Press "Enter" to skip to content

Lmədən öncə mütləq oxunması gərəkən ən maraqli kitablar

1. George Orwell – Heyvan ferması

Kitab oxu

(+994 12) 493 30 77

  • Fəlsəfə
  • Tarix
  • Azərbaycan tarixi
  • Sosiologiya
  • Etnoqrafiya
  • İqtisadiyyat
  • Dövlət və hüquq
  • Siyasət. Siyasi elmlər
  • Elm və təhsil
  • Mədəniyyət
  • Kitabxana işi
  • Psixologiya
  • Dilçilik
  • Ədəbiyyatşünaslıq
  • Folklor
  • Bədii ədəbiyyat
  • İncəsənət
  • Kütləvi informasiya vasitələri

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Prezident Kitabxanasının “Elektron kitablar” Verilənlər bazası Azərbaycanın tarixini, iqtisadiyyatını, mədəniyyətini, eləcə də müxtəlif elm sahələrini əhatə edən kitabların elektron variantlarının toplandığı Elektron Kitabxanadır.

Yeni əlavə olunanlar

Туберкулез органа зрения

Yeniləşən Mədəniyyət məkanları: III kitab : Heydər Əliyev sarayı

Ədəbiyyatda Heydər Əliyev obrazı: tarixi gerçəklikdən ideala

Ulu öndər Heydər Əliyev və milli gəmiçilik siyasəti

Azərbaycan Respublikasının Dövlət Bayrağı

Heydər Əliyev ideyalarının zəfər yürüşü

Heydər Əliyev irsində Azərbaycan tarixi məsələləri

Heydər Əliyev və Azərbaycan dövlətçiliyi

Qurtuluşdan başlayan tərəqqi

Prezident İlham Əliyev: yüksək səviyyədə görüşlər: 2003-2008-ci illər: II cild

Prezident İlham Əliyev: yüksək səviyyədə görüşlər: 2003-2008-ci illər: I cild

Heydər Əliyev və Azərbaycan nitq mədəniyyəti: III kitab

Heydər Əliyev və Azərbaycan nitq mədəniyyəti: II kitab

Heydər Əliyev və Azərbaycan nitq mədəniyyəti: I kitab

Heydər Əliyev – Azərbaycan: dünən, bu gün və sabah

Borcumuzdur bu ehtiram

Heydər Əliyevin dövlətçilik və hüquq təlimi

Heydər Əliyev məktəblilərin gözü ilə: VIII kitab

Heydər Əliyev məktəblilərin gözü ilə: VII kitab

Dövlətin iqtisadi siyasəti: dayanıqlı və davamlı inkişafın təntənəsi

Azərbaycan vahid və bölünməz Avropada: 2001-2011

Azərbaycan qadınları: ensiklopedik toplu

Əbədiyyət notları

Ümummilli liderimiz Heydər Əliyevin Azərbaycanda təhsilə və təhsil xadimlərinə qayğısı

Siyasi düşüncəmdə Heydər Əliyev fenomeni

Ulu öndər Heydər Əliyevin Şəmkirçay su anbarının tikintisi ideyaları uğurla həyata keçirilir

Heydər Əliyev: “Gürcüstan və Azərbaycan xalqlarının dostluğu dünyada nümunədir”

Берегите своих матерей!

Dövlət, demokratiya, qanunçuluq haqqında

Heydər Əliyev – milli-siyasi elitamızın zirvəsi

Zərrələrdən zirvəyə: elmi-fəlsəfi-tibbi ensiklopedik toplu: II hissə

Zamana sığmayan lider: Heydər Əliyevin idarəçilik və varislik fəlsəfəsi

Televiziya: nəzəriyyə, inkişaf meylləri

Heydər Əliyevin neft strategiyası: Azərbaycanın müstəqilliyi və rifahı naminə: III hissə

Bir ömrün imzası – Zərifə Əliyeva

Akademik Zərifə xanım Əliyevanın 80 illik yubileyinə həsr olunmuş oftalmologiya və iridologiyanın aktual problemləri mövzusunda beynəlxalq elmi konfrans

Hörmətli Müəlliflər!
Siz öz əsərlərinizin elektron variantının Prezident Kitabxanasının “Elektron Kitablar” Verilənlər bazasında yerləşdirilməsini istəyirsinizsə, “Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” Azərbaycan Respublıkası Qanununun 18-ci və 19-cü maddələrinə uyğun olaraq müəlliflik hüququ haqqında razılaşmanı imzalayıb, əsərinizi və razılaşmanın surətini aşağıdakı e-mail ünvanına göndərə bilərsiniz.
info@preslib.az

Abunə

Lokal şəbəkədə oxucuların istifadəsinə “Rusiya Federasiyasının Qanunvericilik Bazası” təqdim olunur.

Lokal şəbəkədə oxucuların istifadəsinə bütün elm sahələri üzrə 5 000 e-kitabdan ibarət elektron kitabxana – Elektron Kitabxana Sistemi İPR Books təqdim olunur.

Polpred.com Medianin İcmalı. Hər gün minlərlə xəbərlər, Rus dilində tam mətn, son 15 ilin informasiya agentliklərinin və işgüzar nəşrlərin ən yaxşı milyon mövzusu.

Ölmədən öncə mütləq oxunması gərəkən ən maraqli kitablar

Kitab oxumaq üfüqlərimizi açar və bizi fərqli dünyalara aparar. Hər yeni kitabla fərqli bir kainatın qapısını açırıq. Ancaq oxumağa başladığınız kitab sizi özünə cəlb etməlidir. Bəzi kitabları götürdüyünüz andan etibarən əlinizdən buraxmağa çətinlik çəkərsiniz. Bəzilərini isə iki səhifə oxuyub kənara qoyar bir daha davam etməzsiniz.

Kitab oxumağa vərdiş etmək istəyirsinizsə, cəlbedici kitablar oxumaq sizin üçün daha faydalı olacaq . Bu yazıda, bütün zamanların ən çox oxunan və ən çox satılan siyahıların zirvəsindən düşməyən maraqli kitablar haqqında məlumat ala bilərsiniz.

Əlinizdən buraxmayıb bir dəfəyə bitirəcəyiniz maraqli kitablar

1. George Orwell – Heyvan ferması

Ədəbiyyat dünyasının klassiklərindən olan Heyvan ferması 1945-ci ildə nəşr olunib. İngilis yazıçı Orwellin ən çox oxunan kitablarından biri olan Heyvan ferması, fabula janrında yazılmış bir əsərdir. Bir fermada yaşayan heyvanlardan bəhs olunan kitabda 1917-ci ildə baş verən Oktyabr İnqilabından da bəhs olunur. Romanda dövlətlər, rejimlər və cəmiyyətlər sadə və simvolik bir şəkildə müzakirə olunur.

2. Kiçik Şahzadə – Antoine de Saint-Exupéry

1943 – cü ildə Antuan de Saint-Exupéry

tərəfindən yazılmış bu 96 səhifəlik nağıl, dünyada ən çox oxunan və ən çox satılan kitablardan biridir. Əslən Fransızca Le Petit Prince adlandırılan kitab həm uşaqlar, həm də böyüklər üçün yazılmışdır. Kino, teatr və operaya uyğunlaşdırılan Kiçik Şahzadə indiyə qədər 210 fərqli dilə və ləhcəyə tərcümə edilmişdir.

3. Kimyaçı – Paulo Coelho

Braziliyalı yazıçı Paulo Coelho tərəfindən 1988 – ci ildə yazılan Kimyagər , yazıldığı ilk gündən bəri həmişə ən çox oxunan roman siyahısında ilk sırada yer alıb. 26 dilə tərcümə olunan əsər yeddi milyondan çox satılıb. Mövlananın ən əhəmiyyətli əsəri olan Mesnevinin bir hekayəsi əsasında yazılan roman bütün dünyada sevilib və təriflər alıb . Hələ də içindəki uşağı saxlayanlar üçün möhtəşəm bir kitab olan Kimyagər, dünyanın ən çox oxunan kitablarından biridir.

4.Cinayət və Cəza – Fyodor Dostoyevski

Rus ədəbiyyatının aparıcı adlarından biri olan Dostoyevskinin Cinayət və Cəza kitabı müəllifin şah əsəridir. Ən çox oxunan dünya klassikləri arasında yer alan Cinayət və Cəza müəllifin ikinci ən uzun romanıdır. Yazıldığı gündən təxminən 200 il keçməsinə baxmayaraq, hələ də ən çox oxunan kitabların siyahısındadır. Dostoyevskinin Sibir Həbsxanasından azad edildikdən sonra yazdığı Cinayət və Cəza, realist bir perspektivlə yazılmış ən vacib əsərlərdən biridir.

5. Milena’ya Mektuplar – Franz Kafka

Müasir ədəbiyyatın ən vacib nümayəndələrindən biri olan və ədəbiyyatsevərlərin qəlbində çox xüsusi bir yer tutan öz üslubuna sahib bir simvol olan Kafkanın ən sevdiyim kitabı. Praqa yazıçısı Franz Kafkanın nəşr olunan əsərlərinin çoxu xatirələr, gündəliklər və məktublar şəklindədir. Milenaya məktublar da bunlardan biridir . Kafkanın ustalığının bu qədər dərindən hiss olunduğu kitabda cazibədar sevgi xətləri yer alıb. Hamısı da sitat gətiriləcək və altından xətt çəkiləcək cümlələrdir.

6. Şəkər portağalı – José Mauro De Vasconcelos

Şəkər portağalını Braziliya yazıçısı José Mauro De Vasconcelos 1968 – ci ildə yazmışdır. Yazıçının ən çox tanınan və ən çox oxunan kitabı olan Şeker Portakalı 16 dilə tərcümə edilmişdir . Müəllif orijinal dilinin Portuqal dilində olduğu kitabda uşaqlıqda yaşadığı hadisələrinin izlərinin olduğunu söyləyir.

7.Xəz paltolu Madonna – Sabahattin Ali

Türk ədəbiyyatının ən əhəmiyyətli adlarından biri olan Sabahattin Ali tərəfindən yazılmış kitab 1943 – cü ildə nəşr edilmişdir. Sabahattin Əli 177 səhifəlik kitabını əsgərlik dövründə çadırına yazıb. Kənardan sakit və səssiz, ancaq içəridə fırtınalar başlayan Raif Əfəndinin sevgisindən bəhs edən kitab, Sabahattin Əlinin ən məşhur və ən sevilən kitabıdır.

8. Səndən öncə mən- JoJo Moyes

Böyük bir sevgi hekayəsindən bəhs edən kitab möcüzələrə inanmayanları bir daha düşündürəcək. Son illərin ən çox oxunan və ən çox satılan kitabları arasında yer alan kitab, qeyri adi sevgi hekayəsi ilə yanaşı dünyagörüşünüzü dəyişdirən və kiçik bir ümidin belə insan həyatına nə qədər böyük bir ümid bəxş edə biləcəyini göstərən, psixolojik kitaba bənzər bir əsərdir. ( P.S. Mənim ən çox sevdiyim kitab)

9. Lev Tolstoy – Anna Karanina

Çox mübahisələrə səbəb olmuş məşhur roman. Müəllif bir evin, bir ailə­nin problemindən başlayır və bütün Rusiyanın üzləşdiyi çətinliklərə toxu­nur.

Hissləri dolaşıq düşmüş, həyatda azıb qalmış bir qadın haqqında ro­man. Onun hər şeyi var: əri, oğlu, evi, sərvəti, adı. Amma o heç nəyə bax­madan bunların hamısından imtina edir! O özünü eşq girdabına atır və bununla da öz həyatını çətinləşdirir.

10. Qabriel Qarsia Markez. Yüz ilin tənhalığı

“Yüz ilin tənhalığı” romanında Buendia nəslinin yaran­ma­sı, yük­sə­lişi, qürubu və məhvi əks etdirilmişdir. Bu nəslin tarixi – hər bir Buendia üzvünün taleyində bu və ya digər şəkildə təzahür edən tən­halıq hekayətidir. Tənhalıq, ailə üzvlərinin bir-birindən aralı düşməsi, onların bir-birini anlaya bilməmələri romanda, hə­qi­qətən, mifik xarakter daşıyır. Eyni zamanda, romanda mif parodiyası da var. Qəsdən yaratdığı mifoloji qur­ma­larda, nəql etmənin adiliyində təzahür edən, hərdən cəfəng və aş­kar fan­tas­tik hadisələrdən danışan müəllifin xüsusi kinayəli gü­lüşü parodiya vasitəsidir.

Kitab oxumağın bizə bəxş etdiyi möhtəşəm faydalar

Kitab sehrli bir əşya kimidir. Əlimizdəki səhifələrin üzərinə işlənmiş 32 hərfdən ibarət kombinasiyaları oxuyaraq getmədiyimiz yerlərə gedib, başqaları kimi düşünüb, hətta fərqli zamanlara səfər belə edə bilərik. Kitabların insanlara qatdığı dəyər olduqca çoxdur. Hər şeydən əvvəl kitablar daha yaxşı bir şəxsiyyət olmağımızı təmin edir.
Bu siyahımızda kitab oxumağın bizlər üçün faydalarını sıralamışıq. Kitab oxumağın bir insana qatacağı 13 möhtəşəm özəllik:
1.Oxumaq stresi azaldır.
Sussex Universitetinin etdiyi bir araşdırma, stressi azaldan ən təsirli yolun kitab oxumaq olduğunu göstərir.
2.Yuxusuzluq problemimdən əziyyət çəkənlər üçün ən yaxşı üsul oxumaqdır.
Sakitləşmək və yaxşı bir yuxuya dalmaq üçün ən ideal həll kitab oxumaqdan keçir.
3.Oxumaq insanların empati duyğusunu gücləndirir.
Kitab oxuyarkən, kitablardakı qəhrəmanların yerinə özümüzü qoyuruq. Qəhrəman fantastikadan ibarət olsa belə onunla empati qururuq.

4.Oxumaq beyin funksiyalarımızı sürətləndirir.
Emory Universitetində edilən elmi bir araşdırma kitab oxumağın bizi daha ağıllı etdiyini sübut edir.

5.Depressiyadan xilas olmaq üçün ən yaxşı yolllardan biri kitab oxumaqdır.
Bir müddət əvvəl edilən bir araşdırma, fərdi inkişaf kitablarının depresiyadakı insanlar üçün faydalı olduğunu göstərir.
6.Oxumaq bizi daha cazibədar edir.

Ağıllı olmaq cazibədar olmağın ən əhəmiyyətli faktorlarından biridir. Oxumaq da insanı daha ağıllı etdiyinə görə…

7.Kitab oxumaq həyatdakı çətinliklərlə daha yaxşı mübarizə aparmağımızı təmin edir.

Ohio Dövlət Universitetinin etdiyi bir araşdırma, kitab oxuyan insanlarkn fərqindəlik səviyyələrinin yüksəldiyini, beləcə qarşılaşdıqları çətinliklərə daha yaxşı qalib gələ bildiklərini göstərir.
8.Kitab oxuyan insanlar daha sosialdırlar.
Aparılan bir araşdırma, kitab oxumağı sevən insanların fərqli mədəniyyətlərə aid insanlarla daha yaxşı ünsiyyət qura bildiklərini göstərir.
9.Oxumaq yaddaşı gücləndirir.
Kitab oxuduğumuz hər an əslində beynimizi də inkişaf etdirirk. Edilən bir araşdırma kitab oxumağın beyindəki reaksiyların yavaşlamağı azaltdığını sübut edir.
10.Oxumaq daha yaxşı yaza bilməyimizi təmin edir.
Fərqli yazarların kitablarını oxuduğumuz zaman fərqli yazı stilləri görürük. Nə qədər çox şey oxusaq, yazı yazma mövzusunda o qədər çox şey öyrənirik. Bu da yazı yazma qabiliyyətimizin güclənməsini təmin edir.
11.Oxumaq bizi açıq fikirli və dost canlısı edir.

The Creativity Research jurnalında nəşr edilən bir məqalədə, kitab oxuyan insanların daha açıq fikirli olduğunu və beləcə daha çox insanla dostluq qura bildiklərini qeyd edirlər.

12.Oxumaq bizə daha yaxşı dinləməyi öyrədir.

Aparılan araşdırmalar kitab oxuyan insanların oxumayanlarla müqayisədə daha yaxşı dinləyici olduqlarını göstərir.
13.Oxumaq dünyanı daha yaxşı bir yer etmək üçün bizə güc verir.
Daima kitab oxuyan insanların cəmiyyətə faydası, kitab oxumayanlarla müqayisədə 3 dəfə çoxdur. Bu da kitab oxumağın bizləri daha yaxşı insanlar etdiyinin bir digər dəlilidir.







Mənbə: azedu.az

  • Teqlər:
  • kitab
  • , kitab oxumaq
  • , kitab oxumaqın faydaları
  • , kitab oxumağın xeyirləri
  • , mütaliə
  • , mütaliə etmək

Comments are closed, but trackbacks and pingbacks are open.