Press "Enter" to skip to content

Azərbaycanda I və II qrup əlillərə edilən güzəştlər

Həmçinin, Azərbaycanda insanlarda əlillik törədə bilən diskriminasiya faktları da qeydə alınmışdır. Belə ki, Daxili İşlər Nazirliyinin 2 nəfər yüksək vəzifəli əməkdaşı (Adil İsmayılov, Nizami Qocayev) vəzifələrindən sui-istifadə edərək istintaqa cəlb olunanlarla qeyri-insani hərəkətlərinə görə həbs olunmuşlar. Hətta Bakıda yerləşən internat məktəblərinin birində tərbiyəçi-müəllim də bu cür əmələ görə cinayət məsuliyyətinə alınıb.

Təhlükəsiz şifrəni necə yaratmaq olar?

Yuxarıdakı tövsiyələr başlamağınız üçün yardımçı ola bilər, lakin ən güclü şifrə yaratmağı təmin etməyəcəkdir.
Siz əgər ultra güclü şifrə istəyirsinizsə, klavyaturada müxtəlif simvol və rəqəmləri yığın. Əlbəttə ki, bu sizə hərf və rəqəmlərin ağılasığmaz kombinasiyasını verəcək. Əgər rf5dfg85vecvF bu tipli kombinasiya alırsınızsa bu yaxşı nəticə ola bilər.
Əla nəticədir. Ancaq bunu xatırlamaq mümükünsüzdür!
Güclü şifrə yaratmaq istəyirsinizsə həqiqətən yadda saxlaya biləcəyiniz kombinasiya yaradın.

Bunun üçün aşağıdakı metodlardan birini sınaqdan keçirə bilərsiniz:

1. Bruce Schneierin metodunu istifadə edin

2008-ci ildə təhlükəsizlik mütəxəssisi Bruce Schneier bir parol üsulunu ortaya çıxardı.

Onun məsləhətləri sadədir, amma işləyir. Onun üsulu belədir: bir cümlə fikirləşir və onu şifrəyə çevirirsiniz. Hər sözü siz xatırlayadacaq bir sıra simvol və hərflər təyin edirsiniz. Nəticədə belə görünür.

I love peanut butter = 13PnUt.Btt3r.PtZL!

Təsadüfi və qəribə simvol yığımı nə qədər çox olsa o qədər yaxşıdır. Təsadüfi hərfləri və nömrələri xatırlamaq yerinə, şifrəni cümlə şəklində xatırlamaq daha rahatdır.

2. Sözlərin təsadüfi sırasını seçin

Növbəti üsul həqiqətən təsadüfi sözlər sırasının yaradılmasıdır. Bu üsul passphrase adlanır. Ümumi təsadüfilik və sözlərin müxtəlif uzunluğu sizin parolu güclü edə bilər.

Əgər siz həqiqətən də təsadüfi söz sırası yaratmaq istəyirsinizsə Diceware aləti ilə tanış olun.

Şifrələrin yadda saxlanılması və təhlükəsizliyi

Şifrə yaratmağın vacib aspektlərindən biri onun təkrar istifadə olunmamasıdır. Siz bir neçə platormada eyni şifrə istifadə edirsinizsə bütün platformaları təhlükədə qoyursunuz.
Əgər şifrənin yaddaşda saxlanılması həqiqətən də çətindirsə onun saxlayacağınız təhlükəsiz doc yaradın. Ən yaxşı üsul kimi şifrələrin idarə edilməsi üzrə pulsuz proqram təminatı LastPass istifadə edə bilərsiniz.
İnanırıq ki, bu məsləhətlər sizə etibarlı şifrənizin yaradılmasında yardımçı olacaqdır.

Azərbaycanda I və II qrup əlillərə edilən güzəştlər

1. Əlillər dövlət hesabına mənzillə təmin edilirlər. I qrup əlillərə mənzillər növbədənkənar verilir. Fərdi bərpa proqramına uyğun olaraq əlillər binanın növünü, mərtəbəsini, abadlıq vəziyyətini və yaşayış üçün vacib olan digər şərtləri nəzərə almaqla yaşayış sahəsini seçmək hüququna malikdirlər.

2. Mənzil bölgüsü zamanı yerli hakimiyyət orqanları, müəssisələri, idarə və təşkilatlar əlillərin iş yerlərinin, qohumlarının yaşayış yerlərinin, bərpa müəssisələrinin yaxınlığında mənzillər ayrılmasına olan tələbatı nəzərə alırlar.

3. Tibbi göstərişlərə və arzularına uyğun olaraq əlillərə yaşayış evlərinin aşağı mərtəbələrində mənzil verilir (və ya dəyişdirilir).

4. I qrup əlillər ailədə adambaşına 9 kvm və daha az yaşayış sahəsi ilə təmin edilmiş olduqda, mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan şəxslər sayılırlar.

5. Müharibə əlilləri və onlara bərabər tutulan şəxslər ev kirayəsi, kommunal xidmətləri haqqını ödəməkdən azaddırlar.

6. Müharibə əlilləri və onlara bərabər tutulan şəxslər respublika daxilində şəhərlərarası bütün nəqliyyat növlərindən (taksidən başqa) ildə bir dəfə pulsuz, bundan sonra il ərzində 50 faiz güzəştlə istifadə edirlər. Müharibə əlilləri və onlara bərabər tutulanlar şəhər sərnişin nəqliyyatından pulsuz istifadə edirlər.

7. I qrup əlillər, Çernobıl əlilləri, əlil uşaqlar, 20 Yanvar, Qarabağ, hərbi xidmət, milli münaqişə zamanı əlil olan şəxslər dərman preparatları ilə pulsuz təmin edilirlər.

8. Bütün kateqoriyadan olan I qrup əlillər üçün diş protezləri (qiymətli materiallardan hazırlanmış protezlərdən başqa) pulsuz hazırlanır və pulsuz təmir olunurlar.

9. 20 Yanvar faciəsi zamanı, Azərbaycan Respublikasının müdafiəsi zamanı əlil olan şəxslər, müharibə əlilləri, 16 yaşınadək əlil uşaqlar, əlil tələbələr, ümumi səbəbdən və uşaqlıqdan əlil olub işləməyənlər, büdcədən maliyyələşən təşkilatlarda işləyən əlillər protezortopediya məmulatı, əlil kreslo və veloarabaları, bərpa vasitələri ilə pulsuz təmin olunurlar.

10. Əlillər eşitmə və tiflotexniki vasitələrlə pulsuz təmin edilirlər.

11. 20 Yanvar faciəsi zamanı, Azərbaycan Respublikasının müdafıəsi zamanı əlil olan hərbçilər və mülki şəxslər, müharibə əlilləri və onlara bərabər tutulanlar, Çernobıl əlilləri və digər kateqoriyadan olan I qrup əlillərin növbədənkənar telefon çəkdirmək hüququ vardır.

12. 20 Yanvar faciəsi zamanı, Azərbaycan Respublikasının müdafiəsi zamanı əlil olan hərbçi və mülki şəxslərə, müharibə əlilləri və onlara bərabər tutulanlara, Çernobıl əlillərinə və I qrup işləməyən əlillərə 50 faiz güzəştlə telefon çəkilir və göstərilən bütün əlillər telefon haqqını 50 faiz ödəyirlər.

13. I qrup əlillər radio xidmətindən pulsuz istifadə edirlər.

14. I qrup gözdən şikəst əlillər 4 kq-a qədər bağlamaları (banderolları) respublika daxilində və xaricə pulsuz göndərirlər.

15. Əlillərin ictimai təşkilatlarının qəzet və jurnalları pulsuz yayılır.

16. Yerli hakimiyyət orqanları dayaq-hərəkət sistemi pozulmuş və digər I qrup əlillərə öz yaşayış yerlərinin yaxınlığında qaraj tikintisi üçün torpaq sahələri ayrılmasını təmin edirlər.

17. I qrup əlillər üçün həftədə 36 saatdan çox olmayan qısaldılmış iş vaxtı müəyyən edilir.

18. Əmək vəzifələrini yerinə yetirərkən xəsarət alıb şikəst olmuş və bu səbəbdən əmək qabiliyyətini itirmiş I qıup əlillərin işləmədiyi müddət onların ümumi və fasiləsiz iş stajına daxildir.

19. Qəbul imtahanlarını müsbət verən əlillər ali və orta ixtisas təhsili müəssisələrinə müsabiqədənkənar qəbul edilmək hüququna malikdirlər.

20. Təhsil dövründə pensiyalar və təqaüdlər tam məbləğlə ödənilir. I qrup əlil tələbələrə aldıqları təqaüdün 50 faiz məbləğində əlavə ödənc verilir.

21. Siyahısı Nazirlər Kabineti tərəfındən müəyyən olunanlardan başqa, digər müəssisə və təşkilatlar mövcud olan hər 25 iş yerindən birini əlillər üçün nəzərdə tutmalıdırlar.

Onu da qeyd etmək lazımdır ki, I qrup əlillərə verilən güzəştlərdən 1, 8, 10, 13, 14, 15, 19, 20 və 21-ci maddələr yalnız kağız üzərində mövcuddur. Səbəbi odur ki, birincisi, əlillər öz hüquqlarını yaxşı bilmirlər, ikincisi, cavabdeh olan dövlət təşkilatları üçün yuxarıda sadalanan güzəştləri yerinə yetirməməyə görə cəza növü nəzərdə tutulmayıb.

1. II qrup əlillərə dərman preparatları 50 faiz güzəştlə satılır.

2. Onların növbəsiz telefon çəkdirmək hüququ vardır və telefon haqqının 50 faizini ödəyirlər.

3. II qrup gözdən şikəst olan əlillər 4 kq-a qədər bağlamaları (banderolları) respublika daxilində və xaricə pulsuz göndərirlər.

4. İşə qəbul zamanı II qrup əlillərə sınaq müddəti müəyyən edilmir.

5. Əmək vəzifələrini yerinə yetirərkən xəsarət alıb şikəst olmuş və bu səbəbdən əmək qabiliyyətini itirmiş II qrup əlillərin işləmədiyi müddət onların ümumi və fasiləsiz iş stajına daxil edilir.

6. Qəbul imtahanlarını müsbət verən əlillər ali və orta-ixtisas məktəblərinə müsabiqədən kənar qəbul edilmək hüququna malikdirlər. Təhsil dövründə pensiyalar və təqaüdlər tam məbləğdə ödənilir. II qrup tələbə əlillərə təqaüdün 50 faizi məbləğində əlavə ödənc verilir.

Azərbaycanın rəsmi orqanları əqli cəhətdən zəif inkişaf etmiş şəxslər haqqında bütün məlumatları məxfi saxlayır. 1993-cü ilin göstəricilərinə görə hər il Sumqayıtda 6500 uşaq anadan olmuş, onların da ən azı 50 faizi travma ilə doğulmuşdur. Təkcə Sumqayıt şəhərində 10 000 uşaq şikəstdir.

Sumqayıt şəhərində insan üçün zəhərli olan üzvi birləşmələrin istehsal səbəbindən bir çox uşaqlar, həm də böyüklər əlil olmuşlar. Ona görə də 90-cı illərin əvvəllərində Sumqayıt “Ölü şəhər” elan olunmuşdu.

1970-ci ildən tətbiqi qadağan olunan DDT zəhərli maddəsinin pambıq tarlalarına səpilməsi gizli olaraq 1988-ci ilə kimi davam etdirilmişdir. Nəticədə, pambıq becərilən bölgələrdə minlərlə adam əsəb, epilepsiya və poliomielit xəstəliklərinə düçar olmuşdur.

Həmçinin, Azərbaycanda insanlarda əlillik törədə bilən diskriminasiya faktları da qeydə alınmışdır. Belə ki, Daxili İşlər Nazirliyinin 2 nəfər yüksək vəzifəli əməkdaşı (Adil İsmayılov, Nizami Qocayev) vəzifələrindən sui-istifadə edərək istintaqa cəlb olunanlarla qeyri-insani hərəkətlərinə görə həbs olunmuşlar. Hətta Bakıda yerləşən internat məktəblərinin birində tərbiyəçi-müəllim də bu cür əmələ görə cinayət məsuliyyətinə alınıb.

Əlillərin Azərbaycanda bir çox ictimai təşkilatları mövcuddur

Məsələn, Qarabağ Əlillər Cəmiyyəti; Əfqanlar Cəmiyyəti; Müharibə veteranları cəmiyyəti; Şəhid Ailələri Cəmiyyəti; 20 Yanvar Cəmiyyəti, 20 Yanvar Fondu; Respublika Veteranlar Şurası; Karlar Cəmiyyəti, Korlar Cəmiyyəti və s.

Bu müəllifin fikrincə, təşkilatlar bir-biri ilə fəaliyyətlərini tənzimləmirlər və onların koordinasiya şurası yoxdur. Sadalanan cəmiyyətlərin heç biri başqa dövətlərin müvafıq təşkılatları ilə, eləcə də, müxtəlif beynəlxalq qurumlarla əlaqə saxlanır. Onların fəaliyyəti üçün hökumət əlverişli şərait yaratmayıb. Əlil təşkilatları siyasi proseslərə fəal müdaxilə etmirlər, çünki mövcud iqtisadi durum və onların həyat şəraiti buna imkan vermir. Bütün göstərilənlər əlillərin Azərbaycanda hüquqlarının qorunmasında qeyri-sağlam mühitin olduğunu göstərən amillərdir.

Bütün dünyada əlillik törədən səbəblərdən başqa, Azərbaycanda gözlənilməyən, başqa sözlə, “özünəməxsus” əlillər kateqoriyasının olduğu da vurğulanmalıdır. Əlilliyin əmələ gəlməsi səbəblərinə Azərbaycandakı ictimai, sosial, iqtisadi və siyasi durumun çox ağır olması da öz təsirini göstərir. BMT-nin İnsan İnkişafı haqqında 1999-cu il üçün hesabatında bildirilir ki, insan problemlərinin həllində Azərbaycanın səhiyyə sektoru gücsüzdür.

Son illərin ən mühüm hadisəsi 24 may 1990-cı ildə İqtisadi və Sosial Şura tərəfindən qəbul edilmiş 1990/26 saylı qətnamədir. Bu qətnaməyə əsasən, Sosial İnkişaf Komissiyasına tapşırılmışdır ki, əlilliyi olan uşaqların, gənclərin və yaşlıların imkan bərabərliyini təmin etmək və hüquqi normalar hazırlamaq üçün hökumətlərə xüsusi ekspert qrupları təşkil etməyi tövsiyə etsin. Əslində, bu sənəd əlillərin problemləri haqqında ilk beynəlxalq akt sayılır. Bu sənəd əlillərin imkan bərabərliyi və hüquqları ilə bağlı geniş əhatəli məsələləri özündə ehtiva edir.

Sadalanan beynəlxalq sənədlərdən üç əsas nəticə çıxarmaq mümkündür. Bunlar aşağıdakılardır:

1. Hüquqlarının bərabərliyi prinsipi. Bu, insan haqlarının əsas tərkib hissəsi olub bütün sənədlərdə öz əksini tapmışdır və digər şəxslərə verilən bütün hüquqların əlillərə də şamil edilməsini nəzərdə tutur.

2. Əlillər xüsusi hüquqlara malikdirlər. Bununla bağlı ikinci bölmədə daha geniş izahat verilmişdir.

3. Xüsusi hüquqlar heç bir məcmuda toplu halında yazılmayıb və səpələnmiş halda müxtəlif hüquqi sənədlərdə öz əksini tapıb, yaxud bilavasitə, məhkəmələr tərəfindən müəyyənləşdirilir. Xüsusi adlandırılan hüquqlar cəmiyyətin və dövlətin əlillərin minimal səviyyədə öz işlərinə kömək üçün hüquqlardan istifadəsinə və maddi-sosial vəziyyətlərinin yaxşılaşmasına göstərdiyi köməkdir.

fəlsəfə üzrə fəlsəfə doktoru

Comments are closed, but trackbacks and pingbacks are open.