Torpaqşünaslıq
– sədr
Azərbaycan Milli Elmlər Akademiyası
• Respublika torpaqları üçün avtomatlaşdırılmış informasiya sisteminin yaradılması, aqroekoloji sistemin əsas göstəricilərinin müqayisəli təhlili və Azərbaycan torpaqlarının elektron xəritələrinin tərtibi;
• Respublika torpaqlarının meliorativ səciyyəsi, duzluluq dərəcəsi və kənd təsərrüfatı bitkilərinin məhsuldarlığı arasında əlaqənin tədqiqi.
• Torpaq proseslərinin idarə olunmasının elmi əsasları;
• Torpaqların eroziyadan mühafizəsi, pozulmuş torpaqların münbitliyinin bərpası və torpaqların səmərəli istifadəsinin elmi əsasları;
• Suvarmada suya qənayət edən texniki sistemlərin yaradılması, istehsalatda tətbiqi, elmi-tədqiqat, təcrübi konstruktor, layihə- axtarış, texnoloji sınaq işlərinin həyata keçirilməsi;
• Eroziyanın və onun inkişaf etmə intensivliyinin öyrənilməsi əsasında hər bir torpaq-bitki sistemi üçün elmi cəhətdən əsaslandırılmış torpaqdan istifadə təlimatlarının işlənməsi;
Relyefin plastikası və kompüter texnologiyası əsasında Abşeronda müəyyənləşdirilmiş 7 tip üzrə torpaq örtüyü strukturlarının ekoloji qiymətləndirmə xəritəsi (Miqyas 1:100000) hazırlanmışdır (akad. Q.Ş.Məmmədov, V.H.Həsənov).
Lənkəran torpaqlarında aparılmış çoxillik fundamental tədqiqatlar nəticəsində torpaqların ekoloji qiymətləndiril-məsinin yeni konsepsiyası irəli sürülmüş, torpaqların aqroekoloji əsasda bonitirovkasının aparılmasının yeni yanaşma üsulları əsaslandırılmış, münbitlik göstəriciləri üzərində ekoloji monitorinqin təşkili proqramı işlənilmişdir. Respublikada ilk dəfə olaraq “Azərbaycanın Torpaq Atlası” hazırlanıb çap olunmuşdur. (akad.Q.Ş.Məmmədov və baş.)
Azərbaycanda torpaq ehtiyatlarından səmərəli istifadənin sosial iqtisadi və ekoloji əsasları işlənilmişdir. Torpaq-kadastr rayonları üzrə torpaqların bonitirovkasının metodiki əsasları və torpaqların ekoloji münbitlik modeli parametrlərinin təkmilləşdirilməsi və dəqiqləşdirilməsi aparılmışdır.
“Azərbaycan Respublikasının Ekoloji Atlası” üç dildə, Azərbaycan, rus, ingilis dillərində nəşr edilmişdir. Xüsusi tematik məzmununun 11 bölmədən ibarət olmaqla Atlasda 1:500000 miqyasında 110-dan artıq xəritə verilmişdir (akad. Q.Ş.Məmmədov, M.Y.Xəlilov, S.Z.Məmmədova, 2009) Azərbaycanın aqroekoloji problemlərinin elmi-nəzəri və metodoloji aspektləri araşdırılmışdır.
Ekoloji – energetik qiymətləndirmə əsasında qış otlaq torpaqlarının yaxşılaşdırılması və müqayisəli qiymətləndiril-məsi aparılmışdır. Energetik və mikroelement göstəriciləri ekoloji şkalalar üzrə nəzərə alınaraq yarımsəhra landşaft kom-plekslərinin bonitet balı müəyyənləşdiril¬mişdir (akad. Q.Ş.Məmmədov, S.Z.Məmmədova, A.B.Cəfərov, A.F.Həsənova).
Torpaq münbitliyinin yüksəldilməsi, bitkilərin qida mad- dələri balansının və rejiminin idarə olunmasının ekoloji əsasları, regional gübrələmə sisteminin və torpaqların ağır metallarla çirklənmə səviyyəsi müəyyənləşdirilmişdir.
Qış otlaq torpaqlarınını və landşaft komplekslərinin bitki heyvan tələbatı nəzərə alınaraq differensial səviyyədə ekoloji-energetik qiymətləndirilməsi müəyyən edilmişdir.
Azərbaycan çay vadilərinin allüvial-hidromorf torpaqlarının morfogenetik diaqnostikası,təsnifatı müəyyən edilmiş və xəritələşdirilmişdir.
Respublikada üzvi tullantıların vermikompostlaşdırılması ( Eisenia Foetida soxulcanları vasitəsi ilə işlənməsi) nəticəsində yeni üzvi-mineral gübrə alınmış və onun müxtəlif aqrosenizlarda ( tərəvəz,taxıl,yem bitkiləri altında ) mineral gübrələr fonunda səmərəli norma və verilmə üsulları işlənib hazırlanmışdır.
Torpaqların ekoloji monitorinqi əsasında münbitlik parametrlərinin optimallaşdırılması ,snozların təbii vəziyyətinin saxlanılması və məhsuldarlığının artırılması yolları işlənilmişdir.
İlk dəfə olaraq Azərbaycanın “Torpaq üzvi karbon xəritəsi” hazırlanmış və müvafiq dünya xəritəsinə inteqrasiya edilmişdir.
– sədr
– sədr müavini
– katib
– üzvləri
Quliyev Əlövsət Gülüş oğlu
Rüstəmov Yasin İsmayıl oğlu
Hüseynova Sultan Məhərrəm qızı
Axundova Əminə Bağır qızı
Babayev Məhərrəm Pirverdi oğlu
Cəfərov Əli Musa oğlu
Əliyev Zakir Hüseyn oğlu
İsmayılov Amin İsmayıl oğlu
Məmmədov Məmməd İsa oğlu
Həsənov Vilayət Həsən oğlu
Mehdiyev Hüseyn Cəlal oğlu
Xəlilov Fərrux Cəlal oğlu
Məmmədova Sara Zilfi qızı
Məmmədova Mirvari Nurəddin qızı
Mustafayev Mustafa Qılman oğlu
Məmmədov Zaman Rəşid oğlu
Nadirov Nadir Hüseynbala oğlu
Sadıqov Fərhad Ələkbər oğlu
Səmədov Pirverdi Əhməd oğlu
Süleymanov Niyazi Ramiz oğlu
Talıbova Sevda Talıb qızı
– sədr
– sədr müavini
– katib
Yelmarlı Tərlan İlham oğlu
Şərifova Nərmin Rəcəb qızı
Tağıyeva Səbinə İlham qızı
Həsənova Türkan Allahverdi qızı
Əhmədova Aynurə Fazil qızı
Məmmədova Günay İsrafil qızı
İsaqova Vüsalə Qüdrət qızı
Süleymanova Aynur Vaqif qızı
Rəhimova Şəbnəm Ehtiram qızı
Qiyasova Xəyalə Mirzəşah qızı
Məmmədova Roza Nazim qızı
Məmmədov Mürsəl Rəhim oğlu
Hacıyeva Günel Əli qızı
Vəliyeva Aygül Tahir qızı
Məhərrəmova İncə Pənah qızı
Xanlarova Türkan Həqiqət qızı
Nəsirova Zərnigar Ədalət qızı
Məmmədova Şəlalə Abuzər qızı
Feyzullayeva Zərifə fərhad qızı
Həsənova Günay Fikrət qızı
Orucova Afət Lətif qızı
Quliyeva Aydan Həqiqət qızı
Cahangirova Günay Ramazan qızı
Axundzadə Həbib İlham oğlu
Mirzəli – Ağatagı Günel Rahib qızı
Məmmədova Günel Elman qızı
Xudai Aysel Allahverdi qızı
Əliyeva Zəhra Turab qızı
Adıgözəlli Cəmilə İlqar qızı
Həsənova –Babazadə Rəna Ələkbər qızı
Səlimbəyli Aydan Yusif qızı
Hüseynov Nazim Rasim oğlu
Məmmədova İlahə Yusif qızı
Dadaşova Aytac Şakir qızı
Yüzbaşova Nuranə Şahverdi qızı
Qasımova Vəfa Adil qızı
Əlisoy Nərmin Habil qızı
Qasımov Qəni İbrahim oğlu
Babayeva Leyla Akif qızı
Nəcəfova Nərmin Zakir qızı
Cəlili – Azəri İlkin Calal oğlu
Gözəlzadə Əli Elsəvər oğlu
Mirzəyeva Mafilə Yavər qızı
Baxışov Dəyanət Rahim oğlu
Süleymanova Fəridə Fərahim qızı
Sərdarlı Fidan Ramiz qızı
– sədr
– sədr müavini
– elmi katib
Əlövsət Gülüş oğlu Quliyev
Eyvaz Mülki oğlu Eyvazov
Azad Məmmədqulu oğlu Kərimov
Ağayev Nizami Adil oğlu
Aslanov Hamlet Qurbanəli oğlu
Aslanov Həsənəli Əsəd oğlu
Babayev Məhərrəm Pirverdi oğlu
Əhmədov Əli Rəcəb oğlu
Gərayzadə Akif Paşa oğlu
Gülalıyev Çingiz Gülalı oğlu
Həsənov Sabir Tehran oğlu
Xəlilov Telman Abdul Həmid oğlu
İsmayılov Amin İsmayıl oğlu
İsmayılov Nəriman Məmməd oğlu
Məmmədov Qərib Şamil oğlu
Məmmədova Sara Zülfi qızı
Mustafayev Mustafa Qılman oğlu
Rüstəmov Yasin İsmayıl oğlu
Sadıqova Nərminə Abel qızı
– sədr
– sədr müavini
– katib
Məmmədov Məmməd İsa oğlu
Əhmədova Solmaz Mahmud qızı
Torpaqşünaslıq
Torpaqşünaslıq və aqrokimya ixtisası bir – birinə yaxın olan 2 ixtisasın birləşməsidir. II kursdan sonra tələbələr öz istəklərinə uyğun olaraq bölünürlər. Onların hər birinin qısa təsvirinə nəzər salaq :
- ➝ Torpaqşünaslıq – Torpaqşünaslıq torpağı xüsusi təbiət cismi kimi, istehsal vasitəsi kimi, insan əməyinin tətbiq və akkumulyasiya (cəmlənməsi) edildiyi predmet kimi, həmçinin müəyyən dərəcədə bu əməyin məhsulu kimi öyrənir. Tоrpaqşünaslığın ən çox əhəmiyyət kəsb edən bölmələri aşağıdakılardır: torpağın formalaşması və inkişafı (genezisi) haqqında təlim; torpaq örtüyünün ətraf mühitlə (tоrpаq coğrafiyası) qarşılıqlı əlaqədə olan bütöv məkan törəməsi olması haqqında təlim; torpaq və torpaq örtüyünün münbitliyi və onun aqrotexniki və meliorativ metodlarla tənzim edilməsinin prinsipləri haqqında təlim.
- ➝ Aqrokimya – Aqrokimya kənd təsərrüfatı bitkilərinin qidalanması prosesində bitki, torpaq və gübrə arasındakı qarşılıqlı əlaqələri öyrənən elmdir. Aqrokimya fənninin görkəmli nümayəndəsi olan Dmitri Nikolayevic Pryanişnikovun təyininə görə həmin fənnin başlıca vəzifəsi əkinçilikdə maddələrin dövriyyəsini öyrənmək, torpaq və bitkidə əmələ gələn kimyəvi proseslərə təsir tədbirlərini aşkar etməkdən ibarətdir ki, bunlar vasitəsi ilə bitkilərin məhsulunu yüksəltmək və ya onun tərkibini dəyişdirmək olar. Maddələrin bu dövriyyəsinə insanların müdaxiləsində əsas vasitə gübrələr hesab olunur. Biologiya ilə maraqlananlar üçün uyğun sahədir.
İxtisasın tarixi
Torpaqşünaslıq bir elm (təlim) kimi XIX əsrin sonlarında tanınmış rus alimləri Vasili Dokuçayev və Pavel Kostıçyevin əməyi nəticəsində Rusiyada yaranmışdır. 1836-cı ildən başlayaraq kənd təsərrüfatı bitkilərinin, gübrələrin aqrokimyəvi analizini aparmışdır. İlk dəfə ölkəmizdə tədrisi isə 1919 – cu ildən başlamışdır.
Bu ixtisas sahibi nə işlə məşğul olur? (iş öhdəlikləri)
Torpaqşünaslıq :
- ➝ Torpağın parametrlərinin dəyərləndirilməsi;
- ➝ Torpaqda gedən proseslərə bələd olmaq;
- ➝ Torpağın münbitliyinin formalaşması;
- ➝ Torpağın məhsuldarlığının artırılması;
- ➝ Torpağın inkişafına təsir edən mənfi amilləri təyin etmək və aradan qaldırılması yollarını müəyyən etmək;
- ➝ Torpaq örtüyünün kənd təsərrüfatında istifadəsi şəraitində dəyişkənliyini analiz etmək.
Aqrokimya :
- ➝ Kənd Təsərrüfatı bitkilərinin məhsuldarlığının yüksəkdilməsi;
- ➝ Məhsulun keyfiyətinin artırılması;
- ➝ Torpaqda və bitkilərdə gedən səmərəli dəyişkənliyi tədqiq etmək və ona uyğun həll yolunun tapılması;
- ➝ Bitkilərin qidalanma qanunauyğunluqlarının müəyyən edilməsi;
- ➝ Torpaq münbitliyinin kimyasının analizi;
- ➝ Əkinçilikdə qida maddələrinin dövriyyəsi;
- ➝ Gübrələrin səmərəli tətbiq edilməsi;
- ➝ Bitkilərin ziyanverici və xəstəliklərdən kimyəvi üsullarla mühafizə edilməsi.
Harada bu ixtisasa sahiblənmək olar?
- ➝ Azərbaycan Dövlət Aqrar Universiteti
- ➝ Bakı Dövlət Universiteti
- ➝ Lənkəran Dövlət Universiteti
- ➝ Naxçıvan Dövlət Universiteti
Bu ixtisas üzrə harada çalışmaq olar?
Torpaqşünaslıq :
- ➝ Torpaq analizi laboratoriyaları
- ➝ Əmlak Məsələləri Dövlət Komitəsi
- ➝ Kənd Bələdiyyələri
- ➝ Daşınmaz əmlak müəssisələri
- ➝ Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti
- ➝ Xəritəçəkmə üzrə
Aqrokimya :
- ➝ Aqronomluq üzrə
- ➝ Aqrokimya laboratoriyası
- ➝ Əkinçilik Elmi Tədqiqat İnstitutu
Hər iki sahəyə aid iş yerləri :
- ➝ Kənd Təsərrüfatı Nazirliyi
- ➝ Qida Təhlükəsizliyi İnstitutu
- ➝ Ekologiya və Təbii Sərvətlər Nazirliyi
Bu ixtisas üzrə lazım olan bilik və bacarıqlar (kompetensiyalar)
Bu ixtisas üzrə xüsusi bacarıqlara ehtiyac yoxdur. Zəruri təməl kompetensiyalar isə bunlardır :
- ➝ Məsuliyyətli olmaq;
- ➝ Analitik düşüncə;
- ➝ Məntiqi təfəkkür;
- ➝ Komanda ilə işləmə bacarığı;
- ➝ Təşkilatçılıq bacarıqları;
- ➝ Qeyri-standart vəziyyətlərdə qərar qəbul etmək bacarığı;
- ➝ Detallara diqqət yetirməyi bacarmaq;
- ➝ Daim öyrənmək bacarığı;
- ➝ Müşahidə bacarığı;
- ➝ Fiziki dözümlülük;
- ➝ Stressə dözümlülük;
- ➝ Punktuallıq;
- ➝ Dəqiqlik;
İxtisasın gələcəyi
Torpaq tükənməyən resursdur. Bu baxımdan onun öyrənilməsi və dəyişikliklərin tədqiq edilməsi zəruridir. Qeyri – neft sənayesinin bütün sahələrinin əsas resurslarından olan torpaq bütün dövrlər üçün aktual və əhəmiyyətli məsələdir.
Əmək haqqı
Torpaqşünaslıq :
- ➝ Dövlət müəssisələrində – 350 – 600 AZN
- ➝ Özəl müəssisələrdə – 500 – 1500 AZN
Aqrokimya :
- ➝ Dövlət müəssisələrində – 300 – 500 AZN
- ➝ Özəl müəssisələrdə – 300 – 2500 AZ
Comments are closed, but trackbacks and pingbacks are open.