Tez-tez verilən suallar narahatlığı necə aradan qaldırmaq olar
Balansın Portmanat kodla artırılması gündəlik 3 dəfə və ya toplam 1000 AZN məbləğində hesablanır.
Tez-tez verilən suallar
Portmanat.az saytına daxil olunur, Qeydiyyat düyməsinə vurulur, açılan qeydiyyat ərizə formasında Ad, Soyad və hazırda işlək vəziyyətdə olan istənilən mobil operatora məxsus mobil nömrə qeyd olunur və aşağıda Qeydiyyatdan keç düyməsinə vurulur. Bu zaman qeydiyyatdan keçdiyiniz mobil nömrənizə SMS ilə aktivasiya kodu gəlir. Sonra Portmanat.az saytında Mobil nömrə xanasına qeydiyyatdan keçdiyiniz mobil nömrənizi, Parol xanasına isə mobil nömrənizə gələn aktivasiya kodunu yazıb Daxil ol düyməsini vurduqdan sonra hesabınıza daxil olaraq hesabınızı aktivləşdirmiş olursunuz.
“Portmanat kod” saytda qeydiyyatdan keçmədən ödəniş etmək üçündür. Portmanat koddan bir dəfə istifadə edilə bilər. Əgər mütamadi olaraq ödənişlər edirsinizsə məsləhət görürük ki, özünüzə Portmanat hesab açasınız. Bunun üçün Portmanat.az saytında qeydiyyatdan keçməlisiniz.
Əgər Portmanat parolunuzu unutmusunuzsa, “parolu unutdum” bölməsinə daxil olaraq parolunuzu yeniləyə bilərsiniz. Bu zaman qeydiyyatdan keçdiyiniz nömrənizə SMS ilə 1yeni parol göndəriləcək. Həmin parolu səhifədə tələb olunan xanaya yazıb təsdiqlədikdən sonra parolunuz yenilənəcəkdir. SMS-in gəlməsi ilə bağlı çətinliklə qarşılaşsanız ofis nömrələrimiz ilə əlaqə saxlaya bilərsiniz.
(012) 437 30 73 ,
(070) 236 50 10
MilliÖN, eManat, Expresspay, Easypay
MilliÖN aparatlarından Portmanat Kod almaq üçün Ödəmə kartları menyusuna daxil olunur, Portmanat Code düyməsi tapılıb vurulur, açılan ödəniş menyusunda kartın şifrə və seriya nömrəsinin SMS vasitəsilə mobil telefona göndərilməsindən ötrü mütləq olaraq işlətdiyiniz hər hansı mobil operatora məxsus telefon nomrə lazımi xanaya qeyd olunur, 1 AZN-dən kiçik olmayan istənilən məbləğ aparata daxil edilir və təsdiqləmə düyməsi vurulur.
Əməliyyat başa çatdıqdan sonra ödəniş qəbzini götürməyi unutmayın. Çünki mobil telefonunuza gələn SMS ilə yanaşı, ödəniş qəbzinin də üzərində aldığınız Portmanat Kod və onun seriyası əks olunur. Ən əsası, ödəniş qəbzi sizin ödənişinizin sübutudur.
eManat aparatlarından Portmanat Code şifrəsini almaq üçün Ödəmə kartları menyusuna daxil olunur, Portmanat Code düyməsi tapılıb vurulur, açılan ödəniş menyusunda kartın şifrə və seriya nömrəsinin SMS vasitəsilə mobil telefona göndərilməsindən ötrü mütləq olaraq işlətdiyiniz hər hansı mobil operatora məxsus telefon nömrə lazımi xanaya qeyd olunur, 1 AZN-dən kiçik olmayan istənilən məbləğ aparata daxil edilir və təsdiqləmə düyməsi vurulur.
Əməliyyat başa çatdıqdan sonra ödəniş qəbzini götürməyi unutmayın. Çünki mobil telefonunuza gələn SMS ilə yanaşı, ödəniş qəbzinin də üzərində aldığınız Portmanat Kod və onun seriyası əks olunur. Ən əsası, ödəniş qəbzi sizin ödənişinizin sübutudur.
Plastik kart
Plastik Kart vasitesile kodu qeyd olunan sehifeden elde ede bilersiniz.
MilliÖN, Emanat, Expresspay, Easypay ödəmə terminallarından Portmanata ödəniş etdikdə terminaldan ödəniş qəbzini mütləq götürün. Ödəmə terminalından Portmanat kod aldıqda həmin kod müştəriyə həm SMS ilə göndərilir, həm də qebzin üzərində çap olunur. SMS gəlmədiyi təqdirdə qəbzin üzərindən kodu götürərək istifadə edə bilərsiniz. Əgər ödəmə terminalı qəbz verməzsə və ya qəbzin üzərində PİN kod çap olunmazsa bu zaman zəhmət olmasa bizimlə əlaqə saxlayın.
Əgər ödəniş etdiyiniz səhifədə komissiya ilə əlaqədar məlumat yazılmayıbsa heç bir əlavə komissiya tutulmayacaqdır.
Portmanat.az saytında istifadəçilər üçün Portmanat Plan bölməsi əlavə olunub. Portmanat Plan istifadəçisinin qeydiyyatdan keçdiyi zaman ona təklif olunan limit və imkanlardır. Portmanat Plan limit və imkanlar 3 yerə bölünür: Standart plan, Qızıl plan, Platin plan. İstifadəçilər artıq rahat şəkildə istədikləri vaxt öz limitərini artıra bilər.
Siz PORTMANAT.AZ saytında qeydiyyatdan keçdikdə Portmanat hesabınız ilkin növbədə PORTMANAT STANDART planda olur.
STANDART PLAN-da limitlər,imkanlar və qadağalar aşağıdakı formadadır.
Limit və imkanlar – 1 il ərzində ümumilikdə həm mədaxil (mədaxil dedikdə terminallardan hesabınıza məbləğ yükləmə,plastik kart vasitəsilə balans artırma nəzərdə tutulur ) ,həm də məxaric (məxaric dedikdə pul çıxarışı,kredit ödənişi əməliyyatları nəzərdə tutulur ) birlikdə miqdarı 600AZN-ni keçməməlidir.
Qadağalar – Hesabınız standart planda olduqda siz portmanat hesabınızı Webmoney əl üsulu ilə artıra bilməzsiniz.Eləcə də , hesabınızda transfer (yəni ,siz portmanat hesabınızdan başqa portmanat hesabına məbləğ göndərə və başqa portmanat hesabı da sizin portmanat hesabınıza məbləğ göndərə bilməz ) əməliyyatı edə bilməzsiniz.
Limitinizi,imkanlarınızı artırmaq və hesabınızda olan qadağaları aradan qaldırmaq üçün hesabınızı özünüz onlayn şəkildə müraciət edərək QIZIL plana çevirə bilərsiniz.Bunun üçün aşağıdakı linkə daxil olub açılan pəncərədəki məlumatları doldurmalısınız .
Məlumatlarınızı doldurub müraciətinizi təsdiqlədikdən sonra 3 iş günü ərzində hesabınız STANDART plandan QIZIL plana keçiriləcəkdir.
Əgər doldurduğunuz məlumatlarda hər hansı bir səhv olarsa portmanat hesabınıza bu haqda bildiriş göndəriləcəkdir.
QIZIL PLAN-da limitlər,imkanlar və qadağalar aşağıdakı formadadır.
Limit və imkanlar – 1 il ərzində ümumilikdə həm mədaxil (mədaxil dedikdə terminallardan hesabınıza məbləğ yükləmə,plastik kart vasitəsilə balans artırma nəzərdə tutulur ) ,həm də məxaric (məxaric dedikdə pul çıxarışı,kredit ödənişi əməliyyatları nəzərdə tutulur ) birlikdə miqdarı 6000 AZN-ni keçməməlidir.
Qadağalar – Qızıl planda olan portmanat hesabı üçün nəzərdə tutulan hər hansı bir qadağa yoxdur.
Portmanat hesabınız QIZIL plandadırsa və portmanat hesabınızda olan limit ,imkanları artırmaq istəyirsinizsə hesabınızı QIZIL plandan PLATİN plana çevirməlisiniz.
Hesabınızı PLATİN plana dəyişmək şəxsiyyət vəsiqənizlə ofisimizə yaxınlaşmağınız tələb olunur. Həftə içi 5 gün iş günləri ərzində saat 10:00 – 17:00 aralığında yaxınlaşa bilərsiz. Bizim ofis Yasamal rayonu, Qurban Xəlilov.15 küçəsi, Nərimanov heykəli yaxınlığında yerləşir.
PLATİN PLAN-da limitlər,imkanlar və qadağalar aşağıdakı formadadır.
Limit və imkanlar – 1 il ərzində ümumilikdə həm mədaxil (mədaxil dedikdə terminallardan hesabınıza məbləğ yükləmə,plastik kart vasitəsilə balans artırma nəzərdə tutulur ) ,həm də məxaric (məxaric dedikdə pul çıxarışı,kredit ödənişi əməliyyatları nəzərdə tutulur ) birlikdə miqdarı 60000 AZN-ni keçməməlidir.
Qadağalar – Portmanat Platin plan olan portmanat hesabı üçün nəzərdə tutulan hər hansı bir qadağa yoxdur.
Qeyd edək ki,siz hesabınızı Standart plandan birbaşa Platin plana da çevirə bilərsiniz.
Avto ödəmə hesabınızdan əvvəlcədən qeyd edilmiş xidmətlərin ödənişini avtomatik olaraq qeyd edilən tarixdə həyata keçirmək üçün nəzərdə tutulan əlavə xidmətdir. Bir dəfə kalendarda ödəniləcək xidməti, məbləği və tarixi verilən formada qeyd etməniz kifayətdir. Göstərilən tarixdə ödəmə avtomatik həyata keçəndən sonra bildiriş SMS vasitəsilə istifadəçiyə göndəriləcəkdir.
Bəli mümkündür. Bunun üçün Ödənişlər bölməsindən “Elektron pulqabı” bölməsinə daxil olun. Mümkün olan ödəniş formaları orada qeyd edilmişdir.
Hal-hazırda mümkün deyil. Gələcəkdə mümkün olarsa bununla bağlı Portmanat istifadəçilərinə məlumat veriləcəkdir.
Partnyor ödənişləri hər ayın 5-10 aralığı edilir. Minimum məbləğ 50AZN olduqda ödənişinizi götürə bilərsiniz.
Portmanat gündəlik mikro ödənişlər üçündür. Maksimum ödəniş məbləği ödəniş üsulundan asılı olaraq 200AZN-dən 800AZN-ə kimi ola bilər.
Plastik Kart
Portmanat saytında Balans artır düyməsinə vurulur, açılan səhifədə göstərilən variantlar arasından Plastik kart seçilib vurulur. Açılan səhifədə Məbləği daxil edin xanasına istənilən məbləğ daxil edilib, Balans artır düyməsinə vurulur. Bu zaman Portmanat hesabınıza bağlı olan mobil nömrənizə SMS vasitəsilə dörd simvoldan ibarət kod göndərilir, sonra mobil nömrəyə gələn kod Şifrə xanasına daxil edilib, Təsdiq edin düyməsi vurulur. Açılan səhifədə Ödəniş səhifəsinə keçin düyməsini vurmaqla plastik kart rekivizitlərini doldurma ərizəsinə keçilir. Burada Kart nömrəsi xanasına on altı rəqəmdən ibarət plastik kartın nömrəsi, İstifadə müddəti xanasına kartın istifadə müddətinin son tarixi, CVV2/CVC2 xanasına kartın arxa üzündə əks olunmuş üç rəqəmdən ibarət olan kod daxil edilir və Təsdiq edin düyməsi vurulur.
MilliÖN – eManat
MilliÖN aparatları vasitəsilə Portmanat balansını artırmaq üçün cihazın ekranında Elektron pul kisəsi seçilir, açılan menyuda Portmanat düyməsi tapılıb vurulur. Bu zaman ödəniş menyusunda Portmanat hesabının qeydiyyatdan keçmiş nömrəsi lazımi xanada qeyd olunur, 1 AZN-dən kiçik olmayan istənilən məbləğ aparata daxil edilir və təsdiqləmə düyməsinə vurulur.
eManat aparatları vasitəsilə Portmanat balansını artırmaqdan ötrü cihazın ekranında E-pulqabı seçilir, açılan menyuda Portmanat düyməsi tapılıb vurulur. Bu zaman ödəniş menyusunda Portmanat hesabının qeydiyyatdan keçmiş nömrəsi lazımı xanada qeyd olunur, 1AZN-dən kiçik olmayan istənilən məbləğ aparata daxil edilir və təsdiqləmə düyməsinə vurulur.
Portmanat hesabınızdakı məbləği yalnız Portmanat kartla nağdlaşdıra bilərsiniz. Bunun üçün ilk öncə Portmanat kart sifariş verməlisiniz. Daha sonra şəxsi kabinetinizdən “Pul çıxarışı” bölümünə daxil olaraq Portmanat kart məlumatlarınızı daxil etməlisiniz.
Portmanat vasitəsilə internet provayderlər (Alfanet, Azeronline, Avirtel, Connect, KATV ADSL), TV (KATV1 TV, Connect TV), sosial şəbəkələr (Odnoklassniki, Vkontakte), Etopaz, Azərlotereya, TQDK (Tələbə Qəbulu Üzrə Dövlət Komitəsi), alqı-satqı saytlarında xidmət üçün müxtəlif ödənişlər, onlayn oyunlar və digər ödənişləri etmək mümkündür. Yaxın müddətdə Portmanat vasitəsilə mobil operatorlar və kommunal xidmətlərin ödənişi mümkün olacaqdır.
Portmanat vasitəsilə gün ərzində maksimal ödəniş məbləği ödənişin növündən asılı olaraq 200AZN-dən 800AZN-a kimi ola bilər.
Mobil telefonla da Portmanat.az saytına daxil olmaq mümkündür. Bununla yanaşı saytın programını endirərək, daha rahat ödənişlərinizi edə bilərsiniz.
Portmanat hesab səhifəsinə daxil olunur, Pul göndər düyməsinə vurulur. Pul göndər əməliyyatında Mobil nömrə xanasına pul göndəriləcək şəxsin Portmanat hesabına bağlı telefon nömrəsi, Məbləğ xanasına isə göndəriləcək məbləğ daxil edilir və aşağıda yerləşən Göndər düyməsinə vurulur.
Qeyd: Portmanat hesabınızdan digər Portmanat istifadəçisinə göndərəcəyiniz məbləğ 1 AZN-dən az ola bilməz.
Saytımızda mövcud olan ödənişlərin əksəriyyətində əlavə komissiya tutulmur. Əgər ödənişdə əlavə komissiya tutulursa bu məlumat ödəniş səhifəsində qeyd olunur.
Balansın Portmanat kodla artırılması gündəlik 3 dəfə və ya toplam 1000 AZN məbləğində hesablanır.
Gündəlik pul göndərmək və pul qəbul etmək limiti 800 AZN-dir.
Tez-tez verilən suallar narahatlığı necə aradan qaldırmaq olar
7 Noyabr 2021
Varikosel haqqında tez-tez verilən sualların cavabları
Varikosele nədir və onu nəyə görə müalicə etmək lazımdır?
Varikosele — toxum ciyəsi venalarının genişlənməsidir. Bu xəstəlik zamanı qan xayalardan ürək istiqamətində lazımi qaydada geri axın edə bilmir. Xayalarda qan durğunluğu yaranır, bu isə onların spermatozoid hasilatı funksiyasını pisləşdirir. Tədricən spermatozoidlərin keyfiyyəti o qədər pisləşir ki, bu onların mayalandırma qabiliyyətininin kəskin şəkildə azalmasına və nəticə etibarilə sonsuzluğa gətirib çıxarır.
Varikosele hansı səbəbdən yaranır?
Varikosele xaya venaları klapanlarının anadangəlmə zəifliyi və ya onların ümumiyyətlə olmaması nəticəsində yaranır. Varikoselenin yaranmasına həmçinin yeniyetmə dövründə ciddi fiziki yüklənmələr (məsələn, idmanla məşğul olma) səbəb olur. Varikoseleyə kişilərdə kifayət qədər tez-tez rast gəlinir. Təxminən kişilərin 8−10%-ində.
Varikosele özünü necə təzahür etdirir?
Bəzən bu xəstəlik fiziki yüklənmədən sonra xayalıqda yaranan küt, sızıldayan ağrılarla özünü təzahür etdirir. Əksər hallarda, varikoseledən əziyyət çəkən pasiyentlərin yeganə şikayəti – sperma keyfiyyətinin enməsidir.
Varikoselenin sonsuzluqla nə əlaqəsi var?
Varikosele kişi sonsuzluğunun ən çox yayılmış səbəblərindən biridir. O sonsuz kişilərin 50-55%-ində sperma keyfiyyətinin azalmasının əsas səbəbi hesab edilir.
Xayalarda venoz qan dövranının pozulması tədricən (5-15 il ərzində) spermatozoid hasilatının pozulmasına gətirib çıxarır. Birinci növbədə onların keyfiyyəti (bu qeyri-normal formalı hüceyrələrin yaranması və onların hərəkətliliyinin azalması ilə təzahür olunur), daha sonra isə onların miqdarı azalır.
Varikosele cinsi funksiyaya təsir edirmi?
Nə varikosele, nə də onun cərrahi müalicəsi kişinin cinsi potensiyasına heç cür təsir göstərmir.
Varikosele necə müəyyən edilir?
Həkim varikoseleni pasiyentə baxış keçirərkən və xaya damarlarının dopller müayinəsi zamanı müəyyən edir. Bu müayinə ambulator şəkildə həyata keçirilir və tamamilə ağrısızdır.
Varikoseleni nə vaxt müalicə etmək lazımdır?
Kişinin sperma analizi qeyri-normal olduğu və onda varikosele aşkarlandığı halda, onun müalicəsinə başlamaq lazımdır.
Varikoselenin bütün dünyada qəbul edilmiş yeganə müalicə metodu – klapan aparatı (funksiyası) pozulmuş xaya venasının sarınmasıdır. Bu əməliyyatdan sonra qan xayadan başqa venalar vasitəsilə geri axın edir. Bu əməliyyatdan sonra xayada qan dövranı yaxşılaşır. Əksər hallarda onun funksiyası tədricən normallaşmağa başlayır. Adətən bərpa prosesi 6-12 ay çəkir.
Əməliyyatdan bir ay sonra kontrol xayaların doppler müayinəsi üçün həkimi ziyarət etmək lazımdır. Daha sonra, hər 3 aydan bir spermanın kontrol müayinəsini həyata keçirmək lazımdır.
Varikoselenin cərrahi müalicəsi necə həyata keçirilir?
Varikosel əməliyyatı adətən yerli ağrıkəsicilər altında aparılır. Bugünkü gündə, laparoskopik və ya “kəsiksiz” üsulla əməliyyatlar tətbiq edilir. Bu üsulla keçirilən əməliyyat zamanı, cərrah ön qarın divarında açılan 3 kiçik dəlikdən troakar adlandırılan nazik borucuqları daxil edir. Onların vasitəsilə işıqlandırıcı cihaz ilə miniatür videokamera və venanı sarımağa imkan verən xüsusi alətlər daxil edilir. Əməliyyat orta hesabla təxminən 20 dəqiqə davam edir. Stasionarda pasiyentlər 1 sutka qalırlar. Adi həyat tərzinə və işə əməliyyatdan 7-10 gün sonra qayıtmaq olar.
Sonsuzluq zamanı varikoseleni müalicə etdikdən sonra hansı nəticələri gözləmək olar?
Xəstəliyin təkrar ortaya çıxması, əməliyyatdan bir il sonra müayinə edilən kişilərin yalnız 5%-ində qeydə alınır. Belə residivlərin yaranması venaların anatomik xüsusiyyətləri ilə bağlıdır və cərrahdan asılı deyil. Əksər hallarda, təkrar müalicə zamanı residivi aradan qaldırmaq mümkün olur. Varikoselenin təkrar yaranmasını vaxtında müəyyən etmək üçün həkim əməliyyatdan sonra pasiyenti 1 il ərzində hər 3 aydan bir kontrol ultrasəs müayinəsindən keçməyə dəvət edir. Spermanın keyfiyyətinin yaxşılaşması adətən əməliyyatdan 6-12 ay sonra müşahidə olunur. Spermanın keyfiyyətinin yüksəlməsi əməliyyat olunmuş kişilərin 40-80%-ində müşahidə olunur. Qalan hallarda bu ona görə baş vermir ki, xəstəlik xayanın funksiyasına artıq bərpaolunmaz zərər vurmuş olur. Əməliyyatdan əvvəl belə vəziyyətin olacağını proqnozlaşdırmaq mümkün deyil. Varikoselenin müalicəsi pasiyentin nəsilartırma qabiliyyətinin tam bərpasına gətirib çıxarmadığı hallarda, sonsuzluğun öhdəsindən müxtəlif köməkçi reproduktiv metodlarla gəlmək olar.
Tez-tez verilən suallar
Bir şəxsin üçüncü şəxslər qarşısında təmsilçilik üçün başqa şəxsə verdiyi vəkalət etibarnamə sayılır. Etibarnamə istənilən (nəqliyyat vasitəsinə dair sərəncam vermə hüququnu nəzərdə tutan etibarnamə istisna olmaqla) müddətə verilə bilər. Əgər etibarnamədə müddət göstərilməyibsə, o, verildiyi gündən bir il ərzində qüvvəsini saxlayır. Verildiyi tarix göstərilməyən etibarnamə etibarsızdır. Nəqliyyat vasitəsinə dair sərəncam vermə hüququnu nəzərdə tutan etibarnamə bir ildən artıq müddətə verilə bilməz. Xaricdə hərəkətlərin yerinə yetirilməsi üçün nəzərdə tutulan və qüvvədə olma müddəti göstərilməyən etibarnamə notarius tərəfindən təsdiqləndikdə, etibarnaməni vermiş şəxs tərəfindən ləğv edilənədək qüvvəsini saxlayır.
Vəsiyyət edə bilən şəxs və vəsiyyətnamənin tərtib edilməsi qaydası nədir?
Vəsiyyətnamənin tərtib edildiyi məqamda öz hərəkətləri barəsində şüurlu mühakimə yürüdə bilən və öz iradəsini aydın ifadə edə bilən yetkinlik yaşına çatmış fəaliyyət qabiliyyətli şəxs vəsiyyət edə bilər.Vəsiyyətnaməni şəxsən vəsiyyət edən tərtib etməlidir. Vəsiyyətnamənin nümayəndə vasitəsi ilə tərtibinə yol verilmir
Vərəsəlik hüququ haqqında şəhadətnamə hansı müddətdə verilir?
Vərəsəlik hüququ haqqında şəhadətnamə mülki qanunvericiliklə müəyyən edilmiş qaydada mirası qəbul etmiş vərəsələrin yazılı ərizəsi ilə bütün vərəsələrə və ya onların arzusundan asılı olaraq hər birinə ayrılıqda verilir. Vərəsəlik şəhadətnaməsi vərəsələrə mirasın açıldığı gündən altı ay keçdikdən sonra istənilən vaxt verilir.
Notarius tərəfindən tərcümənin düzgünlüyünün təsdiq edilməsi nədir?
Notarius maraqlı şəxsin tərcümə etdirmək istədiyi sənədin əsli və yaxud notarial qaydada təsdiq olunmuş surətini ona təqdim etdikdən sonra həmin sənədin tərcüməsininin düzgünlüyünü təsdiq edə bilir. Sənədi tərcüməçi tərcümə etdikdə, onun imzasının həqiqiliyinin təsdiqi, sənədlərdə imzanın həqiqiliyinin təsdiqi qaydasında aparılır. Bu halda notarius tərcüməçi tərəfindən tərcümə edilmiş sənədin mətninə görə məsuliyyət daşımır. Bir neçə dilə tərcümə olunan sənəddə hər dil üzrə tərcüməçinin imzası ayrıca təsdiq olunur.
Comments are closed, but trackbacks and pingbacks are open.