Press "Enter" to skip to content

Xalçanın nə qədər böyük olduğunu necə müəyyənləşdirə bilərəm?

Bu ən çox yayılmış dəri xərçəngi xəstəliyidir. Bu xəstəlik doğurdan da öncə sağlam olmuş xaldan əmələ gələ bilər. Belə ki, bu cür hallar ümumi xərçəng xəstələrinin 50%-ində müşahidə edilir. Digər halların səbəbi isə hələlik məlum deyil. Alimlər yalnız ehtimal edirlər ki, buna səbəb dərinin DNT hüceyrələrinin ultra-bənövşəyi şüalanma ilə zədələnməsi ola bilər.

Dünyanın ən unikal xalçalarının yaradıcısı

Xalçaçılıq bəlkə də dekorativ-tətbiqi sənətin yeniləşməyə meylli olan ən çətin sahəsidir. Çox vaxt adama elə gəlir ki, yaranma tarixi yüz illərlə ölçülən xalçaçılıqda hər şey deyilib və onun insan ağlını ovsunlayan kompozisiya həllinə və naxış örtüyünə nə isə əlavə etmək mümkünsüzdür. Bunu elə bu sahənin təşəkkül tarixi də təsdiqləyir. Amma ötən yüzilliyin son qərinəsində gənc xalçaçı-rəssam Hacı Eldar Mikayılzadə bunun heç də belə olmadığını sübut etdi. Bu mənada 25 yaşlı tələbə-rəssamın 1981-ci ildə yaratdığı və dekorativ-sənət məkanına bədii şərhi qeyri-adiliyi ilə seçilən “Şəbi-hicran” adlı xalçanı çıxarması obrazlı dillə desək, aydın səmada şimşəyin çaxmasına bənzər bir hadisə oldu. O, bu uğurunu sənət müəllimi Lətif Kərimovun və bu sahədə ondan heç vaxt məsləhətlərini əsirgəməyən Cəfər Mücirinin zəhmətlərinin itməməsinin ifadəsi hesab edirdi.

Hazırda Azərbaycan Xalça Muzeyini bəzəyən “Şəbi-hicran” xalçası adından da göründüyü kimi dahi Məhəmməd Füzulinin sənət dünyasına həsr olunub. Asimmetrik kompozisiyada şairin və onun şah əsəri sayılan nakam məhəbbət dastanı “Leyli və Məcnun”un qəhrəmanlarının talelərinə tutulan fəlsəfi-obrazlı “bədii güzgü” bütün mənalarda yeni idi. Xalçanın bədii örtüyünü təşkil edən əksər elementləri – ağacların, qayaların, buludların ikimənalı rəmzi görkəmi əsəri sirli-soraqlı etməklə yanaşı, həm də heyrət mücəssəməsinə çevrilməsini şərtləndirib. Buludların həm də şairin dilindən süzülən məşhur beytə çevrilməsi, ağacın gül açmış çiçəklərinin Füzulinin bəyaz çalmasını və saqqalını, qayaların çöhrəsindəki qəm yüklü əzalarının cizgilərini, ağac gövdələrinin söz xiridarının geyimini əvəz etməsi çox maraqlı və düşünülmüş bənzərsiz bədii həll tapıntısı idi. Mərkəzi kompozisiyaya daxil edilmiş digər obraz və elementlərin hamısının da müəyyən fəlsəfi məzmun daşıdığını nəzərə alanda, əsərin çox tutumlu bir nümunəyə çevrildiyini yəqinləşdirmək olur. 1983-cü ildə Şərq xalçaları üzrə Bakıda keçirilən beynəlxalq simpoziuma toplaşan xarici ölkələrin sənət xiridarları bu sənət nümunəsinin ecazkarlığı qarşısında heyrətlərini gizlədə bilmədilər.

2006-cı ildə yenidən “Şəbi-hicran” kompozisiyasına qayıdan rəssam əvvəlki əsərdə eləyə bilmədiklərini burada reallaşdırmaqla, özünəməxsusluğu və ecazkarlığı danılmaz olan sənət nümunəsi yaratmağa nail olmuşdur. Başqa sözlə desək, bir vaxtlar duyulası sirliliyinə görə “gələcəyə göndərilmiş məktub” ayaması qazanmış xalça sənətinin qeyri-adiliyi göz qabağında olan töhfələrlə zənginləşdirməyin mümkünlüyünü sərgiləmişdir. “Şəbi-hicran” xalçası əfsanəyə dönmüş məhəbbətlə Füzuli poeziyası arasında obrazlı bir körpüyə bənzəyir, desək, yanılmarıq.

Etiraf edək ki, Azərbaycan xalçaçılığının çoxəsrlik tarixində bu qədər məna-məzmunla yüklənmiş xalçalar çox azdır. Elə onların bir qismini də Hacı Eldar özünün bir qərinəlik yaradıcılığında ərsəyə gətirə bilib. “Şəbi-hicran” (1981,2006), “Nağıllar aləmi” (1983), “İslam” (1992), “Təbriz” (1993), “Bürclər” (1994), “Xilaskar” (1995-1997), “Üç din” (1998), “Səttar” (1999), “Bismillahir-rəhmanir-rəhim” (2001), “Üç peyğəmbər” (2003) və s. nadir sənət nümunələrini xatırlasaq, onda daima axtarışa meylli olan ustadın ən tələbkar sənət xiridarlarını belə heyrətləndirəcək xalçalar yaratmağa imkan verən yaradıcılıq potensialına malik olduğunu xüsusi vurğulamalıyıq.

Onun son vaxtlar ərsəyə gətirdiyi “Yaranış” (2010), eləcə də “Kəhkəşan” və “Səttarın arzusu” (hər ikisi 2012) xalçaları da bunun təsdiqidir.

Mürəkkəb kompozisiyalı, çoxfiqurlu “Yaranış” əsərinin süjet xəttini xalçanın yaranma tarixçəsi, başqa sözlə desək, qoyunların otarılmasından hazır xalçanın bazarda satılmasına qədər uzanan bir yolu əhatə edir. Müəllif özlüyündə çox maraqlı olan bu prosesi ardıcıllıqla izləməklə ona ilk dəfə xalçaçılığın özündə cəlbedici və yaddaqalan bir bədii görkəm verməyə nail olmuşdur.

Əsərin ən maraqlı xüsusiyyəti süjetlər məcmusunun rəssam tərəfindən yeni xalçanın kağız üzərindəki çeşnisi kimi təqdim edilməsidir. Başqa sözlə desək, zənginliyi ilə seçilən bu təsvir qurulmuş hananın üzərindədir. Onu da qeyd edək ki, yüzlərlə ecazkar xalçanın toxunduğu bu dəzgah özünün yaratdığı sənət növündə ilk dəfə olaraq məhz bu əsərdə görüntüyə gətirilib.

Londonda çap olunan “Xalı” jurnalının redaksiya heyətinin üzvü, Şərq xalçaları üzrə beynəlxalq konfransın akademik şurasının sədri, xalçaçılıq üzrə nüfuzlu ekspert sayılan italiyalı Alberto Baralevi 2013-cü ildə Bakıya gələrkən Hacı Eldar Mikayılzadənin bənzərsiz yaradıcılığı haqqında məlumat alandan sonra xalçaçı-rəssamın emalatxanasında olub. Onun son illərdə yaratdığı bir neçə süjetli xalçaya, o cümlədən “Yaranış”a öz heyranlığını bildirib. Məşhur ekspert onun əsərlərini çağdaş dünya xalçaçılığının böyük nailiyyəti kimi dəyərləndirib. O, yerli mətbuata verdiyi açıqlamada görkəmli xalça ustası ilə görüşünün nəticəsini belə ifadə edib: “Azərbaycanın Quba, Naxçıvan və Bakı şəhərlərindəki xalça emalatxanalarını gəzdim. Gördüklərimin qarşılığında deyə bilərəm ki, Eldar Mikayılzadə əsl rəssamdır”.

Maraqlıdır ki, fəaliyyəti bilavasitə qədim xalçaçılığın elmi-nəzəri məsələlərini işıqlandırmaq olan “Xalı” jurnalında E.Mikayılzadənin “Yaranış” xalçasının reproduksiyası və haqqında məlumat çap olunub. Qənaətimizcə, məşhur jurnalın öz ənənəsini pozması heç şübhəsiz Azərbaycan sənətkarının dünya xalçaçılığına verdiyi töhfənin çox böyük olmasından irəli gələn məsələdir.

2012-ci ildə Hacı Eldar “Səttarın arzusu” və “Kəhkəşan” əsərlərini tamamlamışdır. Dahi mənzərə ustasına həsr olunmuş xalçada o rəssamın 36 rəngkarlıq əsərinin fraqmentlərini bir araya gətirməklə, Azərbaycan təbiətinin ümumiləşdirilmiş obrazını yaratmağa nail olmuşdur. Əslində çoxsaylı əsərlərdən “məcmu”, “qurama” və yaxud “kollaj” yaratmaq elə də çətin bir proses deyil. Ancaq Hacı Eldar çox fərqli bir bədii vasitədən istifadə etməklə, bu çoxsaylı fraqmentlərdən bütövlüyü danılmaz olan yeni bir mənzərə yaratmışdır. Onun qənaətincə, “Səttarın arzusu” yalnız bu bədii tutumda ola bilərdi. Odur ki, bu əsər də dahi mənzərə ustasının digər tabloları kimi cəlbedici və duyğulandırıcıdır.

Hacı Eldar elə həmin il çağdaş dünya incəsənətində oxşarı olmayan “Kəhkəşan” xalçasını tamamlamaqla, yaradıcı potensialına və təxəyyül sonsuzluğuna görə doğrudan da bu gün bənzərsiz olduğunu bir daha təsdiqlədi. Bu bənzərsizliyi şərtləndirən başlıca səbəb-nəticə azərbaycanlı sənətkarın dünya xalça sənətinə çoxəsrlik fasilədən sonra bədii həllində çoxsaylı qiymətli daş-qaşlardan istifadə olunan toxuculuq nümunəsi bəxş etməsidir. Ədalət naminə deyək ki, tarixdə buna bənzər xalça mövcud olub. Təəssüf ki, bizim eranın VII əsrində yaradılmış həmin toxuculuq nümunəsi bu günümüzə gəlib çatmayıb. Həmin xalı Sasani hökmdarı Xosrov Pərvizin (II Xosrov) vaxtında toxunubmuş. “Xosrovun baharı” adlanan bu qədim xalını Sasanilərin sarayından ərəblər qənimət kimi aparıblar. Lakin xəlifə Ömərin sərkərdələri arasında bu qənimət üstündə ixtilaf düşüb və nəticədə 35-ə yaxın sərkərdə vəziyyətdən yeganə çıxış yolu kimi misli-bərabəri olmayan sənət əsərini kəsib öz aralarında bölüşmək qərarına gəliblər. Bununla da o vaxtlar dünyada bənzəri olmayan bir sənət nümunəsini məhv ediblər. İpək və qızıl saplardan toxunulmuş bu xalının üzərindəki təsvir və naxışlar qiymətli daş-qaşlarla nəqş olunubmuş. Onunla daha çox texniki baxımdan səsləşən Azərbaycan variantının – “xələf”inin toxunuşunda rast gəlinən çətinliklərə rəğmən demək olar ki, “sələf”in özünün də zamanında yaşayıb-yaratmış xalçaçıların yalnız yüksək sənətkarlığı nəticəsində ərsəyə gətirildiyini söyləmək olar. “Kəhkəşan”a gəldikdə isə, demək lazımdır ki, onun müəllifi Hacı Eldar Mikayılzadə uzun müddət sənətkarlar üçün əlçatmaz sayılan belə bir əfsanəvi xalının mövcudluğundan hələ tələbəlik illərində xəbərdar olmuşdur. Bu mənada onun bu işə gec başlaması müxtəlif səbəblərlə bağlı olub. Tələbə-rəssam kimi onun ərsəyə gətirdiyi “Şəbi-hicran”dan “Kəhkəşan”a qədər uzanan həsrət dolu zaman kəsiyi düz 29 il çəkib. Nəhayət, 2010-cu ildə Azərbaycanın çağdaş xalçaçılıq məkanında az qala “təklənmiş” kimi görünən Hacı Eldar keçmişə baxmağa özündə bütün mənalarda güc hiss etdi. İki il davam edən yaradıcılıq prosesi də uğurla nəticələndi. Toxunuşunda pambıq, yun, ipək və qızıl saplara tapınılan xalçada qiymətli daş-qaşlardan istifadə olunmuşdur. Başqa sözlə desək, kompozisiyaya müvafiq olaraq xalçanın naxış örtüyündə 725 ədəd feonit və svarov daşlarını (ağ, sarı, mavi, yaşıl və qırmızı rəngin yeddi çaları) görmək və onların bədii-estetik gücündən zövq almaq mümkündür. Bu yerdə xalçanın texniki baxımdan heç də asan ərsəyə gəlmədiyini vurğulamaq istərdik. Belə ki, xalçada işlədilən 725 qiymətli daşın iplərin əhatəsində etibarlı oturuşu yalnız onların qızıl arğac üzərində “zili” texnikası ilə əldə olunub. Bu alt arğaclara və daşlara isə 1,382 qram qızıl işlədilib.

Dərin hikmətə bələnmiş “Kəhkəşan” xalçası özündə göy cisimləri haqqında elmi-tarixi həqiqətləri yaşadır. Elmdə həm də “Ağ yol” – “Samanyolu” kimi tanınan kəhkəşan əslində Günəşin də daxil olduğu nəhəng ulduz sistemidir. Onun tərkibində yüz milyarddan çox ulduz var. Bu yerdə əlavə edək ki, əsərin mövzusunun hamıya daha çox əlçatmaz və sirli-soraqlı görünən göy cisimlərinə həsr olunması müəllifin xalçanın uğuruna duyulası dərəcədə kömək edən çox məntiqli seçimdir. Belə ki, bizdən çox-çox uzaqlarda olsalar da öz varlığını yerə tuşlanan işıq seli ilə əyaniləşdirən cisimlərin həm də səmadakı yerlərini müəyyənləşdirən bu qaşlar yəqin ki, hansısa başqa kompozisiyada bu qədər təsirli olmazdı. Onların “Kəhrəşan”ın mavi-göy rəng selinə bəxş etdiyi nüfuzedici canlılıq kifayət qədər duyulandır.

Kompozisiyanın dominant nöqtəsini gözə görünməz pərilərin qovşağından əmələ gəlmiş medalyon təşkil edir. İsti-soyuq rənglərdən “hörülmüş” bu halənin mərkəzində toplanmış ulduz selinin nurunu daha da gücləndirən daş-qaşların yaratdığı görüntünün irreal qəbulu danılmazdır. Burada tünd göy və mavi rənglərin tədricən dəyişən çalarları ilə daş-qaşlar arasında medalyonun gur işıqlılığını şərtləndirən uğurlu nisbət əldə olunmuşdur. Medalyonun mərkəzini şərtləndirən iri və onu dövrələyən nisbətən kiçik ölçülü daş-qaşların kənarlara doğru sənətkarlıqla tapılmış “hərəkətində” axıcılığın və dinamikanın əldə olunması xalçanın bu hissəsinin sferikliyinin inandırıcılığı təəssüratını yaratmışdır. Bu “çevrə”ni əhatələyən sarı zolağın üzərində doqquz “məqam”ın adı yazılmışdır. Xalçanın mərkəzi ilə iri haşiyəsinə qədər olan məsafədə kəhkəşanı, yəni, “Ağ yol”un buludsuz gecələrdə heyranedici olan görüntüsünü şərtləndirən çoxsaylı təsvirlər yerləşdirilmişdir. Bürclərin və planetlərin və digər obyektlərin yer aldığı bu “səmavi xəritə” bədiiliyi ilə yanaşı, həm də elmi dəqiqliyi ilə diqqət çəkir, desək, həqiqəti söyləmiş olarıq. Bütün yaradıcılığı boyu ərsəyə gətirdiyi xalçaların kompozisiyalarına daxil edilmiş bu bəzək ünsürlərinə məna-məzmun verməyə meylli olan Hacı Eldar Mikayılzadə bu ənənəsinə “Kəhrəşan”da da sadiq qalmışdır. Bu mənada o, bu unikal xalçanı həm də tamaşaçı ilə dialoqa girmək gücündə olan mənəvi-fəlsəfi qaynağa çevirmişdir.

Xalçanın nə qədər böyük olduğunu necə müəyyənləşdirə bilərəm?

Xalça əcdadlarımızdan bizə qalan dəyər, xatirə, sənət əsəri, yadigardır. Hələ qədim zamanlardan tariximizin ənənəsinə çevrilən xalçalar üzərlərində böyük bir tarixi, dərin mənaları daşıyır. Bugün evimizin döşəməsində əslində bir əl işi, bir sənət əsəri saxlayırıq. Bəs xalçalar necə toxunur? İllərdir dəyərini itirməyən xalçaların toxunması hansı mərhələlərdən ibarətdir? “Xalça necə toxunur?” adlı bloq yazımızı sizə təqdim edirik.

Xalçanın toxunma prosesi bir neçə hissədən ibarətdir:

Xalçanın toxunmasına hazırlıq işləri;
Xalçanı toxuyan şəxs xalça toxumaq üçün məmulatlar hazırlayan zaman gələcək xalçanın ölçüsünü, onun ilmələrinin sıxlığını, naxışların və kompozisiyanın xarakterini (çeşnisini) və bir çox digər amilləri nəzərə almalıdır. Xalçanın toxunması zamanı əriş və arğac ipliklərin hanada (toxuculuq dəzgahında) bir–birinə ardıcıl olaraq toxunması nəticəsində xalçaların quruluşu formalaşır, toxuculuq işi həyata keçirilir. Hal-hazırda isə müxtəlif xalçaların istesalı üçün olduqca müxtəlif növ hanalardan (toxucu dəzgahlarından) istifadə olunur.

Kirkid- xalça toxuyarkən toxunmuş ilmələri sıxlaşdırmaq üçün işlədilən alətdir. Azərbaycanın bəzi bölgələrində bu aləti daraq da adlandırırlar. Əvvəllər kirkidi ağacdan və yaxud da buynuzdan hazırlayırdılar. Kirkidin iki, üç və ya dörd dişi olur. Zaman keçdikcə digər alətlər kimi bu alətlərində forma və texniki xüsusiyyətləri təkmilləşmiş, kirkitin dişlərinə metal ucluqlar əlavə olunmuşdur. Arğacın hamar salınması üçün nəzərdə tutulan texnoloji tələblərə tam cavab vermədiyi üçün bu alət sonda tam metaldan hazırlanmış, müasir kirkidlərin ilk nümunələri meydana gəlmişdir.

Xalça toxumaq üçün Qayçı- (toxucuların sayına uyğun).
Xalça toxunuşunun ilk dövrlərində qayçıdan istifadə edilməsədə sonralar xalçaların xovunun hamarlığını əldə etmək üçün evdə işlənən adi qayçılardan istifadə edildi. Əvvəllər adi qayçıların istifadəsi xalçanın keyfiyyətinə yaxşı təsir etsədə barmaqların sərbəst hərəkətini çətinləşdirdi. Belə qayçılar xalçanın keyfiyyətini bir qədər aşağı salırdı.

Xalça toxumaq üçün bıçaq.
Yaxın keçmişə qədər xalça toxuculuğu zamanı ipliklərin kəsilməsi məqsədilə dəmirçilərin düzəltdiyi sadə bıçaqlardan istifadə edilirdi. Adi bıçaqlar kənd yerlərində əsas hallarda köhnə dəryazdan (kərənti) hazırlanırdı. XIX əsrin əvvəlində istifadə edilməyə başlanan müasir bıçaq – qarmaq, kəsən hissə və tutacaqdan ibarətdir və bıçağın qarmağından səhvi düzəltmək, ilmələri açıb yenidən bağlamaq üçün də istifadə olunur. Müasir bıçaq – qarmaq vasitəsilə əriş iplikləri tutur, ilmə bağlayır və ipliyi kəsir.

Ümid edirik ki, bu yazımızdan fayda götürdünüz. Sonda təkrar qeyd etmək istəyirik ki, xalçanızı-sənət əsərinizi hər şirkətə əmanət etməyin. Onu dəyərini bilənə əmanət edin.

  • Xanımlar üçün faydalı məsləhətlər
  • Xalça necə toxunur?

Xallar necə əmələ gəlir və nədən xəbər verir?

Hər bir insanda bədənin müxtəlif yerlərində müxtəlif rəngdə və ölçüdə xallar vardır. Xallar insana gözəllik verdiyi kimi, həmçinin təhlükə də yarada bilər. Xallar həm anadangəlmə, həm də qazanılmış ola bilər.

Milli.Az medicina.az-a istinadən bildirir ki, xallar bir çox səbəblərdən yarana bilir: genetik faktor, hormonal faktorlar, ultrabənövşəyi şua və s. Uzun müddət gün şüası xalların yaranmasına və ya xalların dəyişməsinə səbəb ola bilər. Hər bir xal müxtəlif səbəblərdən dəyişərək bədxassəli ola bilər.

Bu balaca qəhvəyi nöqtələr dərinin rəngini təmin edən melaninin yaradılmasına cavabdeh olan xüsusi növ hüceyrələrin – melanoçitlərin artması nəticəsində əmələ gəlir. Bu kiçik ləkələr bədənin istənilən yerində, istənilən yaş həddində meydana gələ bilər və onların bəziləri vaxt keçdikcə yoxa çıxır. Baxmayaraq ki, bizi çox zaman qorxudurlar ki, xallar asanlıqla xərçəng şişinə çevrilə bilər, onların əksəriyyəti qorxusuzdur.

Adi balaca xallardan fərqli olaraq, bəzi xüsusi növ xallar var ki, onlar dəridə menoçitopların yerləşməsinə bir-birindən fərqlənir. Sərhəd xalları böyük olmayan, tünd rəngli və azacıq qabarıq olan xallardır. Bədənin bütün hissələrində əmələ gələ bilər.

Ağır nevo-hüceyrə xalları

Tünd narıncı-qəhvəyi, kifayət qədər dərinin üzərində qabarıq şəkil almış xallardır. Xaldan bəzən tüklər də yetişə bilər. Belə xallar əsasən yeniyetmə yaşlarında meydana gəlir və 60 yaşına kimi yoxa çıxır. Əgər xalın yeri ağrayır və qaşınırsa, bu zaman mütləq dermatoloqa müraciət etmək lazımdır – ola bilsin ki, təhlükəli pozulma əmələ gəlib.

Bu növə əsasən yaşlı insanlarda meydana gələn bütün xallar aid edilir.

Dərinin solğun bir hissəsi ilə əhatə olunmuş xallar belə adlanır. Xalın ətrafında belə bir solğun hissənin yaranması bir qayda olaraq zərərsiz dəyişkənlikdir və pis heç bir şeydən xəbər vermir.

Körpələrin dərisində əmələ gəlmiş böyük göy hissələr də xalın bir növüdür. Bunlara çox az hallarda rast gəlinir və təqribən 5 yaşına qədər həmin xallar bədəndən yox olur.

Günəş şüalarının güclü təsiri nəticəsində əmələ gəlir. Belə ki, bu zaman melanoçitoplar xeyli miqdarda piqment hasil etməyə başlayır. Çillərin əmələ gəlməsinə görə narahat olmağa dəyməz. Bunlardan qorunmaq üçün xüsusi günəşdən müdafiə kremlərindən istifadə etmək kifayət edər.

Qəhvəyi rəngli hamar ləkələr. Günəş şüalarının təsiri altında əmələ gəlir. Bir qayda olaraq yaşlı insanlarda əmələ gəlir. Əgər lentiqo üz dərisində əmələ gəlir və diametri 2 santimetrdən yuxarı olursa, bu zaman onun təhlükəli olma ehtimalı çoxdur.

Bu ən çox yayılmış dəri xərçəngi xəstəliyidir. Bu xəstəlik doğurdan da öncə sağlam olmuş xaldan əmələ gələ bilər. Belə ki, bu cür hallar ümumi xərçəng xəstələrinin 50%-ində müşahidə edilir. Digər halların səbəbi isə hələlik məlum deyil. Alimlər yalnız ehtimal edirlər ki, buna səbəb dərinin DNT hüceyrələrinin ultra-bənövşəyi şüalanma ilə zədələnməsi ola bilər.

Melanomanı necə tanımaq olar?

Xallar öz rəngini və ya formasını dəyişdiyi andan dərhal ehtiyatlı davranmağa başlamaq lazımdır. Əgər onun ətrafı əyri hal almağa başlayıbsa və ölçüsü böyüyübsə, yaxşı olar ki, həkimə müraciət edəsiniz. Qaşınma və ya qanaxma da ağır nəticələr verə bilər. Zərərli melanomanı rahatlıqla cərrahiyə üsulu ilə aradan götürmək olar. Lakin, əgər artıq bu xərçəngə çevrilsə və ya yayılma verməyə başlasa, bunun qarşısını almaq artıq çətin olar.

Milli.Az

Comments are closed, but trackbacks and pingbacks are open.