Press "Enter" to skip to content

Azadlıqdan tiranlığa

Heç o yan bu yanı yoxdur. Sözümü qəribçiliyə-filan da salmayın. Adam iqtidarla əməllicə dirəşib. Hələ dözməyib kitab da yazdı. Papadan artıq katoliklik etmək əzmi də var. Bu yaxınlarda bir az da uzağa gedib radikal müxalifətin Zirəddini rolunda çıxış edərək hazırkı iqtidarın sonu olacaq tarixi də göstərdi. Bir az yalan danışmağını püxtələşdirib, ətrafındakı insanları öz məqsədləri uğuruna qurban verməyin də sirlərini öyrənə bilsə türkün sözü, iş tamamdır. Guya başqa nə normativ var ki? Onsuzda bu təşkilat yersiz ambisiyaların ucbatından elə kökə düşüb ki, üstünə çıxıb pərdə asmaqdan başqa heç nəyə yaramayan xarab televizora bənzəyir. Sədri də, ”Azadlıq”ın məqalələrini redaktə edib, onlara başlıq qoymaq kimi önəmli işlərlə görəvləndiyindən təşkilatda vəziyyət daha ağır duruma gəlib. Raziynən Fuad da siyasət öyrənib ortaya çıxınca cəbhəçilər o biri dünyanı azı 2 ”kruq” fırlanıb gələrlər.
Odur ki elə, ən optimal variant Turqut xocadır.

Azadlıqdan tiranlığa

Səfirlik: “Heydər Əliyev Türkiyədə hər zaman böyük sayğı ilə xatırlanacaq”

Türkiyənin Azərbaycandakı səfirliyinin mətbuat xidməti səfirliyin keçmiş mətbuat xidmətinin rəhbəri Turgut Ərin “Azadlıqdan tiranlığa” adlı kitabı ilə bağlı rəsmi açıqlama yayıb. Açıqlamada bildirilir ki, 1990-cı illərdə səfirlikdə mətbuat xidmətinin rəhbəri vəzifəsində çalışan və hazırda heç bir rəsmi vəzifəsi olmayan, pensiyaya çıxmış Turgut Ərin “Azadlıqdan tiranlığa” adlı kitabında dilə gətirdiyi iddialar bu adamın şəxsi fikirləridir: “Müzakirə mövzusu olan kitabda yer alan ifadələr və fikirlər tərəfımızdən heç bir şəkildə qəbul edilmir. Və bu bizdə də raharsizlıq yaradıb.
“Azərbaycanın mərhum Prezidenti Heydər Əliyev Türk Dünyasının böyük liderlərindən biri olaraq Türkiyədə hər zaman saygı ilə xatırlanacaq”-deyə açıqlamada vurğulanır.
Türkiyənin Azərbaycandakı səfirliyinin mətbuat xidməti səfirliyin keçmiş mətbuat xidmətinin rəhbəri Turgut Ərin “Azadlıqdan tiranlığa” adlı kitabı ilə bağlı rəsmi açıqlama yayıb. Açıqlamada bildirilir ki, 1990-cı illərdə səfirlikdə mətbuat xidmətinin rəhbəri vəzifəsində çalışan və hazırda heç bir rəsmi vəzifəsi olmayan, pensiyaya çıxmış Turgut Ərin “Azadlıqdan tiranlığa” adlı kitabında dilə gətirdiyi iddialar bu adamın şəxsi fikirləridir: “Müzakirə mövzusu olan kitabda yer alan ifadələr və fikirlər tərəfımızdən heç bir şəkildə qəbul edilmir. Və bu bizdə də raharsizlıq yaradıb. “Azərbaycanın mərhum Prezidenti Heydər Əliyev Türk Dünyasının böyük liderlərindən biri olaraq Türkiyədə hər zaman saygı ilə xatırlanacaq”-deyə açıqlamada vurğulanır.

Modern.az

Azadlıqdan tiranlığa

Heç o yan bu yanı yoxdur. Sözümü qəribçiliyə-filan da salmayın. Adam iqtidarla əməllicə dirəşib. Hələ dözməyib kitab da yazdı. Papadan artıq katoliklik etmək əzmi də var. Bu yaxınlarda bir az da uzağa gedib radikal müxalifətin Zirəddini rolunda çıxış edərək hazırkı iqtidarın sonu olacaq tarixi də göstərdi. Bir az yalan danışmağını püxtələşdirib, ətrafındakı insanları öz məqsədləri uğuruna qurban verməyin də sirlərini öyrənə bilsə türkün sözü, iş tamamdır. Guya başqa nə normativ var ki? Onsuzda bu təşkilat yersiz ambisiyaların ucbatından elə kökə düşüb ki, üstünə çıxıb pərdə asmaqdan başqa heç nəyə yaramayan xarab televizora bənzəyir. Sədri də, ”Azadlıq”ın məqalələrini redaktə edib, onlara başlıq qoymaq kimi önəmli işlərlə görəvləndiyindən təşkilatda vəziyyət daha ağır duruma gəlib. Raziynən Fuad da siyasət öyrənib ortaya çıxınca cəbhəçilər o biri dünyanı azı 2 ”kruq” fırlanıb gələrlər.
Odur ki elə, ən optimal variant Turqut xocadır.

Dünən Azadlıq qəzetində gözüm bir başlığa sataşdı: ”Siyavuş Novruzov YAP-çıları hədələdi”.
Qeyri-ixtiyarı səhifəni “tıkladım”. Bir də baxam nə? Millət vəkili deyibmiş ki, hər kəs siyasi mənsubiyyətindən asılı olmayaraq hüquqi məsuliyyət daşıyır. Vəssalam. Və bu cümlədən yuxarıdakı başlıq çıxarılıb.
Adı nədir bunun? Ümumiyyətlə adı varmı bunun? Proses görəsən daxili deqradasiyanın, mənəvi aşınmanın hansı mərhələsindədir? Əli Kərimli bu qədərmi eyforiyaya qapılası oldu ki, artıq öz kinini, qısasını məqalə başlıqlarına püskürməyə başlayıb?
Və ya özünü az qala demokratiyanın xaç atası kimi görən Kərimlidən soruşmaq istəyirəm: sənin müstəqil, qərəzsiz, tərəfsiz dediyin və redaktəsini belə kimsəyə etibar etmədiyin “Azadlıq”mı ortaya daha müstəqil mövqe qoya bilər, yoxsa rəsmi nəşr olan “Azərbaycan”mı?
Dövlət qəzetlərində bir tənqidi mətn çıxan kimi, manşetlərə qoyub sensasiya kimi tənqid edirsiniz. Əslində həqiqətən sensasiyadır. Sizin düşüncəniz, xislətiniz kontekstində gerçək bir sensasiyadır! Adam da öz qəzetində özünü tənqidmi edər? Etməz! Etsə də, 3 saat keçməmiş Elnur Astanbəylinin gününə qalar və başqa bir saytda “mənim söylədiyim bir tənqidi fikrə Əli Kərimli dözə bilmirsə, hər gün ittiham etdiyim ölkə rəhbərliyi niyə dözsün?” – kimi bir təpki alar.

Günah səndə deyil ki, sənin inandırdıqlarındadır.
Sən seçkidən seçkiyə qrant kisəni aç, kefinə bax, od-alov püskür, adın müxalifətçi olsun.
Camaatın balaları da sanki boynuna biçilibmiş kimi qanunsuz əməllərə sürüklənib, fanatcasına yaşayıb sənin müxalifətçiliyinin təzminatını, məziyyətlərini ödəsin.
Varam belə müxalifətçiliyə!
Varam belə demokratiya tablosuna!

Və deyim ki, mən gerçəkdən mitinqlərə Yasamal “kruq”undan binoklla baxıb, hər yazımızın altından arvad adı ilə şərh yazaraq: “Filan abzasın ikinci cümləsində mübtədadan sonra nöqtə yox, vergül qoyulmalı idi” – kimi dahiyanə məsləhətlər verən monitor arxasındakı qəhrəmanları, hərşeyşünasları görməzdən keçə bilmirəm. Vallah-billah keçə bilmirəm. Hətta bəzən dözməyib: Doymadınızmı, boğulmadınızmı, ayılmadınızmı? -deyəsim gəlir.
Bir insan nə qədər müxalifətdə qalar, nə qədər aldanar, nə qədər seçki yola verər?
Bu müxalifətçilik şoğərib estafetdirmi, ənənədirmi, irsdimi, və ya bizim bilmədiyimiz nə mənədir ki, sizdən başqası anlmaz oldu bunu? Dediyiniz qədər problem varsa və bu millət hələ də ayaq üstə deyilsə o zaman başına pərvazlandığınız liderlər nə deyib ortalıqda siyasətçi kimi gəzir? Niyə dəyişmirsiz onları? Ya da, tərs variantı -o problemlər yoxsa, yenə də bənzər sual çıxır ortaya: ”Nə özünüzə əl qatmısız o zaman?”
Məgər rəhmətlik Rəsulzadə ölmədən öncə partiyanın ömürlük olaraq İsa Qəmbərə ötürülməsi ilə bağlı notariusda bağışlanma müqaviləsi – filanmı imzalayıb? Və ya fərqində deyilmisiniz ki, artıq Əli Kərilinin rəhbərlik etdiyi təşkilatın adındakı hərf sayı onun üzvlərinin sayından daha çox duruma gəlib çıxıb?!

Gedin!
Bundan sonra hələ bir 20 il də yalanlarınıza hakim olun!
Hər evinizin qapısı açıldığında bir qrup qaragüruh, naşı, avanturist ucbatından çörəksiz, həkimsiz, təhsilsiz, ümidsiz qoyduğunuz övladlarınıza öz içinizdəki Azərbaycan ideologiyasını, məfkurəsini təlqin edin! Böyük gələcəkdən danışın! Bütün ömrünüzü, karyeranızı, gəncliyinizi, mitinq meydanlarında, çayxanalarda fəda etdiyinizi anladın. Həm də davamlı anladın!
Onsuzda bir gün öz hikkəniz ucbatından taleyini qaraltdığınız o günahsız balalar sizi məhşər ayağına mütləq çəkəcəklər.
Düzdür, bəlkə də bir yerlərə qədər nələrisə otdülər, keçdilər, susdular
Amma bunu kimin uğruna etdiyinizi bildikləri zaman inanın ki, bağışlamayacaqlar sizi!

Həm də heç bağışlamayacaqlar!

Comments are closed, but trackbacks and pingbacks are open.