Press "Enter" to skip to content

Metodiki Tövsiyə

Milli Azərbaycan hərəkatının xarakteri (Tamamı)

Litparad

M.Ə.Rəsulzadənin oxuculara təqdim etdiyimiz bu kitabına onun Bakı və Azərbaycan tarixi ilə əlaqədar Cümhuriyyətin varlığının ilk ilində yazdığı əsərləri daxil edilmişdir. Onlardan biri Bakı hələ azad edilməmişdən, 1918-ci ilin sentyabrından əvvəl İstanbulda nəşr olunan “Tərcümani-həqiqət” qəzetində Bakı ilə əlaqədar verdiyi bəyanat, 1918-ci il noyabrın əvvəllərində İstanbuldan vətənə döndükdən sonra, 1918-ci il dekabrın 2-dən başlayaraq “Azərbaycan” qəzetində “Azərbaycan paytaxtı” sərlövhəsi ilə dərc olunan elmi araşdırmaları, habelə müstəqil dövlətimizin Azərbaycan adlanması ilə əlaqədar İran iddialarına cavab olaraq yazdığı “İran və biz”, “Azərbaycan və İran”, “İran – Azərbaycan” sərlövhəli məqalələri, həmçinin Cümhuriyyətin bir illiyi ilə əlaqədar “İstiqlal” məcmuəsində dərc olunmuş “Azərbaycan Cümhuriyyəti” adlı əsəri daxil edilmişdir. Zənnimizcə, oxucular üçün faydalı olacaqdır.

Araşdırıb toplayanı, ərəb əlifbasından latın qrafikasına çevirəni, ön sözün müəllifi, lüğətin tərtibçisi: Şirməmməd Hüseynov

Metodiki Tövsiyə

Biz Hər zaman sizinləyik! Sualınız var? Dərsi qurmaqda çətinlik çəkirsiniz? İmkan tapıb kurslara gedə bilməmisiniz? İmtahana hazırlaşmaq üçün metodiki vəsaitlərə ehiyacınız var? Narahat olmağa dəyməz! Sullarınızla müraciət edə, bloqumuzdan yararlanaraq, çətinliklərinizi qismən aradan qaldıra bilərsiniz.

  • Əsas Səhifə
  • Bloqdan Istifadə Qaydası
  • Əlaqə

DİQQƏT! DİQQƏT! Hörmətli İstifadəçilər!MÜƏLLİF HÜQUQLARI QORUNUR!Bloq yazarının İCAZƏSİ olmadan, bloqdakı materiallar elektron və ya kağız üzərində ÇOXALDILA BİLMƏZ! Həmçinin bloqdakı materiallardan KOMMERSİYA məqsədi ilə istifadə edilə BİLMƏZ!Materialların şəkillərinin çəkilərək paylaşılması QADAĞANDIR!

14 Ekim 2015 Çarşamba

Tarixin tədrisi metodikasının əsas inkişaf mərhələləri

Paylaşıldı 06:29 by Leyla Bayramova
Tarixin tədrisi metodikasının əsas inkişaf mərhələləri

XX əsrin II yarısında keçmiş SSR ittifaqında tarixin tədrisi metdodikası elminin sürətli inkişaf mərhələsi hesab olunur. Tarixin tədrisi metodikasının A.A.Vagin, N.V.Korovkin, V.A.Orlov, O.E.Lebedev, J.P.Raxmanova və başqalarıtarixin tədrisi metodikası üzrə xidmət göstərmiş şəxslərdir. Respublikamızda XX əsrin ortalarından tarixin təlimi metodikasının praktik istiqamətlərində səmərəli fəaliyyət göstərmiş- Lalə Əsədovanın, Nəzakət Mehdiyevanın Dəyanət Musayevin, Sabir Ağayevin təqdirəlayiq xidmətləri olmuşdur. XXI əsrin əvvəllərində xüsusi qeyd edilməli hadisə -respublikamızda ilk dəfə orta məktəbdə tarixin təlimi metodikasından isə İ.Cəbrayılov doktorluq dissertasiyaları müdafiə etmişlər.

Gələcəkdə cəmiyyətin inkişaf xüsusiyyətindən asılı olaraq tarixin tədrisi qarşısında daha ciddi problemlər qoyulacaq. Fənnin məqsədi vətəndaş cəmiyyəti qurucuları yetişdirməkdir. Bu cəmiyyəti qurmaqda və XXI əsrin nümunəvi vətəndaşını formalaşdırmaqdır.

Orta məktəblərdə tarixin təhsilinin inkişafı prosesinin öyrənilməsi bu inkişafın altı mərhələdən ibarət olduğunu göstərdi. Həmin mərhələləri aşağıdakı şəkildə ümümiləşdirdik.

Oktyabr çevirilişinə qədərki mərhələ
1920-1934 cü illərdə Azərbaycan SSR orta məktəblərində tarix təhsili
1934-1959 cu illərdə məktəb tarix təhsili sahəsində qazanılmış ugurlar

1959-1965 ci illərdə məktəb tarix təhsili sahəsindəki dəyişikliklər . Azərbaycan tarixinin tədrisi məsələləri

1965-1984 cü illərdə məktbə tarix tədirisinin təkmilləşdirilməsi istiqamətində həyata keçirilən tədbirlər

1984-1991-ci illərdə məktəb tarix təhsilinin təkmilləşdirilməsi istiqamətində həyata keçirilən tədbirlər

1991-1999cu illərdə olan dövr- proqram və dərsliklərin müstəqilliyimizin və dövlətçiliyimizin möhkəmləndirilməsi istiqamətində təkmilləşdirilməsi və yeniləşdirilməsi

1999-cu il prezdent H. Əliyevin verdiyi fərmanı ilə “Azərbaycan Respublikasının təhsil sahəsində “İslahat proqramı”nın təsdiqindən bu günlərədək həyata keçirilən tədbirlər. Bu mərhələyə orta ümumitəhsil məktəblərində tarix təhsilinin müasir sistemi daxildir.

Təhsil sahəsində İslahat Proqramı 1999-2013-cü illəri əhatə edir.

ki, Azərbaycanda ümumi təhsil, əsasən, lüzumsuz olaraq elmlərin əsaslarının öyrədilməsinə yönəlib və şagirdlərin

Kurikulum islahatı təhsil islahatının əsas istiqamətlərindən biridir.
Həmin araşdırmalarda birmənalı şəkildə belə qənaət hasil edilmişdir

həyati bacarıqlara yiyələnməsi üçün istiqamətləndirilməsi imkanları məhdudlaşıb. Bundan əlavə, qloballaşan dünyanın prinsiplərinin əksi olaraq fənlərə daha çox fundamental biliklər mənbəyi kimi baxılıb. Onların inkişafetdirici, tərbiyəvi imkanlarına zəif diqqət yetirilib. Ona görə də ümumi təhsil kurikulumlarının yenidən hazırlanması təklif olunub. Beləliklə, öyrədici innovasiya mərhələsində görülmüş işlər Dünya Bankının rəhbərliyi tərəfindən rəğbətlə qarşılandığından 2003-2015-ci illəri əhatə edən, iki mərhələdə həyata keçirilməsi nəzərdə tutulan və birinci mərhələdə 5 komponentdən ibarət olan ikinci layihə müəyyənləşdirilib. “ümumi orta təhsilin keyfiyyəti və real tələbatlara uyğunluğu” adlı birinci komponentin alt-komponentlərindən biri kimi “Kurikulum islahatı” təsdiq olunub. Əlavə təhsil sisteminin müasir tələblər səviyyəsində qurulmasını “Təhsil haqqında” Azərbaycan respublikası Qanununun 24-cü maddəsinin icrasını təmin etmək məqsədilə Azərbaycan respublikası Nazirlər kabinetinin 6 sentyabr 2010-cu il tarixli, 163 nömrəli qərarı ilə “Əlavə təhsilin məzmunu , təşkili və əlavə təhsilin hər hansı istiqaməti üzrə təhsil almış şəxslərə müvafiq sənədin verilmə qaydası çox əhəmiyyətli hesab edilir

2010cu il 3 iyunda Azərbaycan Respublikası ümumitəhsil pilləsinin dövlət standartları və kurikulumları haqqında Təhsil haqqında qanun qəbul edilmişdir.

1920-ci il aprelin 28-də Azərbaycan Demokratik Cümhuriyyəti devirib hakimiyyəti ələ alan kommunistlər də dərhal məktəb sistemində, təlimin forma və məzmununda köklü dəyişikliklər etməyə başladılar. İlk olaraq, mövcud məktəb sistemlərinin ləğvi, yeni tədris plan və proqramlarının hazırlanması, yeni dərsliklər tərtib etmək, müəllim kadrları hazırlamaq qarşıya məqsəd olaraq qoyulmuşdu. İbtidai orta məktəblər politexnik məktəblərlə əvəz ediləcəkdi. Lakin bu proqramlara diqqət yetirdikdə görülürdü ki, proqramlar yüksək səviyyədə tərtib edilməmişdi. Proqramda Sovet hakimiyyətinin diyarşünaslıq materiallarına daha çox yer verilmişdir. Ciddi nöqsanlarına baxmayaraq bu proqramın nəşri Azərbaycan Sovet məktəbinin həyatında mühüm hadisə idi. 1929-cu ildə təjsil müddətinin artırılaraq 10 illik olması qərara alındı. Azərbaycan K(b)PMK-nın 20 may 1933 cü il tarixli qərarında bu proqramın nöqsanları və onun RSFSR XMK-nın hazırladığı proqramdan səviyyəcə xeyli aşağı olması qeyd edilərək ibtidai və orta məktəb proqramlarının RSFSR-dəki proqram və dərs kitabları ilə uyğunlaşdırmağın lazım gəldiyi göstərilirdi.

Azərbaycan SSR XMK 1933/34 cü tədris ilində ibtidai və orta məktəblər üçün yeni tədris planı qəbul etdi. Bu tədris planına əsasən ibtidai məktəblərdə tarix keçilmirdi. Proqram sinxronolji qaydada tərtib edilmişdi və sovet respublikalarından yalnız Rusiya tarixinin öyrənilməsinə həsr edilmişdir. SSRİ-nin digər xalqlarının tarixi isə bir kənara atılmışdı. Bu və bu kimi nöqsanlara görə bu proqram da qənaətbəxş deyildi. 1935-36 cı illərdə vahid tədris planı hazırlanmağa başladı.

1939 cu ildə VIII-X siniflər üçün də tarix proqramları rus dilindən tərcümə edildi. Həmin proqramlar təkmilləşdirilərək 1941-ci ildə yenidən çap olundu. Beləliklə, dövrün tələblərinə cavab verən stabil proqramlar üzrə dərs keçilməyə başlandı Artıq bu dövrdə tarix təlimi metodikası problemlərinin qoyuluşunda və həlli yollarının axtarılıb tapılmasında mərkəzlə regionlar, o cümlədən respublikalar arasında fərqlər açıq aydın görünməyə başlayır. Qərardan sonra az bir zamanda tədris proqramları hazırlandı dövrün tələblərinə cavab dərsliklər hazırlanmağa başladı. Jurnallarda verilən məqalələr tədris proqramlarına uyğunlaşdırıldı. Azərbaycan metodik fikrin inkişafında jurnalın rolu böyük idi. Jurnalda metodik işləmələr , tövsiyyələr dərc olunurdu. Hətta tarixin tədrisi metodikasına dair problemlər də dərc olunurdu. Jurnalda bəzi dərslik materiallarının çap olunmasına baxmayaraq məktəblərdə şagirdlərin yeganə bilik mənbəyi müəllimin spzü idi. Müəllim hər bir dərsdə mövzunun planını tərtib etdirir, onun məzmununu danışır, yaxud yazdırırdı.Bacarıq və vərdişlərin formalaşdırıldığı aşağı siniflərdə müəllimlərin vəziyyəti xüsusilə ağır idi. Tarixin tədrisi metodikası elmi sahəsində sənədlərlə, xəritə və əyani vəsaitlərlə iş məsələlərinin tədqiqi gücləndirildi, sinifdənxaric işlərin təşkilinə diqqət artırıldı.

50-ci illərin sonu-60-cı illərin əvvəllərində məktəb tarix təhsilinin inkişafında yeni mərhələ başladı. Stanilin şəxsiyyətinə pərəstişin ifşa edilməsi məktəb tarix təhsilinin inkişafında mühüm rol oynadı

SSR-də ümumi 8 illik təhsilə keçilməsi əlaqədar olaraq Sov. KP MK və SSRİ nazirlər Soveti “Məktəbdə tarixin tədrisində bəzi dəyişikliklər edilməsi haqqında” 8 oktyabr 1959 -cu il tarixli qərar qəbul etdi. VII-VIII siniflərdə SSRİ tarixi, IX –XI siniflərdə SSRİ tarixi, xarici ölkələrin yeni və ən yeni tarixinin sistematik kursları öyrənilirdi.”Azərbaycan SSR məktəblərində tarixin tədrisində bəzi dəyişiklər edilməsi haqqında” 5 noyabr 1959-cu il tarixli qərar qəbul etdi. Bu qərarla IV vəVII-VIII siniflərdə tədris edilən SSRi tarixi tərkibində Azərbaycan tarixinin öyrənilməsinə başlandı. 60-cı illərdə yeni dərslik tipi yaradıldı. 1964-cü ildə yenidən məktəbdə 10 illik təhsil sistemi bərpa olundu. Bununla əlaqədar olaraq, Sov. İKP MK və SSRİ Nazirlər Soveti “Məktəbdə tədrisi qaydasının dəyişdirilməsi haqqında” 14 may 1965-ci il tarixli qərarı qəbul etdi. Azərbaycan SSR Nazirlər Sovetinin 23 iyun 1965-ci il tarixli qərarına əsasən respublika tarixinin VII-VIII siniflərdə elementar şəkildə tədrisi əvəzinə, VII-X siniflərdə sistematik şəkildə öyrədilməsinə başlanıldı. Azərbaycan tarixinin tədrisinə dair tətqiqat işlər genişləndi.

Məktəblərdə Azərbaycan tarixinin tədrisi keyfiyyətini yüksəltmək məqsədilə 1984-1985 –ci dərs ilindən başlayaraq orta məktəb kursu üzrə tarix və ictimaiyyatdan buraxılış imtahanları biletlərinə Azərbaycan tarixindən sullar daxil edilmişdir. Nəticədə şagirdlərin tarixi bilikləri dərinləşmiş, onların Azərbaycan tarixinə marağı, müəllimlərin məsuliyyəti artmışdır. 1986-1987 ci dərs ilindən respublikada tarix yeni proqramla keçilməyə başladı. Proqramlar ümumtəhsil məktəbi islahatının tələblərinə uyğun olaraq işlənilmişdi. Azərbaycan tarixindən yeni proqramlar hazırlanması respublikada metodika sahəsində mühüm vəzifə oldu. Proqramlar şagirdlərin dərketmə imkanları nəzərə alınmaqla hazırlanmalı idi.

Azərbaycan dövlət müstəqilliyi bərpa olunduqdan sonrakı dövrdə ümumi təhsilin məzmununun yeniləşdirilməsi, təkmilləşdirilməsi və inkişafı sahəsində mühüm işlər görülmüşdür. Müstəqil Azərbaycan dövlətinin banisi, ümummili liderimiz Heydər Əliyevin 30 mart 1998-ci il tarixli sərəncamı ilə Azərbaycan Respublikasının təhsil sistemində beynəlxalq standartlara uyğun islahatların aparılması, təhsilin inkişafı və onun maddi-texniki bazasının möhkəmləndirilməsi üçün Dünya Bankının vəsait qoyuluşunu təmin etmək və Azərbaycan Respublikasında təhsil sahəsində islahatların aparılmasını təşkil etmək məqsədilə dövlət komissiyası yaradılmışdır. Dövlət komissiyasına sədrlik Azərbaycan Respublikasının Təhsil naziri Misir Mərdanova həvalə edilmişdir. Komissiyanın tərkibinə Azərbaycan Respubklikasının dövlət nazirliklərinin və orqanlarının rəhbərləri və yüksək rütbəli nümayəndələri daxil edilmişdir. Dövlər Komissiyasına Dünya Bankı ilə birlikdə təhsil sahəsində islahat proqramının hazırlanması üçün öz nəzdində işçi orqanının yaradılması və rəhbərinin təyin edilməsi tapşırılmışdır.

İşçi qrupu tərəfindən “Azərbaycan Respublikasının təhsil sahə­sində İslahat Proqramı” hazırlanmış və 1999-cu ilin 15 iyununda ulu öndərimiz Heydər Əliyevin 168 saylı sərəncamı ilə təsdiq edilmişdir. Təhsil sahəsində islahat proqramının əsas məqsədi məktəbəqədər, orta, ali, ali təhsildən sonrakı peşə və ona uyğun əlavə təhsil pillələrində toplanmış potensialı saxlamaq və inkişaf etdirmək, təhsil sistemini tənzimləyən müvafiq normativ-hüquqi bazanı yaratmaq, cəmiyyətin Azərbaycan Respublikasının Konstitusiyasında, Təhsil Qanununda təsbit olunmuş tələbləri, siyasi, iqtisadi və sosial həyatın demokratikləşməsinə əsaslanan dövlət siyasətini həyata keçirməkdən ibarət olmuşdur.

Mmmd min rsulzad bakı v azrbaycan tarixin dair srlr

Müslüman və Türk məmləkəti olması etibarı ilə Qafqasya Azərbaycanı nə din, nə irq, nə də kültür baxımından özü ilə qətiyyən əlaqəsi olmayan Rusiya tərəfindən, ancaq silah gücü ilə tutulmuşdur və məlum olduğu üzrə, tarixi ənənəsi Türk və İslam düşmanlığına dayanan bu dövlətə heç bir zaman isinə bilmədiyindən gərək Türkçülük və gərəksə İslamçılıq idarələri burada daima canlı inikaslar tapmışdır.

Milli Azərbaycan hərəkatının xarakteri (Tamamı)

Əvət əfəndilər, bu gün firqə ehtirasları, şəxsi -qərəzləri və bütün bu kimi Vətən və millət qayəsi qarşısında sofla qalan qərəzlər atılmalı,Vətən qayğısı və millət duyğusu hər şeydən yüksək tutulmalıdır.

Əfəndilər, bu gün Azərbaycanın paytaxtında məclisi – mə”busan açılışındayıq. Azərbaycan bir atəş mənbəyidir. Vətənimiz hər zaman sinısində bir atəşi-müqəddəs bəsləməlidir. Milyonlarla ürəyi bu atəş əbədiyyən sönməz bir mə’şəl təşkil edibdə hürriyyətvə istiqlalə doğru getdiyimiz maneəli yoları işıqlandırsın!

Milli Şuranın sədri
Məhəmməd Əmin Rəsulzadənin
Azərbaycan Parlamentin Açılışında nitqi (Tamamı)

Mən Məhəmməd Əmin Rəsulzadə “Amerikanın səsi” radiosundan danışıram. Həsrətini çəkdiyimiz əziz vətənə xitab edə bilmək fürsətini verdiyi üçün buna mütəşəkkirəm. Bu Radio Birləşik Amerika Dövlətlərinin parlaq tarixini yaradan demokratik fikirlərini yayır. Bu fikirlər başlıca iki əsasa dayanır: İnsanlara azadlıq, Millətlərə İstiqlal!

Azərbaycanlılar illərdən bəri gözlədikləri fürsəti ələ keçirdilər: milli və müstəqil bir cümhuriyyət qurdular.

Rəisi olmaq şərəfiylə fəxr etdiyim Milli Azərbaycan Şurasının bu münasibətlə nəşr etdiyi tarixi bəyannamedə.

Azərbaycana xitab 26 Avqust 1951-ci il
“Amerikanın Səsi radiosu” (Tamamı)

Günün yazısı : Nə böyük bayram
Məhəmməd Əmin Rəsulzadə (“Azərbaycan” qəzeti, № 190, 28 May 1919-cu il)

İlk çağındaydı gözəl mövsümün,
Qışdan çıxılmışdı, bahar gəlmişdi.
İyirmi səkkizində idi Mayısın,
Azərbaycan İstiqlala girmişdi.

Erkən qopdu bir qasırğa quzeydən,
Baharımız, heyhat döndü qış oldu.
Azərbaycan Moskovların əlində,
Əsarətin zəhərini dadmış oldu.

Azərilər sarsıldı bu zərbədən,
İstilaya qarşı üsyanlar oldu.
İstiqlalı bir kərə dadmış millət,
“Hürriyyət” fikrinə candan vuruldu.

Milli fikir toxumları səpildi,
İslatdı torpağı axan qızıl qan.
Bu əkindən yarınki bir baharda,
Əlbət bitər bir yeni Azərbaycan.

Şiddətliysə əgər mövsümün qışı,
Yeni bahar, demək, parlaq olacaq.
Verdiyimiz qurbanların bahası,
Bizə yalnız hürriyyətlə dolacaq.

Tarixin yenə gözəl bir çağında,
Qaranlıq qış keçib, bahar gələcək.
Hər hansı bir ilin aydın günündə,
Azərbaycan İstiqlala girəcək!

“Azərbaycan” jurnalı, Ankara, il:4, sayı:12(36),
Mart 1955-ci il. (Son şeir)

100 il sürən Çar əsarətindən sonra bundan 35 il əvvəl Azərbaycan Şurayi Millisi, Azərbaycan Cümhuriyyətinin İstiqlalını bütün dünyaya elan etdi. O tarixdən əvvəl bir millət olaraq varlığını isbat edən Azərbaycan xalqı, bu tarixdən etibarən millət olaraq bir dövlət qurmuş və bu dövlətin istiqlalı bütün mövcudiyyətilə mədana atılmışdır. Mədəni bütün bir tərəkəyə (mirasa) malik olan vətənimiz siyaset sahəsində çox böyük və dəyərli həmlələr göstərmişdir. İstiqlal uğrunda yapılan tarixi savaşların ən qanlısı 19-cu əsrin başlarında Rusiya Çarlığına qarşı yapılmışdır. 30 il qədər sürən bu savaş qəhrəmanlıqlarla doludur. Cavad Xanın 1904-də Gəncədəki şanlı qəzası dillərdə dastandır. “Ölmək var, dönmək yoxdur”. Bu həqiqi vətənpərəstlərin tətbiq etdikləri ən müqəddəs bir şüardır.

28 Mayıs 1918-də, İstiqlalını elan etməklə Azərbaycan tarixinin təbii bir nəticəsini fikirdən işə keçirdi. Eyni zamanda, o zəmanəyə hakim olan əsrin böyük şüarından istifadə edirdi. Hər millət öz müqəddəratını özü hall etməyə səlahiyyətdardır, düsturunu xalqın ümumi rəyinə uyaraq istiqlalını elan edirdi. Istiqlal elanı üzərinə qurulan milli Azərbaycan Hökuməti, az zamanda məmləkətdə çox böyük işlər gördü.

Üç rəngli İstiqlal Bayrağını döşlərində gəzdirən buradakı vətən ayrısı bizlərdən, orada hər dürlü qorxu və təhdid altında qəlbləri istiqlal eşqiylə çırpınan azadlıq ayrısı sizlərə candan salamlar göndərir, 28 Mayıs istiqlal qurbanlarının əziz ruhları huzurunda hörmətlə əyilir və hər iki tərəfi birləşdirən milli böyük həsrəti, şairin deyişiylə dilə gətirirəm:

Sən bizimsən, bizimsən durduqca bədəndə Can,
Yaşa – yaşa çox yaşa, ey şanlı Azərbaycan!

Azərbaycan xalqına xitab 28 May 1953-cü il
“Amerikanın Səsi” radiosu (Tamamı)
Rəsulzadənin özündən dinləyin

28 Mayıs – Istiqlal Bayramı .

Azərbaycan türkləri bu gün ilk dəfə olaraq böyük bir bayram saxlayırlar: Istiqlal bayramı . Bundan bir sənə əvvəl Zaqafqaziyanın müqəddaratını həll üçün Tiflisə toplanmış olan müsəlman vəkilləri tarixin öylə bir anına tasadüf etmişdilər ki, yöz sənəlik əsarətə yalniz yüksək bir amal nəticəsi deyil , eyni zamanda zəruri bir ehtiyac kimi xatimə vermək məcburiyyətində qalmışdılardı.
Əvət Zaqafqaziya millətləri bilməcburiyyə e”lani istiqlal etmişdilər.
Bilməcburiyyə e”lani istiqlal .
İstqlalımıza düşmən olanlar bu iki “məcburiyyət” və “istiqlal” sözlərini bir araya toplanmasını “içtimai ziddin” qəlbindən ədd etməklə, Zaqafaqaziya cümhuriyyətlərinin qeyri-təbii olduqlarını isbat etmək istıyirdilər.
Fəqət , bu mülahizə zahirdə doğru görünsə də batində öylə deyildi. .

Ey gənclik!
Ey əsrimizin Siyavuşunun böyümüş oğlu!

Sənin öhdəndə böyük bir vəzifə var. Səndən əvvəlki nəsil yoxdan bir bayraq, müqəddəs bir ideal rəmzi yaratdı. Onu min müşkülatla ucaldaraq dedi ki: — Bir kərə yüksələn bayraq bir daha enməz!

Bunu deyərkən o, bu günkü öksüzanə mənzərəni hesaba almamış deyildi. Bu onun tərəfindən təsəvvür olunmuşdu.

O, sənin o zaman bu bayrağı gənc çiyinlərinə alıb məsumanə bir tərzdə küçə-küçə dolaşaraq: “Irəli, irəli Azərbaycan əsgəri” – deyə əsgər kimi addım atmağını görmüşdü və bu sözü cəsarətlə söyləmişdi.

Əlbəttə ki, sən onun bu ümidini qırmayacaq, bu gün parlament binası üzərindən Azərbaycan türklərinin yanıqlı türkülərinə mövzu olmuş, ürəklərinə enmiş bu bayrağı təkrar o bina üzərinə dikəcək, Böyük Dəmirçinin geri dönüşünü görüncə onun tərəfinə keçəcək, bu yolda ya qazi, ya şəhid olacaqsan.

Lahıc, İyul 1920
“Əsrimizin Siyavuşu” Gəncliyə Xitab

Comments are closed, but trackbacks and pingbacks are open.