Press "Enter" to skip to content

İran Qarabağa 4 min terrorçu yerləşdirir – Sensasion TƏFƏRRÜAT

Kürd xalqına xas olan xüsusiyyətlərdən biri hələ də qorunub saxlanılan tayfa bölgüsünün mövcudluğudur. Bu xüsusiyyət Azərbaycanın toponimiyasında da özünü göstərir. Bir çox kürd etnonimlərində sonluq Azərbaycan dilinə xas şəkilçilərdən (-par, -lı) əmələ gəlməsi, bir sıra kürd tayfalarının etnonimlərinin türk dilində olması Azərbaycan kürdlərinin kompakt formadan daha çox azərbaycanlılarla qarışıq yaşamaları ilə əsaslandırılır. Kürdlərin bu dərəcədə sürətlə assimilyasiyaya uğrayaraq azərbaycanlılara qarışması, bu mədəni yaxınlıq ilə izah edilməlidir (Qeybullayev, 1986:102).

Azərbaycan kürdləri

Azərbaycan ərazisində kürdlərin yaşaması barədə məlumatlar antik dövrə qədər uzanır. Kürdlərin həm indiki Azərbaycanda, həm də İranın şimalında Makedoniyalı İsgəndər dövründən bəri yaşadığı güman edilir. Azərbaycanlı tarixçi Qiyasəddin Qeybullayevə görə, Qafqaz Albaniyasında bir neçə kürd tayfası mövcud idi (Qeybullayev, 1991:171). Bu kürdlərin sayının Atropatena ilə müqayisədə çox az olduğu ehtimal edilir. Britaniyalı tarixçi Vladimir Minorskiyə görə, kürdlər Atropatena ərazisində avtoxton xalqlardan biridir. Atropatenada yaşayan kürdlər barədə antik dövr tarixçiləri və coğrafiyaçılarının əsərlərində məlumat verilir. Misal üçün, Strabon Atropatenada yaşayan kürdləri “kirti” adlandırmışdı (Jwaideh, 2006:12).

Kürdlər bu regionda indi də azərbaycanlılardan sonra ən çox sayıda olan xalq kimi mövcudluğunu davam etdirir.

Şəddadilər və Rəvvadilər dövləti

Rəvvadilər, Şəddadilər və Naxçıvan Şahlığı (11-12-ci əsrlər). Wikipedia.

Güman edilir ki, kürdlərin cənubdan Arrana axını Ərəb xilafəti dövründə başlayıb. X-XII əsrlərdə Azərbaycanı idarə edən 2 kürd əsilli sülalə mövcud idi. Bu dövrdə Azərbaycanın şimalında Kür çayından Araz çayına qədər, Gəncədən və Dvinə qədər geniş ərazidə Şəddadilər dövləti qurulmuşdu (Aşurbəyli, 1983:62). Azərbaycanın cənubunda isə eyni dövrlərdə Rəvvadilər dövləti mövcud idi. Rəvvadilərin qurucuları ərəb olsa da zamanla sülalə kürdləşmiş və tarixi qaynaqlarda kürd əsilli sülalə olaraq qalmışdır (Frye, 1975:236).

O dövrdə Şəddadilər dövləti Gəncə, Dvin və Ani əmirliklərinə bölünürdü. Artıq 10-cu əsrdə Şəddadilər dövlətini quran kürdlər Azərbaycanın şimal və Ermənistanın tamamını idarə edirdilər. 1054-cü ildə Azərbaycana girən səlcuq qoşunları Gəncəni ələ keçirərək bu dövləti özlərindən asılı vəziyyətə salırlar. Daha sonra 1066-cı ildə Şirvana yönlənən Səlcuq ordusunun burada köçəri kürd tayfalarını qarət etdikləri tarixi qaynaqlarda qeyd edilib (Aşurbəyli, 1983:94).

Şəddadilər dövləti (Gəncə qolu nəzərdə tutulur) Səlcuq imperiyası tərəfindən isə 1075-ci ildə ləğv edilir (Boyle, 1968:34).

Orta əsrlərdə kürdlər

Şəddadilərin Gəncə qolu süquta uğradılsa da bu şəhərdə əhalinin bir hissəsi kürd olaraq qaldı. Gəncə şəhərində doğulan orta əsrlər dövrünün şərqdəki ən görkəmli şairi Nizami Gəncəvinin anasının kürd olması bu iddianı qüvvətləndirir (Əliyev, 1981:268). Azərbaycanda təkcə Gəncə deyil, eyni zamanda Dağlıq Şirvan və Arran regionunda kürdlərin yaşadığı məntəqələr mövcud idi. Abbasilər dövrünün məşhur coğrafiyaçısı və tarixçisi Yaqut əl-Həməvi öz əsərində Azərbaycanda Balasacan (indiki Beyləqan) kürdlərinin yaşadığından bəhs edir. XII əsrdə Beyləqan şəhərinin xəzinədarı olan Məsud ibn Namdar da Beyləqanda kürdlərin yaşadığını qeyd edir. Müəllif qeyd edir ki, xüsusilə şəhərin yaxınlığında kürdlərin yaşadığı Alian, Asadan adlı kəndlər mövcuddur (Qeybullayev, 1991:89). Britaniyalı tarixçi Vladimir Minorski, Dağlıq Şirvanda “Kürdivan” toponiminin olmasını regionda kürd yaşayış məntəqələrinin mövcudluğu ilə əlaqələndirirdi. Bu iddianı görkəmli azərbaycanlı tarixçi Sara Aşurbəyli də təsdiqləyir. Aşurbəyli, indiki İsmayıllı rayonu ərazisinə daxil olan Kürdüvan və Kürdmaşı kəndlərinin, Kürdəmir şəhərinin, Abşeron rayonunda yerləşən Kürdəxanı kəndinin adının məhz kürdlərin adı ilə bağlı olduğunu hesab edir (Aşurbəyli, 1983:16).

XIII əsrdə bütün bölgəni viran qoyan monqol işğalı sonrası İran ərazisindən gələn kürd tayfaları əhalisi faktiki məhv edilən Qarabağın cənub bölgələrinə köçdülər. Kürdlərin XIV-XV əsrlərdə Azərbaycan tarixində xüsusi rolu olub. Azərbaycan xalqının tamamilə formalaşdıran Səfəvilər sülaləsi də kürd kökənli idi (Jackson, Lockhart, 1986:620). Bu sülalə daha sonra regiona axın edən türkmən tayfaları nəticəsində türkləşdi və XVI əsrin əvvəllərində regionda güclü dövlətə çevrildi. Bu dövlətin qurulmasında türk tayfaları ilə birlikdə irandilli xalqlardan kürdlər və talışlar da iştirak etmişdi. Məsələn, Qızılbaş tayfaları arasında bir kürd tayfası (qeruq) var idi. XIX əsrdə Azərbaycanda bu tayfanın adında Göyçay və Cavad uyezdlərində bir neçə kəndin mövcud olduğu bilinir. XVIII əsrdə Şirvanda xanlıq dövründə əyalətlərdən biri də bu tayfanın adı ilə “Qerus” adlanırdı. 1831-ci ilə aid məlumata görə, Qerus əyaləti özündə hazırda Ağsu rayonunun Nuran və Zarqava, İsmayıllının isə Sulut kəndlərinin ərazisini əhatə edirdi (Qeybullayev, 1986:101).

Kürdlərin Azərbaycana üçüncü axını isə XV-XVI əsrlərdə baş verir. Sovet etnoqrafı Qriqori Çursinin sözlərinə görə, kürdlərin keçmiş Kürdüstan uyezdinə ilk olaraq gəlişi 1589-cu ildə İran-Osmanlı müharibəsindən sonra baş verib (Çursin, 1925:2). Həmin müharibədə Osmanlı Səfəviyə qalib gəlmiş, Osmanlı ordusu ilə gələn kürdlər indiki Kəlbəcər, Laçın, Qubadlı və Zəngilan ərazilərinə yerləşmişdi. XVI əsrin sonlarında Şah Abbas şimaldakı türkmən tayfalarına qarşı dayaq olaraq minlərlə kürdü zorla İranın Osmanlı və Buxara xanlığı ilə sərhədlərinə köçürdü. Bu siyasəti 18-ci əsrdə Əfşarlar sülaləsinin qurucusu Nadir şah da davam etdirdi. Məhz bu sərhəd yaşayış məntəqələrinin qurulması İranın şimal-şərqində (indiki Azərbaycanın Araz çayı ilə sərhəd ərazilərində) və Atrek çayının şimalında, indiki Türkmənistanda kürd əhalisinin çoxalması ilə nəticələnmişdir (McDowall, 1996:491).

Çar Rusiyası dövründə kürdlər

Qafqaz dağlarında kürd süvarilər. 1915-ci il. Wikipedia.

XIX əsrdə kürdlərin Qafqaza köçünün dördüncü mərhələsi baş verdi.

XIX əsrin ikinci yarısında kürdlərin İran ərazisindən Sürməli, Şərur-Dərələyəz, Üçmüədzin, Aleksandropol, İrəvan, Naxçıvan, Yeni Bəyazid uyezdlərinə kütləvi axını başladı. Ayrı-ayrı kürd ailələri və tayfa qrupları 1804-1813 və 1826-1828-ci illərdəki iki Rusiya-İran müharibəsindən sonra Zaqafqaziyaya gəldi (Aristova, 1966:67). Bu kürd tayfa qruplarının əksəriyyəti İran hakimiyyətinin təzyiqi ilə Azərbaycana, qismən Ermənistana qaçan mühacirlərdən və daha yaxşı otlaq axtarışı ilə köç edən kənd sakinlərindən ibarət idi. Türkmənçay müqaviləsinin XIV maddəsinə əsasən İran sakinlərinə (millətindən asılı olmayaraq) ailələri ilə birgə İrandan Rusiyaya yerli hakimiyyət orqanlarının maneəsi olmadan sərbəst hərəkət etmək hüququ verilmişdi. Azərbaycana kürd tayfalarının intensiv köçü bununla əlaqələndirilir (Aristova, 1962:20-21).

Kürd əhalisinin əksəriyyəti XIX əsrin əvvəllərindən Sovet hakimiyyətinin qurulmasına qədər Zəngəzurun dağlıq və dağətəyi bölgələrinə köçü davam edir.

Yelizavetpol quberniyasının Zəngəzur uyezdinin şərqində kürdlərin daha sonra əhalinin mütləq əksəriyyətini təşkil etməsi bununla izah edilir. XIX əsrin ikinci yarısı – XX əsrin əvvəllərindən Azərbaycanda kürdlər Kürdüstan mahalında yerləşdi. Rusiya ilə Osmanlı arasındakı müharibələr (1804-1813, 1828-1829, 1853-1856, 1877-1878) və kürd üsyanları bölgədə təhlükəsizlik axtaran yezidi kürd əhalisinin də köçünü tətiklədi. Yezidi kürdlər özlərini xristianların arasında daha təhlükəsiz hiss etdikləri üçün köç dalğası sadəcə Ermənistanla məhdudlaşdı. Hazırda Ermənistanda qalan yeganə etnik azlıq olan yezidi kürdlərin nəsilləri bu köç zamanı bu regiona gəlmiş kürdlərdən törəmişdir (Aristova, 1962:24)

Rusiya vətəndaş müharibəsi dövründə kürdlər

1918-1920-ci illərdə bu regionda baş verən müharibələr Azərbaycandan olan bəzi müsəlman kürd qruplarının Ermənistana (əsasən Basarkeçər və Zəngibasar regionuna) köçməsi ilə nəticələnir. Ermənistanın bu bölgələrində müsəlman kürdlərin üstünlük təşkil etməsi bununla izah olunmaqdadır. Bu müharibələr eyni zamanda Zəngəzurun Ermənistanda olan hissəsindən və Naxçıvandan Azərbaycana köçünü tətikləmişdi.

Bu dövrdə Azərbaycan kürdləri ölkənin siyasi həyatında xeyli fəal iştirak edirdi. ADR dövründə Nazirlər Şurasının sədri Fətəli xan Xoyski, Hərbi nazir olan Xosrov bəy Sultanov, ADR-in 5-ci kabinetində Maarif və dini etiqad naziri olan Nurməmməd bəy Şahsuvarov, bolşeviklər tərəfində mübarizə aparan, Azərbaycan SSR zamanı Hərbi və dəniz işləri üzrə xalq komissarı olmuş Çingiz İldırım, Zəngəzurda daşnaklara qarşı mübarizə aparan “Qırmızı tabor”un komandiri Abbasqulu bəy Şadlınski kürd əsilli idi. Fətəli xan Xoyskinin soyu Xoy xanlığını idarə edən Dümbuli adındakı kürd tayfasına (Petruşevski, 1949:24), Xosrov Sultanov Laçının Kürdhacı kəndini formalaşdıran Qasımuşağı (Hacısamlı) kürd tayfasına, Çingiz İldırım Qubadlının eyni adlı kürd tayfasına, Nurməmməd bəy Şahsuvarov Laçının Minkənd kəndini formalaşdıran kürd tayfalarından biri olan şahsuvarlı tayfasına, Abbasqulu bəy Şadlınski isə Şəddadilər dövlətini formalaşdıran, Azərbaycanda yaşayan ən qədim kürd tayfası olan şadlı tayfasına mənsub idi (Lerx, 1856:87).

Sovet hakimiyyəti zamanı kürdlər

Kürd soyu. tundir.com

Kürdlərin yığcam formada yaşadığı Zəngəzur regionu Azərbaycan və Ermənistan arasında mübahisəli region idi. 1921-ci ildə Zaqafqaziya Orqbürosu qərarı ilə Zəngəzur iki hissəyə bölündü və regionun şərq hissəsi (kürdlərin dominant olduğu ərazilər) Azərbaycan SSR-ə verildi.

1918-1920-ci illər arasında Zəngəzur və Qarabağda davam edən müharibə və etnik təmizlik regionda yaşayan azərbaycanlılarla birlikdə kürdlərə də ciddi mənfi təsirini göstərmişdi.

Bunun davamı olaraq 1922 və 1923-cü illərdə baş verən ardıcıl quraqlıq və dolu regionda iqtisadi fəlakət yaratdı. Bu dövrdə keçmiş Kürdüstan uyezdində əhalisinin 50% -dən çoxu aclıq çəkirdi (Aristova, 1990:77).

14 Noyabr 1921-ci ildə “Bakinskiy Raboçiy” qəzetinin verdiyi məlumata görə bu ərazidə 10 gündə 20 uşaq aclıqdan həyatını itirmişdi. Azərbaycan SSR hökuməti bu ərazinin iqtisadi və inzibati problemləri aradan qaldırması üçün ilk öncə regionda Kəlbəcər, Laçın, Qubadlı, Qaraqışlaq, Qoturlu və Muradxanlı rayonlarını birləşdirən Kürdistan bölgəsini formalaşdırdı. Nəriman Nərimanov bölgədəki aclıqla bağlı təcili Leninə teleqram vurdu və yardım istədi. Volqada təxminən 5 milyona yaxın insanın aclıqdan əziyyət çəkməsinə baxmayaraq Lenin Nərimanovun istəyinə müsbət cavab verdi. Lenin 1921-ci il noyabrın 17-21 aralığında Nərimanova göndərdiyi teleqramda bunu qeyd edirdi: “Aclıqdan əziyyət çəkən Kürdüstana və Volqaya 40 milyon rubl yardım Qırmızı İnternasional bayrağı altında irəliləməyin ən yaxşı göstəricisidir.” (Akopov, 1975:22). Bu iqtisadi yardım regiondakı aclığı aradan qaldırdı.

16 iyul 1923-cü ildə Semyon Kirovun təklifi ilə Azərbaycan Kommunist Partiyası (Bolşeviklər) Mərkəzi Komitəsinin Rəyasət Heyəti kürdlərin kompakt yaşadıqları ərazilərdə Kürdüstan muxtariyyətinin yaradıldığını elan etdi. Bu muxtariyyət tarixi kitablarda “Qırmızı Kürdistan” olaraq qeyd edilir.

Kürdistan uyezdinin ümumi ərazisi 3312 kvadrat kilometrə çatırdı, əhalisi isə 44 min nəfərdən ibarət idi. Bu əhalinin 80,7 %-ini kürdlər, 19,3 %-ini isə Azərbaycan türkləri təşkil edirdi (Çursin, 1925:2). Sovet Kürdüstanı hökumətinin ilk sədri Hüsü Hacıyev seçildi. Azərbaycan Mərkəzi İcraiyyə Komitəsinin katibi işləyən görkəmli yazıçı Tağı Şahbazi yeni regionun paytaxtı kimi Abdallar kəndini seçir. Ancaq mərkəz üçün yeni yer seçilərkən Tağı Şahbazi Abdallar adını bəyənmir və Laçın qayasının adını mərkəz kimi yeni yaranacaq şəhərə verir. Abdallar kəndi ilə Laçın qayasının altındakı düzənlik ərazidə yeni şəhərin əsası qoyulur. İlk küçə Laçın dağının ətəyində, Abdallar poçtunun yaxınlığındakı düzəngahda salınır. Beləliklə, 1924-cü ildə Kürdüstan muxtariyyətinin paytaxtı kimi hazırki Laçın şəhərinin bünövrəsi qoyulur (Əliyarlı, 2013:306).

1926-cı ildə Azərbaycanda keçirilən ilk rəsmi siyahıyaalınmaya görə, Kürdistan uyezdində 51,2 min insan yaşayırdı, bunların 73%-i kürdlər, 26%-i isə azərbaycanlılar idi. Kürdüstan uyezdinin yaradılması bəzi azərbaycanlıların (keçmiş kürdlərin) öz millətini yaşadıqları ərazinin adı ilə kürd adlandırmasına səbəb oldu. 1926-cı il siyahıyaalmasına görə Kürdüstan uyezdində 37,2 min kürd var idi, halbuki onlardan cəmi 3,1 min nəfər kürd dilini ana dili hesab edirdi (Qardanov, 1969:58).

Bu cür faktlar etnik assimilyasiya prosesində müəyyən rol oynayırdı. 1930-cu ildə aparılan bir araşdırma göstərdi ki, Laçın və Kəlbəcər rayonlarındakı bir sıra etnik kürd kəndlərin sakinlərinin ana dilləri artıq Azərbaycan dilidir. Halbuki bu kəndlərdə 40 yaşdan yuxarı kürdlər kürd dilində danışa bilirdilər. Azərbaycanda kürdlərin daha yığcam məskunlaşdığı yerlərdə tamamilə kürd dili qorunsa da burada da kürd dilinə Azərbaycan dilinin təsiri hiss olunurdu. Azərbaycanın digər etnik azlıq olan regionları ilə müqayisədə bu regionda Azərbaycan dilini bilməyən kürd kəndi yox idi. Kürdlərin assimilyasiyasını tətikləyən bir digər amil də kürdlər ilə azərbaycanlılar arasında tez-tez qarışıq nikahların baş verməsi idi. Bu və ya digər təbii amillər kürd dilinin regionda xeyli zəifləməsinə gətirib çıxardı.

Təbii amillərlə yanaşı kürd dili dövlət tərəfindən də sıxışdırılmağa başlandı. Leninin ölümündən sonra SSRİ Kommunist partiyası Baş katibi seçilən Stalinin zamanında inzibati anlamda hər respublikada etnik azlıqlara qarşı dövlət assimilyasiyası siyasətinə başlandı. 1929-cu ildə yeni regionlaşma ilə əlaqədar olaraq kürd və qismən azərbaycanlı əhalisi olan Kürdüstan uyezdində üç müstəqil rayon yaradıldı: Laçın, Kəlbəcər və Qubadlı (Bukshpan, 1932:10). Azərbaycan kürdləri üçün Azərbaycan dilli məktəblərin yaradılması onların kürddən azərbaycan dilinə keçməsində böyük rol oynadı.

30-cu illərdən başlayaraq, bir çox Qafqaz millətləri kimi kürdlər də Stalin tərəfindən həyata keçirilən bir sıra repressiya tədbirləri ilə üzləşməyə başladılar. 1937-ci ildə minlərlə kürd zorla Azərbaycandan Qazaxıstana, digər Orta Asiya respublikalarına və Sibirə deportasiya edildi. 1937-ci il deportasiyasında uşaq olan Nadir Nadirov bunu belə xatırlayır: “Bütün yetkin kişilər bir yerə toplanaraq qatarla aparıldı, onlardan heç biri ilə bağlı sonra məlumat əldə edə bilmədik. Kişilərin ardınca qadınlar və uşaqlar evlərini və mal-qaralarını tərk etməyə məcbur edildi. Bizi heyvanlar üçün istifadə edilən qatar vaqonunda naməlum istiqamətə aparırdılar. Heç kim niyə və hara aparıldığını bilmirdi. Sağ qalanların yaxınlarının yerini tapması bir neçə il çəkdi. Bir çox məskunlaşma yerlərində komendant saatında yaşayırdıq, şəhər və ya kəndləri icazəsiz tərk etmək 25 il həbs cəzası ilə nəticələnə bilərdi” (McDowall, 1996:492).

Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin o vaxtkı 1-ci katibi olan Mircəfər Bağırov regionda yaşayan digər kürdləri qorxutmağa yönəlik belə bir açıqlama ilə yadda qalır: “Əgər Ermənistandakı və Naxçıvan Muxtar Sovet Sosialist Respublikasındakı soydaşlarımız kimi repressiya olunmaq istəmirsinizsə, “kürd” sözünü daimi unutmalısınız.” (Aliyeva, 1993:97) Kürd əhalisi ilə aparılan bütün maarifləndirmə işləri azalmağa başladı, məktəblər bağlandı, qəzetlərin yayımı dayandırıldı. “Kürd” sözünün işlədilməsi dövri mətbuatda qeyri-rəsmi senzuraya salınmışdı.

Şimali İranda bir kürd qadını. Foto Anton Sevryugin.

1933-cü ildə direktoru Müseyib Axundov olan Kürd Pedaqoji Texnikumu Laçında açılsa da tezliklə bu texnikum ləğv dildi (Aristova, 1966:205-206). 1937-ci ildə əksər kürd kommunistlər, sovet və partiya işçiləri, ziyalıları həbs olundu. 1937-38-ci illərdə Azərbaycan və Ermənistandan olan kürdlər Orta Asiya respublikalarında və Qazaxıstanda məskunlaşmağa başladılar. Əgər Kürdüstan muxtariyyətinin quruluş illərində burada 48 min kürd yaşayırdısa, 1979-cu il siyahıyaalınmasına əsasən Azərbaycanda bir nəfər də kürd yox idi. Millət və millətçilik məsələri üzrə rusiyalı ekspert Valeri Tişkov bunu belə şərh edirdi: “İttifaq respublikaları azlıqlara qarşı Moskvadan daha sərt davranırdı. Sovet İttifaqının parçalandığı ərəfədə bu kimi milli məsələlərlə bağlı bütün diqqətlər Moskvaya yönəldi, ancaq Gürcüstan, Azərbaycan və Özbəkistan ən böyük assimilyasiya edən dövlətlər sırasında idi.” (De Waal, 2003 :133).

Laçın və Kəlbəcər kürdləri

Kürdistan uyezdində ən çox kürd yaşayan iki region Laçın və Kəlbəcər idi. 19-cu əsrin ortalarında Kürdhacı və ya Qasımuşağı adlandırılan tayfa Laçında Ərikli, Qasımuşağı (indiki adı Kürdhacı), Ələkçi, Bozdağan, Piçənis, Nağdalı, Çorman (eyni adlı kənd Kəlbəcərdə də mövcuddur), Hacısamlı və Şamkənd kəndlərini yaratdılar (Qeybullayev, 1986:102). Laçın rayonunun Karakeşiş kəndi isə İrəvan quberniyasının Şərur-Dərələyəz uyezdindən olan mühacirlər tərəfindən qurulmuşdu.

XIX əsrin ikinci yarısında Azərbaycana köç edən kürd tayfasından biri də Şahsuvarlılar idi. Onlar da keçmiş Kürdüstan uyezdi ərazisinə Şərur-Dərələyəz uyezdindən köçmüşdü. Bu tayfa Laçın rayonunun Minkənd kəndində yerləşdi. Şahsuvarovlardan bir qədər sonra Minkəndə daha bir neçə kürd ailəsi gəldi. Statistikaya görə, 1888-ci ildə kənddə 23 kürd və 47 erməni ailəsinə məxsus təsərrüfat mövcud idi. Laçın rayonunun digər kəndləri Bozlu, Ağcakənd, Mirik, Kamallının 19-cu əsrin sonlarında əhalisi tamamı kürdlərdən ibarət idi. 1960-larda artıq bu kəndlər azərbaycanlılarla kürdlərin ortaq kəndləri kimi xarakterizə edilirdi.

Azərbaycanın digər böyük kürd kəndlərindən biri də Kəlbəcər rayonunun Zəylik kəndidir. Bu kənddə yaşayan kürdlərin əcdadları 1826-1828-ci illərdəki ikinci Rusiya-İran müharibəsi zamanı Qacar hakimiyyətinin təzyiqi ilə Azərbaycana gəlmişdi (Aristova, 1962:23). Belə ki, XIX əsrin sonlarında Yelizavetpol quberniyasının Zəngəzur uyezdinin Şahsuvarlı kənd qrupu 7 kürd kəndindən ibarət idi: Şahsuvarlı, Minkənd, Bozlu Kamallı, Ağkərli (Boznalı), Alpaut, Varazgun, Minkənd-Həsənli. Fərəhqanlı kənd ərazi qrupuna isə 2 kürd kəndi daxil idi: Fərəhqanlı və Həsənli (Aristova, 1962:28).

Eyni zamanda qeyd etmək lazımdır ki, Kəlbəcərdəki kəndlərin bir hissəsi Laçından köçən kürdlərin hesabın yaranıb. Məsələn, Kəlbəcər rayonunun Oruclu və Ağcakənd kəndlərinin əsası Laçın rayonunun Ağcakənd və Minkənd kəndlərindən gələn kürdlər tərəfindən qoyulub (Aristova, 1966:40). Yerli əhalinin danışdığına görə, Oruclu kəndi bu əraziyə girən ilk şəxsin adını, Ağcakənd isə kürd qızı Ağcanın adını daşıyır. Kəlbəcər rayonundakı Oruclu və Ağcakənd kəndlərinin qurucuları kürd olmasına baxmayaraq onların adları Azərbaycan (türk) mənşəlidir. Bunun əsas səbəbi Azərbaycan kürdlərinin yerli türklərlə sıx qaynayıb qarışması, hətta öz aralarında belə bu dildə danışmasıdır.

Azərbaycan kürdləri qonşu Ermənistan kürdlərindən fərqli olaraq öz uşaqlarına da türk mənşəli adlar verirdilər.

Qubadlı və Zəngilan kürdləri

Azərbaycanda oykonim kimi rayon adlarından sadəcə Qubadlı və Zəngilan kürd mənşəlidir. Zəngilan Azərbaycanda kürdlərin yaşadığı ən qədim ərazilərdən hesab edilir. 13-cü əsrə aid mənbələrdə qeyd edilən Zəngilan oykonimi Azərbaycanda qədim kürd yaşayış məskənlərinin mövcudluğunu göstərir. İranın cənub-qərbindəki Bəxtiyari tayfalarından biri “Zəngi” adlanır. Zəngilər isə kürdlərlə qohum olan lor (Bəxtiyari) tayfalarından biridir. Zəngilan rayonunun adı isə həmin kürd-bəxtiyari tayfasının adından qalıb (Əliyarlı, 2013:247). Bəxtiyari adı hazırda da regionun kəndlərində mövcuddur. Zəngilanla qonşu olan Qubadlı rayonunda hələ də Bəxtiyarlı oykonimi mövcuddur və Zəngi etnonimi bu bölgənin kürd kəndlərinin dördüncü adlarında qorunub saxlanılır.

Zəngilana kürdlərin bir sonrakı köç dalğası 18-ci əsrin sonlarında başlayır. İran Azərbaycanında yerləşən Mincivan bölgəsindən olan kürd ailələri şimala köçərək indiki Zəngilan və Ordubad rayonunda eyni adlı kəndləri qurdular (Qeybullayev, 1986:101). Ordubadda yerləşən Mincivan kəndi bugünümüzə gəlib çatmasa da, Zəngilan rayonundakı Mincivan kəndi böyüyərək işğal ərəfəsində qəsəbə statusunu daşıyırdı. Azərbaycanda Sovet hakimiyyətinin qurulduğu ilk dönəmlərdə Kəlbəcər, Qubadlı, Laçın kürdləri ilə müqayisədə Zəngilanda yaşayan kürdlərin sayı xeyli az idi. Bu səbəblə bu rayon Kürdüstan uyezdinə daxil edilmədi. Burda yaşayan kürdlər, dil statusu olmaması və digər təbii və qeyri-təbii amillər nəticəsində assimilyasiyaya uğrayaraq tamamilə türkləşdilər.

Azərbaycan kürdlərinin yaşadığı bir digər ərazi isə Qubadlı idi. Qubadlı kürdlərinin çoxu bu əraziyə Çar Rusiyası dövründə köçən mühacirlərin nəsillərindən formalaşmışdır. Rayonun adı olan “Qubadlı” oykonimi kürd mənşəlidir. Qubadlı adında kürd tayfası indi də İranda yaşamaqdadır (Qeybullayev, 1986:101). 19-cu əsrin ikinci yarısında İran hakimiyyətinin təqibindən qaçan və burda yaşayan qohumlarına sığınan kürdlərin axını Qubadlıdakı etnik xəritəni xeyli dəyişdirdi.

Qubadlıya ilk kürd tayfalarının axını 19-c əsrin əvvəlində başlayır. XVI-XVII əsrlərdə Türkiyədə, Van gölünün şərqində yaşayan Cibikli və Mahmudlu tayfası sonradan digər tayfalara qarışaraq Azərbaycanda bir sıra kəndlər formalaşdırdı. (Qubadlıdakı Aşağı Cibikli, Yuxarı Cibikli, Mahmudlu kəndləri, Füzulidəki Birinci Mahmudlu, İkinci Mahmudlu, Üçüncü Mahmudlu kəndləri, Cəbrayıldakı Mahmudlu kəndi, Şəmkirdəki Mahmudlu kəndi və İmişli rayonundakı Kürdmahmudlu kəndi).

Kürd xalısı, Qərbi Persia, 19-cu əsr. Encyclopaedia Britannica.

Qubadlıya kürdlərin ən böyük köçü isə 1807-ci ildə baş verir. Bu zaman İrandan Qarabağ xanlığına 600 kürd ailəsi köçür. Bu ailələrin çox hissəsi hazırki Qubadlı rayonun ərazisindəki kəndlərdə məskunlaşır (Bukshpan, 1932:56). 1820-ci ildə İrandan Azərbaycana “Mahrızlı” adında kürd tayfasının köçü başladı. Mahrızlı etnonimi bugün Qubadlı rayonunda və Ağdam rayonundakı Mahrızlı kəndində özünü göstərir. Qubadlıda İrandan gələn kürd tayfaların formalaşdırdığı kəndlərlə yanaşı tarixi qədim dövrlərə gedib çıxan kürd kəndləri də mövcuddur. Bu kəndlər Azərbaycan-İran sərhədi boyunca yerləşirdi və Rusiya-İran müharibələrindən əvvəl İran təbəələri idi. Bu kəndlərdən misal olaraq Qubadlı rayonunun Zilanlı və Şotlanlı (eyni adlı kənd hazırda Ağcabədi və Ağdam rayonunda mövcuddur) kəndini göstərmək olar (Aristova, 1966:39).

Naxçıvan kürdləri

Naxçıvan ərazisində kürdlərin ilk köçü ikinci Rusiya-İran müharibəsindən sonrakı dövrə təsadüf edir. İlk öncə Arazboyu ərazilərə Zilanlı tayfa ittifaqının köçü reallaşdı. Zilanlı tayfa ittifaqı Buriki, Cəlali, Milaya, İradi, Zabuq, Cunuq, Çaxmanlı, Arizanlı və Halisanlı tayfalarından ibarət idi. Bu tayfaların bir qismi Arazboyu ərazilərə, əsas qismi isə İrəvan quberniyasının Naxçıvan uyezdinə köçdülər.

Naxçıvanda yaşayan kürdlər barədə məlumatlar çox ziddiyətlidir. 1833-cü ilin məlumatlarına görə, Naxçıvanda yaşayan kürdlər 9 tayfa icmasından ibarət idi: Hacısamlı, Şadmanlı, Kulukçu, Küləqanlı, Həsənallı, Bozlu, Fərruxxanlı, Püsyan və Milli (Qeybullayev, 1986:101). Naxçıvanda Milli, Hacısamlı, Əliyanlı, Şadmanlı, Püsyan, Küləqanlı, Fərruxanlı, Bozlu və Həsənəlili tayfaları yaşayırdı. Kürd tayfası olan Bayramlı indiki Ermənistanda qalan Əzizpəyəsi, Damlı, Zorkeşiş, İsgəndərxanası, Qovuşuq, Aşağı Uluxan kəndlərini formalaşdırmışdı.

1918-1920-ci illərdə bu regionda daşnaklar tərəfindən etnik təmizliyə məruz qalanlardan biri də kürdlər idi. Bu səbəblə artıq Azərbaycanda Sovet hakimiyyəti qurulanda Naxçıvanda yaşayan kürdlərin sayında xeyli azalma baş vermişdi. 1931-ci ilə qədər Arazdəyən stansiyasının ərazisindəki Sədərək ətrafında yerləşən ərazilərdən və Culfa-Bakı dəmir yolu xəttinin sərhədlərindən Araz çayına qədər olan ərazidə 7 kürd kəndi var idi: Qaraburun, Yanıx, Qorxmaz, Gələvan, Mahmudkənd (indiki Şərur), Vodokaçka və Kirqaç. Bütün bu yaşayış məntəqələri tayfa adını daşıyan kəndlər idi: Qaraburun və Yanıx kəndlərini Şavliki, Qorxmaz kəndini Banuki, Kirqaç kəndini Başki, Gələvan, Mahmudkənd və Vodokaçka kəndini isə Qariki tayfası qurmuşdu (Bukshpan, 1932:37-38). Naxçıvan MR-də yerləşən kürd kəndləri sırasına Dərəkənd də daxil idi. Bundan başqa XX əsrin 80-ci illərinə qədər Ordubadın Kilit kəndi özünəməsus bir dildə danışırdı. Kilit olaraq təsnifləşdirilən bu dili bir çox tədqiqatçılar kürd dilinə yaxın bir dil hesab edilir (Baskakov, 1971:34). Bu dil XX əsrdə Azərbaycanda ərəb dilindən sonra ölmüş ikinci dil kimi qəbul edilir.

1960-cı illərdə Naxçıvan kürdlərinin demək olar ki, hamısı Şərur rayonunda və Arazdəyən stansiyasının ərazisində yaşayırdılar. Hazırda isə rəsmi məlumata görə, Naxçıvanda kürdlər Şərur rayonunun Dərəkənd və Culfanın Teyvaz kəndində yaşayırlar.

Azərbaycanda kürd etnonimləri

Azərbaycanda kürd etnoniminə aid çox sayıda kəndlər mövcuddur. Mərkəzi Aran bölgəsində və Araz düzənliklərində kürd tayfa adlarına bir çox oykonimlər var: Seləli, Zazalı, Zəngənə, Zilanlı, Cibikli və s. Qızılbaş tayfaları arasında kürd və lor (Bəxtiyari) tayfaları olan Bərgüşad, Ardalan, Bəxtiyarlı, Dümbuli, Garus tayfalarının İranda və Azərbaycanda oykonimləri hazırda da mövcuddur. Buna Abşeron rayonunda yerləşən Kürdəxanı kəndini də əlavə etmək olar. Kürd-lor mənşəli də qızılbaş tayafalarından biri də Zəngənə tayfası idi. XIX əsrin ortalarında 24 ailədən ibarət olan bu tayfa Cavad uyezdində yaşayırdı. Sabirabad rayonunda yerləşən Zəngənə adında kənd həmin kürd tayfasından miras qalıb (Qeybullayev, 1986:102).

XIX əsrin ortalarında İvan Şopen qeyd edir ki, Azərbaycanda yaşayan kürdlərdən qaraçorlu, həsənəli, küləqanlı, şadmanlı, şeylanlı, təhməzli, bərgüşad, babalı, kulukçu, kəlovçi, fərruxanlı, sisianlı, tərtərli, hacısamlı, sultanlı, bozlu, quluxanlı, əlikyanlı, kolanı və püsyan tayfaları şiə, cəlalı, biryuki (buruklu), radikyanlı, əzizanlı, şeyxbizanlı, gəlturi, qaraçorlu, dilxeyrimli, banuki, sibiki, cuniki, çaxamanlı, xalisanlı tayfaları isə sünni kürdlərdən ibarətdir. Ancaq Şopenin sadaladığı kürd tayfalarının çox hissəsi Ermənistanda yaşayırdı. XIX əsrin ortalarında Azərbaycanda milli, qaraçorlu, əlixanlı və püsyan kimi kürd tayfalarının yaşadığı qeyd olunur (Qeybullayev, 1986:101-102).

Ölkədə digər geniş yayılan kürd tayfalarından püsyan Türkiyədən, garus tayfası isə İranın Həmədan vilayətinin Garus bölgəsindən Azərbaycana gəlmişdi. Bu tayfaların Azərbaycanda oykonimləri aşağıdakı uyezdlərdəki kəndlərdə mövcud olub.

Quba uyezdi – Qaracəlli və Qaraqurdlu ( Hər ikisi indiki Xaçmaz rayonundadır)

Cavad uyezdi – Qaralar (4 ədəd kənd), Qaracalar, Böyük Garus, Cır Garus.

Şamaxı uyezdi – Kürt, Qaralı, Gorus-Çaparlı.

Göyçay uyezdi – Cir-Kürt (indiki Cırqurd kəndi), Kürdşaban, Kürd-Qarabağlar (indiki Qarabağlar kəndi), Kürdmaşı (İsmayıllı), Kürd, Qaracallı, Qaraca, Gorus-Ağa-Arx (Ağsu), Garus-Arat-Kənd (Ağsu).

Lənkəran uyezdi – Bərgüşad, Kürd Abazlı, Kürdlər (Cəlilabad), Qaralı-Böyük, Qaralı-Kiçik.

Ağdaş uyezdi – Kürd (Qəbələ).

Zəngəzur uyezdi – Qaralar (Qubadlı), Qaracalı (indiki Qaraçanlı, Laçın), Sisian, Kürdhacı (Laçın), Kürd-Əli (İndiki Ermənistan), Kürdqala.

Qazax uyezdi – Qaralar (indiki Tovuz).

Cəbrayıl uyezdi – Qaracalar (indiki Qaracallı, Qubadlı), Kürd Mahrızlı (Qubadlı), Kürd Əfəndilər (indiki Əfəndilər kəndi, Qubadlı), Kürd Çapık.

Cavanşir uyezdi – Qarquşed, Kürdborakı (indiki Bərdə), Qazi Kürd Əli (İndiki Qazıqurdalı kəndi, Bərdə), Kürdlər (indiki Qurdlar kəndi, Bərdə), Kürd-Amaniyan.

Gəncə uyezdi – Səfikürd ( indiki Goranboy).

Şuşa uyezdi – Kürd-Qaradağlı, Kürtlər ( Kürdlər kəndi, indiki Ağcabədi).

Şərur-Dərələyəz uyezdi – Püsyan (indiki Şərur rayonu). (Vəliyev, 1921:48-49).

1957-ci ildə regionda ümumi etnik vəziyyət

SSRİ qurulduqdan sonra Zəngəzurda aparılan ekspedisiya işləri zamanı məlum olur ki, region kürdlərinin demək olar ki, hamısı kəndlərinin yaranma tarixini bilirlər. Bu nüans bir qayda olaraq kürdlərdə kəndin qurulması ilə bağlı nəsildən nəsilə ötürülən xalq adət ənənələrinin güclü olduğunu göstərir. Bu ərazilərdə 1957-ci ildə aparılan ekspedisiyanın nəticəsinə görə, Laçın rayonunda həm kürd, həm də qarışıq azərbaycanlı-kürd dilində danışan 12 kənd, Kəlbəcərdə 8 kürd kəndi, Qubadlıda həm kürd, həm də qarışıq azərbaycanlı-kürd dilində danışan 18 kənd, Zəngilan rayonunda isə 6 ədəd azərbaycanlı-kürd dilində danışan kənd aşkar edilmişdi (Quriyev, 1980:93). Bölgədə aparılan tədqiqat zamanı Laçın rayonunda Minkənd, Aşağı Zerti, Yuxarı Zerti, Qalaç, Bozlu, Kamallı və Qarakeşiş, Kəlbəcər rayonunda Zəylik, Aşağı Şurtan, Ağcakənd, Oruclu, Qubadlı rayonunda isə Yuxarı Mollu və Zilanlı kəndləri kürd kimi identifikasiya olunan kəndlər olduğu qeyd edilmişdir (Aristova, 1962:22).

Yuxarıda qeyd edildiyi kimi, daha yaxşı otlaq və torpaq axtarışında sürüləri olan kürdlər əkin sahələrini Azərbaycanın bir bölgəsindən digərinə, əsasən dağlıq ərazilərə köçürdürdülər. Bu həyat tərzi Sovet dövründə də davam etmişdir. Azərbaycan kürdlərinin digər kürdlərdən fərqi isə hansı tayfaya aid olduqlarını tam olaraq bilməmələridir. 50-ci illərdə aparılan ekspedisiyada yaşlı kürdlərin əksəriyyəti bu suala Əcəm (bu ifadəni orta əsrlərdə İran arealında yaşayan vətəndaşlar istifadə edirdi) olaraq cavab verib. İki kənddə yaşayan kürdlər Əcəm ilə yanaşı babayalı, fərəhqanlı və şahsuvarlı soyundan olduqlarını bildirib. Maraqlısı odur ki, bu ifadələr də tayfa adlarını deyil, ərazi mənsubiyyətini əks etdirirdi. Məsələn, fərəhqanlı, şahsuvarlı terminləri kürd kəndlərinin daxil olduğu kənd cəmiyyətlərinin adlarıdır. Beləliklə, qeyd edə bilərik ki, Azərbaycanda kürd oykonimləri əsasən kürd tayfa birləşmələrinin adlarını əks etdirir.

Kürd xalqına xas olan xüsusiyyətlərdən biri hələ də qorunub saxlanılan tayfa bölgüsünün mövcudluğudur. Bu xüsusiyyət Azərbaycanın toponimiyasında da özünü göstərir. Bir çox kürd etnonimlərində sonluq Azərbaycan dilinə xas şəkilçilərdən (-par, -lı) əmələ gəlməsi, bir sıra kürd tayfalarının etnonimlərinin türk dilində olması Azərbaycan kürdlərinin kompakt formadan daha çox azərbaycanlılarla qarışıq yaşamaları ilə əsaslandırılır. Kürdlərin bu dərəcədə sürətlə assimilyasiyaya uğrayaraq azərbaycanlılara qarışması, bu mədəni yaxınlıq ilə izah edilməlidir (Qeybullayev, 1986:102).

Qarabağ müharibəsi

Sovet İttifaqının 1991-ci ildə dağılması Qafqazda millətçi hərakatlatla müşayiət olundu. Bu zaman Ermənistan və Azərbaycan arasında Dağlıq Qarabağ münaqişəsi müsəlman kürdlərin Ermənistandan deportasiya edilməsi, keçmiş Kürdistan ərazilərinin tamamilə məhv edilməsi və 150.000 kürdün öz torpaqlarından didərgin salınması ilə nəticələndi (Lockman, 1997:17).

İlk olaraq 1992-ci ildə Laçın ərazisi erməni qüvvələri tərəfindən işğal edildi. Ermənilər Laçının işğalını hüquqi formaya salmaq üçün burada qalan çox az sayıda (təxminən 60 nəfər) kürdlərlə birlikdə regionda “Laçın kürd respublikası”nın qurulduğunu elan etdilər. Bu respublika 1 həftə belə yaşamadı. Bunun əsas səbəbi regionda respublika üçün heç bir etnik dayağın olmaması idi. Kürdlər də, azərbaycanlılar kimi Laçının işğalı zamanı regiondan qovulmuşdular (Kemper, Conermann, 2011:92). Bu amil təkcə Azərbaycan yox, eyni zamanda ölkə xaricində yaşayan kürd diasporalarının etirazında göstərdi. 1993-cü ilin aprelində Kəlbəcərin mühasirəyə alınması sonrası Azərbaycan kürdlərinin “Ronahi” kürd Mədəniyyət Mərkəzi dünya kürdlərinə belə bir müraciət ünvanladı:

Biz, minlərlə Azərbaycan kürdləri, əsrlər boyu azərbaycanlılarla sülh və dostluq içində yaşayırıq. Azərbaycanda demokratiyanın inkişafına gəldikdə, dilimizə, adətlərimizə və əməllərimizə hörmət olunur. Bizim Azərbaycanda dilimizdə çap olunan kitablar, qəzetlərimiz var. Bundan başqa öz dilimizdə radio verilişlərimiz mövcuddur. Lakin son 5 ildə kürd xalqı, digər Azərbaycan xalqları kimi erməni təcavüzü nəticəsində çox əziyyət çəkir. Laçın kürdləri soyqırım siyasətinə məruz qaldılar. Orada yüzlərlə qoca, qadın və uşaq öldürüldü və ya əsir götürüldü. Laçında mövcud olan 12 kürd kəndi yer üzündən silindi. Kürdlərin ermənilərin təcavüzü ilə torpaqlarından qovulmasına səbəb olan hərbi aqressiya bu gün də davam edir. Kəlbəcərdə 60.000 mülki əhali mühasirəyə alınıb və orda Xocalı qırğınından daha böyük bir fəlakət baş verir. Artıq bölgənin kürdləri orada yaşayan azərbaycanlılarla birlikdə qırılır, evləri talan edilir, insanları öldürülür. Bu, ermənilərin kürdlərə qarşı ilk belə təcavüzü deyil. Ermənistandan 1905, 1908, 1937, 1947-1948-ci illərdə minlərlə kürd Ermənistandan didərgin salınmışdı. ​​1988-1989-cu illərdə Ermənistandakı 20 mindən çox müsəlman kürd ata-baba yurdlarından qovuldu, hazırda onlardan 12.000-i Azərbaycanda məskunlaşıb. İndi bir daha, Ermənistanın Azərbaycana qarşı əsassız ərazi iddiaları səbəbindən, Azərbaycanda yaşayan bütün xalqların öz evlərindən qovulması nəticəsində qanlar axır.

Biz, kürd icması adından bir daha Azərbaycanın ölkəmiz olduğunu və azərbaycanlıların ən yaxın dostlarımız olduğunu bir daha bildirmək istəyirik. Əziz qardaşlar! Xahiş edirəm ermənilərin başımıza gətirdiyi fəlakət barədə bütün yoldaşlara məlumat verin! Azərbaycanın kürd kişilərinə və qadınlarına baş verən fəlakətləri öz dərdiniz kimi qəbul edin! Onlara bildirin ki, Laçın və Kəlbəcər fəlakətləri Xocalı qətliamının davamıdır! Dünya kürd cəmiyyətini bizə qoşulmağa, ölkəmizi təcavüz və işğaldan azad etmək üçün kütləvi, beynəlxalq həmrəylik kampaniyasına başlamağa çağırırıq! Qədim vətənimiz Azərbaycanda ədalət və sülh naminə xilas edilməyimizə kömək etməyinizi xahiş edirik!”.

Bununla belə bu müraciət xaricdəki kürd diasporalarının ermənilərlə dostluq münasibətində olması səbəbi ilə ciddi formada dəstəklənmədi. İstisna kimi İran kürdlərini göstərmək olar. Kürd əsilli İran alimi Mehrdad İzadi Laçın və Kəlbəcər işğalında kürdlərin qovulmasına ermənilərin gətirdiyi arqumentləri rədd edərək belə bir ritorik sual verir: “Sən də, Ermənistan”? (Goltz, 1998:346).

1993-cü ilin yay hücumlarında kürdlərin yaşadığı bir digər rayon Qubadlı işğal edilir. Ərazilərin işğal edilməsi sonrası kürdlər Azərbaycanın bir sıra regionlarına köçməyə məcbur edilir. Qubadlı rayonunun çox hissəsi hazırda Sumqayıt şəhərində məskunlaşıb. Kəlbəcər və Laçın kürdlərinin əksəriyyəti isə hazırda Ağcabədi rayonunda yaşamaqdadır. Rusiyalı tarixçi Zayonçkovskayanın fikrincə, Azərbaycanda yaşayan kürdlərin 80 faizi bu rayonda məskunlaşıb (Zayonçkovskaya, 1999: 82).

Müasir dövrdə kürdlər

Azərbaycan kürdlərinin müasir dövrdə sayı ilə bağlı müxtəlif məlumatlar mövcuddur. Azərbaycan respublikasının 2009-cu il rəsmi siyahıyaalmasına əsasən ölkədə 6100 kürd yaşayır. Qərb ekspertlərinin fikrincə, Azərbaycan əhalisinin təxminən 2,8 faizini kürdlər təşkil edir. Hazırda Azərbaycanda 200 mindən çox kürdün yaşadığı güman edilməkdədir (McDowall, 1996:490). Bu kürdlərin demək olar ki, hamısı Azərbaycan türkləri kimi islamın şiə təriqətinə mənsubdurlar. Onlar kürd dilinin kurmanci ləhcəsində danışırlar (Aristova, 1966:21). Hazırda Azərbaycanda yaşayan kürdlərin öz dillərində təhsil almaq imkanı var. Bundan başqa ölkədə “Ronahi” Kürd Mədəniyyət Mərkəzi fəaliyyət göstərir. Son dövrlərə qədər Azərbaycanda kürd dilində “Diplomat” qəzeti çap edilirdi. Lakin bu qəzet kürdlərin Türkiyədəki milli mübarizəsinə dəstək verdiyi üçün Türkiyə hökumətinin təzyiqi ilə bağlandı.

İstifadə edilən ədəbiyyat

Rus dilində qaynaqlar

Гиясаддин Гейбуллаев, (1991), К этногенезу азербайджанцев, Том 1.

Гиясаддин Гейбуллаев, (1986), Топонимия Азербайджана.

Татьяна Аристова, (1962) Из истории возникновения современных курдских селений в Закавказье // Советская этнография.

Татьяна Аристова, (1966), Курды Закавказья: историко-этнографический очерк

Татьяна Аристова, (1990) Материальная культура курдов XIX – первой половины XX в. Проблема традиционно-культурной общности

Рустам М. Алиев, (1981), Выдающиеся русские ученые и писатели о Низами Гянджеви.

Сара Ашурбейли, (1983), Государство Ширваншахов (VI-XVI вв.)

Григорий Чурсин, (1925), Азербайджанские курды (Этнографические заметки), Известия Кавказского и историко-археологического института. Т.З.

Илья Петрушевский, (1949), Очерки по истории феодальных отношений в Азербайджане и Армении в XVI — начале XIX вв.

Пётр Лерх, (1856), Изслѣдованія об иранских курдах и их предках, сѣверных халдеях. Том 1.

Гурген Акопов, (1975), Страны и народы Ближнего и Среднего Востока. Том VII. Курдоведение

Валентин Гарданов, (1969), Кавказский этнографический сборник, Том 4.

Александр Букшпан, (1932) Азербайджанские курды: Лачин, Кельбаджары, Нахкрай: Заметки.

Светлана Алиева, (1993), Так это было: национальные репрессии в СССР 1919-1952 годы, Том 1.

Николай Баскаков, (1971), Тюркская лексикология и лексикография: Сборник статей.

Мухаммедгасан Бахарлы, (1921), Азербайджан:физико-географический, этнографический и экономический очерк.

Тамерлан Гуриев, (1980), Ономастика Кавказа: межвузовский сборник статей.

Жанна Зайончковская, (1999), Миграционная ситуация в странах СНГ

Azərbaycan və ingilis dilində qaynaqlar

Wadie Jwaideh, (2006), The Kurdish National Movement: Its Origins and Development

Richard N. Frye, (1975), The Cambridge History of Iran, Volume 4: The Period from the Arab Invasion to the Saljuqs

John A. Boyle, (1968), The Cambridge History of Iran, Volume 5: The Saljuq and Mongol Periods

Peter Jackson, Lawrence Lockhart, (1986), The Cambridge History of Iran, Volume 6: The Timurid and Safavid Periods.

David McDowall, (1996), A Modern History of the Kurds.

Lokman I. Meho, (1997), The Kurds and Kurdistan: A Selective and Annotated Bibliography

Michael Kemper, Stephan Conermann, (2011), The Heritage of Soviet Oriental Studies.

Thomas Goltz, (1998), Azerbaijan Diary: A Rogue Reporter’s Adventures in an Oil-rich, War-torn, Post-Soviet Republic: A Rogue Reporter’s Adventures in an Oil-rich, War-torn, Post-Soviet Republic.

Thomas de Waal, (2003), Black Garden: Armenia and Azerbaijan through Peace and War

Əliyarlı İltifat, (2013), İstiqlal fədailəri-Azərbaycan Xalq Cümhuriyyətinin Daxili İşlər Nazirləri və silahdaşları: 1918-1920.

İran Qarabağa 4 min terrorçu yerləşdirir – Sensasion TƏFƏRRÜAT

Qardaş Türkiyənin nüfuzlu “Türkiye” qəzeti işğaldan azad edilən və Rusiya sülhməramlılarının nəzarəti altında olan Qarabağ bölgəsinə İranın terrorçu qruplaşma üzvlərini yerləşdirmək planı barədə sensasion məqalə ilə çıxış edib.

Qəzet yazır ki, İrəvanı qardaş elan edən İran administrasiyası Qarabağı Suriyaya çevirmək planları qurur. Tehranın gündəliyinə İran İnqilabı Keşikçiləri və şiə silahlılarından ibarət 4 min nəfərlik qüvvənin 2023-cü ilin mayına qədər Qarabağa köçürülməsi daxildir.

Day.Az Milli.Az-a istinadən xəbər verir ki, bu məqsədlə Qüds Qüvvələrinin komandanı İsmail Kani fevral ayında İraq və Suriyaya səfər edib. İran generalı qaynar cəbhələrdə olan “Asaeb Əhlil Haq”, “Hərəkat ən-Nüceba” və “Hizbullah” kimi şiə qruplaşma komandirlərinə 4000 nəfərlik xüsusi qüvvə yaratmaq üçün yaraqlı hazırlamağı tapşırıb.

Qarabağı suriyalaşdırmaq planına PKK-nı da daxil edən İran Qərbi Azərbaycanda yaşayan yezidilərlə birlikdə Suriya və İraqdan minlərlə PKK yaraqlısını Qarabağa gətirərək Azərbaycan ordusuna qarşı döyüşmək üçün hazırlayır.

Tehranın işğal planı

Qəzetə açıqlamasında Azərbaycanın təhlükəsizlik mənbələri Tehranın Qarabağ istiqamətində addımlarını yaxından izlədiklərini bildiriblər. Azərbaycan mənbələri Tehran administrasiyasının “Qarabağda İsrail bazalarının olması” iddiasını xatırladaraq, Zəngəzur xəttində yerləşən Qafanda açılan İran konsulluğunu bəhanə edərək bölgəyə 70 nəfərlik pioner hərbi hissənin yerləşdirildiyini bildirib. Azərbaycan Beynəlxalq Əlaqələr Mütəxəssisi Xaliq Şükürov qəzetə açıqlamasında bildirib ki, İran hərbi-təhlükəsizlik əməkdaşlığı çərçivəsində Paşinyan administrasiyasının dəvəti ilə Suriya-Əsəd məsələsində olduğu kimi Qarabağda gərginliyi artırmaq və daha sonra Qarabağa hərbi qüvvə kimi müdaxilə etmək istəyir.

Şükürov bu məqamda Ukrayna müharibəsi səbəbindən əvvəllər 6000 olan Rusiyanın sülhməramlı missiyasının 1500-ə qədər zəiflədilməsinin İrana ümid verdiyini, İranın erməniləri qorumaq adı altında bölgəni işğal etməyi planlaşdırdığını qeyd edib:

Krim şükürov azrbaycan tarixi

1920-Cİ İLLƏRDƏ İTİRİLMİŞ AZƏRBAYCAN TORPAQLARI

Tarixi Azərbaycan torpaqları (1813-1828-ci illərə əsasən) 410 min km2 ərazini əhatə edir.

Bu geniş coğrafiyada tarix boyu bir çox xalqların yaşamasına baxmayaraq burada Azərbaycan –müsəlman-türk əhalisi daima çoxluq təşkil etmişdir.

Torpaqlarımızın parçalanması prosesi şərti olaraq aşağıdakı mərhələlərə bölünür:

1736-cı ildə Gəncə bəylərbəyi Cavad xan Ziyad oğlu Nadir şahın tacqoyma mərasiminə qatılmadığı üçün Nadir şah Borçalını Qazax mahalı ilə birlikdə Gəncə bəylərbəyliyindən ayırıb Kartli-Kaxeti çarlığına bağışlamış, sonralar isə 1801-ci ildə Rusiya ilə Gürcüstan arasında bağlanmış olan Georgiyevski aktı nəticəsində Gürcüstan, o cümlədən də
Borçalı Rusiya ərazisinə qatılmışdır.
1828-ci il fevralın 10-da I Nikolay ilə Fətəli Şah Qacar arasında bağlanan Türkmənçay müqaviləsinə əsasən Azərbaycan ərazisi Araz çayı sərhəd olmaqla şimal və cənub hissələrinə bölündü. İran tərkibində qalan
Azərbaycan torpaqları Cənubi Azərbaycan adlandırıldı və indiyə kimidə İran tərkibindədir.
Bu torpaqlar təqribən Azərbaycan torpaqlarnın 65%-ni əhatə
edir. Ərazisi isə 280 min km2 təşkil edir.
Digər torpaqlar isə Rusyanın
müstəmləkəsinə çevrilir. Bu torpaqlar Ümumi Azərbaycan torpaqlarının 35%-ni əhatə edir. Rusiya Azərbaycan torpaqlarını
əldə etdikdən sonra burada müəyyən islahatlar o cümlədən demoqrafiq dəyişiklik və ərazi dəyişiklikləri etməyə başlayır. Türkmənçay və Ədirnə
müqavilələrinə əsasən Osmanlı və İran ərazidən kütləvi şəkildə ermənilərin Azərbaycanın Qarabağ, Naxçıvan və İrəvan
xanlıqları ərazilərinə köçünü təşkil edir.

Bununla yanaşı Rusiya ərazisindən kütləvi şəkildə rus bidətçilərinin köçləri olur. Bu köçlər Rusiyanın Qafqazda demoqrafik vəziyyəti öz xeyrinə dəyişdirməsi və buranı
daha yaxşı idarə etməsi üçün təşkil edilmişdi.
Daha sonra Azərbaycan torpaqlarında erməni dövlətinin yaranması rusların heç də planlarının davamsız olmadığını görsətdi. Ölkəyə kütləvi
xristian- erməni-rus əhalisinin
köçürülməsi ilə yanaşı, ölkədən mövcud hakimiyyətə qarşı çıxan türk-müsəlman əhalisi öz ata-baba yurdlarından Osmanlı
və İrana deportasiya olunurdular.

Bu demoqrafiq siyasət nəticəsində artıq XX əsrin əvvəllərinə doğru Rusiya ərazidə demoqrafik vəziyyəti öz xeyrinə, o cümlədən ermənilərin xeyrinə dəyişdirməyi bacarmışdı.

1840-ci il islahatına görə Rusiya
tərəfindən yeni inzibati idarəetmə sistemi olan Komendat İdarəetmə Sisteminin yarnması, tarixi Azərbaycan torpağı olan
Dərbəndin, Altıparın, Axtı, Doqquzparın, Qaytaq və digər ətraf rayonların Dağıstan
vilayətinə birləşdirilməsi ilə nəticələndi.
Dərbəndin ərazisi 7 min km2 dir və o zamandan bəri Dağıstan tərkibindədir. Hal hazırda da orada Azərbaycanlılar yaşamaqdadır.

28 may 1918-ci il Azərbaycan Xalq
Cümhuriyyəti yarandığı zaman Azərbaycan torpaqları cəmi 139831 km² ərazini əhatə
edirdi. Əslində bu ərazi İrəvan verildikdən sonra və mübahisəli ərazilərlə birlikdə ümumi ərazinin ölçüsüdür. Mübahisəli əraziləri qeyd etməsək cümhuriyyətin
ərazisi 99908,86 km² təşkil edirdi.
Cümhuriyyət Tiflisdə qurulduqdan sonra Rusiyanın təzyiqi ilə Ermənistanla müqavilə bağlamaq məcburiyyətində qalır və İrəvan
quberniyasını ermənilərə güzəştə gedir.
Amma bunun qarşılığında Ermənistanın bir daha Qarabağ, Zəngəzur və Naxçıvan əraziləri üçün Azərbaycana torpaq iddiası
etməyəcəyi haqqında razılaşırlar.
Ermənistana güzəşt edilən İrəvan
quberniyasının ərazisi 8913,17 km² təşkil edirdi.Yeni-Bəyazid qəzası, İrəvan qəzasının 3/5-i, Eçmiədzin qəzasının ¼-i,
Aleksandropol qəzasının ¼-i bu torpaqlara daxil idi.
Bu dövrdə əhalinin sayı isə 321
min nəfər olmuşdur ki, bunun da 230 mini erməni , 80 min müsəlman , 5 min yezidi
kürd və 6 min digər millətlər təşkil edirdi.
Edilən güzəştdən sonra ermənilər
Azərbaycanın Naxçıvan, Zəngəzur və Dağlıq Qarabağ ərazilərinin Ermənistana birləşdirilməsi iddiası ilə yenidən çıxış etdilər.
Azərbaycanın Sovetləşdirilməsindən sonra
isə ermənilər SSR daxilində rusların köməkliyi ilə bir sıra torpaqları da aldılar.

Artıq SSR-in dağılması mərəhələsində 1988-1994 ci illər ermənilərin Azərbaycan torpaqlarını işğalının digər bir
mərhələsidir. 1988-1994-ci illərdə
Ermənistanın hərbi müdaxiləsi və antitürk siyasəti nəticəsində Azərbaycanda 20 min insan öldürülmüş, 100 min soydaşımız
yaralanmış, 50 mini isə müxtəlif dərəcədə zədə almış, 4852 nəfər azərbaycanlı (o cümlədən 54 uşaq, 323 qadın, 410 qoca)
itkin düşmüş, onlardan 1368 nəfəri (o cümlədən 169 uşaq, 338 qadın, 286 qoca) əsirlikdən azad edilmiş, 783 nəfəri (o cümlədən 18 uşaq, 46 qadın, 69 qoca) isə
bu günədək Ermənistanda əsirlikdədir.

Beynəlxalq Qızıl Xaç Komitəsinin
məlumatına görə 439 nəfər əsirlikdə ölmüşdür. İlkin məlumatlara görə, mənəvi-
psixoloji zərbə ilə bərabər Azərbaycan iqtisadiyyatına 60 milyard ABŞ dollarından çox həcmdə ziyan dəymişdir.

Comments are closed, but trackbacks and pingbacks are open.