Press "Enter" to skip to content

Muasir azrbaycan dbiyyatı dili 1 cild

Quran elmləri arasında təfsir, ən geniş sahədir. İlahi kəlamın izah və açıqlanması Həzrət Peyğəmbərdən (s.ə.a) başlayaraq bu günə qədər davam etmişdir. Bu məqsədlə Quran tarixinə külli miqdarda ədəbiyyat daxil olmuşdur. Təbii olaraq, yazılan bu təfsirlərin əksəriyyəti ərəb dilində, bir qismi isə osmanlıca və fars dilində yazılmışdı.

Muasir dərs və Fəal təlim.

Təhsil müəssələrində tədris prosesində yeni təlim texnologiyalarının tətbiqi, dünya təhsil sisteminə inteqrasiya məsələlərinə ciddi yanaşılır. Təhsilin keyfiyyəti tək şərt deyil, həm də prosesdir. Keyfiyyətli təhsil prosesinin əsas tərkib hissələrindən biri dərsin təşkilidir: onun mərhələləri, təlimin forma, üsul və metodlarıdır; onun qurulması optimal düzgün həllinin tapılmasıdır.

Müasir dərsdə müəllim hər bir uşağı görür, onun potensialından maksimum istifadə edir. Müasir dərs bütün iştirakçıların qarşılıqlı inam və etibarı əsasında canlı ünsiyyətdir. Dərs nəinki müəllimin, həm də şagirdin yaradıcılığının nəticəsi olur.

Fəal dərsin səmərəliyini artırmaq üçün ən mühüm şərtlərdən biri dərsin planlaşdırılmasıdır. Fəal dərsin yaradıcı xarakterinə baxmayaraq, onun uğuru dərsin bütün mərhələrinin öncədən “ölçülüb-biçilməsi” sindən asılıdır.

Planlaşdırma təlimin məqsədlərinin müəyyənləşməsindən başlanır.
Təlim məqsədlərinin bir neçə təsnifatı mövcuddur:
1.Müəllimin fəaliyyətinin xarakteri üzrə: öyrədici, inkişafedici, tərbiyəedici;
2. İdrak sahəsində əldə olunan nəticələrinin səviyyəsi üzrə;

3. İdrak prosesinin səviyyəsi üzrə hafizənin və təfəkkürün müxtəlif növləri ( məntiqi, tənqidedici, yaradıcı)

Müəllimlərin çox zaman təlimin məqsədlərinin müəyyən edilməsinə əhəmiyyət vermirlər və ya onu etməyi bacarmırlar. Onlar təlimin məqsədi kimi yalnız öyrədici məqsədlər müəyyən edirlər. Lakin inkişafedici və tərbiyəedici məqsədlər isə kölgədə qalır və müəllim fəaliyyətini istiqamətləndirmir. Təlim məqsədlərini müəyyən edərkən müəllim aşağıdakı amilləri nəzərdə tutmalıdır:

Tədris materiallarının xususiyyətini;
Bu dərsin keçirilən mövzu üzrə dərs silsiləsində tutduğu yeri və sinfin hazırlıq səviyyəsini.
Planlaşdırma zamanı müəllim 4 əsas suala cavab verməlidir.
Nə öyrədilməli?
Necə öyrədilməli?
Hansı şəraitdə?
Nəticələri necə qiymətləndirmək olar?

Bu sualara cavab kimi təlim tərbiyə prosesinin strukturu şərti olaraq aşağıdakı tərkib hissələrindən ibarət sistem kimi təsvir edilir:

1. Tədris plan və proqramları və ya təlimin məzmunu (nə öyrədilməli?) ;
2. Təlim metodları (necə öyrədilməli?) ;
3. Təlim- tərbiyə prosesinin təşkili (Hansı şəraitdə?) ;
4. Şagirdlərin nailiyyətlərinin qiymətləndirilməsi (nəticələri necə qiymətləndirmək olar?).

Real təlim prosesində bu komponentlərin xüsusilə , bu sistemin təlim-tərbiyə prosesinin təşkili kimi mühüm tərkib hissəsinə adətən az əhəmiyyət verilir. Çünki təlimin təşkilinin ancaq formal cəhətləri nəzərə alınır. Müəllim işində də şagirdə çatdırmalı dərsin məzmunu ( yəni hansı bilik öyrədilməlidir?) üstün tutulur. Lakin bununla müəllim təlim-tərbiyə prosesinin əsas tərkib hissəsinin yalnız birini nəzərdə tutur və təlim proseslərində əhəmiyyət daşıyan digər amilləri ( necə, hansı şəraitdə) nəzərdən qaçırır.

Bu nöqsanları aradan qaldırmaq məqsədi ilə xüsusi təlim modeli müəyyənləşdirilmişdir. Təlim modelinin 4 əsas komponenti var:

Bu komponentlər arasında əlaqə yaradan ünsürlər təlim prosesinin 2 əsas istiqamətini göstərir:

1. Şagirdlərin idrak prosesinin, yəni təfəkkür, hafizə, diqqət, təxəyyül proseslərinin və bununla əlaqədar əsas bilik bacarıq və vərdişlərinin inkişafı.

2. Şagirdlərin şəxsiyyətinin nkişafı, yəni şagirdin sosial-psixoloji, emosional-iradi inkişafı.

Bu iki amil təlim-tərbiyə prosesinin uğurunun əsas meyarı olmalı və həmin prosesin qurulmasının istiqamətini müəyyən etməlidir. Fəal dərsin planlaşdırılmasında məzmun xəttinin əsas standart və alt standartların seçilməsi də vacibdir. Dərsi planlaşdırarkən müəllim dərsin hansı növə aid olduğunu da müəyyənləşdirir.

Fəal ( interaktiv) dərsin 2 əsas növü var: induktiv və deduktiv tədqiqat. İnduktiv tədqiqat xüsusi biliklərdən ümumi biliklərə doğru irəliləyir , deduktiv tədqiqət isə əksinə. İnduktiv tədqiqat daha çox yeni mövzunun keçirilməsi zamanı istifadə olunur.

Deduktiv tətqiqat daha çox mövzunun möhkəmləndirilməsi və dərinləşdirilməsi məqsədi ilə istifadə olunur.

Dərsin məqsədlərini, dərsin tipini müəyyənləşdirəndən sonra müəllim artıq fəal təlimin quruluşuna əsasən dərsi mərhələlər üzrə planlaşdırır.

Muasir azrbaycan dbiyyatı dili 1 cild

Bu kitabı tərcümə etməkdə məqsədimiz insanlara sələfilərin (vəhhabilərin) ən tərifli münazirə və rəddiyyə ustadlarından birinin yalan və böhtanlarını insanlara göstərmək və bu əqidə daşıyıcılarından mümkün qədər ehtiyatlı olmalarını təbliğ etməkdir. Bu kimi şəxslər müsəlmanları azdırıb öz sıralarına daxil etməkdən ötrü hər cür yalan danışmağa və manipulyasiya etməyə hazırdırlar. İhsan İlahi Zahir öz yalanları ilə təəssüf ki, minlərlə şiə və müxtəlif məzhəb nümayəndələrini sələfiliyə dəvət edə bilir. Əlinizdəki kitabda onun saysız-hesabsız yalanları ilə, təhrifləri ilə tanış olacaqsınız.

Открыть Рейтинг: 5 Просмотров: 720 Загрузок: 616
19 Января, 2018

Allaha atılmış iftira: “Ərşin səsi” hədisi – Muhəmməd Əli Həsən

Mən bundan əvvəl “Ərşin səsi” hədisi barədə müxtəsər bir tədqiqat yazmışdım. Təcsim (Allahın cismləşdirilməsi) əqidəsində olanların nəql etdikləri ən çirkin hədis məhz bu hədisdir. Həmin vaxt işlərin çoxluğundan bu hədisi geniş şəkildə araşdırmamışdım. Daha sonra bu tədqiqatı daha geniş surətdə hərtərəfli araşdırmaq və onların Allah-taala barədə pis etiqadlarını üzə çıxartmağı qərara aldım. Mündəricatda qeyd olunduğu kimi, mövzunu bir neçə qismə böldüm. Allah-taaladan bu tədqiqatın qəlblərində Allah və Onun haqq dininin qeyrətini çəkən hər bir müsəlman şəxsə faydalı olmasını diləyirəm. Oxuculardan Ustad İbrahim Naziriyə (Allah ona rəhmət etsin) həmçinin, bu sətirlərin müəllifini dua etməyi unutmamalarını rica edirəm. Aləmlərin Rəbbi olan Allaha həmd olsun! Muhəmməd Əli Həsən

Открыть Рейтинг: 4 Просмотров: 3136 Загрузок: 758
10 Мая, 2017

İfrat və həddi aşma – Bəhruz Camal

Tarix boyu peyğəmbərlər və övliyalar barəsində ifrat (quluv) edənlərin varlığı inkar olunmazdır. Hələ yəhudi qövmü zamanında Hz.Üzeyirə (ə), yaxud da məsihilərin Hz.İsa Məsihə (ə) “Allahın oğlu” demələri buna bariz nümunədir. Ancaq əfsuslar olsun ki, bəzi cahil və nadan şəxslər bu böyük günahı 12 imam şiələrinə ünvanlayaraq şiələri ifrat və imamların vəsvində həddlərini aşmaqda ittiham etmişlər. Bu kitabçada bir sıra mühüm iradlara İslami mənbələrlə cavab verməyə çalışmışıq.

Открыть Рейтинг: 5 Просмотров: 3206 Загрузок: 668
7 Мая, 2017

Səqəleyn: tərk edilmiş peyğəmbər vəsiyyəti – Toyib Olavuyi

Bu tədqiqat işimizdə Səqəleyn hədisi barədə fərqli fikirləri bir-bir nəzərdən keçirmiş və xüsusilə İbn Teymiyyənin iddialarını ən detallı şəkildə incələmişik. Biz çox sayda mənbələrlə “Səqəleyn” və “Xəlifəteyn” hədislərinin mövcudluğunu və etibarlılığını isbat etmiş, “Səhih Müslim”dən tutmuş bütün ən mötəbər əhli-sünnə kitablarından dəlillər təqdim etmişik. Biz bu rəvayətlərin müxtəlif sənədlərini diqqətlə araşdırmış, həmçinin öndəgedən əhli-sünnə hədis alimlərindən, o cümlədən Əllamə əl-Əlbani, Şeyx əl-Ərnaut və s.-dən rəvayətlərin etibarlılıq dərəcələri barədə sitatlar gətirmişik. Eynilə də, hər iki rəvayətin mətnini incəliklə tədqiq etmiş, onların həqiqi mənalarını üzə çıxarmaq üçün köməkçi rəvayətlərdən istifadə etmişik. Məqsədimiz budur ki, insanların Qiyamət günün bilməmək, eşitməmək, görməmək kimi bəhanələri olmasın. Səmimi qəlbdən inanırıq ki, bu kitab həqiqətən Allahın doğru yolunu axtaran hər bir insana çox faydası olacaq.

Открыть Рейтинг: 5 Просмотров: 4185 Загрузок: 1239
24 Апреля, 2017

İmam Həsənin (ə) sülhü: reallıq və tarixin zülmü – Yəhya Əbdülmuhsin Duxi

Əgər İmam Həsənin (əleyhissalam) bağladığı sülhün islam ümmətinin həyatında tarixi dönüş nöqtəsi oynadığı qədər əhəmiyyətli olduğunu desək, mübaliğə etmiş olmarıq. Bu sülh əməvi xəttinin törətdiyi hadisələrə qarşı müsəlmanların zehinlərində fəhm və idrak baxımından yeni mərhələnin yaranmasını formalaşdırdı. İmam Həsən (əleyhissalam) bağladığı sülhün sayəsində Peyğəmbərin uğrunda qiymətli qurbanlar verdiyi dinin təhrif olunmasına və ali dəyərlərin aradan getməsinə səbəb olacaq fırtınaların qarşısını aldı.

Открыть Рейтинг: 4 Просмотров: 3465 Загрузок: 685
5 Апреля, 2017

Peyğəmbərin himayədarı və İslamın ağsaqqalı Əbu Talib – Muhəmməd Cavad Xəlil

Bu kitab “Əhli-sünnə hədislərinin müzakirəsi” sərlövhəsində hazırladığım tədqiqat və araşdırmaların bir hissəsidir. Müəyyən səbəblərdən bəzi tədqiqatların müstəqil surətdə çap olunmasını istədim. Bu kitabda mövcud olan tədqiqatlar qeyd olunan araşdırmaların üçüncü hissəsidir. Bu kitabı “Peyğəmbərin himayədarı və İslamın ağsaqqalı Əbu Talib” adlandırdım. Allah-taaladan bu silsilə tədqiqatları nəşr etdirməkdə bizi müvəffəq etməsini diləyirəm.

Открыть Рейтинг: 5 Просмотров: 5047 Загрузок: 738
2 Апреля, 2017

Rəcəb ayının fəzilətləri – Şeyx Səduq

Bu yazı görkəmli alim, böyük mühəddis, məşhur fəqih və sinəsi Əhli-beyt (ə) maarifinin xəzinəsi olan cənab Şeyx Səduqun (305 – 381 hq) “Fəzailu-əşhuris-səlasə” – (üç mübarək ayın fəzilətləri) – kitabından çıxarışdır. Belə ki, Şeyx Səduq bu kitabda üç mübarək ayın (Rəcəb, Şəban və Rəməzan) fəzilət və əməlləri barəsində 158 hədis hədis rəvayət etmişdir ki, biz “Rəcəb” ayının daxil olması münasibətilə, bu ayın barəsində olan 18 hədisi tərcümə edib, sizə təqdim edirik.

Открыть Рейтинг: 5 Просмотров: 2870 Загрузок: 633
31 Января, 2017

Molla Sədra və Məhdəviyyət – Bəhruz Camal

Bu yazıda ilk olaraq Molla Sədranın nübuvvət və vəhyin qəbuluna, həmçinin fəlsəfi məktəbindəki imamət mövzusuna işarə etdikdən sonra onun hər bir dövrdə imamın zəruri olması məsələsi barəsindəki arqumentləri bəyan edilmişdir. Bundan başqa Molla Sədranın on ikinci imamın varlığı və qeybəçəkilməsi barədə nəzəri diqqətə çatdırılmışdır. Sonda Molla Sədranın görüşlərini ümumi olaraq Farabi, İbn Sina, Şeyx İşraq, Mirdamad kimi filosofların nəzərləri ilə müqayisə edib Şeyx Müfid, Seyid Mürtəza, Xacə Nəsirəddin Tusi kimi imamiyyə mütəkəllimlərinin də məhdəviyyət mövzusu barəsindəki mövqelərinə işarə edilmişdir.

Открыть Рейтинг: 4 Просмотров: 2828 Загрузок: 703
19 Сентября, 2016

Vilayət ayəsi – Seyid Əli əl-Milani

Həzrət Əlinin (ə) vilayət və imamətinin “Maidə 55” ayəsi ilə isbatı barədə bir çox əsərlər yazılmışdır. Seyid Əli əl-Hüseyni əl-Milani də özünəməxsus qələmi olan çox dəyərli alimlərdən biridir. Ümid edirik ki, kitab oxucular tərəfindən maraqla qarşılanacaqdır.

Открыть Рейтинг: 4 Просмотров: 2922 Загрузок: 779
17 Сентября, 2016

O, peyğəmbər deyildi – Həsən ibn Fərhan əl-Maliki

Vəhhabilik və Məhəmməd ibn Əbdülvəhhab bərəsində çoxlu elmi və tənqidi əsərlər yazılmışdır. Ancaq onların hamısının həqiqəti əks etdirdiyini demək çətindir. Kitabın müəllifi Şeyx Həsən Səudiyyə Ərəbistanında anadan olmuşdur. Özünün də qeyd etdiyi kimi, dini təhsilini vəhhabilərin arasında almışdır. Bu mühitdə keçirdiyi uzun illər ərzində fikirlərinin vəhhabi ideologiyasına uyğun olmadığı qənaətinə gəlmişdir. Bunun nəticəsi olaraq da, vəhhabiliyə qarşı tənqidi yazılarını qələmə almışdır. Bu əsnada orta yolu təqib etməyə çalışmış, bacardığı qədər ifrat fikirlərdən uzaq durmuş, İslam birliyinə və bərabərliyinə önəm vermişdir. Əsərin Azərbaycan oxucusu tərəfindən maraqla qarşılanacağına ümid edərək, onun tərcüməsinə qərar verdik. (Tərcüməçidən)

Открыть Рейтинг: 4 Просмотров: 3155 Загрузок: 591
25 Марта, 2016

Qəza və qədər – Əllamə Mürtəza əl-Əskəri

Nə cəbr, nə də təfviz nəzəriyyəsi insanın bu dünyadakı vəziyyətini düzgün şəkildə şərh edir. Belə ki, insan bu dünyada nə məcbur, nə də tam müstəqildir. Əllamə əl-Əskərinin bu kiçik həcmli yazısında qəza və qədər mövzusu Quran və hədislər işığında izah edilmişdir. Mühüm qeyd: saytın yükləmə linki bəzən həddən artıq yüklənmə səbəbindən işləməyə bilər. Ona görə əlavə olaraq 2 ədəd yükləmə keçidi qoyulub. Onlardan da istifadə edə bilərsiniz.

Открыть Рейтинг: 4 Просмотров: 4958 Загрузок: 1500
12 Марта, 2016

İslamda yemək-içmək və heyvan kəsimi – Əli Abdullah

Həqiqi səadətə qovuşmağın yalnız bir yolu vardır. O yolun adı təqvadır. Qurani-Kərimin buyurduğuna əsasən, nicat tapıb səadətə qovuşanlar təqvalı olanlardır. Məsumlardan (ə) nəql olunmuş hədislərdə qeyd olunur ki, haramlardan çəkinən və vaciblərə riayət edənlər təqvalılardır. Ona görə də əgər səadətə qovuşub, nicat tapmaq istəyiriksə, təqva yolunu seçib haram-halallara diqqət yetirməli və bu barədəki göstərişlərə əməl etməliyik. Bu səbəbdən də hər bir şəxsə vacibdir ki, hər gün qarşılaşdığı haram-halal məsələlərini öyrənsin və əməl etsin. Bu məsələlərdən biri də yemək və içməyə aid olan hökmlərdir. Fiqhi kitablarda bəzən bu mövzu ilə yanaşı bəzən isə ayrıca mövzu olaraq verilən “zibahə” (heyvan kəsimi) ilə əlaqəli olan fiqhi hökmləri də bura əlavə etdik. Bunu mövzunun bir-biri ilə əlaqəli olmasını nəzərə alaraq etmək qərarına gəldik. Mühüm qeyd: saytın yükləmə linki bəzən həddən artıq yüklənmə səbəbindən işləməyə bilər. Ona görə əlavə olaraq 2 ədəd yükləmə keçidi qoyulub. Onlardan da istifadə edə bilərsiniz.

Открыть Рейтинг: 4 Просмотров: 3156 Загрузок: 761
8 Сентября, 2015

İmamların (əleyhimussalam) elmi – Şeyx Həsən əl-Əcmi

Şeyx Həsən əl-Əcminin bu dəyərli əsərində Əhli-beyt imamlarının (əleyhimussalam) elmi barədə yanlış anlaşılmalar izah edilmiş, iradlara cavab verilmişdir. Kitabda həm şiə, həm də əhli-sünnə qaynaqlarından çox sayda səhih hədislərdən, böyük alimlərin fikirlərindən sitatlar gətirilmişdir. Bu baxımdan, kitab kiçik həcmli olmasına baxmayaraq, məlumat cəhətdən çox zəngindir. Mühüm qeyd: saytın yükləmə linki bəzən həddən artıq yüklənmə səbəbindən işləməyə bilər. Ona görə əlavə olaraq 2 ədəd yükləmə keçidi qoyulub. Onlardan da istifadə edə bilərsiniz.

Открыть Рейтинг: 4 Просмотров: 5063 Загрузок: 1975
27 Мая, 2015

“Biz Peyğəmbərlər irs qoymuruq” hədisi barədə risalə – Şeyx Müfid

İslam dünyasının görkəmli alimlərindən olan Şeyx Müfidin bu qısahəcmli risaləsində mövzu ilə əlaqədar dolğun cavablar yer almışdır. Bununla belə, kitabın mühəqqiqi Malik əl-Mahmudi və tərcüməçisi İdris Hüseynzadə lazımi yerlərdə mühüm qeydlər etməklə kitabın daha da zənginləşməsində pay sahibi olmuşlar. Mühüm qeyd: saytın yükləmə linki bəzən həddən artıq yüklənmə səbəbindən işləməyə bilir. Ona görə əlavə olaraq 2 ədəd yükləmə keçidi qoyulub. Onlardan da istifadə edə bilərsiniz.

Открыть Рейтинг: 4 Просмотров: 3943 Загрузок: 1762
11 Сентября, 2014

Sələfilik və cahiliyyət dövrünə qayıdış

İslam mütəfəkkirlərindən bir çoxu ifratçı vəhhabilərin (sələfilərin) etiqadi, əxlaqi və əməli baxımdan hərəkətlərini bir cəhətdən ərəblərin cahiliyyət dövrünə qayıdış kimi qiymətləndirirlər. Çünki bu ifratçılar o dövrün bir çox xüsusiyyətlərinə malikdirlər. Bu barədə olan alimlərin gətirdikləri dəlilləri oxucuların nəzərinə çatdırır və bu barədə insaflı mühakiməni əziz oxucuların öz öhdəsinə buraxırıq. DİQQƏT! ƏSAS YÜKLƏMƏ KEÇİDİ İŞLƏMƏSƏ, 2 ƏLAVƏ YÜKLƏMƏ KEÇİDİNDƏN İSTİFADƏ EDƏ BİLƏRSİNİZ.

Открыть Рейтинг: 5 Просмотров: 4305 Загрузок: 2832
27 Августа, 2014

İmam Hüseynə (ə) əza saxlamaq bidətdirmi?

Tarix boyu daim sələfilər (yəni, vəhhabilər) tərəfindən İmam Hüseynin (ə) qiyamının və o Həzrətə (ə) əza saxlamağın əleyhinə şübhələr ortaya atılmışdır. Onlardan biri də azadlıqsevərlərin sərvəri olan İmam Hüseynə (ə) əza saxlamağın bidət hesab olunmasıdır.

Открыть Рейтинг: 4 Просмотров: 6050 Загрузок: 2087
20 Апреля, 2014

«Kəşfül-Həqayiq» Bakuvi, Quran Təfsiri (3 cild)

Quran elmləri arasında təfsir, ən geniş sahədir. İlahi kəlamın izah və açıqlanması Həzrət Peyğəmbərdən (s.ə.a) başlayaraq bu günə qədər davam etmişdir. Bu məqsədlə Quran tarixinə külli miqdarda ədəbiyyat daxil olmuşdur. Təbii olaraq, yazılan bu təfsirlərin əksəriyyəti ərəb dilində, bir qismi isə osmanlıca və fars dilində yazılmışdı.

Открыть Рейтинг: 4 Просмотров: 7250 Загрузок: 3398
30 Марта, 2014

Şübhələrə cavablar – Seyyid Rza Hüseyninəsəb

Həcc mövsümündə bir tərəfdən İran İslam İnqilabı ilə tanışlığı olan, digər tərəfdən isə beynləri düşmənlərin zəhərli əks təbliğatları nəticəsində xarab olan bə`zi ziyarətçilər iranlı hacılarla görüşdükləri zaman müəyyən suallar irəli çəkərək cavablarını almışlar. Bu ehtiyacları tə`min etmək üçün əksər hallarda dini və mədəni yönə malik olan sualların böyük qismini hörmətli mühəqqiq Seyyid Rza Hüseyninəsəb bir yerə yığmış və mənim nəzarətim altında tənzim edərək çapa hazırlamışdır. Cavab məqamında ixtisara riayət olunsun deyə zəruri miqdarla kifayətlənmiş və əlavə izahatlar digər məqamlara həvalə edilmişdir.

Открыть Рейтинг: 4 Просмотров: 3428 Загрузок: 1111
30 Марта, 2014

Vəhabi firqəsi – Seyyid Məhəmməd Həsən Qəzvini

Mə’lum olduğu kimi, Mühəmməd ibn Əbdülvəhhab hicrətin 12-ci yüzilliyində Nəcdin uzaq səhrasında, çöllüklərdə yaşayan sərt camaat arasında və müsəlmanlıq adət-ən’ənəsindən uzaq bir mühitdə dünyaya gəlmişdir. O da İbn Teymiyyə kimi Hənbəli məzhəbinin ardıcılı və “Həşv” əhli idi. İbn Teymiyyənin və onun şagirdləri İbn Təyyim Cövziyyənin, İbn Əbdülhadinin əqidə tə’limlərini öyrənmiş, bu yolda onları da ötüb keçmişdi. Belə ki, hətta bütün müsəlmanları kafir adlandırmış, müsəlman şəhər və ölkələri, o zaman vəhabilərin əlində olmayan Məkkə və Mədinəni “Darul-hərb” və “Darul-küfr” e’lan etmişdi. O, müqəddəs şəhərlərin işğalını və bütün islami dəyərlərin dağıdılmasını öz ardıcıllarına vacib sayırdı.

Открыть Рейтинг: 5 Просмотров: 3725 Загрузок: 699
30 Марта, 2014

Quran təhrif olunmayıb – Şeyx Muhəmməd Cavad Lənkərani

Biz bu yazımızda təhriflə bağlı bütün məsələləri təfərrüatı ilə, geniş şəkildə araşdırmaq əzmində deyilik. Çünki bu tədqiq yalnız cildlərlə kitaba sığa bilər. Burada qarşıya qoyduğumuz məqsəd, təhrif məsələsini aydınlaşdırmaq üçün bir neçə mühüm məqamı qısa şəkildə araşdırmaqdır.

Sərbəst İşlər

Azərbaycan ədəbi dilinin funksional üslublarına aşağıdakı üslublar daxildir; bədii üslub, publisistik üslub, məişət üslubu, rəsmi — işgüzar üslub. Bu üslubların hər birinin özünəməxsus xüsusiyyətləri vardır. Tarixi inkişaf prosesində müəyyənləşmiş həmin xüsusiyyətlər bir üslubu başqa üslubdan fərqləndirir. Məsələn, bədii üslub obrazlılığı, bədii ifadə vasitələrinin bolluğu ilə seçildiyi kimi, elmi üslubun da əsas səciyyəvi xüsusiyyəti terminlərdən istifadəyə üstünlük verilməsidir. Bu üslublar bir — birindən nə qədər fərqlənsə də, onların hamısı ədəbi dilin üslublarıdır. Buna görə də bu üslubların hər biri ədəbi dilimizin fonetik, leksik və qrammatik nornıalarına tabe olur. Rəsmi-işgüzar üslub rəsmi işgüzar sənədlərin dilidir. Üslubda fikir müəyyən qəlibə düşmüş (standart) formalarda və olduqca yığcam şəkildə verilir. Üslubun əsas səciyyəvi xüsusiyyəti də elə budur. Rəsmi – işgüzar üslub hamı üçün eynidir, yəni standartdır. Burada obrazlı ifadələrə, fərdi nitq xüsusiyyətlərinə rast gəlinmir. Milli rəsmi-işgüzar üslub başqa funksional üslublara nisbətən gec formalaşmışdır. Bu üslubun lüğət tərkibi yığcam, sintaksisi məhduddur. Rəsmi-işgüzar üslubda bir sıra arxaik sözlər və köhnəlmiş sintaktik qəliblər uzun müddət qorunub saxlanılır. Rəsmi-işgüzar üslub 2 yerə ayrılır: a) rəsmi sənədlərin dili, b) işgüzar sənədlərin dili. Dövlət, hökumət təşkilatlarının tərtib etdiyi və rəsmi qaydada təsdiq olunan sənədlər (məsələn, Prezident fərmanları, hökumət sərəncamları, nazirlərin əmrləri, Konstitusiya və s.) rəsmi sənədlər sayılır. Rəsmi sənədlərin əsas xüsusiyyətləri bunlardır:

– dilin maksimum mükəmməlliyi; – fikrin tam aydınlığı; – fikrin (sözlərin) birmənalılığı; – fikrin hüquqi cəhətdən əsaslılığı (əsaslandırılması) – dil yığcamlığı Rəsmi sənədin əsas şərti (həcmindən asılı olmayaraq) dil yığcamlığıdır. Rəsmi sənədlər millətin dövlətçilik mədəniyyətini əks etdirir.
Buna görə də həmin sənədlərin mükəmməl tərtibinə xüsusi diqqət yetirilir. İşgüzar sənədlər isə ayrı-ayrı vətəndaşlara aid olur. Ərizə, tərcümeyi-hal, akt, xasiyyətnamə, elan, reklam və s.
işgüzar sənədlərdir. İşgüzar sənədlər hamı üçün eyni olan standart formalarda hazırlanır. Belə
sənədlər xüsusi dövlət əhəmiyyəti daşımır. Rəsmi-işgüzar üslubun şifahi forması olmur.

İşgüzar üslub başqa üslublardan birinci növbədə leksik xüsusiyyətləri ilə fərqlənir. Burada konkret sahələrə aid sözlər, terminlər işlədilir. İşgüzar üslubun leksik xüsusiyyətlərindən
danışarkən onu da qeyd etməliyik ki, bütövlükdə bu üslubda, eləcə də onun yarımüslublarında – sahələrində dilimizdə mövcud olan bəzi standartlar, ştamp şəkli almış ifadə və 3 formalar tez-tez işlədilir. Məsələn, qərar vermək, təqdim etmək, tələb etmək, imza etmək, təmin etmək, qəbul etmək, məruzə etmək, lehinə (əleyhinə) səs vermək, tədbir görmək, müzakirə etmək, irəli sürmək, həyata keçirmək, yerinə yetirmək, cəlb etmək, istifadə etmək, təltif etmək,təsis etmək,nəzərdə tutmaq, məsuliyyət daşımaq, qüvvəyə minmək, qüvvədən düşmək, qadağan etmək, nəzərinə çatdırmaq, xəbərdarlıq etmək və s. Bu qrup hazır ifadələrin işgüzar üslubda işlənilməsi sənədlərin dilinin aydın olmasını, asan başa düşülməsini bir növ təmin edir. Yeri gəlmişkən onu da qeyd edək ki, işgüzar üslubda müəyyən sabit söz birləşmələrindən (məsələn, tədbir görmək, qüvvəyə minmək, qüvvədən düşmək, məsuliyyət daşımaq və s.) savayı, frazeoloji birləşmələrdən, məcazlardan, bədii ifadə vasitələrindən, bədii müqayisələrdən, epitetlərdən, təkrarlardan, bir qayda olaraq, istifadə olunmur. Bu da onu bədii üslubdan fərqləndirən əsas amillərdən biridir.

İşgüzar üslubun qrammatik xüsusiyyətləri. İşgüzar üsluba aid mövcud yazılarda indiyə qədər, adətən, onun leksik və sintaktik xüsusiyyətlərindən bəhs olunmuşdur. Müşahidələr göstərir ki, ədəbi dilin başqa üslubları kimi, işgüzar üslubda da bəzi morfoloji xüsusiyyətlər bu üslubun
səciyyələnməsində və formalaşmasında az əhəmiyyət kəsb etmir. Morfoloji xüsusiyyətlər.
İşgüzar üslubda isimlərin və fellərin işlənilməsinin bəzi cəhətləri diqqəti cəlb edir. İdarə adları bildirən sadə və mürəkkəb isimlər, vəzifə adları bildirən ümumi isimlər, bu vəzifə (direktor, müəllim, rektor, hakim, professor, nazir, müşavir) və şəxs adlarının, soyadların tez-tez
işlənilməsinin vacibliyi işgüzar üslubun morfoloji əlamətlərindən biridir. İşgüzar üslubda şəxs adlarını göstərmək üçün mötərizələrdən istifadə olunur. Doğrudur, üslubi məqsəd və əlavə
izahlar üçün başqa üslublarda da mötərizə işlədilir. Lakin burada başqa üslublardan fərqli olaraq, konkret şəkildə məsul şəxslərin adı, soyadı, idarə və təşkilat adları göstərilir. İşgüzar üslubun qanunvericilik yarımüslubunda konkret isimlərin (əsasən cəm halında) işlənilməsi xüsusi məqsəd daşıyır.

Bununla belə, qanunvericilik aktlarının xarakterindən asılı olaraq, cəza , cinayət, icra, şikayət haqqında kodekslərdə «rəhbərlik», «plan», «yoxlama», «qərar», «üsul», «istehsalat»,
«müvəffəqiyyət» və s. mücərrəd isimlər də işlədilir. Bu qrup isimlərə mətnlərin giriş hissəsində və təsvir məqamlarında daha geniş yer verilir. Dəftərxana sənədlərində, bir sıra müqavilələrdə tək və cəm halda olan 4 konkret isimlərin işlənilməsi vacibdir. Vətəndaşlıq aktlarında, ayrı-ayrı sahə kodeks və əsasnamələrində mücərrəd isimlər tez-tez müşahidə edilir. Belə isimlərin bir qrupunu feli isimlər təşkil edir. İşgüzar üslubda -lar, -lər şəkilçisi ümumiləşdirmə məqsədilə və termin yaradıcılığı məqamlarında işlədilir. Bu ən çox diplomatik sənədlərin dilində, müqavilələrdə müşahidə edilir. «Tərəflər ümumi bir rəyə gələ bilmədilər» cümləsindən göründüyü kimi, hər hansı iki dövlət və yaxud iki dövlət nümayəndəsi nəzərdə tutulur. -lar, -lər şəkilçisi sifət-isim birləşmələrində işlənərək söz birləşməsi tərkibində ismin konkretləşməsinə xidmət edir: mülki münasibətlər, hüquqi münasibətlər, mülki hüquqlar, mülki işlər, əşyavi dəlillər, prosessual müddəalar və s. İşgüzar üslubun diplomatik yarımüslubunda düzəltmə isimlərin və eləcə də eyni sözün təkrarı ilə yaranan mürəkkəb isimlərin işlənilməsinə çox az təsadüf olunur. Müşahidələrdən də aydın olur ki, isimlərin işlənilməsində termin – söz birləşmələri, ismi-dominantlar da işgüzar üslubun səciyyələndirilməsində müəyyən rol oynayır və bunlar yarımüslubların əhatə etdiyi müxtəlif sənədlərin dilinə xasdır. Məsələn, diplomatik sənədlərin dilində işlənən nota, ultimatum, attaşe, iqamətgah, saziş, müqavilə, fəxri qaravul, cənab, zati-aliləri, ATƏM-in nümayəndələri, BMT nümayəndəsi və s. İşgüzar üslubun bəzi
janrlarında (qərarlarda, qanunlarda, fərmanlarda) ad və soyadlar bütöv yazılır (diplomatik sənədlərdə adlar bəzən ixtisar edilir) və vəzifələr hər bir adın qarşısında mütləq göstərilir. Məsələn, Azərbaycan Respublikası Milli Məclisinin sədri… Azərbaycan Respublikası Təhsil naziri və.s

Comments are closed, but trackbacks and pingbacks are open.