Press "Enter" to skip to content

Azəriqaz”, “Azərişıq” və “Azərsu” kartlarına onlayn pul YÜKLƏMƏK OLAR? RƏSMİ AÇIQLAMA

Borcla bağlı gələn bildiriş sənədində abunə kodu yazılan hissədə olur, 15 rəqəmli koddur. Million və digər ödəniş terminallarından alınan qəbzlərdə yazılmır. Əgər bildiriş sənədi tapmaq mümkün olmursa, Azəriqaz qaynar xəttinə zəng etmək lazımdır. 104/185

Azəriqaz abonent kodu necə öyrənmək olar?

Krtdir. Terminala salmaqla bilirem. Terminalsiz lazim idi.

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

Borcla bağlı gələn bildiriş sənədində abunə kodu yazılan hissədə olur, 15 rəqəmli koddur. Million və digər ödəniş terminallarından alınan qəbzlərdə yazılmır. Əgər bildiriş sənədi tapmaq mümkün olmursa, Azəriqaz qaynar xəttinə zəng etmək lazımdır. 104/185

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

Azeriqaz.az səyfəsinə girib, Borcunu / Limitini öyrən bölməsinə daxil olub təkcə sayğac nömrəsini yazaraq axtarışa verdikdə abunet kodu və digər məlumatlar görsənir.

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır
Bu suala aid öz sualım var:
Sual verin
Bu suala cavab vermək istəyirəm:
Cavab verin

Cavab verin

Cavab yazmaq üçün lütfən sağ sütundan və ya buradan hesaba daxil olun.

Üzvlər üçün giriş

Elan qutusu

Son cavablar və şərhlər

E. Hacı cavab verdi – Payoneer ünvan təsdiqləmə (1 gün əvvəl)

123589 cavab verdi – PC üçün tövsiyə (4 gün əvvəl)

Valeh Abishov cavab verdi – Aliexpress telefon (6 gün əvvəl)

Valeh Abishov cavab verdi – 1-dən ədəddən çox əşya sirariş etmə (6 gün əvvəl)

Valeh Abishov cavab verdi – Poçta əlavə pul (6 gün əvvəl)

gul56 cavab verdi – Vöen və bank hesabı (8 gün əvvəl)

E. Hacı cavab verdi – Vöen və bank hesabı (8 gün əvvəl)

Mammadli-Help cavab verdi – iban hesab nömrəmi tapa bilmirəm (11 gün əvvəl)

Mammadli-Help cavab verdi – İxtisasla bağlı (11 gün əvvəl)

Cənab cavab verdi – TOEFL vs IELTS (20 gün əvvəl)

yusifmemmedov2004 cavab verdi – Amerikadan Gomruk daxil Kargo (30 gün əvvəl)

Только Бог cavab verdi – PC üçün tövsiyə (34 gün əvvəl)

“Azəriqaz”, “Azərişıq” və “Azərsu” kartlarına onlayn pul YÜKLƏMƏK OLAR? – RƏSMİ AÇIQLAMA

Son vaxtlar vətəndaşların daha rahat və onlayn ödəmə üsullarından istifadə edə bilmələri üçün yeni imkanlar açılır. Artıq bir çox xidmət ödəmələri internet üzərindən həyata keçir.

Bu günlərdə isə “BakıKart”la bağlı internet portalı üzərindən ödəmənin tətbiqinə başlanılıb.

Belə ki, QR kod, NFC və EMV (bank kartı il birbaşa ödəniş) texnalogiyalarından istifadə nəzərdə tutulub. Bunun üçün online.bakikart.az portalına daxil olub e-mail və ya telefon nömrəsi ilə qeydiyyatdan keçib şəxsi kabinet yaratmaq lazımdır.

Məsələ kommunal xidmətlərin də bu üsulla tətbiqini gündəmə gətirib. Bəllidir ki, “Azəriqaz”, “Azərişıq” və “Azərsu” ya məxsus smart tipli sayğacların kartını ödəmə terminallarına daxil etməklə balansı artırmaq mümkündür.

Maraqlıdır, bu kartların da balansını internet üzərindən birbaşa artırmaq mümkün olacaqmı?

Məsələ ilə bağlı cavabdeh qurumların mövqeyini öyrəndik.

“Azəriqaz” İstehsalat Birliyinin mətbuat katibi Eldəniz Vəliyev Bizim.Media-ya açıqlamasında belə bir tətbiqin mövcudluğunu, amma tam işlək halda olmadığını deyib:

“Fərdi qaydada smart kartlara vəsaitin otuzdurulması prosesi uzun müddətdir var. Proses olaraq SOCAR və “Azəriqaz” bununla bağlı layihə hazırlayıb. Problem ondadır ki, ilkin olaraq abonent kart oxuyucusu almalıdır. Bildiyim qədər bu, onlayn internet şəbəkələrində satışda olur.

Onun evdən və ya məsafədən yüklənməsi prosesi internet şəbəkə üzərində müəyyən xətalar verir. Bu səbəbdən biz birbaşa vətəndaşlara açıq şəkildə bunu elan etməmişik ki, hər kəs fərdi qaydada özü kartına evdən, yaxud məsafədən vəsait otuzdura biləcək”.

Qurum rəsmisinin sözlərinə görə tətbiq zamanı müəyyən xətalar və vəsait itmələri mümkündür:

“Sistem tam hazırlanmayıb. Bu problem internet şəbəkəsi üzərindən getdiyinə və təhlükəsizliyə görə hal-hazırda tam həllini tapmayıb”.

“Azərişıq” ASC-nin mətbuat katibi Vaqif Aydınoğlu bildirib ki, “BakıKart” başqa tiplidir, ora NFS texnologiyasi ilə internet ödənişi sistemlərindən yükləmə etmək olur:

“Bizdə istifadə olunan kartlar “chipli” olduğuna görə bu tipli kartlara yalnız “reader” vasitəsilə balans yükləmək mümkündür. Ödəniş sistemlərindən bu kartlara onlayn balans artırmaq olmur”. “Azərsu” ASC-nin mətbuat katibi Anar Cəbrayıllı isə hələlik sözügedən tətbiqin hazırlanmasının nəzərdə tutulmadığını qeyd edib.

Alçina Amilqızı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Comments are closed, but trackbacks and pingbacks are open.