Instagramda şəkli necə saxlamaq olar
İnstagram postunuzun kəşf et səhifəsinə daxil olması postunuz üçün daha çox izləyiciyə çatma anlamına gəlir. Məzmununuz izləyicilərinizdən başqa daha geniş auditoriyaya çatdığına görə həmin kontentin statistikalarında artım müşahidə olunur. Yeni izləyici kütləsi, daha çox geri dönüşlər və artan satış da kəşf et siyahısına daxil olmanın faydalarındandır.
Instagram səhifəsini Kəşf etə necə daxil etməli
Instagram Kəşf et səhifəsi nədir?
Instagram kəşf et səhifəsi hər bir fərdi Instagram istifadəçisinin bəyənə biləcəyi yazıları, hesabları, həştəqləri və ya məhsulları kəşf etməsinə kömək etmək üçün hazırlanmış ictimai şəkillər, videolar, hesablar və hekayələr toplusudur. İnstagram Kəşf et səhifəsinin arxasındakı alqoritm məzmun tövsiyələrini izlədiyimiz səhifələrə uyğun olaraq qarşımıza çıxarmaq məqsədi daşıyır. Heç bir fərqli instagram hesabının kəşf et səhifəsi bir-birinə bənzəmir. Bunun əsas səbəbi kəşf et səhifəsindəki məzmunun “Instagram’s Explore Feed Ranking System” tərəfindən özəlləşdirilməsidir. Başqa sözlə desək, hər bir instagram istifadəçisinin kəşf et lentinə düşən məzmun əsasən aşağıdakı amillərlə müəyyən olunur:
- İstifadəçinin izlədiyi səhifələr
- İstifadəçinin izləyicilərinin bəyəndiyi postlar
- İstifadəçinin sıxlıqla axtardığı post növləri
- Yüksək göstərici əldə edən postlar.
İnstagramın öz araşdırmalarına görə hər gün 200 milyondan çox istifadəçi kəşf et lentinə baxır.
Bəs İnstagram Keşfet lentinə daxil olmanın faydaları nələrdir?
İnstagram postunuzun kəşf et səhifəsinə daxil olması postunuz üçün daha çox izləyiciyə çatma anlamına gəlir. Məzmununuz izləyicilərinizdən başqa daha geniş auditoriyaya çatdığına görə həmin kontentin statistikalarında artım müşahidə olunur. Yeni izləyici kütləsi, daha çox geri dönüşlər və artan satış da kəşf et siyahısına daxil olmanın faydalarındandır.
İnstagram Kesfet səhifəsinə necə düşmək olar?
- Hədəf auditoriyanızı müəyyənləşdirin.
İnstagram demoqrafik məlumatlarınızla tanış olun. Kəşf et siyahısına daxil olmaq üçün çatmaq istədiyiniz hədəf auditoriyanızı müəyyənləşdirin və bu istifadəçilərin daha çox hansı növ kontent ilə qarşılıqlı əlaqədə olduqlarını öyrənin.
- Cəlbedici məzmun paylaşın.
Hədəf kütlənizi hansı məzmunun cəlb etdiyini anlayaraq daha çox reaksiya əldə etmək üçün onları nəzərə alıb paylaşım edin.
- Reels kimi hal-hazırda məhşur olan formatları sınayın.
İnstagramın Reels-lərin uğur qazanmasını istədiyi hamıya məlumdur. Reels tablarında kəşf edilmək elə həm də kəşf etə daxil olmaq deməkdir. Reels paylaşarkən əsasən bu tip postlar paylaşmaq daha məqsədəuyğundur: əyləncə, motivasiya xarakterli videolar, təcrübə tipli paylaşımlar, creative tools və s.
- Paylaşımları əsasən izləyiciləriniz onlayn olduqları vaxt edin.
İnstagramın alqoritmi dəqiqliyə önəm verir. Belə ki, paylaşımınız yeni olarsa, bu, həmin paylaşımın daha çox izləyiciyə çatma ehtimalını artırır. Və öz izləyicilərinizlə qarşılıqlı əlaqədə olmaq kəşf etə daxil olmanın əsas addımlarındandır. İnstagramda paylaşım etmək üçün ən yaxşı vaxtı müəyyənləşdirən statistikalara baxın və daha sonra isə öz statistikalarınız ilə müqayisə edərək ortaq vaxt tapın.
- Müvafiq həştəqlərdən və təqlərdən istifadə edin.
Coğrafi təqlər, hesab təqləri və həştəqlər kəşf et ekosistemi içərisində məzmununuzun daha çox insana çatması üçün istifadə olunan yollardan biridir. Unutmayın ki, insanlar həştəq və coğrafi yer axtarışlarını elə məhz kəşf et səhifəsi üzərindən edirlər.
Hesab təqləri postunuzu yeni hədəf kütləyə göstərmənin digər yoludur. Təq edən zaman işarələdiyinizin CEO, brend partnyorlar, influenserlər və s. kimi yüksək nəticə gözlənən hesablar olduğuna diqqət edin.
- Statistikalarınıza diqqət yetirin.
Paylaşım etdikdən sonra statistikalara göz atın. Öz izləyicilərinizin bəyənmələri və rəyləri sizi kəşf et səhifəsinə daxil edən əsas amillərdəndir.
Sosial
Instagram, indiki vaxtda istifadə edilən ən məşhur ictimai media vasitələrindən biridir. Xüsusilə gənclər tərəfindən istifadə edilən Instagram, 1 milyard istifadəçini keçib. Bu səbəblə bəzi insanlarda məşhur olma həvəsi ortaya çıxır.
Teach.az xəbər verir ki, bu məşhur olma duyğusu, ətrafdakı insanlardan ya da təqib etdiyi hesablardan qaynaqlandığını söyləyə bilərik və Instagram kəşf edin sizi bir anda məşhur edə bilər. Instagram keşf edin hissəsinə daxil olmağın bir çox yolu vardır və bunlardan bəzilərini sizlərə bəhs edəcəyik.
Instagram kəşf edin, diqqətinizi çəkən və məşhur olan yazıları bu hissədə göstərməkdədir. Qısacası qarşılıqlı təsiri çox olan fotoşəkilləri, videoları, mövqeyə görə hekayələri ya da istifadəçilərin paylaşdığı hekayələri göstərir. İzləyicilərinizin artmasına və hesabınızın məşhur olmasına səbəb olar.
Instagram kəşf edin hissəsinə çıxmaq üçün müəyyən başlı mövzularda bir addım qabaqda olmanız lazımdır. Şəkil ya da videoya gözəl filtrlər tətbiq edin. Beləliklə izləyicilərinizin göndərimi bəyənmə nisbəti arta bilər. Instagram-da şəkilinizi paylaşarkən mövqe əlavə edin və beləliklə insanlar sizin harada şəkil çəkdirdiyinizi öyrənə və mövqelərdə yer alan göndərmədə çıxa bilərsiniz.
Instagram-da paylaşılan fotoşəkillərə etiket (hashtag) tətbiq edin.
Paylaşılan vizual ya da video, ilk 1 saat içində müəyyən bir bəyənmə nisbətinə və şərh sayına sahib olması lazımdır. Buna əlavə olaraq Instagram qeyd sayı da müəyyən bir səviyyədə olmalıdır. Şərh edən və bəyənən hesabların izləyici sayı nə qədər yüksək isə, keşf edin hissəsinə düşmə nisbəti o qədər artır.
Bunları tətbiq etdiyiniz halda “qəti çıxaram” deyə bir mühakiməyə qapılmayın, çünki keşf edin hissəsinə çıxmaq bir az da izləyicilərinizlə də əlaqəlidir. Paylaşdığınız göndərməyə az şərh gəlirsə, qruplar qura bilər və qarşılıqlı şərh edə bilərsiniz.
Instagramda şəkli necə saxlamaq olar
Bu gün bizneslər, influenser marketoloqlar, məşhur şəxslər, hətta sadə Instagram istifadəçiləri də profillərində kiçik göy təsdiq nişanını qazanmaq həvəsindədirlər. O nişanı əldə etmək isə çox çətindir və bunun üçün dəridən-qabıqdan çıxanlar var. Bu yazımda sizə həcmcə kiçik də olsa, əhəmiyyəti böyük olan həmin təsdiq nişanından danışacağam və o təsdiq nişanını qazanmaq üçün ilk atmalı olduğunuz addımları bölüşəcəyəm.
Təsdiqli istifadəçi olmaq üçün mütləq məşhur olmaq və ya böyük bir biznesə sahib olmaq şərt deyil.
Təsdiq nişanlı istifadəçi olmaq nəyə lazımdır?
Adının yanında göy rəngdə təsdiq nişanının olması Instagramın sizi şəxsən tanıdığı anlamına gəlir. Təsdiq nişanı olan Instagram istifadəçiləri daha sürətlə və daha böyük auditoriyaya öz səsini çatdıra bilir. Onları normadan daha artıq insan izləməyə başlayır. Bu nişanı əldə etdikdən sonra həmin hesab bütün dünyada güvənilir hesab olunur. Bunun isə səbəbi odur ki, nişanı almaq çətin olduğuna görə prestijlidir və Instagramın işçi heyəti onu şəxsən həmin profilə təqdim edirlər.
Səhifənin təsdiqli olması pul qazandıra bilər?
Bu suala həm hə, həm də yox cavabı vermək olar. Siz səhifənizin təsdiqli olmasından istifadə edib, izləyici sayını artıra və özünüzə auditoriya yarada bilərsiniz. Bundan sonra isə auditoriyanıza keyfiyyətli və davamlı kontent təmin etməlisiniz ki, izləyiciləri müştərilərinizə çevirəsiniz. Beləliklə, əgər düzgün sosial media marketinq strategiyası qursanız daha geniş auditoriya ilə biznesinizi inkişaf etdirə bilərsiniz.
Təsdiq nişanı üçün kim müraciət edə bilər?
2018-ci ilin avqustunda Instagram qaydalarında dəyişiklik etdi. İndi istənilən şəxs Instagramda təsdiq nişanı üçün müraciət edə bilər. Əvvəllər nişan üçün yalnız məşhurlar, ictimai xadimlər, böyük markalar müraciət edə bilirdisə, indi kiçik bizneslər və sahibkarlar da müraciət edə bilir. Amma bir məsələ var. Kiçik biznesin təsdiq nişanı alması şansı daha azdır. Instagramın sisteminə görə təsdiqli olmaq üçün profil çox tanınmış, çox axtarılan marka və ya şəxs olmalıdır.
Amma hər problemə bir çarə var. Elə markalar var ki, elə də tanınmış olmasalar da Instagramdan təsdiq nişanı ala bilmişdi. Necə etdiklərini izah edəcəyəm.
Instagramın təsdiq üçün tələbləri nədir?
Siz ilk növbədə Instagramın Xidməti şərtləri və İctimai qaydalarına cavab verməlisiniz.
Kimliyinizi sübut edə bilməlisiniz. Səhifə güvənli olmalıdır. Real biznesi və ya şəxsi təmsil etməlidir.
Biznesi təmsil edən yeganə hesab olmalıdır (dil fərqinə görə fərqli hesablar ola bilər).
Açıq profil olmalıdır. Profildə bio, profil şəkli və ən azı bir post olmalıdır.
Profildən digər sosial media kanalllarına yönləndirən linklər olmamalıdır.
Instagrama görə profil çox tanınmış, çox axtarılan marka və ya şəxs olmalıdır.
Müraciət zamanı yalnış məlumat təqdim etsəz, təsdiq nişanı sizdən geri alına və hesabınız ümumiyyətlə silinə bilər.
Qeyd edim ki, Instagramdan təsdiq əldə etmək tamamilə pulsuzdur və müraciət üçün ödəniş tələb olunmur.
Müraciət prosesi
Öz markanız və ya biznes profilinizə təsdiq nişanı almaq üçün:
1. Hesabınıza daxil olursunuz.
2. Profildə menyu işarəsini klikləyirsiniz.
3. Settings > Account > Request Verification addımlarını atırsınız.
4. Adınızı və şəxsiyyət vəsiqənizi daxil edirsiniz.
Müraciətdən sonra nə baş verir?
Instagram komandası səhifənizi nəzərdən keçirdikdən sonra səhifənin statusu barədə sizə məlumat verəcək. İmtina cavabı gələrsə, 30 gündən sonra bir daha müraciət edə bilərsiniz.
Kiçik bizneslərin təsdiq nişanı alması üçün üsullar
Forbes məqalələrinin birində yazılır ki, Tom Ward adlı elə də məşhur olmayan bir yazıçı təsdiq nişanı almaq üçün araşdırmaya başladı. Təsdiq almış bir neçə şəxsdən müsahibə aldıqdan sonra Tom Ward qərara gəldi ki, rəqəmsal marketinq agentliklərinin “Media Partner Support” adlı rəqəmsal portala çıxışları olduğuna görə onlarla işləməyin xeyri ola bilər. O, düşünürdü ki, onun əvəzindən bir media tərəfdaşı ərizəni göndərərsə, təsdiq almaq şansı artacaq.
Məsələn, peşəkar vizajist Rachel Levin bir neçə dəfə təsdiq almaq üçün müraciət etsə də, imtina almışdı. Bir ildən sonra o bir ekspertlə işləməyə başlayır və qısa zamanda Instagram ona təsdiq nişanını təmin edir. Amma burda başqa məsələ də var. Agentlik sizə yalnız siz öz markanızı yaxşı təmsil etdikdə və xeyli sayda izləyici kütləsi qazandıqdan sonra kömək ola bilər. Rachel-in nümunəsində də adam onun əvəzindən Instagrama müraciəti göndərdikdə, Rachel artıq bir il ərzində dəfələrlə artıq izləyici kütləsi toplamışdı.
Bayaq haqqında danışdığımız yazıçı Tom Ward isə hələ də o nişanı ala bilməyib.
Markanın güvənini yüksəltmək
Insanların səhifənizə daha çox güvənməsi və bunun nəticəsində də Instagramdan təsdiq nişanı ala bilməyiniz üçün Instagram hesabınızı təbliğ etməli və auditoriya üçün real iş görməlisiniz.
Instagram hesabını təbliğ etməyin 5 üsulu
1. Digər sosial media kanallarınızdan IG hesabınıza yönlənən profil linki yerləşdirin.
2. Vebsaytınızda IG hesabını təbliğ edin.
3. Yeri gəldikdə öz bloq postlarınızın içində IG kontenti yerləşdirin.
4. Email siyahınıza IG hesabını təbliğ edin.
5. Email imza hissəsində IG hesabını daxil edin.
Sosial mediada güclü marka yaratmağın yolları
Müxtəlif sosial şəbəkələrinin müxtəlif istifadəçiləri olur. Sizin brendiniz isə öz ideyasına sadiq qalmalıdır. Belə olduqda insanlar sizin dediklərinizə inanacaq və sizi tapmaq asan olacaq. Sosial media hesablarında güclü bir marka yaratmaq istəyirsinizsə aşağıdakılara mütləq riayət edin:
Şirkətin adı, logosu və profil şəkli bütün sosial media kanallarında sabit qalmalıdır.
Kontent yaratdıqda eyni auditoriyanı göz önünüzdə saxlayın.
Post, şəkil və video paylaşdıqda markanızın yazı tərzinə sadiq qalın.
Müştərilərdən gələn suallara və sorğulara qısa zamanda cavab verməyə çalışın.
Marka nüfuzunu yaratmağın 7 yolu
Markanın nüfuzu o zaman yüksək olar ki, çalışdığınız sahədə söz sahibi olasınız. Bunun üçün 7 yol müəyyən etmişəm:
Sosial media kanallarında səhifənizi təsdiqlədin.
Sahə üzrə peşəkar olduğunuzu göstərmək üçün bloq yaradın. Bu bloqda davamlı və keyfiyyətli kontent yaradın.
Şirkətiniz üçün Wikipedia səhifəsi açın.
Digər saytlara backlink verin.
Markanız barədə mediada məlumatlar yayın və həmin saytlardan öz saytınıza backlinklər verin.
Öz sahənizdə aydın və dəqiq bir niş yaradın.
Güclü domeni olan saytlardan öz saytınıza backlinklər verməyə çalışın.
Təsdiq almaq üçün etibar qazanmaq
Etibarlı markalar hətta heç kim görməsə belə düzgünlüyü, şəffalığı ilə seçilirlər.
Fake yolla izləyici qazanmayın.
İndi bir çox səhifələr öz izləyici sayını artırmaq üçün pulla izləyici almaq, giveaway-lərə qoşulmaq kimi müxtəlif yollara əl atırlar. Instagramın sistemini belə üsullarla aldatmağa çalışmayın.
Izləyicilərinizlə kənarda video, şəkil və hekayələr paylaşın.
Şirkətdən kənarda izləyiciləri dəvət etmək auditoriya ilə aranızda əlavə bağ yaradır. Bu həmçinin sizin real biznes olduğunuz faktını gücləndirir.
Komandanız barədə hekayələr paylaşın.
İnsanların sizin komandanızı tanıması yaxşı haldır. Bu üsul da izləyicilərin marağına səbəb olur və auditoriya arxa ofisdə çalışan işçiləri tanıdıqda markaya daha çox güvənməyə başlayır.
Instagramda izləyici sayını, postların çatmasını və ünsiyyəti artırmağın yolları
Instagramçıların sevdiyi, bəyəndiyi videolar, canlı yayımlar, keyfiyyətli şəkillər, hekayələr paylaşmağa çalışın.
Postlara uyğun hashtag-lər yerləşdirərək onları daha geniş auditoriyaya çatdırın.
İzləyiciləri nəyin cəlb etdiyini başa düşmək üçün Instagram Analitikasını izləyin.
Hekayələr, müsabiqələr və postlara yerləşdirdiyiniz stikerlər vasitəsilə izləyicilərinizlə ünsiyyət qurmağa çalışın.
Profilinizi ən azı ayda bir dəfə yeniləyin.
Postları insanların ən çox reaksiya verdiyi vaxtda paylaşın.
İzləyiciləri əldə saxlamaq üçün davamlı surətdə paylaşımlar edin.
Ara-sıra postlarınızı ödənişli reklam edin.
Instagramdan təsdiq almaq elə də asan iş deyil. Amma o təsdiqi alsaz, şöhrət və prestij sizin olacaq. Yeni və sizi heç tanımayan insanlar sizə daha çox inanacaq, izləməyə başlayacaq, marka adınızı isə heç kim oğurlaya bilməyəcək.
Bu yazımda sizinlə Instagram-da təsdiq nişanı almaq üçün öz atdığım addımları paylaşdım.
Cəfər Nəcəfov
Comments are closed, but trackbacks and pingbacks are open.