Clickivo İngiliscə Lüğət
Kəlimə və ya cümlə olaraq İngiliscə – Azərbaycanca tərcümə etmək istəyənlərin axtardıqları və ehtiyac duyduqları hər şeyi Clickivo Lüğət təqdim edir.
Azərbaycanca İngiliscə Rusca Frazeoloji Lügət
Hər bir dilin zənginliyi onun tərkibindəki söz vahidləri, onların yaranma formaları, mənaları, sözbirləşmələri və onlarin tipləi, nəhayət frazeoloji bifləşmələr adlanan bölməsidir. Sözlə cümlə arasında bir körpü rolunu oynayan frazeoloji birləşmələr sərbəst və sabit durumu ilə fərqlənir. Qapını açmaq, dərsi oxumaq sərbəst sözbirləşməsidirsə, yolunu azmaq, göz atmaq kimi birləşmələr isə sabitdir. Sözbirləşmələrində həm frazeologiya və onun mənası, həm də aparıcı komponent və onun mənasına fikir vermək lazımdır. Məsələn, a skeleton in the cupboard – Möhkəmcə qorunan ailə sirri- bu onun frazeoloji açımıdır. Birləşmədə əsas aparıcı komponent Skeletonskelet sözüdür.
Frazeoloji birləşmələr və onların təsnifatı haqqında çox danışmaq olar. Onların ədəbi üslublarda istifadə və tərcümə yollarından söz açmaq maraqlı olardı.Bu birləşmələr bütün ədəbi üslublarda geniş istifadə olunur. Bəzən bədii əsərin elə hissəsi olur ki, frazeologiyanı bilmədən onun məna kəsərinin itiliyini,ciddiliyini və ya zarafatyanalıgını başa düşmək olmur. Onlar təkcə nominativ söz vahidləri kimi deyil, həm də əlavə hiss və həyəcan da bildirmək üçün işlənir. Tərcüməçi əsas nəyi bilməlidir. Ən əvvəl o sözbirləşməsinin sərbəst və sabit olmasını müəyyən etməlidir. Bundan ötəri böyük, hərtərəfli frazeoloji söz birləşmələrinin ehtiyatı olmalıdır. Sadə bir misal demək olar ki, sərbəst ifadələr artikllə işlənməsi ilə sabit söz birləşmələrindən fərqlənir: go to the sea – dəniz istiqamətində getmək.
Go to sea – dənizçi olmaq Uzun illərin təcrübəsi onu göstərir ki, dil öyrənənlərin həmişə lüğətə ehtiyacı olmuşdur. Maraq doğuran ifadələri, frazeoloji birləşmələri tərcümə etmək üçün böyük böyük lüğətlərə müraciət etmişik. Dil öyrənməyin nə qədər vacib olduğunu əsas götürərək bu lüğət üzərində işləmək məndə maraq doğurdu. Bu lüğət müasir ingilis və amerikan ədəbiyyatını, publisistikasını oxuyan geniş oxucu kütləsi üçün nəzərdə tutulmuşdur. Lüğət həmçinin ingilis dilinin tədrisində də istifadə oluna bilər. Kitaba hər üç dildə ayrıldıqda 5000-dən yuxarı ingilis və amerikan frazeoloji birləşmələri daxil edilmişdir. Bu birləşmələrə dəfələrlə müasir mətnlərdə rast gəlmək olar. Onlar müxtəlif dövrlərdə yaranmış və bu günə qədər söz qiymətini itirməyib. Frazeoloji birləşmələrin əksəriyyətinin qarşısında onların yaranma mənbəyi ixtisarla göstərilmişdir. Hər şeydən öncə bu kitabın işıq üzü görməsində Qafqaz Universitetinin rektoru çox hörmətli prof. Ahmet Saniçə, nəşriyyat komissiyasının sədri prof. Mustafa Akdağa, elmi redaktor, Qafqaz Universiteti İngilis dili və Ədəbiyyatı bölməsinin müdiri, filologiya elmləri namizədi Aleksandr Magila, rəyçilər Azərbaycan Dillər Universitetinin professoru Nigar Vəliyevaya və Qafqaz Universitetinin müəllimi Səbuhi Bayramova öz minətdarlığımı bildirirəm. Kitabda olan çatışmamazlıq və nöqsanlara görə öz iradlarınızı nəşriyyat komissiyasına bildirə bilərsiniz.
Aşağıdakı düyməyə vuraraq resursu yükləyə bilərsiniz.
Clickivo İngiliscə Lüğət
Clickivo İngiliscə Lüğət APK latest version info
Clickivo İngiliscə Lüğət 1.2 APK description
Ödənişsiz bir Azərbaycanca və İngiliscə Lüğət axtarırsınızsa qarşınızda Clickivo Azərbaycanca- İngiliscə lüğət. Kiçik fayl ölçüsü, reklamsız olması və ödənişsiz olması istifadəçilərin yeni favoriti!
Tərcümə etmək istədiyiniz sözləri artıq pulsuz və asan bir şəkildə İngiliscədən Azərbaycancaya və ya Azərbaycancadan İngiliscəyə bu lüğət ilə tərcümə edə bilərsiniz. İngiliscə öyrənmək istəyənlərin ən böyük ehtiyacı olan lüğət üçün artıq telefonunuzda mütləq olmalı olan bir tətbiqetmə ilə qarşınızdayıq.
Sözlərin İngiliscə Azərbaycanca mənalarını, tərcümələrini bu lüğət ilə öyrənə bilərsiniz. Eyni zamanda hər sözün necə oxunduğunu, İngiliscə tələffüzünü asanlıqla dinləyib öyrənə bilərsiniz.
Clickivo İngiliscə Lüğət latest version
Başlanğıc səviyyəsində İngiliscə bilənlər, Orta Səviyyə İngiliscə bilənlər, İrəli və Yüksək Səviyyə İngiliscə bilənlər bu lüğətdən faydalana bilər. Eyni zamanda TOEFL IBT, GRE, IELTS, İş İngiliscəsi və digər bütün İngiliscə imtahanına hazırlaşanlar axtardıqları bütün sözləri Clickivo Azərbaycanca – İngiliscə Lüğət içərisində tapa bilərlər. Minlərlə İngiliscə söz kartı ilə asanlıqla axtardığınız bütün İngiliscə sözlərin qarşılığını bu lüğətdə tapa bilərsiniz.
► Ən asan İngilisə Azərbaycanca Lüğət
► İngiliscə sözləri və Azərbaycanca tərcüməni lüğətdən öyrənin
► Sözün düzgün tələffüz oxunuşunu Lüğətdən öyrənin
► İngilis dilində sözlərin sinonimlərinin mənalarını öyrənin
► İngiliscə nümunə cümlələri Lüğətdə görüb,araşdıra bilərsiniz.
► İngiliscə deyimləri (ifadələri) və atalar sözlərini lüğətdən istifadə edərək öyrənin.
Kəlimə və ya cümlə olaraq İngiliscə – Azərbaycanca tərcümə etmək istəyənlərin axtardıqları və ehtiyac duyduqları hər şeyi Clickivo Lüğət təqdim edir.
Digər İngilisə öyrənmə tətbiqetmələriylə necə müqayisə olunur?
►% 100 Pulsuz və Reklamsız!
► Sözləri, mənalarını, tələffüz və oxunuşlarını öyrənin!
► Hər sözün nümunə cümlə içərisində istifadəsini görün
► İngilis dilini inkişaf etdirmək üçün birə-bir lüğət!
Comments are closed, but trackbacks and pingbacks are open.