Testə cavab vermək üçün variantın üzərində klik edin
-Bu, vaxtilə olmuş sızanaqların izləridir. Dərinin bərpa olunmayan qatları zədələndiyi üçün bu tip “deşiklər” olur. Bu, xəstəlik deyil, xəstəliyin nəticəsidir. Ona görə də, sızanağı basmaq olmaz.
Ukrayna
AzVision.az –ın müsahibi Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun dermatovenerologiya kafedrasının həkim-dermatoloqu Fərhad Qarayevdir.
-Hazırda daha çox hansı dəri xəstəlikləri yayılıb?
– Bizim kafedranın özəlliyi ondadır ki, bura adətən xroniki xəstəliyi olan insanlar gəlir. Məsələn, sadə dəri göbələyi olan xəstələri siz burada görə bilməzsiniz. Bu, o demək deyil ki, həmin xəstəlik yoxdur. Sadəcə olaraq, bu xəstələr əsasən poliklinikalarda müalicələrini alırlar. Ancaq əhali arasında yayılmasını nəzərə alsaq, göbələk xəstəlikləri çoxdur. Çünki bu xəstəliyin yayılması üçün elə də böyük şərait lazım deyil. Adicə gigiyena qaydalarına riayət etməyəndə, məsələn, ayağı nəm saxladıqda şərait yaranır. Üzdə sızanaqlar da gənclər arasında geniş yayılıb. Sızanaqlar əsasən iki: gənə və hormon mənşəli olurlar. Başda kəpəklənmə də kifayət qədər geniş yayılıb.
-Xroniki dəri xəstəliklərindən hansıların müalicəsi nisbətən çətindir?
-Bizim region üçün xarakterik olan “psoriaz“ və ya başqa adla “pullu dəmirov”, pemfiqus kimi xəstəliklər olduqca ağır müalicəyə gəlirlər. Pemfiqusda dəridə suluqlar əmələ gəlir.
İcbari sığortası olan ölkələrdə bu xəstəliklərin daha effektiv müalicəsi mümkündür. Çünki istifadə olunan dərmanlar haradasa 800 manat civarında olur. 1400 manata olanı da var. İynəsi ayda bir dəfə vurulur. Ancaq insanın ömrünün sonuna kimi ehtiyac var bu dərmanlara. Həmin xəstəlikləri biz konservativ üsullarla müalicə edirik. Sovet vaxtından tətbiq olunan, steroid preparatlara əsaslana müalicədən istifadə olunur. Hər iki xəstəlik bəzən daxili orqanların xəstəliyi nəticəsində şiddətlənir. Bizə elə xəstə gələndə onu tam müayinə edirik. Adicə dişdə kariyes də buna səbəb ola bilər. Bədəndə infeksiyalar varsa, onu sağaldırıq. Bir çox zərərli vərdişlərdən uzaqlaşdırırq. Bu xəstəliklərin səbəbi bəlli deyil. Birdəfəlik müalicəsi də hələ ki yoxdur. Sadəcə, insanın həyat keyfiyyətini yaxşılaşdırmaq həkimlərin prioriteti olur.
Vulqar Psoriaz
Müalicənin özünü də fəsadı var. Amma xəstə tez gəlsə, bəlkə də bir az aşağı dozalarla daha keyfiyyətli həyat tərzini təmin edə bilərik. Ancaq xəstə gələndə iş-işdən keçmiş olur deyə, vəziyyəti düzəltmək çətin olur. Biz məcburən yüksək dozada müalicə təyin etməli oluruq. Təyin etdiyimiz müalicə steroiddir. O preparatlarla uzun müddətli müalicə özü artıq fəsadlıdır, onu da təyin etməyəndə xəstə sadəcə, tələf olur.
Bizim səhiyyədə xəstələrə institusional yanaşma yoxdur. Türkiyə ilə müqayisə aparsaq, orada xəstələr həkimin deyil, institutların, klinikaların adına gəlirlər. Və arxayındırlar ki, həkim dərdini bilməsə, özü xəstəni məsləhət üçün daha təcrübəli həkimin yanına aparacaq.
-Pemfiqus və psoriaz xəsətliklərinin başlanğıcda hansı əlamətləri olur?
Vulqar Pemfiqus
– Psoriaz zamanı əsasən dizdə, dirsəklərdə, qarında , sağrılarda spesifik səpkilər və ardınca piləklər əmələ gəlir. Pilək – yəni qırmızımtıl, üzəri kəpəklənən, dəri səthindən bir az qalxan kələ-kötür elementlərdir. Dırnaqlarda nöqtəvari dəyişikliklər əmələ gəlir. Əsasən də başda çoxlu kəpəyin əmələ gəlməsi müşahidə olunur. Adam var, papağını başından çıxardanda elə bilirsən ki, qar yağır. Başin dərisinə diqqətlə baxdıqda, tüklü hissəsindən kənara çıxan qızartılı haşiyə nəzərə çarpır. Adına da “psoriatik tac” deyilir. Qaşınma o qədər də narahat etmir, amma ola bilər. Qadın-kişi nisbəti psoriazda birin birədir.
Pemfuqusun isə ölkəmizdə qadın və kişilərdə rast gəlmə nisbəti 4:1-dir. Yəni qadınlar kişilərdən 4 dəfə çox bu xəstəliyə düçar olur. Pemfiqusa xarakterik əlamət budur ki, dəridə tez açılan zərif örtüklü suluqlar əmələ gəlir. Yəni sadə dildə desək, dərinin üst qatının altına maye yığılır və o, şişir. Tez də partlayır. Onun növləri var. Partlamayan forması da var, o, başqa xəstəlikdir.
Bu xəstəlik çox şiddətlə yayılır. Və bir xüsusiyyəti də var ki, sadə forması (Vulqar Pemfiqus) adətən birinci ağız boşluğundan başlayır. Belə olanda insanlar çox vaxt stomatoloqa müraciət edirlər. Bu, normaldır. Stomatoloqlar da aşkar edib, bizə yönləndirirlər. Ağızda və genital hissənin selikli qişasında yaralar əmələ gəlir. Ondan sonra dəriyə keçir. Yəni bu xəstələr öncə ginekoloqlara da müraciət etmiş ola bilərlər. Amma müalicəsini yalnız dermatoloqlar apara bilər.
Pemfiqus (seborealı tip)
– Elə pasientlər var ki, dəridə problem olan zaman həkimdən çox kosmetoloqa müraciət edir. Bu, nə dərəcədə düzgündür?
– Baxır, nəyə görə müraciət edir. Adətən sızanaqlarla bağlı kosmetoloqa müraciət edirlər. Onlar da öz işini düzgün qurmaq üçün xəstəni birinci bizə yönəldir ki, biz də müalicə yazırıq. Müalicə olunandan sonra sızanağın qalıq əlamətləri olan yüngül çapıqları, ləkələri kosmetoloqlar təmizləyir. Belə olarsa, burada bir problem yoxdur. Amma üzdə kəskin iltihabi proses varsa, onu müalicə etmədən kosmetoloji prosedurlara başlamaq, əksinə, fəsadlara gətirə bilər. Ümumiyyətlə, şiddətli reaksiya olan vaxt kosmetoloji manipulyasiyalar əks göstərişdir, olmaz.
Dərini həddindən artıq təmizləməyə məruz qoymaq məsləhət deyil. Belə ki, dərini qoruyan faktorlardan biri də piy örtüyüdür. Onu silib götürdükdə kobud desək, dərimiz müdafiəsiz qalmış olur. Balans pozulur. Əgər o, çoxdursa, onu müalicə edirlər. Azdırsa, yenə də müalicə lazımdır. Balansı pozan manipulyasiya etdinizsə, bilin ki , bir xəstəlik yaradacaqsınız . Ehtiyac yoxdursa, bunu etməsinlər.
Xroniki quru Ekzema
– Bəs üzü yaş salfet ilə silmək necə, infeksiyaya səbəb olmur ki?
– Üzün dərisi elədir ki, həddindən ziyadə “əllənməyi” xoşlamır. Üz, sinə və kürəyin dərisi əgər sağlamdırsa, özü-özünü təmizləyir. Üzdəki kosmetikanı salfet ilə təmizləmək olar, ancaq ehtiyac olmayan halda əlavə manipulyasiyalar problem yaradacaq.
Üzü su ilə yuyandan sonra mütləq yumşaq dəsmal ilə qurutmaq lazımdır. Çünki üz sulu qalanda dəridəki su buxarlanır, üzü qurudur. Həmçinin əl haqqında da bunu demək olar. Hətta biz bundan müalicədə də istifadə edirik. Suluqlu yaralar olanda, onu qurutmaq üçün tənzifi isladıb, onun üstünə qoyuruq.
Bəzən elə olur ki, qadınların dırnağında göbələk olur. Bu, iş gördükdən sonra əllərini yuyub, qurutmamağın nəticəsidir. Çiməndə çox adam ayaq barmaqlarının arasını silmir. Hətta göbələkli xəstələrimizə müalicə zamanı barmaqlarının arasını fenlə qurutmağı məsləhət görürük. Onu da deyim ki, hər gün çimmək düzgün deyil. Yay aylarında ola bilər. Ancaq soyuq havada bunu həftədə iki və ya üçə salmaq lazımdır. Əgər yağlılıq çoxdursa, onu müalicə etmək lazımdır. Normal halda başın dərisini həftədə iki dəfədən artıq olmamaqla yumaq daha yaxşı olardı.
Orqanizmimiz bir vəhdətdir. Mənim üzümün piy ifraz edən vəzilərinə dəri səthindəki piyin miqdarı haqqında məlumat müəyyən mexanizmlər üzrə onsuz da çatdırılır. Ona uyğun da ifrazatına davam edir. Əgər siz dərini normadan çox qurutsanız, həmin vəzilərə məlumat çatacaq ki, üzün dəri səthində piy təbəqəsi azdır, yəni “çox işləmək” lazımdır. Belə hallarda ən düzgünü piy ifraz edən vəzilərin fəaliyyətini azaldan müalicə almaq lazımdır. Dəri orqanizmin bir hissəsidir, ən böyük orqan sayılır. Biz ona düzgün olmayan müdaxilə edəndə nəticələri də xoşa gəlməz olur.
Əlvan dəmirov
– Göbələk xəstəliyi xronikidir, yoxsa onun müalicəsi var?
– Göbələyin yaranma səbəblərdən biri də vərdiş məsələsidir. Müalicə yazırıq, sağalır. Düzgün vərdiş qazananda problem olmur. Məsələn, ayaq göbələyində əgər sən törədici düşmüş köhnə ayaqqabını geyinərsənsə və üstəlik, ayaqlarını nəm saxlayırsansa, göbələyin yenidən baş qaldırması üçün hər şeyi etmiş olursan. Daha nə istəyirsən, özün əkib-becərirsən, suyunu da verirsən. Bu cür ayaqqabıları dezinfeksiya etmək və göbələyə şərait yaradan digər vərdişlərdən qurtulmaq lazımdır.
Göbələk xəstəlikləri başın tüklü hissəsində də olur. Yayılmış formalarından biri də rəngbərəng dəmirovdur. Cavan adamlarda daha çox olur. Boyun hissədən başlayır, sonra bədənə yayılır. Qışda biz bunu hiss etmirik. Ümumiyyətlə, dəridə göbələk xəstəliklərinin növü çoxdur.
Dərin göbələklər var ki, onun müalicəsi bir az uzun çəkir. Hətta daxildən müalicə tələb olunur. Bəzən elə ayaq göbələkləri olur ki, infeksiya dərinin içinə daxil olub, limfa vəzlərinə qədər gedir, orada ehtiyatda qalır. Sporlar qalanda isə yenidən geri qayıda bilir. Dırnaq göbələklərində isə müalicə bəzən 6-12 ay və daha çox da çəkə bilir.
Peroral dermatit
– Üzdə kiçik çapıqların əmələ gəlməsi nə ilə bağlıdır?
-Bu, vaxtilə olmuş sızanaqların izləridir. Dərinin bərpa olunmayan qatları zədələndiyi üçün bu tip “deşiklər” olur. Bu, xəstəlik deyil, xəstəliyin nəticəsidir. Ona görə də, sızanağı basmaq olmaz.
– Papillomaları yaradan səbəblər nədir?
– Bunlar virus mənşəli törəmələrdir. İnsan Papilloma Virusuna (İPV) yoluxma ehtimalı çoxdur. İmmuniteti güclü olan insanlarda demək olar ki, üzə çıxmır. Stress keçirdikdə, immunitet zəiflədikdə yaranır. Onların əsas müalicəsi kosmetoloji olaraq aradan götürməkdən ibarətdir. Əgər çox yayğındırsa, artıq o adamı dərin müayinədən keçirmək lazımdır, ola bilər ki, daxildə İmmunitetin aşağı düşməsinə səbəb olan problem var, onu tapıb, paralel müalicə aparmaq lazımdır.
– Kişilərdə vaxtından əvvəl saçın tökülməsi nə ilə bağlıdır?
-Bu, androgen tipli saç tökülməsidir. Saçın tökülməsi alnın kənarlarından və təpə nahiyəsindən başlayır. Müəyyən yaşdan sonra bizim tüklərimizin dibində, follikulunda kişi hormonuna həssaslıq yaranır. Bu, tipik keçəlləşmədir. Yəni kişi hormonu parçalanır, qanla tüklərə gedib çatanda saçlar tökülürlər.
Psoriazda başın tüklü hissəsinin zədələnməsi
Bir də var ocaqlı tük tökülməsi, qadınlarda və uşaqlarda olur. Kişilərdə ocaqlı tük tökülməsini üzün tük örtüyündə müşahidə etmək olar. Demək olar ki, hamıda olur. Stress keçirəndə, yuxu pozğunluğu olanda əmələ gəlir. Ocaqlı keçəlləşmə zamanı pasienti müalicədən öncə ciddi müayinədən keçirmək tövsiyə olunur. Bir çox
hallarda qalxanvari vəz və digər daxili orqanların zədələnməsi ilə əlaqədar olur.
Şahanə RƏHİMLİ
Nuron Məmmədov
Testə cavab vermək üçün variantın üzərində klik edin
64 simvollu əlifba ilə yazılmış məlumat 20 simvoldan ibarətdir. Bu məlumatın həcmi nə qədərdir ?
Unicode kodlaşdırılmasında hər simvol 16 bit yer tutur. 20 simvoldan ibarət mətnin həcmini tapın ?
Komputerin yaddaşında 1 simvolun kodlaşdırılması üçün nə qədər yer ayrılır ?
14 simvoldan ibarət olan mətnin həcmi 98 bitdir. Bu mətnin yazıldığı əlifba neçə simvoldan ibarətdir ?
1011011 – ikilik ədədi üçün yaddaşda nə qədər yer ayrılır ?
They*are*Students ifadəsində bitlərin sayı nə qədərdir ?
“Binary digit” nədir ?
32 Gb neçə Kb-dır ?
Hesablayın : 3 Mb – 19 Kb = ?
Minimal ölçü vahidi hansıdır ?
Bir ikilik rəqəmə nə qədər sahə ayrılır ?
2 Mb neçə bitə bərabərdir ?
20480 bit tutumlu informasiyanın həcmi neçə Kb-dır ?
2 13 bit neçə baytdır ?
40 simvoldan ibarət olan mətn yaddaşda 25 bayt yer tutur. Mətnin yazıldığı əlifba neçə simvoldan ibarətdir ?
64 simvollu əlifba ilə yazılmış mətn yaddaşda 72 bayt yer tutur. Mətn neçə simvoldan ibarətdir ?
Mətn yaddaşda 80 bit yer tutur. Mətn neçə simvoldan ibarətdir ?
Komputerin yaddaşının tutumunu ölçmək üçün nədən istifadə olunur.
Faylın həcmi 10 Mb-dır. Sıxlaşdırıldıqdan sonra onun həcmi 20 % azalmışdır. Bu halda faylın həcmi nəyə bərabər olar ?
Mətn 128 simvoldan ibarətdir. Mətn komputerin yaddaşında nə qədər yer tutur ?
Cavabların yoxlanılması üçün ən azı bir testə cavab verilməlidir
Düzgün cavabların sayı : 0
Yalnış cavabların sayı : 0
Cavab verilməmiş sulların sayı : 0
Yoxlamadan sonra nəticə burada göstəriləcək
| Sizin seçdiyiniz cavab |
| Doğru cavab |
Comments are closed, but trackbacks and pingbacks are open.