Ceyn Ostin Qürur və Qərəz
— Bəs onun adı nədir?
Ceyn Ostin “Qürur və qərəz”
“Qürur və qərəz” (ingiliscə “Pride and Prejudice”) – ingilis yazıçısı Ceyn Ostinin ən məşhur əsəri. Demək olar kasıb və öz yoxsulluğunda, istehzasında, xarakter gücündə tamamilə sərbəst olan qürurlu qadın. Zərbəyə zərbə ilə cavab verə bilməyən, kişi hisslərinin səmimiyyətinə inanmayan qadın qərəzi. Bütün bunlar elə Ceyn Ostinin “Qürur və qərəz”dır. Bu əsər olmasa bəlkə də nə “psixoloji” roman, nə “feminist” ədəbiyyatı, nə də “seçmə” nəsr olardı.
Karandaşın izi ilə
Xoşbəxtliyə ən doğru yol sağlam düşüncəyə etinasızlıqdır.
Xanımlar vaxtaşırı öz qəlblərini sındırmağı xoşlayırlar – demək olar, ərə getmək kimi.
Bizi şöhrət düşkünlüyümüz aldadır. Qadın bir məftun baxışa həddindən çox əhəmiyyət verir. Kişilər isə onlara belə yalnış fikrə düşməkdə kömək edirlər.
Bir adama görə dürüstlük və ləyaqətə olan baxışlarınızı dəyişmək olmaz.
İnsan qürurlu olub şöhrətpərəst olmaya bilər. Qürur daha çox bizim özümüz haqda fikirlərimiz, şöhrətpərəstlik isə başqalarının bizim haqda olan, daha doğrusu olmasını istədiyimiz fikirləri ilə bağlıdır.
Beş min funt və subaydır? Bu ki Vaterlo dövründən sonra ən yaxşı xəbərdir!
Sevinməyə mövzu olmayan yerdə həqiqi filosof əlində olanlardan faydalana bilir.
Yalnız dərin hisslər məni mehraba sürükləyə bilər, bu səbəbdən qarıyıb qalacam.
Kişini cəzb etmək üçün qadının istifadə etdiyi hər üsul iyrəncdir. Hiyləgərliklə yoğrulan hər şey iyrəncdir.
Evliliyi çıxsaq, hər xanımın ən çox xoşladığı şey vaxtaşırı uğursuz məhəbbətdən əzab çəkməkdir. Bu onun fikirlərini məşğul edir və rəfiqələrinin gözündə ona maraq qatır.
Məgər ətrafa diqqətsizlik aşiq olmağın ən yaxşı sübutu deyilmi?
Qadın təxəyyülü necə sürətlidir! O bir dəqiqənin içində adi təqdir edilmədən məhəbbətə, məhəbbətdən evliliyə tullanır.
Beş böyük qızı olan qadın öz gözəlliyi haqda çox düşünməməlidir.
– Bundan sonra onlar daha dörd dəfə birlikdə nahar ediblər. Bu onun xasiyyətinə bələd olmağa kifayət etmir.
– Hər şeyə sənin gözünlə baxsaq, əlbəttə ki, yox. Əgər onla yalnız nahar edibsə, yalnız onun iştahası haqda fikir söyləyə bilər.
– Rəqsləri sivil cəmiyyətin ən böyük nailiyyəti hesab edirəm.
– Ser, tamamilə doğrudur. Eyni zamanda onlar sivilizasiyanın toxunmadığı cəmiyyətdə də çox yayılıb. Atılıb düşməyi hər vəhşi bacarır.
– Poeziyanı məhəbbət üçün qida hesab etməyə öyrəşmişəm.
– Bəli, möhkəm, sağlam və ehtiraslı məhəbbət üçün ola bilər. Artıq möhkəmlənən şey istənilən şeylə qidalana bilər.
Cənab Binqli, sizin təvazökarlığınız istənilən tənqidçinizi silahsızlaşdıra bilər.
Süni təvazökarlıqdan aldadıcı heç nə yoxdur. Onun altında çox vaxt başqalarının fikirlərinə laqeydlik və bəzən də maskalanmış lovğalıq gizlənir.
Məncə mən heç vaxt müdriklik və xeyirxahlığa lağ etməmişəm. Axmaqlıq və ədabazlıq, şıltaqlıq və məntiqsizlik mənə gülünc görünür. Və buna müyəssər olanda onlara gülürəm də.
Əsl zəkaya sahib kəs qüruru həmişə lazım olan sərhəddə saxlaya bilir.
– Sizin zəifliyiniz insanlara nifrət etmək amadəliyidir.
– Sizinki isə qəsdən onları başa düşməməkdir.
Dağlar da insanlar da dağıla bilər. Hərçənd insanlar öz lovğalığı və axmaqlığı ucbatından…
Təkəbbür zəifliyi gizlədir.
Cənab Bennet, siz öz uşaqlarınızı necə belə təhqir edə bilərsiniz? Məni incitməkdən zövq alırsınız. Əlbəttə, yorğun sinirlərim sizin heç vecinizə də deyil.
Yanılırsınız, əzizim. Onlarla hesablaşmağa çoxdan öyrəşmişəm. Axı onlar mənim köhnə dostlarımdır. Əbəs yerə onlar haqda mənə ən azı iyirmi il deyil ki danışırsınız.
Sutka ərzində heç olmasa on dəqiqə ağıllı-başlı bir işlə məşğul ola biləcəyini sübut etməyincə evdən bayıra çıxmağına icazə verməyəcəm.
O özünə söz verdi ki, bundan sonra həyasız adamda həyasızlıq həddinin mövcudluğuna inanmayacaq.
Məgər biz qonşularımızın əlinə bəhanə verib onları əyləndirmək və öz növbəmizdə onlara gülmək üçün yaşamırıqmı?
Nəyisə sənə xoş gələcəyi vaxt xatırla.
Əlbəttə, əsl məziyyətlərimin nədən ibarət olduğu heç ağlınıza da gəlməyib. Zira aşiq olanda onlar haqda heç düşünmürlər də!
Nə demək olar, o, xoşagəlimlidir. Bununla belə, qəlb rahatlığımı pozmaq üçün kifayət qədər yaxşı deyil.
Onun qürurunu həvəslə bağışlayardım, əgər mənimkinə toxunmasaydı.
Qarşında müəyyən məqsəd olanda məsafəyə fikir vermirsən.
Siz onunla yaxından tanışsınız?
Daha yaxından tanış olmaq istəməyəcək qədər.
Nifrət etməyə hazırlaşdığın insanı xoşagəlimli hesab etmək – bu, bəlkə də ən böyük bədbəxtlik olardı.
Bu dünyada məhəbbətimdən faydalanan az adam var. Həqiqətən hörmət etdiklərim isə ondan da azdır. Dünyanı müşahidə etdikcə, ondan daha az xoşum gəlir.
Heç bir şirnikləndirmə olmadan sevən, ürəyiaçıq adamlar çıraqla axtarılan qədərdir. On haldan doqquzunda qadın həqiqətdə olduğundan daha çox sevdiyini göstərir.
Tərcümə: Lamiyə Göycəyeva
Ceyn Ostin Qürur və Qərəz
Hamı bilir ki, maddi imkanı olan gənc özünə arvad axtarmalıdır.
Beləsinin niyyəti və baxışları nə qədər az məlum olsa da, yeni bir məkanda yerləşməsindən sonra bu həqiqət ətrafda yaşayan ailələrin beynini o dərəcədə möhkəm məşğul edir ki, dərhal ona bu və ya başqa qonşu qızının halal şikan kimi baxmağa başlayırlar.
— Əziz mister Bennet, — bir dəfə missis Bennet ərinə dedi, — eşitmisinizmi, Nezerfild parkı, nəhayət, daha boş qalmayacaq?
Mister Bennet cavab verdi ki, o bunu eşitməyib.
— Bununla belə, bu elədir, — o davam etdi. — İndicə missis Lonq gəlmişdi, bu xəbəri mənə o verdi!
Mister Bennet susdu.
— Bəs bilmək istərdinizmi ki, bizim yeni qonşumuz kim olacaq? — arvadı səbirsizliklə soruşdu.
— Bu barədə danışmaq istəyirsinizsə, sizi dinləməyə hazıram.
Ondan bundan artıq şey tələb olunmurdu.
— Hə, qulaq asm, mənim əzizim, — missis Bennet davam etdi, — missis Lonqun dediyinə görə, Nezerfildi Şimali İngiltərədən gəlmiş çox varlı bir gənc kirayələyib. Bazar ertəsi günü o, dörd at qoşulmuş kareta ilə bura gəlib. Əraziyə baxıb və elə riqqətə gəlib ki, dərhal mister Morrislə hər şey barədə danışıb və razılaşıb. O, Mixaylov gününədək köçəcək və artıq gələn həftənin axırında onun xidmətçilərindən bəziləri bura gələcək.
— Bəs onun adı nədir?
— O ailəlidi, yoxsa subaydı?
— Subaydır, əzizim, iş ondadır ki, subaydır! İldə dörd və ya beş min gəliri olan gənc subay! Bizim qızlarımız üçün uğurlu təsadüfdür, düzdürmü?
— Necə yəni? Məgər bunun ona bir dəxli var?
— Əziz mister Bennet, — arvadı cavab verdi, — bu gün siz, sadəcə olaraq, dözülməzsiniz. Əlbəttə, siz başa düşürsünüz ki, mən onun qızlardan biri ilə evliliyini nəzərdə tuturam.
— Hm, onun planları belədir?
Comments are closed, but trackbacks and pingbacks are open.