Press "Enter" to skip to content

III qrupda ən bahalı və ən ucuz ixtisaslar hansı universitlərdədir

Riyaziyyat və informatika müəllimliyi Ə 304 (456)

1 ci qrup üzr ödnişli ixtisas 2015 2016

Aqromühəndislik ixtisası

Aqromühəndislik də digər mühəndislik sahələri kimi avadanlıq və texnologiyalarla bağlı sahədir. Aqromühəndislər elmi-tədqiqat, istehsalat və texnoloji, eləcə də təşkilati və idarəetmə sahəsində işləyə bilər. Bu mühəndislər kənd təsərrüfatının və istehsalın səmərəliliyinə təsir edən texniki problemləri həll edirlər. Onlar kənd təsərrüfatı, meşə təsərrüfatı, akvakultura və bioyanacaq kimi müxtəlif sahələrdə ixtisaslaşa bilirlər. Bioloji elmlər və texnologiya sahələrindəki biliklərini enerji təchizatı, kənd təsərrüfatı texnikası, suvarma, çirklənmə problemləri, bina strukturları qida sənayesi, torpaq və suyun qorunması və daha çoxunu yaxşılaşdırmaq üçün birləşdirirlər.

Əkinçi mühəndis kənd təsərrüfatı problemlərini həll etmək üçün kənd təsərrüfatı quruluşlarını, maşınlarını, avadanlıqlarını və proseslərini dizayn etmək üçün mühəndislik texnologiya biliklərinin tətbiq edilməsinə cavabdehdir. Çox vaxt qeri-standart şəraitlərdə problemi yerindəcə həll etməli olurlar. İş proseslərini avtomatlaşdırmaq üçün yeni texnologiyalar tətbiq edən, xüsusi avadanlıq quraşdıran, tənzimləyən və saxlayan, habelə işçilərə istifadə etməyi öyrədən aqromühəndislərdir. Sahə fizika, biologiya, əmək və əkinçilik və mühəndisliklə maraqlananlar üçün uyğundur.

Bu ixtisas sahibi nə işlə məşğuldur?

  • Maşın istehsalına nəzarət;
  • Geniş tədqiqat və inkişaf işlərinin aparılması;
  • Torpaq və suyun qorunması üsullarının işlənib hazırlanması;
  • Kənd təsərrüfatı məhsullarının emalı və qorunması işinin yaxşılaşdırılması;
  • İnkişafın hər mərhələsi üçün funksional tələblərin müəyyənləşdirilməsi;
  • Maya dəyərinin öyrənilməsi;
  • Etibarlılıq və təhlükəsizlik;
  • Dizayn səmərəliliyinin və zəruri hallarda dəyişikliklərin qiymətləndirilməsi;
  • Lazım olduqda performans yeniləməsini planlaşdırmaq;
  • Dizayn edilmiş sistemlərin daha uzun müddət etibarlı işləməsini təmin etmək;
  • Məhsula əlavə dəyər verən məhsulların inkişafı

Harada bu ixtisasa sahiblənmək olar?

  • Azərbaycan Dövlət Aqrar Universiteti (Gəncə şəhəri)

Keçid balı: Ə 202,6 (202,6)

Balıqçılıq və balıqçılıq təsərrüfatı işi ixtisası

Öncəliklə, onu qeyd etmək gərəkdir ki, “Balıqçılıq” ixtisas deyil, bu əhalinin və emal sənayesinin su bioresurslarına olan (dəniz məhsulları da daxil olmaqla) ehtiyacını ödəyən xalq təsərrüfatı sahəsidir. Bura həm balıqovlama, həm də balıqartırma və balıqyetişdirmə daxildir. Balıqartırma və balıqyetişdirmə təsərrüfatlarını ümumilikdə akvakultura təsərrüfatı adlandırırlar. Balıqovlama və akvakultura sahələri bir-birindən fərqlənir. Çox güman ki, son zamanlarda daha çox ehtiyac duyulan ixtisas kimi akvakultura sahəsində çalışan mütəxəssislərin sizin üçün daha maraqlı olar. Hazırda balıqçılıq müasir avadanlıq və qabaqcıl texnologiyalardan istifadə edərək balıq ovuna yönəlmiş sənayedir. Bu sənaye uzun müddətdir ki, mövcuddur. Lakin o qədər də məşhur deyil, çünki istifadəsi yalnız su obyektlərinin olduğu yerlərdə mümkün olmuşdur. Bugün balıqçı peşəsi heyvan istehsalının digər sahələri kimi dəyişməyib. Biologiya ilə maraqlananlar üçün uyğun peşədir.

Akvakultura sahəsində çalışan bir sıra mütəxəssislər vardır ki, onların ixtisası aşağıdakı vəzifələrdən ibarətdir:

  • İxtioloq;
  • Balıqşünas;
  • İxtiopatoloq;
  • Akvakultura üzrə mütəxəssis;
  • Qapalı su çevrəsi üzrə mütəxəssis;
  • Hidro-kimyaçı və s. ibarətdir.

Bu ixtisas sahibi nə işlə məşğuldur?

Akvakultura təsərrüfatında İxtioloq və Balıqşünas balıqartırma və balıqyetişdirmə prosesinin hər bir mərhələsini təşkil edir və nəzarətdə saxlayır.

Balıqartırma işinin təşkili dedikdə bura:

  • Kürünün alınması və mayalandırılması;
  • Körpələrin alınması (inkubasiya prosesi);
  • Balıqların yemləndirilməsi;
  • Damazlıq işinin təşkili;
  • Suyun keyfiyyətinə nəzarət;
  • Təmir-bərpaedici balıqların seşilməsi və bonitirovka (seleksiya işi);
  • Su bioresurslarının sağlamlığına təsir edən amilləri vaxtında aşkarlamaq və aradan qaldırılması üzrə tədbirlər görmək daxildir.
  • Balıqyetişdirmə prosesinə isə yuxarıda sadalananlardan başqa əmtəəlik balıqların yetişdirilməsi və yetişdirilən balıq növünün saxlanma şəraiti və yemləndirilməsini optimallaşdırmaqdan ibarətdir.
  • Balıqçılıq alətləri və digər balıqçılıq və tədqiqat qurğularının dizaynı və istehsalı;
  • Balıqçılıq müəssisələrində yarımfabrikatlar və hazır balıq məhsullarına istehsal nəzarətini həyata keçikrmək;
  • Balıqçılıq gəmilərindəki xammalın keyfiyyətinə nəzarət;
  • Sənaye balıqçılıq alətlərini təchiz etmək və onları müəyyən bir balıqçılıq sxeminə uyğunlaşdırmaq;
  • Müxtəlif növ balıq ovu vasitələrinin istifadəsi zamanı ekoloji nəticələrə nəzarət etmək.

İxtiopatoloq- akvakultura təsərrüfatında yetişdirilən balıq növlərinin xəstəliklərini bilməli, onlara qarşı profilaktika və müalicə işlərini təşkil etməli, xəstəlik baş verdikdə sağlamlaşdırıcı tədbirləri həyata keçirməli və qərarlar qəbul etməlidir. Eyni zamanda ixtiopatoloq xəstəliklərin vaxtında aşkarlanması üçün müntəzəm olaraq yoxlamalar təşkil etməli və nümunələr götürərək laboratoriyada müayinə etməlidir.

Akvakultura və qapalı su çevrəsi üzrə mütəxəssis bu sistemin bütün mərhələlərini dərindən bilməli və yarana biləcək nasazlıqların dərhal aradan qaldırılması məqsədi ilə qabaqlayıcı tədbirlər görməlidir.

Su balıqların yaşadığı mühitdir və suyun keyfiyyəti akvakultura təsərrüfatında yetişdirilən balıqların sağlamlığına və istehsal ediləcək məhsulun keyfiyyətinə və kəmiyyətinə birbaşa təsir edir. Hidro-kimyaçı suyun keyfiyyət göstəricilərinə daim nəzarət edir, laboratoriyada müayinələr aparır, su təmizləyici qurğuların saz vəziyyətdə olmasını nəzarətdə saxlayır, lazım gəldikdə suyun keyfiyyətini normallaşdırmaq üçün təxirəsalınmaz tədbirlər həyata keçirir.

Harada bu ixtisasa sahiblənmək olar?

  • Azərbaycan Dövlət Aqrar Universiteti (Gəncə şəhəri)

Keçid balı: Ə 182,6 (182,6)

Meşəçilik ixtisası

Meşə planetdə və cəmiyyətin həyatında mühüm ekoloji, iqtisadi və sosial əhəmiyyət kəsb edir. Meşəçilik ixtisası üzrə tədris proqramı özündə meşəçilik nəzəriyyəsini, meşə quruluşunu, bitkilərin çoxalmasının və genetikasının tədqiq olunmasını əks etdirir. Proqram çərçivəsində tələbələr təbiət hadisələrinin meşə həyatında rolu, kimya sahəsində əldə edilmiş nailiyyətlərin meşəçilikdə istifadəsi, meşə yetişdirmədə və meşələrin mühafizəsində pestisidlərdən istifadə qaydaları, ali bitkilərin anatomiyası, morfologiyası və sistematikası, meşəçilikdə və meşəsalmada iqlim potensialının nəzərə alınması, meşə təsərrüfatının təşkili və idarə olunması haqqında ətraflı biliklər əldə edirlər. Tələbələrə eyni zamanda planlama işləri, çöl materiallarının hesablanması və planın tərtibi yolları, ağac və kol bitkilərində baş verən fizioloji və biokimyəvi proseslərin mahiyyəti, meşə heyvanlarının biologiyası, ekologiyası və təsərrüfat əhəmiyyəti, meşə bitkilərinin xəstəlik törədiciləri və zərərvericiləri,onlara qarşı kompleks mübarizə tədbirlərinin həyata keçirilməsi, meşə əmələgətirən ağac cinslərinin meşəçilik xüsusiyyətləri və təsərrüfat əhəmiyyəti öyrədilir. Biologiya və coğrafiya ilə maraqlananlar üçün uyğun sahədir.

Bu ixtisas sahibi nə işlə məşğulur?

  • İxtisas sahibinin nə işlə məşğul olması onun hər hansı bir Meşə Mühafizəsi və Bərpası Müəssisəsində (MMBM) hansı vəzifədə çalışmasından asılıdır.
  • Meşə quruluşu obyekti ərazisində meşə fondu torpaqlarının hüdudlarının kateqoriyalar üzrə tərkibinin və təsərrüfatdaxili təşkilinin müəyyən edilməsi;
  • Geodeziya-topoqrafik işlərin aparılması (meşə çəkilməsi və ya planlama işləri) və plan kartoqrafik materialların tərtib olunması;
  • Meşələrin yayılmasının növ tərkibini, yaş quruluşunu, oduncaq ehtiyatını müəyyən etməklə meşələrin intervarlaşdırılması;
  • Meşələrin bərpa və aralıq istifadə üçün qırılmasını, digər meşə təsərrüfatı tədbirlərinin görülməsini tələb edən sahələrinin aşkara çıxarılması habelə bu tədbirlərin aparılması qaydaları və üsullarının müəyyən edilməsi;
  • Meşələrin qoruyucu kateqoriyalara aid edilməsi və bir qoruyucu kateqoriyadan digərinə keçirilməsi meşə ilə örtülü olmayan torpaqların meşə ilə örtülü olan torpaqlara, qeyri-meşə torpaqlarının meşə torpaqlarına keçirilməsi;
  • Hesablanmış meşəqırma fondunun aralıq istifadəsi üçün qırma həcminin müəyyən edilməsi;
  • Meşəbərpa,meşəsalma,meşələrin mühafizəsi və qorunması tədbirlərinin, həmçinin digər meşəçilik-təsərrüfat tədbirlərinin həcminin müəyyən edilməsi;
  • Meşədən əlavə istifadənin və ikinci dərəcəli meşə məhsulu tədarükü miqdarının, meşə fondundan rekreasiya, turizm və loqistika məqsədləri üçün istifadəsinin müəyyən edilməsi;
  • Meşə-bioloji, meşə-patoloji müayinələrin aparılması;
  • Meşə quruluşu layihələrinin həyata keçirilməsinə nəzarət;
  • Ən əsası, meşə sahələrinin ekoloji tarazlığı qorumaq və kəsilmədən bir ölkənin iqtisadi dəyərinə ən yaxşı töhfəni təmin edən bir şəkildə fəaliyyət göstərməsini təmin etmək;
  • Brakonyerlərə qarşı mübarizə;
  • Meşə yanğınları və meşə istifadəsi pozuntuları ilə əlaqədar məhkəmədə təmsil olunma;
  • Meşədən istifadə ilə bağlı qanun pozuntularına dair aktların tərtib edilməsi;
  • Ağac emalının təşkili, tullantıların idarə olunması;
  • Meşə toxumu işinin təmin edilməsi.
  • Bu ixtisasa harada sahiblənmək olar?
  • Azərbaycan Dövlət Aqrar Universiteti (Gəncə şəhəri)

Keçid balı: Ə 186,0 (186,0)

  • Lənkəran Dövlət Universiteti

Keçid balı: Ə 176,4 (176,4)

  • Qərbi Kaspi Universiteti ( əvvəlki Qərb Universiteti)

Keçid balı: Ə 188,8 (258,3)

Şərabçılıq ixtisası

Bu ixtisas ilə təhsil alan tələbələr üzüm və bəzi digər meyvələrdən müxtəlif çeşiddə şərabların hazırlanması texnologiyalarını öyrənir. Şərabçılıq texnologiyasında ümumi qaydalar və hər bir növü üçün xüsusi texnoloji qaydalar var. Şərabçılığa ilkin şərabçılıq (qıcqırmış şərab materiallarının hazırlanması) və ikinci şərabçılığa (qıcqırmış şərab materiallarından kupaj üsulu və texnoloji premlar ilə xüsusi şərabların hazırlanması) da daxildir. Şərabın yaradılması üçün kimyəvi proseslər əsasdır. Şərabçı-texnoloq, hər şeydən əvvəl üzvi kimya üzrə mütəxəssisdir. Bununla yanaşı, o, ampeloqrafiya (üzüm sortları elmi) sahəsində biliklərə sahib olmalıdır, istehsal prosesinin təşkilini yaxşı bilməlidir. Peşə kimya, biologiya və dünya sənət mədəniyyətinə maraq göstərənlər üçün uyğundur.

Bu ixtisas sahibi nə işlə məşğuldur?

  • Şərabçı üzümün düzgün yetişmə vaxtını müəyyənləşdirir;
  • Üzümün qıcqırdılması;
  • Şərab materialının saxlanıması- yetişdirilməsi;
  • Kupaj olunması;
  • Qablaşdırılması işləri;
  • İstehsalatda işçilərin işini təşkil etmək;
  • Xammalın (üzümün) təravətinə və keyfiyyətinə nəzarət etmək;
  • Materialların saxlanma və fermentasiya temperatur rejimini yoxlamaq;
  • Müəssisədə sanitariya normalarına əməl olunmasına nəzarət etmək;
  • Şərab hazırlamaq üçün yeni metodlar hazırlamaq;
  • Şərab içkiləri üçün yeni reseptlər axtarışı.
  • Bu ixtisasa harada sahiblənmək olar?
  • Azərbaycan Texnologiya Universiteti (Gəncə şəhəri)

Keçid balı: Ə 182,1 (-)

  • Azərbaycan Dövlət Aqrar Universiteti (Gəncə şəhəri)

Keçid balı: Ə 186,4 (186,4)

Torpaqşünaslıq və aqrokimya ixtisası

Torpaqşünaslıq və aqrokimya ixtisası bir-birinə yaxın olan 2 ixtisasın birləşməsidir. ll kursdan sonra tələbələr öz istəklərinə uyğun olaraq bölünürlər. Onların hər birinin qısa təsvirinə nəzər salaq:

  • Torpaqşünaslıq – Torpaqşünaslıq torpağı xüsusi təbiət cismi kimi, istehsal vasitəsi kimi, insan əməyinin tətbiq və akkumulyasiya (cəmlənməsi) edildiyi predmet kimi, həmçinin müəyyən dərəcədə bu əməyin məhsulu kimi öyrənir. Torpaqşünaslığın ən çox əhəmiyyət kəsb edən bölmələri aşağıdakılardır: torpağın formalaşması və inkişafı (genezisi) haqqında təlim; torpaq örtüyünün ətraf mühitlə (torpaq coğrafiyası) qarşılıqlı əlaqədə olan bütöv məkan törəməsi olması haqqında təlim; torpaq və torpaq örtüyünün münbitliyi və onun aqrotexniki və meliorativ metodlarla tənzim edilməsinin prinsipləri haqqında təlim.
  • Aqrokimya – Aqrokimya kənd təsərrüfatı bitkilərinin qidalanması prosesində bitki, torpaq və gübrə arasındakı qarşılıqlı əlaqələri öyrənən elmdir.Aqrokimya fənninin görkəmli nümayəndəsi olan Dmitri Nikolayeviç Pryanişnikovun təyininə görə həmin fənnin başlıca vəzifəsi əkinçilikdə maddələrin dövriyyəsini öyrənmək, torpaq və bitkidə əmələ gələn kimyəvi proseslərə təsir tədbirlərini aşkar etməkdən ibarətdir ki, bunlar vasitəsi ilə bitkilərin məhsulunu yüksəltmək və ya onun tərkibini dəyişmək olar. Maddələrin bu dövriyyəsinə insanların müdaxiləsində əsas vasitə gübrələr hesab olunur. Biologiya ilə maraqlananlar üçün uyğun sahədir.

Bu ixtisas sahibi nə işlə məşğuldur?

Torpaqşünaslıq:

  • Torpağın parametrlərinin dəyişdirilməsi;
  • Torpaqda gedən proseslərə bələd olmaq;
  • Torpağın münbitliyinin formalaşması;
  • Torpağın məhsuldarlığının artırılması;
  • Torpağın inkişafına təsir edən mənfi amilləri təyin etmək və aradan qaldırılması yollarını müəyyən etmək;
  • Torpaq örtüyünün kənd təsərrüfatında istifadəsi şəraitində dəyişkənliyini analiz etmək.

Aqrokimya:

  • Kənd Təsərrüfatı bitkilərinin məhsuldarlığının yüksəldilməsi;
  • Məhsulun keyfiyyətinin artırılması;
  • Torpaqda və bitkilərdə gedən səmərəli dəyişkənliyi tədqiq etmək və ona uyğun həll yolunun tapılması;
  • Bitkilərin qidalanma qanunauyğunluqlarının müəyyən edilməsi;
  • Torpaq münbitliyinin kimyasının analizi;
  • Əkinçilikdə qida maddələrinin dövriyyəsi;
  • Gübrələrin səmərəli tətbiq edilməsi;
  • Bitkilərin ziyanverici və xəstəliklərdən kimyəvi üsullarla mühafizə edilməsi.

Bu ixtisasa harada sahiblənmək olar?

  • Bakı Dövlət Universiteti

Keçid balı: Ə 271,7 (271,8)

  • Naxçıvan Dövlət Universiteti

Keçid balı: Ə 200,0 (200,0)

  • Azərbaycan Dövlət Aqrar Universiteti (Gəncə şəhəri)

Keçid balı: Ə 210,7 (210,7)

  • Lənkəran Dövlət Universiteti

Keçid balı: Ə 200,8 (200,8)

  • Azərbaycan Dövlət Aqrar Universiteti (Gəncə şəhəri; tədris ingilis dilində)

Keçid balı: Ə 189,8 (189,8)

III qrupda ən bahalı və ən ucuz ixtisaslar hansı universitlərdədir?

Milli.Az modern.az-a istinadən bildirir ki, III ixtisas qrupu üzrə ali təhsil müəssisələrinin ödənişli plan yerləri arasında ən ucuz fakültələr illik təhsil haqqı 1000 manat olan Azərbaycan Dillər Universitetindəki (ADU) aşağıdakı fakültələrdir:

– Dil və ədəbiyyat müəllimliyi (alman dili üzrə)
– Dil və ədəbiyyat müəllimliyi ( fransız dili üzrə)
– Xarici dil müəllimliyi (alman dili üzrə)
– Xarici dil müəllimliyi ( fransız dili üzrə)
– Filologiya (alman dili üzrə)
– Filologiya ( fransız dili üzrə)
– Tərcümə (Azərbaycan dili-alman dili)
– Tərcümə (Azərbaycan dili-fransız dili)

Bu il III ixtisas qrupu üzrə ali təhsil müəssisələrinin humanitar istiqamət üzrə ödənişli fakültələri arasında illik təhsil haqqına görə ən bahalısı isə Azərbaycan Diplomatik Akademiyasındakı (ADA) Dövlət və İctimai münasibətlər fakültəsidir.
Belə ki, özünü gələcəkdə dövlət idarəçilik sahəsi üzrə mütəxəssis, kadr görmək istəyənlər bu fakültədə 4 il təhsil ala bilmək üçün 1 ilə 6000 manat pul ödəməlidirlər.
Ümumilikdə, bu il III ixtisas qrupundan tələbə adını qazanacaq abituriyentlər bu qrupa aidolan dövlət universitetlərindəki filologiya, müəllimlik, jurnalistika, hüquq, xarici dillər üzrə tərcümə, incəsənət, sənətşünaslıq ixtisasları, tarix, politologiya, dinşünaslıq və digər humanitar istiqamətlərdə ödənişli əsaslarla 4 il təhsil ala bilmək üçün təhsil ala bilmək üçün 1 ildə 1200, 1400, 1600, 1800, 2000, 2300, 2500, 3000 manat məbləğlərində pul ödəməli olacaqlar.

III ixtisas qrupundakı humanitar sahələr üzrə özəl universitetlərdə eyni fakültələr üzrə təhsil almaq istəyənlər isə oxuduqları 4 il ərzində hər il ən azı 1900 manatdan başlayaraq 2000, 2500, 3000, 3500, 3850, 4000, 4850 manat məbləğində vəsait sərf etməlidirlər.
Xatırladaq ki, bu gündən etibarən 2016-2017-ci tədris ili üçün ali məktəblərə qəbul olmaq istəyən abituriyentlər üçün ixtisas seçiminə başlanılıb. Bu il I-IV qrup üzrə ixtisas seçimində ümumi balı 200-dən, ixtiyari bir imtahan fənni istisna olmaqla qalan hər bir imtahan fənni üzrə ayrılıqda topladığı nisbi balı 10-dan az olmayan abituriyentlər iştirak edə bilərlər.

I-IV ixtisas qrupları üzrə ümumi balı 350 və daha çox olan abituriyentlərin ixtisas seçiminə buraxılmaları üçün onların fənlər üzrə cavablarına nisbi bal məhdudiyyəti tətbiq olunmur (Azərbaycan Dillər Universitetinin “Tərcümə (dillər üzrə)”, “Beynəlxalq münasibətlər” və “Regionşünaslıq (regionlar üzrə)”, Bakı Dövlət Universitetinin I, II, III qruplarda tədrisi ingilis dilində olan ixtisasları üzrə xarici dil fənni istisna olmaqla).

Dövlət sifarişi əsasında ayrılmış yerlərin ixtisas seçimində ümumi balı 250 dən və hər bir imtahan fənni üzrə ayrılıqda topladığı nisbi balı 10-dan az olmayan abituriyentlər iştirak edə bilərlər.

Milli.Az

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

1-ci qrup üzrə ixtisasların ən son keçid balları – Abituriyentlərin diqqətinə!

Qaydalar və imtahan modeli yeni olduğundan abituriyentlərin narahatlığı artmaqda davam edir. Onları maraqlandıran əsas məqamlardan biri də ixtisas qrupuları və ixtisaslar üzrə keçid ballarıdır.

İstənilən il üzrə keçid balları müsabiqədən əvvəl məlumat ola bilməz. Lakin Dövlət İmtahan Mərkəzi hər il abituriyentlərə kömək məqsədilə öncəki ilin keçid ballarını dərc edərək abituriyentlərə təqdim edir.

AzEdu.az abituriyentlərin çoxsaylı istəyini nəzərə alaraq I ixtisas qrupu üzrə 2018-2019-cu tədris ilində formalaşmış keçid ballarını Dövlət İmtahan Mərkəzinin rəsmi saytına istinadən təqdim edir:

Qeyd edək ki, mötərizə içərisində müvafiq ixtisas üzrə dövlət sifarişi əsasında qəbulun keçid balı göstərilib.

Mötərizə içərisində tire ( – ) işarəsi göstərir ki, müvafiq ixtisasda dövlət sifarişi əsasında təhsil almaq hüququ qazanmış abituriyent yoxdur. Təhsili yalnız ödənişli əsaslarla olan ixtisasların qarşısında belə mötərizə göstərilməyib.

Bakı Dövlət Universiteti

Fizika müəllimliyi Ə 442 (448)

Riyaziyyat müəllimliyi Ə 540 (540)

İnformatika müəllimliyi Ə 291 (386)

Riyaziyyat Ə 294 (496)

Riyaziyyat (tədris ingilis dilində) Ə 542 (542)

Mexanika Ə 281 (448)

Fizika Ə 288 (417)

Fizika (tədris ingilis dilində) Ə 429 (429)

Geologiya Ə 250 (374)

Geologiya Q 250 ( – )

Kompüter elmləri Ə 346 (542)

Kompüter elmləri Q 264 ( – )

Kompüter elmləri (tədris ingilis dilində) Ə 623 (623)

Geologiya mühəndisliyi Ə 239 (434)

Geologiya mühəndisliyi Q 201 ( – )

Hidrogeologiya mühəndisliyi Ə 200 (351)

Hidrogeologiya mühəndisliyi Q 200 (360)

Geofizika mühəndisliyi Ə 244 (424)

Geofizika mühəndisliyi Q 200 ( – )

Geodeziya və xəritəçilik mühəndisliyi Ə 236 (342)

Geodeziya və xəritəçilik mühəndisliyi Q 200 ( – )

Kimya mühəndisliyi Ə 300 (578)

Torpaqşünaslıq və aqrokimya Ə 328 (328)

Torpaqşünaslıq və aqrokimya Q 294 (294)

Yer quruluşu, torpaq və şəhər kadastrı Ə 351 (351)

Yer quruluşu, torpaq və şəhər kadastrı Q 201 (330)

Fizika müəllimliyi (Qazax filialı) Ə 211 (458)

Riyaziyyat və informatika müəllimliyi (Qazax filialı) Ə 242 (549)

Riyaziyyat müəllimliyi (Qazax filialı) Ə 217 ( – )

İnformatika müəllimliyi (Qazax filialı) Ə 200 ( -)

Azərbaycan Dövlət Neft və Sənaye Universiteti

İnformasiya təhlükəsizliyi Ə 278 (592)

Geologiya Ə 386 (386)

Kompüter elmləri Ə 576 (576)

Kompüter elmləri Q 250 ( – )

Kompüter elmləri (tədris ingilis dilində) Ə 630 (630)

Materialşünaslıq mühəndisliyi Ə 204 (329)

Geologiya mühəndisliyi Ə 280 (434)

Geologiya mühəndisliyi (tədris ingilis dilində) Ə 455 (455)

Hidrogeologiya mühəndisliyi Ə 258 (353)

Geofizika mühəndisliyi Ə 308 (422)

Dağ-mədən mühəndisliyi Ə 254 (347)

Neft-qaz mühəndisliyi Ə 353 (603)

Neft-qaz mühəndisliyi (tədris ingilis dilində) Ə 622 (622)

Neft-qaz qurğuları mühəndisliyi Ə 326 (523)

Elektroenergetika mühəndisliyi Ə 475 (475)

Elektroenergetika mühəndisliyi (tədris ingilis dilində) Ə 490 (490)

İstilik energetikası mühəndisliyi Ə 366 (366)

Enerji maşınqayırması mühəndisliyi Ə 348 (348)

Cihazqayırma mühəndisliyi Ə 293 (417)

Cihazqayırma mühəndisliyi (tədris ingilis dilində) Ə 251 (421)

Texnoloji maşın və avadanlıqlar mühəndisliyi Ə 375 (375)

Elektrik mühəndisliyi Ə 418 (418)

Elektronika, telekommunikasiya və radiotexnika mühəndisliyi Ə 496 (496)

Elektronika, telekommunikasiya və radiotexnika mühəndisliyi (tədris ingilis dilində) Ə 517 (517)

Proseslərin avtomatlaşdırılması mühəndisliyi Ə 425 (540)

Proseslərin avtomatlaşdırılması mühəndisliyi (tədris ingilis dilində) Ə 619 (619)

Mexatronika və robototexnika mühəndisliyi Ə 250 (503)

Mexatronika və robototexnika mühəndisliyi (tədris ingilis dilində) Ə 596 (596)

Mexanika mühəndisliyi Ə 279 (488)

Kompüter mühəndisliyi Ə 415 (553)

Kompüter mühəndisliyi (tədris ingilis dilində) Ə 624 (624)

Kimya mühəndisliyi Ə 285 (574)

Kimya mühəndisliyi (tədris ingilis dilində) Ə 612 (612)

Təkrar emal və bərpa texnologiyaları mühəndisliyi Ə 211 (338)

Metrologiya, standartlaşdırma və sertifikasiya mühəndisliyi Ə 270 (437)

Metrologiya, standartlaşdırma və sertifikasiya mühəndisliyi (tədris ingilis dilində) Ə 305 (434)

Biotibbi texnologiya mühəndisliyi Ə 443 (443)

Biotibbi texnologiya mühəndisliyi (tədris ingilis dilində) Ə 447 (447)

Ekologiya mühəndisliyi Ə 374 (374)

Ekologiya mühəndisliyi (tədris ingilis dilində) Ə 364 (364)

Fövqəladə hallar və həyat fəaliyyətinin təhlükəsizliyi mühəndisliyi Ə 468 (468)

İnformasiya texnologiyaları Ə 495 (538)

İnformasiya texnologiyaları (tədris ingilis dilində) Ə 618 (618)

Sistem mühəndisliyi Ə 562 (562)

Sistem mühəndisliyi (tədris ingilis dilində) Ə 642 (642)

Sənaye mühəndisliyi Ə 238 (423)

Logistika və nəqliyyat texnologiyaları mühəndisliyi Ə 358 (358)

Azərbaycan Texniki Universiteti

Çoxkanallı radiorele və troposfer rabitəsinin yerüstü aparatlarının hazırlanması, istismarı və təmiri Ə 353 (353)

Kompozisiya materiallarından müdafiə təyinatlı məmulatların layihələndirilməsi və istehsalı Ə 333 (333)

İnformasiya təhlükəsizliyi Ə 200 ( – )

Kompüter elmləri Ə 303 ( – )

Materialşünaslıq mühəndisliyi Ə 208 (329)

Dağ-mədən mühəndisliyi Ə 208 (347)

Elektroenergetika mühəndisliyi Ə 245 (444)

İstilik energetikası mühəndisliyi Ə 220 (360)

Enerji maşınqayırması mühəndisliyi Ə 200 (347)

Metallurgiya mühəndisliyi Ə 200 (315)

Maşın mühəndisliyi Ə 200 (320)

Dəmiryol nəqliyyatı və təsərrüfatı mühəndisliyi Ə 234 (328)

Yerüstü nəqliyyat vasitələrinin mühəndisliyi Ə 235 (339)

Yerüstü nəqliyyat vasitələrinin mühəndisliyi Q 213 (345)

Nəqliyyatda daşımaların və idarəetmənin təşkili mühəndisliyi Ə 290 (353)

Cihazqayırma mühəndisliyi Ə 203 ( – )

Texnoloji maşın və avadanlıqlar mühəndisliyi Ə 200 (356)

Elektronika, telekommunikasiya və radiotexnika mühəndisliyi Ə 250 (430)

Elektronika, telekommunikasiya və radiotexnika mühəndisliyi Q 250 ( – )

Proseslərin avtomatlaşdırılması mühəndisliyi Ə 245 ( – )

Elektrik mühəndisliyi Ə 226(390)

Mexanika mühəndisliyi Ə 220 ( – )

Kompüter mühəndisliyi Ə 282 ( – )

Poliqrafiya mühəndisliyi Ə 219 (329)

Təkrar emal və bərpa texnologiyaları mühəndisliyi Ə 204 (340)

Metrologiya, standartlaşdırma və sertifikasiya mühəndisliyi Ə 200 ( – )

Biotibbi texnologiya mühəndisliyi Ə 241 (405)

Ekologiya mühəndisliyi Ə 200 (358)

Fövqəladə hallar və həyat fəaliyyətinin təhlükəsizliyi mühəndisliyi Ə 260 (459)

İnformasiya texnologiyaları Ə 265 (538)

İnformasiya texnologiyaları Q 250 ( – )

Sistem mühəndisliyi Ə 259 ( – )

Silah və silah sistemlərinin istehsal texnologiyası Ə 499 (499)

Optotexnika Ə 350 (350)

Pirotexniki vasitələrin texnologiyası Ə 336 (336)

Azərbaycan Memarlıq və İnşaat Universiteti

Materialşünaslıq mühəndisliyi Ə 206 (336)

Neft-qaz qurğuları mühəndisliyi Ə 259 (525)

Yerüstü nəqliyyat vasitələrinin mühəndisliyi Ə 249 (339)

Texnoloji maşın və avadanlıqlar mühəndisliyi Ə 212 (359)

Elektrik mühəndisliyi Ə 200 (397)

Proseslərin avtomatlaşdırılması mühəndisliyi Ə 245 ( – )

Mexanika mühəndisliyi Ə 230 ( – )

İnşaat mühəndisliyi Ə 251 (432)

İnşaat mühəndisliyi (tədris ingilis dilində) Ə 477 (477)

Mühəndis sistemlərinin və qurğularının tikintisi mühəndisliyi Ə 211 (340)

Mühəndis sistemlərinin və qurğularının tikintisi mühəndisliyi Q 202 (356)

Nəqliyyat tikintisi mühəndisliyi Ə 250 (328)

Meliorasiya və su təsərrüfatı tikintisi mühəndisliyi Ə 233 (318)

Tikinti materialları və məmulatlarının texnologiyası mühəndisliyi Ə 207 (321)

Meşə materiallarının və ağac emalının texnologiyası mühəndisliyi Ə 200 (315)

Geodeziya və xəritəçilik mühəndisliyi Ə 220 (342)

Metrologiya, standartlaşdırma və sertifikasiya mühəndisliyi Ə 228 ( – )

Ekologiya mühəndisliyi Ə 217 (352)

Ekologiya mühəndisliyi (tədris ingilis dilində) Ə 200 ( – )

Fövqəladə hallar və həyat fəaliyyətinin təhlükəsizliyi mühəndisliyi Ə 251 (457)

Fövqəladə hallar və həyat fəaliyyətinin təhlükəsizliyi mühəndisliyi (tədris ingilis dilində) Ə 200 (459)

İnformasiya texnologiyaları Ə 270 ( – )

İnformasiya texnologiyaları (tədris ingilis dilində) Ə 313 (541)

Şəhərsalma Ə 214 (349)

Yer quruluşu, torpaq və şəhər kadastrı Ə 280 (327)

Memarlıq Ə 214 (383)

Memarlıq (tədris ingilis dilində) Ə 429 (429)

Azərbaycan Dövlət Pedaqoji Universiteti

Fizika müəllimliyi Ə 379 (447)

Riyaziyyat və informatika müəllimliyi Ə 490 (490)

Riyaziyyat müəllimliyi Ə 458 (458)

Texnologiya müəllimliyi Ə 273 (330)

İnformatika müəllimliyi Ə 309 (388)

Riyaziyyat və informatika müəllimliyi (Şamaxı filialı) Ə 273 (485)

Riyaziyyat və informatika müəllimliyi (Şəki filialı) Ə 287 (458)

Riyaziyyat və informatika müəllimliyi (Ağcabədi filialı) Ə 294 (485)

Riyaziyyat və informatika müəllimliyi (Quba filialı) Ə 351 (457)

Azərbaycan Dövlət İqtisad Universiteti

Texnoloji maşın və avadanlıqlar mühəndisliyi Ə 274 (356)

Qida məhsulları mühəndisliyi Ə 385 (385)

Qida məhsulları mühəndisliyi Q 239 (365)

Çoxişlənən malların texnologiyası mühəndisliyi Ə 358 (368)

İstehlak mallarının ekspertizası və marketinqi Ə 296 (407)

İstehlak mallarının ekspertizası və marketinqi Q 236 (432)

Metrologiya, standartlaşdırma və sertifikasiya mühəndisliyi Ə 271 (434)

Metrologiya, standartlaşdırma və sertifikasiya mühəndisliyi Q 223 (515)

İnformasiya texnologiyaları Ə 250 (538)

İnformasiya texnologiyaları Q 250 ( – )

Sistem mühəndisliyi Ə 283 ( – )

İnformasiya texnologiyaları (Zaqatala filialı) Ə 250(-)

Bakı Mühəndislik Universiteti

Fizika müəllimliyi (tədris ingilis dilində) Ə 217 (447)

Riyaziyyat və informatika müəllimliyi (tədris ingilis dilində) Ə 511 (511)

Riyaziyyat müəllimliyi (tədris ingilis dilində) Ə 373 (456)

Elektroenergetika mühəndisliyi Ə 231 (441)

Maşın mühəndisliyi Ə 321 (321)

Proseslərin avtomatlaşdırılması mühəndisliyi Ə 262 (541)

Mexanika mühəndisliyi Ə 230 (488)

Mexanika mühəndisliyi (tədris ingilis dilində) Ə 541 (541)

Kompüter mühəndisliyi Ə 200 (555)

Kompüter mühəndisliyi (tədris ingilis dilində) Ə 648 (648)

Memarlıq Ə 257 (383)

Memarlıq (tədris ingilis dilində) Ə 396 (396)

İnşaat mühəndisliyi Ə 250 (434)

İnşaat mühəndisliyi (tədris ingilis dilində) Ə 446 (446)

Mühəndis sistemlərinin və qurğularının tikintisi mühəndisliyi Ə 209 (345)

Kimya mühəndisliyi Ə 245 (578)

Kimya mühəndisliyi (tədris ingilis dilində) Ə 461 (574)

Ekologiya mühəndisliyi Ə 223 (350)

İnformasiya texnologiyaları Ə 250 (540)

İnformasiya texnologiyaları (tədris ingilis dilində) Ə 634 (634)

Sistem mühəndisliyi Ə 266 (576)

Sənaye mühəndisliyi Ə 226 (425)

Sənaye mühəndisliyi (tədris ingilis dilində) Ə 275 (425)

Logistika və nəqliyyat texnologiyaları mühəndisliyi Ə 247 (343)

Şəhərsalma Ə 203 (350)

Dizayn Ə 204 (389)

Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası

Kompüter elmləri Ə 637 (637)

Kompüter elmləri (tədris ingilis dilində) Ə 360

Kompüter mühəndisliyi (tədris ingilis dilində) Ə 300

İnformasiya texnologiyaları (tədris ingilis dilində) Ə 300

Azərbaycan Dövlət Rəssamlıq Akademiyası

Azərbaycan Turizm və Menecment Universiteti

Qida məhsulları mühəndisliyi Ə 200 (365)

Milli Aviasiya Akademiyası

Elektroenergetika mühəndisliyi Ə 337 (450)

Avianəqliyyat istehsalatının təşkili mühəndisliyi Ə 360 (445)

Aviasiya texnikası avadanlıqlarının istismarı mühəndisliyi Ə 474 (474)

Hava nəqliyyatının hərəkətinin idarə olunması mühəndisliyi Ə 399 (399)

Uçuş mühəndisliyi Ə 448 (448)

Hava nəqliyyatında texnoloji proseslərin və istehsalatın təhlükəsizliyi mühəndisliyi Ə 344 (434)

Nəqliyyatda daşımaların və idarəetmənin təşkili mühəndisliyi Ə 384 (384)

Cihazqayırma mühəndisliyi Ə 303 (416)

Elektronika, telekommunikasiya və radiotexnika mühəndisliyi Ə 491 (491)

Proseslərin avtomatlaşdırılması mühəndisliyi Ə 377 (546)

Kompüter mühəndisliyi Ə 294 (557)

Ekologiya mühəndisliyi Ə 393 (393)

Kosmik idarəetmə sistemləri mühəndisliyi Ə 366 (398)

İnformasiya texnologiyaları Ə 375 (539)

Sistem mühəndisliyi Ə 326 ( -)

Azərbaycan Dövlət Dəniz Akademiyası

Gəmiqayırma və gəmi təmiri mühəndisliyi Ə 369 (415)

Gəmi energetik qurğularının istismarı mühəndisliyi Ə 350 (409)

Dəniz naviqasiyası mühəndisliyi Ə 418 (494)

Dəniz naviqasiyası mühəndisliyi (tədris ingilis dilində) Ə 432 (495)

Elektrik mühəndisliyi Ə 299 (391)

Bakı Ali Neft Məktəbi

İnformasiya təhlükəsizliyi (tədris ingilis dilində) Ə 685 (685)

İnformasiya təhlükəsizliyi (tədris ingilis dilində) Ə 662

Neft-qaz mühəndisliyi (tədris ingilis dilində) Ə 670 (670)

Neft-qaz mühəndisliyi (tədris ingilis dilində) Ə 651

Proseslərin avtomatlaşdırılması mühəndisliyi (tədris ingilis dilində) Ə 685 (685)

Proseslərin avtomatlaşdırılması mühəndisliyi (tədris ingilis dilində) Ə 660

Kimya mühəndisliyi (tədris ingilis dilində) Ə 665 (665)

Kimya mühəndisliyi (tədris ingilis dilində) Ə 655

Naxçıvan Dövlət Universiteti

Fizika müəllimliyi Ə 285 (448)

Riyaziyyat və informatika müəllimliyi Ə 474 (474)

Riyaziyyat müəllimliyi Ə 317 (456)

Texnologiya müəllimliyi Ə 216 (333)

Fizika Ə 250 (422)

Geologiya mühəndisliyi Ə 200 ( – )

Elektroenergetika mühəndisliyi Ə 265 (439)

Elektroenergetika mühəndisliyi Q 200 ( – )

Dəmiryol nəqliyyatı və təsərrüfatı mühəndisliyi Ə 210 (341)

Yerüstü nəqliyyat vasitələrinin mühəndisliyi Ə 286 (343)

Yerüstü nəqliyyat vasitələrinin mühəndisliyi Q 200 ( – )

Meliorasiya və su təsərrüfatı tikintisi mühəndisliyi Ə 200 (327)

Geodeziya və xəritəçilik mühəndisliyi Ə 205 (347)

Ekologiya mühəndisliyi Ə 209 (361)

İnformasiya texnologiyaları Ə 301 (555)

Torpaqşünaslıq və aqrokimya Ə 265 (265)

Naxçıvan Müəllimlər İnstitutu

Riyaziyyat və informatika müəllimliyi Ə 222 (471)

Azərbaycan Dövlət Aqrar Universiteti (Gəncə şəhəri)

Maşın mühəndisliyi Ə 200 (328)

Yerüstü nəqliyyat vasitələrinin mühəndisliyi Ə 200 (348)

Elektrik mühəndisliyi Ə 201 (398)

Proseslərin avtomatlaşdırılması mühəndisliyi Ə 200 ( – )

Meliorasiya və su təsərrüfatı tikintisi mühəndisliyi Ə 296 (296)

Meliorasiya və su təsərrüfatı tikintisi mühəndisliyi Q 249 (249)

Qida məhsulları mühəndisliyi Ə 200 (367)

İstehlak mallarının ekspertizası və marketinqi Ə 199 ( – )

Metrologiya, standartlaşdırma və sertifikasiya mühəndisliyi Ə 200 (467)

İnformasiya texnologiyaları Ə 250 (604)

Torpaqşünaslıq və aqrokimya Ə 267 (267)

Torpaqşünaslıq və aqrokimya Q 224 (224)

Torpaqşünaslıq və aqrokimya (tədris ingilis dilində) Ə 150 (153)

Aqronomluq Ə 247 (247)

Aqronomluq Q 207 (207)

Aqronomluq (tədris ingilis dilində) Ə 150 (161)

Zootexniklik Ə 211 (211)

Zootexniklik Q 196 (196)

Yer quruluşu, torpaq və şəhər kadastrı Ə 200 (330)

Yer quruluşu, torpaq və şəhər kadastrı Q 200 ( – )

Aqromühəndislik Ə 248 (248)

Aqromühəndislik Q 210 (210)

Balıqçılıq və balıqçılıq təsərrüfatı işi Ə 198 (198)

Meşəçilik Ə 212 (212)

Şərabçılıq Ə 213 (213)

Gəncə Dövlət Universiteti

Fizika müəllimliyi Ə 243 (450)

Riyaziyyat və informatika müəllimliyi Ə 361 (457)

Riyaziyyat müəllimliyi Ə 259 (458)

Texnologiya müəllimliyi Ə 199 (343)

İnformatika müəllimliyi Ə 220 (393)

Kompüter elmləri Ə 250 ( – )

Ekologiya mühəndisliyi Ə 200 (357)

Azərbaycan Texnologiya Universiteti (Gəncə şəhəri)

Metallurgiya mühəndisliyi Ə 200 (315)

Nəqliyyatda daşımaların və idarəetmənin təşkili mühəndisliyi Ə 195 (353)

Nəqliyyatda daşımaların və idarəetmənin təşkili mühəndisliyi Q 198 ( – )

Elektronika, telekommunikasiya və radiotexnika mühəndisliyi Ə 250 (503)

Proseslərin avtomatlaşdırılması mühəndisliyi Ə 200 (562)

Kompüter mühəndisliyi Ə 202 ( – )

Kompüter mühəndisliyi Q 209 ( – )

Kimya mühəndisliyi Ə 200 ( – )

Qida məhsulları mühəndisliyi Ə 200 (364)

Çoxişlənən malların texnologiyası mühəndisliyi Ə 189 ( – )

Çoxişlənən malların texnologiyası mühəndisliyi Q 193 ( – )

İstehlak mallarının ekspertizası və marketinqi Ə 191 ( – )

İstehlak mallarının ekspertizası və marketinqi Q 195 ( – )

Metrologiya, standartlaşdırma və sertifikasiya mühəndisliyi Ə 200 ( – )

Ekologiya mühəndisliyi Ə 200 ( – )

İnformasiya texnologiyaları Ə 250 ( – )

Logistika və nəqliyyat texnologiyaları mühəndisliyi Ə 200 ( – )

Şərabçılıq Ə 200 (307)

Şərabçılıq Q 200 ( -)

Sumqayıt Dövlət Universiteti

Fizika müəllimliyi Ə 280 (452)

Riyaziyyat və informatika müəllimliyi Ə 334 (455)

Riyaziyyat müəllimliyi Ə 288 (474)

Riyaziyyat Ə 253 ( – )

Fizika Ə 250 (417)

Neft-qaz mühəndisliyi Ə 224 ( – )

Elektroenergetika mühəndisliyi Ə 200 ( – )

İstilik energetikası mühəndisliyi Ə 200 ( – )

Cihazqayırma mühəndisliyi Ə 200 ( – )

Elektrik mühəndisliyi Ə 200 (413)

Proseslərin avtomatlaşdırılması mühəndisliyi Ə 200 (568)

Kompüter mühəndisliyi Ə 204 ( – )

Kimya mühəndisliyi Ə 200 ( – )

Metrologiya, standartlaşdırma və sertifikasiya mühəndisliyi Ə 200 (535)

Ekologiya mühəndisliyi Ə 200 (350)

İnformasiya texnologiyaları Ə 250 ( – )

Sənaye mühəndisliyi Ə 200 (427)

Mingəçevir Dövlət Universiteti

Riyaziyyat və informatika müəllimliyi Ə 310 (465)

Riyaziyyat müəllimliyi Ə 260 ( – )

Elektroenergetika mühəndisliyi Ə 200 (504)

İstilik energetikası mühəndisliyi Ə 200 (373)

Yerüstü nəqliyyat vasitələrinin mühəndisliyi Ə 212 (346)

Çoxişlənən malların texnologiyası mühəndisliyi Ə 189 (518)

Ekologiya mühəndisliyi Ə 200 (365)

İnformasiya texnologiyaları Ə 250 ( – )

Lənkəran Dövlət Universiteti

Riyaziyyat və informatika müəllimliyi Ə 304 (456)

Texnologiya müəllimliyi Ə 196 ( – )

Kompüter mühəndisliyi Ə 236 ( – )

Qida məhsulları mühəndisliyi Ə 208 (371)

İnformasiya texnologiyaları Ə 250 ( – )

Torpaqşünaslıq və aqrokimya Ə 191 (286)

Aqronomluq Ə 190 (253)

Aqronomluq Q 189 (273)

Meşəçilik Ə 186 (270)

Azərbaycan Kooperasiya Universiteti

Qida məhsulları mühəndisliyi Ə 200 ( – )

Çoxişlənən malların texnologiyası mühəndisliyi Ə 188 ( – )

İstehlak mallarının ekspertizası və marketinqi Ə 191 ( – )

Metrologiya, standartlaşdırma və sertifikasiya mühəndisliyi Ə 200 ( – )

Kompüter mühəndisliyi Ə 200 ( – )

Qərbi Kaspi Universiteti (əvvəlki Qərb Universiteti)

Kompüter elmləri Ə 250 ( – )

Cihazqayırma mühəndisliyi Ə 200 ( – )

Mexatronika və robototexnika mühəndisliyi Ə 200 ( – )

Kompüter mühəndisliyi Ə 200 ( – )

Meşə materiallarının və ağac emalının texnologiyası mühəndisliyi Ə 187 (313)

İstehlak mallarının ekspertizası və marketinqi Ə 198 ( – )

Poliqrafiya mühəndisliyi Ə 192 ( – )

Təkrar emal və bərpa texnologiyaları mühəndisliyi Ə 200 ( – )

Ekologiya mühəndisliyi Ə 200 ( – )

İnformasiya texnologiyaları Ə 250 ( – )

Meşəçilik Ə 186 (258)

Meşəçilik Q 186 ( – ) Xəzər Universiteti

Fizika müəllimliyi Ə 200 ( – )

Riyaziyyat və informatika müəllimliyi Ə 200 (462)

Kompüter elmləri (tədris ingilis dilində) Ə 575 (575)

Neft-qaz mühəndisliyi (tədris ingilis dilində) Ə 200 (645

Elektronika, telekommunikasiya və radiotexnika mühəndisliyi (tədris ingilis dilində) Ə 250 (431)

Mexanika mühəndisliyi (tədris ingilis dilində) Ə 200 (488)

Kompüter mühəndisliyi (tədris ingilis dilində) Ə 200 (556)

İnşaat mühəndisliyi (tədris ingilis dilində) Ə 250 (454)

Kimya mühəndisliyi (tədris ingilis dilində) Ə 200 (589)

Bakı Avrasiya Universiteti

İnformasiya texnologiyaları Ə 250 ( – )

Bakı Qızlar Universiteti

Riyaziyyat və informatika müəllimliyi Ə 229 ( – )

“Odlar Yurdu” Universiteti

Kompüter elmləri Ə 250 ( – )

Kompüter mühəndisliyi Ə 200 ( – )

“Naxçıvan” Universiteti (Naxçıvan şəhəri)

Riyaziyyat və informatika müəllimliyi Ə 202 ( – )

İnformasiya texnologiyaları Ə 250 ( – )

Comments are closed, but trackbacks and pingbacks are open.