Press "Enter" to skip to content

Hər kəsin bilməsi vacib olduğu qayda: Ev tikmək üçün rüsum və icazəyə ehtiyac yoxdur

Bu nişanı vurmaqla yolayrıcında dairəvi hərəkətin təşkil olunmağının üstünlükləri :

Maddə 65. Məcburi hərəkət istiqaməti nişanları

Məcburi hərəkət istiqaməti nişanları sürücülərə nəqliyyat vasitələrinin hərəkətinə icazə verilmiş istiqamətləri, sürəti və müəyyən hərəkət iştirakçılarının hərəkəti üçün nəzərdə tutulan yolları göstərir. 9 ədəd məcburi hərəkət istiqaməti nişanı var. 4.9 nişanından başqa bu nişanlar dairəvi formalı, mavi fonludur və 9-u da müvafiq yol sahəsinin bilavasitə qarşısında quraşdırılır

4.1.1 Düzünə hərəkət

Nişan nəqliyyat vasitələrinə oxla göstərilmiş istiqamətdə – düzünə hərəkətə icazə verir. Nişan yolayrıcının qarşısında və ya yola girən yerdə vurulur.

Nişan yolayrıcının qarşısında qoyulduqda, əgər kəsişən yolda ortada ayırıcı zolaq yoxdursa bütün yolayrıcına aid olur. Bu yolayrıcında ancaq düzünə hərəkətə icazə verilir. Sağa, sola və geriyə hərəkətə icazə verilmir.

Əgər kəsişən yolda ortada ayırıcı zolaq olarsa, qarşısında qoyulduğu yolun hərəkət hissəsinin kəsişmə yerinə aid olur. Yəni, şəkildə göstərilən qırmızı rəngli kəsişmə yerinə aid olur.

Birinci kəsişmədən ancaq düzünə getmək olar, ikinci kəsişmədə isə nişan qüvvəsini itirir. İkinci kəsişmədən başqa istiqamətə də getmək olar. Aşağıdakı şəkildə görürsünüz ki, sol zolaqdakı minik avtomobili ikinci kəsişmədən sola və geriyə də gedə bilər.

Ortada ayırıcı zolağı olan yolayrıcında ikinci kəsişmədə də düzünə hərəkət etmək zərurəti yaranarsa, bu nişan aşağıdakı şəkildəki kimi ayırıcı zolaqda təkrar vurulmalıdır.

Bu nişan ortada ayırıcı zolağı olan çoxzolaqlı magistral yollarda geriyə dönməni qadağan etmək üçün aşağıdakı şəkildəki kimi ayırıcı zolağın kəsiyində də vurula bilər

Nişan yola girən yerdə vurulduqda ən yaxın yolayrıcına qədər qüvvədə olur. Növbəti yolayrıcında istənilən tərəfə getmək olar.

Nişan növbəti yolayrıcına qədər düzünə getməklə bərabər sağdakı həyətlərə və yola bitişik digər ərazilərə yəni, yanacaqdoldurma məntəqəsinə, duracaq yerinə və s. yerlərə də sağa dönməyə icazə verir.

Bu şəkildə minik avtomobili qaydalara uyğun olaraq sağdakı həyətə daxil olmaq üçün sağa dönür.

Bu nişan vurulan yolda geriyə və soldakı həyətlərə dönmək olmaz.

Bəzən sürücülər səhvən elə başa düşürlər ki, yolun bu nişan vurulan hissəsində dal-dalı hərəkət qadağandır. Başqa qaydalarla dal-dalı hərəkət qadağan olunmazsa bu sahədə dal-dalı hərəkətə icazə verilir. İki tərəfli hərəkət olan yola girən yerdə nişanı vurmaqla qarşılıqlı hərəkət axınını bir-birindən ayırırlar ki, onların yolları kəsişməsin.

Yola girən yerdə vurulan bu nişanı gördükdə bəzi sürücülər elə başa düşür ki, mütləq düzünə, həmin nişan vurulan yola getməlidirlər. Şəkildə gördüyünüz vurulan nişan bu yola girdikdən sonra növbəti yolayrıcına qədər düzünə getməyi tələb etsə də, şəkildəki yolayrıcındakı hərəkət istiqamətinə bu nişanın aidiyyəti yoxdur. Bu yolayrıcında istənilən tərəfə getmək olar.

Nişanın qüvvəsi avtomobil nəqliyyatı ilə sərnişin və baqaj daşıma qaydalarına uyğun olaraq təsdiq edilmiş marşrut sxemi üzrə reyslərin yerinə yetirilməsi zamanı ümumi istifadədə olan nəqliyyat vasitələrinə şamil edilmir. Yəni, bu avtobusun marşrutu sağa dönməklə davam edirsə o nişanın tələbindən kənara çıxmaqla sağa gedə bilər.

Maddə 1.44. Ümumi istifadədə olan nəqliyyat vasitəsi – sərnişin daşıması üçün nəzərdə tutulmuş, müəyyən edilmiş marşrut üzrə təyin edilmiş dayanacaqlarla hərəkət edən nəqliyyat vasitəsidir (avtobus,trolleybus,tramvay). Marşrut avtobusu yalnız qrafikdə göstərilən vaxtda, təsdiq edilmiş marşrut üzrə hərəkət edərkən bu nişanın tələbi ona şamil edilmir. Yəni, şəhərdə işləyən 11 nömrəli marşrut avtobusu hər hansı bir səbəbdən 20 nömrəli marşrut avtobusunun hərəkət etdiyi yolla gedərsə bu vaxt nişanın güzəşti ona şamil edilmir. O ancaq düzünə gedə bilər.

Bu nişanı çox vaxt dördbucaq formasında olan 5.5 “Birtərəfli yol” nişanı ilə səhv salırlar. Bu nişan dairə formasında, “Birtərəfli yol” nişanı isə kvadrat formasında olur. Birtərəfli yolda hərəkət istiqaməti barədə bir tələb olur: birtərəfli hərəkətin əksinə getmək olmaz. Yəni, bu nişan vurulduqda birtərəfli yolun əksinə, geriyə getmək olmaz. Başqa məhdudiyyət yoxdursa düzünə, sağa və sola getmək olar.

4.1.2 Sağa hərəkət

Nişan yolayrıcının qarşısında vurulur və ancaq sağa hərəkətə icazə verir. Düzünə, sola və geriyə hərəkətə icazə verilmir. Nişan yolayrıcının qarşısında qoyulduqda, əgər kəsişən yolda ortada ayırıcı zolaq yoxdursa bütün yolayrıcına aid olur.

Əgər kəsişən yolda ortada ayırıcı zolaq olarsa, nişan qarşısında qoyulduğu yolun hərəkət hissəsinin şəkildəki qırmızı rəngli kəsişmə yerinə aid olur. İkinci kəsişmədə isə nişan qüvvəsini itirir.

Nişanın qüvvəsi avtomobil nəqliyyatı ilə sərnişin və baqaj daşıma qaydalarına uyğun olaraq təsdiq edilmiş marşrut sxemi üzrə reyslərin yerinə yetirilməsi zamanı ümumi istifadədə olan nəqliyyat vasitələrinə şamil edilmir.Yəni, marşrut avtobusu yalnız qrafikdə göstərilən vaxtda, təsdiq edilmiş marşrut üzrə hərəkət edərkən bu nişanın tələbi ona şamil edilmir.

Eyni zamanda nəzərə almalısınız ki, nəqliyyat vasitəsi sağa dönərkən, hərəkət hissəsinin mümkün qədər sağ kənarına yaxın hərəkət etməlidir. (Maddə 42.VII)

Bəzən sürücülər səhvən elə başa düşürlər ki, bütün nəqliyyatlar sağa getdiyindən sağa dönmə göstəricisini yandırmağa ehtiyac yoxdur. Yadda saxlamalısınız ki, yalnız yol özü döndükdə dönmə göstəricisini yandırmağa ehtiyac olmur.

Bu nişanı çox vaxt 5.7.2 “Birtərəfli hərəkət yoluna çıxış” – sağa nişanı ilə səhv salırlar. Bu nişan dördbucaq formasındadır və sağa birtərəfli yolda hərəkət istiqaməti barədə bir tələbi olur: birtərəfli hərəkətin əksinə getmək olmaz. Yəni, bu nişan vurulduqda birtərəfli yolun əksinə, sola getmək olmaz. Başqa məhdudiyyət yoxdursa düzünə, sağa və geriyə getmək olar.

4.1.3 Sola hərəkət

Nişan yolayrıcının qarşısında vurulur. Bu yolayrıcında ancaq sola və geriyə hərəkətə icazə verilir. (Sola hərəkətə icazə verən nişanlar geriyə hərəkətə də icazə verir – gəldiyiniz yol birtərəfli olduqda geriyə dönmək olmaz). Düzünə və sağa hərəkətə icazə verilmir.

Nişan yolayrıcının qarşısında qoyulduqda, əgər kəsişən yolda ortada ayırıcı zolaq yoxdursa bütün yolayrıcına aid olur.

Əgər kəsişən yolda ortada ayırıcı zolaq olarsa, qarşısında qoyulduğu yolun hərəkət hissəsinin kəsişmə yerinə aid olur. İkinci kəsişmədə isə nişan qüvvəsini itirir.

Nişanın qüvvəsi avtomobil nəqliyyatı ilə sərnişin və baqaj daşıma qaydalarına uyğun olaraq təsdiq edilmiş marşrut sxemi üzrə reyslərin yerinə yetirilməsi zamanı ümumi istifadədə olan nəqliyyat vasitələrinə şamil edilmir. Yəni, marşrut avtobusu yalnız qrafikdə göstərilən vaxtda, təsdiq edilmiş marşrut üzrə hərəkət edərkən bu nişanın tələbi ona şamil edilmir.

Eyni zamanda nəzərə almalısınız ki, sola elə dönmək lazımdır ki, nəqliyyat vasitəsi hərəkət hissələrinin kəsişdiyi yerdən çıxarkən qarşıdan gələn nəqliyyatın yoluna keçməsin.(Maddə 42.VII). Bu maddədə kəsişən yoldakı qarşıdan gələn nəqliyyat nəzərdə tutulur.

Bu nişanı çox vaxt 5.7.1 “Birtərəfli hərəkət yoluna çıxış”- sola nişanı ilə səhv salırlar. Bu nişan dördbucaq formasındadır və sola birtərəfli yolda hərəkət istiqaməti barədə bir tələbi olur: birtərəfli hərəkətin əksinə getmək olmaz. Yəni, bu nişan vurulduqda birtərəfli yolun əksinə, sağa getmək olmaz. Başqa məhdudiyyət yoxdursa düzünə, sola və geriyə getmək olar.

4.1.4 Düzünə və ya sağa hərəkət

Nişan yolayrıcının qarşısında vurulur, ancaq düzünə və sağa hərəkətə icazə verir. Sola və geriyə hərəkətə icazə verilmir.

Nişan yolayrıcının qarşısında qoyulduqda, əgər kəsişən yolda ortada ayırıcı zolaq yoxdursa bütün yolayrıcına şamil edilir.

Əgər kəsişən yolda ortada ayırıcı zolaq olarsa, qarşısında qoyulduğu yolun hərəkət hissəsinin kəsişmə yerinə aid olur. İkinci kəsişmədə isə nişan qüvvəsini itirir.

Aşağıdakı şəkildə də kəsişən yolda ayırıcı zolaq olduğundan “Düzünə və ya sağa hərəkət” nişanı ancaq birinci kəsişməyə təsir edir. İkinci kəsişmədə isə orada olan “Düzünə və ya sola hərəkət” nişanının tələbinə əməl etmək lazımdır.

Çox zolaqlı yolda sürücü zolaq tutmaq qaydasına da əməl etməlidir. “Zolaqlarda hərəkət istiqamətləri” nişanları və hərəkət hissəsində zolaqlar üzrə icazə verilmiş istiqamətləri göstərən üfiqi nişanlanma yoxdursa, icazə verilən maksimum kütləsi 3,5 tondan çox olan yük avtomobillərindən başqa digər nəqliyyatlar düzünə getmək üçün istənilən zolağı, sağa getmək üçün isə sağ zolağı tutmalıdır.

Əgər yolda “Zolaqlarda hərəkət istiqamətləri” nişanları və hərəkət hissəsində zolaqlar üzrə icazə verilmiş istiqamətləri göstərən üfiqi nişanlanma varsa, nişanın tələbi ilə bərabər onların da tələbinə əməl etmək lazımdır.

Soldakı şəkildə düzünə və sağa hərəkətə icazə verilsədə “Zolaqlarda hərəkət istiqamətləri” nişanının da tələbinə əməl etmək lazımdır. Sağa getmək üçün ancaq sağ zolağı, düzünə getmək üçün isə sol zolağı tutmaq lazımdır. Sağdakı şəkildə isə (şəkildə “Düzünə və ya sağa hərəkət” nişanı görünmür) hərəkət hissəsində zolaqlar üzrə icazə verilmiş istiqamətləri göstərən üfiqi nişanlanmanın da tələbinə əməl etmək lazımdır. Sağ zolaqdan ancaq sağa, sol zolaqdan isə düzünə və sağa getmək olar.

Hərəkət düzgün təşkil edilərsə yol nişanına aid qaydalarla üfiqi nişanlanmaya aid qaydalar arasında ziddiyət olmamalıdır. Bu qanunun 61.VI-I və 69.II-I maddələrində göstərilib. Yəni, bütün yolayrıcına aid olan zolaqlar üzrə icazə verilmiş istiqamətləri göstərən üfiqi nişanlanma olan yolayrıcında ikinci kəsişmədə başqa məcburi hərəkət istiqaməti nişanı vurlumamalıdır.

Nişanın qüvvəsi avtomobil nəqliyyatı ilə sərnişin və baqaj daşıma qaydalarına uyğun olaraq təsdiq edilmiş marşrut sxemi üzrə reyslərin yerinə yetirilməsi zamanı ümumi istifadədə olan nəqliyyat vasitələrinə şamil edilmir.Yəni, marşrut avtobusu yalnız qrafikdə göstərilən vaxtda, təsdiq edilmiş marşrut üzrə hərəkət edərkən bu nişanın tələbi ona şamil edilmir.

Eyni zamanda nəzərə almalısınız ki, nəqliyyat vasitəsi sağa dönərkən, hərəkət hissəsinin mümkün qədər sağ kənarına yaxın hərəkət etməlidir. (Maddə 42.VII)

Sürücülərdə bəzən sual yranır ki, “ Sola dönmək qadağandır” nişanı ilə bu nişanın nə fərqi var. 1-si dörd tərəfli yolayrıcında bu nişan vurulduqda sola və geriyə dönmək qadağandır. “Sola dönmək qadağandır” nişanında isə yalnız sola dönmək qadağandır, geriyə getmək olar. 2-si bu nişanın qüvvəsi marşrutla hərəkət edən nəqliyyatlara şamil edilməsə də , “Sola dönmək qadağandır” nişanı marşrutla hərəkət edən nəqliyyatların da sola dönməsini qadağan edir. 3-sü yalnız sola davamı olan üç tərəfli yolayrıcında bu nişanı vurmaq olmur. Əgər bütün parametrlər hər iki nişanın vurulmasını məqbul sayırsa bu zaman standartlar bu nişanı vurmağı tələb edir.

4.1.5 Düzünə və ya sola hərəkət

Nişan yolayrıcının qarşısında vurulur. Bu yolayrıcında ancaq düzünə, sola və geriyə hərəkətə icazə verilir. (Sola hərəkətə icazə verən nişanlar geriyə hərəkətə də icazə verir – gəldiyiniz yol birtərəfli olduqda geriyə dönmək olmaz). Sağa hərəkətə icazə verilmir.

Nişan yolayrıcının qarşısında qoyulduqda, əgər kəsişən yolda ortada ayırıcı zolaq yoxdursa bütün yolayrıcına aid olur.

Əgər kəsişən yolda ortada ayırıcı zolaq olarsa, qarşısında qoyulduğu yolun hərəkət hissəsinin kəsişmə yerinə aid olur. İkinci kəsişmədə isə nişan qüvvəsini itirir.

Çox zolaqlı yolda sürücü zolaq tutmaq qaydasına da əməl etməlidir. “Zolaqlarda hərəkət istiqamətləri” nişanları və hərəkət hissəsində zolaqlar üzrə icazə verilmiş istiqamətləri göstərən üfiqi nişanlanma yoxdursa, icazə verilən maksimum kütləsi 3,5 tondan çox olan yük avtomobillərindən başqa digər nəqliyyatlar düzünə getmək üçün istənilən zolağı, sola və geriyə getmək üçün isə sol kənar zolağı tutmalıdır.

Əgər yolda “Zolaqlarda hərəkət istiqamətləri” nişanları və hərəkət hissəsində zolaqlar üzrə icazə verilmiş istiqamətləri göstərən üfiqi nişanlanma varsa nişanın tələbi ilə bərabər onların da tələbinə əməl etmək lazımdır.

Soldakı şəkildə düzünə və sola hərəkətə icazə verilsədə (şəkildə “Düzünə və ya sola hərəkət” nişanı görünmür) “Zolaqlarda hərəkət istiqamətləri” nişanının da tələbinə əməl etmək lazımdır. Sol zolaqdan ancaq sola və geriyə, sağ zolaqdan isə düzünə və sola getmək olar. Sağdakı şəkildə isə(şəkildə “Düzünə və ya sola hərəkət” nişanı görünmür) hərəkət hissəsində zolaqlar üzrə icazə verilmiş istiqamətləri göstərən üfiqi nişanlanmanın da tələbinə əməl etmək lazımdır. Sol zolaqdan ancaq sola və geriyə, sağ zolaqdan isə düzünə və sola getmək olar. Şəkildəki vəziyyətdə svetaforun siqnallarının tələbinə də əməl etmək lazımdır.

Nişanın qüvvəsi avtomobil nəqliyyatı ilə sərnişin və baqaj daşıma qaydalarına uyğun olaraq təsdiq edilmiş marşrut sxemi üzrə reyslərin yerinə yetirilməsi zamanı ümumi istifadədə olan nəqliyyat vasitələrinə şamil edilmir. Yəni, marşrut avtobusu yalnız qrafikdə göstərilən vaxtda, təsdiq edilmiş marşrut üzrə hərəkət edərkən bu nişanın tələbi ona şamil edilmir.

Eyni zamanda nəzərə almalısınız ki, sola elə dönmək lazımdır ki, nəqliyyat vasitəsi hərəkət hissələrinin kəsişdiyi yerdən çıxarkən qarşıdan gələn nəqliyyatın yoluna keçməsin.(Maddə 42.VII). Bu maddədə kəsişən yoldakı qarşıdan gələn nəqliyyat nəzərdə tutulur.

Sürücülərdə bəzən sual yaranır ki, eyni istiqamətlərə icazə verən “ Sağa dönmək qadağandır” nişanı ilə bu nişanın nə fərqi var. 1-si bu nişanın qüvvəsi marşrutla hərəkət edən nəqliyyatlara şamil edilməsə də, “Sağa dönmək qadağandır” nişanı marşrutla hərəkət edən nəqliyyatların da sağa dönməsini qadağan edir. 2-si yalnız sağa davamı olan üç tərəfli yolayrıcında və dairəvi hərəkət olan yolayrıcında bu nişanı vurmaq olmur. Əgər bütün parametrlər hər iki nişanın vurulmasını məqbul sayırsa bu zaman standartlar bu nişanı vurmağı tələb edir.

4.1.6 Sağa və ya sola hərəkət

Nişan yolayrıcının qarşısında vurulur. Bu yolayrıcında ancaq sağa, sola və geriyə hərəkətə icazə verilir. Düzünə hərəkətə icazə verilmir.

Nişan yolayrıcının qarşısında qoyulduqda, əgər kəsişən yolda ortada ayırıcı zolaq yoxdursa bütün yolayrıcına aid olur.

Əgər kəsişən yolda ortada ayırıcı zolaq olarsa, qarşısında qoyulduğu yolun hərəkət hissəsinin kəsişmə yerinə aid olur. İkinci kəsişmədə isə nişan qüvvəsini itirir.

Çox zolaqlı yolda sürücü zolaq tutmaq qaydasına da əməl etməlidir. “Zolaqlarda hərəkət istiqamətləri” nişanları və hərəkət hissəsində zolaqlar üzrə icazə verilmiş istiqamətləri göstərən üfiqi nişanlanma yoxdursa nəqliyyatlar sağa getmək üçün sağ zolağı, sola və geriyə getmək üçün isə sol kənar zolağı tutmalıdır.

Əgər yolda “Zolaqlarda hərəkət istiqamətləri” nişanları və hərəkət hissəsində zolaqlar üzrə icazə verilmiş istiqamətləri göstərən üfiqi nişanlanma varsa nişanın tələbi ilə bərabər onların da tələbinə əməl etmək lazımdır.

Nişanın qüvvəsi avtomobil nəqliyyatı ilə sərnişin və baqaj daşıma qaydalarına uyğun olaraq təsdiq edilmiş marşrut sxemi üzrə reyslərin yerinə yetirilməsi zamanı ümumi istifadədə olan nəqliyyat vasitələrinə şamil edilmir. Yəni, marşrut avtobusu yalnız qrafikdə göstərilən vaxtda, təsdiq edilmiş marşrut üzrə hərəkət edərkən bu nişanın tələbi ona şamil edilmir.

Eyni zamanda nəzərə almalısınız ki, nəqliyyat vasitəsi sağa dönərkən, hərəkət hissəsinin mümkün qədər sağ kənarına yaxın hərəkət etməlidir. Sola isə elə dönmək lazımdır ki, nəqliyyat vasitəsi hərəkət hissələrinin kəsişdiyi yerdən çıxarkən qarşıdan gələn nəqliyyatın yoluna keçməsin. Bu maddədə kəsişən yoldakı qarşıdan gələn nəqliyyat nəzərdə tutulur. (Maddə 42.VII)

4.2.1 Maneəni sağdan keçmə

Nişan maneəni ancaq sağdan keçməyə icazə verir. Nişan ayırıcı zolağın başlanğıcında olan təhlükəsizlik adacığını və təmir işi və ya başqa səbəbli hərəkət hisəssindəki müxtəlif maneəni yan keçməyin istiqamətini göstərmək üçün quraşdırılır.

4.2.2 Maneəni soldan keçmə

Nişan maneəni ancaq soldan keçməyə icazə verir. Nişan ayırıcı zolağın başlanğıcında olan təhlükəsizlik adacığını və təmir işi və ya başqa səbəbli hərəkət hisəssindəki müxtəlif maneəni yan keçməyin istiqamətini göstərmək üçün quraşdırılır.

4.2.3 Maneəni sağdan və ya soldan keçmə

Nişan maneəni soldan və ya sağdan keçməyə icazə verir. Nişan ayırıcı zolağın başlanğıcında olan təhlükəsizlik adacığını və təmir işi və ya başqa səbəbli hərəkət hisəssindəki müxtəlif maneəni yan keçməyin istiqamətini göstərmək üçün quraşdırılır.

Maddə 61.VI-I Müvəqqəti yol nişanlarının tələbləri ilə daimi yol nişanlarının , nişanlama xətlərinin və digər texniki vasitələrin tələbləri arasında ziddiyyət və ya uyğunsuzluq olarsa, müvəqqəti yol nişanlarına üstünlük verilməlidir. Aşağıdakı şəkildə ortada qırıq-qırıq xətt olsa da , ortada bütöv xətt olduqda da bu maddəyə əsasən bütöv xətti basaraq maneəni soldan da keçmək olar.

4.3 Dairəvi hərəkət

Nişan qarşısında vurulduğu yolayrıclarında (meydanlarda) dairəvi hərəkət təşkil olunduğunu və yalnız oxlarla göstərilmiş istiqamətdə dairəvi hərəkətə icazə verildiyini bildirir. Ölkəmizdə sağtərəfli hərəkət olduğundan dairəvi hərəkət saat əqrəbinin əksinədir.

Bu nişan dairəvi hərəkət təşkil olunan yolayrıcındakı bütün girişlərin qarşısında vurulmalıdır.

Çoxzolaqlı yolla hərəkət etdikdə dairəvi hərəkət təşkil olunan yolayrıcına istənilən zolaqdan daxil olmaq olar. Dairəvi hərəkət təşkil olunan yolayrıcında bütün nəqliyyatlar sağa getdiyindən bəzi sürücülər səhvən elə başa düşürlər ki, sağa dönmə göstəricisini yandırmağa ehtiyac yoxdur. Yadda saxlamalısınız ki, yalnız yol özü döndükdə dönmə göstəricisini yandırmağa ehtiyac olmur.

Dairəvi hərəkət təşkil olunan yolayrıcından çıxmaq üçün isə mütləq sağ zolağı tutmaq lazımdır.

“Dairəvi hərəkət” nişanını vurmaqla dairəvi hərəkət təşkil olunan yolayrıcında (şəkildə nişan görünmür) keçmə ardıcıllığını müəyyən edən svetafor və ya üstünlük nişanları quraşdırılmayıbsa bu yolayrıcına daxil olan sürücü dairədə hərəkət edən nəqliyyat vasitələrinə yol verməlidir.

Dairəvi hərəkət təşkil olunan yolayrıcında keçmə ardıcıllığını müəyyən edən üstünlük nişanları vurulduqda və ya svetafor quraşdırıldıqda isə onların tələblərinə əməl etmək lazımdır. Bu şəkildə sağdan gəlib sola davam edən yol baş yoldur.

Bu nişanı vurmaqla yolayrıcında dairəvi hərəkətin təşkil olunmağının üstünlükləri :

– yolun buraxıcılıq qabiliyyəti artır

– nəqliyyat axını daha stabil olur

– yolayrıcını keçmək vaxtı azalır

– ətrafa atılan zəhərli qazların miqdarı və səs azalır

– təhlükəli yüksək sürətlə hərəkət etmək mümkün olmur

4.4 Minik avtomobillərinin hərəkəti

Bu nişan vurulan yola yalnız minik avtomobilləri, avtobuslar, motosikletlər və icazə verilən maksimum kütləsi 3,5 tondan artıq olmayan yük avtomobilləri daxil ola bilər.

Başqa nəqliyyatların – icazə verilən maksimum kütləsi 3, 5 tondan artıq olan yük avtomobillərinin, traktorların və özügedən maşınların, arabaların, mopedlərin və nişanın icazə verdiyi 4 qrupdan başqa digər nəqliyyatların da bu yola daxil olması qadağandır.

Minik avtomobillərinin hərəkətinə icazə verilən yol sahəsinə daxil olmaq mümkün olan bütün girişlərin qarşısında bu nişan vurulmalıdır.

Bəzən yolayrıcına yaxınlaşan minik avtomobilinin sürücüsü aşağıdakl şəkildə qarşıda olan yolun başlanğıcındakı nişanı gördükdə səhvən elə başa düşür ki, bu nişan məcburi hərəkət istiqaməti nişanı olduğundan o mütləq nişan vurulan yola düzünə getməlidir. Bu yolayrıcında sağa, sola və geriyə heç bir məhdudiyyət yoxdur. Düzünə isə 4 qrup nəqliyyata getməyə icazə verilir. Deməli, minik avtomobili bu yolayrıcında istənilən tərəfə gedə bilər.

Aşağıdakı şəkildə isə nişan “Qüvvədə olma istiqaməti” lövhəciyi ilə vurulduqda bildirir ki, sağa və sola ancaq 4 qrup nəqliyyat gedə bilər. Bəzən bu şəkildəki kimi nişanları görən minik avtomobilinin sürücü də səhvən elə başa düşür ki, o mütləq sağa və sola getməlidir. Halbuki, nişan sağa və sola ancaq 4 qrup nəqliyyata getməyə icazə versə də, düzünə və geriyə heç bir məhdudiyyət yoxdur. Deməli, minik avtomobili yolayrıcına çatdıqda istənilən tərəfə, moped, icazə verilən maksimum kütləsi 3, 5 tondan artıq olan yük avtomobili isə düzünə və geriyə gedə bilər.

Bu nişanın təsir sahəsinə hərəkətinə icazə verilməyən nəqliyyatlar aşağıdakı hallarda daxil ola bilər:

1.Bu yol sahəsində yerləşən müəssisələrə xidmət etdikdə

2.Bu yol sahəsində yaşayan vətəndaşlara məxsus olduqda (nəqliyyat vasitəsi vətəndaşın öz adına olduqda və ya etibarnamə əsasında idarə etdikdə)

3.Bu yol sahəsində yaşayan vətəndaşlara xidmət etdikdə – həmin vətəndaşın şəxsiyyət vəsiqəsində qeydiyyatı həmin ərazidəki ünvanda olduqda (məs: həmin vətəndaşın yükünü aparan icazə verilən maksimum kütləsi 3,5 tondan artıq olan yük avtomobili)

Lakin bu hallarda həmin nəqliyyat vasitələri bu yol sahəsindəki getdikləri obyektə ən yaxın yolayrıcından girib – çıxmalıdırlar. Başqa yolayrıcından girib – çıxmaq qayda pozuntusudur.

Bəzən sual yaranır ki, bu nişanla 3.4 “Yük avtomobillərinin hərəkəti qadağandır” nişanının nə fərqi var. Bu iki nişanın aşağıdakı fərqləri var:

1. “Yük avtomobillərinin hərəkəti qadağandır” nişanında kütlə göstərilmədikdə icazə verilən maksimum kütləsi 3,5 tondan, kütlə göstərildikdə isə həmin kütlədən artıq olan yük avtomobillərinin hərəkəti qadağan edilir. “Minik avtomobillərinin hərəkəti” nişanında isə bütün hallarda icazə verilən maksimum kütləsi 3,5 tondan artıq olmayan yük avtomobillərinin hərəkətinə icazə verilir, icazə verilən maksimum kütləsi 3,5 tondan artıq olan yük avtomobillərinin hərəkəti isə qadağan edilir.

2. “Minik avtomobillərinin hərəkəti” nişanında hərəkətinə icazə verilməyən nəqliyyatlara yalnız 3 halda bu yola daxil olmağa icazə verilir. “Yük avtomobillərinin hərəkəti qadağandır” nişanında isə 5 halda bu yola daxil olmağa icazə verilir. (əlavə olaraq bu yol sahəsində işləyən vətəndaşlara məxsus olduqda və xidmət etdikdə)

3. “Yük avtomobillərinin hərəkəti qadağandır” nişanı vurulan yola velosiped, moped, apabanın daxil olmasına icazə verilsə də, bu nişan vurulan yola daxil olmasına icazə verilmir.

4.5 Velosiped zolağı

Nişan bu zolaqda velosipedlərin və mopedlərin hərəkətinə icazə verir. Digər nəqliyyatların bu zolaqla hərəkəti qadağan edilir. Səki və piyada zolağı olmadıqda velosipedçilərin hərəkətini çətinləşdirməmək şərti ilə piyadalar da bu zolaqla gedə bilərlər. (Maddə 40.I.1)

İlk növbədə hansı nəqliyyatın velosiped və moped olmağını bilmək lazımdır.

Maddə 1.28 Velosiped – əlil arabaları istisna olmaqla, idarə edən şəxsin əzələ enerjisi ilə, xüsusən pedalların və ya dəstəklərin köməyi ilə hərəkətə gətirilən hər hansı nəqliyyat vasitəsidir.

Maddə 1.27 Moped – iş həcmi 50 kub santimetrdən çox olmayan mühərriklə hərəkətə gətirilən və maksimum konstruksiya sürəti saatda 50 kilometrdən yüksək olmayan iki və ya üçtəkərli nəqliyyat vasitəsidir (asma mühərrikli velosipedlər və oxşar xüsusiyyətli digər nəqliyyat vasitələri də mopedlərə bərabər tutulur)

Nişan hər dəfə yolla kəsişmədən sonra təkrar vurulmalıdır.

Bəzən bu nişanı 3.9 “Velosipedlə hərəkət qadağandır” nişanı ilə səhv salırlar. Gördüyünüz kimi qadağan nişanının qırmızı haşiyəsi var.

4.6 Piyada zolağı

Nişan bu zolaqda piydaların hərəkətinə icazə verir. Digər hərəkət iştirakçılarının bu zolaqla hərəkəti qadağan edilir. İlk növbədə hansı hərəkət iştirakçısının piyada olmağını bilmək lazımdır.

Maddə 1.36 Piyada – nəqliyyat vasitələrindən kənarda yol hərəkətində iştirak edən və yolda hər hansı iş görməyən şəxsdir (mühərriksiz əlil arabalarında gedən, velosiped, moped və ya motosiklet aparan, kirşə, əl arabası, uşaq və ya əlil arabası aparan şəxslər də piyadaya bərabər tutulur). Yolda təmir işləri görən yol işçiləri, küçələri təmizləyən kommunal təsərrüfat işçiləri piyada sayılmır.

Nişan hər dəfə yolla kəsişmədən sonra təkrar vurulmalıdır.

Bu nişanı 3.10 “Piyadaların hərəkəti qadağandır” nişanı ilə səhv salırlar. Gördüyünüz kimi qadağan nişanının qırmızı haşiyəsi var.

4.7 Minimal sürətin məhdudlaşdırılması

Nişan göstərilən və ondan yüksək, lakin həmin yolda icazə verilən maksimal sürətdən çox olmayan sürətlə hərəkət etməyə icazə verir. Yəni, şəkildə göstərilən yaşayış məntəqəsindən kənardakı yolda minik avtomobili ən azı 50, ən çoxu 90 km/saat sürətlə hərəkət edə bilər. Yüksək sürətlə təhlükəsiz şərait təmin olunan hallarda yolların buraxıcılıq qabiliyyətini artırmaq üçün bu nişan vurulur. Lakin aşağı sürətlə hərəkət edən nəqliyyat vasitələri üçün alternativ yol olmalıdır.

Nişan bütün yola və ya yolun müəyyən zolağına tətbiq edilə bilər. Çox vaxt bu nişanı yoxuşlarda 7.14 “Hərəkət zolağı” lövhəciyi ilə vurmaqla yoxuşların buraxıcılıq qabiliyyətini artırırlar. Sol zolaqda 50 km/saat və daha yüksək sürətlə getmək tələb edilsədə, sağ zolağa bu nişanın aidiyyəti yoxdur.

Nişanın təsir sahəsi “Minimal sürətin məhdudlaşdırıldığı zonanın qurtaracağı” nişanına qədərdir.

Bu nişanı çox vaxt 3.24 “Maksimum sürətin məhdudlaşdırılması” nişanı ilə səhv salırlar. Gördüyünüz kimi qadağan nişanının qırmızı haşiyəsi var.

4.8 Minimal sürətin məhdudlaşdırıldığı zonanın qurtaracağı

Nişan minimal sürətin məhdudlaşdırılması nişanının təsir zonasının qurtardığını göstərir və “Minimal sürətin məhdudlaşdırılması” nişanından sonra mütləq vurulmalıdır. Bu nişandan sonra hərəkət etdiyiniz yolda yol hərəkət qaydalarının icazə verdiyi sürətlə hərəkət etməlisiniz.

4.9.1 Təhlükəli yükü olan nəqliyyat vasitələrinin hərəkət istiqaməti – sola

Nişan təhlükəli yükü olan nəqliyyat vasitələrinə yolayrıcında yalnız sola getməyə icazə verir.

Təhlükəli yüklər elə yüklər hesab edilir ki, yol nəqliyyat hadisəsi baş verdikdə yük səbəbli insan həyatı və sağlamlığına, ətraf mühitə ziyan verilsin. Tezalışan, partlayış qorxusu olan, radioaktiv, güçlü zəhərləyici maddələr və s. təhlükəli yüklər hesab edilir.

Bu təhlükəli yükü daşıyan nəqliyyyat vasitələrində “Təhlükəli yük” tanınma nişanı vurulmalıdır.

4.9.2 Təhlükəli yükü olan nəqliyyat vasitələrinin hərəkət istiqaməti – düzünə

Nişan təhlükəli yükü olan nəqliyyat vasitələrinə yolayrıcında yalnız düzünə getməyə icazə verir. Bu nişan da 4.9.1 nişanı kimidir. Yalnız burada düzünə getməyə icazə verilir.

4.9.3 Təhlükəli yükü olan nəqliyyat vasitələrinin hərəkət istiqaməti – sağa

Nişan təhlükəli yükü olan nəqliyyat vasitələrinə yolayrıcında yalnız sağa getməyə icazə verir. Bu nişan da 4.9.1 nişanı kimidir. Yalnız burada sağa getməyə icazə verilir.

9 məcburi hərəkət istiqaməti nişanını öyrəndikdən sonra yekunda ümumiləşmiş qaydaları təkrar edək:

Bu 6 nişan yolayrıcının qarşısında vurulur:

Bu yolayrıcında ancaq göstərilən istiqamətdə hərəkətə icazə verilir. Sola hərəkətə icazə verən nişanlar geriyə hərəkətə də icazə verir.

Nişanların qüvvəsi avtomobil nəqliyyatı ilə sərnişin və baqaj daşıma qaydalarına uyğun olaraq təsdiq edilmiş marşrut sxemi üzrə reyslərin yerinə yetirilməsi zamanı ümumi istifadədə olan nəqliyyat vasitələrinə şamil edilmir.

Nişanlar yolayrıcının qarşısında qoyulduqda, əgər kəsişən yolda ortada ayırıcı zolaq yoxdursa bütün yolayrıcına aid olur.

Əgər kəsişən yolda ortada ayırıcı zolaq olarsa, qarşısında qoyulduğu yolun hərəkət hissəsinin kəsişmə yerinə aid olur. İkinci kəsişmədə isə nişan qüvvəsini itirir.

Yolayrıcı başqa formada olarsa oxlar da yolayrıcının formasına uyğun olur.

Bloq yazılarımı oxuduqdan sonra rəylərinizi də yazmağı unutmayın.

Bundan əvvəlki bloq yazılarıma baxmaq üçün aşağıdakı linklərdən istifadə edə bilərsiniz:

Hər kəsin bilməsi vacib olduğu qayda: Ev tikmək üçün rüsum və icazəyə ehtiyac yoxdur

Yerli icra hakimiyyətlərinin tikinti sahəsində nöqsanları və özbaşınalıqları Azərbaycan Respublikasında yaşayan hər bir insana məlumdur. Bunların qarşısı alınmaz dərəcədə mövcud qanunların pozulmasına yönəldilmiş hərəkətlərinə rəvac verən orqanlarla yanaşı elə sadə vətəndaşların özləridir.Vətəndaşların öz hüquqlarını və qanunu bilməməsi tikinti ilə bağlı icra hakimiyyətinin qeyri-qanuni cinayətkar tələblərinin normaya çevrilməsinə səbəb olub.Baxmayaraq ki, son zamanlar Şəhərsalma və Tikinti Məcəlləsinə edilmiş dəyişiliklər, dövlət başçısının müvafiq sərəncamları və tapşırıqları tikinti sahəsində qanunsuzluqların qarşısını almağa hədəflənsə də tikinti sahəsində icra hakimiyyəti orqanlarının hələdə özbaşınalığı davam etməkdədir.
Bu sahədə çoxlu sualların olduğunu nəzərə alaraq qeyd etmək istəyirəm ki, hal hazırda qüvvədə olan qanun tələblərinə görə fərdi mənzil tikintisi üçün icazə proseduru xeyli asanlaşdırılıb. 2015-ci il yanvarın 1-dən qüvvəyə minən Şəhərsalma və Tikinti Məcəlləsinə əsasən, artıq vətəndaşlar fərdi yaşayış evinin tikintisi üçün əvvəlki kimi rayon və ya şəhər icra hakimiyyətlərindən icazə alması tələb olunmur, sadəcə yerli icra hakimiyyəti orqanını özünə aid torpaq sahəsində ev tikəcəyi barədə məlumatlandırmalıdır.

Day.Az cebhe.info-ya istinadən bildirir ki, yəni, faktiki olaraq icazə “məlumatlandırma icraatı” ilə əvəz olunub.Təbii ki, “məlumatlandırma icraatı” üçün bir sıra şərtlər müəyyən edilib. Göstərilən tələblər daxilində yəni, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 80-ci maddəsinə uyğun olaraq mərtəbələrinin sayı 3-dən, hündürlüyü 12 metrdən və aşırımlarının uzunluğu 6 metrdən çox olmayan yaşayış evlərinin tikintisi ilə bağlı məlumatlandırma icraatının həyata keçirilməsi üçün tələb olunan sənədlər:

– ərizə
– şəxsiyyət vəsiqəsinin surəti;
torpaq sahəsinə dair mülkiyyət hüququnu təsdiq edən sənəd (notariat qaydasında təsdiqlənmiş surəti);
torpaq sahəsinin planı və ölçüsü (notariat qaydasında təsdiqlənmiş surəti);

Azərbaycan Respublikasında qeydiyyatdan keçmiş və layihələndirmə fəaliyyəti ilə məşğul olmaq üçün xüsusi razılıq (lisenziya) almış hüquqi və ya fiziki şəxslər tərəfindən hazırlanmış memarlıq-planlaşdırma bölməsi (3 nüsxədə rəngli)icra hakimiyyətinə tikinti barədə yazılı xəbərdarlıq göndərərkən, memarlıq-planlaşdırma sənədləri də məktuba əlavə olunmalıdır. Yəni, tikiləcək evin fasadı və onun mərtəbələrinin quruluşunu əks etdirən plan-çertyoj (lahiyə) çəkilməlidir.Belə lahiyələr lisenziya əsasında fəaliyyət göstərən memarlar və ya tikinti-layihə işləri ilə məşğul olan müəsisələr tərəfindən müəyyən pul müqabilində hazırlanır.Qanuna əsasən, 15 gün ərzində həmin plan-çertyoja (layihəyə) yerli icra hakimiyyətindən irad tutulmazsa, tikintiyə başlanıla bilər.Qeyd etmək lazımdır ki, çertyoj-plana yerli icra hakimiyyəti orqanları yalnız bir dəfə irad tuta bilər.Əgər planın tikinti normativlərinə uyğunlaşdırılmalı olması barədə göstəriş olarsa, vətəndaş bu iradları aradan qaldırıb tikintiyə başlaya bilər.Umumiyyətlə, qanunda plan-çertyojun (lahiyənin) peşəkarlar tərəfindən hazırlanmışı haqda tələbin qoyulmasını məntiqə uyğundur.Əks halda, infrastrukturun təşkilində, planlaşdırmada, ümumi standartlaşmada anlaşılmazlıqlar yarana bilər.

Tikinti ilə bağlı hər hansı bir mübahisəni 2016-si ildən fəaliyyət göstərən Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Apelyasiya Şurasına müraciət etməklə həll etmək mümkündür. Tikilmiş evin sökülməsi barədə hədələrə gəlincə, yerli icra hakimiyyətinin tələbinə əsasən, çertyoj-plana qanuni düzəlişlər edilmədən tikintiyə başlanılması vətəndaş üçün inzibati məsuliyyətə səbəb ola bilər. İnzibati Xətalar Məcəlləsinin 195-ci maddəsinə görə, qanunvericiliklə müəyyən edilmiş normalardan kənara çıxılmaqla evlərin tikilməsinə görə fiziki şəxslər yerli icra hakimiyyəti tərəfindən ancaq və ancaq 300-600 manatadək cərimə oluna bilərlər.
Konkret olaraq icra hahimiyyətləri tikilinin sökülməsinə sərəncam verə bilməz.
Bu hüquq Məhkəmə Hakimiyyətnə məxsusdur.
Müəyyən icra hakimiyyətləri məsuliyyətdən yayınmaq məqsədi ilə ərazi üzrə tikinti işlərinə nəzarət etmək üçün işə müqaviləsiz yəni ştatdankənar işçiləri xidmətə cəlb edirlər.Vətəndaşla ünsiyyətdə olan özünü müəyyən orqanın işçisi kimi təqdim edənlərin şəxsiyətini və vəzifəsini müəyyənləşdirmək vətəndaşın haqqıdır.Bu gələcəkdə müəyyən problemlərin qarşısını almaq üçün vacibdir.Belə hallarda həmin işçilər tikinti aparan şəxslərə özlərini və müvafiq sənədlərini təqdim etmədən icra hakimiyyətinin nümayəndələri kimi qələmə verərək ancaq və ancaq tikintini dayandırmağı tələb etməklə tikinti aparan şəxsi icra hakimiyyətinin müvafiq idarəsinə şəxsən gəlmələrini tələb edirlər.Əks halda, tikilini sökəcəkləri ilə hədələyirlər. Vətəndalardan icra hakimiyyətinin müvafiq inzibati binasında səsyazma və video çəkiliş qabiliyyəti olan və olmayan bütün mobil telefonlar alındıqdan sonra total yoxlama keçərək qəbula buraxılırlar və qeyri qanuni tələblər isə oradaca məcburi qanuni tələblərə çevrilir.
Azərbaycan Respublikası Konstitusiyasının 73-cü maddəsinə görə “Heç kəs qanunla nəzərdə tutulmuş əsaslar olmadan və qanunda göstərilmiş həcmdən əlavə vergiləri və başqa dövlət ödənişlərini ödəməyə məcbur edilə bilməz”. Vətəndaş qeyri qanuni tələblərə görə hüquq mühafizə orqanlarına müraciət etməkdə haqlıdır.
Ümumiyyətlə, qeyd etmək istəyirəm ki, fiziki və ya hüquqi şəxsə məxsus ev və ya tkililərin məhkəmə qərarı olmadan icra hakimiyyəti orqanları tərəfindən sökülməsi qeyri qanunidir. Bu hal Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 186-cı maddəsinə “Əmlakı qəsdən məhvetmə və ya zədələmə” kimi qiymətləndirilərək cinayət məsuliyyəti yaradır. Tikilinin Məhkəmə qərarı olmadan sökülməsinə sərəncam vermiş vəzifəli şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 309-cu, 310-cu maddələrinə əsasən “Vəzifə səlahiyyətlərini aşma” və “Vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmə” kimi cinayət əməlinə görə məsuliyyətə cəlb olunurlar. Azərbaycan Respublikasının qanunlarına görə ölkəmizdə fərdi yaşayış ev tikmək üçün nə icazə nədə hər hansı bir dövlət rüsumu və ya hər hansı bir ödəniş tələb olunmur. Sadəcə, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 80-ci maddəsinə əsasən yerli icra hakimiyət orqanına müvafiq sənədlər əlavə edilməklə “məlumatlandırma icraatı” şəklində rəsmi qaydada ərizə ilə ev tikmək məqsədi barədə məlumat verilir. Göstərilən Məcəllədən kənar tələblər qanuna ziddir, inzibati və cinayət məsuliyyəti yaraddır.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

Artıq ehtiyacınız yoxdursa, veb saytı necə saxlamaq olar

Məqalələr Aktual İt saxlamaq, itə toxunmaq və öpmək

Sual: İt saxlamaq natəmizlikdir. Müsəlman bir kəs sadəcə evi mühafizə etmək məqsədilə evin xaricində binanın bir kənarında saxlayırsa, itə toxunduqda və s. necə təmizlənməlidir? Əgər təmizləmək üçün torpaq və ya palçıq tapa bilmirsə bunun başqa yolu var? Bəzən, iti qaçmaq üçün götürür, sığallayır, öpür və s. Cavab: Həmd Allaha məxsusdur. Birincisi: Saf şəriətimiz müsəlmanlara it saxlamağı qadağan edir və cəzası budur ki, kim it saxlayırsa onun yaxşı əməllərindən hər gün bir və yaxud iki qirat savab əksilir. Ovçuluq, mal-qaranı və əkini, kənd təsərrüfatını qorumaq məqsədi ilə it saxlamaq bundan istisnadır. Əbu Hüreyradan (Allah ondan razı olsun) rəvayət olunur ki, Peyğəmbər (Ona Allahın salavatı və salamı olsun) demişdir: “Kim sürünün keşiyində durmaq, ov etmək və ya əkinçilik (kənd təsərrüfatı) xaric, bunlardan başqa məqsədlə it saxlayarsa, həmin insanın savabından hər gün bir qirat əksilər.” Müslim, 1575 Abdullah ibn Ömərin (Allah ondan razı olsun) belə söylədiyi rəvayət olunur. Allahın Rəsulu (Ona Allahın salavatı və salamı olsun) demişdir: “Kim mal-qaranı idarə emtək və yaxud ov məqsədləri üçün öyrədiləndən başqa məqsədlə it saxlayarsa onun savabından hər gün iki qirat azalar.” Buxari, 5163; Müslim, 1574 Evi qorumaq üçün it saxlamaq olarmı? Ən-Nəvəvi, Allah ona rəhmət etsin, demişdir:
“(Yuxarıda qeyd olunan) bu üç məqsəddən başqa, evləri və yolları qorumaq məqsədilə it saxlamağın icazəli olub-olmaması barədə fikir ayrılığı mövcuddur. Tərcih olunan rəy budur ki, (evləri və yolları qorumaq üçün it saxlamaq) icazəlidir. (Əvvəlcə qeyd olunan) üç məqsədə qiyas (müqayisə) edilərək və hədisdən anlaşılan səbəbə əsaslanmaqla belə bir qənaətə gəlinib ki, bu zərurətdir. Sitatın sonu. Müslimin şərhi, 10/236 “Bir qirat azalar”sözü zikr olunan hədislər ilə “iki qirat azalar” bildirən hədisləri cəm etmək ilə bağlı alimlər bir neçə rəyə varıblar. Əl-Hafiz əl-Ayni, Allah ona rəhmət etsin, demişdir: a. Ola bilsin ki, burada iki it növündən söhbət gedir, ola bilsin ki, bu (iki it növündən biri) digərinə nisbətən daha çox zərər vericidir. b. Həmçinin deyilmişdir ki, hədisdə keçən “iki qirat” kəliməsi şəhər və kəndlərə, “bir qirat” isə şəhər ətrafına aiddir. c. Həmçinin demişlər ki, bu hədislər müxtəlif vaxtlarda söylənilmişdir, “bir qirat” hədisi birinci zikr olunmuş, sonra isə xəbərdarlıq daha sərtləşmiş iki qirat zikr olunmuşdur. Umdat əl-Qari, 12/158 İkinci: Sual verənin “İt saxlamaq natəmizlikdir” sözlərinə gəldikdə, bununla tam razılaşmaq doğru olmazdı. Çünki natəmizlik (nəcis olması) itin bütününə aid edilmir, daha doğrusu it qabdan içdiyi zaman onun ağız suyu ilə bağlıdır. Əgər kimsə itə toxunursa və yaxud it ona toxunursa, bu o demək deyil ki, o mütləq təmizlənməlidir, fərqi yoxdur istər təmizlənmə qum ilə və yaxud su ilə olsun. Lakin əgər it həmin adamın qabından içərsə, bu halda suyu kənara boşaltmaq lazımdır və qabı isə su ilə yeddi dəfə, əgər istəyərsə səkkizincisini qum ilə olmaqla təmizləməlidir. Şeyx ibn Üseymin, Allah ona rəhmət etsin, demişdir: Buna əsaslanaraq deyirik ki, ev şəhərin mərkəzində yerləşirsə evi qorumaq üçün it saxlamağa ehtiyac yoxdur, odur ki, bu məqsədlə belə hallarda it saxlamaq haramdır və icazəli deyil. Belə olduğu təqdirdə həmin insanın savablarından bir və yaxud iki qirat əksilir. İti başlarından eləməli və saxlamamalıdırlar. Lakin ev şəhərdən kənarda isə və ətrafda heç kəs yoxdursa, bu halda evi və evdə yaşayan insanları qorumaq üçün it saxlamaq olar; ailə üzvlərini qorumaq mal-qara və yaxud əkini qorumaqdan daha mühümdür. Fətvalar Toplusu, 4/246 İbn Teymiyyə, Allah ona rəhmət etsin, demişdir: İtlər ilə bağlı alimlər arasında üç rəy var: 1. İtlər, hətta ağız suyu daxil olmaqla təmizdir. Bu Malikin rəyidir. 2. İtlər saçları daxil olmaqla nəcisdir. Bu Şafeinin rəyidir və Əhməddən rəvayət olunan iki rəydən biridir. 3. İtin tükü təmiz, ağız suyu isə nəcisdir. Bu Əbu Hənifə və rəvayət olunan bir xəbərlərdən birində İmam Əhmədin rəyidir. Axırıncı rəy ən doğrudur. Odur ki, əgər itin tükünün nəmliyi (yaşlığı) bir kəsin paltarına və yaxud bədəninə toxunarsa, həmin (paltarı və yaxud bədəni) natəmiz, nəcis etmir.
Fətvalar Məcmusu, 21/530 Digər bir yerdə belə demişdir: Çünki, əsas qayda budur ki, əşyaların əsli təmizdir və dəlilsiz hər hansı bir şeyi nəcis, natəmiz və yaxud haram saymaq doğru deyil. Allah təala buyurur: “Halbuki məcburiyyət qarşısında (yeməli) olduğunuz şeylər istisna edilməklə, sizə haram buyurduqlarını artıq O (Allah) müfəssəl şəkildə sizə bildirmişdir.” [əl-Ənam 6:119] “Allah bir tayfanı doğru yola yönəltdikdən sonra qorxub çəkinməli olduqları şeyləri özlərinə bildirmədən onları (haqq yolundan) sapdırmaz! Həqiqətən, Allah hər şeyi (olduğu kimi, layiqincə) biləndir!” [ət-Tövbə 9:115] Peyğəmbər (Ona Allahın salavatı və salamı olsun) demişdir: “Sizlərdən birinin qabının təmizliyi, əgər it bunu yalayarsa, bunu yeddi dəfə yumaqla, bir dəfəsi torpaq ilə olmaqla, gerçəkləşir” və digər bir hədisdə deyilir: “Əgər it qabı yalasa…”.Bütün bu hədislər itin yalnız yalaması halına aiddir, hədislərdə itin başqa hissələrindən bəhs olunmur, onları nəcis sayanlar bu məsələdə qiyasa əsaslanırlar. Bundan əlavə Peyğəmbər (Ona Allahın salavatı və salamı olsun) insanlara rüxsət vermişdir, ovçuluq, sürüyə baxmaq və kənd təsərrüfatı məqsədilə it saxlamaq olar. İt saxlayan kəsin itin tükünün nəmliyini hiss etməməsi qaçınılmazdır, necə ki qatır və uzunqulaqlarda və s. olduğu kimi. “İtin tükünə toxunduqda insan natəmiz olur” sözünə gəldikdə, qeyd etmək lazımdır ki, bundan qaçınmaq mümkün deyil və lüzumsuz yerə özü üçün çətinlik yarada bilər. Halbuki, Şəriət Sahibinin bu ümmət üçün istədiyi məqsəd (çətinlik) deyil (asanlaşdırmaqdır).
Şübhədən uzaq daha salamat mövqe tutmaq üçün məsləhət budur ki, əgər bir kəs itə toxunursa və əlində (itə toxunarkən) nəmlik hiss edirsə və yaxud itin üstündə nəm, yaş bir şey varsa, əlini yeddi dəfə yusun, birincisini isə torpaq ilə təmizləsin. Şeyx ibn Üseymin demişdir:
İtə toxunmağa gəldikdə, əgər nəmlik yoxdursa bu halda əl natəmiz olmur, lakin toxunduqda nəm olarsa, bir çox alimlərin gəldiyi rəyə görə əl natəmiz olur və bundan sonra əli yeddi dəfə yumaq lazımdır, bunlardan biri isə torpaq ilə təmizlənməlidir. Fətvalar Məcmusu, 11/246 Üçüncüsü: İtdən bulaşan nəcasəti, natəmizliyi aparmaq üçün həmin yeri yeddi dəfə yumaq lazımdır. Bunlardan biri isə torpaq ilə təmizlənməlidir. Əgər torpaq varsa bundan istifadə edilməlidir və başqa bir şey yaramır. Əgər torpaq yoxdursa, bu halda sabun kimi təmizləyici maddələrdən istifadə etməkdə bir xəta yoxdur. Dördüncüsü:
Sual verənin iti öpmək barəsində sözlərinə gəldikdə, bilmək lazımdır ki, it bir çox xəstəliklərin yayılmasına səbəb olur. İti öpməklə və yaxud təmizləməmişdən öncə it içən qabdan istifadə etməklə Şəriətə müxalif hərəkət etmək nəticəsində insanların yoluxduğu bir çox xəstəliklər var. Bunlardan: pasturella-bakterial xəstəlikdir. Bunun səbəbi təbii olaraq insan və heyvanların tənəffüs sistemlərində mövcuddur. Lakin müəyyən vəziyyətlərdə bu mikrob bədəni işğal edə və xəstəliyə səbəb ola bilər. Digər bir xəstəlik insanların və heyvanların bağırsaqlarına təsir edən parazit xəstəliyidir və adətən qara ciyər və ağ ciyərə, qarın boşluğu və bədənin digər üzvlərinə təsir edir. Xəstəliyə lentşəkilli qurdlar səbəb olur. Bunlar kiçik soxulcan olub uzunluğu 2-9 mm-dir. Üç hissədən ibarətdirlər: baş, boyun; başda dörd ədəd sorucu var. Yetişmiş qurdlar öz sahiblərinin, bunlardan it, pişik, qarğa və canavar, bağırsaqlarında məskən salırlar. Bu xəstəlik itləri sevən, əzizləyən insanlara iti öpərkən və yaxud onların qabından içərkən keçir. Bax: İnsanlara təsir edən heyvan xəstəlikləri, Dr. Əli İsmayıl Übeyd əl-Snafi. Xülasə: İti ancaq ov və yaxud mal-qaranı və əkini qorumaq məqsədilə saxlamaq olar və əgər ev şəhərin kənarında yerləşirsə və evi qorumaq üçün digər vasitələr yoxdursa bu məqsədlə it saxlamaq icazəlidir. Müsəlman bir kəs it ilə qaçmaq və yaxud itin ağzına toxunmaq və iti öpmək kimi əməllər etməklə kafirlərə oxşamamalıdır. Belə ki, bu zaman bir çox xəstəliklər keçir. İnsanların mənəvi və dünyəvi işlərini qaydasına qoymaq üçün Allah Təalanın nazil etdiyi bu cur saf və kamil şəriətə görə Allaha həmdü-sənalar olsun. Lakin insanların əksəriyyəti bunu dərk etmirlər. Ən doğrusunu Allah bilir.
Muhəmməd Saleh əl-Münəccid

Tarix: 22.12.2009 | Oxunma sayı: 19. 007 baxış

Axtar

İslamevi Sosial Şəbəkələrdə

“Ramazan və İftar saatı” – Radio verilişi

73 gün sonra qurtaran həsrət..

(video) | Mədinə

Qurani Kərimin mənaca tərcüməsi

Namaz Vaxtları

YENİ DƏRSLƏR

Sonuncu videomuz

Kəbə’ni canlı izlə (Məkkə şəhəri)

Ən çox baxılanlar

  • Namazın vaxtları – 126. 778 baxış
  • SIXINTI VƏ KƏDƏRİ ARADAN QALDIRAN 5 ZİKR – 100. 143 baxış
  • AXŞAM ZİKRLӘRİ – 59. 985 baxış
  • MӘHӘRRӘM AYI VӘ AŞURA GÜNÜ HAQDA HƏR ŞEY (araşdırma) – 43. 643 baxış
  • YENİ DOĞULMUŞ KÖRPƏ ÜÇÜN EDİLƏCƏK 6 ŞEY – 42. 456 baxış

Təsadüfi yazılar

  • Müharibə, yoxsa sülh? (İslamın mövqeyi) | Qarabağ
  • GÜNAHA GÖRƏ CƏZA/ƏZAB YALNIZ BİR HALDA GÖNDƏRİLƏR
  • EVLƏRDƏ İT SAXLAMAQDAN ÇƏKİNİN!

Comments are closed, but trackbacks and pingbacks are open.