Press "Enter" to skip to content

Mumi təhsil müəssisəsinin kitabxanasının Nümunəvi Əsasnaməsi

Cox gozel bir vesaitdir

Coğrafiya-6. Müəllim üçün metodik vəsait

5 responses to “ Coğrafiya-6. Müəllim üçün metodik vəsait ”

Huseyn behbudov

Test lazimdir

Cox gozel bir vesaitdir

Men muellimeyem ve test goturmek isteyirem
Icaze var?

Leave a Reply Cancel reply

Recent Posts

  • 2015-2016-cı tədris ili üçün müəllimlərin işə qəbulu üzrə müsabiqə nəticəsində ümumi təhsil müəssisələrinə və peşə liseylərinə işə qəbul edilənlərin siyahısı
  • 9-cu sinif “Təsviri incəsənət”
  • 9-cu sinif “Musiqi”
  • 9-cu sinif “İnformatika”
  • COĞRAFİYA 9Ümumtəhsil məktəbləri üçün dərslik

Recent Comments

Nuray on Coğrafiya-6. Müəllim üçün meto…
Nuray on Coğrafiya-6. Müəllim üçün meto…
Nuray on Coğrafiya-6. Müəllim üçün meto…
Nuray on Coğrafiya-6. Müəllim üçün meto…
Huseyn on Coğrafiya-6. Müəllim üçün meto…

Archives

Categories

Meta

Blogroll

  • Discuss
  • Get Inspired
  • Get Polling
  • Get Support
  • Learn WordPress.com
  • Theme Showcase
  • WordPress Planet
  • WordPress.com News

Meta

Already have a WordPress.com account? Log in now.

  • coqrafiya.blogspot.com
  • Customize
  • FollowFollowing
  • Sign up
  • Log in
  • Copy shortlink
  • Report this content
  • View post in Reader
  • Manage subscriptions
  • Collapse this bar

Ümumi təhsil müəssisəsinin kitabxanasının Nümunəvi Əsasnaməsi

1.1. Bu Nümunəvi Əsasnamə Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 6 oktyabr tarixli 3072 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında kitabxana-informasiya sahəsinin 2008-2013-cü illərdə inkişafı üzrə Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə Tədbirlər Planının 2.5.1-ci yarımbəndinə əsasən hazırlanmışdır və tabeliyindən, mülkiyyət növündən və təşkilati-hüquqi formasından asılı olmayaraq, Azərbaycan Respublikasının ərazisində yerləşən bütün ümumi təhsil müəssisələrinin kitabxanalarının (bundan sonra – kitabxana) fəaliyyətini tənzimləyir.

1.2. Ümumi təhsil müəssisənin kitabxanası (bundan sonra – kitabxana) tədris və tərbiyə prosesinin informasiya təminatını həyata keçirən, biliyi, elmi, mədəniyyəti yeni metodlarla təbliğ edən, çap məhsullarını və elektron resursları toplayıb mühafizə edən, onların müəllim və şagird kontingenti tərəfindən sistemli istifadəsini təşkil edən sosial institutdur.

1.3. Kitabxana, minimum kitabxana fondu (azkomplektli ümumi təhsil müəssisəsində 500, tamkomplektli ümumi təhsil müəssisəsində 1000 çap vahidindən az olmamaqla), müvafiq sahə (oxu zalı və fond üçün otaqlar), avadanlıq və kadr potensialı olduqda, müəssisənin struktur bölməsi kimi onun infrastrukturuna daxil edilir.

1.4. Kitabxana öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının “Kitabxana işi haqqında” və “Təhsil haqqında” qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Azərbaycan Respublikası Təhsil Nazirliyinin əmrlərini, kollegiya qərarlarını, struktur bölməsi olduğu ümumi təhsil müəssisəsinin nizamnaməsini və bu Nümunəvi Əsasnaməni rəhbər tutur.

1.5. Bu Nümunəvi Əsasnamə hər bir kitabxana üçün fərdi Əsasnamənin hazırlanmasında əsas hesab olunur.

1.6. Kitabxananın fondundan və informasiya resurslarından bütün oxucular və istifadəçilər (bundan sonra – oxucular) tərəfindən tam istifadə edilməsi üçün müvafiq şərait yaradılır.

1.7. Kitabxana, tərkibində fəaliyyət göstərdiyi ümumi təhsil müəssisəsinin adını tam şəkildə əks etdirən kitabxana ştampına malikdir.

2. Kitabxananın fəaliyyətinin əsasları

2.1. Kitabxana ümumi təhsil müəssisəsinin təlim-tərbiyə prosesində fəal iştirak edir, müəllim və şagird kontingentinə, valideyn-müəllim assosiasiyalarının üzvlərinə kitabxana xidmətləri göstərir. Həmin xidmətlər kitab fondunun, dövri nəşrlərin, elektron resursların və s. oxuculara təqdim edilməsi vasitəsilə həyata keçirilir.

2.2. Kitabxana görülən işlərin məzmununu, fondunu və informasiya resurslarını ümumi təhsil müəssisəsinin məqsəd və vəzifələrinə, oxucuların informasiya tələbatına uyğun olaraq təşkil edir.

2.3. Kitabxananın fonduna aşağıdakılar daxildir:

2.3.1. dərsliklər, dərs vəsaitləri;

2.3.2. tədris-metodik ədəbiyyat;

2.3.3. elmi-pedaqoji ədəbiyyat;

2.3.4. bədii ədəbiyyat;

2.3.5. universal məzmunlu kitablar (ensiklopediyalar, məlumat kitabları, soraq kitabçaları, biblioqrafik nəşrlər);

2.3.6. dövri nəşrlər (dövri nəşrlərin sayı ümumi təhsil müəssisəsinin növündən, şagird kontingentinin sayından və milli tərkibindən asılı olaraq müəyyənləşdirilir);

2.3.7. müəllim üçün metodik vəsaitlər;

2.3.8. elektron resurslar;

3. Kitabxananın idarə olunması

3.1. Kitabxananın idarə olunması bu Nümunəvi Əsasnaməyə və ümumi təhsil müəssisəsinin nizamnaməsinə uyğun olaraq həyata keçirilir.

3.2. Kitabxana ümumi təhsil müəssisəsinin direktoruna tabedir və direktor kitabxana xidmətinin təşkilinə və bu xidmətin keyfiyyətli olmasına görə məsuliyyət daşıyır.

3.3. Kitabxananın fəaliyyəti üçün lazımi şəraitin yaradılması və fəaliyyətinə nəzarət ümumi təhsil müəssisəsinin direktoru tərəfindən həyata keçirilir.

3.4. Kitabxanaya rəhbərlik öz işinə görə məsuliyyət daşıyan kitabxananın müdiri (və ya kitabxanaçı) tərəfindən həyata keçirilir.

3.5. Kitabxananın müdiri (və ya kitabxanaçı) ümumi təhsil müəssisəsinin direktoru tərəfindən qanunla müəyyən edilmiş qaydada vəzifəyə təyin və vəzifədən azad olunur və işlədiyi müddətdə müəssisənin pedaqoji kollektivinin üzvü hesab edilir.

3.6. Kitabxananın müdiri (və ya kitabxanaçı) ümumi təhsil müəssisəsinin Pedaqoji Şurasının tərkibinə daxil edilir.

3.7. Kitabxananın ştat vahidlərinin müəyyənləşdirilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 may tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası ibtidai, əsas, orta ümumtəhsil məktəblərinin, liseylərin və gimnaziyaların rəhbər işçilərinin, inzibati-təsərrüfat, tədris, yardımçı və xidmət işçiləri heyətinin nümunəvi ştatları”na uyğun olaraq həyata keçirilir.

3.8. Kitabxananın işçiləri ilə əmək münasibətləri Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun tərtib edilmiş əmək müqaviləsi əsasında tənzimlənir.

3.9. Kitabxananın işçiləri Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun olaraq attestasiyadan keçirilirlər.

4. Kitabxana işinin elmi-metodik və kadr təminatı

4.1. Azərbaycan Respublikasının Təhsil Nazirliyi sistemində fəaliyyət göstərən ümumi təhsil müəssisələrində kitabxana işinin elmi-metodik təminatı onların elmi-metodik əlaqələndirmə mərkəzi statusuna malik olan Azərbaycan Respublikası Təhsil Nazirliyinin Respublika Elmi Pedaqoji Kitabxanası tərəfindən həyata keçirilir.

Summativler~Sinif dərslikləri və müəllim üçün metodik vəsaitlər (pdf yüklə)~KSQ~bütün fənlər üzrə.

Salam . Mən bunu bilirdim . Amma , yenə də , çox sağ olun . ♥️ ,,))
Mən Azərbaycan Tarixi 5 – Ci sinif KSG axtarırdım . Metodik Vəsaitə Daxil oldum amma , Orada , KSG yox idi .
Həmin , KSG – Ləri , haradan , tapa bilərəm ?
Zəhmət olmasa , deyərdiniz də ,,))

ThisIsLamiya

1 год назад

Pdf yüklədim nə qədər yer tutdu. Ama pdf açılmadı��

SABIR Vəliyev

3 года назад

O proqram nəyimizə lazim deyə bilersiz

Bbjjbv Fghhh

3 года назад

Mən yüklüyürəm sonra fayl açılmır. Niyəəəsini bilən varsa xahiş edirəm yazsın

EVEA Media Group

3 года назад

Salam zəhmət olmasa mənədə deyin bu sumativin tapılmasını və cap edilməsini

Sedayil Qehramanov

3 года назад

e bunun sehfesinin adini deyin

Seadet Memmedova

3 года назад

Girdiyiniz saytin adi ne idi

Oyun Dünyası 2009

4 года назад

Az tarixi 8 ci sinif bsq 1 laximdiiiii

Ayşe Şahin

4 года назад

Yaxşıdı ,amma mən daha yaxşısını bilirəm

Natiq Meherremov

4 года назад

Men tarixe baxmisdim amma orda KSQ yoxuydu

noob gamer

4 года назад

Sayt bağlandı təbrik edirəm

gözəl duyğular

4 года назад

Salam men 8 ci sinifin müellim üçen metodik vesaiti isteyirem ama tapa bilmirem köməklik ederdizde zehmet olmasa

rövşanə eli

4 года назад

Men annamadim axiii����

Comments are closed, but trackbacks and pingbacks are open.