Press "Enter" to skip to content

Youtube-dan necə qənaət etmək olar

1 il əvvəl 6381

Biz izləyirik, onlar qazanır – “Youtube”dan necə və nə qədər pul qazanmaq olar? VİDEO

Elə belə deyilmir ki, indi internet zəmanəsidir. Bu gün evdə oturaraq internetdən kifayət qədər gəlir əldə edən şəxslər var. Bu gəliri bizə verəcək əsas platformalardan biri də you tubedur. Müxbirimizin həmsöhbət olduğu şəxs artıq illərdir bütün gəlirini bu platformadan qazanır. 9-a yaxın işçisi var. Nə etmək lazım olduğunu bir-bir açıqlayıb.

Bu gün internet üzərindən pul qazanmağın yolları çoxdur. Artıq bəziləri sosial şəbəkələrdən məhz bu məqsədlər üçün istifadə edir. Məsələn, youtub platforması gəlir əldə etmək üçün ən yaxşı məkanlardan biridir. Ancaq bunun da öz qaydaları var.

Bahadur Seyidov 5 ildən çoxdur ki, youtuber fəaliyyəti ilə işlə məşğuldur. Deyir ki, bu sahədə uğur qazanmaq istəyirsənsə, ilk növbədə alqoritmlərdən məlumatlı olmalısan. Çünki alqoritmlər publikanın reaksiyaları ilə müəyyənləşir. Yəni əgər 10 dəqiqəlik videonun 7-8 dəqiqəsinə baxılarsa, sizin videonuz daha çox önə çəkilir. Qoyduğunuz məzmunun isə youtube üçün fərqi yoxdur.

Bahadur Seyidovnın sözlərinə görə, gəlir qazanmaq üçün kanalın azı 1000 abunəsi, eyni zamanda 4 min saat izlənməsi olmalıdır. Bu limiti keçəndən sonra isə google adsense adlanan proqramdan qeydiyyatdan keçilməlidir.

Youtuber deyir ki, izləmə sayının artırılması üçün müxtəlif vasitələr də var.

Youtube müəllif hüquqlarının müdafiəsi üçün də müdafiə sistemi yaradıb. Belə ki, hər hansı oğurlanmış videonunkanala yerləşdirlməsi həmin kanalın bloklanması ilə nəticələnə bilər.

Youtube-dan necə qənaət etmək olar

Sosial şəbəkə hesabınızla daxil olun:

ILK.AZ hesabınızla daxil olun:

ILK.AZ hesabı yaratmaq üçün qeydiyyatdan keçin:

Program yükləmədən, onlayn “YouTube”-dan video, mp3 yükləmək üçün ən yaxşı 8 sayt

2 il əvvəl 14176

Həzrəti Yusif filmindən qısa dini videolar

3 il əvvəl 43824

33 ədəd whatsapp status üçün gülməli videolar yüklə 2021

2 il əvvəl 65928

“Bozbash Pictures”-in unudulmaz obrazı Şirinin seçilmiş videoları [PART 1]

3 il əvvəl 12875

Kurtlar Vadisi dizisindən qısa videolar və hikmətli sözlər

2 il əvvəl 14838

Özənlə topladığımız duyğusal videolar – Whatsapp status üçün

2 il əvvəl 39034

“Sen çal kapımı” dizisindən 13 ədəd qısa video

2 il əvvəl 14724

Avtomobildə yanacağa qənaət etmək üçün 7 təklif

2 il əvvəl 3350

“Ayə çəkilin Bəşir gəlir” trendə çevrilmiş videoları yüklə

2 il əvvəl 7714

Whatsapp üçün sevgi dadında video statuslar

12 ay əvvəl 51611

Afaq Aslana evlənmə təklifi etdi, ürəyi getdi – Video

3 il əvvəl 8245

“Whatsapp status” və “Instagram Story” üçün 42 ədəd duyğusal video yüklə!

2 il əvvəl 93163

Elvin İbradan “Akif Müəllim” qısametrajlı filmi

3 il əvvəl 7071

Körpələr üçün ən yaxşı 10 kamera 2022

1 il əvvəl 2220

Whatsapp status videoları – Whatsappda paylaşmaq üçün qəmli, mənalı, qısa videolar

2 il əvvəl 50685

Tənəffüs çatışmazlığı nədir? Simptomları hansılardır? Necə müalicə olunur?

1 il əvvəl 7870

Piyada keçidində maraqlı rəqs

3 il əvvəl 7705

SOS! Araz çayında balıqların kütləvi qırğını

3 il əvvəl 5904

“Aşk laftan anlamaz” dizisindən 13 ədəd qısa video

2 il əvvəl 11796

“WhatsApp Plus” nədir? Nə işə yarayır? “WhatsApp Plus” tətbiqini yüklə!

1 il əvvəl 16526

Xoş gəldin 2023 mesajları – Yeni ilə aid videolar və təbrik mesajları

5 ay əvvəl 47448

İnternetdən pul qazanmağın yolları 2020

3 il əvvəl 10341

Xocalı faciəsi haqqında qısa videolar – Whatsapp status üçün

3 ay əvvəl 14144

“Sen Anlat Karadeniz” dizisindən 51 ədəd qısa video

2 il əvvəl 6853

İnstagramda gizli profilləri neçə görmək olar?

1 il əvvəl 19856

“Google Fotolar” yeni rekorda imza atdı

3 il əvvəl 6702

Ən çox ziyarət edilən saytlar – Dünyada ən çox girilən 10 sayt

2 il əvvəl 6743

Amerikada sorğu: Azərbaycanı tanıyırsızmı?

3 il əvvəl 6500

Rəqəmsal dövrün böyük təhlükəsi: “Deepfake!”

1 il əvvəl 6381

Əlixan növbəti filmini izləyiciləri ilə paylaşdı. Bakılının gündəliyi 3 – Yadigar

3 il əvvəl 7506

Bəlkə belə axtaraq?

Kateqoriyalar

Sosial hesablarımız

© 2023 ilk.az
Bütün hüquqlar qorunur!

Saytımızda çərəzləri (cookie) istifadəçi rahatlığını artırmaq üçün istifadə edirik. Daha detallı məlumat üçün klikləyin. Oxudum

“Youtube”dan necə pul qazanmaq olar?

Dünyanın nüfuzlu nəşrlərindən olan məşhur “Forbes” jurnalı 2020-ci ildə “Youtube” sosial şəbəkəsindən ən çox pul qazanan şəxsin 9 yaşlı Rayan Kadji olduğunu açıqlayıb. Atası Yaponiya, anası isə Vyetnam əsilli olan Rayan 2011-ci ilin oktyabr ayında ABŞ-da anadan olub. 2015-ci ildə 4 yaşı olanda anasından “Youtube”da onun üçün kanal açmasını istəyib. 5 il əvvəl açılan və hazırda 30 milyona yaxın abunəçisi olan “Ryan’s World” adlı “Youtube” kanalına yüklənən videolara indiyə kimi 45 milyarddan çox baxış olub. Son 3 ildə “Ryan’s World” kanalı dünyada ən çox pul qazanan kanal olub və bu kanalın ötənilki gəliri 29,5 milyon dollar təşkil edib.

Üstəlik, “Youtube”dan təkcə Rayan Kadji milyonlar qazanmır və “Youtube” istəyən hər kəsə pul qazanmaq imkanı verir. Belə ki, illik gəliri 15 milyard dollardan çox olan “Youtube” qazandığı pulların müəyyən hissəsini Rayan Kadji kimi digər aktiv istifadəçiləri ilə bölüşür. Son məlumatlara görə 2 milyarddan çox istifadəçisi olan “Youtube”a bir dəqiqə ərzində orta hesabla 500 saatlıq video yüklənir. “Youtube”un sahibi isə 2005-ci ildə fəaliyyətə başlayan və cəmi bir il sonra dünyanın ən böyük internet axtarış sisteminə çevrilən “Google”dur. “Google” tərəfindən 1,6 milyard dollara satın alınan “Youtube” istəyən hər kəsə pul qazanmaq imkanı versə də, bunun üçün onun müəyyən etdiyi şərtlərə və qaydalara əməl etmək lazımdır. Bu şərtlərdən (və ya qaydalardan) biri də qadağan olunmuş videoları “Youtube”a yükləməməkdir. Bu cür videolara isə əsasən cinayət, cinsi məzmunlu videolar və s. daxildir. Son illər “Youtube”un diqqət etdiyi məqamlardan biri də müəllif hüquqları ilə bağlıdır. Başqasına məxsus videoların razılıq alınmadan yüklənməsinə icazə verilmir. Hətta, bu cür videoları yükləsəniz belə, sizin oradan pul qazanmaq şansınız yoxdur.

Nədən başlamaq lazımdır?
Məlum məsələdir ki, “Youtube”dan pul qazanmağa başlamağın ilk addımı sizə məxsus olan hesab, yəni “Youtube” kanalı açmaqdır. Bu, ilk addım olsa da, diqqət etməli olduğunuz əsas mərhələdir. Kanal sizə məxsus olacaq və bu kanalı siz idarə edəcəksiniz. Buna görə də, siz ən yaxşı bildiyiniz sahəyə müraciət edin. Məsələn, yazının əvvəlində haqqında bəhs etdiyimiz “Youtube”dan ən çox pul qazanan Rayan Kadjidən ilhamlanaraq insanlar uşaqlarla bağlı kanal açmağa çalışırlar. Bir çox hallarda bu sahədə məlumatsız olduqlarından bir müddətdən sonra səhv etdiklərini başa düşürlər. Unutmayın, “Youtube”dan hər gün milyonlarla insan istifadə edir və onların hamısı uşaqlarla bağlı videoları, ya da kulinariya mövzusunda videoları izləmir. Əlbəttə “Youtube”da kanal açarkən insanların ən çox izlədiyi mövzuların nə olduğunu araşdırmaq lazımdır. Lakin “ən qısa yol, bildiyiniz yoldur” prinsipini də unutmayın.

Hər işin bir adı olmalıdır.
Diqqət etməli olduğunuz əsas məsələlərdən biri də kanalınızın adı, istifadə etdiyiniz açar sözlər və profil şəklinizdir. Daha çox istifadə olunan, axtarışa daha çox verilən sözlərdən istifadə etmək lazımdır. Məsələn, “idman” sözü ilə eyni mənaya gələn “sport” sözü seçmək sizin videoların daha çox izlənməsinə səbəb ola bilər. Yaxud da siz tanınmış şəxs deyilsinizsə, profil şəkli olaraq özünüzün deyil, paylaşacağınız videoların mövzusuna uyğun və insanlar arasında populyar olan bir şəkil seçə bilərsiniz. Kanal açarkən müəyyən texniki tələblərə və incəliklərə də mütləq əməl etmək lazımdır. Kanalın nədən bəhs etdiyini sadə, asan başa düşləcək ifadələrlə qeyd etmək lazımdır. Eyni zamanda “Google”un təqdim etdiyi “Google Ads”, “Google Analytics” kimi bir sıra proqramlardan yararlanmaq olar.

Nə qədər pul qazanmaq olar?
Kanal açmaq, bu kanala videolar yükləmək işin ilk mərhələsidir. Ancaq bu sadaladıqlarımız öz-özlüyündə sizə pul qazandıra bilməz. Pul qazana bilmək üçün kanalınız və yüklədiyiniz videolar “Youtube” istifadəçiləri tərəfindən izlənməlidir. “Youtube” bununla bağlı şərtlərini zaman-zaman dəyişə bilər. Açıqlanan son şərtlərdə pul qazanmaq üçün kanalın ən azı 1000 abunəçisinin olması və videoların son 12 ayda ən azı 4000 saat izlənməsi tələbi var. Yəni, sizin kanalınızın abunəçilərinin sayı 1000-ə çatıbsa və videolarınız son 12 ayda 4000 saatdan çox izlənibsə, onda “Youtube”dan pul qazanmağa başlaya bilərsiniz. Təbii ki, bunun üçün siz “Youtube”un Tərəfdaşlıq Proqramına (Partner Program) qoşulmalı və qazandığınız pulları qəbul edəcəyiniz bank hesabınızı (plastik kart) oraya qeyd etməlisiniz. Bundan sonra “Youtube” sizin kanalınıza, o cümlədən də videolarınıza reklamlar yerləşdirəcək.

“Youtube”dan pul qazanmaq üçün sizə müxtəlif imkanlar verilir. Bunların başında videoların izlənməsindən əldə olunan qazancdır. Videolar nə qədər çox izlənsə, bu daha çox qazanc deməkdir. Videoların izlənməsindən əldə olunacaq qazancın məbləği sabit deyil. Bu məbləğ videonun məzmununa, hətta hansı ölkələrə məxsus İP-lərdən izlənməsinə görə dəyişir. Məsələn, sizin videonu ABŞ-dan izləsələr, daha çox, Azərbaycandan izləsələr, daha az qazana bilərsiniz. Bu səbəbdən, hazırladığınız videolar başqa ölkələrdəki istifadəçilər üçün də nəzərdə tutulsa, fərqli dillərdə, xüsusilə də ingilis dilində olsa, bu sizin üçün daha faydalı ola bilər. Qeyd etdiyimiz kimi baxış sayından nə qədər pul qazanmağın dəqiq bir məbləği yoxdur. Bəzən sizin videonuz 1000 baxış üçün 3 manat, bəzən də 3 qəpik qazanc gətirə bilər. Videonun məzmunu, ora yerləşdirilən reklamlar, hansı ölkədən izlənməsi bu məbləğin dəyişməsinə səbəb olur. “Youtube”dan pul qazanmağın başqa bir yolu həm də kanalınıza birbaşa reklamlar cəlb etməkdir. Əgər sizin kanalınızın çoxlu sayda izləyicisi varsa, siz özünüz reklamverənlərlə birbaşa ünsiyyətə girə və onlarla əməkdaşlıq edə bilərsiniz. Bunlardan başqa “Youtube” sizə kanalınız vasitəsilə yardım və ianə toplamaq imkanı da verir.

“Youtube”da pul qazanmağın ən mühüm yollarından biri də sizə məxsus videoların müəlliflik hüququnu tanıtmağınızdır. Bu sahədə fəaliyyət göstərən şirkətlərə müraciət edərək videonun sizə məxsus olduğunu tanıdırsınız. Bundan sonra həmin videonu sizin, ya da sizin adınızdan çıxış edən şirkətin razılığı olmadan heç kim istifadə edə bilmir, ya da istifadəsinin əvəzində əldə etdiyi gəlirlərdən sizə də müəyyən məbləğ ödəyir.

Göründüyü kimi, “Youtube”da pul qazanmağın fərqli qaydaları və tələbləri olsa da, əsas məsələ abunə sayından və videoların izlənməsindən asılıdır. Kanalınızın nə qədər çox abunəçisi olsa və videolarınız nə qədər çox izlənsə, bir o qədər çox pul qazanmaq olar.

Necə etmək lazımdır ki, videolarımız daha çox izlənsin?
Bu sahənin mütəxəssislərinin ortaq qənaəti odur ki, hazırladığınız videolar orijinal, yəni sizə məxsus olmalıdır. Təkrarçılıqdan qaçmalı, ortaya “yeni məhsul” çıxarmalısınız.
Hazırladığınız videolar geniş izləyici kütləsinə xitab etməlidir. İnsanları əyləndirən, düşündürən və öyrədən mahiyyət daşımalıdır. Yəni, siz videodan pul qazanmaq istəyirsinizsə, izləyicilərə də nələrisə qazandırmağa çalışmalısınız. Daha yaxşı olar ki, bir videoda insanlara həm yeni xəbər vermək, həm əyləndirmək, həm də öyrətmək imkanlarını birləşdirə biləsiniz. “Bir daşla, iki quş vurmaq” deyimi əksər hallarda özünü doğruldur.

Hər işdə olduğu kimi “Youtube” kanalında da davamlılıq çox vacibdir. Davamlı olaraq video paylaşmağa çalışmaq lazımdır. Bunun üçün bir iş planı da hazırlaya bilərsiniz.
Virtual dünya yalnız “Youtube”dan ibarət deyil. “Youtube” kanalınızda yer alan videolarınızı digər internet resurslarda, sosial şəbəkələrdə də paylaşa bilərsiniz.
Paylaşacağınız videoda görüntülərin keyfiyyəti, səsi, ön görüntü (örtük) şəkli izləmə sayına təsir edən əsas vasitələrdir. Xüsusilə, ön görüntü (örtük) şəkli videoların izlənməsində böyük paya sahibdir. Ön görüntü şəkli evin qapısı kimidir. İzləyicilər hər hansı bir mövzuda video axtardıqları zaman qarşılarına onlarla video çıxır. Bu zaman hansı videoda ön görüntü şəkli daha çox diqqət çəkirsə, izləyicilər də ona baxırlar. Bu səbəbdən, videoları hazırlayarkən texniki imkanlardan yararlanmağa çalışmaq lazımdır. Bunun üçün müxtəlif proqramlar, texniki vasitələr mövcuddur.
Videonun başlığı və haqqında yazılan qısa açıqlama da ön görüntü şəkli qədər əhəmiyyətlidir. Videoya baxmazdan əvvəl izləyicilər başlığı və haqqında yazılan qısa açıqlamanı oxuyurlar. Başlıq və açıqlamalar qısa, aydın və cəlbedici olmalıdır. Eyni zamanda aldadıcı olmamalıdır. Unutmayın ki, heç kim aldadılmağı xoşlamır.

Fraza jurnalı
Allahverdi Cəfərov

Comments are closed, but trackbacks and pingbacks are open.