Windows 7 və Windows 8 yeniləmələrini necə söndürmək olar
Mövzuları qaçırmayın!
Aze-Mannevo
Əməliyyat sistemi — bu, kompüterin əsas proqramıdır. Onsuz biz hətta kompüterə daxil ola bilmərik. Windows — əməliyyat sistemi.
Biz kompüteri işə saldığı zaman, onda şəkil və cürbəcür nişanlar, düymələr, pəncərələr və s. görürük. Bütün bu gözəllik, bütün bu düymələr, pəncərələr, oxlar və başqa şeylər — bu ümülikdə əməliyyat sistemidir.
Əməliyyat sistemləri çox deyil. Demək olar ki, bütün kompüterlərdə Windows quraşdırılmışdır, çünki o — ən sadə və rahatdır. Bu sistemin bir neçə versiyası var — 95, 98, 2000, NT, XP, Vista, Windows 7, Me. Onlar öz aralarında buraxılış tarixi ilə seçilir. Nə qədər köhnə versiya əməliyyat sistemi olarsa, onda nöqsanları çoxdur. Hazırda ən yeni versiyası Windows 7-dir. Lakin bir çox insanlar Windows XP əməliyyat sistemi istifadə edirlər. Fikrimcə, düzgün də edirlər. XP əməliyyat sistemi kifayət qədər etibarlı və sürətlidir. Vista və Windows 7 kompüter böyük güc tələb edir, ona görə kompüter tez-tez ilişir. Bəzi proqramlar Vista-ya və Windows 7-ə qoymaq olmaz, onlar sadəcə onun üçün yaramır. Düzdür, deyirlər ki, Windows 7 əməliyyat sistemi ən yaxşı sistem olmağa, bütün mümkün olan şansları var.
Necə bilmək olar ki, kompüterdə hansı əməliyyat sistemi quraşdırılıb?
Kompüter işə düşduşdüyü zaman(onun yüklənməsi zamanı, demək də olar) burada əməliyyat sisteminin adı adətən yazılır.
Əgər belə yazı, onda bu Sizin kompyuterdə Windows XP əməliyyat sistemi quraşdırılıb:
Əgər belədirsə — onda Sizdə Windows Vista:
Əgər bu yazını görürsünüz, o deməkdir ki, Sizin kompüterdə Windows 7 quraşdırılıb:
Əgər kompüterə yüklənməsi zamanı heç bir yazı yoxdursa, onda «Mənim kompüter» (Мой компьютер) nişanı vasitəsilə əməliyyat sisteminin versiyasını görmək olar. Bunun üçün «Start»-ı açın, yazıdan «Mənim kompüter» (Мой компьютер)seçərək, mousun sağ düyməsini basın və açılan siyahıda «Xüsusiyyətlər»( Свойства) bəndini seçin.
Аçılan pəncərədə yazılacaq ki, hansı əməliyyat sistemi kompüterdə quraşdırılıb.
Digər əməliyyat sistemləri, çox deyil. Onlardan bir çoxlarına nadir hallarda rast gəlmək olar. Düzdür, müəyyən kateqoriya insanlar, Linux əməliyyat sistemi ilə işləməyə üstünlük verir. Bu insanların proqramçı adlandırmaq olar. Linux əməliyyat sistemi haqqında və digər az yayılmış əməliyyat sistemlər haqqında ola bilsin gələn dəfə yazaram.
Windows 7 və Windows 8 yeniləmələrini necə söndürmək olar
Daha çox (30) Gizlə
Daha çox (137) Gizlə
KORONAVİRUSA YOLUXANLARIN SAYI – CANLI STATİSTİKA
06:10 13.01.2023
- Şikayət et
Windows 7 və Windows 8,1 üçün son rəsmi yenilənmələr təqdim edilib
Microsoft Windows 7 və Windows 8.1 əməliyyat sistemləri üçün son rəsmi yenilənmələri təqdim etdi. Bununla da şirkət elan etdi ki, o, sözügedən əməliyyat sistemlərinin dəstəklərini dayandırır. Beləliklə bundan sonra Windows 7 və Windows 8.1 üçün şirkət tərəfindən rəsmi yenilənmələr təqdim edilməyəcək. İstifadəyə verilmiş son rəsmi yenilənmələr isə bu əməliyyat sistemlərində olan bəzi sistem səhvlərini aradan qaldırır. Windows 7 üçün olan KB5022338, Windows 8.1 üçün isə olan KB5022352 adlı yenilənmə məlumatlar bazasına qoşulmaq üçün SQL Server Microsoft Open Database Connectivity drayverindən istifadə edən tətbiqləri əhatə edən bilinən problemi aradan qaldırır.
Bununla yanaşı Windows 8.1-in koduna əməliyyat sisteminin dəstəyinin dayandırılması bildirişini əks etdirən pəncərə də əlavə edilib. Hər iki yenilənmə Windows-un yenilənmələr mərkəzinə daxil edilib və onlar avtomatik olaraq iş düşəcəklər. Bu yenilənmələrdən sonra hər iki əməliyyat sistemi artıq şirkət tərəfindən heç bir yenilənmə ilə təmin olunmayacaq. Buna görə də Windows 7 və Windows 8.1-dən hələ də istifadə edən istifadəçilərin daha yeni Windows versiyalarına keçid etmələri məsləhət görülüb.
Mövzuları qaçırmayın!
OXUYUN, PAYLAŞIN, QAZANIN!
Azərforum oxuduqca paylaşdığınız, paylaşdıqca qazandığınız tətbiqdir.
Bu gün “Windows 8.1” və “Windows 7” ən son yeniləmələri alacaq
“Microsoft” əməliyyat sistemi üçün dəstəyi tamamilə dayandırmazdan əvvəl Windows 8.1 proqram platforması sonuncu təhlükəsizlik yeniləmələrini alacaq. Eyni zamanda, şirkət ödənişli Genişləndirilmiş Təhlükəsizlik Yeniləmələri (ESU) proqramına qoşulmuş Windows 7 versiyaları üçün yamaqların buraxılmasını dayandıracaq.
Əlbəttə, heç kim Windows 8.1 sahiblərinə köhnə əməliyyat sistemindən istifadə etməyi qadağan etməyəcək, lakin müəyyən edilmiş boşluqlar artıq tərtibatçı tərəfindən aradan qaldırılmayacaq və bu ƏS-in digər mühüm komponentləri artıq yeniləmələri qəbul etməyəcək. Windows 7 vəziyyətində şəkil daha çəhrayıdır: 0Patch-dən həvəskarlar komandası sayəsində bu platforma qeyri-rəsmi yeniləmələri almağa davam edəcək. Bildirilir ki, “Windows 7” ən azı daha iki il dəstəklənəcək – söhbət kritik yeniləmələrdən gedir. Üstəlik, Windows 7 üçün Edge brauzeri də ən azı 2025-ci ilin yanvarına qədər yenilənəcək.
İstəməyən və ya nədənsə ən azı Windows 10-a yüksələ bilməyənlər üçün dəstək pulsuz təmin edilməyəcək – 0Patch hər bir cihaz üçün ildə 25 dollar alır. Məlumdur ki, Microsoft ESU-nun birinci ili üçün eyni məbləği, ikinci və üçüncü il üçün isə iki dəfə çox tələb edib. Bu dəstək Windows 7 istifadəçilərinin köhnə ƏS-də müəyyən proqramların sadəcə işləmədiyi və yaxud düzgün quraşdırılmadığı uyğunluq problemlərinin qarşısını almayacaq. Google artıq Windows 7-də Chrome üçün dəstəyin başa çatdığını elan edib və digər proqramların köhnə ƏS ilə necə işləyəcəyi hələ məlum deyil.Bu Windows 8.1-ə də aiddir. Çox güman ki, bir çox proqram sadəcə fəaliyyətini dayandıracaq və bu bəzi hallarda böyük problemlər yarada bilər. Məsələn: Valve Windows 7 üçün Steam dəstəyini dayandırmaq qərarına gəlsə bəzi problemlər yaranacaq.
Bu və ya digər şəkildə, Windows 7 istifadəçiləri ən azı növbəti iki il ərzində daha yaxşı vəziyyətdə olsalar da, heç kim 8.1 versiyası üçün pulsuz və ya kommersiya əsasında geniş dəstək vermək niyyətində deyil.
Comments are closed, but trackbacks and pingbacks are open.