Press "Enter" to skip to content

Biologiyanın tədrisi metodikası

50.Biologiyada yeni təlim texnologiyalarından istifadə.

Biologiya tədrisi metodikası I mövzu: Biologiya tədrisi metodikasının məqsəd və vəzifələri Plan

Biologiya tədrisi metodikası-məktəb fənninin xüsusiyyətlərinə əsaslanan təlim və tərbiyyə prosesi sisteminə aid olan elmdir. Bu sistem biliyinə malik müəllim-biologiya tədrisinin öyrənilməsində tərbiyyə prosesini idarə etməyə imkan yaradır.

Metodika-pedaqoji elm olduğu üçün bu elm pedaqogikanın müəyyən etdiyi sosial quruluş tələblərinə uyğun təlim-tərbiyyə işinin ümumi məqsəd və vəzifələri əsasında qurulan elmdir. Biologiya tədrisi metodikası-bütün məktəb fənlərinin pedaqoji əsaslarının ümumi bazasına əsaslanan, bioloji materialın öyrənilmə xüsusiyyətlərinin özünəməxsusluğu ilə seçilən elmdir.

Tədris metodikası müəllim tərəfindən şagirdlərə biologiyadan öyrədilən möhkəm bilik materialının düşüncəli surətdə dərk edilməsinə və bu biliyin həyatda tətbiq etmək bacarığının səmərəli üsul və vasitələrinin müəllim tərəfindən yaradılmasını müəyyən edir. Bütün bunlarla yanaşı tədris metodikası müəllim üçün tədris reseptləri yığını olmayıb, həm də biologiya tədrisi metodikası biliklərinin qanunauyğunluqlarına əsaslanan elmi fəndir. Tədris metodikası-təhsil və tərbiyyənin forma və üsullarına, eləcə də tədris fənninin məzmununa baxan elmdir. Tədris metodikasının göstərilən bu bölmələri-yəni-tədris fənninin məzmunu və təlim-tərbiyyənin forma və üsulları-bir-birilə əlaqəli olan vahid sistemdir.

Tədris üsulu ilə tədris işinin avadanlıq və vəsaitləri təyin edilir. Ona görə də buradan aydın olur ki, tədris metodikası aşağıdakı suallara cavab verir: 1) Biologiyanı öyrənmək nəyə lazımdır? 2) Nəyi və necə öyrənməli? 3) Necə və nə üçün tərbiyə etməli?

Biologiya tədrisi üsulu-tədris üsulları və formalarının xüsusiyyətlərinə görə tədris fənni olmaq etibarı ilə biologiya başqa elmlərdən fərqlənir. Belə ki, biologiya tədrisi metodikasında konkret obyektlər (bitgi, heyvan və insan) öyrənilir, bundan başqa canlı təbiətin inkişafı və onun mürəkkəb hadisələri öyrənilir. Bütün bunlar isə tədris prosesinin təşkilinin xüsusi formalarının-(ekskursiyaların, şagirdlərin dərsdənkənar və ev tapşırıqlarının, sinifdən xaric dərs işlərinin), eləcə də xüsusi tədris vəsaitləri-əyani vasitələrin və eləcə də bu vasitələrdən praktik işlərdə tətbiq olunmanın üsullarının istifadə olunması metodikasını tələb edir. Bundan başqa biologiya kursunun tədrisinin düzgün qoyuluşu xüsusi tədris material bazasının olmasını tələb edir. Bu tədris bazasına yaxşı təchiz olunmuş tədris vəsaiti olan kabinet, canlı təbiət güşəsi və tədris-təcrübə sahəsi daxildir.

Biologiya tədrisi metodikasının materialının özünəməxsusluğu təkcə onun spesifik xüsusiyyəti ilə deyil, həm də tərbiyə imkanları ilə müəyyən edilir.

Canlı orqanizmlərin konkret faktlarının, təbiətdəki hadisələrin qarşılıqlı əlaqənin, eləcə də üzvü aləmin üzvü təkamülünün qanunauyğunluqlarının öyrənilməsi dialekt materialist dünyagörüşün və tibbi-elmi bünövrənin formalaşmasına imkan yaradır. Biologiya biliklərinə malik olmaq ətraf aləmin mənasını dərk etməyə, onun qorunmasının vacib olduğunun anlamağa, kənd təsərrüfatının elmi əsaslarını, şəxsi və ictimai əmək gigiyenanın rolunun şagirdlər tərəfindən dərk olunmasına və onların politexnik əməyə hazırlanmasına imkan verir.

Biologiya laboratoriyasında, tədris-təcrübə sahəsində, canlı guşədə və gənc təbiətçilər dərnəyində aparılan praktik iş çox böyük tərbiyəvi əhəmiyyət kəsb edir. Bütün bunlar dərk etmə maraqlarının, təşkilatçılıq, içtimayətçilik vərdişlərinin inkişaf etdirilməsinin inkişafına, şagirdlərin əməyə və kollektçilik ruhunda tərbiyə olunmasına yardım edir. Təbiətlə tanışlıq, onun gözəlliyi və zənginlikləri şagirdlərdə xüsusilə ekskursiyalarda vətənpərvərlik tərbiyəsi aşılayır və estetik hiss oyadır. Beləliklə təbiətə məhəbbət tərbiyəsi hər bir şəxsdə təbiətə mərhəmət, onunla ehtiyatla davranmaq kimi estetik hisslər inkişaf etdirir.

2.Biologiya tədrisi metodikasının bölmələri, strukturu.

Biologiya tədrisi metodikası iki bölməyə ayrılır.

1.Biologiya tədrisinin ümumi metodikası:

2.Biologiya tədrisinin xüsusi metodikası bölməsidir ki, buraya botanika, zoologiya, insan anatomiyası, fiziologiyası və ümumi biologiyanın tədris metodikası aiddir. Göstərilən bölgüdən aydın olur ki, biologiya müəlliminə təkcə ayrı-ayrı biologiya kursları bölməsinin tədrisi metodikasını bilmək deyil, həm də hər bir biologiya kursunun ona məxsus xüsusiyyətlərini nəzərə almaqla, onların arasındakı qarşılıqlı əlaqəni də bilmək bacarığı tələb olunur. Ona görə də biologiya müəllimi məktəbdə tədris olunan bütün bioloji siklin təlim və tərbiyə olunmasının gedişini aydın təsəvvür etməli beləliklə və beləliklə elmi cəhətdən düzgün planlı surətdə hər bir kursun tədrisini düzgün təşkil etməyi bacarmalıdır.

Biologiya tədrisinin ümumi metodikası məktəbdə tədris olunan bütün biologiya kursunun sualları olan 1) tədrisin idioloji istiqamətləri, 2) tədris üsullarının məzmununun vahidliyi, 3) tədris işinin formalarının qarşılıqlı əlaqəsi, 4) biologiya kurslarının ardıcıllığı və bütövlüyü, 5) təlim-tərbiyə işinin bütün elementlərinin inkişaf etdirilməsi məsələlərini yəni-biologiya tədrisi sistemini təyin edən bu sahələri öyrənir. Belə tədris sistemi-məktəblərin əsas məqsədi olan şagirdlərin möhkəm və düşüncəli biliklərə malik olmaları işini təmin edir.

Biologiya tədrisinin xüsusi metodikası isə hər bir biologiya kursunun fərdi xüsusiyyətlərinin şagirdlərin yaşınauyğin və tədris materiallarının məzmunununa aid olan məsələləri öyrənir. Tədris metodikasının bu bölməsində dərslərin tədris üsulları, ekskursiyaların, sinifdənxaric, dərsdənkənar işlərin və dərslərin təşkili sistemi öyrənilir. Bu göstərilənlərdən aydın olur ki, biologiya tədrisinin ümumi metodikası digər bölmə olan biologiya tədrisinin xüsusi metodikası ilə sıx surətdə bağlı olub onun nəzəri əsasları xüsusi metodikanın tədqiqatlarına əsaslanır. Tədrisin xüsusi metodikası isə öz işində ümumi metodikanın əsaslarını rəhbər tutaraq hər bir kursun tədrisinin öyrənilməsi işini həyata keçirir.

Yuxarıda göstərilənlərə uyğun olaraq bioloji tədrisi metodikasının struktur quruluşunu sxematik olaraq belə göstərmək olar:

3. Biologiya tədrisi metodikasının başqa elmlərlə əlaqəsi

Biologya tədrisi üsulu biologiya elmləri ilə çox böyük sıx əlaqəyə malikdir. Məktəb biologiya kursunun tərdisi ilə məşğul olan müəllimdən biologiya sahəsində çox geniş ekskursiyaya malik olmaq qabiliyyəti tələb olunur. Bu erudisiya onun nəzəri məsələlərin elmi cəhətdən düzgün izah edə bilməsi, təbiət hadisələrinin mahiyyətini düzgün dərk etməyə, həm də praktik olaraq bitgi və heyvanlar aləminin həyatında təbiət hadisələrinin rolunu dərk etməyə, onların təyin olunmasına, yetişdirilməsinə, məhsuldarlığına təcrübi olaraq təsirindəki rolunu başa düşməyə imkan verir. Məktəb biologiya fənninin məzmunu elmi cəhətdən dolğun olmalıdır. Biologiya elmlərinin məzmunu və bioloji tədqiqatların elementar üsulları biologiya tədrisi üsulunun spesifik xüsusiyyətini təyin edir və bu cəhətdən digər məktəb fənlərinin tədrisi metodikasından fərqləndirir. Biologiya elmləri sahəsində əsas tədqiqat üsulu müşahidə, təcrübə və toplanış faktların nəzəri olaraq ümumiləşdirilməsidir.

Biologiya tədrisi metodikasının struktur quruluşundan göründüyü kimi o materialist dialektikaya əsaslanaraq pedaqogika, psixologiya elmləri ilə sıx əlaqədardır. Biologiya tədrisi metodikası fənni təlim-tərbiyənin vəzifələrini yerinə yetirməkdə pedaqogikanın didaktik prinsiplərinə və biologiya fənnlərinin konkret materiallarına əsaslanır, eyni zamanda şagirdlərin psixoloji və yaş xüsusiyyətlərinin öyrənilməsindən bəhs edən psixologiya və fiziologiya elmləri ilə sıx əlaqədardır. Hər şeydən əvvəl biologiyanın tərdisi metodikası biologiya fənnlərinin müasir səviyyəsi ilə sıx surətdə əlaqədardır. Ona görə də məktəb biologiya fənnlərini məzmunu həmin dövrün biologiya fənnlərindən götürür. Lakin qeyd etmək lazımdır ki, məktəb biologiya kursu ilə biologiya elmləri arasında məqsədinə, həcminə, strukturuna və materialın məzmununun ifadə metoduna görə böyük fərq vardır. Biologiya elmləri məqsədi təbiət haqqında tədqiqarların yolu ilə yeni məlumatların alınmasından ibarətdir. Məktəb biologiya fənnlərinin məqsədi isə şagirdlərə biologiya elmləri tərəfindən əldə edilmiş elmi faktlar və qanunauyğunluqlar haqqında məlumatlandırmaqdan ibarətdir. Biologiya tədrisi üsulu fənni eyni zamanda dialektik materializm fənni ilə də bağlıdır. Bütün fənnlərdə olduğu kimi biologiyanin tədrisi metodikası dialektik materializmin qanunları əsasında inkişaf edir. Orta məktəb biologiya kursu – təbiətşünaslıq, botanika, zoologiya, insanın anatomiya-fiziologiya və gigiyenası ümumi biologiya kursuna uyğun olaraq tədris olunur.Bu prinsip bioloji anlayışların tədricən inkişaf etdirilməsinə, materialın şagirdlərin yaş xüsusiyyətlərinə uyğun olaraq mürəkkəbləşməsinə əsaslanır. Belə bir tədris sistemi vahidlik və ardıcıllıq prinsipinə əsaslanır.

Biologiyanın tədrisi metodikası

BİOLOGİYANIN TƏDRİSİ METODİKASINDA İNTERAKTİV TƏLİM ÜSULLARI

VƏ TƏTQİQATÇILIQ BACARIQLARININ İNKİŞAFI

Xülasə

Beləliklə, biologiyanın tədrisi metodikasında interaktiv təlim üsullarına və tədqiqatçılığın inkişafına dair mövzulara toxunuldu. Araşdırmaya görə toxunulan mövzulara dərindən nəzər salsaq, olmalı və əslində olan tədris arasında böyük fərq var. Belə nəticəyə gəlinirki, Azərbaycan məktəblərində kurikuluma yetərincə diqqət göstərilmir. Tədris zamanı qoyulan qaydalara əsasən dərslər keçirilmir. Bunun da nəticəsində şagird müasir dərsliyi tam dərk edə bilmir. Fənn kurikulumu özünəxas xüsusiyətlər daşıyır. Məsələn, təlimin fəal üsullarından istifadə olunması, bilik və anlayışların qiymətləndirilməsi, təlimə cəlb olunma və s. Yeni təhsil proqramına görə biologiya ümumi orta və tam orta təhsil səviyyələrində tədris olunur. Tədris zamanı öyrədiləcək məzmun kurikulumun standartlarına uyğun olmalıdır. Hal-hazırki dərslərə baxsaq görə bilərik ki, “interaktiv təlim” termin olaraq qalmağa davam edir. Bunun da özünə-məxsus səbəbləri vardır. Beləki, “interaktiv təlim” anlayışı öyrədənlərə yetərincə aşılanmır. Bu terminin əsl mahiyyəti onlara çatdırılmadığından, lazımi şəkildə istifadə olunmur.

Açar sözlər: interaktiv, qiymətləndirmə, təqdimat, kirukulum, metodika

Development of interactive methods and research skills in the methodology of teaching biology

Summary

So, here some major points were discussed such as the interactive teaching methods and research in teaching methodology of biology. If we look at to the topics that covered in this research, we will see a big difference between what should be and what is actually taught. We can conclude that in Azerbaijan schools have insufficient attention to the curriculum. Lessons are not held in accordance with the rules that established during the education. As a result, the student is not able to perceive completely the modern textbook. The subject curriculum has its own characteristics. For example, the use of active teaching methods, assessment of knowledge and conception, involvement to the training and etc. According to the new educational program, biology is teaching in the general secondary and complete secondary education levels. The content of the learning during the training must be compatible in accordance to the curriculum standards. If we look at the current lessons, we will see that the curriculum remains being just the term at the same time. There are specific reasons for this. Thus, the curriculum is not sufficiently appropriated to teachers. This term is not used properly because its true meaning has not been conveyed.

Key words: interactive, evaluation, presentation, curriculum, methodology

MƏQALƏNİ YÜKLƏ [130,31 Kb] (yüklənib: 28)

Metodiki Tövsiyə

Biz Hər zaman sizinləyik! Sualınız var? Dərsi qurmaqda çətinlik çəkirsiniz? İmkan tapıb kurslara gedə bilməmisiniz? İmtahana hazırlaşmaq üçün metodiki vəsaitlərə ehiyacınız var? Narahat olmağa dəyməz! Sullarınızla müraciət edə, bloqumuzdan yararlanaraq, çətinliklərinizi qismən aradan qaldıra bilərsiniz.

  • Əsas Səhifə
  • Bloqdan Istifadə Qaydası
  • Əlaqə

DİQQƏT! DİQQƏT! Hörmətli İstifadəçilər!MÜƏLLİF HÜQUQLARI QORUNUR!Bloq yazarının İCAZƏSİ olmadan, bloqdakı materiallar elektron və ya kağız üzərində ÇOXALDILA BİLMƏZ! Həmçinin bloqdakı materiallardan KOMMERSİYA məqsədi ilə istifadə edilə BİLMƏZ!Materialların şəkillərinin çəkilərək paylaşılması QADAĞANDIR!

8 Kasım 2015 Pazar

Biologiyanın Tədrisi Metodikası-Doktorontura Sualları

Paylaşıldı 01:16 by Leyla Bayramova

BİOLOGİYANIN TƏDRİSİ METODİKASI (5801.01) İXTİSASI ÜZRƏ

DOKTORANTURAYA QƏBUL İMTAHANININ SUALLARI

1.Biologiya tərisinin məzmunu, məqsədi və vəzifələri.

2.Biologiyada xüsusi anlayışlar.

3. Biologiya kursu ü zr ə ekskursiyalar ı n t əş kili v ə apar ı lmas ı.

4.Biologiya tədrisinin başqa fənlərlə əlaqəsi.

5.Böyük Oktyabr inqilabından sonra Azərbaycanda biologiya tədrisinin

6.Biologiya dərslərində müşahidə metodu, onun induktiv və deduktiv yolla

aparılması.

7.Biologiya tədrisi pedaqoji elm kimi, onun xüsusiyyətləri.

8.Biologiyanın tədrisində istifadə olunan metodlar və onların təsnifatı.

9. Biologiyadan dərnək məşğələlərini təşkili.

10.Biologiya tədrisi metodikasının metodoloji əsasları.

11.Tədris prosesində yaşauyğunluq prinsipi.

12.Biologiya tədrisində inteqasiya prinsipi.

13.XVIII əsrdə biologiya tədrisinin inkişafı.

14.Biologiya tədrisində şifahi metodlar.

15.Müəllimim perspektiv (illik) iş planı.

16.Biologiyadan dərsdənxaric məşğələlərin növləri.

17.Biologiyanın tədrisində materialist dünyagörüşün inkişaf etdirilməsi.

18. Biologiyada şagirdyönümlülük prinsipi.

19.Biologiyanın tədrisində izah və şərh metodu.

20.XX əsrin əvvəlində biologiya tədrisinin nikişafı.

21. Biologiya tədrisinin inkişafı.

22.Biologiyanın tədrisində izah və şərh metodu.

23.Biologiya anlayışın məzmunu və xarakteristikası.

24.Biologiya üzrətərbiyəedici təlim sistemi.

25.XIX əsrdə biologiya tədrisinin inkişafı.

26.Tədris materiallarının sistemlilik və ardıcıllıq prinsipi.

27.Metodlar, metodik priyomlar və onların növləri.

28.Biologiyada interaktiv (fəal) təlim metodları.

29.Bioloji anlayışların inkişaf etdirilməsi.

30.Dərs müasir məktəbdə təlimin təşkilinin əsas formasıdır.

31.Biologiya tədrisində əyani metodlar və onların növləri.

32.Tədris materiallarının şüurluq və fəallıq prinsipi.

33.Biologiyada əmək tərbiyəsinin inkişaf etdirilməsi.

34.Biologiyanın tədrisində əyanilik prinsipi.

35.Biologiyada təbii obyektlərin nümayiş etdirilməsi.

36.Biologiyada fəal təliminin iş formaları.

37.Biologiyanın tədqiqat metodları.

38.Azərbaycanda biologiya tədrisinin inkişaf tarixi.

39.Böyük Oktyabr inqilabından sonra Azərbaycanda biologiya tədrisinin

40.1917-1931-ci illərdə biologiya tədrisinin inkişafı.

41.Tədris materiallarının elmliyi prinsipi.

42.Biologiyada müşahidələrin aparılması və onların növləri.

43 .Biologiyada praktik metodlar və onların növləri.

44 .Biologiyanın tədrisində təfəkkürün inkişaf etdirilməsi.

45. Dərnək məşğələlərinin təşkili.

46.Biologiyanın tədrisində estetik tərbiyənin inkişaf etdirilməsi .

47.Biologiyada tədqiqatçılıq metodu və onun tətbiqi.

48.Ümumi bioloji anlayışlar.

49.Biologiyanın tədrisində şagirdlərin bilik və bacarığının inkişaf etdirilməsi.

50.Biologiyada yeni təlim texnologiyalarından istifadə.

51. Biologiyanın tətbiqində BİBÖ cədvəlinin tətbiqi.

52.Biologiyada təcrübələrin və təsviri vasitələrin nümayiş etdirilməsi.

53.Biologiyanın tədrisində estetik tərbiyənin inkişaf etdirilməsi.

54.Biologiya dərslərinin tipləri və quruluşu.

55.Biologiyada etik tərbiyənin inkişaf etdirilməsi.

56. Biologiya dərslərində şagird fəaliyyətinə nəzarət (monitorinq) və

qiymətləndirmə.

57.Biologiyanın tədrisində klaster (şaxələnmə) metodunun tətbiqi.

58. Biologiyada labaratoriya və praktik işlərin təşkili.

59. Bioloji anlayışların inkişaf nəzəriyyəsi.

60.Biologiyadan dərnək məşğələlərinin təşkili.

61.Biologiyanın tədrisində venn diaqramı metodu tətbiqi.

62.Biologiyanın təşkilat formaları haqqında anlayış.

63. Ümumiləşdirici dərslər

64.Biologiyanın tədris formalarının qarşılıqlı əlaqəsi.

65.Biologiyanın tədrisində dəyirmi masa metodu.

66.Biologiyanın tədrisində tərbiyə məsələləri.

67.Biologiyada sinifdənxaric işlərin formaları.

68. Sinifdənxaric kütləvi işlər.

69.Biologiyada kombinə edilmiş (mürəkkəb) dərslər.

70.Biologiyada dərdənkənar işlərin formaları.

71.Biologiyanın tədrisində beyin həmləsi (strategiyası) metodu.

72. Biologiyadan iş dəftərlərinin aparılması.

73.Biologiyada təbii obyektlərin tanınması və təyini.

74.Sinifdənxaric işlərin fərdi və qrup formaları.

75.Biologiyada əyanilik prinsipi və onların növləri.

76. Biologiyanın tədrisində insert metodunun tətbiqi.

77. Biologiya fənninin tədrisində əyanilik prinsipi.

78.Biologiyada məktəbdənxaric işlərin təşkili.

79. Məktəbdənxaric işlərin təşkili və aparılması.

80.Sinifdənxaric işlərin təşkili və aparılması.

81.Biologiyanın tədrisində fenoloji müşahidələrin aparılması

82.Biologiyada müsahibə metodu və onların növləri.

83..Biologiyanın tədrisində biliyin şüurlu mənimsənilməsi prinsipi

84.Biologiyada vətəpərvərlik tərbiyəsinin inkişaf etdirilməsi.

85.Biologiyada tərbiyəyönümlülük prinsipi.

86.Biologiyada müstəqil müşahidələrin aparılması.

87.Biologiyada illüstrasiya demonstransiya metodu.

88.Biologiyanın tədrisində təfəkkürün və nitqin inkişaf etdirilməsi.

89. Ekskursiyaların təşkili və keçirilməsi.

90.Biologiyada nəticəyönümlülük prinsipi.

Tərtib edən: p.f.d. F.M.Orucov

Comments are closed, but trackbacks and pingbacks are open.