Milli azrbaycan tarixi muzeyinin srlri
2010-cu ildə Azərbaycan xalça sənəti Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, UNESCO və İSESKO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın dəstəyi ilə YUNESKO-nun “Bəşəriyyətin qeyri-maddi mədəni irs üzrə reprezentativ siyahısı”na daxil edilmişdir.
Milli azrbaycan tarixi muzeyinin srlri
Azərbaycan Milli Xalça Muzeyi Azərbaycan SSR-nin Nazirlər Sovetinin 13 mart 1967-ci iltarixli 130 nömrəli sərəncamı ilə yaradılmışdır. 1967-1993-cü illərdə Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyi, 1993-2014-cü illərdə Lətif Kərimov adına Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyi, 2014-2019-cu illərdə Azərbaycan Xalça Muzeyi, 2019-cu ildən bu günədək Azərbaycan Milli Xalça Muzeyi adlanır.
Yarandığı dövrdə dünyanın yeganə ixtisaslaşdırılmış xalça muzeyi idi. Azərbaycan xalçasının milli bədii irsin ən önəmli tərkib hissələrindən biri kimi qorunub saxlanılması, əsaslı və hərtərəfli öyrənilərək geniş ictimaiyyətə təqdim edilməsi muzeyin yaradılmasının başlıca məramı olmuşdur.
Muzeyin yaranmasının təşəbbüskarı görkəmli alim və xalçaçı, xalça haqqında elmin banisi, rəssam və pedaqoq, “Azərbaycan xalçası” adlı fundamental əsərin müəllifi Lətif Kərimovdur.
Azərbaycan Milli Xalça Muzeyinin ilk ekspozisiyası 26 aprel 1972-ci ildə İçərişəhərdə yerləşən, XIX əsr memarlıq abidəsi olan Cümə məscidinin binasında açılmışdır. Ekspozisiyanın açılış mərasimində muzey yarandığı gündən böyük dəstəyini əsirgəməyən Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev iştirak etmişdir. 1970-1980-ci illərdə ümummilli lider Heydər Əliyevin davamlı dəstəyi sayəsində muzey sənətkarlıq nümunələrini almaq və bununla da öz kolleksiyasını genişləndirmək imkanı əldə etdi. Həmin illərdə muzey üçün Azərbaycan xalça sənətinin inciləri alınd.
1992-ci ildə Azərbaycan Milli Xalça Muzeyi Neftçilər prospektində yerləşən Muzey Mərkəzinə (keçmiş Lenin Muzeyi) köçürüldü. 1991-ci ildə SSRİ-nin süqutundan sonra prezident sərəncamına əsasən bina Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinə verildi və Muzey Mərkəzi adını aldı. Azərbaycanın müxtəlif regionlarından olan xalça və tətbiqi sənət nümunələrini sərgiləyən muzeyin ekspozisiyası binanın ikinci mərtəbəsində yerləşən 13 geniş zalda yerləşirdi.
2007-ci ildə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi, Heydər Əliyev Fondu və YUNESKO-nun birgə layihəsi çərçivəsində Dənizkənarı Milli Parkda Azərbaycan Xalça Muzeyi üçün yeni binanın tikilməsi barəsində sərəncam imzaladı. 2014-cü ildə avstriyalı memar Frans Yantsın layihəsi əsasında muzey işinin ən müasir tələblərinə cavab verən yeni bina inşa edildi.
Muzeyin 55 illik fəaliyyəti dövründə bir neçə rəhbəri olmuşdur. 1967-1982-ci illərdə əməkdar incəsənət xadimi Əziz Əliyev, 1982-2016-cı ilin 5 yanvar tarixinə kimi Əməkdar mədəniyyət işçisi, sənətşünaslıq üzrə elmlər doktoru, professor Röya Tağıyeva muzeyin direktoru vəzifəsində çalışmışlar. 2 mart 2016-cı il tarixindən muzeyə Azərbaycan Respublikasının Əməkdar mədəniyyət işçisi, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Şirin Məlikova rəhbərlik edir.
Muzey sərgilər, beynəlxalq simpoziumlar və konfranslar keçirməklə elmi-tədqiqat, mədəniyyət və təhsil mərkəzinə çevrilmişdir. 50 ildən artıq fəaliyyəti ərzində muzey dünyanın bir çox ölkələrində 30-dan çox sərgi təşkil etmişdir. 1983-cü ildə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin təşəbbüsü və YUNESKO-nun təşkilati dəstəyi ilə Azərbaycan Milli Xalça Muzeyində “Şərq xalça sənəti” mövzusunda birinci beynəlxalq simpozium keçirildi. Azərbaycan Milli Xalça Muzeyinin bilavasitə iştirakı ilə 1988-ci ildə “Azərbaycan xalça sənəti”, 2003-cü ildə “Azərbaycan xalçası və xalq tətbiqi sənəti”, 2007-ci ildə Lətif Kərimovun 100 illik yubileyinə həsr olunmuş “Azərbaycan xalça sənəti” (Paris, UNESCO-nun Baş qərargahı), 2017-ci ildə isə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamına əsasən “Ənənə və innovasiyalar” adlı beynəlxalq simpoziumlar keçirilmişdir.
Yarandığı gündən etibarən muzey çoxsaylı beynəlxalq və respublika miqyaslı layihələrə imza atmışdır. “Pirot kilimləri” sərgisi (2016), “Macarıstan toxuculuğu” (2017), “Azərbaycan mədəni irsi Luvr Muzeyində” (2019), “Kamil Əliyev: rəssam və dövr” (2021), məşhur gürcü rəssamı Nino Kipşidzenin “Varlığın fraqmentləri” (2021) və s. muzeydə keçirilən mühüm sərgilər kimi xüsusi vurğulamaq olar.
Öz fəaliyyəti illərində Azərbaycan Milli Xalça Muzeyinin kolleksiyası bir çox ölkələrdə nümayiş etdirmişdir. “Əvəzolunmaz dəyərlər” (Belqrad, 2017), “Azərbaycan Xalça Muzeyinin kolleksiyasından xalça məmulatları” (Tbilisi, 2017), “Naxışların gözəlliyi: Azərbaycan xalq sənəti” (Sofiya, 2018), “Yeddi gözəl” (Moskva, 2018), “Məkanın harmoniyası. Azərbaycanın ənənəvi incəsənəti” (Rusiya Dövlət Şərq Xalqları İncəsənəti Muzeyi, Moskva, 2019), “Sovet Azərbaycanının sədası. Xalça. Tikmə. Plakat” (Moskva, 2020), “Türk və İslam Əsərləri Muzeyinin kolleksiyasından Azərbaycan xalçaları” (İstanbul, 2020-2021), “Tale ipini xalçaya toxuyaraq. Azərbaycan dekorativ-tətbiqi sənəti Rusiya Etnoqrafiya Muzeyinin kolleksiyasında” (Rusiya Etnoqrafiya Muzeyi, Sankt-Peterburq, 2021), “Xalça sənəti – mənaların təkamülü” (“Kazan Kremli” Dövlət Tarix-Memarlıq və İncəsənət Muzeyi, Kazan şəhəri, 2021) kimi sərgilər muzeyin son illərdə reallaşdırdığı beynəlxalq əhəmiyyətli layihələrdəndir.
Muzey əlaqədar beynəlxalq şəbəkələrin fəal iştirakçısıdır. O, Avropa Tekstil Şəbəkəsi (ETN), Avropa Muzey Forumu (EMF), Beynəlxalq Muzeylər Şurası (İCOM), YUNESKO və Təhsil, Elm və Mədəni Əməkdaşlıq üzrə Hökumətlərarası Fond (IFESCCO) ilə sıx əməkdaşlıq edir.
2004-cü ildə muzeyin iştirakı ilə “Azərbaycan xalça sənətinin qorunması və inkişaf etdirilməsi haqqında” Qanun hazırlanıb qəbul edilmişdir. Qanuna əsasən Azərbaycan xalçasının reyestrinin tərtib edilməsi, qorunması və inkişafı istiqamətində dövlət dəstəyinin təminatı, ixtisaslı kadrların hazırlanması nəzərdə tutulmuşdur.
2010-cu ildə Azərbaycan xalça sənəti Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, UNESCO və İSESKO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın dəstəyi ilə YUNESKO-nun “Bəşəriyyətin qeyri-maddi mədəni irs üzrə reprezentativ siyahısı”na daxil edilmişdir.
Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 15 iyul 2019-cu il tarixli qərarı ilə ölkəmizin xalça sənətinin qorunması və təbliği sahəsindəki müstəsna xidmətlərinə görə Azərbaycan Xalça Muzeyinə “Milli” statusu verilmişdir.
Hazırda, ölkənin müasir memarlıq tikililərindən birində yerləşən Azərbaycan Milli Xalça Muzeyi yalnız sənət nümunələri və milli irsimiz olan xalçaların saxlanc yeri kimi çıxış etmir, həm də milli xalça sənətinin hərtərəfli araşdırılması və xalqımızın bədii incilərinin yüksək səviyyədə təqdimat məkanı olaraq çoxşaxəli fəaliyyət göstərir.
Milli azrbaycan tarixi muzeyinin srlri
Azərbaycan Milli İncəsənət Muzeyi qədim dövrlərdən bu günümüzədək yaranmış milli və ümumbəşəri maddi-mənəvi mədəni irsini qoruyub saxlayan və bu misilsiz bədii inciləri nəsillərdən-nəsillərə ötürən qiymətli mədəniyyət xəzinəsidir.
Muzey daha öncə, 1924-cü ildə Azərbaycan Dövlət Muzeyinin nəzdində İncəsənət şöbəsi kimi mövcud olmuş, Azərbaycan SSSR Xalq Maarif Komissarlığının qərarı ilə 1936-cı ildə həmin şöbənin əsasında ayrıca bir muzeyin – Azərbaycan Dövlət incəsənət Muzeyinin yaradılması qərara alınmışdır.
Muzey 1936-cı ildə Azərbaycan Dövlət Muzeyi kimi fəaliyyətə başlamışdır. 1937-ci il 6 may tarixində Azərbaycan Dövlət İncəsənət Muzeyinin ekspozisyasının təntənəli surətdə açılışı Azərbaycan bədii həyatında əlamətdar günə çevrildi.
Hal-hazırda muzey iki qədim tarixi binadan və bu binaları vahid kompleks şəklində birləşdirən müasir memarlığa uyğun keçid korpusundan ibarətdir.
1951-ci ildən muzey, 1887-1895-ci illərdə şəhərin baş memarı Nikolay Avqustoviç fon der Nonne layihəsi əsasında inşa olunan, xalq arasında “De Burun sarayı” kimi tanınan Holland sahibkarı və neft milyonçularından biri olan Lev de Bura məxsus mülkdə yerləşmişdir. 1992-ci ildə muzey məkanın genişləndirilməsi məqsədilə, 1883-1887-ci illər memar Mixail Denisoviç Botovun layihəsi əsasında inşa olunmuş imperatriça Mariya Fyodorovnanın adını daşıyan Mariniski Qadın Məktəbinin binası da muzeyin istifadəsinə verilmişdir. Milli və dünya xalqları mədəniyyəti arasında körpü rolunu oynayan və 2012-ci ildə tamamlanan binanın memarı isə Abdulla Hüseyndir.
2011-ci ildə Dövlət qərarı ilə muzeyə – Milli status verilmişdir. Həmin ildə muzeyə Brüsseldə yerləşən Avropa İqtisadiyyat, Sənaye və Ticarət Palatasının (European Economic Chamber of Trade, Commerce and Industry – EEIG) qərarı ilə beynəlxalq standart və kriterilərə cavab verən, keyfiyyətli muzey xidməti göstərən və peşəkar təcrübəyə malik Avropa Muzey Standartı (EUMS) statusu verilib.
Muzeyə ötən illər ərzində Azərbaycanın tanınmış Xalq rəssamı S.Salamzadə (1936-1942), sonra Xalq rəssamı, Əməkdar incəsənət xadimi K.Kazımzadə (1942-1992) başçılıq etmiş, hazırda isə Azərbaycanın Əməkdar incəsənət xadimi, prof. Çingiz Fərzəliyev rəhbərlik edir.
Muzeyin zəngin elmi və maddi bazası əsasında respublikamızda və MDB ölkələrində fəaliyyət göstərən bir çox tanınmış muzeylərin fondları yaranmış və zənginləşmişdir. 1967-ci ildə Nizami adına Azərbaycan Ədəbiyyatı muzeyinə, 1968-ci ildə Ə.Əzimzadənin ev muzeyinə, 1985-ci ildə Azərbaycan xalçası və xalq tətbiqi sənəti Dövlət muzeyinə, 2001-2005-ci illər ərzində isə Naxçıvan MR-sında fəaliyyət göstərən Bəhruz Kəngərli adına Rəsm Qalereyasına, eyni zamanda Sankt-Peterburqda fəaliyyət göstərən Rusiya Etnoqrafiya Muzeyinə sənət nümunələri daimi istifadəyə verilmişdir.
Azərbaycan Milli İncəsənət Muzeyi kolleksiyasının dəyəri və zənginliyi baxımından dünya miqyasında olan nüfuzlu muzeylərdən biridir. Burada daim Türkiyə, İran, Fransa, Yapon, Çin, Orta Asiya və s. xalqların incəsənətinə həsr edilmiş beynəlxalq sərgilər keçirilir. Muzey beynəlxalq layihələrin iştirakçısı, elmi tədqiqatların bazasıdır. Burada təşkil edilən elmi mühazirələr, ekskursiyalar, ailə, uşaq və gənclər proqramları, dərnəklər, ustad-dərsləri, dəyirmi masa və diskussiyalar yaşından və milli mənsubiyyətindən asılı olmayaraq hamı üçüm maraqlıdır.
Azərbaycanın ən aparıcı mədəniyyət ocaqlarından biri olan və zəngin kolleksiyasında 18000-dən artıq eksponatın saxlanıldığı Azərbaycan Milli İncəsənət Muzeyi milli təsviri və tətbiqi sənət nümunələri ilə bərabər, ölkəmizin çoxəsrlik geniş mədəni əlaqələrindən xəbər verən Qərb və Şərq incəsənətinin müxtəlif dövr, çeşid və üslublarını özündə ehtiva edir.
Beləliklə, muzeyin kolleksiyası ilə tanışlıq Sizdə milli, eləcə də dünya incəsənəti haqqında dolğun və ətraflı təsəvvür yaradır.
Milli Azərbaycan Tarixi Muzeyinin nəşrlərinin təqdimatı keçiriləcək
Milli Azərbaycan Tarixi Muzeyində iyunun 9-da muzey nəşrlərinin təqdimatı keçiriləcək.
Bu barədə AZƏRTAC-a muzeydən məlumat verilib.
Bildirilib ki, Milli Azərbaycan Tarixi Muzeyi eksponatların toplanması, təbliği, elmi-tədqiqat işləri ilə yanaşı, elmi-kütləvi nəşrlərə də üstünlük verir. Bu istiqamətdə 2020-ci ildə muzeyin 100 illiyi münasibətilə yubiley nəşrləri işıq üzü görüb.
Muzeyin Arxeologiya, Etnoqrafiya, Numizmatika elmi-fond şöbələrinin, Sənədli mənbələr, Silahlar və bayraqlar, Köməkçi tarixi fənn materialları, Xüsusi, Hədiyyələr və xatirə əşyaları fondlarının materialları əsasında hazırlanmış “Azərbaycan tarixi 100 eksponatda”, “Hacı Zeynalabdin Tağıyev sarayı” kitab-albomları, həmçinin “Azərbaycan Dmitri Yermakovun fotoşəkillərində”, “Sehrli çıraq”, “Xəzər Atlantidası yadigarları”, “Azərbaycan möhürlərin tarixindən”, “Üçtəpə kurqanındakı alban döyüşçüsü”, “Azərbaycan şəhərlərinin açarları”, “Gözəllik ondur”, “Kişi milli geyimləri”, “Hacı Zeynalabdin Tağıyev fotoşəkillərdə”, “Əlifba” kitabları çapdan çıxıb.
Azərbaycan və ingilis dillərində hazırlanan bu nəşrlər Azərbaycan tarixinin ayrı-ayrı səhifələrinin tədqiqi ilə yanaşı, muzey kolleksiyasının populyarlaşdırılması baxımından da mühüm əhəmiyyət kəsb edir.
Qeyd edək ki, bu yeni nəşrlər Milli Azərbaycan Tarixi Muzeyinin Elmi Şurasının qərarı ilə çap olunub.
Comments are closed, but trackbacks and pingbacks are open.