I lham liyev multikulturalizmin azrbaycan modeli haqqında
“Azərbaycan Modeli”
I lham liyev multikulturalizmin azrbaycan modeli haqqında
Dekabrın 24-də Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi (BBMM) və Azərbaycan Dillər Universitetinin (ADU) birgə təşkilatçılığı ilə “Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev multikulturalizmin Azərbaycan modeli haqqında” kitabının təqdimatı keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbiri ADU-nun rektoru, akademik Kamal Abdulla giriş sözü ilə açaraq Azərbaycan Respublikasının multikulturalizm siyasətinin əsasının ümummilli lider Heydər Əliyev tərəfindən qoyulduğunu, müasir dövrdə isə bu siyasəti Prezident İlham Əliyevin uğurla davam etdirdiyini bildirib. Qeyd olunub ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan multikulturalizm siyasəti ölkə daxilində inteqrasiya proseslərini möhkəmlədir. Beynəlxalq müstəvidə isə bu siyasət mədəniyyətlərarası və dinlərarası dialoqun inkişafına güclü təsir göstərir. Prezident İlham Əliyevin təşəbbüsü ilə 2016-cı ilin ölkəmizdə “Multikulturalizm ili”, 2017-ci ilin isə “İslam Həmrəyliyi ili” elan edilməsi multikulturalizm siyasətinə dövlətin önəm verməsinin bariz nümunəsidir.
Kamal Abdulla qeyd edib ki, italyan, ispan və fransız dillərində nəşr olunan kitabda Prezident İlham Əliyevin 2003-cü ildən bəri müsahibə və çıxışlarında multikulturalizmin Azərbaycan modeli haqqında dəyərli fikirləri toplanıb. Kitabda dövlətimizin başçısının təşəbbüsü və rəhbərliyi ilə Azərbaycanın multikulturalizm, o cümlədən mədəniyyətlərarası və dinlərarası dialoqun inkişafı istiqamətində həyata keçirdiyi layihələrdən, həm ölkə daxilində, həm də beynəlxalq miqyasda bu sahədə əldə edilən nailiyyətlərdən bəhs olunur. Kitab ilk dəfə 2017-ci ildə Azərbaycan, rus və ingilis dilində çap edilib.
BBMM-in İcraçı direktoru Rəvan Həsənov çıxışında vurğulayıb ki, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin təməli beş il əvvəl Azərbaycan Respublikası Prezidenti İlham Əliyev tərəfindən qoyulub. Mərkəz multikulturalizm siyasətinin daha möhkəm təməl üzərində qurulması və inkişafı məqsədilə dövlət başçısının verdiyi dəyərli tövsiyələr əsasında ötən müddət ərzində ölkəmizdə xalqlar və fərqli konfessiyalar arasında tarixi birgəyaşayış həyat tərzinin möhkəmləndirilməsi, inkişafı və təbliği istiqamətində fəaliyyətini gücləndirib, yeni yaradıcılıq platformasını formalaşdıra bilib.
Rəvan Həsənov qeyd edib ki, kitabın nəşrinin əsas məqsədi Azərbaycan mutukulturalizm modelini dunyanın aparıcı dillərində xarici ölkələrdə təbliğ etmək və bu modelin siyasi əsaslarını göstərməkdir. Bu kitab həm mərkəzin, həm də ölkəmizdə olan müxtəlif qurumların Azərbaycan multikulturalizmi və tolerantlıgı, mədəni və dini müxtəlifliyi haqqında bir yol xəritəsidir. Kitab ölkəmizdə olan xarici diplomatik nümayəndəliklərə, eləcə də xarici ölkələrdə olan ali təhsil ocaqlarına və siyasi dairələrə mərkəz tərəfindən çatdırılıb və ilkin rəylər yüksək səviyyədədi.r
Sonra İtaliyanın ölkəmizdəki səfirinin müavini Umberto Boeri, Dini Qurumlara İş üzrə Dövlət Komitəsi sədrinin müavini Gündüz İsmayılov, Azərbaycan İlahiyyat İnstitutunun rektoru Ceyhun Məmmədov və digərləri çıxış edərək bildiirblər ki, Azərbaycan Respublikasının multikulturalizm siyasəti sahəsində əldə etdiyi uğurlar dünya ölkələri tərəfindən etiraf olunur. Bütün dünyada Azərbaycanın multikulturalizm və tolerantlıq sahəsindəki təcrübəsinə artan maraq dövlətimizin multikulturalizm mərkəzlərindən biri kimi yüksək imicin qazanmasına səbəb olub.
Xankəndi
Hazırda Qərb ölkələrində multikulturalizm prinsipləri ciddi şəkildə böhran keçirməkdədir. Avropanın aparıcı Britaniya, Almaniya və Fransa kimi ölkələrində multikulural dəyərlər siyasi zədə alaraq, müəyyən qüvvələr tərəfindən bilərəkdən gözdən salınır.
Müasir alman filosofu Yürgen Habermasın dediyi kimi, multikulturalizmin əsas prinsipi “mədəni həyatın müxtəlif formalarının bərabər hüquqlarla yanaşı mövcud olması”, yəni azlıqla çoxluğun bərabər hüquqlara malik olmasıdır. Ümumiyyətlə, azlığın dəstəklənməsi proqramının dövlət siyasətinin sadəcə bir xəttinə yox, ümumən bütün sosial-siyasi sistemin tərkib hissəsinə çevrilməsi vacibdir.
Hələ XVIII-XIX əsrlərdə Avropada savaşların getdiyi bir vaxtda çoxlu sayda alman dünyanın müxtəlif qitə, region və ölkələrinə miqrasiya etməyə başladılar. 1917-ci ildə Şimali Qafqazdakı 200-dən artıq alman koloniyasında 160 mindən çox alman yaşayırdı. 1819-cu ildən sonra Azərbaycanda 194 alman miqrant ailəsinin yerləşdirilməsindən sonra çoxlu koloniya yaradıldı: məsələn, “Annenfeld”, “Helenendorf”, “Georqsfeld”, “Qrünfeld”, “Ayxenfeld” və “Traubenfeld”.
1918-ci ilə qədər bütün Azərbaycan ərazisindəki almanların ümumi sayı 6 min nəfər idi. Azərbaycanda yaşayan almanlar dini baxımdan Protestantlığa etiqad edir və çox rahat şəkildə dini ibadətlərini həyata keçirə bilirdilər. Ən əsası isə, 1857-ci ildə Helenendorf, 1868-ci ildə Gədəbəy, 1869-cu ildə Şamaxı, 1897-ci ildə Bakı və 1911-ci ildə isə Annenfeldə almanlar tərəfindən kilsələr inşa olunmuşdu.
Azərbaycanda yaşayan almanlara təkcə din, məişət azadlığı yox, həmçinin öz dillərində qəzet buraxmaq kimi imkanlar da yaradılmışdır. Misal olaraq, 1924-cü ildə Bakıda çap olunan “Bauer und Arbeit” adlı qəzetin adını çəkmək olar. Alman dilində nəşr olunan həmin qəzetin işçi heyəti – A.A. Erfurt, P.Kulfeldt və Schönberg adlı almanlardan ibarət idi.
Bu qədər açıq və çoxmədəniyyətli Azərbaycan cəmiyyətində həmişə qeyri-azərbaycanlılara qarşı xoş və müaliyim rəftar sərgilənib. Vaxtilə almanlar Azərbaycana miqrasiya etmişdilərsə, sonradan Qarabağ müharibəsindən dolayı bəzi qaçqınlar Almaniyaya köçdülər. Almaniyada baş alan ksenofob, dini, etnik, milli ayrı-seçkilik zəminindəki düşüncə və fikirlərdən dolayı mənfi davranış Azərbaycandan olan mühacirlərə qarşı da müşahidə olunub. 2015-ci ildə Bavariya əyalətində yerləşən Azərbaycandan olan 19 miqrantın, həmçinin 3 azyaşlı uşağın məşkunlaşdığı sığınacağa millətçilər od vuraraq yandırdılar.
Faktlar onu göstərir ki, Avropada multikulturalizm birgə yaşam tərzi anlayışından çıxaraq, sırf siyasi əhəmiyyət daşımağa başlayıb. Bir vaxtlar ağız dolusu ilə multikuluralizmdən danışan Avropanın dediyi prinsiplər sarsılmaqdadır.
“Amnesty İnternational” təşkilatının verdiyi məlumata görə, bu günə qədər Almaniyada 6 mindən çox fəal nasist qeydə alınıb, miliyyətçilər tərəfindən irqi zəminində ən azı 200-dən artıq cinayət törədilib. Almaniya kansleri Angela Merkel 2010-cu ilin oktyabr ayında keçirdiyi görüşlərin birində bəyan etmişdi ki, Almaniyada multikultural cəmiyyət qurmaq cəhdləri “tamamilə iflasa uğrayıb”.
Ümumiyyətlə, “Ümumavropa evi” konsepsiyasının mənəvi əsaslarını təşkil edən multikulturalizm ideyasından rəsmi şəkildə imtina edilməsi mahiyyət etibarilə Avropanın immiqrasiya siyasətində fikirlərin toqquşması hallarının artmasına gətirib çıxardı. Multikulturalizmin paradiqmasına uyğun olaraq, mədəni müxtəliflikləri dərk etmək ədalətin əsas şərtidir. Multikulturalizmin təzadı isə nəzəri postulatlarla onların realizasiyasının praktik gerçəklikləri arasındakı uyğunsuzluq nəticəsində yaranır. Multikulturalizm cəmiyyətin etnomədəni, dini və s. təməllərə söykənən sosial strukturların qarşılıqlı əlaqəsi üzərində qurulmasını nəzərdə tutur. Multikulturalizmin alternativi assimilyasiyadır, etnik-milli xüsusiyyətlərdən könüllü, çox vaxt isə məcburi imtina və səni qəbul edən cəmiyyətin xüsusiyyətlərini mənimsəməkdir.
Multikulturalizm termini Avropanın siyasi leksikonunda ilk növbədə daha çox “tolerantlıq” kimi anlaşılırdı. Yəni Avropa hökumətlərinin məsələyə konseptual baxışı ikinci və üçüncü nəsildən olan mühacirlərin cəmiyyətə inteqrasiyasına yox, yad mədəniyyətin təmsilçiləri ilə yanaşı yaşamağa, daha çox dözümlü olmağa əsaslanırdı. Avropa ölkələrinin hökumətləri multikulturalizm siyasətini heç də inteqrasiya məqsədilə yox, daha çox siyasi və elektoral mülahizələrdən çıxış etməklə yürüdür, bu zaman özlərinin məhdud populist və sırf praqmatik maraqlarını güdürdülər.
Elə bu səbəbdən də anti-miqrant, anti-müsəlman siyasi kurs yürüdən “PEGİDA” “AfD”, “LEGİDA”, “Die Rechten” kimi sağ təmayüllü siyasi partiya və təşkilatlar əhalinin səsini qazanmaq üçün anti-multikultural düşüncələrlə çıxış etməyə başladılar. Millətçi atmosferin formalaşması nəticə etibarı ilə cəmiyyətdəki multikulturalizmin özülünü yavaş-yavaş dağıtmağa başladı.
“Azərbaycan Modeli”
Əsirlər boyu inkişaf keçərək püxtələşən və hər bir ölkəyə nümunə ola biləcək multikuluralizmin artıq “Azərbaycan Modeli” var. Əslində multikulturalizm və assimilyasiya eyni problemin – cəmiyyətin parçalanmasının həlli üçün irəli sürülən müxtəlif strategiyalardır. Avropada istiqamətverici fikirlərdən biri də o olub ki, immiqrasiya və inteqrasiya dövlət strategiyaları və qurumları tərəfindən idarə edilməlidir. İstər immiqrantların, istərsə də yerli qrupların real inteqrasiyası isə dövlətin fəaliyyətində nadir hallarda öz əksini tapıb.
Birincisi, Avropa yaşanmış bir təcrübə kimi sosial müxtəlifliyi siyasi bir proses kimi multikulturalizmdən ayırmalıdır. Kütləvi immiqrasiya nəticəsində yaranan sosial müxtəliflik qəbul edilməlidir. İkincisi, Avropa irqçiliyi görməzdən gəlməməlidir. Ancaq bu, o demək deyil ki, dövlət xüsusi qruplara qarşı diskriminasiyanı gözardı etməlidir.
Azərbaycan əsirlər boyu müxtəlif xalqların nümayəndələri ilə çox sıx və bir dövlətdə yaşayıblar. Heç bir zaman ölkədəki etnik qruplar arasıda multkulturlizmin prinsiplərinə tərs olaraq təpki müşahidə olunmayıb. Azərbaycanda ləzgi, tat, talış, yəhudi, rus, gürcü, alman, udin, buduq, ingeloyd, avar, dargin və digər etniklər tarixin müəyyən dövründə yaşayıb və hələ də birlikdə yaşamaqdadırlar. Məsələnin incəliyinə varsaq, hətta erməni əsilli vətəndaşların hazırda Azərbaycanda birgə yaşadıqlarını demək olar. Bu, Azərbaycan modelinin sadəcə etnik və millət tərkibidir.
Şübhəsiz ki, multikultural modelin forlaşması üçün dövlətin də diqqət və qayğısı danılmazdır. Prezident İlham Əliyevin 2015-ci il 15 may tarixli qərarı ilə “Bakı Beynəlxalq “Multikulturalizm Mərkəzi” yaradıldı. “Multikuluralizm Mərkəzi” tez-tez ölkə daxilində və xaricidə müxtəlif səpkidə elmi konfrans və simpoziyumumlar təşkil edərək “Azərbaycan Modeli”ni dövlətlərin diqqətinə çatdırır.
Bundan başqa prezident İlham Əliyevin xüsusi fərmanı ilə “Millətlərarası Multikulturalizm və Dini Məsələlər üzrə Dövlət müşaviri” adlı səlahiyyətli dövlət rəsmi nümayəndəliyi təsis olundu. Sözügedən müşavir də öz növbəsində dünya çapında multikuluralizmin tam qayəsini, o cümlədən Azərbaycanın qazandığı tarixi təcrübələrin, modelinin dünyaya ixrac olunmasında əsas fiqurlardan sayılır.
Bu zamana qədər Azərbaycanın təşkilatçılığı ilə Almaniyada keçirilən multikulturalizm və tolerantlıq adlı mövzuların hamısı xüsusən diqqət çəkir. Konfransaların bir çoxuna Almaniyanın bir sıra yüksək səviyyəli dövlət rəsmilər qatılıblar. 2015-ci ildə Auqsburq Universitetində keçirilən növbəti akademik kurrikulumla 11-ci ali məktəbə imza atılıdı. Belə ki, bütün bu çəkilən zəhmətin nəticəsində Litva, Gürcüstan, Rusiya, Bolqarıstan, Çexiya, İtaliya, Almaniya və Belarus universitetlərində “Azərbaycan Multikulturalizmi” adlı fənni həm magistr, həm də bakalavr dərəcələrində tədris olunmağa başlanılıb.
Prezident İlham Əliyev: Multikulturalizm Azərbaycanda həyat tərzidir
Multikulturalizm Azərbaycan xalqının həyat tərzidir. Əsrlərdir ki, xalqımız tolerantlıq, dözümlülük, başqa dinlərə və mədəniyyətlərə hörmət prinsiplərini həyat tərzinə çevirərək bu prosesə mühüm töhfələr verib. Ona görə də Prezident İlham Əliyevin 2016-cı ili Azərbaycanda “Multikulturalizm ili” elan etməsi heç də təsadüfi deyil və bunun dərin tarixi kökləri var.
Azərbaycan Prezidenti İlham Əliyev yanvarın 10-da Nazirlər Kabinetinin 2015-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasındakı nitqində bu barədə deyib: “Azərbaycan multikulturalizmlə bağlı çox böyük işlər görüb. Azərbaycan nümunəsi göstərir ki, multikulturalizm yaşayır. Baxmayaraq bəzi siyasətçilər deyirlər ki, multikulturalizm iflasa uğrayıb. Bəlkə haradasa iflasa uğrayıb. Amma Azərbaycanda yaşayır və bu meyillər, bu ideyalar güclənir, ictimaiyyətdən də daha çox dəstək alır. Biz bu yolla gedəcəyik. Beləliklə, bu il Azərbaycanda “Multikulturalizm ili” elan olunur”.
Dövlətimizin başçısı İlham Əliyevin 2016-cı ili Azərbaycanda “Multikulturalizm ili” elan etməsi bir çox obyektiv amillərdən qaynaqlanır. Birincisi, Azərbaycan əsrlər boyu mədəniyyətlərin qovuşduğu məkanda yerləşməklə dinlər və sivilizasiyalararası anlaşmada aparıcı rol oynayıb, bununla bağlı dərin tarixi baza formalaşdırıb. Ölkəmizdə heç vaxt dini və etnik zəmində heç bir qarşıdurma olmayıb və bu proses indi də uğurla davam etdirilir. İkincisi, Azərbaycan cəmiyyətindəki dözümlülük ölkədə nadir tolerantlıq mühiti yaradıb və indi bu, bir nümunə kimi beynəlxalq ictimaiyyətin diqqətini cəlb edir. Üçüncüsü isə Azərbaycanda multikulturalizm ənənələrinin inkişafı və möhkəmlənməsi üçün bütün zəruri siyasi və sosial şəraitin mövcud olmasıdır.
Prezident İlham Əliyev 2014-cü il oktyabrın 2-də IV Bakı Beynəlxalq Humanitar Forumunun rəsmi açılış mərasimindəki nitqində bu barədə deyib: “Multikulturalizm Azərbaycanda həyat tərzidir. Düzdür, bu termin nisbətən yenidir. Ancaq əsrlər boyu Azərbaycanda multimədəniyyətli cəmiyyətlər mövcud olub. Xalqlar arasındakı dostluq və həmrəylik bunun bariz nümunəsidir. Biz bu gün də çalışırıq ki, öz təşəbbüsümüzlə regionda və dünyada gedən proseslərə müsbət təsirimizi göstərək”.
Multikulturalizm nədir? Beynəlxalq anlayışda multikulturalizm eyni ölkədə yaşayan xalqların mədəniyyət hüquqlarını tanıyan humanist dünyagörüşü və ona uyğun siyasət kimi qəbul olunur. Məsələyə bu prizmadan yanaşdıqda Azərbaycanda müxtəlif millətlərin, dinlərin və mədəniyyətlərin nümayəndələrinin sərbəst yaşamaları üçün bütün zəruri şəraitin yaradıldığını görürük. Müstəqilliyini bərpa etdikdən sonra isə ölkəmizdə multikulturalizm ənənələrinin güclənməsinə dövlət dəstəyi formalaşıb ki, indi bu dəstək özünün çiçəklənmə dövrünü yaşayır.
Multikulturalizmi beynəlxalq platformaya çevirmək istəyən Azərbaycan dünyada bu prosesə qarşı olan təhlükəni hiss edir və onun xilası naminə mühüm təşəbbüslər irəli sürür. Məsələn, 2008-ci ildə Avropa Şurasına üzv ölkələrin mədəniyyət nazirlərinin Bakıda keçirilən toplantısına İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrin mədəniyyət nazirləri də dəvət olunmuşdu. Bu, tarixdə ilk dəfə baş verdi. 2009-cu ildə Bakıda İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrin mədəniyyət nazirlərinin toplantısına isə Avropa Şurasından mədəniyyət nazirləri qatılmışdı. “Bakı prosesi” adlanan bu təşəbbüs sonradan Azərbaycanda dünya dini liderlərinin Zirvə görüşünün, mədəniyyətlərarası dialoq və Bakı Beynəlxalq Humanitar forumlarının keçirilməsinə təkan verdi. Bu tədbirlər isə multikulturalizm ənənələrinin təbliğində Azərbaycanın əvəzsiz rolunu göstərdi. Prezident İlham Əliyevin Sərəncamı ilə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin yaradılması isə ölkəmizin tolerantlıq prinsiplərinə dönmədən sadiq qalmasının bariz nümunəsinə çevrildi.
Dövlətimizin başçısı 2015-ci il mayın 18-də Bakıda keçirilən III Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılışındakı nitqində bu barədə deyib: “Bizim ölkədə multikulturalizm ənənələri hər zaman güclü olub və Beynəlxalq Multikulturalizm Mərkəzinin yaradılması bu dəyərlərin təşviqi istiqamətində hökumətimizin atdığı daha bir addım idi. Multikulturalizmin alternativi yoxdur. Hesab edirəm ki, multikulturalizmi gələcəyi olmayan məfhum kimi təqdim etmək təhlükəlidir, əksinə səylərimizi dayandırsaq, dünyada vəziyyət daha da pisləşəcək”.
Azərbaycanın birinci xanımı Mehriban Əliyeva ölkəmizin tolerantlıq ənənələrinin dünya miqyasında təbliğinə böyük dəstək verir. Heydər Əliyev Fondunun xətti ilə dünyanın bir neçə ölkəsində bu qəbildən silsilə tədbirlər keçirilir. Məsələn, birinci xanım Mehriban Əliyevanın iştirakı ilə Parisdə “Dini tolerantlıq: Azərbaycanda birgə yaşamaq mədəniyyəti” mövzusunda keçirilən konfrans multikulturalizmin bu və ya digər formada sıxışdırıldığı Avropanın gələcəyində onun əhəmiyyətini göstərirdi.
“Ekstremizm və terrorçuluğa qətiyyətlə yox deməklə biz cəmiyyətlərimizdə dözümlülük, sülhsevərlik, tolerantlıq dəyərlərinin təbliğinə geniş fikir verməliyik. Ayrı-seçkilik, ksenofobiya, islamofobiya, antisemitizm kimi təhlükəli amillər bəşəriyyət tarixində sivilizasiyaların və xalqların fəlakətinə səbəb olub. Dərin multikulturalizm köklərinə malik ölkə kimi, Azərbaycan qlobal arenada bu dəyərlərin təşviqi üçün vacib rolunu oynamağa hazırdır”, – deyə Mehriban Əliyeva həmin konfransda vurğulayıb.
Beləliklə, multikulturalizm bu gün Azərbaycanda gedən demokratik proseslərin ayrılmaz tərkib hissəsi kimi çıxış edir. Bu çərçivədə keçirilən tədbirlər isə ölkəmizdə multikultural təhlükəsizliyin intellektual göstəricilərinin artıq formalaşdığını təsdiqləyir. Bu il BMT-nin Sivilizasiyalar Alyansının Bakıda keçiriləcək 7-ci Qlobal Forumu da dünya ölkələrinin Azərbaycandakı multikultural mühitə olan münasibətinin real ifadəsidir. Digər tərəfdən, bu, Azərbaycanda multikultural təhlükəsizliyin təmin olunmasına sistemli yanaşmanın mövcudluğundan xəbər verir.
Comments are closed, but trackbacks and pingbacks are open.