Press "Enter" to skip to content

Ayna uşaq ensiklopediyası

(+994 12) 493 30 77

Uşaq Ensiklopediyaları

Tez-tez kitabxanaları, bukinistləri gəzib, kitablara baxıram. Əsasən uşaqlar üçün olan kitabları vərəqləyirəm. Baxıram ki, uşaqlar üçün faydalı hansı kitablar var. Keçən dəfə Gəncədə ”kitabevim” mağazasında gəzərkən,” Bunları Bilmək İstəyirəm” adlı illüstrasiyalı intelektual ensiklopediya diqqətimi çəkdi. Kitabın tərtibatı çox xoşuma gəldi. Uşaqlar üçün çox faydalı kitabdır. Böyüklər üçün də maraqlı olar. Çox güman 2 cild lik sovet uşaq ensiklopediyası əsasında tərtib olunub ancaq yanıla da bilərəm. Bu gün isə Sumqayıtda dostum Vüsalın işlətdiyi Kibrit kitab dükanına getmişdim. Orada ”Ayna Uşaq Ensiklopediyası” diqqətimi çəkdi. Bu haqda sizə məlumat vermək istəyirəm. Bu ensiklopediya 1997-2003-cü illərdə EksonMobil şirkətinin maliyyə yardımı ilə çıxıb. 18 kitabdan ibarətdir. Bu kitablara daxildir : ( Təbiət, Tarix, Yer Kürəsi, İncəsənət, İnsan, İdman, Ulduzlar, Ekologiya, Teatr və Kino, Musiqi, Neft, Elm və Texnika, İnformatika, Kosmos, Okean, İqtisadiyyat, Din, Real İqtisadiyyat ). Kitablardan birini aldım. Deyə bilərəm ki, çox yaxşı tərtibat olunub.Daha sonra Ayna uşaq ensiklopediyasını Təhsil Nazirliyi böyük tirajla çap edib. Məktəblərə pulsuz paylanıb. Bunları bilmək istəyirəm kitabının pdf forması internetdə var. Oradan da əldə edə bilərsiz. Belə satışda da var. Uşaqlarınız üçün mütləq alın. Bütün bunları niyə yazıram, gəlim sözümün əsas mərkəzinə. Mən kənddə işləyəndə tarixdən çox uşaqlara bədii, elmi kitablar oxudur, inşa yazdırırdım. Ucqar kənd olmasına baxmayaraq məktəbimizin kitabxanasında dərslikləri tapmaq çətin olsa da elmi, bədii kitablar xeyli var idi. Uşaqlara sıra ilə oxudurdum. İndi mənə maraqlıdır, məktəblərdə müəllimlər, evdə valideynlər, uşaqlara bu ensiklopediyalardan oxudurlarmı? son illərdə ölkədə xeyli kitab nəşr olundu. Qhtlər, nəşriyyatlar və.s xeyli kitab nəşr etdilər. Kİtab almağa imkanı olmayan, belə kitabxanalardan və ya bukinistlərdən kitab götürüb oxuya bilər. Düzdü azərbaycan dilində elmi kitablar çox azdır. Buna baxmayaraq bu işə də başlanılıb. Xüsusilə gənclər bu sahədə çox iş görür. Onlara da böyük eşqlər. İndi bizim işimiz bu kitabları ünvanlara çatdırmaqdır. Müəllimlər şagirdlərə, valideynlər övladlarına. Bu kitablar toz basıb kitabxanalarda qalmamlıdır. Dərsliklərimiz yaxşı səviyyədə deyil. Onlar bizi robot kimi yetişdirir. İçi boş, əzbərçi edir. Bizi uşaqlıqdan formalaşdıran, kainatımız haqqında təsəvvür yaradan, bu ensiklopediyalardır. Mən bu statusu yazıram ki, müəllimlər, valideynlər, uşaqlar belə kitabların varlığından xəbərdar olsunlar. Varlığından xəbərdar idilərsə, yaxın getmirdilərsə, indi yaxın gedib, kitabı oxusunlar. Yeni gələn nəsil üçün nələrsə etməliyik. Onlar bizim kimi robot, əzbərçi olmamalıdır. Onlar diplom yox elm qazanmağın vacibliyini anlamalıdırlar.

Ayna uşaq ensiklopediyası

Использованная литература

На азербайджанском языке

  1. “Ayna” uşaq ensiklopediyası. Bakı, 2002.
  2. Azərbaycan Respublikasının Konstitusiyası. Bakı, 2018.
  3. E.Kərimov, B.Osmanov. İqtisadi nəzəriyyə. Bakı, 2004.
  4. Ekoloji siyasət. Bakı, 2008
  5. Fövqəladə hadisələrin təsnifatı (məlumat kitabı). Bakı, 2001.
  6. Qurani-Kərim (Tərcüməçilər: akad. Ziya Bünyadov və prof. Vasim Məmmədəliyev), 2011.
  7. Maqsud Qasımov. Sağlam həyat tərzi uğrunda. Bakı, 2005
  8. N.Əkbərov. Ailə və cəmiyyətdə əxlaq və davranış qaydaları. “Bərəkət” nəşriyyatı, 2010.
  9. N.Əkbərov. Məktəbdə əxlaq və davranış qaydaları. “Bərəkət” nəşriyyatı, 2010.
  10. Özünə və başqalarına kömək etməyi bacar (Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi). Bakı, 2004.
  11. Rafiq Əliyev. Dinin əsasları. Bakı, 2001.
  12. Ramil Əliyev. İqtisadi təhlilin nəzəriyyəsi. Bakı, 2002
  13. Rəfiqə Əliyeva, Qara Mustafayev, Sevinc Hacıyeva. Ümumi ekologiya. Bakı, 2004.
  14. S.C.Əliyev, H.M.Hacıyeva, N.C.Mikayılzadə. Tibbi biliklərin əsasları. Bakı, 2004.
  15. S.Tağıyeva və b. Həyati bacarıqlara əsaslanan təhsil. Müəllimlər üçün tədris vəsaiti. (V-IX siniflər). Bakı, 2006.
  16. Ş.Ə.Topçiyeva, R.T.Qəndilov, S.Ş.Tağıyeva, Ş.Ə.Qocayev, G.N.Hacıyeva, N.Ə.Məmmədova, A.T.Hacıyeva və b. Həyati bacarıqlara əsaslanan təhsil. “Çaşıoğlu”, 2007.
  17. “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu. Bakı, 2009

Ayna uşaq ensiklopediyası

(+994 12) 493 30 77

  • Fəlsəfə
  • Tarix
  • Azərbaycan tarixi
  • Sosiologiya
  • Etnoqrafiya
  • İqtisadiyyat
  • Dövlət və hüquq
  • Siyasət. Siyasi elmlər
  • Elm və təhsil
  • Mədəniyyət
  • Kitabxana işi
  • Psixologiya
  • Dilçilik
  • Ədəbiyyatşünaslıq
  • Folklor
  • Bədii ədəbiyyat
  • İncəsənət
  • Kütləvi informasiya vasitələri

Yeni uşaq ensiklopediyası

Abunə

Lokal şəbəkədə oxucuların istifadəsinə “Rusiya Federasiyasının Qanunvericilik Bazası” təqdim olunur.

Lokal şəbəkədə oxucuların istifadəsinə bütün elm sahələri üzrə 5 000 e-kitabdan ibarət elektron kitabxana – Elektron Kitabxana Sistemi İPR Books təqdim olunur.

Polpred.com Medianin İcmalı. Hər gün minlərlə xəbərlər, Rus dilində tam mətn, son 15 ilin informasiya agentliklərinin və işgüzar nəşrlərin ən yaxşı milyon mövzusu.

Bannerlər

Əlaqə

Ünvan: AZ1005, Azərbaycan Respublikası, Bakı şəhəri,
Nizami küçəsi 58

Tel.: (+99412) 596-26-13

İş vaxtı:
Bazar ertəsi – Cumə: 9:00-18:00
Fasilə: 13:00-14:00
İstirahət günləri: Şənbə, Bazar

Copyright © 2013 Prezident Kitabxanası. Bütün hüquqlar qorunur.
Məlumatlardan istifadə zamanı istinad vacibdir.

Comments are closed, but trackbacks and pingbacks are open.