. Uşaq “ağrıyıram” deyirsə, valideyn bunu boş buraxmamalıdır. Yumurtalığın burulması baş verdikdə onun qidalanması pozulur, nekroz əmələ gəlir. Belə qız uşaqları vaxtında xəstəxanaya çatdırılmasa, yumurtalıqlarını itiririlər. Bu da gələcəkdə onun ana olmaq şansını azaldır. Anadangəlmə şişlər də ola bilər, sonradan yaranan şişlər də. Bunlar vaxtında aşkarlanmalıdır. Bəzi valideynlər yanlış olaraq düşünürlər ki, cinsi həyat yoxdursa, deməli, azyaşlılarda heç bir ginekoloji problem ola bilməz. Reproduktiv mərhələdə rastlanan əksər xəstəliklər uşaq yaşlarından qazanılmış və qarşısı alınmamış patologiyalar olur.

– Qız uşaqlarında cinsi yetişkənlik hansı yaş dövründə başlayır?

– Cinsi yetişkənlik üçün ortalama yaş dövrü 10-11 yaş hesab olunur. Daha geniş götürdükdə isə 9-13 yaş arası hesab olunur. Cinsi yetişkənliyin 3 əlaməti var, süd vəzilərinin inkişaf etməsi, qasıq və qoltuqaltı nahiyələrdə tüklənmə, menarxe, yəni ilk menstruasiyanın baş verməsi. Bu 3 əlamət varsa, cinsi yetişkənlik dövründən danışa bilərik. 8 yaşdan tez cinsi yetişkənlik olarsa, buna erkən cinsi yetişkənlik deyilir, 13 yaşdan sonra olarsa, bu isə gecikmiş cinsi yetişkənlik adlanır. Cinsi yetişkənlik uşaq dövründən böyük dövrünə keçid periodudur. Bu uşaqların xarakterində də dəyişiklik olur. Ona görə onların həm ginekoloq, həm də psixoloqla görüşü olmalıdır. Bu, onların həyatının ən çətin dövrüdür. Bədənlərində baş verən bütün proseslər onlar üçün yenidir. Valideyn və həkimlər olaraq elə etməliyik ki, yeniyetmələr bu mərhələni həm ruhi, həm də fiziki baxımdan sağlam keçirsinlər.

“Uşaqdır, orada özü üçün oynayır” deməyin!

– Bəs cinsi yetişkənliyin erkən və ya çox gec baş verməsi nə ilə bağlıdır və bunun hər hansı fəsadları varmı?

– 8 yaşdan tez cinsi yetişkənlik olarsa, mütləq həkimə aparmaq lazımdır. Çünki bu, normal hal da ola bilər və ya bir çox ginekoloji patologiyaların və ya digər orqanların patologiyalarının nəticəsi də ola bilər. Ginekoloqla yanaşı, uşaq endekrinoloqun da qəbulunda olmalıdır. Tibbi ədəbbiyyatlarda 5-6, çox nadirən 3 yaşında belə erkən cinsi yetişkənlik keçirən uşaq faktları var. Erkən cinsi yetişkənlikdə yalnız süd vəzilərində yetişkənlik baş verirsə, digər iki cəhət, tüklənmə və menstruasiya yoxdursa, bunu da cinsi yetişkənlik adlandırmaq olmaz. Bayaq qeyd etdiyim 3 əlamət kompleks şəkildə özünü göstərməlidir. Erkən və ya gec başlaması hər hansı bir xəstəlik nəticəsi deyilsə, o zaman normalıdr. Sadəcə erkən cinsi yetişkənlik boy hormonlarının inkişafını azalda bilər. Düzgün bəslənməmək, piylənməyə gətirib çıxara biləcək fast-food yeməklər, televiziordan asılılığın olması, düzgün yuxu rejiminin olmaması da qız uşaqlarında erkən cinsi yetişkənliyi tətikləyə bilər. Uşaqlara qeyri-mövsümi qidaları verməmək lazımdır. Plastik qablarda qidaları saxlamaq olmaz. Onların tərkibindəki kimyəvi maddələr də uşaqlarda vaxtından qabaq cinsi yetişkənliyə gətirib çıxarır. Valideynlər uşaqla danışıqlarına da mütləq fikir verməlidirlər. Rəfiqələri ilə böyüklərə aid mövzularda danışarkən “uşaqdır, orada özü üçün oynayır” deməməlidirlər. Baxdıqları filmlərə diqqət etməlidirlər, seksual xarakterli filmlərə uşaqların yanında baxmaq olmaz. Tibdə təsdiq olunub ki, belə hallar da erkən cinsi yetişkənliyi tətikləyir. Bizdə son illərdə dəb halına düşüb ki, analar azyaşlı qızlarına böyüklər kimi ziyafət paltarları tikdirirlər, saç düzümləri, hətta makiyaj edirlər. Bunlar da qız uşaqlarında erkən cinsi yetişkənliyi tətikləyir. Onsuz da uşaqlar həmişə böyüklərə özənib tez böyümək istəyirlər, biz də onlara vaxtından tez böyüməyə şərait yaratmayaq. Uşaqları öz yaş dövrünə uyğun böyütmək lazımdır. “Ayıbdır” deyib onun sağlamlığını ilgiləndirən mövzuları isə gizlətmək lazım deyil. Bəzən olur ki, menstrual tsikl başlayır, amma uşaq bunun necə bir proses olduğundan xəbərsizdir. Belə olduqda o, travma yaşayır. Ana qızını bu prosesə hazırlamalıdır, hazırlaya bilmirsə, həkimin köməyinə müracirət etməlidir.

13 yaşından sonra da cinsi yetişkənlik əlamətləri yoxdursa, 16 yaşa qədər bu, baş vermirsə, belə qız uşağı mütləq olaraq müayinə olunmalıdır. Çünki bu qədər gecikmə adətən patologiyaların nəticəsi olur. Qız uşaqlarında turner sindromu gecikmiş cinsi yetişkənliyin əsas səbəblərindəndir. Həftə ərzində 18 saatdan artıq idmanla məşğul olan, xüsusən də qaçışla məşğul olan qızlarda və çəkisi az olan yeniyetmələrdə də cinsi yetişkənlik gec baş verir.

Yaddaş və diqqəti yaxşılaşdırmaq üçün beyni necə qidalandırmaq olar

Hər gün informasiya axını ilə işləyənlər yaddaşın və diqqətin nə qədər vacib olduğunu bilirlər.
Məsələn, oxunanları xatırlamaq çətinləşdikdə və ya diqqəti cəmləmək mümkün olmadıqda bu, beyin funksiyalarında bir qədər geriləmə yaşandığını göstərir.
BiG.AZ kömək etməyin sadə və təbii yollarını təqdim edir.

Daha aktiv hərəkət edin- Beyində metabolik prosesləri, yaddaşı və diqqəti yaxşılaşdırmaq üçün gəzmək, üzmək, xizək sürmək və konki sürmək, təmizlik işləri aparmaq məsləhətdir.

Stressi azaldın- Stress faktorunu qeyd etməyə bilmərik. Əgər iş çoxşaxəlidirsə, hər birinə öz növbəsində diqqət yetirərək tapşırıqları tədricən yerinə yetirmək daha yaxşıdır. Beləliklə, emosional həddindən artıq gərginlikdən xilas olmaq daha asandır.

Yaddaş və diqqəti məşq edin. Yaddaş diqqətin təbii uzantısıdır. Bir şeyə sadəcə diqqət yetirmək belə xatırlama şansını artıra bilər. Müntəzəm yaddaş məşqi zehninizi gələcək illər üçün kəskin saxlamaq açardır.
Beyninizi düzgün qidalandırın- Diyetinizə vacib beyin qidaları ilə zəngin olan inqridientlər əlavə edin

Ülkər Rəhmanqızı

Maraqlı Baxılıb: 439 Tarix: 25 may 2023

Şikayətiniz varsa Whatsapp: 051 7028255

DiGƏR XƏBƏRLƏR

Boş yerə zərərli hesab edilən məhsullar

təhlükələri haqqında şayiələri şişirdilmiş məhsulları təqdim edir. Beləliklə, popkorna “zəhər” deyilməsi tamamilə əsassızdır. Klassik reseptə uyğun olaraq, əlavələr və duz olmadan hazırlanırsa onda kifayət qədər faydalı olur. Popkornda az kalori olmasına baxmayaraq, kifayət qədər lif və həz

Zərərvericilərdən qorunmaq üçün möcüzəvi məhlul

İstilərin başlaması ilə çoxmənzilli binaların sakinləri demək olar ki, istər-istəməz tarakanlarla qarşılaşırlar. Əgər həşaratlar qonşulardan sizə qaçıbsa, onları yenidən evlərinə qaytarmaq şansı var. Bunu etmək üçün sadə bir məhlul hazırlaya bilərsiniz. həmin məhlulu təqdim edir. Bizə nanə, limon, evkali

Avadanlıq icarəsi Xidmetler.AZ saytında

Xidmətlər saytı -da axtardığınız avadanlıqları icarəyə götürmək imkanınız var!. Eviniz və ya ofisiniz üçün avadanlıqlar icarəyə götürmək istəyirsiniz? Keyfiyyətli avadanlıq olsa, birdəfəlik satın almaq fikriniz var? Elədirsə, saytından faydalanın. Onlayn, pulsuz elanlar platforması olan -da məhz sizi

“Gəncləşdirici” effekti olan saç düzümləri

Həmişə gənc və təravətli görünməyə çalışan qadınlar müxtəlif gözəllik prosedurlarına müraciət edir, kosmetoloqlara və plastik cərrahlara müraciət edirlər. Ancaq cavanlaşmanın başqa yolları da var. Sizə lazım olan tək şey saç düzümünüzü dəyişməkdir. Bİg.az gəncləşdirən saç düzümlərini təqdim edir. Ülkə

Google pul bağışlayacaq

ABŞ-ın texnologiya nəhəngi Google, Mobil Zəiflik Mükafat Proqramının təfərrüatlarını açıqlayıb. xəbər verir ki, android proqramlarında təhlükəsizlik zəifliklərini aşkar etmək üçün həyata keçirilən yeni proqram istifadəçilərə 500 ilə 30 min dollar arasında mükafat verir. Aşkar edilən səhvlərə görə şirkəti

İstifadə müddəti bitmiş kremləri atmayın – onlar çox faydalıdır

Evdar qadınlar vaxtı keçmiş kremin dəyərini bilirlər və onu atmağa tələsmirlər. Bİg.az xəbər verir ki, belə kremləri bir çox vəziyyətdə istifadə etmək mümkündür. Müddəti bitmiş kremin heyrətamiz qabiliyyətlərindən biri təmizləmədir. Onunla qadının əl çantasını təmizləmək olar. Sadəcə aksesuarın səthin

Tarkan həyat yoldaşı ilə səsverməyə qatıldı

Tarkan və həyat yoldaşı Pınar Tevetoğlu mayın 28-də keçiriləcək prezident seçkilərinin ikinci turuna səs verib. türk mediasına istinadən xəbər verir ki, 6,2 milyon izləyicisi olan müğənni instagramda həyat yoldaşı ilə birlikdə səs verərkən çəkdirdiyi pozaları paylaşıb. O paylaşımında “Səsimizi verdik

Qozun faydaları

Qozun xeyri yalnız insan orqaniziminə deyil, əşyaları təmir etməkdə də dəstək olur. qozun faydalarını təqdim edir. Bu çərəz taxta səthləri bərpa etmək üçün əladır. Tez-tez mebeldə görünüşü pozan kiçik cızıqlar olur. Taxta masa və ya stulda qüsurlardan xilas olmaq üçün qoz ləpəsini örtüyünün xarab olduğ

Yalançı aclıq hissi ilə necə mübarizə aparmalı

Yalan aclıq hissini aradan qaldırmağa imkan verən bir neçə üsul var. həmin üsulları təqdim edir. Aclıq hissi çox vaxt insanlar sağlam qidalanma rejiminə keçdikdə baş verir. Bu zaman yalançı aclıq hissi, susuzluqla qarışdırıla bilər. Bunun qarşısını almaq üçün həkim gündə ən azı iki litr su içməyi məsləhə

Diqqət defisiti ilə hiperaktivlik sindromu

Diqqət əksikliyi və hiperaktivlik pozğunluğu nədir?

Hiperaktivlik ümumiyyətlə beynə və davranışa təsir edən qeyri-adi və ya qeyri-adi dərəcədə aktiv bir vəziyyətdir. Diqqət dağınıqliğı və hiperaktivlik pozğunluğu tez-tez erkən yaşda ailələr tərəfindən müşahidə edilə bilər. Əslində, bu hal uşaq məktəbə başlayanda özünü olduqca açıq şəkildə göstərir. Məktəbin başlanğıc yaşı olan 6 yaş, sonrakı illərdə diqqət əksikliyi və hiperaktivlik pozğunluğu diaqnozu üçün əhəmiyyətli bir müddətdir. Bu yaşlarda diaqnoz edilən pozğunluğun, yetkinlik yaşına çatdıqda tədricən yox olması gözlənilir. Lakin bu həmişə belə deyil və diqqət əksikliyi və hiperaktivlik pozğunluğu yetkinlərdə də problem ola bilər. Belə diaqnoz qoyulmuş insanların yuxu və narahatlıq problemi ilə qarşılaşma ehtimalı da vardır. Lakin bu, bütün hallarda görünmür.

Qardaş Türkiyədə aparılan araşdırmalar hər 20 uşaqdan birinin Diqqət əksikliyi və hiperaktivlik pozğunluğu olduğunu sübut edib. Belə insanlar impulsiv davranışlarını idarə etməkdə çətinlik çəkirlər. Davranışlarının nəticəsini düşünmədən hərəkət edirlər. Bu vəziyyət uşaqlarda zəif özünüdərketmə, sosial münasibətlərdə problemlər və məktəbdəki uğursuzluğa səbəb olur.

Belə pozğunluq körpə hələ ana bətnindəykən meydana gəlir. Bu sinir sistemi və beyin inkişafına təsir göstərir. Bütün bunlara əlavə olaraq diqqət əksikliyi və hiperaktivlik pozğunluğu zehni problemlərə səbəb olan bir nevro inkişaf pozğunluğudur.

Bu cür hallar ümumiyyətlə erkən uşaqlıq dövründə baş verir. Bunun baş verməsinin əsas səbəbi zəif diqqət və həddindən artıq hərəkətlilikdir. Əlbəttə bu, 5 yaşınadək bütün aktiv və diqqətsiz uşaqların diqqət əksikliyi və hiperaktivlik pozğunluğundan əziyyət çəkməsi demək deyil. Bu zaman sizə yardım edəcək vasitə uşaqda olan həddindən artıq hərəkətliliyin və diqqətsizliyin problem olub-olmadığını anlamaq üçün uşağı yaşıdları ilə müqayisə etmək lazımdır. Əgər yaşıdları ilə müqayisədə artıqlıq varsa və bu vəziyyət uşağın məktəbinə və sosial həyatına təsir edirsə, artıq bu xəstəlikdən danışmaq olar.

Bu uşaqlara müəllimlərin və valideynlərin nəzarət etməsi çətindir. Hiperaktivlik pozuqluğu olan insanlarda təcavüz; alkoqol və maddə asılılığı normal insanlardan daha çoxdur. Diqqət əksikliyi və hiperaktivlik pozğunluğu tez-tez zehni və ya fiziki sağlamlıq vəziyyətinin bir simptomu olaraq ortaya çıxır. Xəstəliyin əsas səbəbləri çox olsa da, bu xəstəlikdə genetik ötürülmənin təsiri 75% civarındadır. Başqa sözlə, ailəsində bu cür əlamətlər olan uşaqların əksəriyyətində də bu hal görülə bilər.

Diqqət əksikliyi – hiperaktivlik pozğunluğunun əlamətləri hansılardır?

Dıqqət əksikliyi və hiperaktivlik pozğunluğunun çoxsaylı simptomları olsa da, ancaq hər fərddə eyni simptomlar özünü göstərmir. Simptomlar fərdin yaşına, ətraf mühitə və xəstənin istəklərinə görə dəyişə bilər. Bəzi uşaqlarda bu hal yalnız hiperaktivlik, bəzilərin də isə yalnız yayındırma kimi özünü göstərə bilər. Həddindən artıq aktiv olan uşaqlar başqalarına nisbətən kifayət qədər danışıq qabiliyyətlidirlər. Çox uzun bir yerdə dayanmaq istəmədikləri üçün müşahidə edilə biləcək qədər narahat ola bilərlər. Daim məşğul olmaq üçün bir fəaliyyət tapa və bu fəaliyyətlə daim məşğul ola bilərlər. Diqqət problemi olan uşaqlarda unutqanlıq olduqca yayğındır. Bir işdə olarkən diqqətləri asanlıqla başqa bir vəziyyətə keçə bilər. Bu xəstəliyi olan şəxslər ümumiyyətlə, qarşı tərəfin danışdıqlarını dinləmirlər. Başqa insanlarla işbirliyi etməkdə çətinlik çəkirlər .

Diqqət əksikliyi və hiperaktivlik pozğunluğu olan uşaqlar bir işi bitirməkdə böyük çətinlik çəkirlər. Çox vaxt bu işi bitirmədən əvvəl başqa bir işə keçirlər. Yeni bir işə başlamaları da çox uzun ola bilər. Bu səbəbdən ətrafdakı insanlar tərəfindən meymun kimi xarakterizə edilə bilər. Bütün bunlara əlavə olaraq, düşünmədən hərəkət etmək davranışı impulsiv hərəkət edən uşaqlarda görülür. Bu vəziyyət nəticəsində qaydalara tabe olmamaq davranışı meydana çıxa bilər. Danışan birinin sözünü kəsmək və oyunlarda öz növbəsini gözləyə bilməmək kimi davranışlar görülə bilər.

Bütün bu simptomlara əlavə olaraq, öyrənmə çətinlikləri də özünü göstərə bilər. Uşağın depressiya əlamətləri göstərməsi və narahat bir ruh halına gəlməsi də mümkündür.

Diqqət əksikliyi hiperaktivlik pozğunluğu hansı səbəblərdən yarana bilər?

Aparılan bütün araşdırmalara baxmayaraq bu halın dəqiq səbəbi hələ də tapılmayıb. Ancaq bu problemin bir çox faktorun bir araya gətirərək meydana gəldiyi düşünülür. Genetik müayinə edildikdə, eyni pozğunluğun ailəsində diqqət əksikliyi və hiperaktivlik pozğunluğu olan şəxslərin 75%-də müşahidə olunduğu aşkar edilib. Bu yüksək ehtimala baxmayaraq diqqət əksikliyi və hiperaktivlik pozğunluğunun yalnız anadan və ya yalnız atadan gələn genlərlə meydana gəldiyi deyilə bilməz. Bundan əlavə, bu pozğunluğu olan şəxslərin beyin quruluşu ilə bağlı bir çox iş aparılmışdır. Araşdırmalar nəticəsində bəzi fərqlər müəyyənləşdirilsə də, qəti bir nəticəyə gəlmək mümkün olmamışdır. Araşdırmalarda əldə edilən məlumatlar diqqət əksikliyi və hiperaktivlik pozğunluğu olan şəxslərin beyninin bəzi hissələrinin daha böyük və ya daha kiçik olduğunu ortaya çıxarıb.

Bununla birlikdə, beynin işləməsini təmin edən bəzi kimyəvi maddələrin iş intensivliyinin artıq olan şəxslərdə fərqli olduğu müəyyən edilmişdir. Bu tədqiqatların yanında bəzi risk qrupları da mövcuddur ki, onun vaxtından əvvəl doğuş nəticəsində meydana gəldiyi düşünülür. Bundan əlavə, epilepsiya olan uşaqlarda bu xəstəlik digər şəxslərə nisbətən daha çoxdur. Doğuş zamanı və ya həyatın istənilən vaxtında baş verən beyin zədələri də hiperaktivlik pozğunluğuna səbəb ola bilər.

Diqqət əksikliyi hiperaktivlik pozğunluğuna necə diaqnoz qoyulur?

Müayinə uşağın gündəlik həyatında və ya məktəb həyatında hər hansı bir problem yaratmadığı təqdirdə lazım ola bilməz. Diaqnoz qoymaq üçün heç bir sadə və ya mənalı bir test yoxdur. Qəti bir diaqnoz qoymaq üçün ümumiyyətlə uşaq psixiatrına müraciət olunur. Psixiatrın bəzi ətraflı müayinələrindən sonra diaqnoz qoymaq mümkündür. Narahat davranışın mümkün səbəblərini araşdırmaq üçün tibbi müayinə aparıla bilər. Ailənin mənşəyi və şəxsin məktəb həyatından əldə etdiyi məlumatlara əsasən diaqnozda faydalı məlumatlar əldə edilə bilər. Bütün bu məlumatlar ayrıca əldə edilsə də, bəzən yalnız mənasız ola bilər.

Belə hallarda əldə edilmiş bütün məlumatlar mütəxəssis tərəfindən hərtərəfli qiymətləndirilməlidir. Bununla birlikdə, bütün bu məlumatların bütövlüyü, qiymətləndirmələr nəticəsində diaqnoz üçün uyğun ola bilər. Çünki diqqət əksikliyi və hiperaktivlik pozğunluğu kimi problemlər, dil inkişafını hələ bitirməmiş şəxslərdə ola bilər. Bu xəstəliyin diaqnozunu çətinləşdirir. Qiymətləndirmə tərəzilərindən istifadə edərək qəti bir diaqnoz qoyulmağa çalışılır və diaqnoz qoyulmuş şəxslərin müalicəsinə tez bir zamanda başlamaq vacibdir.

Diqqət əksikliyi hiperaktivlik pozğunluğunun müalicəsi necədir?

Belə problemi olan insanlar problem olduqları bütün mühitlərdə müalicə edilməlidir. Çünki bu fərdlərin hər mühitdə fərqli bir çətinliklə qarşılaşması ehtimalı yüksəkdir. Uşağın müalicəsi üçün ilk növbədə ailə çox diqqətli olmalıdır. Bundan əlavə, müəllim də uşağa məktəbdə lazımi qayğı göstərməlidir. Uşağa vəziyyəti barədə məlumat verilməlidir. Digər davranışlarda olduğu kimi möhkəmləndiricilərdən istifadə diqqət dağiniqliği və hiperaktivlik pozğunluğu müalicəsində mühüm rol oynayır. Hiperaktivlik pozğunluğunu düzəltmək üçün uşağın bütün müsbət davranışları mükafatlandırılmalıdır. Beləliklə, mənfi davranış azaldıla bilər. Diqqət pozğunluğu səbəbindən təhsil həyatı təsirlənən uşaq təhsil baxımından dəstəklənməlidir. Uşağın özünə inamını artırmaq üçün müvəffəq olduğu mövzular təhsildə prioritet olaraq seçilə bilər. Beləliklə, uşaq motivasiya edərək təhsillərini davam etdirir və sadədən çətinə doğru bir yol izləyə bilər. Mütəxəssis nevroloq tərəfindən veriləcək dərmanlar da müalicə üçün çox vacibdir.

Bu dərmanlar diqqət dağınıqlığı və hiperaktivlik pozğunluğu olan uşağın cəmləşməsinə və hərəkətliliyini azaltmasına kömək edir. Dərmanlar sayəsində uşağın konsentrasiyasında artım təhsil həyatını yaxşılaşdırmağa və müvəffəqiyyət sevincini artırmağa kömək edir. Beləliklə, uşaq bu davranışları təkrarlamaq üçün səy göstərir. Ailələr, müəllimlər və mütəxəssislər, uşağın bu dövrü uğurla aşmasına kömək etmək üçün müalicə müddətini birlikdə idarə etməlidirlər.

Comments are closed, but trackbacks and pingbacks are open.