Ekstremum Nöqtəsini Necə Təyin Etmək Olar
Xətt seqmentlərini birləşdirən nöqtələr arasındakı bütün fasilələri ardıcıllıqla nəzərdən keçirin. Əgər “şübhəli” nöqtədən keçərkən törəmə işarəni artıdan mənfi ilə dəyişirsə, onda belə bir nöqtə funksiyanın maksimumu olacaqdır. Eksi ilə artı işarəsi dəyişikliyi varsa, minimum nöqtəmiz var.
Böyrək daşının kanala düşməsi
Böyrək ləyənindən konkrementin sidik axarına miqrasiyası – böyrək daşının kanala düşməsi kimi ifadə edilir. Nadir hallarda böyrək daşı birincili olaraq kanalda formalaşır.
Böyrək daşının kanala düşməsi necə baş verir?
Sidik axarına düşən daşlar müxtəlif forma, say və ölçüdə olur. Adətən böyrək daşı kanalda tək-tək müşahidə edilir. Əksər hallarda konkrement, yəni daş kanalın fizioloji daralma nöqtələrində ləngiyir. Axarda və ya kanalda daşın sıxışması üçün həmin hissənin diametri 2 mm-dən çox olmalıdır.
Kasa-ləyən sistemindən böyrək daşının kanala düşməsi
Ləyən-sidik axarı seqmenti böyrək ləyəninin keçid zonasıdır. Bu nahiyənin diametri 2-3 mm təşkil edir. Daha sonra kanalın və ya axarın mənfəzi 10 mm-ə qədər genişdir. İkinci daralma zonası qalça damarları səviyyəsində olub, 4 mm diametrindədir. Üçüncü daralma nahiyəsi isə sidik kisəsi-axar seqmenti sayılır. Burada diametr 1-5 mm arasında dəyişir. Daş kiçik ölçülü olduqda bu hissələrdən keçib xaric ola bilər.
Daşın ləngiməsi ilə bağlı statistik göstəricilər
Sidik axarının yuxarı 1/3-də daşların 25%-i, orta 1/3-də 45%-i, aşağı 1/3-də isə 70%-i ləngiyir. Sidik axarında birincili daşa nadir hallarda təsadüf edilir. Buna ureterosel, şişlər, axarın ektopiyası, striktura, yad cisimlər səbəb olur. Ureterosel – axarda kisəvari, daxilində maye olan strukturdur. Axarın ektopiyası – normal anatomik lokalizasiyasından fərqli hissədə yerləşmədir. Striktura – axarın daralması deməkdir.
Böyrək daşının əmələ gəlməsi və kanala düşməsi nə ilə əlaqəlidir?
Daşların əmələ gəlməsində fosfor, sidik turşusu mübadiləsinin pozulması böyük rol oynayır. Xəstəliyin patogenezi sidiyin pH-nın dəyişməsi, onun kolloid vəziyyətinin və həlledici xüsusiyyətinin pisləşməsi ilə bağlıdır. Bundan əlavə infeksion proseslərin təsiri də qaçılmazdır.
Böyrəyin daşının kanala düşməsi hansı əlamətlərlə bilinir?
Daşın kanala və ya axara düşməsinin kliniki şəkli sidik axınının hissəvi və ya tam blokadası ilə əlaqəlidir. Bu zaman sancı yaranır. Axarın mənfəzi hissəvi tutulduqda arxa qabırğa-onurğa kənarında küt ağrılar meydana çıxır.
Axarın və ya kanalın tam obturasiyasında (bağlanmasında) sidik axını anidən dayanır və ləyəndaxili təzyiq artır. Böyrək toxumasında mikrosirkulyasiyanın pozulması və sinir uclarının qıcıqlanması intensiv ağrı sindromu ilə nəticələnir.
Böyrək daşının kanala düşməsi necə təyin edilir?
İntensiv sancı və böyrək ağrısı kanalda daş olmasını təxmin etməyə imkan verir. Böyrək proyeksiyasının palpasiyası çox ağrılı, Pasternatski simptomu isə müsbət olur. Pasternatskı sınağı – yan tərəflərdən böyrəyi döyəcləməklə aparılır. Ağrının olması onun böyrəkdən qaynaqlandığına işarə edir.
Sancını aradan qaldırdıqdan sonra Turne nöqtələrinin (axarın və ya kanalın fizioloji daralma zonaları) palpasiyasında ağrı hissiyatı saxlanılır. Uroloji ultrasəs müayinəsində kasa-ləyən sisteminin genişlənməsi, kanalın diametrinin artması izlənilir. Qarın və çanaq boşluğunun icmal rentgenoqrafiyasında kalsium tərkibli daşları görmək mümkündür.
Böyrək daşının kanala düşməsi hansı müalicə üsulunu tələb edir?
Konservativ, yəni dərman müalicəsi ilə gözləmə taktikası konkrementin ölçüsü 3 mm-dən kiçik olduqda effektiv sayılır. Bu halda spazmolitiklər, su yüklənməsi, urolitiklər, antibiotiklər və bəzən isə fizioterapiya tətbiq edilir.
Böyrək daşı kanalda 3 mm-dən böyük ölçüdədirsə, bu zaman cərrahi yolla müdaxiləyə ehtiyac yaranır.
Xülasə
İldə 2 dəfə profilaktik məqsədlə uroloq və ya uroloq-androloqun müayinəsindən keçərək, daşın kanala düşməsinin və kəskin vəziyyətin qarşısını ala bilərsiniz. Həkimlərin fiziki müayinəsindən əlavə bəzi laborator və instrumental müayinələr də tövsiyə olunur. Bura sidiyin ümumi analizi və böyrəklərin ultrasəs müayinəsi aiddir.
Ekstremum Nöqtəsini Necə Təyin Etmək Olar
Riyaziyyatda ekstrema müəyyən bir funksiyanın verilmiş çoxluqdakı minimum və maksimum dəyəri kimi başa düşülür. Funksiyanın ekstremuma çatdığı nöqtəyə ekstremum nöqtəsi deyilir. Riyazi analiz praktikasında bəzən bir funksiyanın lokal minimum və maksimum anlayışları da seçilir. Ekstremum nöqtəsini necə təyin etmək olar
Təlimat
Addım 1
Funksiyanın törəməsini tapın. Məsələn, y = 2x / (x * x + 1) funksiyası üçün törəmə aşağıdakı kimi hesablanacaq: y ‘= (2 (x * x + 1) – 2x * 2x) / (x * x + 1)) * (x * x + 1) = (2 – 2x * x) / (x * x + 1) * (x * x + 1).
Addım 2
Tapılan törəməni sıfıra bərabərləşdirin: (2 – 2x * x) / (x * x + 1) * (x * x + 1) = 0; 2- 2x * x = 0; (1 – x) (1 + x)) = 0.
Addım 3
Nəticədə ifadə olunan dəyişənin dəyərini, yəni dəyişənin sıfıra bərabər olmasını təyin edin. Baxılan nümunə üçün əldə edirik: x1 = 1, x2 = -1.
Addım 4
Əvvəlki addımda əldə edilmiş dəyərlərdən istifadə edərək koordinat xəttini fasilələrə bölün. Xəttin üzərində funksiyanın qırılma nöqtələrini də qeyd edin. Bu cür nöqtələrin koordinat oxundakı toplanmasına ekstremum üçün “şübhəli” nöqtələr deyilir. Bizim nümunəmizdə düz xətt üç fasiləyə bölünəcəkdir: mənfi sonsuzluqdan -1; -1-dən 1-ə qədər; 1-dən plus sonsuzluğa.
Addım 5
Nəticədə yaranan intervallardan hansının törəməsinin müsbət olacağını və hansının mənfi dəyər alacağını hesablayın. Bunu etmək üçün, dəyəri intervaldan törəmə əvəz edin.
Addım 6
İlk aralıq üçün, məsələn, -2 dəyərini götürün. Bu vəziyyətdə törəmə -0, 24 olacaqdır. İkinci aralıq üçün 0 dəyərini götürün; funksiyanın törəməsi -0.24 olacaqdır. Üçüncü aralıqda alınan 2-yə bərabər olan dəyər -0.24 əmsalı verəcəkdir.
Addım 7
Xətt seqmentlərini birləşdirən nöqtələr arasındakı bütün fasilələri ardıcıllıqla nəzərdən keçirin. Əgər “şübhəli” nöqtədən keçərkən törəmə işarəni artıdan mənfi ilə dəyişirsə, onda belə bir nöqtə funksiyanın maksimumu olacaqdır. Eksi ilə artı işarəsi dəyişikliyi varsa, minimum nöqtəmiz var.
Addım 8
Nümunədən də göründüyü kimi -1 nöqtəsindən keçərək funksiyanın törəməsi işarəni mənfi ilə artı arasında dəyişir. Başqa sözlə, bu minimum nöqtədir. 1-dən keçərkən işarə artıdan mənfi ilə dəyişir, buna görə funksiyanın maksimum nöqtəsi adlanan ekstremumla məşğul oluruq.
Addım 9
Seqmentin uclarında və tapılan ekstremal nöqtələrində nəzərdən keçirilən funksiyanın dəyərini hesablayın. Ən kiçik və ən böyük dəyərləri seçin.
Diskin fiziki və məntiqi strukturu
İxtiyari diskin iki strukturu (formatı) mövcuddur: fiziki və məntiqi. Fiziki maqnit disklər bir neçə məntiqi diskə bölünə bilər.
Verilənlər diskin maqnit örtüyündə konsentrik çevrələr şəklində yazılır ki, bu da cığır adlanır. Sektor – diskin, verilənlərin yazılması mümkün olan ən kiçik fiziki sahəsidir. Hər bir çığır öz növbəsində bir neçə sektordan ibarət olur. Aydındır ki, diskdə cığır və sektorların sayı nə qədər çox olarsa, onda diskin informasiya tutumu da bir o qədər çox olar.
Fiziki format diskin baytlarla ölçüsünü, cığırdakı sektorların və üzlərin sayını təyin edir. Diskin cığır və sektorlara bölünməsi fiziki və ya aşağı səviyyəli formatlaşdırma adlanır. Bu prosedura sərt diskin hazırlanmasında yerinə yetirilir. Fiziki formatlaşdırmada kontroller diskin sektorlarını təyin edərək onları nömrələyir.
Sərt disklə iş adətən fiziki diskin bir və ya bir neçə məntiqi bölmələrə bölünməsi prosedurası ilə başlayır. Vinçesterin məntiqi disklərə bölünməsi MS-DOS-un Fdisk (Fixed Disk) proqramı ilə həyata keçirilir. Bu proqramla məntiqi diski C:, D:, E: və s. kimi məntiqi disklərə bölmək mümkündür. Məntiqi disk – adi fiziki maqnit diskin ada malik olan bir hissəsidir. Əməliyyat sisteminin yazıldığı disk sistem disk (və ya yükləyici disk) adlanır. Adətən sistem diski kimi C:-dən istifadə edilir. Bəzən sistemdə nasazlıqlar yarandıqda əməliyyat sistemini optik disklərdən də yükləmək mümkündür.
Vinçester məntiqi disklərə bölündükdən sonra diskin sistem sahəsi yaradılmalıdır ki, bu da məntiqi və ya yüksək səviyyəli formatlaşdırma adlanır. Yüksək səviyyəli formatlaşdırma format.com proqramı ilə həyata keçirilir.
Diskin fayl strukturu
Fayla müraciətdə istifadəçi onun yolunu və adını göstərməlidir.
Diskdəki verilənlərə müraciətdə ƏS burada yerləşən faylların yerləşmə cədvəlindən (FAT – File Allocation Table), baş kataloq və alt kataloqlardan istifadə edir. başlanğıc sektor yükləyici yazı (Boot Record), faylların yerləşmə cədvəli, baş kataloq və diskin boş yaddaş sahəsi birlikdə verilənlər sahəsi adlanmaqla diskin fayl strukturunu təşkil edir.
Verilənlərin yerləşmə strukturu aşağıdakı kimidir:
Yükləyici yazı (Boot Record) hər bir məntiqi diskin 0 nömrəli sektorunda yerləşir. Burada diskin formatı haqqında verilənlər və əməliyyat sisteminin başlanğıc yükləmə prosedurasını həyata keçirən qısa proqram yerləşir.
Yükləyici sektor diskin formatlaşdırılması zamanı yaranır.
Bildiyimiz kimi, hər bir fiziki disk bir neçə məntiqi diskə bölünə bilər. Sərt diskdə baş yükləyici yazı (və ya sektor) (MBR-Master Boot Record) adlanan sahə mövcuddur. MBR, ƏS-nin hansı məntiqi diskdən yüklənməli olduğunu göstərir.
Faylların yerləşmə cədvəli. FAT yükləyici sektordan sonra yerləşir. Faylların yerləşmə cədvəli iş prosesində diskin məzmununu dəyişir, yəni yeni fayllar əlavə olunur, fayllar silinir və s. Bu əməliyyatları yerinə yetirilməsi üçün fayllar arası disk yaddaşının paylanmasına fasiləsiz olaraq nəzarət olunmalıdır. MS-DOS-da bu məsələ faylların yerləşmə cədvəlinin (FAT) köməyi ilə həll olunur. Hər bir fayl üçün FAT-da elementlərin zənciri yaradılır. Faylın adı yerləşən kataloqda zəncirin başlanğıc göstəricisi olur.
Bu cür təşkilin əsas üstünlüyü ondadır ki, fayllara birbaşa müraciət mümkündür. Çatışmayan cəhəti isə faylların silinməsi, yaradılması və tutumunun dəyişdirilməsində diskin fraqmentasiyasıdır (boş sahələrin yaranması). Fraqmentasiya diskdəki verilənlərə müraciət vaxtının artmasına səbəb olur. Bunu aradan qaldırmaq üçün defraqmentasiya (defrag) adlanan xidməti proqramdan istifadə edilir.
Verilənlər sahəsi diskin baş kataloqunun sonundan sonuncu sektora kimi olan böyük bir sahəni tutur. Yaddaş verilənlər sahəsindən bir və ya bir neçə ardıcıl sektorlar qrupunu ayırır ki, bu da klaster adlanır. Sektorun ölçüsü adətən 512 bayt olur.
Klasterin ölçüsü, yəni sektorların sayı məntiqi diskdən asılı olaraq ƏS tərəfindən təyin olunur. Böyük ölçülü klasterlərdən istifadə diskin fraqmentasiyasını azaldır. Klasterin ölçüsünün kiçildilməsini sərt diski bir neçə məntiqi diskə bölməklə həyata keçirmək olar.
FAT elementlərinin uzunluğu 12, 16 və 32 bit olur.
Etibarlığı təmin etmək üçün FAT-ın ardınca onun ikinci surəti yerləşir. Amma DOS FAT‑ın ikinci surətindən istifadə etmir.
Qeyd edək ki, FAT fayl sistemi MS DOS və Windows 9x ƏS-də istifadə olunur, müasir Windows ƏS-lərində isə NTFS (NT File System) – NT File sistemindən istifadə olunur.
Comments are closed, but trackbacks and pingbacks are open.