Press "Enter" to skip to content

Windows 10-da hədəf qovluğuna giriş probleminin həlli

Yolun sağdan daralması nişanı çox vaxt sizin getdiyiniz istiqamətdə sağ tərəfdəki zolağın qurtarması ilə zolağın sayının azaldığını göstərir. Bu zaman siz əgər həmin sağ zolaqla hərəkət edirsinizsə sol zolağa keçməyə hazır olmalısınız. Bunun üçün sola dönmə göstəricisini yandırıb, sol zolaqla gedən nəqliyyata yol verdikdən sonra həmin zolağa çıxa bilərsiniz.

Yol hərəkəti qaydalarını mükəmməl öyrənək.

Mən Bakıdan təlimçi Rasim İsmayıl oğlu ,25 ildən çox müxtəlif nazirliklərin sürücülük kurslarında və avtotəsərrüfatlarda yol hərəkəti qaydalarından dərs deyən təcrübəli müəllim olaraq öz bilik və təcrübəmi sürücülər və sürücülüyə namizədlərlə bölüşmək məqsədilə bu dərs vəsaitlərini hazırlamışam. Ölkəmizdə əhalinin və avtomobillərin sayı hər il artdığından yol hərəkəti qaydalarını daha mükəmməl öyrənməyin əhəmiyyəti də artır. Yol hərəkəti qaydaları haqda bu vəsait bilik səviyyəsindən asılı olmayaraq bütün sürücülərin və sürücülüyə namizəd olan şəxslərin yol hərəkəti qaydalarını öyrənməsi və təkrar etməklə yaddan çıxarmaması məqsədilə hazırlanmışdır. Daim təkmilləşən hüquqi- normativ akt olan “Yol hərəkəti haqqında” Qanun hərəkət iştirakçıları arasında olan münasibətləri tənzimləyir. Qanunda olan maddələr yığcam şəkildə və bir qədər də mürəkkəb cümlələrlə yazıldığından bəzi adamlar həmin maddənin mahiyyətini başa düşməkdə çətinlik çəkirlər. Bir çoxları isə yol hərəkəti qaydalarını öyrənməyi və təkrar etməyi yalnız qaydalara aid test işləməkdə görürlər. Əzbərçiliyə yol vermədən, qaydaların əsil mənasını başa düşərək öyrəndikdə və təkrar etdikdə bu beyində həkk olur və heç vaxt sürücünün yadından çıxmır. Yol hərəkəti qaydalarını bilməklə və qaydalara yollarda əməl etməklə Siz həm özünüzün, həm də avtomobilinizdə olan yaxınlarınızın və digər sərnişinlərin, həmçinin yollarda olan digər şəxslərin təhlükəsizliyini təmin etmiş olursunuz.Yollarda hərəkət iştirakçıları arasında yaranan mübahisələrin həlli üçün bütün qanunlar kimi “Yol hərəkəti haqqında” Qanunun da bu gün üçün qüvvədə olan son variantı üçün Azərbaycan Respublikası Prezidentinin göstərişi əsasında yaradılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin normativ hüquqi aktların vahid internet elektron bazasındakı “e-qanun.az” saytına istinad etmək lazımdır. Yəni “Yol hərəkəti haqqında” qanunun son variantı üçün internetdə axtarış bölməsinə “e-qanun.az” “Yol hərəkəti haqqında” Qanun yazıb axtarış versəniz bu qanunun son variantı çıxacaq və bu qanuna əsasən hərəkət iştirakçıları arasında yaranan mübahisədə kimin haqlı olduğunu müəyyən edə biləcəksiniz .

Məqsədim istər You Tube-dəki Rasim.İsmayiloglu kanalında, istərsə də bloq yazılarımda “Yol hərəkəti haqqında” Qanundakı bütün maddələri izahları ilə birlikdə avtonəqliyyat vasitələrinin sürücülərinə, sürücülüyə namizədlərə öyrətməkdir.

Maddə 61 Yol nişanları

Maddə 61.I. Yollarda yol hərəkətinin qaydaları və şəraiti barədə müəyyən məlumat saxlayan və yol hərəkətini nizamlayan əsas vasitələrdən biri yol nişanlarıdır (4 saylı Əlavə).

Yollarda yol hərəkətini nizamlayan əsas vasitələrdən biri də yol nişanlarıdır. Yol nişanları yol hərəkətinin qaydaları, hərəkət rejimi və yol şəraiti barədə hərəkət iştirakçılarını məlumatlandırır.

Azərbaycan Respublikasında 1 yanvar 2023-cü il tarixə 7 qrupa bölünən 174 ədəd yol nişanı var.

Maddə 61.II Yol nişanları 7 nişan qrupundan ibarətdir: xəbərdarlıq, üstünlük, qadağan, məcburi hərəkət istiqaməti, məlumatverici-göstərici, servis, əlavə məlumat (lövhəciklər).

Nişanların sayı qruplar üzrə belədir:

  1. Xəbərdarlıq nişanları – 33 ədəd
  2. Üstünlük nişanları – 7 ədəd
  3. Qadağan nişanları – 35 ədəd
  4. Məcburi hərəkət istiqaməti nişanları – 9 ədəd
  5. Məlumatverici-göstərici nişanlar – 53 ədəd
  6. Servis nişanları – 18 ədəd
  7. Əlavə məlumat nişanları – 19 ədəd

Əlavə məlumat nişanları həm də ona görə lövhəciklər adlanır ki, bu nişanlar tək vurula bilməz. Onlar yalnız digər 6 qrupdakı nişanlarla birlikdə vurulur.

7 qrupun hər birinin təyinatı, vurulma qaydası və üstünlük nişanlarından başqa hamısının oxşar forması var.

Maddə 61.III. Hər bir yol nişanının öz nömrəsi olur ki, onun birinci rəqəmi qrupun nömrəsinə uyğun olur, sonrakı rəqəmlər qrupda ardıcıl nömrəni və müxtəliflik mövcud olduqda onun ardıcıl nömrəsini əks etdirir.

Bütün yol nişanlarının nömrəsi olur. Nömrədəki 1-ci rəqəm qrupun nömrəsini, 2-ci rəqəm nişanın qrupdakı sıra nömrəsini, əgər həmin sıra nömrəsində mənasına görə yaxın olan bu nişandan başqası da varsa, 3-cü rəqəm nişanın həmin növünün nömrəsini göstərir. Məs: 4.1.6 “Sağa və ya sola hərəkət nişanındakı 1-ci rəqəm – 4 bu nişanın 4-cü qrupa – “Məcburi hərəkət istiqaməti” nişanlarına aid olduğunu, 2-ci rəqəm -1 bu nişanın qrupda 1-ci yerdə olduğunu, 3-ci rəqəm – 6 isə bu cür nişanlardan 6-cısı olduğunu bildirir.

Maddə 61.IV. Müxtəlif qruplardan toplanan üstünlük nişanlarından başqa, hər qrup yol nişanlarının özünə məxsus rəngi və forması vardır.

Xəbərdarlıq nişanlarının 4-ündən başqa qalan 30-u bərabərtərəfli üçbucaq formasında, ağ fonlu olub qırağında qırmızı haşiyəsi var.

Yalnız üstünlük nişanlarının vahid forması yoxdur.

Qadağan nişanları dairə formasında olub 4-ündən başqa qalan 31-inin qırağında qırmızı haşiyəsi var. 1-i qırmızı fonlu, 5-i göy fonlu, qalanları isə ağ fonludur.

Məcburi hərəkət istiqaməti nişanlarının 1-indən başqa qalan 8-i dairə formasında olub göy fonludur.

Məlumatverici-göstərici nişanların 53 – ü də dördbucaq formasında olub göy, yaşıl, ağ və ya sarı fonlu olur.

Servis nişanlarının 18 – i də dördbucaq formasında olub göy və ağ fonludur.

Əlavə məlumat nişanlarının 19 – u da dördbucaq formasında olub ağ fonludur.

Maddə 61.V. Yol nişanlarının sutkanın hər bir vaxtı fərqləndirilməsi və oxunması üçün, onlar daxili və xarici işıqlandırılma və ya işıqqaytarıcı səth ilə (nəqliyyat vasitələrinin işıq cihazlarının işığını əks etdirən xırda şüşə kürəciklərinin əsasında xüsusi nazik pərdə) təchiz edilirlər. Daxildən işıqlandırılmış nişanlar yolun süni işıqlandırılmış yerlərində qurulur. Süni işıqlandırılmamış yollarda işıqqaytarıcı səthli nişanlar tətbiq olunur. İşıqqaytarıcı səthli nişanların 100 metrdən az olmayan məsafədən görünməsi təmin edilərsə, onların stasionar işıqlandırılmış yollarda da qurulmasına yol verilir.

Yol hərəkətini nizamlayan əsas vasitələrdən biri olan yol nişanları quraşdırılarkən günün istənilən vaxtında və hər hansı meteoroloji şəraitdə onların lazımı məsafədən görünməsi və qavranılması təmin edilməlidir. Yol nişanlarının yaxşı görünməsi üçün bu üsullardan istifadə edilir:

– nişan daxildən işıqlandırılır

– nişanın yaxınındakı mənbədən onun üzərinə işıq salınır

– nişanın səthinə nəqliyyat vasitələrinin işıq cihazlarının işığını əks etdirən xırda şüşə kürəciklərlə təchiz edilmiş xüsusi nazik pərdə çəkilir.

Bütün hallarda nişanlar elə quraşdırılmalıdır ki, günün istənilən vaxtı onların ən azı 100 metr məsafədən görünməsi təmin edilsin. Daxildən işıqlandırılan və nişanın yaxınındakı mənbədən onun üzərinə işıq salınan nişanlar yolun süni işıqlandırılmış yerlərində quraşdırılır.

Süni işıqlandırılmamış yollarda (belə yollar adətən yaşayış məntəqələrindən kənarda olur) işıqqaytarıcı səthli nişanlar quraşdırılır. İşıqqaytarıcı səthli nişanlar ən azı 100 metr məsafədən görünürsə onlar stasionar işıqlandırılmış yollarda da quraşdırıla bilər.

Maddə 61.VI. Müvəqqəti yol nişanları texniki göstəricilərinə quraşdırılma yerinə görə daimi nişanlardan fərqlənməlidir. Müvəqqəti yol nişanlarının istifadə edilməsinə ehtiyac qalmayıbsa, bu nişanlar təcili çıxarılmalıdır.

Yol nişanları daimi və ya müvəqqəti quraşdırıla bilər. Yollarda müvəqqəti nişanlar “Yol hərəkəti haqqında” Qanunun 12-ci maddəsindəki göstərilən hallarda – yollarda təmir və ya abadlaşdırma işləri görüldükdə, kütləvi tədbirlər həyata keçirildikdə, fövqəladə hadisə baş verdikdə və s. belə vəziyyətlərdə quraşdırılır.

Müvəqqəti yol nişanları texniki göstəricilərinə, quraşdırılma yerinə görə daimi nişanlardan fərqlənməlidir. Müvəqqəti yol nişanları ölçülərinə, nişanın hazırlandığı materialın qalınlığına, rənginə və s. texniki göstəricilərinə görə daimi nişanlardan fərqlənir. Bundan başqa müvəqqəti nişanın dayağının yerə basdırılan olmaması, yəni gəzdirilən dayaq üzərində daşına bilən olması onu daimi nişanlardan fərqləndirir. Məs: “Maneəni soldan keçmə” nişanı yol təmiri ilə əlaqədar hərəkət hissəsinin ortasında vurula bilər.

Azərbaycanda “Yol hərəkəti haqqında” qanunda müvəqqəti yol nişanlarının fonunun sarı olması öz əksini tapmasa da, sarı fonlu nişanlar tətbiq edilir.

Müvəqqəti yol nişanlarının istifadə edilməsinə ehtiyac qalmayıbsa, bu nişanlar təcili çıxarılmalıdır. Yəni, kütləvi tədbir qurtardıqda daşınan müvəqqəti nişan götürülməli və ya üzərinə örtük çəkilməlidir.

Maddə 61.VI-I. Eyni yol sahəsində quraşdırılmış yol nişanlarının tələbləri, habelə müvəqqəti yol nişanları və müvəqqəti nişanlama xətləri istisna olmaqla yol nişanları ilə digər texniki vasitələrin tələbləri arasında ziddiyyət və ya uyğunsuzluq yolverilməzdir. Aşkar olunmuş hər hansı ziddiyyət və ya uyğunsuzluq təxirəsalınmadan aradan qaldırılmalıdır. Müvəqqəti yol nişanlarının tələbləri ilə daimi yol nişanlarının, nişanlama xətlərinin və digər texniki vasitələrin tələbləri arasında ziddiyyət və ya uyğunsuzluq olarsa, müvəqqəti yol nişanlarına üstünlük verilməlidir. Müvəqqəti yol nişanları ilə müvəqqəti nişanlanma xətləri arasında ziddiyyət və ya uyğunsuzluq yolverilməzdir.

Eyni yol sahəsində quraşdırılmış yol nişanlarının tələbləri ilə digər texniki vasitələrin – nişanlama xətlərinin, svetoforun və s. tələbləri arasında ziddiyyət və ya uyğunsuzluq yolverilməzdir.

Şəkildəki yolayrıcı qarşısında 5.8.1 “Zolaqlarda hərəkət istiqamətləri” nişanı ilə hərəkət hissəsindəki 1.18 “Yolayrıcında hərəkətin zolaqlar üzrə icazə verilmiş istiqamətləri” nişanlaması arasında ziddiyət var. Belə ki, nişan sağ zolaqdan sağa, nişanlama isə düzünə və sağa hərəkətə icazə verir. Sol zolaqdan isə nişan düzünə və sola, nişanlama isə sola hərəkətə icazə verir. Aşkar olunmuş hər hansı bu cür ziddiyyət və ya uyğunsuzluq təxirəsalınmadan aradan qaldırılmalıdır.

Yalnız yol nişanları ilə müvəqqəti yol nişanları və müvəqqəti nişanlama xətləri arasında uyğunsuzluq ola bilər.

Yollarda təmir və ya abadlaşdırma işləri görüldükdə, kütləvi tədbirlər həyata keçirildikdə, fövqəladə hadisə baş verdikdə və s. belə vəziyyətlərdə yollardakı daimi yol nişanları ilə müvəqqəti quraşdırılan yol nişanları və hərəkət hissəsində çəkilən müvəqqəti nişanlanma xətləri arasında ziddiyyət və ya uyğunsuzluq olduqda müvəqqəti yol nişanlarının və müvəqqəti nişanlanma xətlərinin tələblərinə əməl etmək lazımdır.

Şəkildəki daşına bilən dayaq üzərində olan müvəqqəti “Düzünə hərəkət” nişanı ilə daimi “Geriyə dönmə” nişanı arasında ziddiyət olduğundan müvəqqəti “Düzünə hərəkət” nişanının tələbinə əməl edərək ancaq düzünə hərəkət etmək olar.

Şəkildəki daşına bilən dayaq üzərində olan müvəqqəti “Maneəni soldan keçmə” nişanı ilə kəsib keçmək qadağan olunan uzununa tək bütöv xətt arasında ziddiyət olduğundan, müvəqqəti “Maneəni soldan keçmə” nişanının tələbinə əməl edərək tək bütöv xətti kəsib maneəni soldan keçmək lazımdır.

Müvəqqəti yol nişanları ilə müvəqqəti nişanlanma xətləri arasında ziddiyyət və ya uyğunsuzluq da yolverilməzdir və belə hal aşkar edildikdə təxirəsalınmadan aradan qaldırılmalıdır.

Maddə 61.VII. Yolun eyni kəsiyində üçdən artıq yol nişanının qurulmasına icazə verilmir (təkrar olunan nişanlar və əlavə lövhəciklər nəzərə alınmamaqla). Xüsusi qeyd olunmuş hallardan başqa yolun sağ tərəfində bütün yol nişanları qurulur. İki və ya artıq zolaqlarla bir istiqamətdə hərəkəti olan yollarda yol nişanları vaxtlı-vaxtında sürücü tərəfindən çətinliklə qavranılarsa, onlarda olan məlumat nəzərə alınmaqla nişanlar təkrar qurulmalıdır. Təkrar nişanlar ayırıcı zolaqlarda, əgər ayırıcı zolaq yoxdursa və əks istiqamətli hərəkət üçün iki hərəkət zolağından artıq hərəkət zolağı nəzərdə tutulmamışdırsa, belə yol nişanları yolun sol tərəfində qurulurlar. Yolun solunda yerləşdirilən yol nişanının görünməsinin təmin olunması mümkün deyilsə və ya əks istiqamətli hərəkət üçün üç və artıq hərəkət zolağı vardırsa, onda yol nişanları yolun hərəkət hissəsinin üstündə qurulurlar.

Yolun eyni kəsiyində üçdən artıq yol nişanının qurulmasına icazə verilmir. Yolun eyni kəsiyi dedikdə bu şəkildəki kimi yolun eninə kəsiyində sağda və solda vurulan nişanlar başa düşülür.

Bu halda təkrar olunan nişanlar və əlavə lövhəciklər nəzərə alınmır.

Bu dayaqda üç nişan və bir lövhəciyin vurulması qaydalar çərçivəsindədir.

Xüsusi qeyd olunmuş hallardan başqa bütün yol nişanları yolun sağ tərəfində quraşdırılır. Bir istiqamətdə iki və daha çox zolaqlı yollarda yol nişanları sürücü tərəfindən vaxtında çətinliklə qavranılarsa onlar təkrar quraşdırılmalıdır.

Təkrar nişanlar bu qayda ilə quraşdırılır:

– əgər ayırıcı zolaq varsa ayırıcı zolaqda

– əgər ayırıcı zolaq yoxdursa və əks istiqamətli hərəkət üçün bir və ya iki hərəkət zolağı varsa yolun sol tərəfində

Yolun solunda yerləşdirilən yol nişanının görünməsinin təmin olunması mümkün deyilsə və ya əks istiqamətli hərəkət üçün üç və artıq hərəkət zolağı varsa, onda yol nişanları yolun hərəkət hissəsinin üstündə quraşdırılır.

Maddə 61.VIII. Yol nişanlarının qavranması üçün münasib şəraitin yaradılmasının təmin olunması məqsədilə, onlar dəqiq müəyyənləşdirilmiş yerdə yolun hərəkət hissəsinə nisbətən yerləşdirilirlər. Yol nişanlarının qurulmasından asılı olaraq, onun alt hissəsindən örtüyə qədər olan məsafə:

1) yaşayış məntəqələrindən kənar olan yolların qırağında — 1,5—2,2 metr;

2) eyni ilə yaşayış məntəqələrində — 2—4 metr;

3) təhlükəsizlik adacıqlarında və yolun hərəkət hissəsində — 0,6 metrdən az olmadan;

4) yolun hərəkət hissəsinin üstündə — 5—6 metr təşkil etməlidir.

Yol nişanlarının quraşdırılması üçün münasib şərait yaratmaqla, onlar yolun hərəkət hissəsinə nisbətən dəqiq müəyyənləşdirilmiş yerdə yerləşdirilir ki, onlar dəqiq qavranılsın.

Yol nişanlarının qurulmasından asılı olaraq, onun alt hissəsindən örtüyə qədər olan məsafə:

1) yaşayış məntəqələrindən kənar olan yolların qırağında — 1,5—2,2 metr;

2) eyni ilə yaşayış məntəqələrində — 2—4 metr;

3) təhlükəsizlik adacıqlarında və yolun hərəkət hissəsində — 0,6 metrdən az olmadan;

4) yolun hərəkət hissəsinin üstündə — 5—6 metr təşkil etməlidir.

Maddə 61.IX. Yolun hərəkət hissəsinin kənarından, yol çiyninin isə torpaq örtüyünün kənarından quraşdırılmış nişana qədər məsafə 0,5—2,2 metr, 5.20.1, 5.21.1—5.27 nişanlarının qırağına qədər olan məsafə isə 0,5—5 metr olmalıdır.

Yolun hərəkət hissəsinin kənarından, yol çiyninin isə torpaq örtüyünün kənarından quraşdırılmış nişana qədər məsafə 0,5—2,2 metr olmalıdır.

Yolun hərəkət hissəsinin kənarından, yol çiyninin isə torpaq örtüyünün kənarından 5.20.1 “İstiqamətlərin ilkin göstəricisi”, 5.21.1 ”İstiqamət göstəricisi”, 5.21.2 “İstiqamətlər göstəricisi”, 5.22 “Yaşayış məntəqəsinin başlanğıcı”, 5.23 “5.22 yol nişanı ilə işarə edilmiş yaşayış məntəqəsinin qurtaracağı”, 5.24 “Yaşayış məntəqəsinin başlanğıcı”, 5.25 “5.24 yol nişanı ilə işarə edilmiş yaşayış məntəqəsinin qurtaracağı”, 5.26 “Obyektin adı” və 5.27 ”Məsafələr göstəricisi” nişanlarının qırağına qədər olan məsafə isə 0,5-5 metr olmalıdır.

Maddə 61.X. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) qərarı olmadan müvafiq ərazidə yerləşən yollarda yol nişanları qurmaq qadağandır.

Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) – yolun aid olduğu rayon və ya şəhər icra hakimiyyəti orqanında yaradılan hərəkətin təhlkəsizliyi komissiyasının müvafiq qərarı olmadan yol nişanlarının quraşdırılması qadağandır.

Maddə 61.XI. Yollarda yol nişanlarının qurulması və onların lazımi vəziyyətdə saxlanılmamasına nəzarət müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən həyata keçirilir.

Yollarda yol nişanlarının qurulmasına və onların lazımi vəziyyətdə saxlanılmasına nəzarət müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan – Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polis İdarəsinin “Siqnal” İxtisaslaşdırılmış Layihə-İstehsalat İdarəsi tərəfindən həyata keçirilir. Bu işləri həyata keçirmək üçün bölgələrdə ”Siqnal” idarəsinin regional istismar sahələri yaradlımışdır.

Maddə 61.XII. Müvafiq qərar olmadan yol nişanlarının qurulması üçün onları quraşdıran şəxslər məsuliyyət daşıyırlar.

Nişan quraşdırılmalı olan yolun aid olduğu rayon və ya şəhər icra hakimiyyəti orqanında yaradılan hərəkətin təhlkəsizliyi komissiyasının müvafiq qərarı olmadan yol nişanlarının quraşdırılması qadağandır. Rayon və ya şəhər icra hakimiyyəti orqanındakı hərəkətin təhlkəsizliyi komissiyasının qərarı olmadan yol nişanlarını quraşdıran şəxslər Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 350.2 maddəsinə əsasən məsuliyyət daşıyırlar.

AR İXM Maddə 350.2. Avtomobil yollarında svetoforlar, yol nişanları, nişanlama xətləri və yol hərəkətinin təşkilinin digər texniki vasitələrinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) qərarı olmadan tətbiq olunmasına görə –

fiziki şəxslər otuz manatdan əlli manatadək məbləğdə, vəzifəli şəxslər yüz əlli manatdan iki yüz manatadək məbləğdə, hüquqi şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir.

Yəni, bu komissiyanın qərarı olmadan hər hansı fiziki şəxs (vətəndaş), hüquqi şəxs (məs: şirkət) və vəzifəli şəxs (məs: bələdiyyə sədri) mağazanın, təşkilatın qarşısında bu komissiyanın qərarı olmadan “Dayanmaq qadağandır” və s. nişanları quraşdıra bilməz. Hər hansı vətəndaşda bu nişanın quraşdırılmasının qanuniliyinə şübhə yaranarsa rayon və ya şəhər icra hakimiyyəti orqanındakı hərəkətin təhlkəsizliyi komissiyasına rəsmi müraciət edərək nişanın quraşdırılmasının qanuniliyini yoxlatdıra bilər.

Maddə 62. Xəbərdarlıq nişanları

Maddə 62.I. Xəbərdarlıq nişanları hərəkət zamanı şəraitə uyğun tədbirlər görülməsi tələb edilən yolun təhlükəli sahəsinə yaxınlaşma və təhlükənin xarakteri barədə yol hərəkəti iştirakçılarına məlumat verir.

Xəbərdarlıq nişanları hərəkət zamanı şəraitə uyğun lazımi tədbirlər görülməsini tələb edən qarşıdakı təhlükənin xarakteri barədə sürücünü xəbərdar edir. Bu nişanlar heç bir məhdudiyyət qoymur. Sürücü bu nişanları gördükdə ilk növbədə diqqətini artırmalı və şəraitə uyğun sürət seçərək hərəkətin təhlükəsizliyini təmin edəcək tədbir görməlidir.

Azərbaycan Respublikasında 33 ədəd xəbərdarlıq nişanı var.

Maddə 62.II. Xəbərdarlıq nişanlarının əsas fərqləndirici əlamətləri (1.3, 1.4 və 1.31 qrupları istisna olmaqla) onların ağ fonlu üçbucaqlı və qırmızı haşiyəli formasıdır. Onlar heç bir məhdudiyyət nəzərdə tutmurlar. Lakin belə nişanları görən sürücü diqqətini artırmalı və şəraitə uyğun təhlükəsizlik tədbirləri görməyə hazır olmalıdır.

30 xəbərdaredici nişan bərabərtərəfli üçbucaq formasında, ağ fonlu olub qırağında qırmızı haşiyəsi var. Üçbucağın daxıilndə qara rənglə təhlükənin simvolu göstərilir.

1.3 qrupunda olan 1.3.1 “Bir xətli dəmiryol”, 1.3.2 “Çoxxətli dəmiryol”, 1.4 qrupunda olan 1.4.1-1.4.6 “Dəmiryol keçidinə yaxınlaşma” və 1.31. qrupunda olan 1.31.1-1.31.3 “Döngənin istiqaməti” nişanları fərqli formadadır.

Xəbərdarlıq nişanları heç bir məhdudiyyət nəzərdə tutmurlar. Lakin belə nişanları görən sürücü diqqətini artırmalı və şəraitə uyğun təhlükəsizlik tədbirləri görməyə hazır olmalıdır.

Maddə 62.III. Xəbərdarlıq nişanlarını hərəkətin icazə verilmiş sürətindən, görünmə şəraitindən və onların yerləşdirilməsi imkanından asılı olaraq yaşayış məntəqələrindən kənarda, təhlükəli sahələrin başlanğıcından 150—300 metr, yaşayış məntəqələrində isə 50—100 metr aralıda quraşdırırlar. Zərurət olduqda bu nişanlar başqa məsafədə də quraşdırıla bilər. Bu halda təhlükəli sahəyə qədər yolayrıcı varsa, bu yolayrıcından sonra təkrar nişan 7.1.1 lövhəciyi ilə quraşdırılır. Bundan başqa kəsişən (və ya birləşən) yolda yolayrıcından 50 metr məsafədə 7.1.3 və ya 7.1.4 lövhəciklərindən biri ilə birlikdə belə xəbərdarlıq nişanı quraşdırıla bilər.

Xəbərdarlıq nişanları bu amillər nəzərə alınmaqla quraşdırılır:

-icazə verilmiş hərəkət sürətindən – yaşayış məntəqələrində maksimum sürətin 60 km/saat, yaşayış məntəqələrindən kənarda maksimum sürətin 90 km/saat olmasını

– yoldakı görünmə şəraitindən

– nişanların yerləşdirilməsi imkanından asılı olaraq

Təhlükəyə uyğun tədbir görmək üçün müəyyən vaxt və məsafə lazım olduğundan üçbucaq formasında olmayan 3 nişandan başqa qalan 30 nişanın vurulma qaydası eynidir və onlar təhlükəyə müəyyən qədər məsafə qalmış vurulur. Yaşayış məntəqəsində maksimal sürət aşağı olduğundan (60km/s) bu nişanlar təhlükəli sahələrin başlanğıcına 50-100 metr (yəni 50 m-dən az, 100 m-dən çox olmamaq şərti ilə) qalmış quraşdırılır.

– yaşayış məntəqələrindən kənarda isə maksimal sürət yüksək olduğundan bu nişanlar təhlükəli sahəyə 150 – 300 metr (yəni 150 metrdən az, 300 metrdən çox olmamaq şərti ilə) qalmış vurulur.

Zərurət olduqda bu nişanlar başqa məsafədə də quraşdırıla bilər. Bu halda xəbərdarlıq nişanı 7.1.1 “Obyektə qədər məsafə” lövhəciyi ilə birlikdə quraşdırılır. Məs: şəkildə göstərilən, yaşayış məntəqəsindəki bu yerdə xəbərdarlıq nişanı təhlükəli sahəyə 50-100 metrdən fərqli məsafədə – 150 metr qalmış bu lövhəciklə birlikdə quraşdırılır.

Əgər təhlükəli sahəyə qədər yolayrıcı varsa, əsas xəbərdarlıq nişanından başqa, bu yolayrıcından sonra təkrar nişan da 7.1.1 “Obyektə qədər məsafə” lövhəciyi ilə quraşdırılır.

Bundan başqa əgər təhlükəli sahəyə qədər yolayrıcı varsa kəsişən (və ya birləşən) yolda yolayrıcından 50 metr məsafədə xəbərdarlıq nişanı 7.1.3 “Obyektə qədər məsafə” və ya 7.1.4 ”Obyektə qədər məsafə” lövhəciklərindən biri ilə birlikdə quraşdırıla bilər.

Bu şəkillərdə svetoforla nizamlanan təhlükəli sahəyə qədər yolayrıcı olduğundan, birləşən yolda yolayrıcından 50 metr məsafədə 1.8 “Svetoforla nizamlama” xəbərdarlıq nişanının 7.1.3 “Obyektə qədər məsafə” lövhəciyi ilə birlikdə quraşdırılması göstərilib.

Maddə 62.IV. Xəbərdarlıq nişanlarını:

1) yolun hərəkət hissəsində qısamüddətli işlər aparılarkən 1.23 nişanı işlərin aparıldığı yerə 10—15 metr qalmış (7.1.1 lövhəciyi olmadan);

2) enişlər və yoxuşlar bir-birinin ardınca gəlirsə, 1.13 və 1.14 nişanları 7.1.1 lövhəciyi olmadan, enişin və ya yoxuşun başlanğıcında;

3) yaşayış məntəqələrindən kənarda 1.1, 1.2, 1.9, 1.10, 1.21 və 1.23 nişanları təkrarlanırsa, ikinci nişan təhlükəli sahənin başlanmasına azı 50 metr qalmış;

4) 1.3.1 və 1.3.2 nişanları bilavasitə dəmiryol keçidinin qabağında quraşdırılır.

Xəbərdarlıq nişanları bu qayda ilə quraşdırılır:

– yolun hərəkət hissəsində qısamüddətli təmir işləri aparılarkən 1.23 “Yol işləri” nişanı işlərin aparıldığı yerə 10—15 metr qalmış (7.1.1 “Obyektə qədər məsafə” lövhəciyi olmadan);

– enişlər və yoxuşlar bir-birinin ardınca gəlirsə, 1.13 “Sərt eniş”və 1.14 ”Sərt yoxuş” nişanları 7.1.1 “Obyektə qədər məsafə” lövhəciyi olmadan, enişin və ya yoxuşun başlanğıcında;

– yaşayış məntəqələrindən kənarda 6 nişan insan ölümü və ya xəsarəti ilə nəticələnən daha ciddi təhlükə barədə xəbərdar etdiyindən yaşayış məntəqəsindən kənarda vurulduqda təkrar edilir. Yəni 2 dəfə vurulur. Birinci nişan adi qaydada 150-300 metr qalmış, ikinci nişan isə ən azı 50 metr qalmış quraşdırılır.

– 1.1 “Şlaqbaumlu dəmiryol keçidi”

– 1.2 “Şlaqbaumsuz dəmiryol keçidi”

– 1.9 “Ayrılan körpü”
– 1.10 “Sahilboyuna çıxış”
– 1.21 “Uşaqlar”

-1.3.1 “Bir xətli dəmiryol”, 1.3.2 “Çoxxətli dəmiryol” nişanları bilavasitə dəmiryol keçidinin qabağında quraşdırılır.

33 xəbərdarlıq nişanını ardıcıllıqla öyrənək:

1.1 Şlaqbaumlu dəmiryol keçidi

Bu nişan sürücünü qarşıda şlaqbqumlu dəmiryol keçidinin olması barədə xəbərdar edir. İlk növbədə bilmək lazımdır ki, dəmiryol keçidi avtomobil yolu ilə dəmiryol xəttinin eyni səviyyədə kəsişməsinə deyilir. Dəmiryol keçidlərində üstünlük həmişə relsli nəqliyyata verilir. Bunun iki səbəbi var:

    Relsli nəqliyyatların tormoz yolu avtomobillərə nisbətən çox olur. (Tormozlama zamanı poladdan olan relslərin və qatarın təkərləri arasında yaranan sürüşmə səbəbli tormoz yolu da çox olur. Qatarların kütləsi təxminən 3000-4000 ton olduğundan 80 km/saat sürətlə gedən qatarın tormoz yolu təxminən 1200 m olur.)

Relsli nəqliyyatların manevr imkanları olmur, yəni avtomobil kimi hadisədən qaçmaq üçün sağa və ya sola çıxa bilmirlər.

Bu səbəblərdən də qatarın maşinisti hadisənin baş verəcəyini hiss edərək tormozlasa belə hadisədən qaçmağa texniki imkanı olmur. Dəmiryol keçidində baş verən hadisələrın bir çoxu insanların xəsarəti və ya tələfatı ilə nəticələnir.

Dəmiryol keçidindən keçən relsli nəqliyyatların sayı çox olduqda keçiddə şlaqbaum qoyulur. Şlaqbaum hərəkət hissəsini tam bağlaya bilir və ya qoyulan yarımşlaqbaum hərəkət hissəsinin sağ tərəfini bağlayır.

Sürücü bu nişanı gördükdə ilk növbədə sürəti azaltmalıdır ki, relsli nəqliyyata yol vermək lazım gəldikdə avtomobili dayandıra bilsin. Dəmiryol keçidindən keçməyi qadağan edən bir neçə vasitə var:

1. Bağlı olan və ya bağlanmağa başlayan şlaqbaum

2. Yanıb-sönən qırmızı işığı qoşulan svetofor

3. İşə qoşulan xüsusi səs siqnalı

4. Keçiddə dayanan növbətçinin əlindəki jezli, qırmızı fənəri və ya bayraqcığı başı üzərində tutaraq və ya qollarını yana açaraq sinəsi və ya kürəyi sürücüyə tərəf dayanaraq verdiyi qadağanedici siqnalı

Şlaqbaum bağlı olduqda və ya bağlanmağa başladıqda, svetoforun qadağanedici siqnalı yandıqda, xüsusi səs siqnalı işə qoşulduqda, həmçinin keçiddəki növbətçi qadağanedici vəziyyəti aldıqda və ya bunların heç birinin keçiddən keçməyi qadağan etmədiyi halda sürücü qatarın, lokomativin, elektrovozun, drezinin gəldiyini gördükdə keçiddən keçməyin qadağan olunduğunu bilməlidir. Lokomativ, elektrovoz vaqonları dartan relsli nəqliyyat, drezin isə dəmiryol işçilərinin dəmiryol xəttinə nəzarət etməsi üçün relslərlə mexaniki hərəkət edən nəqliyyatdır.

Sürücü bağlı şlaqbauma 5 metr qalmış nəqliyyatı dayandırmalıdır. Şlaqbaum özü də 1-ci relsə 5 metr qalmış qoyulur. Nəzərdə tutulur ki, əgər relsli nəqliyyat yanı üstə aşsa belə göstərilən yerdə dayanan avtomobil zədələnmir.

Bundan başqa dəmiryol keçidinə yaxınlaşan sürücü yadda saxlamalıdır ki, dəmiryol keçidinə 100 metrdən az qalmış ötmək, 50 metrdən az yaxınlıqda durmaq və dəmiryol keçidinin özündə dayanmaq, geriyə dönmək və geriyə (dal-dalı) hərəkət qadağandır.

“Şlaqbaumlu dəmiryol keçidi” nişanı yaşayış məntəqəsindən kənarda təkrar olunur, yəni iki dəfə vurulur.

1.2 Şlaqbaumsuz dəmiryol keçidi

Bu nişan sürücünü qarşıda şlaqbaumsuz dəmiryol keçidinin olması barədə xəbərdar edir. Adətən bu nişan relsli nəqliyyatların hərəkət intensivliyi az olan dəmiryol keçidlərində vurulur. Ancaq bu keçid şlaqbaumlu dəmiryol keçidinə nisbətən daha təhlükəli sayılır. Çünki artıq burada sürücünün qarşısını kəsən şlaqbaum və növbətçi olmur. Yalnız avtomatik işləyən svetofor və xüsusi səs siqnalı ola bilər.

Sürücü bu nişanı gördükdə ilk növbədə sürəti azaltmalıdır ki, relsli nəqliyyata yol vermək lazım gəldikdə avtomobili dayandıra bilsin.

Qatar gəldikdə sürücü birinci relsə 10 metr qalmış nəqliyyatı dayandırmalıdır.

Burada da sürücü bilməlidir ki, relslə gələn bütün nəqliyyatlara: qatara, tеplovoza, ekektrovoza və drezinə də yol veriməlidir.

Bundan başqa dəmiryol keçidinə yaxınlaşan sürücü yadda saxlamalıdır ki, dəmiryol keçidinə 100 metrdən az qalmış ötmək, 50 metrdən az yaxınlıqda durmaq və dəmiryol keçidinin özündə dayanmaq, geriyə dönmək və geriyə (dal-dalı) hərəkət qadağandır.

“Şlaqbaumsuz dəmiryol keçidi” nişanı da yaşayış məntəqəsindən kənarda təkrar olunur, yəni iki dəfə vurulur. Şlaqbaumsuz dəmiryol keçidində əlavə olaraq “Birxətli dəmiryolu” və “Çoxxətli dəmiryolu” nişanı da vurula bilər.

Bundan başqa qatarın 50 metrdən az məsafədə göründüyü şlaqbaumsuz dəmiryol keçidinin qarşısında “Dayanmadan keçmək qadağandır” nişanı da quraşdırıla bilər. Bu zaman sürücü nəqliyyatı bu nişanın qarşısında dayandırıb qatarın gəlmədiyinə əmin olmalıdır.

1.3.1 Birxətli dəmiryol

Bu nişan yalnız şlaqbaumsuz birxətli dəmiryol keçidlərində bilavasitə keçidin qarşısında, təxminən birinci relsə 20 m qalmış və ya svetofor varsa svetoforla birlikdə vurulur. “Birxətli dəmiryolu” nişanı vurulan keçiddə qatar keçən kimi hərəkətə başlamaq olar. Çünki qısa zaman fasiləsində həmin qatarın arxasınca qatar gəlmək ehtimalı olmur.

1.3.2 Çoxxətli dəmiryol

Bu nişan da yalnız şlaqbaumsuz çoxxətli (iki və daha çox) dəmiryol keçidlərində bilavasitə keçidin qarşısında, təxminən birinci relsə 20 m. qalmış və ya svetofor varsa svetoforla birlikdə vurulur. “Çoxxətli dəmiryolu” nişanı vurulan keçiddə isə vəziyyət fərqlidir. Keçiddən qatar keçib gedən kimi hərəkətə başlamaq olmaz. Yalnız qatar bir qədər uzaqlaşandan (təxminən 1200-1500 m.) və digər xətlərdə qatarın olmadığını tam yəqin etdikdən sonra hərəkətə başlamaq olar.

1.4.1-1.4.6 Dəmir yol keçidinə yaxınlaşma

Bu nişan yaşayış məntəqəsindən kənarda şlaqbaumlu və ya şlaqbaumsuz dəmiryol keçidlərinin qarşısında “Şlaqbaumlu dəmiryol keçidi” və ya “Şlaqbaumsuz dəmiryol keçidi” nişanları ilə birlikdə vurulur. “Dəmir yol keçidinə yaxınlaşma” nişanı sürücünün dəmiryol keçidindən hansı məsafədə olmasını dəqiqləşdirmək üçündür. Nişan 3, 2 və 1 xətli olur. Bu nişanda olan xətlərin sayı azaldıqca sürücü başa düşməlidir ki, o dəmiryol keçidinə yaxınlaşır. Dəmiryol keçidinə 150-300 metr qalmış vurulan 1-ci ” Şlaqbaumlu dəmiryol keçidi” və ya “Şlaqbaumsuz dəmiryol keçidi” ilə 3 xətli “Dəmir yol keçidinə yaxınlaşma” nişanı, ən azı 50 metr qalmış vurulan 2-ci nişanla isə 1 xətli “Dəmir yol keçidinə yaxınlaşma” nişanı vurulur. 2 xətli “Dəmir yol keçidinə yaxınlaşma” nişanı isə tək həmin 3 xətli və 1 xətli “Dəmir yol keçidinə yaxınlaşma” nişanlarının arasında hər ikisindən bərabər məsafədə, təxminən 100-200 m qalmış vurulur.

Yəni, 3 xətli “Dəmir yol keçidinə yaxınlaşma” nişanı keçidə 300 metr qalmış, 1 xətli “Dəmir yol keçidinə yaxınlaşma” nişanı isə keçidə 50 metr qalmış vurularsa 2 xətli “Dəmir yol keçidinə yaxınlaşma” nişanı keçidə 175 metr qalmış vurulur. Yəni 2 xətli nişanla digər iki nişanın arasındakı məsafə 125 m olur.

1.4.1-1.4.3 Dəmir yol keçidinə yaxınlaşma nişanında qırmızı xətt aşağıdan yuxarıyadır. Bu nişanlar yolun sağında vurulur.

1.4.4-1.4.6 Dəmir yol keçidinə yaxınlaşma nişanında isə qırmızı xətt yuxarıdan aşağıyadır.Bu nişanlar isə çox zolaqlı yollarda sol zolaqlarla hərəkət edən nəqliyyatların sürücülərinin bu nişanları yaxşı görməsi üçün yolun solunda və ya hərəkət hissəsinin ortasında olan ayırıcı zolağın üstündə vurulur.

Bu nişanlar həm də sürücüyə dəmiryol keçidindən hansı məsafədə olduğunu bildirməklə dəmiryol keçidinə 100 metrdən az qalmış ötmək, 50 metrdən az yaxınlıqda durmaq qadağandır qaydalarına daha dəqiq əməl etmələrinə kömək edir.

1.5.Tramvay xətti ilə kəsişmə

Nişan sürücünü qarşıda tramvay xətti ilə kəsişmənin olması barədə xəbərdar edir.

Nişan yolayrıcından kənarda və ya qarşıda 50 metrdən az məsafədə görünən yolayrıcında tramvay xətti ilə kəsişməninin olduğu yerlərdə vurulur və eyni əhəmiyyətli vəziyyətdə tramvaya yol vermək lazım gəldiyini bildirir. Məsələn: sizdən solda, sizinlə paralel gedən tramvay yolunuzdan keçərək sağa döndükdə və ya görünüş məhdud olan yerdə yolunuz tramvay xətti ilə kəsişmə yerində.

Siz bu şəkildə sizdən solda, sizinlə paralel gedən tramvayın yolunuzdan keçməklə sağa döndüyü vəziyyəti görürsünüz. Bu vəziyyətdə minik avtomobili tramvaya yol verməlidir.

Maddə 48.III. Yolayrıcından kənarda, tramvay yollarının yolun hərəkət hissəsi ilə kəsişdiyi yerlərdə tramvay, onun depodan çıxması hallarından başqa, relssiz nəqliyyat vasitələrinə nisbətən üstünlüyə malikdir.

Tramvayın da qatar kimi tormoz yolu avtomobillərə nisbətən çox olduğundan və manevr etmək imkanı olmadığından eyni əhəmiyyətli vəziyyətlərdə həmişə tramvaya yol vermək lazımdır. İlk növbədə hansı halın eyni əhəmiyyətli vəziyyət olduğunu, hansı halın isə eyni əhəmiyyətli vəziyyət olmadığını bilmək lazımdır.

Eyni əhəmiyyətli vəziyyət aşağıdakılardır və bu halda tramvay üstünlüyə malik olduğundan siz ona yol verməlisiniz :

– tramvay və avtomobil gedilən istiqamətdən asılı olmayaraq hər ikisi baş yolda və ya hər ikisi ikinci dərəcəli yolda olduqda (aşağıdakı şəkildə tramvay sola dönsə də sükan çarxı görünən minik avtomobili ilə hər ikisi baş yolda olduğundan tramvay üstünlüyə malikdir)

– tramvay və avtomobil gedilən istiqamətdən asılı olmayaraq hər ikisi eyni əhəmiyyətli yolda olduqda

– tramvay və avtomobilin hər ikisinə svetoforun eyni işığı yandıqda (məsələn : əlavə bölməsiz yaşıl işıq yandıqda)

– tramvay və relssiz nəqliyyatın hər ikisinin hərəkətinə nizamlayıcı icazə verdikdə

– yol ayrıcından kənarda avtomobil yolu tramvay xətti ilə kəsişdikdə (tramvayın depodan, yəni qapalı ərazidən çıxmaq halı istisna olmaqla)

Tramvay aşağıdakı hallarda üstünlüyə malik olmur:

– tramvay və avtomobil sürücüsü gedilən istiqamətdən asılı olmayaraq eyni əhəmiyyətli yolda olmadıqda (tramvay ikinci dərəcəli yolda, avtomobil baş yolda olduqda) Aşağıdakı şəkildə tramvay ikinci dərəcəli yolda sükan çarxı görünən minik avtomobili baş yolda olduğundan tramvay üstünlüyə malik olmur (qırpan sarı siqnallı svetofor yolayrıcının nizamlanmayan olduğunu bildirir).

– tramvay və avtomobil sürücüsünə svetoforun müxtəlif işığı yandıqda (avtomobilə svetoforun yaşıl işığı, tramvaya isə svetoforun qırmızı işığı ilə sağa, sola və ya düzünə əlavə bölməsinin yaşıl işığı yandıqda) Bu şəkildə svetoforla yol nişanının tələbi ziddiyət təşkil etdiyindən svetoforun tələbinə əməl etmək lazımdır.

– tramvay depodan çıxdıqda

1.6.1-1.6.6 Eyni əhəmiyyətli yolların kəsişməsi

Nişan sürücünü xəbərdar edir ki, qarşıda eyni əhəmiyyətli yolların kəsişdiyi nizamlanmayan yolayrıcı var. Yolayrıcının forması əhəmiyyət kəsb etmir . Eyni əhəmiyyətli yolayrıcı yaşayış məntəqəsindən kənarda 150 metrdən az, yaşayış məntəqəsində isə 50 metrdən az məsafədə göründükdə bu nişan vurulur. Əvvəllər keçmə ardıcıllığı üstünlük nişanları ilə müəyyən edilən , sonradan ləğv olunan nizamlanmayan yolayrıcında bu nişan mütləq vurulmalıdır.

İlk növbədə sürücü bilməlidir ki, hansı yolayrıclarının qarşısında bu nişan vurulur. Əgər kəsişən yollarla hərəkət edən nəqliyyatlar say etibarı ilə az və onların sayı təxminən bir-birinə yaxın olarsa bu zaman yolayrıcına müəyyən qədər qalmış bu nişan vurulur. Sürücülər də yolayrıcını eyni əhəmiyyətli yolların kəsişdiyi nizamlanmayan yolayrıclarını keçmək qaydalarına əməl etməklə keçməlidirlər.

Həm də sürücülər nəzərə almalıdırlar ki, əgər bu nişan vurulubsa artıq yolun örtüyünün heç bir əhəmiyyəti yoxdur və yolayrıcı eyni əhəmiyyətlidir. Onlar sürəti azaltmalıdırlar ki, üstünlüyə malik nəqliyyatlara yol verə bilsinlər. Bu nişanları məs: 1.6.3 “Eyni əhəmiyyətli yolun sağdan birləşməsi” nişanını 2.3.2 “İkinci dərəcəli yolun sağdan bitişməsi” üstünlük nişanı ilə səhv salırlar. Xəbərdarlıq nişanında yolu göstərən xətlərin qalınlığı eyni, üstünlük nişanında isə baş yol qalın, ikinci dərəcəli yol isə nazik xətlə göstərilir. Eyni əhəmiyyətli yolların kəsişdiyi yolayrıclarını keçmək qaydası isə belədir:

– Relssiz nəqliyyatın sürücüsü tramvayın hansı tərəfdən gəlməsindən və hansı istiqamətə getməsindən asılı olmayaraq ona yol verməlidir

– Relssiz nəqliyyatlar isə öz aralarında yolayrıcını sağı boş qaydası ilə keçməlidirlər. “Yol hərəkəti haqqında” qanunun 77.III maddəsində göstərilir ki, belə yolayrıcında relssiz nəqliyyatın sürücüsü sağdan yaxınlaşan relssiz nəqliyyata yol verməlidir. Əslində isə sağdan yaxınlaşan yox, sağdan gəlib sizinlə yolu kəsişən- sizin üçün maneə olan relssiz nəqliyyata (növündən asılı olmayaraq avtomobil yolu ilə hərəkət edən bütün relssiz nəqliyyata-avtomobil, velosiped, araba və s.) yol verməlisiniz. Əgər siz şəkildəki kimi qırmızı avtomobili idarə edirsinizsə piyada keçidini keçən piyadaya yol verməklə maneəsiz sağa dönürsünüz.

Yəni burada yük avtomobilinə yol verməkdən söhbət gedə bilməz.

İlk növbədə sürücü yol vermək anlayışını dəqiq başa düşməlidir. Bu anlayış. “Yol hərəkəti haqqında” qanunda göstərilib:

Maddə 1.41 Yol vermək-sürücünün hərəkəti davam etdirməsi və ya yenidən hərəkətə başlaması, hər hansı manevr etməsi başqa nəqliyyat vasitələrinin sürücülərini və piyadaları qəflətən hərəkət istiqamətini və ya sürəti dəyişdirməyə məcbur edə biləcəyi halda, onun hərəkəti davam etdirməməsi və ya yenidən hərəkətə başlamaması, manevr etməməsidir.

Sadə dildə yazsaq bu nə deməkdir:

Siz yolayrıcına çıxarkən üstünlüyə malik nəqliyyatın sürücüsü sizi vurmamaq üçün tormozlamırsa və ya sağa, sola manevr etmirsə deməli siz qanunu pozmamısınız.

Burada artıq sürücü şüurlu insan kimi yolayrıcına yaxınlaşan, üstünlüyə malik, nəqliyyat vasitəsinə qədər olan məsafəni (onun uzaqda və yaxında olmasını), onun hərəkət sürətini və özünün idarə etdiyi avtomobilin sürətlənmə xüsusiyyətini (VAZ-2106 və ya BMW-X5 idarə etdiyini) nəzərə alaraq qərar verməlidir.

Eyni zamanda sürücülər bilməlidirlər ki, avtomobil yolu ilə hərəkət edən velosiped, traktor, araba və digər relssiz nəqliyyatlar da onunla eyni hüquqa malikdirlər. Eyni əhəmiyyətli yolayrıcının özündə və kəsişən hərəkət hissəsinin kənarından 5 metrdən az yaxınlıqda dayanma və durmanın, geriyə (dal-dalı) hərəkətin, ötmənin də qadağan olunduğu sürücünün yadından çıxmamalıdır.

1.7 Dairəvi hərəkətlə kəsişmə

Nişan sürücünü qarşıda saat əqrəbinin əksinə olan dairəvi hərəkət təşkil olunan yolayrıcı ilə kəsişmə olması barədə xəbərdar edir. Yolayrıcının özündə isə 4 . 3 “Dairəvi hərəkət” nişanı vurulur. Dairəvi hərəkət təşkil olunan kəsişmədə sağa dönməklə yolayrıcına daxil olmaq lazım gəldiyindən ilk növbədə sürəti müəyyən qədər azaltmaq lazımdır. Sürücü nəzərə almalıdır ki, çoxzolaqlı yolla hərəkət edərkən dairəvi hərəkət təşkil olunan yolayrıcına istənilən zolaqdan daxil olmaq olar. Əgər yolayrıcının qarşısında üstünlük nişanları və ya sfetofor vurulmayıbsa bu zaman dairəvi hərəkətə daxil olarkən orada olan nəqliyyatlara yol vermək lazımdır. Dairəvi hərəkət təşkil olunan yolayrıcından çıxmaq üçün isə yalnız sağ kənar zolağı tutmaq lazımdır. Bu nişan yaşayış məntəqəsində qarşıdakı dairəvi hərəkət olan yolayrıcı işıqlanmadıqda , 50 metrdən az məsafədə göründükdə, yaşayış məntəqəsindən kənarda isə hərəkət sürəti yüksək olduğundan həmişə vurulur. Dairəvi hərəkət təşkil olunan yolayrıcında ötməyə icazə verildiyi də sürücünün nəzərində olmalıdır.

1.8 Svetoforla nizamlama

Nişan sürücünü qarşıda svetoforla nizamlanan yolayrıcı, piyada keçidi və ya yol sahəsi olması barədə xəbərdar edir. Bu nişan yaşayış məntəqəsindən kənarda bütün halllarda, yaşayış məntəqəsində isə svetoforla nizamlanan yer 100 metrdən az məsafədə göründükdə, həmçinin yaşayış məntəqəsinə daxil olduqdan sonra qarşıya çıxan birinçi svetoforla nizamlanan yerdən əvvəl vurulur. Bu nişanı gördükdən sonra sürücü sürəti azaltmalıdır ki, həmin sahəyə çatarkən svetofordakı qadağanedici siqnalı gördükdə nəqliyyatı dayandıra bilsin. Svetoforla nizamlanan yolayrıcında əks istiqamətli hərəkət zolağına keçməklə ötmənin qadağan olunduğu da sürücünün yadından çıxmamalıdır.

1.9 Ayrılan körpü

Nişan ayrılan körpüyə və ya bərə keçidinə yaxınlaşmaq haqqında sürücünü xəbərdar edir. Bu nişan da yaşayış məntəqəsindən kənarda təkrar olunur. Sürücü lazım gəldikdə ayrılan körpünün qabağında dayanmağa hazır olmalıdır. Çünki ayrılan körpünün üzərinə çıxmaq avtomobilin aşması və suya düşməsi ilə nəticələnə bilər. Adətən avtomobilin içərisində suya düşən sürücü və sərnişinlər ciddi xəsarət alır, onlar özlərinə gəlib qapıları açıb çıxana qədər suda boğulurlar. Körpülərin ayrılması gecə vaxtı körpünün altından keçən kiçik gəmiləri buraxmaq üçün həyata keçirilir. Çox vaxt ayrılan körpülərin qarşısında svetofor və dəmir məhəccərlər qoyulur.

Su hövzəsinin (çay, göl və s.) bir sahilindən digər sahilinə hərəkət edən bərə keçidinin sahilə yan aldığı yer sürücülər üçün daha təhlükəlidir. Çünki, burada bütün hallarda: bərə keçidi sahildə olduqda bərə keçidinin üzərində, sahildə olmadıqda isə bərə keçidinin sahilə yan aldığı yerdə dayanmaq lazımdır. Sürücü eyni zamanda burada qoyulan svetofor, şlaqbaumun vəziyyətini nəzərə almalı və bərə keçidinin növbətçisinin göstərişlərini yerinə yetirməlidir. Bərə keçidlərinin müəyyən yük götürmə qabiliyyətləri olur ki, əgər bu norma bitibsə hətta bərənin üzərində boş yer olsa belə növbətçi sizə ora daxil olmağa icazə verməyə bilər. Bundan başqa təhlükəsizlik səbəbli bərə keçidinin üzərində olan avtomobilin içərisində olmağa icazə verilmir.

1.10 Sahilboyuna çıxış

Nişan sürücünü onun getdiyi yolun su hövzəsinin sahilinə çıxacağı və sahildə sağa və ya sola dönməyin lazım gələcəyi barədə xəbərdar edir. Əgər sürücü yüksək sürətlə hərəkət etməsi səbəbli idarə etdiyi nəqliyyatı döndərə bilməsə bu zaman o su hövzəsinə düşə bilər.Nişan sahildə məhəccərin olub-olmamasından asılı olmayaraq bütün hallarda quraşdırılmalıdır. Bu nişan da təkrar olunur.

1.11 Təhlükəli döngə

Nişan sürücünü dönmə radiusu kiçik və görünüşü məhdud olan təhlükəli döngəyə yaxınlaşmaq barədə xəbərdar edir. Sürücü belə döngələrə yaxınlaşdıqda nəzərə almalıdır ki, döngələrdə avomobili aşıra bilən mərkəzdənqaçma qüvvəsi əmələ gəlir. Bu qüvvə avtomobilin sürəti ilə düz, dönmə radiusu ilə tərs mütənasibdir. Yəni sürət artdıqca və dönmə radiusu kiçildikcə bu qüvvənin təsirindən avtomobilin yoldan çıxması və hətta aşması ehtimalı artır. Bu qüvvə avtomobili döngənin mərkəzindən əks tərəfə itələyir. Belə döngələrdə dönmə radiusu kiçik olduğundan sürücü hərəkət sürətini azaltmaqla avtomobili aşıra bilən mərkəzdənqaçma qüvvəsini də azaltmış olur ki, bununla da təhlükənin qarşısını ala bilir. Yaxşı olar ki, belə döngədə siz bacardıqca hərəkət hissəsinin sağ tərəfi ilə gedəsiniz ki, qarşıdan gələn avtomobil azca sola çıxsa da toqquşma baş verməsin. Bu nişan adətən elə döngələrdə vurulur ki, orada təhlükəsiz hərəkət sürəti əvvəlki yollarda olan təhlükəsiz hərəkət sürətinin 60%-dən az olsun və qarşıdan gələn avtomobilin görünməsinə qədər olan məsafə təhükəsiz hərəkət üçün lazım olan minimal görünüşdən az olsun. Sürücülər həm də nəzərə almalıdırlar ki, təhlükəli döngələr çox vaxt enişli-yoxuşlu dağ yollarında rast gəlinir. Bu təhlükəni bir qədər də artırır. Döngənin bilavasitə özündə isə 1.31.1, 1.31.2, 1.31.3 “Döngənin istiqaməti” nişanı da vurula bilər. Sürücü həm də yadda saxlamalıdır ki, sağa təhlükəli döngədə (çoxzolaqlı yolda sağ zolağa yerdəyişmək halı istisna olmaqla) sağa dönmə göstəricisini yandırmaq qayda pozuntusudur. Çünki bütün nəqliyyatlar orada sağa dönür. Sizin sağa dönmə göstəricisini yandırmağınız onlar tərəfindən sizin dayanmaq istəməyiniz kimi başa düşüləcəkdir. Həm də yadda saxlamalısınız ki, belə döngələrdə əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmək, yolun görünmə sahəsi 100 m-dən az olan hissəsində geriyə dönmək, geriyə (dal-dalı)hərəkət və hərəkət hissəsində dayanmaq və durmaq qadağandır.

Belə bir anlayış da var ki,əgər döngələrdə təkərləriniz səs çıxarırsa deməli siz sürət həddini aşmısınız.

1.12 Təhlükəli döngələr

Nişan əvvəlki təhlükəli döngə nişanına nisbətən daha ciddi təhlükə haqqında xəbərdar edir. Çünki əvvəlki nişanda təhlükəli döngə qurtaran kimi düz yol başlayır. Burada isə döngənin biri qurtarıb, digəri başlayır.

Nişan dayandıqda, durduqda, qarşılıqlı hərəkət çətinləşdikdə və s. hallarda hərəkətin təhlükəsizliyinə aid qaydalara əməl edliməsi tələb edilən sərt enişə yaxınlaşmaq haqqında xəbərdar edir.

Çox vaxt sürücülər nişanın sərt eniş və ya yoxuş olmasını səhv salırlar. Bunu sadə şəkildə belə yadda saxlamaq lazımdır: kitab oxuyanda soldan sağa oxuduğumuza görə nişana da soldan sağa baxanda onun sərt eniş nişanı olduğunu bilirik. Mexaniki transmissiyalı avtomobillərdə sürücü enişin dərəcəsindən asılı olaraq əvvəlcədən sürətlər qutusunda elə sürət seçməlidir ki, həmin sürətlə enişi axıra qədər düşə bilsin. Çünki enişdə sürət dəyişmək təhlükəlidir. Sürət dəyişərkən qısa müddətə də olsa avtomobili neytral vəziyyətə gətirmək avomobilin ətalət qüvvəsi səbəbli sürətlənməsinə səbəb olur. Bu zaman sürücü sürətlər qutusunda lazımı sürəti ala bilmir və avtomobil ətalət qüvvəsi səbəbli yüksək sürət alıb hadisəyə səbəb ola bilər. Bu nişanda göstərilən faiz dərəcəsi, məs: 12% nə deməkdir. Müəyyən riyazi hesablamalar olsa da bu təxminən belədir: avtomobil 100 m enişi düşdükdə hündürlük 12m azalır. Yəni rəqəm böyük olduqca eniş də sərt olur.

Bundan başqa sürücü nəzərə almalıdır ki, qarşılıqlı hərəkət çətinləşdikdə, yəni yol daraldıqda maneənin kimin qarşısında olmağından və nəqliyyatın növündən asılı olmayaraq enişi düşən sürücü yoxuşu qalxan sürücüyə yol verməlidir (yoxuşu qalxan sürücü üçün avtomobili saxlayıb yenidən hərəkətə başlamaq çox çətin olduğundan). Həm də sürücülər yadda saxlamalıdırlar ki, bu qayda bütün enişlərə yox, yalnız sərt eniş nişanı vurulan enişə aiddir.

Bir-birinin ardınca eniş və yoxuş gəldikdə nişanlar bilavasitə eniş və yoxuşun başlanğıcında vurulur.Əgər sərt eniş bütün uzunluğu boyunca görünmürsə və ya uzunluğu 500 metrdən çoxdursa bu zaman nişan 7.2.1 “Qüvvədə olma zonası” nişanı ilə birlikdə vurulur.

Nişan dayandıqda, durduqda, qarşılıqlı hərəkət çətinləşdikdə və s. hallarda hərəkətin təhlükəsizliyinə aid qaydalara əməl edliməsi tələb edilən sərt yoxuşun olması barədə xəbərdar edir. Mexaniki transmissiyalı avtomobillərdə sürücü yoxuşun dərəcəsindən asılı olaraq əvvəlcədən sürətlər qutusunda elə sürət seçməlidir ki, həmin sürətlə yoxuşu axıra qədər qalxa bilsin. Çünki yoxuşda da sürət dəyişmək təhlükəlidir. Sürət dəyişərkən qısa müddətə də olsa avtomobili neytral vəziyyətə gətirdikdə lazımı sürətə keçməyin mümkün olmaması təhlükəsi olur. Bu zaman sürücü sürətlər qutusunda lazımı sürəti ala bilmədikdə avtomobil ətalətlə dal-dal hərəkət edərək hadisəyə səbəb ola bilər. Bu nişanda göstərilən faiz dərəcəsi, məs: 14% nə deməkdir. Müəyyən riyazi hesablamalar olsa da bu təxminən belədir: avtomobil 100 m yoxuşu qalxdıqda hündürlük 14 m artır. Yəni rəqəm böyük olduqca yoxuş da sərt olur.

Bundan başqa sürücü nəzərə almalıdır ki, qarşılıqlı hərəkət çətinləşdikdə, yəni yol daraldıqda maneənin kimin qarşısında olmağından və nəqliyyatın növündən asılı olmayaraq enişi düşən sürücü sizə yol verməlidir. Eyni zamanda yadda saxlamalısınız ki, bu üstünlük sizə yalnız sərt yoxuş nişanı qarşınıza çıxan yolda verilir.

Həm də yadda saxlamalısınız ki, sərt yoxuşun sonunda əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmək (eyni istiqamətli hərəkət zolağına çıxmaqla ötmək olar), yolun görünmə sahəsi 100m-dən azdırsa geriyə dönmək, geriyə (dal-dalı) hərəkət və hərəkət hissəsində dayanmaq və durmaq qadağandır.

1.15 Sürüşkən yol

Nişan sürcünü qarşıda sürüşkən yolun olması barədə xəbərdar edir. Yol örtüyünün yaş olması səbəbli təkərlə yol arasında olan ilişmə qüvvəsi azalır. Bu zaman avtomobilin sürüşüb qarşı hərəkət zolağına çıxması, yoldan çıxıb aşması təhlükəsi yaranır. Adətən bu nişanlar mövsümi xarakter daşıyır. Yazda, payızda yağışlar zamanı və qışda qar yağanda, yer buz bağlayanda bu nişan vurulur. Çox vaxt da bu nişan 7.16 “Yaş örtük” nişanı ilə birlikdə vurulur.

Sürüşkən yolda sürücü sürüşmənin qarşısını almaq üçün aşağı sürətlə hərəkət etməli, kəskin sürətlənmə və kəskin tormozlamadan çəkinməli, sükan çarxını kəskin döndərməməlidir. Sürəti yalnız ayağını qaz pedalından götürməklə azaltmaq və qarşıda gedən avtomobillə olan məsafəni və yan ara məsafəni artırmaq lazımdır. Yol buz bağladıqda isə sürücü daha ehtiyatlı və diqqətli olmalıdır. Bu nişanlar çox vaxt müvəqqəti olur. Təkərlə yaş hərəkət hissəsi arasındakı ilişmə əmsalı 0.3-dən az olduqda bu nişan vurulur.

1.16.1 Nahamar yol

Nişan sürücünü qarşıda nahamar yolun olması barədə xəbərdar edir. Nahamar yol nişanı yolun körpülərlə səlis birləşməyən yerlərini və yolun pis vəziyyətdə olan, yəni çalalar və nahamarlıqlar olan sahəsini bildirmək üçün vurulur. Sürücü nahamar yol sahəsini kiçik sürətlə keçməli və sükan çarxını möhkəm tutmalıdır. Avtomobilin bu yoldakı hərəkət sürətinin hamar yoldakı sürətlə eyni olması onun hərəkət hissələrinin – qabaq və arxa körpülərinin detallarının sıradan çıxmasını sürətləndirir. Bundan başqa yüksək sürətlə hərəkət avtomobilin yoldan çıxmasına və aşmasına da səbəb ola bilər. Çox vaxt bu nişan yol təmiri ilə əlaqədar vurulur. Nişan nahamar sahədəki təhlükəsiz hərəkət sürətinin əvvəlki sahədəki hərəkət sürətinin 60 faizindən az olması tələb olunan yerlərdə vurulir.

Şəkildə qarşıda 6 kilometr uzunluğunda nahamar yol olması göstərilib.

1.16.2 Çökmüş yol

Nişan sürücünü qarşıda çökmüş yolun olması barədə xəbərdar edir. Yoldakı çökmüş sahəyə yaxınlaşdıqda sürəti azaltmaq lazımdır ki, təhlükəni yan keçə və ya saxlaya biləsiniz.

1.16.3 Qabarıq yol

Nişan sürücünü qarşıda qabarıq yolun olması barədə xəbərdar edir. Adətən yolda süni yaradılmış bu qabarıq hissə sürəti azaltmaq məqsədi güdür. Piyada keçidlərinin, məktəblərin qarşısında vurula bilir.

1.17 Çınqıl sıçrayışı

Nişan sürücünü qarşıda təkərin altından çınqılın sıçrama ehtimalı olan yolun olması barədə xəbərdar edir. Bu nişan çınqıl örtüklü yollarda və yolların təmiri vaxtı vurulur. Yola asfalt örtüyü tökməzdən əvvəl tökülən çınqılın oturuşması üçün bir müddət həmin yolla avtomobillərin hərəkətinə icazə verilir. Bundan başqa yay vaxtı asfaltı istidən qorumaq üçün üzərinə xırda çınqıl tökürlər. Belə yolla hərəkət etdikdə təkərin altından çıxan çınqıl digər avtomobillərin banının elementlərini, xüsusən də faralarını və qabaq şüşələrini ciddi zədələyir. Belə halların baş verməməsi və öz avtomobilinizin zədələnməməsi üçün aşağı sürətlə hərəkət etməli, qarşıda gedən avtomobillə ara məsafəsini və intervalı (interval – sizinlə eyni istiqamətə gedən və ya qarşıdan gələn avtomobillə olan yan ara məsafəsidir) artırmalı və sürəti qəflətən artırmaq kimi sərt manevrlərdən çəkinməlisiniz.

1.18.1-1.18.3 Yolun daralması

Nişan sürücünü qarşıda yolun daralması barədə xəbərdar edir. 1.18.1 nişanı yolun hər iki tərəfdən daralması, 1.18.2 nişanı yolun sağdan daralması, 1.18.3 nişanı isə yolun soldan daralması barədə sürücünü xəbərdar edir. Bu nişan 1.19 nişanlanma xətləri ilə də vurula bilər. Ümumiyyətlə, bir məlumatın sürücüyə bir neçə mənbədən verilməsi hərəkətin təhlükəsizliyi üçün çox əhəmiyyətlidir. Yolun daralması dedikdə sürücü ilk növbədə yadda saxlamalıdır ki, yaşayış məntəqələrində yol hərəkət hissəsindən, ortadakı ayırıcı zolaqdan (yaşıllıqdan), velosiped yolundan və səkidən ibarət ola bilir. Yaşayış məntəqəsində hərəkət zolaqlarının sayı azaldıqda və tikinti qurğularının (məs: körpü) hərəkət hissəsi əvvəlki hərəkət hissəsinin enindən az olduqda bu nişanlar vurlur. Yaşayış məntəqələrindən kənarda isə yol hərəkət hissəsindən, ortadakı ayırıcı zolaqdan (yaşıllıqdan) və yol çiynindən (yol çiyni sadə dildə dedikdə, hərəkət istiqamətində asfaltdan sağda qalan örtüklü və ya örtüksüz yol hissəsidir) ibarət ola bilir. Yaşayış məntəqələrindən kənarda isə hərəkət hissəsinin eni 0,5 metrdən çox azaldıqda və körpü, estakada, yolkeçedi , tunellərin hərəkət hissəsi yolun əvvəlki hərəkət hissəsinə bərabər və ya az olduqda bu nişanlar vurulur. Yolun hər iki tərəfdən daraldığı dar yollarda qarşılıqlı keçid çətinləşdiyindən sürücü hətta üstünlüyə malik olsa belə qarşıdan gələn nəqliyyata yol verməyə həmişə hazır olmalıdır. Əgər yolun daralması sərt eniş və ya yoxuşdadırsa bilirik ki, enişi düşən nəqliyyat yoxuşu qalxan nəqliyyata yol verməlidir. Əgər dar yolda üstünlük nişanları: 2.6 “Qarşıdan hərəkətin üstünlüyü” və 2.7 “Qarşıdan hərəkətə nisbətən üstünlük” nişanları vurulubsa bu zaman nişanların tələbinə uyğun hərəkət etmək lazımdır. Əgər heç bir nişan yoxdursa və yolun daralması enişdə və yoxuşda deyilsə bu zaman daralmış yola ikinci yaxınlaşan nəqliyyat yol verməlidir. Yol vermək göstərilən bütün hallarda nəqliyyatın növünün əhəmiyyəti yoxdur.

Nişan körpülərdə, yolkeçidlərində, estakadalarda və tunellərin qarşısında aşağıdakı hallarda vurulur: yaşayış məntəqəsindən kənarda-hərəkət hissəsinin eni əvvəlki hərəkət hissəsinin eninə bərabər və ya az olduqda

-yaşayış məntəqəsində isə hərəkət hissəsinin eni əvvəlki hərəkət hissəsinin enindən az olduqda

Yolun sağdan daralması nişanı çox vaxt sizin getdiyiniz istiqamətdə sağ tərəfdəki zolağın qurtarması ilə zolağın sayının azaldığını göstərir. Bu zaman siz əgər həmin sağ zolaqla hərəkət edirsinizsə sol zolağa keçməyə hazır olmalısınız. Bunun üçün sola dönmə göstəricisini yandırıb, sol zolaqla gedən nəqliyyata yol verdikdən sonra həmin zolağa çıxa bilərsiniz.

Yolun soldan daralması nişanı çox vaxt sizin getdiyiniz istiqamətdə sol tərəfdəki zolağın qurtarması ilə zolağın sayının azaldığını göstərir. Bu zaman siz əgər həmin sol zolaqla hərəkət edirsinizsə sağ zolağa keçməyə hazır olmalısınız. Bunun üçün sağa dönmə göstəricisini yandırıb, sağ zolaqla gedən nəqliyyata yol verdikdən sonra həmin zolağa çıxa bilərsiniz.

Bu şəkildə göstərilən yolda avtomobillərin hərəkəti istiqamətində zolaqların sayının azalması səbəbli yol sağdan daraldığından sürücü “Yolun daralması”-sağdan nişanı ilə qabaqcadan xəbərdar edilir.

Bu şəkildə göstərilən yolda yolkeçidinin altında səki və yolkənarı olmaması səbəbli yol hər iki tərəfdən daraldığından sürücü “Yolun daralması” nişanı ilə qabaqcadan xəbərdar edilir.

1.19 İkitərəfli hərəkət

Nişan sürücünü qarşıda ikitərəfli hərəkətin olması barədə xəbərdar edir. Nişan birtərəfli hərəkət olan yollarda vurulur. Bu zaman birtərəfli hərəkət qurtaran yerdə mütləq “Birtərəfli yolun qurtaracağı” nişanı vurulmalıdır.

Bu nişanın təhlükəsini başa düşmək üçün ilk növbədə sürücü birtərəfli hərəkətlə ikitərəfli hərəkət təşkil olunan yolların fərqlərini bilməlidir. Birtərəfli hərəkət olan yollarda bəzi nəqliyyatlardan ötrü olan məhdudiyyətdən başqa digər nəqliyyatlara sol zolaqlarla da hərəkət etməyə icazə verilir. Bundan başqa bəzi istisnaları nəzərə almasaq solda dayanmaq və durmağa da icazə verilir. Ona görə də sol zolaqla hərəkət edən sürücü “İkitərəfli hərəkət” nişanını gördükdə sürəti azaltmalıdır ki, birtərəfli hərəkət qurtardıqda sağ zolağa keçə bilsin. Həm də bu zaman o sağa dönmə göstəricisini qabaqcadan yandırmaqla sağ zolaqda düzünə gedən nəqliyyatlara yol verdikdən sonra sağ zolağa keçə bilər. Bundan başqa birtərəfli yollarda olan qaydaların da qüvvədən düşdüyünü bilməlidir.

1.20 Piyada keçidi

Nişan sürücünü qarşıda piyada keçidinin olması barədə xəbərdar edir. Bu nişan piyada keçidinə 50-100m və ya 150-300m qalmış vurulsa da piyada keçidinin özündə

5.16.1 və 5.16.2 “Piyada keçidi” məlumatverici-göstərici nişanı vurulur.

Yoldakı bu nişanla birlikdə və ya ayrıca hərəkət hissəsində çəkilən 1.14.1 və ya 1.14.2 “Piyada keçidi” nişanlanma xətləri isə piyada keçidinin sərhədlərini göstərir. Sürücü nizamlanmayan piyada keçidinə yaxınlaşdıqda keçidə daxil olmuş (yəni ayağını keçidə basmış) piyadanı buraxmaq üçün dayanmalıdır. Sürücülər həm də yadda saxlamalıdırlar ki, bu yol vermək qaydası yalnız nizamlanmayan piyada keçidlərinə aiddir. Piyada keçidinin özündə isə geriyə dönmənin, geriyə hərəkətin (yəni dal-dalı), özündə və 5m-dən az yaxınlıqda dayanma və durmanın, keçiddə piyada olduqda ötmənin qadağan olunduğu da sürücünün yadından çıxmamalıdır .Bu nişan yaşayış məntəqəsindən kənarda qarşıda “Piyada keçidi” məlumatverici-göstərici nişanı vurulduqda bütün halllarda, yaşayış məntəqəsində isə belə piyada keçidi 150 metrdən az məsafədə göründükdə vurulur.

Nişan sürücünü qarşıdakı yolda hərəkət hissəsinə uşaqların çıxa biləcəyi haqda xəbərdar edir. Bu nişan məktəblərin və uşaqların kütləvi toplandıqları digər uşaq müəssisələrinin (uşaq yaradıcılıq mərkəzi, şahmat məktəbi, yay sağlamlıq düşərgələri və s.) yaxınlığında vurulur. Uşaqlar şüurun tam inkişaf etməməsi səbəbli yolda vəziyyəti düzgün qiymətləndirə, təhlükəni tam dərk edə bilmirlər. Çox vaxt onların hərəkəti şüursuz və gözlənilməz olur. Məs: oynadıqları top qəfildən hərəkət hissəsinə düşərsə heç nə fikirləşmədən topun dalınca qaçırlar; uşağın biri çantasını digərinə vurub onun cavabından yayınmaq üçün heç nə fikirləşmədən yolun digər tərəfinə qaçır və s. Ona görə də sürücü bu nişanı gördükdə sürəti azaltmalıdır ki, təhlükəni vaxtında görə bilsin və təhlükənin qarşısını almaq üçün lazım gəlsə avtomobili dayandıra bilsin. Bu nişan da yaşayış məntəqələrindən kənarda təkrar olunur.

1.22 Velosiped zolağı ilə kəsişmə

Nişan sürücünü qarşıda yolayrıcından kənarda velosiped zolağı ilə kəsişmə haqqında xəbərdar edir. Velosipedçilərin hərəkəti çox olan yollarda hərəkət hissəsinə paralel velosiped zolağı salına bilər. Velosipedçilər bu zolaqla hərəkət etsələr də velosiped zolağı hərəkət hissəsi ilə kəsişdikdə sürücü bu barədə nişanla xəbərdar edilir. Bundan başqa hərəkət hissəsində 1.15 “Velosiped zolağının yolun hərəkət hissəsi ilə kəsidiyi yer”- ağ kvadrat şəkilli nişanlanma xətti olur. Bu nişanlanma xəttində ağ kvadrat lövhələrin arasında kvadrat boşluqlar olur.

Velosiped zolağı ilə kəsişmə yerində velosipedçı yol verməlidir (maddə 46.III). Amma sürücü unutmamalıdır ki, velosipedçi yol hərəkət qaydasından imtahan verməyib. Ona görə də velosipedçinin dönmək istədiyini görüb ayağını tormoz pedalına aparmağa hazır vəziyyətdə saxlamalıdır.

Nişan sürücünü qarşıda yol işlərinin görüldüyü sahəyə yaxınlaşması haqda xəbərdar edir. Yol işləri görülən sahəyə yaxınlaşdıqda sürücü yadda saxlamalıdır:

– avtomobilin hərəkəti yolda işləyən yol işçiləri üçün təhlükə yaradır. Həm də nəzərə alınmalıdır ki, yol işçiləri daim yolda işlədiyindən onlarda avtomobilə qarşı təhlükə hissi kütləşir.

– yolda təmirlə əlaqədar yol maşınları işləyir. Onlar qəfildən sizin yolunuza çıxa bilərlər.

– yolda təmir səbəbli nahamarlıqlar, hərəkətinizə mane olan yığışdırılmayan tikinti materialları qala bilər.

Gecə vaxtı belə yol sahəsindən keçmək işıqlandırma səbəbli xüsusi ilə təhlükəlidir. Bu səbəbdən də sürücü sürəti azaltmalıdır ki, bütün bu təhlükələrin qarşısını almaq lazım gəldikdə avtomobili saxlaya bilsin. Yol işləri görülən sahələrdə çox vaxt 3.24 “Maksimum sürətin məhdudlaşması” və 1.30 ” Digər təhlükələr”nişanı da vurulur.

Yol işləri qısa müddətə görüldükdə bu nişan 10-15 m qalmış da vurula bilər.

Bu nişan da yaşayış məntəqələrindən kənarda təkrar olunur.

1.24 Mal-qara keçidi

Nişan sürücünü qarşıdakı yol sahəsində mal-qaranın yolu keçə bilməsi haqqında xəbərdar edir. Nişan qoyun yataqlarının, fermaların, ferma yaxınlığındakı hasarlanmamış otlaq sahələrinin və ya digər belə yerlərin yaxınlığında vurulur. Qaydalarda mal-qara və qoyun sürüsü ötürənin belə sürünü yoldan son dərəcə diqqətli nəzarət etməklə ötürməsi tələbi olsada unudulmamalıdır ki, onlar qaydaları bilməyə bilərlər. Bundan başqa mal-qara və ya qoyunlar hərəkət hissəsinə yaxın olan otlaq sahəsindən qəfildən də (məs.ürküb) yola çıxa bilər. Xüsusu ilə günün qaranlıq vaxtlarında və məhudiyyətli görünmə şəraitində sürücü ikiqat diqqətli olmalı və yola yaxınlaşan mal-qaranı görəndə avtomobili saxlamaq üçün ayağını tormoz pedalına aparmağa hazır vəziyyətdə saxlamalıdır.

1.25 Vəhşi heyvanlar

Nişan sürücünü qarşıdakı yol sahəsində vəhşi heyvanların yolun hərəkət hissəsinə qəfil çıxa bilməsi haqda xəbərdar edir. Bu nişan qoruq, ovçular təsərrüfatı və meşə massivlərində vurulur. Meşə yola çox yaxın olduqda hərəkət hissəsinə vəhşi heyvanın qəfil çıxma ehtimalı çox olur. Sürətlə qaçan ağır çəkili vəhşi heyvanın (məs.maral, sığın) avtomobillə toqquşması xəsarətə və avtomobilin xeyli zədələnməsinə səbəb olur. Nişanda həmin yer üçün xarakterik olan heyvanın silueti göstərilir. Çox vaxt bu nişanla birlikdə 7.2.1 “Qüvvədə olma zonası” nişanı da vurulur. Sürücü yolun bu hissəsində qarşısına vəhşi heyvan çıxdıqda avtomobili saxlamağa hər an hazır olmalıdır.

Nişan sürücünü qarşıdakı yol sahəsində qəfildən tək-tək daşların düşməsi, daş uçqunu, torpaq sürüşməsi, qar uçqunu ola biləcəyi haqda xəbərdar edir. Nişan adətən dağ massivlərində vurulur. Sürücü bu sahəyə yaxınlaşdıqda diqqəti artırmalı, daşların düşməsi, torpaq sürüşməsi ola biləcəyi halda vəziyyətdən asılı olaraq ya tam dayanmalı (yola düşən daşlar yolu bağlayıb), yan keçməli ya da sürəti artıraraq həmin sahəni tez keçməlidir (daşlar yuxarıdan yavaş-yavaş düşməyə başladıqda)

1.27 Yandan əsən külək

Nişan sürücünü qarşıdakı yol sahəsində yandan güclü və kəskin dəyişən küləyin olması barədə xəbərdar edir. Bu zaman güclü küləyin təsirindən avtomobili yana doğru itələyən qüvvə əmələ gəlir. Yerin yaş və ya buz olması təhlükəni daha da artırır. Nişan adətən su hövzələrinin yaxınlığında, körpülərin üzərində və ya dağların arasından açıq sahəyə çıxan yerlərdə vurulur. Sürücü sükan çarxını əlində möhkəm tutmalıdır ki, belə külək başladıqda avtomobilin düzxətli hərəkətini saxlaya bilsin. Sükan çarxını əldə möhkəm tutmağın ən düzgün variantı sükan çarxını saatın sferblatı ilə müqayisə etsək 3 və 9 rəqəmləri olan yerdən tutmaqdır.

1.28 Alçaqdan uçan təyyarələr

Nişan sürücünü qarşıdakı yol sahəsində uçuş-enmə zolağından qalxıb-düşən, alçaqdan uçan təyyarələrin ola biləcəyi haqda xəbərdar edir. Nişan aeroportların, aerodromların uçuş-enmə zolağının yaxınlığında vurulur. Sürücü başı üzərində güclü gurultu eşitdikdə təlaşa düşməməli, soyuqqanlılığını saxlamalı və əvvəlki qaydada avtomobilini idarə etməlidir.

Nişan girişi 150 metrdən az məsafədə görünən və ya süni işıqlandırılmayan tunelə yaxınlaşmaq haqda xəbərdar edir. Tuneldə günəş işığı olmadığından hətta süni işıqlandırılsa belə yenə də açıq havadakı qədər işıqlanma olmur. Ona görədə Maddə 73.III.1-ə uyğun olaraq tunelə daxil olduqda mütləq avtomobilin yaxın və ya uzaq işığı yandırılmalıdır. Həm də sürücü yadda saxlamalıdır ki, tunellərdə dayanma, durma, ötmə, geriyə dönmə, geriyə hərəkət (yəni dal-dalı) qadağandır. Tunelə daxil olduqda qurtaracağı görünmürsə şəkildə göstərilən kimi 7.2.1 “Qüvvədə olma zonası” lövhəciyi ilə tunelin uzunluğu göstərilir.

1.30 Digər təhlükələr

Qarşıdakı təhlükə əvvəlki xəbərdarlıq nişanları ilə göstərilə bilmirsə bu zaman bu nişan vurulur. Məs: dağ yollarında qaya çıxıntısı, yolda yığışdırılmayan təmir materialları qaldıqda, qəzaya düşən avtomobillərin yoldan götürülməsi ləngidikdə və s.

Sürücü bu zaman təhlükəyə uyğun hərəkət etməlidir.

1.31.1-1.31.3 Döngənin istiqaməti

Nişan təhlükəli döngələrdə, üçtərəfli yolayrıcında döngənin istiqamətini təyin etmək çətin olduqda və təmir olunan yol sahələrini yan keçməyin istiqamətini bildirmək üçün vurulur. Bu nişan döngənin xarici kənarında vurulur. Yol işləri görülən zaman bağlı olan yol sahəsini yan keçməyin istiqamətini göstərir.

Nişan sürücünü qarşıda avtoqəza olması haqda xəbərdar edir. Nişan müvəqqəti qoyulur. Avtoqəza yerində qəza törədən, yoldan götürülməmiş nəqliyyat səbəbli çox vaxt yol daralır. Hadisə yerində avtomobillərdən xeyli “tamaşaçı” düşür ki, bu da təhlükəni daha da artırır. Bəzən hadisəyə baxmaq üçün düşən adamlar sonrakı avtoqəzanın qurbanı olurlar. Ona görə də avtoqəza yerini ehtiyatla keçmək lazımdır.

1.33 Tıxac yaranmış sahəyə yaxınlaşma barədə xəbərdarlıq

Nişan sürücünü qarşıda tıxacın olması haqda xəbərdar edir ki, lazım gəlsə başqa istiqamətdə hərəkəti davam etdirə bilsin. Əgər tıxacda dayanmaq istəməsə bu şəkildəki kimi vəziyyətdə sağa, sola və ya geriyə gedə bilsin. “Yol hərəkəti haqqında” qanunun 75.II maddəsində göstərlir ki, bu vəziyyətdə tıxac yaranan istiqamətdə gedərək yolayrıcında dayanmaqla digər istiqamətdən gələn nəqliyyatların hərəkətinə maneçilik törətmək qadağandır. Bu nişan müvəqqəti olaraq qoyulur.

Xəbərdarlıq nişanlarına aid bu bloq yazısı hazırda qüvvədə olan “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununa əsaslanaraq avtonəqliyyat vasitələrinin sürücüləri, sürücülüyə namizədlər və müxtəlif səviyyəli tədris müəssisələrində yol hərəkəti qaydalarını tədris edən müəllimlər üçün hazırlanmışdır.

Bloq yazılarımı oxuduqdan sonra rəylərinizi də yazmağı unutmayın.

Digər bloq yazılarıma baxmaq üçün aşağıdakı linklərdən istifadə edə bilərsiniz:

Windows 10-da hədəf qovluğuna giriş probleminin həlli

Əməliyyat sisteminin obyektlərinə istifadəçi girişi inkişaf etdiricilər tərəfindən verilən təhlükəsizlik qaydalarına əsasən həyata keçirilir. Bəzən Microsoft təkrar sığortalanır və bizi PC-nin həqiqi sahibi olmaq fürsətindən məhrum edir. Bu yazıda, hesabınızdakı hüquqların olmaması səbəbindən ortaya çıxan bəzi qovluqların açılması problemini necə həll edəcəyinizi izah edəcəyik.

Hədəf qovluğuna giriş yoxdur

Windows qurarkən, sistemin istəyi ilə bir hesab yaradırıq, bu da standart olaraq “İdarəçi” statusuna malikdir. Fakt budur ki, belə bir istifadəçi tam hüquqlu bir idarəçi deyil. Bu, təhlükəsizlik məqsədi ilə edilir, eyni zamanda bu fakt bəzi problemlərə səbəb olur. Məsələn, sistem qovluğuna girməyə çalışarkən rədd ola bilərik. Hər şey, MS inkişaf etdiriciləri tərəfindən, daha doğrusu, yoxluğunda ayrılan hüquqlarla əlaqədardır.

Diskdəki digər qovluqlara, hətta özünüz tərəfindən yaradılanlara da giriş qadağan edilə bilər. Əməliyyat sisteminin bu davranışının səbəbləri antivirus proqramları və ya viruslar tərəfindən bu obyektlə əməliyyatların süni məhdudlaşdırılmasında yatır. Mövcud “mühasibatlıq” üçün təhlükəsizlik qaydalarını dəyişdirə və ya hətta sonrakı və xoşagəlməz nəticələrlə özlərini qovluq sahibi edə bilərlər. Bu faktoru aradan qaldırmaq üçün antivirusu müvəqqəti olaraq silməli və qovluğu açma qabiliyyətini yoxlamalısınız.

Daha çox oxuyun: Antivirusu necə söndürmək olar

Lazımi əməliyyatı içindəki qovluqla yerinə yetirməyə də cəhd edə bilərsiniz “Təhlükəsizlik rejimi”çünki əksər antivirus proqramları işləməyəcəkdir.

Daha çox oxu: Windows 10-da Təhlükəsiz Modu necə daxil etmək olar

Növbəti addım kompüterinizi viruslara qarşı yoxlamaqdır. Bunlar tapılıbsa, sistemi təmizləməlisiniz.

Daha ətraflı: Kompüter virusları ilə mübarizə

Sonra problemi həll etmək üçün digər yolları nəzərdən keçirəcəyik.

Metod 1: Üçüncü tərəf proqramları

Hədəf qovluğu ilə əməliyyatlar aparmaq üçün xüsusi proqramdan istifadə edə bilərsiniz, məsələn, Unlocker. Bir obyektin kilidini açmağa, silməyə, köçürməyə və ya dəyişdirməyə kömək edir. Vəziyyətimizdə, diskdəki başqa bir yerə, məsələn, masaüstünə keçmək kömək edə bilər.

Daha çox oxuyun: Unlocker-dən necə istifadə olunur

Metod 2: İdarəetmə hesabına keçin

Əvvəlcə daxil olduğunuz hesabın vəziyyətini yoxlamalısınız. Bir kompüterin və ya noutbukun əvvəlki sahibindən “Windows” miras aldıysanız, çox güman ki, cari istifadəçinin administrator hüquqları yoxdur.

  1. Klassikə gedirik “İdarə paneli”. Bunu etmək üçün xətti açın “Qaç” klaviatura qısayolu Qazan + R və biz yazırıq nəzarət Biz basırıq tamam.
  2. Təqdimat rejiminin seçilməsi “Kiçik nişanlar” və istifadəçi hesabı rəhbərliyinə gedin.
  3. “Mühasibatımıza” baxırıq. Yanında göstərilirsə “Administrator”, hüquqlarımız məhduddur. Belə bir istifadəçi statusa sahibdir “Standart” və parametrlərdə və bəzi qovluqlarda dəyişiklik edə bilməz.

Bu o deməkdir ki, administrator hüquqları olan giriş aradan qaldırıla bilər və biz onu adi qaydada aktivləşdirə bilməyəcəyik: sistem vəziyyətə görə buna icazə verməyəcəkdir. Bunu parametrləri olan linklərdən birini tıklayaraq təsdiqləyə bilərsiniz.

UAC belə bir pəncərə göstərəcəkdir:

Gördüyünüz kimi düymə “Bəli” yox, giriş rədd edildi. Problem müvafiq istifadəçini aktivləşdirməklə həll olunur. Bunu aşağı sol küncdəki siyahıdan seçib şifrənizi daxil edərək kilid ekranında edə bilərsiniz.

Belə bir siyahı yoxdursa (çox sadə olardı) və ya parol itirildikdə, aşağıdakı işləri həyata keçiririk:

  1. Əvvəlcə “hesab” ın adını təyin edirik. Bunu etmək üçün düyməni RMB düyməsinə basın “Başlamaq” və get “Kompüter nəzarəti”.
  2. Filial açılır “Yerli İstifadəçilər və Qruplar” və qovluğu vurun “İstifadəçilər”. PC-də mövcud olan bütün “hesablar” burada yerləşir. Ortaq adları olanlarla maraqlanırıq. “Administrator”, “Qonaq”, paraqraflar “Defolt”“WDAGUtiltyAccount” yararsızdır. Bizim vəziyyətimizdə bunlar iki qeyddir “Lumpics”“Lumpics2”. Birincisi, başlığın yanında ox işarəsi ilə göstərildiyi kimi, söndürüldü. Sağ basın və xassələrə gedin.
  3. Sonra nişana keçin Qrup Üzvlükləri və bunun administrator olduğundan əmin olun.
  4. Adı xatırlamaq (“Lumpics”) və bütün pəncərələri bağlayın.

İndi PC-də quraşdırılmış “10” -un eyni versiyası olan önyüklenebilir bir mühitə ehtiyacımız var.

Daha ətraflı:
Windows 10 ilə önyüklenebilir bir USB flash sürücü necə edilir
BIOS-da USB flash sürücüsündən önyükləmə necə yapılandırılır

  1. Flaş sürücüsündən yükləyirik və ilk mərhələdə (dil seçimi) vururuq “Daha”.
  2. Sistem bərpa etməyə davam edək.
  3. Bərpa mühiti ekranında, ekran görüntüsündə göstərilən elementi vurun.
  4. Biz zəng edirik Komanda xətti.
  5. Komanda daxil etdiyimiz qeyd defteri redaktorunu açırıq regedit İtələyin Daxil edin.
  6. Filialı seçin HKEY_LOCAL_MACHINE Menyuya gedin “Fayl” və kolu yükləməyi seçin.
  7. Açılan siyahıdan istifadə edərək, yol boyunca gedin Sistem sürücüsü Windows System32 config Qurtarma mühitində sistem sürücüsü ümumiyyətlə təyin olunur D..
  8. Adı ilə faylı seçin “SİSTEM” və basın “Aç”.
  9. Latın dilində bölməyə bir ad veririk (içərisində boşluq olmaması daha yaxşıdır) və vurun tamam.
  10. Seçilmiş filialı genişləndirin (“HKEY_LOCAL_MACHINE”) və burada yaradılan bölmə. Adı ilə qovluğu vurun “Qurmaq”.
  11. Parametrə iki dəfə vurun CmdLine Buna bir dəyər təyin etmək cmd.exe
  12. Açarı eyni şəkildə dəyişdirin Quraşdırma növü Tələb olunan dəyər «2» sitatlar olmadan.
  13. Daha əvvəl yaradılmış hissəmizi seçirik. Kolu boşaltırıq. Niyyəti təsdiqləyirik.
  14. Redaktoru bağladıq Komanda xətti əmri yerinə yetirmək çıxış
  15. Ekran görüntüsündə göstərilən düymə ilə PC-ni söndürün və yenidən açın. Bu dəfə BIOS-da parametrləri yerinə yetirərək sabit diskdən yükləməliyik (yuxarıya bax).

Növbəti dəfə açılış ekranını başlatdıqda, “Komanda xətti”idarəçi kimi işləyir. İçərisində adını xatırladığımız hesabı aktivləşdirəcəyik və parolunu sıfırlayacağıq.

  1. Əmri aşağıda, harada yazırıq “Lumpics” nümunəmizdəki istifadəçi adı. xalis istifadəçi Lumpics / aktiv: bəli İtələyin Daxil edin. İstifadəçi aktivdir.
  2. Şifrəni əmr ilə yenidən qurun xalis istifadəçi Lumpics “” Sonda, üst-üstə iki tırnak işarəsi olmalı, yəni aralarında boşluq qoyulmamalıdır. Ayrıca baxın: Windows 10-da parol dəyişdirin
  3. İndi dəyişdirdiyimiz sistem qeyd parametrlərini orijinal dəyərlərinə qaytarmalıyıq. Budur, içində Komanda xətti, redaktoru axtarırıq.
  4. Filialı genişləndirin HKEY_LOCAL_MACHINE SYSTEM Quraşdırma Parametrdə “CmdLine” dəyəri götürürük, yəni boş qoyuruq və “Quraşdırma növü” dəyər təyin edin «0» (sıfır). Bunun necə edildiyi yuxarıda təsvir edilmişdir.
  5. Redaktoru bağlayırıq və içəridə Komanda xətti əmri yerinə yetirmək çıxış

Göstərilən əməliyyatlar tamamlandıqdan sonra, idarəedici hüququ olan və bundan əlavə parol olmadan aktivləşdirilmiş bir istifadəçi kilid ekranında görünəcəkdir.

Bu “hesaba” daxil olaraq parametrləri dəyişdirərkən və OS obyektlərinə daxil olarkən yüksək imtiyazlardan istifadə edə bilərsiniz.

Metod 3: “İdarəçi” hesabını aktivləşdirmək

Bu üsul, administrator hüquqları olan bir hesaba daxil olduğunuz zaman problem yaranarsa uyğun gəlir. Girişdə bunun yalnız bir “başlıq” olduğunu, ancaq bir ada sahib başqa bir istifadəçinin müstəsna üstünlüklərə sahib olduğunu qeyd etdik “Administrator”. Əvvəlki bənddə olduğu kimi aktivləşdirə bilərsiniz, ancaq qeyd defterini yenidən yükləmədən və düzəltmədən, işləyən sistemdə. Parol varsa, eyni şəkildə sıfırlanır. Bütün əməliyyatlar həyata keçirilir Komanda xətti və ya parametrlərin müvafiq hissəsində.

Daha ətraflı:
Windows 10-da Komanda İstemi necə başlayacaq
Windows-da “Administrator” hesabından istifadə edirik

Nəticə

Bu məqalədə təsvir olunan təlimatları tətbiq etdikdən və lazımi hüquqları əldə etdikdən sonra bəzi fayl və qovluqların bir səbəbdən kilidləndiyini unutmayın. Bu, kompüterin işləməməsinə gətirib çıxara biləcək və dəyişən və ya silən sistem obyektlərinə aiddir.

Comments are closed, but trackbacks and pingbacks are open.